Məhkəmə qərarları › İş №2(1-8)-214/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-214/2026

02.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-214/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbul edilməsi barədə mübahisələrdə kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. 1960-cı ildə Gəncə şəhəri X küçəsindəki * nömrəli ünvanda yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə XX oğluna verilmişdir (iş vər.8-9);

3. 1965-ci ildə XX oğlu ilə X1 nikaha daxil olmuşlar. Onların həmin nikahdan 1966-cı ildə Rauf, 1968-ci ildə S, 1971-ci ildə Asim adlı uşaqları doğulmuşdur;

4. ##.##.2003-cü il tarixdə B.M.XX mübahisəli evi hər birinə ½ hissə olmaqla oğlu Asimə və arvadı ya vəsiyyət etmişdir (iş vər.39-40);

5. ##.##.2003-cü ildə B.M.XX vəfat etmişdir ( iş vər:7);

6. 2010-cu ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, B.M.XXun arvadı və 3 oğlu olmaqla 4 vərəsəsi, miras əmlakının isə mübahisəli evdən ibarət olduğu müəyyən edilmişdir. Mübahisəli evin onun və arvadının birgə nikah dövründə əldə olunduğu hesab edilmiş, əmlak üzərində 2011-ci ildə əmlak üzərində aşağıdakı nisbətdə vərəsələrin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır: 1/8 hissə İddiaçı, 1/8 hissə - cavabdeh1, 1/8 hissəsi cavabdeh2, 5/8 hissəsi X1 adına qeydə alınmışdır;

7. 2017-ci ildə E.D.XX qızı mübahisəli evin özünə məxsus 5/8 hissəsini cavabdeh2 bağışlamışdır;

8. 2018-ci ildə isə cavabdeh2 mübahisəli evin özünə məxsus 6/8 hissəsindən 5/8 hissəsini X1 bağışlamışdır;

9. Elə həmin il mübahisəli ev üzərindəki mülkiyyət hüququ aşağıdakı paylarda dövlət reyestrində yenidən qeydə alınmışdır: 1/8 hissə - İddiaçı, 1/8 hissəsi cavabdeh1, 1/8 hissəsi cavabdeh2, 5/8 hissəsi X1;

10. ##.##.2024-cü ildə XX vəfat etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı məhkəməyə müraciət edərək, mübahisəli evə dair ##.##.2010-cu il tarixli “sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin” və ##.##.2010-cu il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin”, ##.##.2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsinin” və ##.##.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsi, bu notariat əməliyyatları əsasında həmin mübahisəli evüçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2010-cu il tarixdən cari tarixədək verilmiş bütün çıxarışların, o cümlədən ##.##.2011-ci il tarixli, ##.##.2016-cı il tarixli, ##.##.2017-ci il tarixli, ##.##.2018-ci il tarixli çıxarışların etibarsız hesab edilməsi, atası XX oğlunun həmin mülk haqqındakı ##.##.2003-cü il tarixli vəsiyyətnaməsi və rəhmətlik anası X1 həmin mülkdəki payı barədə vərəsəlik hüququ da nəzərə alınmaqla mübahisəli evə dair 2/4 hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Iddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, 2003-cü ildə atası onun və anasının adına vəsiyyətnamə versə də, 2010-cu ildə vərəsəlik əməliyyatı aparılarkən, həmin vəsiyyətnamə nəzərə alınmamış, anasına mülkün 1/2 hissəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi verilmiş və mülkün qalan hissəsi də bərabər paylarla bölünmüşdür. Əslində isə, o, bu vərəsəlik işində iştirak etməmiş,onun əvəzinə başqası imza atmışdır. Nəticədə üç qanunsuz hal baş vermişdir: əmlak valideynlərin birgə əmlakı olmadığı halda mülkün 1/2 hissəsinə dair anasına şəhadətnamə verilmiş; onun imzası saxtalaşdırılaraq əmlakın digər hissəsinə dair vərəsəlik şəhadətnaməsi verilmiş; vəsiyyətnamə ondan gizlədilmişdir. Belə ki, cavabdehlər vəsiyyətnamənin mövcudluğunu ondan gizlədərək payının az verilməsinə nail olmuşlar. Bununla da anasının payı artıq yazılmış və bu gün də anası dünyasını dəyişdiyinə görə cavabehlər əslində onun hüququ olan hissəyə dair artıq miqdarda paya sahib olurlar. Halbuki bu saxta şəhadətnamələr olmasaydı, vəsiyyətnamə icra edilsəydi, onun və anasının payı hər birində 3/8 olmalı idi. Anası dünyasını dəyişəndən sonra isə onun payı vərəsələr arasında bölünərək cavabdehlərin hər biri yekunda 2/8 paya, o isə 4/8 paya sahib olmalı idi. Hazırkı vəziyyətdə isə anasının 5/8 payı vərəsəlik olunsa, hər bir vərəsənin payı 8/24 (1/3) olacaq.

13. Cavabdeh cavabdeh2 məhkəməyə ünvanlandığı izahat adlı sənəddə bildirmişdir ki, qardaşı Asimin mübahisəli evə haqqı daha çoxdur. Raufun da, onun da ayrı evi olduğu üçün, eyni zamanda Asim bu evə daha çox pul xərclədiyindən ev Asimə çatmalıdır. Ataları vəfat edəndən Asim ailəsi ilə bu evdə qalır, yas mərasiminin təşkilində, həm də evin abadlaşdırılmasında Asimin xidmətləri çox olmuşdur. O, faktiki olaraq mirası qəbul etmişdir.

14. Cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı İddiaçı 2000-ci ildən ailəsi ilə Rusiya Federasiyasına getmiş və həmin vaxtdan da orada yaşayır. Ara-sıra təxminən 7-8 dəfə mübahisəli evə gəlmişdir. Atasının ölümündən bir neçə gün əvvəl Azərbaycana gəlmiş və öz ailəsi ilə bir müddət həmin evdə qalmışdır. Atası sağ ikən Asimə vəsiyyət etmiş və notarius evə gəlib vəsiyyətnaməni təsdiq etmişdir. Atası vəsiyyətnamə barədə övladlarının hamısına, o cümlədən Asimin özünə də dediyindən Asimin vəsiyyətnamədən xəbəri olmuşdur.

15. Iddaçı 2010-cu ildə açılmış vərəsəlik işində (§6) iştirak etmədiyini, onun yerinə başqa şəxsin imza çəkdiyini, bu səbəbdən məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir.

16. Məhkəmənin qərardadı ilə icraat dayandırılaraq, məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, lakin xətt nümunələri təqdim olunmadığı üçün ekspertizanın aparılmasından imtina edilmişdir.

17. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(125)-528/2025 tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Ədil Məmmədov).

18. Məhkəmə qeyd etmişdir ki, XX oğlundan qalmış miras 2003-cü ildə açılmış, iddiaçı həmin vaxt atasının öldüyünü bilmişdir. Iddiaçının özünün məhkəməyə bildirdiklərinə görə, o, miras açıldıqdan sonra, heç vaxt mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə ilə müraciət etməmişdir. Həmçinin, iş materiallarından işin faktiki halı kimi müəyyən edilmişdir ki, iddiaçı vəsiyyətnamənin mövcudluğundan məlumatlı olmuş, ancaq vəsiyyət üzrə vərəsə kimi qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməmiş, bununla da özünün vəsiyyət üzrə mümkün vərəsəlik hüquqularını gerçəkləşdirməmiş, nəticə etibarı ilə mərhum atasından miras qalmış əmlak barəsində vəsiyyət üzrə vərəsə hüquqlarını itirmiş, həmçinin, ##.##.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və ##.##.2010-cu il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürmüşdür.

19. Belə ki, mərhum XX oğlundan qalmış miras 2003-cü ildə açıldığından həmin miras əmlak barəsində olan mübahisəyə 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

20. Baxılan işdə mirasın açıldığı 2003-cü ildə Mülki Məcəllənin qüvvədə olan 1246-cı maddəsində deyilirdi: “vərəsə vərəsəliyə çagırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər”.

21. Mülki Məcəllənin 1272-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeni önəçəkən məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı 2003-cü ilə atasından miras qalmış əmlak barəsində 2010-cu ildə verilmiş "Sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin" və ##.##.2010-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin" etibarsız sayılması tələbinə dair hazırkı iddianı qaldırarkən Mülki Məcəllənin 1272-ci maddəsi ilə nəzərdə tutulan iki aylıq kəsici müddəti ötürmüşdür.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22.Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş emişdir. 23.Şikayət bu dəlillərlə əsaslandırılmışdır: 1) miras faktiki qəbul olunmuşdur və bu fakt cavabdehlər tərəfindən mübahisələndirilməmişdir 2) vəsiyyətnamə nəzərə alınmamışdır 3)iddiaçı vəsiyyətnamədən gec - 2024-cü ilin oktyabr ayında xəbər tutmuşdur və 2 aylıq iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. 24.Iddiaçının nümayəndəsi - arvadı nümayəndə3 izahatında bildirmişdir ki, iddiaçı atasının ölümündən sonra yeddi ay miras mülkdə yaşamış, sonrakı vaxtlarda da həmin evə gəlib getmiş, evdə müəyyən işlər görmüş, anasına həmişə əl tutsa da, atası tərəfindən onun adına vəsiyyətnamə qoyulmasından xəbərsiz olmuş, bunu yalnız anasının ölümündən sonra bilmişdir. 25.Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Şamil Rzaquliyev - sədrlik edən və məruzəçi, Fikrət Mehdiyev və Rüfət Məcidov). 26.Aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası, iddiaçının vəsiyyətnamədən gec xəbər tutması ilə bağlı dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının arvadı nümayəndə3 izahatı inandırıcı deyildir. Digər tərəfdən cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının onun adına qoyulmuş vəsiyyətnamə barədə məlumatlı olması, notariusun evə dəvət edilərək vəsiyyətnamənin evdə tərtib olunduğundan hər bir vərəsənin, o cümlədən Asimin həmin vəsiyyətnamə barədə məlumatlı olduğunu izah etmişdir. Həm də ona görə ki, 2017-2018-ci illərdə anaları X1 ilə iş üzrə cavabdeh cavabdeh2 arasında notariat qaydasında iki dəfə bağışlama müqavilələri bağlanmışdır. Belə ki, əvvəlcə ana özünün mübahisəli mülkdəki 5/8 payını oğlu cavabdeh2 bağışlayır, lakin bir müddətdən sonra cavabdeh2 payını bütövlükdə satmaq istədiyini bildiyindən payını geri qaytartdırır. cavabdeh2 bağışlama müqaviləsi bağlamaqla anasının payını yenidən özünə qaytarır. Anası və qardaşı cavabdeh2la yaxşı münasibətləri olan (cavabdeh cavabdeh2 izahatında hazırda da öz payını iddiaçıya verdiyini bildirir) iddiaçının miras əmlaka vərəsəlik şəhadtnaməsinin verilməsindən və ya da onun adına vəsiyyətnamənin qoyulmasından xəbərsiz olması inandırıcı deyildir. 27.Əlavə edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. 28.Vəsiyyətnamə iddiaçıdan gizlədilməsi, cavabdehlər vəsiyyətnamənin mövcudluğunu ondan gizlədərək payının az verilməsinə nail olması ilə bağlı qeyd edilmişdir ki, bunları təsdiq edəcək heç bir mötəbər sübut kollegiyaya təqdim edilməmişdir. Işdəki notariat işinin materiallarında olan iddiaçının ərizəsinin surətindən görünür ki, o, mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etmişdir. Iddiaçının nümayəndəsi həmin ərizədəki imzanın iddiaçıya aid olmasını mübahisələndirdiyindən məhkmə tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş olsa da, iddiaçı sərbəst imza və eksperimental xətt nümunələrinin ekspertə verilməsini təmin xəbərdarlıq edilməsinə baxmayaraq təmin etməmişdir. 29.Müddətin ötürülməməsi ilə bağlı dəlilə münasibətdə bildirilmişdir ki, işdən göründüyü kimi iddiaçının mərhum atası tərəfindən vəsiyyətnamə ölümündən qısa müddət əvvəl, yəni iddiaçının özünün də valideynlərinin yanında olduğu müddətdə qoyulmuşdur. Cavabdeh cavabdeh2 özü də birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatında atasının vəsiyyətnamə barədə bütün uşaqlarına, o cümlədən Asimin özünə də dediyini bildirmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

30.Iddiaçı (vəkil: vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 31.Kassasiya şikayətinin ilk dəlili belə əsaslandırılmışdır ki, notariat ofisi vəsiyyətnamə olduğu halda buna əhəmiyyət vermədən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə Mülki Məcəllənin 1133-cü maddəsini tətbiqində pozuntuya yol vermişdir. 32.Digər dəlilə görə, iddiaçı Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddəti ötürməsə də, məhkəmə kollegiyası əks nəticəyə gəlmiş, lakin bu barədə mövqeyini hüquqi cəhətdən əsaslandıra bilməmişdir. 33.Ayrı bir dəlilə görə, işə baxan məhkəmələr mübahisəli evin onun valideynlərinin birgə nikah dövründə əldə olunan əmlak olmadığını diqqətdən qaçırmış, iş materiallarındakı sübutlara düzgün hüquqi qiymət verməmişlər.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34.Cavabdeh cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz ünvanlayarq şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 36.Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 37.Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 38.Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 39.Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 40.Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 41.Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 45.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 46.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 47.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 48.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

49.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 50.Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

51.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 52.Baxılan işdə iddiaçı ## #### 2003-cü ildə vəfat etmiş atası XXdan, eləcə də ##.##.2024-cü ildə vəfat etmiş anası XXdan miras qalmış əmlak barəsində tərtib edilmiş şəhadətnamələrin və müqavilələrin, onların əsasında dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməklə, həmin əmlaka miras payının müəyyən olunmasını tələb etmişdir (§ 11). 53.Işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiya məhkəmələri gəldikləri nəticəni belə əsaslandırmışlar ki, iddiaçı vəsiyyət üzrə vərəsə kimi qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməmiş, bununla da özünün vəsiyyət üzrə mümkün vərəsəlik hüquqlarını gerçəkləşdirməmiş, nəticə etibarı ilə mərhum atasından miras qalmış əmlak barəsində vəsiyyət üzrə vərəsə hüquqlarını itirmiş, həmçinin, ##.##.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və ##.##.2010-cu il tarixli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün Mülki Məcəllənin 1272-ci maddəsi ilə nəzərdə tutulan iki aylıq kəsici müddəti ötürmüşdür (§ 18-21; 26-29). 54.Kassasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmayaraq əvvəlcə onu qeyd edir ki, iddiaçının mövqeyinə görə atasından qalan mirası faktiki olaraq qəbul etməsi işin mübahisə olunan halı deyil, bu fakt cavabdehlər tərəfindən mübahisələndirilmir. 55.Buna baxmayaraq, məhkəmələr həmin xüsusata münasibətdə gəldikləri nəticənin nədən ibarət olmasını əsaslandırmamışlar.Əgər iddiaçının atasından qalan mirası faktiki qəbul etməsi təsdiq olunursa, üstəlik aparılmış vərəsəlik sənədləşmələrində iddiaçıya da miras payının ayrılması digər vərəsələr tərəfindən mübahisələndirilməmişsə, iddiaçının həmin mirasa olan hüquqlarını itirməsi barədə məhkəmələrin mövqeyi anlaşılan deyil. 56.Iddiaçının anasından qalmış miras isə ##.##.2024-cü ildə açıldığı üçün nəzərə alınmalıdır ki, əgər iddiaçı bu mirasdan qanunla müəyyən edilmiş müddətdə imtina etməyibsə, mirası qəbul etmiş sayılır. 57.Mülki Məcəllənin 1255-ci maddəsinin bu iş üzrə vərəsəlik hüquq münasibətlərinin yarandığı dövrdəki redaksiyasına görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 41). 58.Belə olan halda, hər iki mirasa münasibətdə iddiaçının irəli sürdüyü dəlillər, o cümlədən notariat orqanı tərəfindən 2010-cu ildə şəhadətnamələr verilərkən notarial hərəkətlərin aparılmasında iştirak etməməsi, atası tərəfindən qoyulmuş vəsiyyətnamənin nəzərə alınmaması, habelə mübahisəli evin valideynlərinin ümumi əmlakı olmaması barədə bildirdikləri tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməli idi. 59.Bundan başqa, aşağı instansiya məhkəmələri iddianı rədd edərkən Mülki Məcəllənin 1272-ci maddəsinə istinad etmələri aşağıdakılara görə qanunsuz və əsassızdır. 60.Həmin normaya əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 61.Nəzərə alınmalıdır ki, bu müddəa mirası faktiki olaraq qəbul etmiş, yaxud mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirasa dair iddia qaldırmamasına görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir. 62.Bu baxımdan iddiaçının mirası qəbul etdiyi təsbit etdildikdən sonra, mirasın açıldığı vaxtdan iki ay ərzində qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açılmamasına görə iddianın rədd edilməsi barədə mövqe özü-özlüyündə ziddiyyətli olmaqla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2022-ci il və ## ###### 2023-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə də uyğun olmamışdır. 63.Yuxarıda göstərildiyi kimi, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. 64.Kollegiya vurğulayır ki, iddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. 65.Halbuki, mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür. 66.Bu xüsusatlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ####### 2022-ci il tarixli və ## ###### 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması... vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”; “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilə bilməz”. 67.Qeyd olunanlara əsasən kassasiya məhkəməsi bu qənaətə gəlir ki, baxılan işdə iddiaçının mirası qəbul etməsi mübahisə olunmadığı, yaxud mübahisə edilsə də məhkəmə araşdırmaları ilə təsbit olunduğu halda Mülki Məcəllənin 1272-ci maddəsi çərçivəsində iki ay ərzində mübahisə açmamasına görə vərəsəlik hüququndan məhrum olması barədə mövqe yuxarıda əks olunan qanunvericiliyə və hüquqi mövqelərə uyğun gəlmir. 68.Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 69.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar