Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1874/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası,X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı "tutulmuş yolun açılması və genişləndirilməsi" tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # #### tarixli *(***)-**/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara və ailə üzvlərinə Ağsu rayonu, Hacıuşağı kənd ərazisindən Ağsu rayonu X3 ## ####### 1998-ci il tarixli, ** saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə fərdi yaşayış evi, dövlət bağçılıq təsərrüfat bağı və s. təyinatlı JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” verilmiş Şəhadətnamə əsasında həmin torpaq sahəsi üzərində tikdikləri evə gəlib qayıdan yol cavabdehlər tərəfindən zəbt edilib bağlandığından həmin yolun cavabdehlərin hesabına açılaraq avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsini xahiş etmişdir.
2. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) ##.##.2024-cü il tarixli, *(***)**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar iddiaçı1 və iddiaçı2 mülkiyyətində olan Ağsu rayonu Hacıuşağı kəndində yerləşən 1.23 ha torpaq sahəsinə gedən yolun cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən açılması, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pulun iddiaçılar iddiaçı1 və iddiaçı2 aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X5, Kod 210005, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Ağsu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı mülki iş üzrə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qətnamə qət edilməsini xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş Ağsu rayonu, Hacıuşağı kəndi ərazisindən Ağsu rayonu X3 ## ####### 1998-ci il tarixli, ** saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə fərdi yaşayış evi, dövlət bağçılıq təsərrüfat bağı və s. təyinatlı JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” verilmiş Şəhadətnamə əsasında həmin torpaq sahəsi üzərində iddiaçılar iddiaçı1 və iddiaçı2 tikdikləri evə gəlib-qayıdan yolun cavabdehlərin hesabına avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsinə dair hissəsində ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilmiş, Ağsu rayonu, Hacıuşağı kənd ərazisindən Ağsu rayonu X3 ## ####### 1998-ci il tarixli, ** saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə fərdi yaşayış evi, dövlət bağçılıq təsərrüfat bağı və s. təyinatlı JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” verilmiş Şəhadətnamə əsasında həmin torpaq sahəsi üzərində iddiaçılar iddiaçı1 və iddiaçı2 tikdikləri evə gəlibqayıdan yolun cavabdehlərin hesabına avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsinə dair hissəsində iddia tələbinin rədd edilməsi, Ağsu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 200 manatın 100 manatının iddiaçılar iddiaçı1 və iddiaçı2 müştərək qaydada, 100 manatı isə cavabdeh cavabdeh2 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601000000000039 44 SWIFT BIK CTREAZ22 hesaba) ödənilməsi qət edilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ## ####### 2025-ci il tarixdə poçt xəbərnaməsinə imza etdirilməklə iddiaçı iddiaçı1 ünvanına təqdim edilmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 ## ###### 2025-ci il tarixdə kassasiya şikayəti vermişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmamaqla yanaşı, kassasiya şikayətinə vəkil orderi də əlavə edilmədiyindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Bundan sonra, yəni ## ### 2026-cı il tarixdə iddiaçı iddiaçı1 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən yenidən kassasiya şikayəti verilmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti vəkil Vəkil tərəfindən imzalanmadığından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərardadı ilə geri qaytarılmışdır.
10. Iddiaçı iddiaçı1 (vəkil Vəkil) ## ### 2026-cı il tarixdə yenidən kassasiya şikayəti vermiş və kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2(107)- **/**** nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətinin bərpası barədə ərizəni müdafiə edərək, həmin ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında məhkəmə kollegiyasının qətnaməsindən kassasiya şikayəti verməsi müddətinin ötürülməsinin onun elektron məhkəmə informasiya sistemindən istifadə edilməklə sənədləşmə işlərini apara bilməməsi ilə əlaqədar olduğunu göstərmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cü il tarixli, *(***)- **/**** nömrəli (hakimlər E.M.Mehdiyev (sədrlik edən və məruzəçi), E.B.Isayev və T.V.Musayev) qərardadı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır
13. Kollegiya öz mövqeyini belə əsaslandırmışdır ki, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi müəyyən olunur. Bu normadan göründüyü kimi, kassasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və 2 ay davam edir.
14. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Işdə olan poçt xəbərnaməsindən müəyyən edilmişdir ki, mübahisəli qətnamə ## ####### 2025-ci il tarixdə buna dair imza etdirilməklə iddiaçı iddiaçı1 ünvanına təqdim edilmişdir. Iddiaçı iddiaçı1 ötürülmüş müddətin bərpasına dair ərizənin də əlavə edildiyi kassasiya şikayəti isə ## ### 2026-cı il tarixdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır.
15. Müddətinin bərpa olunması barədə tələbin prosessual hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir.
16. Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
17. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur.
18. "X7 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin ## ###### 2007- ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357- 401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir.
19. Iddiaçı iddiaçı1 ərizəsində qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinin üzürlü halı kimi asan imzasının aktiv olmamasına, əvvəl verdiyi kassasiya şikayətinə vəkil orderini əlavə etməsinə, vəkil orderinin nömrəsini kassasiya şikayətində göstərməsinə baxmayaraq hansı səbəbdən məhkəmə sisteminə düşməməsindən məlumatsız olmasına istinad etsə də, həmin hallar qətnamədən vaxtında kassasiya şikayətinin verilməsinə maneçilik törədə bilən hallar kimi şərh edilə bilməzlər.
20. Kollegiya qeyd etmişdir ki, iddiaçı iddiaçı1 proses iştirakçısı olduğundan, mübahisə tərəfi olduğu iş üzrə elektron sənəd dövriyyəsinin vaxtında izlənməməsinin üzürlü səbəb kimi qəbul edilməsi mümkünsüzdür.
21. Məhkəmə kollegiyası iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
22. Iddiaçı iddiaçı1 prosessual müddətin bərpası haqqında ərizədə qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsinə əsas verəcək hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-in 10-1.1, 10- 1.2,10-1.3, 128.3, 130.1, 133.1, 135.2, 135.5, 135.6, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə mövqeyini əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) Kassasiya şikayətinin dəlilləri
24. Iddiaçı iddiaçı1 (onun vəkili-Vəkil) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-**/****-*** saylı qərardadının ləğv olunmasını və müddətin bərpasına dair ərizəsinin təmin olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq kassasiya şikayətini vaxtında vermişdir. Hətta vəkilinin də iştirakı olub, lakin hər hansı səbəbdənsə vəkilinin sənədləri, orderi görünməmişdir. Uzun müddət fikirləşmişlər ki, yəqin ki, Ali Məhkəmədə işlərə gec baxılır. Ona görə də gözləmişlər. Vəkilinin sənədləri sistemə düşmədiyindən o da prosesə nəzarət edə bilməmişdir. Buna görə də prosesual müddət ötmüşdür. Lakin onun birinci olaraq vaxtında verdiyi kassasiya şikayəti təsdiq edir ki, bu şikayəti vermək istəmişdir. Sadəcə şikayətin verilməsilə bağlı prosedur qaydalara riayət olunmaması ucbatından şikayət qəbul olunmamışdır. Yəni texniki məsələlərlə bağlı səhvə yol verilmişdir. Belə hesab edir ki, məhkəmə şikayətin məhz texniki səhvlər ucbatından gecikdirilməsini üzürsüz hesab edərək müddəti bərpa etməməsi onun məhkəməyə şikayət vermək hüquqlarını məhdudlaşdırmışdır.
26. Şəki Apellyasiya məhkəməsi hüquqlarının həyata keçirilməsi əvəzinə qərəzli şəkildə şikayətinin Ali Məhkəməyə göndərilməsinə maneçilik göstərir. Belə başa düşür ki, apellyasiya məhkəməsi verdiyi qətnamənin əsassız olduğunu bildiyi üçün şikayətin kassasiya məhkəməsinə göndərilməsində maraqlı deyil.
27. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.3, 14.1-ci maddəsinə istinad edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
30. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
31. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
32. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
33. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
34. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
35. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
36. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
37. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
38. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
39. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; ...
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
41. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.