Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-11/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına qarşı pul tələbinə dair, cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızının iddiaçı İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.##.##.2023-cü il tarixli, AZ-İ ****** saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasındakı (##.##.2021-ci il tarixində qeydə alınmış) nikah tərəflərin ##.##.2023-cü il tarixli birgə ərizəsi əsasında pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında ##.##.2023-cü il tarixdə 153 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına “Quluzadə” soyadı verilmişdir. 2.İcarəyə verən Məmmədov İsmayıl Məmməd oğlu və icarəçi Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 100.80 m2 olan qeyri-yaşayış sahəsini icarəçiyə 10 il müddətinə icarəyə verməyə, icarəçi isə ##.##.2023-cü il tarixdən etibarən aylıq 2200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 3.Kreditor “xxxx” ASC və zamin İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli, *FIZAM********* saylı zaminlik müqaviləsindən görünür ki, zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun Cavabdeh öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 4.Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən, zamin borclunun kreditor qarşısında olan öhdəliyini tam və ya qismən icra etdikdə, kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmə müvafiq olaraq tam və ya qismən zaminə keçir. 5.“xxxx” ASC-nin ##.##.2025-ci il tarixli hesab üzrə çıxarış və qəbzindən görünür ki, İddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə 16727 manat hesaba (banka) mədaxil edilmişdir. 6.“xxxx” MMC-dən çıxarışdan görünür ki, Cavabdeh tərəfindən “xxxx” ASC-dən götürülmüş kredit üzrə sonuncu ödəniş ##.##.2024-cü il tarixdə həyata keçirilmiş, kreditin statusu “tam ödənilmiş”dir. 7.AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı sorğuya cavab məktubundan və ona qoşma edilmiş “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatdan çıxarışdan görünür ki, “Əmək və məşğulluq” altsisteminə baxış zamanı Səidə Quluzadə tərəfindən fərdi sahibkar olaraq (VÖEN:3103185862) 25 şəxslə bağlı əmək müqaviləsinin daxil edildiyi, hazırda qüvvədə olduğu məlum olmuşdur. 8.Birinci instansiya məhkəməsində icraat 9.İddiaçı İddiaçı cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 16727 manat məbləğində borc məbləği, 350 manat məbləğində vəkil xidmətləri xərci, 142 manat məbləğində məhkəmə rüsumunun və ##.##.2024-cü il tarixdən qətnamə çıxarılacaq tarixə qədər ümumi borc məbləğinə 30 % illik faiz məbləğinin hesablanaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10.İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Quluzadə Səidə Azər qızı ##.##.2022-ci il tarixdə “xxxx” ASC-dən 300000 manat məbləğində illik 30 % dərəcə ilə kredit limiti açdırmışdır. Həmin kredit üzrə iddiaçının dostu olan İbrahimov Elçin İsrafil oğlu həmin kredit üzrə avtomobilini ipotekaya qoymuşdur. İbrahimov Elçin İsrafil oğlu və iddiaçı həmçinin, həmin kredit xətti üzrə zamin olmuşlar. Quluzadə Səidə Azər qızı həmin kreditin 50000 manat hissəsini kreditləşdirmiş, lakin ödənişləri vaxtında yerinə yetirmədiyi üçün İbrahimov Elçin İsrafil oğluna və iddiaçıya borcun ödənilməsi üçün Bankdan icra sənədləri göndərilmişdir. Quluzadə Səidə Azər qızının borcundan 16727 manat məbləğində vəsait zamin olduğundan dolayı iddiaçının hesabından borcun ödənilməsi üçün silinmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. 11.Cavabdeh Quluzadə Səidə Azər qızı iddiaçı İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2022-ci il tarixdə “xxxx” ASC ilə bağlanmış *******-*********L saylı kredit müqaviləsinə əsasən götürülmüş 50000 manat məbləğində kreditin nikah dövründə birgə ailə ehtiyacları üçün sərf edildiyi nəzərə alınaraq, həmin kredit üzrə nikahın pozulduğu ##.##.2023-cü il tarixindən sonra onun tərəfindən ödənilmiş 33273 manat məbləğində borcun 1/2 hissəsinin – yəni 16.636 məbləğində vəsaitin İddiaçı tutularaq ona ödənilməsinə, həmçinin hüquqi yardım göstərilməsinə dair vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat və iş üzrə dövlət rüsumu qismində ödənilmiş 141 manat məbləğinin də İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12.Cavabdehin iddia tələbi onunla əsaslandırılmışdır ki, o ##.##.2021-ci il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, ##.##.2023-cü il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzində nikahları rəsmi olaraq pozulmuşdur. Nikah dövründə - ##.##.2022-ci il tarixdə iddiaçının adına “xxxx” ASC-də *******-*********L saylı kredit müqaviləsi üzrə illik 30% dərəcə ilə 300000 manat məbləğində kredit xətti açılmış, onun 50000 manat hissəsi kreditləşdirilmişdir. Kredit müqaviləsi üzrə İddiaçı ##.##.2022-ci il tarixli, 1FİZAM195686001 saylı zaminlik müqaviləsi ilə zamin qismində çıxış etmişdir. Göstərilən kredit vəsaiti birgə nikah münasibətləri dövründə ailə təsərrüfatının idarə olunmasına yönəldilmişdir. Belə ki, nikah dövründə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsi, ev 20, mənzil 1 ünvanda yerləşən “VVHITE CAT” adlı kofe mağazası icarəyə götürülmüş, həmin məkanın təmirinə 98200 manat, avadanlıqların alınmasına isə 109700 manat xərclənmişdir. Bütün bu xərclər kredit vəsaiti hesabına həyata keçirilmiş və bu, ailə gəlirlərini artırmaq məqsədi daşımışdır. Nikahın ##.##.2023-cü il tarixində pozulmasından sonra həmin kredit üzrə 33273 manat borc məbləği cavabdeh tərəfindən ödənilmişdir. Göstərilən kredit vəsaiti birbaşa olaraq nikah münasibətləri dövründə - ##.##.2022-ci il tarixdə götürülmüş, ailə təsərrüfatının idarə olunması məqsədilə istifadə edilmişdir. Belə ki, kredit hesabına birgə yaşayış və gəlir əldə etmə məqsədilə kofe biznesi qurulmuş, icarə, təmir və avadanlıq xərcləri bu vəsaitdən qarşılanmışdır. Ailə Məcəlləsinə əsasən, nikah dövründə əldə edilmiş və birgə ehtiyaclar üçün istifadə olunmuş kreditlər üzrə öhdəliklər ər və arvadın birgə öhdəliyi sayılır. Bundan əlavə İddiaçı kredit müqaviləsi üzrə zamin qismində çıxış etməsi, onun kreditin götürülməsi və ailə təsərrüfatı məqsədilə xərclənməsi barədə məlumatlı olduğunu və bu öhdəlikdə iştirakını açıq şəkildə göstərir. Bu baxımdan kredit üzrə öhdəlik həm hüquqi məzmununa, həm də faktiki istifadəsinə görə birgə öhdəlik kimi qiymətləndirilməli və cavabdeh tərəfindən müvafiq payla qarşılanmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh İddiaçı vəsatəti təmin edilmiş, e-*(***)-****/**** saylı iş e-*(***)-****/**** saylı işlə birgə baxılması məqsədilə Abşeron Rayon Məhkəməsinə göndərilmiş və ##.##.2025-ci il tarixdə hakim Məlahət Abbasovanın icraatına e-*(***)-****/**** saylı iş nömrəsi ilə daxil olmuşdur. 13.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı Quluzadə (Baxşiyeva) Səidə Azər qızının cavabdeh İddiaçı qarşı pul tələbinə dair e-*(***)-****/**** saylı mülki iş iddiaçı İddiaçı cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına qarşı pul tələbinə dair e-*(***)-****/**** saylı mülki işlə birləşdirilmişdir. 14.Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi vəkil2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini, cavabdehin iddiasını isə qəbul etməyərək təmin olunmamasını xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh tərəfindən kredit xətti açılmış, iddiaçı ona zamin dayanmışdır. Kreditin götürülməsində məqsəd biznesin qurulmağı olmuş, cavabdeh tərəfindən götürülmüş borc vəsaiti ailənin heç bir ümumi mənafeyi və gələcəyi üçün sərf edilməmişdir. Cavabdehin götürdüyü kredit yalnız şəxsi biznesi üçün sərf edilmişdir. Biznes gəlir gətirdiyi dövrdə də aralarında olan ailə münasibətləri tamamilə sonlanmışdır. Həmin biznesin 50 %-dən çox hissəsinə iddiaçı tərəfindən vəsait qoyulsa da, ayrılan dövrdə tərəflər şifahi razılığa gəlmişlər ki, biznes “VVhite cat” adlı kofeşop (kafe) cavabdehdə qalsın və kredit də onun tərəfindən həyata keçirilsin. Tərəflər arasındakı nikaha xitam verildikdən 1 ay sonra – ##.##.2023-cü il tarixdən etibarən kafe fəaliyyətə başlamışdır. Boşanma zamanı tərəflər arasında biznesə dair razılaşma olmamışdır. Kafeyə avadanlıqlar Asəfin hesabına alınmışdır. Bir müddət sonra cavabdeh ödəniş edə bilmədiyi üçün kafe çöküş yaşamış, onun yerinə iddiaçı ödənişləri etmişdir. Ödənişlərin məbləği 16000 manatdan çoxdur. İddiaçı zamin kimi ödənişi etdiyi üçün icraata xitam verilmişdir. Cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı və digər girov qoyan şəxslərin əmlakına tutma yönəldilmişdir. Asəf dostunun avtomobilinə tutma yönəldilməməsi üçün borcu ödəmiş, daha sonra iddia qaldırılmışdır. Biznesin rəsmi və ya qeyri-rəsmi olması ilə bağlı heç bir məlumatı yoxdur. Cavabdeh yaratdığı biznesi batırdığı üçün hazırda həmin kredit borcunun bölünməsini istəyir. Lakin həmin biznes cavabdeh tərəfindən mənimsənilmiş, iddiaçının buradan heç bir gəliri olmamışdır. Biznes mənimsənildiyi halda kreditlə götürülmüş borcun bölünməsini istəməsi qəribədir. 15.Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Həsənova İlhamə Zakir qızı irəli sürdükləri iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını, iddiaçının iddiasını isə qəbul etməyərək rədd olunmasını xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, kredit tərəflərin ortaq biznesinə yatırılmaq məqsədilə birgə nikah dövründə götürülərək ailə üçün xərcləndiyindən birgə borc sayılır. Kredit cavabdehin şəxsi məqsədləri üçün istifadə edilməmiş, biznesə xərclənmiş, MMC yaradılmış, cavabdeh MMC-nin təsisçisi və direktoru olmuşdur. Ödənişlər isə tərəflər arasındakı nikah pozulduqdan sonra edilmişdir. Cavabdehin adına icarə müqaviləsi var. Ödənişlərin çox hissəsi – təqribən 33000 manat hissəsi cavabdeh tərəfindən, təxminən 16000 manat hissəsi isə iddiaçı tərəfindən edilmişdir. Həmin biznesdən – kofeşopdan qazanılan gəlir bir yerdə istifadə olunmuş, həmin qazancdan ödəniş etmişlər. Tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak hesab edilməsini istəyir. Onların ödədiyi məbləğin yarısı iddiaçıya, iddiaçının ödədiyi məbləğin yarısı isə cavabdehə məxsus olmalıdır. Bu baxımdan cavabdehə qarşı zamin kimi irəli sürülmüş iddianı qəbul etmir. 16.İştirak etdiyi məhkəmə iclasında cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızı irəli sürdüyü iddianı müdafiə edərək, iddiaçının iddiasını isə qəbul etməyərək izahatında bildirmişdir ki, zamin duran zaman iddiaçı onun yoldaşı olmuş, daha sonra aralarındakı nikah pozulmuşdur. Kreditlə bağlı 300000 manatdan çox pul ödənişi etmişlər, hazırda qaldırılan iddiadakı məbləğ həmin borcun kiçik bir hissəsidir. 17.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızından 8363.5 manat borc, 70.5 manat dövlət rüsumu və 350 manat vəkil xərci tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 70.5 manat dövlət rüsumu onun özünə aid edilməsi iddiaçının iddiasının qalan hissədə təmin edilməməsi, cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızının iddiaçı İddiaçı qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı İddiaçı 16636 manat borc, 141 manat dövlət rüsumu və 300 manat vəkil xərci tutularaq cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızının xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Mirnəsir Mirhəsənli) 18.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 225.1, 225.4, 470.1, 470.2, 475.1 və 475.3-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2, 36.3, 37.1, 37.2 və 37.3-cü maddələrinə, Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli Qərarının 3.14, 4.2, 4.3, 4.7, 6.4, 6.36 və 6.39-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 119.1, 115.0.1, 115.0.5, 121.1, 217.3, 217.4 və 218.3cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 19.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Quluzadə Səidə Azər qızının kredit ödənişlərinin mənbəyinin müəyyən edilməsi üçün Dövlət Vergi Xidmətinə və DSMF-ə sorğu verilməsini, bu məlumatlar iş materiallarına əlavə edilməklə mübahisə yenidən tam, hərtərəfli və obyektiv araşdırılmasını, maddi hüquq normalarının (AM 32.2, AM 37.3, Plenum 3.14 və 6.39) düzgün tətbiqi bu sübutlardan birbaşa asılı olduğundan onların təqdim edilməsinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsindən Abşeron Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, e-2(012)-1589/2025 qətnaməsi tam ləğv edilməsini, onun iddiasının – 16.727 manatın tam şəkildə cavabdehdən tutulması təmin edilməsini, cavabdehin qarşılıqlı iddiası (16.636 manat) təmin edilməməsini, məhkəmə xərclərinin cavabdehin üzərinə yönəldilməsini xahiş etmişdir. 20.O, iddiaçı İddiaçı, yalnız zamin qismində iştirak etdiyi kredit öhdəliyinə dair üzərinə yönəldilmiş məcburi icra tədbirləri nəticəsində “xxxx” ASC qarşısında ümumilikdə 16.727 (on altı min yeddi yüz iyirmi yeddi) manat məbləğində öhdəlik icra etmişdir. Bu ödəniş tam şəkildə onun şəxsi vəsaiti hesabına həyata keçirilmiş və kredit müqaviləsinə dair öhdəliklər zaminlik münasibəti əsasında onun tərəfindən tam icra olunmuşdur. Bu səbəblə o Abşeron Rayon Məhkəməsinə müraciət edərək MM-in 475.1-ci maddəsinə əsaslanan reqres tələbi irəli sürmüş, borcun əsas borclusu olan cavabdeh Quluzadə Səidə Azər qızından onun tərəfindən ödənilmiş 16.727 manatın tam həcmdə tutulmasını tələb etmişdir. Mülki Məcəllənin 475.1-ci maddəsi, həmçinin “xxxx” ASC ilə aralarında bağlanılmış Zaminlik müqaviləsinin müddəaları zamin tərəfindən ödənilmiş məbləğin tam şəkildə borcludan geri tələb edilməsini nəzərdə tutur və bu baxımdan onun iddiası mövcud hüquqi norma ilə tam uzlaşır. Cavabdeh isə öz növbəsində məhkəməyə qarşılıqlı iddia verərək, kredit üzrə ödənişlərin guya ailə ehtiyacları üçün həyata keçirildiyini, kreditin ailə təsərrüfatının ümumi borcu olduğunu və bu əsasla kreditin müəyyən hissəsinin–33.273 manatın yarısının, yəni 16.636 manatın onun tərəfindən ona ödənilməli olduğunu iddia etmişdir. Cavabdeh qarşılıqlı iddiasını əsaslandırmaq üçün kreditin ailə məqsədli istifadəsinə dair sübut təqdim etməmiş, yalnız subyektiv izahatlarla kifayətlənmişdir. Birinci instansiya məhkəməsi nəticə etibarilə hər iki tələbi qismən təmin etmiş, lakin bu zaman işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını yanlış tətbiq etmiş və sübutlara qiymət vermə tələblərini pozmuşdur. Belə ki, kredit vəsaiti ailə ehtiyaclarının ödənilməsi üçün deyil, cavabdehin şəxsi sahibkarlıq fəaliyyəti üçün götürülmüş və yalnız bu məqsədlə istifadə olunmuşdur. İş materiallarından tam aydın olur ki, “VVhite Cat” adlı ictimai iaşə obyektinin açılması, fəaliyyəti, icarəsi, işçi heyətinin saxlanılması, təsərrüfat xərcləri və bütün kommersiya əməliyyatları cavabdeh Quluzadə Səidə Azər qızının adına rəsmiləşdirilmişdir. Bu çərçivədə: obyektin icarə müqaviləsi yalnız cavabdehin adına bağlanmışdır. 25 nəfər işçi ilə bağlanmış əmək müqavilələrinin hamısı cavabdehin adına rəsmiləşdirilmişdir. Sahibkarlıq uçotu və vergi uçotu cavabdeh tərəfindən aparılmışdır. Biznesin gəlirləri yalnız cavabdeh tərəfindən istifadə edilmişdir. Bu hallar kredit vəsaitinin ailə təsərrüfatı üçün deyil, məhz cavabdehin şəxsi kommersiya riski üçün sərf edildiyini qəti şəkildə təsdiqləyir. Cavabdehin kredit üzrə ödənişlərinin ailə məqsədi daşıması barədə hər hansı maddi sübut təqdim olunmamışdır. Nikah münasibətləri kreditin götürülməsindən dərhal sonra faktiki olaraq bitmiş, cavabdeh isə nikahdan sonra yalnız şəxsi kommersiya gəlirləri hesabına kredit ödənişləri etmişdir. İş materialları sübut edir ki, tərəflər arasında faktiki nikah münasibətləri kreditin götürülməsindən qısa müddət sonra bitmişdir. Nikaha xitam verildikdən sonra müvafiq biznes, yeni, ##.##.2023 tarixindən etibarən cavabdeh “VVhite Cat” adlı obyekt üzrə sahibkarlıq fəaliyyəti məşğul olmuş və bütün gəlirlər məhz bu kommersiya fəaliyyətindən əldə edilmişdir. Kredit üzrə ödənişlərin əksəriyyəti də məhz bu dövrdə həyata keçirilmişdir. Bu faktlar kredit ödənişlərinin ailə təsərrüfatı və ümumi ailə gəlirləri hesabına aparıldığını tam istisna edir. Bu səbəblə kreditin ailə borcu kimi qiymətləndirilməsi: Ailə Məcəlləsinin 32.2-ci maddəsinə, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2024-cü il Plenum Qərarının 3.14-cü (borcun ailə ehtiyaclarına yönəldilməsinin sübut edilmə öhdəliyi) və 6.39-cu (nikahdan sonra ödənilən borcların hüquqi rejimi) bəndlərinə ziddir. Onun tərəfindən ödənilmiş 16.727 manatın yarıya bölünməsi Mülki Məcəllənin 475.1-ci maddəsinin açıq-aydın yanlış tətbiqindən ibarətdir. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, zamin borcu kreditor qarşısında ödədiyi andan etibarən kreditorun həmin borc üzrə bütün hüquqlarını özündə cəmləyir və ödənilmiş məbləği tam həcmdə borcludan tələb etmək hüququna malik olur. Məhkəmənin onun zamin kimi ödədiyi məbləği iki hissəyə bölərək yalnız yarısının cavabdehdən tutulması barədə qərar qəbul etməsi bu maddənin mahiyyətinə tam ziddir və zaminlik institutunun hüquqi təbiətini pozur. Zaminlik münasibətləri ailə-hüquq münasibətlərindən tam ayrı və müstəqil mülki hüquqi öhdəlikdir. Zaminlik nikah münasibətlərindən qaynaqlanmır və nikahın mövcudluğu zaminlik öhdəliklərinə heç bir şəkildə təsir etmir. Məhkəmənin: zaminlik öhdəliyini, ailə borcu anlayışı ilə əlaqələndirməsi hüquqi kateqoriyaların səhv qarışdırılmasıdır və nəzəri baxımdan da yolverilməzdir. Zaminlik şəxsi təminat öhdəliyidir, ailə-hüquqi öhdəlik deyil. Zaminin ödədiyi məbləğin bölünməsi hüquqi nəticə etibarilə zaminlik institutunu mənasızlaşdırır. Zaminlik institutunun əsas funksiyası kreditoru təmin etməkdir. Əgər zamin borcu ödədikdən sonra ödənilmiş məbləğin yalnız yarısını geri ala bilsə, zaminlik institutu: riskli, qeyri-proporsional, iqtisadi baxımdan mənasız, hüquqi baxımdan məntiqsiz bir mexanizmə çevrilər. Məhkəmənin yarıya bölmə yanaşması praktiki olaraq belə deməkdir: “Zamin borcu tam ödəməlidir, lakin yalnız yarısını geri ala bilər.” Bu isə zaminlik institutunun hüquqi və iqtisadi mahiyyətinə tam ziddir. Məhkəmənin zaminliklə ailə-hüquq münasibətlərini qarışdırması hüquqi baxımdan kobud pozuntudur. Zaminlik mülkihüquqi təminat öhdəliyi, Ailə borcu – ailə təsərrüfatı üçün çəkilmiş borc münasibətidir. Bu iki institut: hüquqi təbiətinə görə, hüquqi mənbələrinə görə, tətbiq olunan maddələrə görə, subyekt tərkibinə görə tamamilə fərqlidir. Zaminlik münasibətləri ilə nikah münasibətlərinin qarışdırılması hüquqi baxımdan yolverilməzdir və məhkəmənin bu hərəkəti maddi hüquq normalarının kobud şəkildə pozulmasıdır. Cavabdehin qarşılıqlı iddiasının təmin edilməsi üçün onun sübut təqdim etməsi tələbi yerinə yetirilməmiş, məhkəmə subyektiv izahatlar əsasında hökm çıxarmışdır. Cavabdeh qarşılıqlı iddianın təmin edilməsi üçün kredit vəsaitinin ailə məqsədi daşıdığını sübut etməli idi. Lakin bu barədə heç bir obyektiv, maddi sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin sadəcə izahatına istinad etməklə qarşılıqlı iddianı qismən təmin etmişdir ki, bu da: MPM-in 14.2-ci maddəsinin (sübutetmə yükü), MPM-in 88-ci maddəsinin (sübutların hərtərəfli araşdırılması), MPM-in 217.3 və 217.4-cü maddələrinin (qətnamənin əsaslandırılması tələbi) tələblərinə zidddir. Məhkəmə işin faktiki hallarını tam araşdırmadan, fərziyyələr əsasında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi kreditin ailə ehtiyacları üçün götürüldüyü barədə nəticəni faktiki sübutlar olmadan, yalnız cavabdehin subyektiv açıqlamalarına əsaslanaraq formalaşdırmışdır. Halbuki iş materiallarında kreditin istifadəsinin ailə məqsədli olduğunu təsdiq edən heç bir maddi sübut yoxdur, əksinə sənədlər kreditin yalnız cavabdehin kommersiya fəaliyyəti üçün xərcləndiyini qəti şəkildə təsdiq edir. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iddia və qarşılıqlı iddianı araşdırarkən işin faktiki hallarını düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və sübutetmə tələblərini pozmuşdur ki, bu da qətnamənin ləğv edilməsini və iş üzrə düzgün hüquqi qiymətləndirmənin aparılmasını zəruri edir. Məhkəmə cavabdehin təqdim etmədiyi “ailə məqsədi” sübutunu öz təşəbbüsü ilə yaratmış kimi qiymətləndirmə aparıb. Məhkəmə kreditin faktiki sərf istiqamətini araşdırmadan qərar qəbul edib. Qətnamədə zaminlik institutuna dair hüquqi əsaslandırma yoxdur, normanın tətbiqi izah edilməyib. Məhkəmə xərclərinin bölünməsi iddianın mahiyyəti nəzərə alınmadan xərclər əsassız şəkildə bölünüb. Aşağıdakı faktiki hallar birinci instansiya məhkəməsi tərəfindən lazımi dərəcədə və/və ya heç aydınlaşdırılmamışdır. Hər bir belə halın işin nəticəsinə birbaşa təsiri vardır və məhkəmənin düzgün hüquqi qətnamə qəbul etməsi üçün mütləq dəqiqləşdirilməli idi: Kredit vəsaitinin faktiki olaraq nəyə sərf olunduğu, kreditin hansı konkret xərclərə yönəldiyini (icarə haqqı, təmir, avadanlıq alınması,işçi maaşları və s.) tam şəkildə araşdırmamış, vəsaitlərin real istifadə istiqamətini təsdiq edəcək müvafiq sənədləri (fakturalar, çeklər, avans sənədləri, müqavilələr) iş materiallarına daxil etməmişdir. Ailə Məcəlləsi və Plenum təcrübəsi baxımından kredit vəsaitinin ailə ehtiyacları üçün istifadə edilməsinin sübut edilməsi lazımdır. Əgər vəsait şəxsi kommersiya fəaliyyəti üçün istifadə edilibsə, bu, borcun ümumi ailə borcu kimi bölünməsi hüquqi əsasını aradan qaldırır. Dolayısıyla, vəsaitin istifadə məqsədinin müəyyən edilməsi birinci dərəcəli sübut hesab olunur və məhkəmənin nəticəsinə birbaşa təsir göstərir. Biznesin gəlirlərinin kim tərəfindən istifadə edildiyi Məhkəmə kafenin gəlirlərinin real benefisiarı (yəni gəlirdən istifadə edən şəxs və ya şəxslər) barədə müfəssəl araşdırma aparmamışdır. Xüsusilə, gəlirlərin hesabatlara necə daxil edildiyi, sistemli şəkildə cavabdehin şəxsi hesablarına köçürülməsi və ya ailə tərəfindən bölüşdürülməsi məsələləri sənədlərlə təsdiqlənməmişdir. Əgər biznes gəlirləri mütləq şəkildə cavabdehin şəxsi gəliri kimi qeydiyyata alınmış və yalnız o tərəfindən xərclənmişdirsə, bu, kreditin ailə məqsədi üçün istifadə edilmədiyini və qarşılıqlı iddianın əsassız olduğunu göstərir. Əks halda, əgər gəlirlərin bir hissəsi birgə ailə ehtiyaclarına yönəldibsə, bu, ümumi borcun bölünməsi prinsipinə təsir edə bilər. Kafenin fəaliyyətə başlayıbbatmasının nikah/ailə münasibətləri ilə əlaqəsi Məhkəmə kafenin rəsmi fəaliyyətə başlayış tarixini, fəaliyyət dövrü ərzində kimin nə vaxt və necə idarəçilik funksiyalarını yerinə yetirdiyini, fəaliyyətin nikah dövrünə və nikahdan sonrakı dövrlərə təsirinin necə bölündüyünü dəqiq müəyyən etməmişdir. Belə ki, fəaliyyətin sonrakı dövrlərə təsirinin necə bölündüyünü dəqiq müəyyən etməmişdir. Belə ki, fəaliyyətin başlanması və davam etməsi tarixləri ilə nikahın faktiki bitməsi tarixləri arasındakı münasibət düzgün məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Əgər kafe əsasən nikahdan sonra fəaliyyətə başlayıb və gəlirləri nikahdan sonra əldə olunubsa, bu, həmin gəlirlərin və onlara söykənən ödənişlərin şəxsi xarakter daşıdığını göstərir. Əks halda, əgər fəaliyyət nikah dövründə başlamış və gəlirlər nikah müddətində ayrıseçkiliksiz ailə ehtiyacları üçün istifadə edilmişdirsə, bu, fərqli hüquqi nəticələrə gətirər. Bu fərq həm zaminlik tələbinin, həm də qarşılıqlı iddianın taleyinə təsir edir. Ayrılıq zamanı biznesin cavabdehdə saxlanılması barədə razılaşmanın hüquqi nəticələri Tərəflər arasında nikahın pozulması zamanı və ya ondan sonra biznesin cavabdehdə saxlanılması barədə hər hansı yazılı və ya şifahi razılaşma olub-olmaması və onun məzmunu məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə razılaşmanın varlığı və ya yoxluğu barədə sübut tələb etməmiş və razılaşmanın olmasının hüquqi nəticələrini qiymətləndirməmişdir. Əgər ayrılıq zamanı tərəflər arasında biznesin cavabdehdə saxlanması barədə konkret razılaşma olmuş və bu razılaşma sənədlə təsdiqlənmişdirsə, cavabdehin həmin biznesin gəlirlərini və gəlirlərdən istifadəni öz üzərinə götürməsi kimi hüquqi nəticələrə gətirib çıxara bilər. Əks halda, belə razılaşmanın olmaması ailə borcunun bölünməsi barədə iddiaların əsasını zəiflədir. Razılaşmanın mövcudluğu və məzmunu, həmçinin onun müqavilə hüququ və ailə hüququ aspektindən hüquqi nəticələri, məhkəmənin qərarına birbaşa təsir göstərir. Zamin tərəfindən ödənilən məbləğin hansı səbəbdən yarıya bölünməsi Məhkəmə zamin (o) tərəfindən ödənilmiş 16.727 manatın yalnız yarısının cavabdehdən tutulmasına qərar verərkən həmin məbləğin niyə tam deyil, məhz yarı-yarıya bölünməsinin hüquqi və faktiki əsasını açıq şəkildə əsaslandırmamışdır. Konkret olaraq, məhkəmənin tətbiq etdiyi hüquqi norma, hesablamanın məntiqi və mənbəçəkmə arqumentləri iş materiallarında əks olunmayıb. MM 475.1-ci maddəsinə əsasən zaminin ödədiyi məbləğin tam həcmdə geri tələb edilməsini təmin edir; məbləğin yarıya bölünməsi yalnız xüsusi, qanunda nəzərdə tutulmuş hallar (məsələn, birdən çox zaminin olması, tərəflər arasında əvvəlcədən razılaşdırılmış bölüşdürmə və s.) mövcud olduqda məqbul ola bilər. Bu halda belə xüsusi hallar sübuta yetirilməyib. Zaminin regres hüququnun məhdudlaşdırılması onun mülki-hüquqi müdafiə imkanlarını sarsıdır və qanunun tətbiqində inkonsistensiyaya yol açır. Yuxarıda göstərilmiş hər bir faktiki halın aydınlaşdırılmaması və iş materiallarına daxil edilməməsi Mülki Prosessual Məcəllənin sübutların tam, obyektiv və hərtərəfli tədqiqi tələblərini (xüsusilə MPM 14.2, 88 və 217-ci maddələrini) pozur və məhkəmənin çıxardığı qətnamənin əsaslı şəkildə səhv olmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər Birinci instansiya məhkəməsi iş üçün həlledici əhəmiyyət daşıyan bir sıra halları müəyyən etmiş, lakin həmin halların sübut olunması üçün tələb olunan qanuni sübutları araşdırmamış, zəruri sənədləri işə əlavə etməmiş və ya sübutetmə yükü düzgün bölüşdürülməmişdir. Kreditin ailə məqsədi üçün götürüldüyünə dair sübutun olmaması Məhkəmə kreditin “ailə ehtiyacları üçün” götürüldüyü barədə nəticəyə gəlmiş, lakin kredit vəsaitinin ailə təsərrüfatına yönəldildiyini təsdiqləyən heç bir maddi sübut (qəbzlər, müqavilələr, ailə təsərrüfatı xərclərinə dair ödəniş sənədləri, ailə büdcəsinə aid sənədlər və s.) iş materiallarında təqdim edilməmişdir. Ailə Məcəlləsinin 32.2-ci maddəsinə və Ali Məhkəmənin ##.##.2024 tarixli Plenum Qərarının 3.14-cü bəndinə əsasən, kredit yalnız o halda “ailə məqsədli” hesab edilə bilər ki, borc alan şəxs kreditin ailə ehtiyacı üçün istifadə olunduğunu sübut etsin. Cavabdeh bu sübutetmə yükünü icra etməmiş, məhkəmə isə bu məsələni qərəzsiz araşdırmamışdır.Bu halın sübut edilməməsi kreditin ümumi ailə borcu kimi bölünməsi qərarını hüquqi baxımdan əsassız edir. Cavabdehin qarşılıqlı iddiasının əsası olan gəlir-xərc balansının olmaması Cavabdeh qarşılıqlı iddiasında kredit ödənişlərini ailə gəlirləri hesabına etdiyini iddia etmiş, lakin: “VVhite Cat” biznesinin gəlirlərinə, xərclərinə, mənfəət və zərərinə, dövriyyəsinə, dair heç bir mühasibat və vergi sənədi təqdim etməmişdir. Gəlir-xərc balansı olmadan biznesin faktiki iqtisadi vəziyyətini və kredit ödənişlərinin hansı mənbədən edildiyini müəyyən etmək mümkün deyil. Cavabdehin təqdim etdiyi şifahi izahatlar və qeyrirəsmi qeydlər vergi uçotu sənədlərini, kassadan çıxarışları, bank dövriyyələrini əvəz edə bilməz. MPM-in 88-ci maddəsinə əsasən, sübutlar etibarlı, aidiyyəti olan və məhkəmədə yoxlanıla bilən olmalıdır. Bu standart təmin olunmayıb. Gəlir-xərc balansı olmadan kredit ödənişlərinin ailə ehtiyaclarına yönəldiyi barədə qənaət hüquqi əsasa malik deyil və qarşılıqlı iddianın təmin edilməsini mümkünsüz edir. “Ailə ehtiyacı” anlayışının yalnız cavabdehin izahatı ilə təsdiq edilməsi Məhkəmə kreditin ailə məqsədli olmasını yalnız cavabdehin şifahi izahatına əsaslanaraq qəbul etmişdir. Hər hansı maddi sübut ailə büdcəsi xərcləri, birgə alınmış əmlaklar, kredit vəsaitinin ailəyə xərclənməsi barədə təsdiqləyici sənədlər – təqdim edilməmişdir. Təkcə tərəfin izahatı MPM-in 75v ə 88-ci maddələri baxımından müstəqil sübut hesab edilmir, xüsusilə əks tərəfin etiraz etdiyi və əks sübutlar təqdim etdiyi hallarda. Ali Məhkəmə Plenumunun 3.14-cü bəndində də açıq şəkildə bildirilir ki, borcun ailə məqsədi daşımasını borc alan sübut etməlidir, təkcə izahat kifayət deyil. Bu halın sübut olunmaması kreditin ailə borcu kimi qiymətləndirilməsi qərarını hüquqi cəhətdən əsassız edir və məhkəmənin nəticəsini şübhə altına alır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər Aşağıdakı hallar göstərir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktlardan düzgün hüquqi nəticə çıxarmamış, faktiki vəziyyəti yanlış qiymətləndirmiş və bu səbəblə qətnamə işin halları ilə uyğun gəlmir. Kredit nikah dövründə götürülmüş olsa da, ailə münasibətləri de-fakto bitmişdir. Məhkəmə kreditin nikah dövründə götürülməsini əsas götürərək, avtomatik olaraq kreditin ailə məqsədli olduğunu hesab etmişdir. Halbuki iş materialları göstərir ki, kredit götürüldükdən qısa müddət sonra tərəflər arasında faktiki ailə münasibətləri bitmiş, birlikdə yaşayış və ümumi təsərrüfat aparılmamış, tərəflərin iqtisadi fəaliyyəti tam ayrılmışdır. Ailə münasibətlərinin faktiki bitməsi kreditin ailə ehtiyaclarına yönəldilməsi ehtimalını aradan qaldırır. Bu isə kreditin ümumi ailə borcu kimi qiymətləndirilməsi qərarının hüquqi əsasını zəiflədir. “VVhite Cat” biznesi yalnız cavabdehin adına və faktiki istifadəsində olmuşdur Biznesin qeydiyyatı, icarə müqavilələri, vergi uçotu, işçi müqavilələri və gəlirlərin istifadəsi tam şəkildə cavabdehin üzərində olmuşdur. Bu isə göstərir ki, fəaliyyət şəxsi sahibkarlıq fəaliyyəti olub və ailə təsərrüfatı ilə bağlı olmayıb. Biznesin şəxsi xarakter daşıması kreditin ailə məqsədli olması iddiasını əsassız edir və qarşılıqlı iddianın təmin edilməsini hüquqi baxımdan mümkünsüz edir. O yalnız borcun ödənilməməsi səbəbi ilə zamin kimi zərərə düşmüşdür. O kreditdən heç bir fayda əldə etməmiş, kredit vəsaitindən istifadə etməmişdir, biznesdə o kreditdən heç bir fayda əldə etməmiş, kredit vəsaitindən istifadə etməmiş biznesdə iştirak etməmiş, mənfəət əldə etməmişdir. Onun ödənişləri yalnız zaminlik öhdəliyindən doğmuşdur və ailə münasibətləri ilə əlaqəsi yoxdur. Zaminin ödədiyi məbləğin yarıya bölünməsi hüquqi baxımdan əsassızdır və MM 475.1-in pozuntusudur. Məhkəmənin bu nəticəyə gəlməsi zaminlik institutunun mahiyyətini pozur. 10.4. Məhkəmənin gəldiyi nəticələr iş materiallarında olan sübutlara uyğun gəlmir. İş materiallarında kreditin ailə məqsədli istifadəsinə dair heç bir sənəd yoxdur. Biznes fəaliyyəti, gəlirlər və xərclər cavabdehin üzərindədir. Zamin likvid olaraq borcu ödədikdən sonra onun ödədiyi məbləğin yarıya bölünməsinə hüquqi əsas yoxdur. Sübutlar məhkəmənin qəbul etdiyi nəticələri dəstəkləmir və qətnamə işin faktiki halları ilə ziddiyyət təşkil edir. Bu isə MPM-in 217.3 və 217.4cü maddələrinin pozulmasıdır. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər iş üzrə maddi hüquqi münasibətlərin düzgün qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən aşağıdakı yeni sübutların apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi zəruridir. Belə ki: Quluzadə Səidə Azər qızının kredit öhdəliklərini hansı mənbədən ödədiyini təsdiq edən məlumatların əldə olunmaması birinci instansiya məhkəməsində tərəfimdən cavabdeh Quluzadə Səidə Azər qızının kredit ödənişlərini həyata keçirmək üçün “VVhite Cat” adlı biznesdən başqa hər hansı gəlirinin olub-olmaması, başqa sözlə, kredit borcunun ailə gəlirləri hesabına yoxsa şəxsi kommersiya gəliri hesabına ödənilib-ödənilməməsi barədə məlumatların müəyyən edilməsinə dair vəsatət verilmişdir. Bu məqsədlə aşağıdakı məlumatların təqdim olunması üçün məhkəmədən rəsmi sorğuların göndərilməsi xahiş edilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən –o Quluzadə Səidə Azər qızının fərdi sahibkar kimi ##.##.2023-cü ildən etibarən bəyannamə üzrə əldə etdiyi gəlirlər, o İşçilərə verilmiş əmək haqqı fondu və sahibkarlıq fəaliyyəti üzrə dövriyyə məlumatları, o “VVhite Cat” adlanan biznesdən bəyan edilmiş gəlir və xərclər. Dövlət Sosial Müdafiə Fondundan –o Quluzadə Səidənin başqa yerdə əmək fəaliyyəti olub-olmaması, o Əmək müqavilələri esasında əldə etdiyi rəsmiləşmiş gəlirlər. Bu məlumatlar iş üzrə mübahisənin həllinə bilavasitə təsir edən hallardır, çünki məhkəmə cavabdehin kredit ödənişlərini “ailə və birgə təsərrüfat məqsədi” kimi qiymətləndirmiş, lakin cavabdehin nikahdan sonra əldə etdiyi şəxsi kommersiya gəlirləri hesabına ödəniş etməsini araşdırmamışdır. Birinci instansiya məhkəməsi sorğuların verilməsi barədə vəsatət təmin edilsə də, müvafiq sənədlər məhkəməyə təqdim edilmədən iş üzrə yekun qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş vəsatətlər üzrə sözügedən sənədlər məhkəmə tərəfindən təmin edilməmiş, bununla da mübahisənin mahiyyətinə dair həlledici əhəmiyyət kəsb edən sübutların iş materiallarına daxil edilmədən qətnamə qəbul edilmişdir. Bu isə MPM -in 88-ci maddəsində nəzərdə tutulan sübutların tam, obyektiv və hərtərəfli tədqiqi öhdəliyinin pozulmasıdır. Bu sübutlar olmadan birgə ailə borcunun mövcud olub-olmadığını müəyyən etmək mümkün deyil. Cavabdehin kredit ödənişlərini hansı gəlir hesabına həyata keçirdiyi, birgə ailə gəliri, yoxsa, nikahdan sonrakı şəxsi sahibkarlıq fəaliyyəti gəlirləri iş üzrə əsaslı fərq yaradan haldır. Əgər cavabdeh kredit ödənişlərini: yalnız öz şəxsi biznesi hesabına edibsə, biznes nikahdan sonra fəaliyyətə başlayıbsa, gəlirlər ailəyə daxil olmayıbsa, bu halda ödənişlərin “Ailə Məcəlləsi 37.3” mənasında ümumi borc kimi bölünməsi hüquqi cəhətdən mümkün deyil. Sorğu nəticəsində əldə olunacaq məlumatların işin ədalətli həllinə təsiri Aşağıdakı nəticələrin müəyyən edilməsi üçün sorğuların cavabları vacibdir: Quluzadə Səidənin 2023–2024-cü illərdə ailə gəlirlərindən kənar fəaliyyətdən gəlir əldə etməsi; Kredit ödənişlərinin məhz şəxsi sahibkarlıq fəaliyyəti hesabına edilməsi; Ailə birliyinin faktiki olaraq 2023-cü ilin ortalarından əvvəl bitməsi; “VVhite Cat” biznesinin yalnız cavabdehin adına rəsmiləşdirilməsi və mənfəətin yalnız onun tərəfindən istifadə edilməsi. Bu hallar sübuta yetirilərsə, cavabdehin qarşılıqlı iddiasının təmin olunması əsassız, onun tərəfindən zamin kimi ödənilmiş məbləğin isə yarıya bölünməsi ədalətsizdir. Bu məlumatların alınması yalnız məhkəmə sorğusunun göndərilməsi yolu ilə mümkündür. Fiziki şəxs olaraq onun nə Vergi Xidmətindən, nə də DSMF-dən başqa şəxsin gəlirləri və dövriyyəsi barədə məlumat ala bilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi vəsatəti icra etmədən qətnamə qəbul etdiyindən, bu sübutların əldə edilməsi onun iradəsindən asılı olmayan səbəbdən mümkün olmamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 21.Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 22.Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 23.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 24.Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 25.Maddə 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 26.Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 27.Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 28.Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair ## #### 2021-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ərarvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ərarvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarında asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarı 30.Bənd 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 31.Bənd 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 32.Bənd 4.7. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə ötürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 33.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 36.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 38.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 40.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 43.İşin mübahisəsiz hallarından görünür ki, tərəflərin nikahı ##.##.2023-cü ildə tərəflərin birgə ərizəsi əsasında əsasən pozulmuşdur. İş materialları və tərəflərin izahatı ilə təsdiq olunur ki, tərəflər birgə nikah dövründə iddiaçı zamin, cavabdeh isə əsas borclu qismində çıxış etməklə “xxxx” ASC-dən 50000 manat məbləğində kredit götürmüş, nikah pozulduqdan sonra həmin kreditin 16727 manat hissəsi iddiaçı, 33273 manat hissəsi isə cavabdeh tərəfindən ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək zamin qismində tərəfindən ödənilmiş 16727 manat pul məbləğini, cavabdeh isə birgə nikah dövründə götürülmüş kredit üzrə tərəfindən ödənilmiş 33273 manat pul məbləğini məhkəmə qaydasında tələb etmişdir. Məhkəmə araşdırması zamanı, eləcə də, tərəflərin etiraz və izahatlarından müəyyən edilmişdir ki, tərəflər birgə nikah dövründə olduqları müddətdə, yəni ##.##.2022-ci il tarixdə cavabdehin adına 50000 manat miqdarda kredit götürmüşlər ki, həmin kreditin tərəflərin birgə sahibkarlıq fəaliyyətinə, ailənin ehtiyacları üçün sərf olunmuşdur. Həmin kredit müqaviləsi tərəflərin birgə nikahları dövrünə təsadüf etmişdir və bu fakt hər iki tərəfin izahatı ilə öz təsdiqini tapdığından işin mübahisəsiz halıdır. 44.Həmçinin işin hallarında görünür ki, icarəçi Cavabdeh ilə icarəyə verən Məmmədov İsmayıl Məmməd oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqavilənin şərtlərinə əsasən, icarəyə verən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 100.80 m2 olan qeyri-yaşayış sahəsini icarəçiyə 10 il müddətinə icarəyə verməyə, icarəçi isə ##.##.2023-cü il tarixdən etibarən aylıq 2200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 45.Göründüyü kimi, tərəflər birgə nikah dövründə birgə öhdəlik götürmüş, qeyd olunan obyekti icarəyə götürərək, 10 il ərzində hər ay 2200 manat məbləğində icarə haqqı verməyi öhdəlik kimi öz üzərlərinə götürmüşlər. İşin hallarından həmçinin görünür ki, ər arvadı tərəfindən götürülmüş borcdan xəbərdar olmuş, həmin vəsaitin Cavabdeh şəxsi ehtiyacları üçün sərf olunması halı həm birinci instansiya məhkəməsinin, həm apellyasiya instansiya məhkəməsinin araşdırmaları ilə müəyyən olunmamışdır. 46.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında nikah ##.##.2023-cü il tarixdə pozulduqdan sonra cavabdeh tərəfindən edilmiş 33273 manat ödəniş tərəflərin birgə nikah dövründə götürdükləri kredit müqaviləsi üzrə yaranmış borca görə ödənildiyindən cavabdehin iddiası təmin edilməli, həmin məbləğin ½ hissəsi, yəni 16636 manat hissəsi (cavabdehin tələbinə uyğun olaraq) iddiaçı İddiaçı tutularaq cavabdeh Quluzadə (Baxşiyeva) Səidə Azər qızına ödənilməlidir. 47.Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. 48.Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 49.«Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Avropa Məhkəməsi həmin qərarında göstərmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. 50.Beləliklə, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. 51.Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il ## #### tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. 52.Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. 53.Məhkəmə kollegiyası apellyatorun qeyd etdiyi “kredit götürüldükdən qısa müddət sonra tərəflər arasında faktiki ailə münasibətləri bitməsi, birlikdə ümumi təsərrüfat aparılmaması”na dair dəlili ilə bağlı qeyd edir ki, tərəflər krediti alan zaman faktiki və rəsmi nikahda olduğundan, həmin dəlil öhdəliyin tərəflər arasında bölünməməsi üçün əsas ola bilməz. 54.Kollegiya zaminlik müqaviləsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, İddiaçı tərəfindən bankla bağlanmış zaminlik müqaviləsi Quluzadə Səidə Azər qızı tərəfindən bağlanmış kredit müqaviləsinin təminat üsulu kimi çıxış etdiyindən, əsas kredit müqaviləsi üzrə yaranmış öhdəlik üzərində tərəflər birgə borclu olduğundan, zaminlik müqaviləsi üzrə yaranmış aksessor (əlavə) öhdəlik üzərində də hər iki tərəfin payı vardır. Belə olan halda, kollegiya hesab edir ki, Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən zaminlik müqaviləsindən irəli gələn reqres tələbinin birgə borcluların bir-birinə irəli sürülməsi ağlabatan sayıla bilməz. 55.İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 56.Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarın 3.14-cü bəndinə əsasən, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 57.Qeyd olunan Qərarın 3.16-cı bəndinə görə, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il ## #### tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. 58.Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 59.Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 60.Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara və mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır. 61.Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. 62.Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 63.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə düzgün qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 64.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-11/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-11/2026
01.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver