Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1902/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Alijew Elschadın cavabdeh Gənciyev İsmixan Oruc oğluna və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Alijew Elschadın cavabdeh Gənciyev İsmixan Oruc oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gənciyev İsmixan Oruc oğlunun və onunla birlikdə yaşayan şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ** saylı evin *** saylı ünvanında “O” tikilisində yerləşən, ümumi sahəsi 120.1 kv.m olan mənzildən qeyri-qanuni sahiblik və istifadəsinə xitam verilməsi, mənzilin onların qeyriqanuni sahibliyindən geri götürülməsi, ona təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Alijew Elschad, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Gənciyev İsmixan Oruc oğluna və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Ə. Əliyev küçəsi, ** saylı evin “O” tikilisi, *** saylı ünvanda yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə dair ## ###### 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə dair 4Ə- 48 nömrə ilə qeydə alınmış reyestrin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilərək, cavabdeh Gənciyev İsmixan Oruc oğlu və onunla birlikdə yaşayan şəxslər tərəfindən (ailə üzvləri ilə birlikdə) Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ** saylı evin *** saylı “O” tikilisi ünvanında yerləşən, ümumi sahəsi 120.1 kv.m olan mənzilin qeyri-qanuni sahiblik və istifadəsinə xitam verilməsi, həmin mənzilin qeyri-qanuni sahiblikdən geri götürülməklə iddiaçı İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh Gənciyev İsmixan Oruc oğlunun üzərinə qoyulması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Alijew Elschad, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Gənciyev İsmixan Oruc oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” və.s tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, Alijew Elschadın cavabdeh Gənciyev İsmixan Oruc oğluna qarşı cavabdeh Gənciyev İsmixan Oruc oğlunun və onunla birlikdə yaşayan şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ** saylı evin *** saylı ünvanda “O” tikilisində yerləşən, ümumi sahəsi 120.1 kv.m olan mənzildən qeyri-qanuni sahiblik və istifadə hüququna xitam verilməsi, onların qeyri-qanuni sahibliyindən geri götürülməsi, mənzilin mülkiyyətçi İddiaçı təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddiasının təmin ediliməməsi; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasının təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon, 1956/1989-cu məhəllə, Ə. Əliyev küçəsi ** saylı evin “O” tikilisi, *** saylı mənzildə yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə dair bağlanmış ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması; ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə dair 4Ə-48 nömrə ilə qeydə alınmış reyestrin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən, məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. ## ###### 2026-cı il tarixdə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil3 Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2025-ci-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qərardadı ilə kasassiya şikayəti qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürüldüyünə görə geri qaytarılmışdır.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil3 qərardaddan kassasiya şikayəti vermişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** saylı, # ##### 2026-cı il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (sədrlik edən, məruzəçi), Əhliman Xıdırov və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
10. # ### 2026-cı il tarixdə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən verdiyi kassasiya şikayəti, habelə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi məhkəməyə daxil olmuşdur.
11. Ərizə onunla əsaslandırılmışdır ki, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki kollegiyasınını ##.##.2026-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki Kollegiyasınını *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, üçüncü şəxsin kassasiya şikayəti verilərkən prosessual müddət 2 gün ötmüş və kassator müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən, məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) həmin məhkəmənin ## ###### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil3 ərizəsi təmin olunmamış və kassasiya şikayəti geri qaytarılmışdır.
13. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsi üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil3 – hansı ki, cavabdehin adından apellyasiya şikayətini imzalayan və onu apellyasiya məhkəmə iclaslarında təmsil edən, nümayəndə və vəkilin elektron kabinetinə ## ###### 2025-ci il tarixdə yerləşdirilmiş; həmin tarixdən iki aydan çox müddət keçdikdən sonra, yəni ## ###### 2026-cı il tarixdə məhz vəkil3 elektron kabineti vasitəsilə kasssiya verilmiş; məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə həmin kassasiya şikayəti müddət ötürüldüyünə görə geri qaytarılmış; qeyd olunan qərardaddan verilmiş kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin 0# ##### 2026-cı il tarixli qərarı ilə təmin edilməmiş və apellyasiya məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya məhkəməsinin qeyd olunan qərarı ##.##.2026-cı il tarixdə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil3nın (hansı ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs adından bütün kassasiya şikayətlərini imzalayan və göndərən) elektron kabinetinə yerləşdirilmişdir. Hazırkı kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə isə məhkəməyə 0# ### 2026-cı il tarixdə daxil olmuşdur.
14. Göründüyü kimi apellyasiya məhkəməsinin müddətin ötürülməsi səbəbi ilə kassasiya şikayətinin geri qaytarılması barədə qərardadının dəyişdirilmədən saxlanılmasına dair kassasiya məhkəməsinin qərarının üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs rəsmi qaydada, yəni nümayəndəsi və vəkili vəkil3 elektron kabinetinə ## ##### 2026-cı il tarixdə yerləşdirilməsinə, yəni müaciət müəllifinin müddəti ötürməsi barədə qeyd olunan tarixdən məlumatlı olmasına baxmayaraq həmin tarixdən 10 günə (ümumilikdə isə 5 aya) yaxın müddət keçdikdən sonra- 0# ### 2026-cı il tarixdə qətnamədən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən hallar, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq göstərməsi və s. olması hazırki işdə müəyyən edilməmişdir. Hazırkı iş üzrə üçüncü şəxsin prosessual müddətin bərpası barədə ərizəsində müddətin ötürülməsinin üzrlü səbəblərlə bağlı olmasını təsdiq edən hər hansı konkret hal və ya sübut ümumiyyətlə göstərilməmiş, yalnız mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları sadalanmışdır. Bu baxımdan, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu baxımdan məhkəmə aktının müvafiq müddət ərzində mübahisələndirilməməsi, daha sonra isə ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Belə ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.
16. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 133.1, 402.2, 403.1, 405, 406, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin məhkəmənin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası barədə ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirildiyindən, həmin qətnamədən verilmiş kassasiya şikayəti ##.##.2026-cı il tarixdə verildiyindən göstərilən qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmədən verilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarına düzgün hüquqi qiymət verməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirilmə zamanı ##.##.2025-ci il tarix olduğu halda, həmin qətnamənin elektron kabinetdə yerləşdirilmə zamanın ##.##.2025-ci il tarixi olmasına dair və bununla da qətnamədən kassasiya şikayəti verilmə müddətinin ötürülməsinə və bu müddətin üzürsüz ötürülməsinə dair əsassız nəticəyə gəlmişdir. Qərardadda Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsindən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil3 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmalı olduğu göstərilsə də, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil3 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli qərardadında cavabdeh Osmanova Elnarə İlyas qızının həmin məhkəmənin ## ###### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair verdiyi ərizəsinin təmin olunmamalı, kassasiya şikayəti isə geri qaytarılmalı olması qeyd edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin qəbul edilmə tarixi (##.##.2025-ci il), iş üzrə iştirak edən şəxslərin dairəsi (cavabdeh Osmanova Elnarə İlyas qızı), qətnamənin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirilmə tarixi (qətnamə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə ##.##.2025-ci il tarixdə yerləşdirildiyi halda, ##.##.2026-ci tarixə istinad olunmaqla) barədə aşkar şəkildə səhvlərə yol verilməklə əsassız olaraq qətnamədən kassasiya şikayəti vermə müddətinin və həm də üzürsüz ötürülməsinə dair nəticəyə gəlinmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
24. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
25. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
26. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
27. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
28. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
29. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
30. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
31. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayətində apellyasiya məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən prosessual hüquqi normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir və işdə, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsi üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil3 (onun adından apellyasiya şikayətini imzalayan və onu apellyasiya məhkəməsinin iclaslarında təmsil edən) elektron kabinetinə ## ###### 2025-ci il tarixdə yerləşdirilmiş; həmin tarixdən iki aydan çox müddət keçdikdən sonra, yəni ## ###### 2026-cı il tarixdə məhz nümayəndə və vəkili vəkil3 elektron kabineti vasitəsilə kasssiya verilmiş; məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə həmin kassasiya şikayəti müddət ötürüldüyünə görə geri qaytarılmış; qeyd olunan qərardaddan verilmiş kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin 0# ##### 2026cı il tarixli qərarı ilə təmin edilməmiş və apellyasiya məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya məhkəməsinin qeyd olunan qərarı ##.##.2026-cı il tarixdə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil3 elektron kabinetinə yerləşdirilmişdir.
41. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişlir ki, hazırkı kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə 0# ### 2026-cı il tarixdə daxil olmuşdur.
42. Göründüyü kimi apellyasiya məhkəməsinin müddətin ötürülməsi səbəbi ilə kassasiya şikayətinin geri qaytarılması barədə qərardadının dəyişdirilmədən saxlanılmasına dair kassasiya məhkəməsinin qərarının üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs rəsmi qaydada, yəni nümayəndəsi və vəkili vəkil3 elektron kabinetinə ## ##### 2026-cı il tarixdə yerləşdirilməsinə, yəni müaciət müəllifinin müddəti ötürməsi barədə qeyd olunan tarixdən məlumatlı olmasına baxmayaraq, həmin tarixdən 10 günə (ümumilikdə isə 5 aya) yaxın müddət keçdikdən sonra, 0# ### 2026-cı il tarixdə qətnamədən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
43. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə prosessual müddətin bərpası üçün üzrlü hesab edilən hallar, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq göstərməsi, müddətli xidməti ezamiyyətdə olması və s. hallar hazırkı işdə müəyyən edilməmişdir. Hazırkı iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs prosessual müddətin bərpası barədə ərizəsində müddətin ötürülməsinin üzrlü səbəblərlə bağlı olmasını təsdiq edən hər hansı konkret hal və ya sübutlar ümumiyyətlə göstərilməmiş, yalnız mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları sadalanmışdır. Bu baxımdan, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır.
44. Kassasiya məhkəməsi üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin qərardadında texniki yanlışdığa yol verilməsi kassasiya şikayətinin təmin edilməsi üçün əsas sayıla bilməz. Belə ki, AR MPM-nin 228.1, 228.2-ci maddələrinin mənasına görə çıxarılmış qərardadı elan etmiş məhkəmə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Məhkəmə işdə iştirak edən şəxslərə xəbər verməklə öz təşəbbüsü ilə də qərardadda buraxılmış yanlışlıqları düzəldə bilər.
45. Ona görə də kassasiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsinin qərardadında başqa işə aid olan tərəfin adının keçməsi və ya başqa işə aid məhkəmə aktına istinad olunması qanuni və əsaslı olan məhkəmə aktının kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz.
46. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.