Məhkəmə qərarları › İş №2(1-8)-2/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-2/2026

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-2/2026 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(1-8)-2/2026 Açar sözlər: məhkəmə aidiyyəti, mübahisəli hüquq münasibətlərinin xarakterinə görə iddianın ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi X1 və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Ağdam Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(013)-3353/2025 nömrəli qərardadından iddiaçı tərəfin dən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 287.600 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin vəkili Vəkil birinci instansiya məhkəməsinə vəsatət göndərərək, Cavabdeh məcburi köçkün kimi ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşadığını bildirmiş və mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir.

3. Ağdam Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(013)-3353/2025 nömrəli qərardadı ilə (hakim R.Məmmədov ) mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

4. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, “AzeMis” Elektron məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) fərdi sahibkardılar və vergi ödəyicisi kimi uçota alınmışlar. Göründüyü kimi tərəflərin fərdi sahibkar olmasına, həmçinin hazırkı pul mübahisəsinin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətinə görə yaranmasına baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti pozulmaqla verilmişdir.

5. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 26.2, 31.1, 44.2.2, 45.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Şikayətin dəlilləri:

6. İdd iaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin Ağdam Rayon Məhkəməsində baxılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.

7. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Prosessual Məcəllənin 14, 26.1 və 77-ci maddələrinin tələbləri pozulmuşdur.

8. Belə ki, tərəflər, yəni İddiaçı Ağamusa oğlu və Cavabdeh keçmiş qudalardır, onların hazırkı mülki iş üzrə aralarında olan pul mübahisəsi iddiaçının cavabdehin şəxsi və ailəsinin tələbatları üçün ayrı-ayrı vaxtlarda aldığı borc məbləğləridir. Onların arasında sahibkarlıq fəaliyyəti və ya digər biznes üçün hər hansı münasibət olmamışdır. Ona görə də, onların hər ikisinin VÖEN-nin olması tərəflər arasında olan h ər hansı mübahisənin də kommersiya məhkəmələrinə aid edilməsi qənaətinə gəlinməsi üçün əsassızdır.

9. Birinci instansiya məhkəməsinin 09 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəm ələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi v ə yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kim i, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliy yətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə b axış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

13. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir.

14. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imka n verməlidir.

15. Hazırkı işdə birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmalarını, mübahisənin onların sahibkarlıq fəaliyyətindən irəli gəlməsini əsas götürərək, iddianın kommersiya məhkəməsinə aid olması nəticəsinə gəlmişdir.

16. Qarışıq tərkib qeyd edir ki, tərəflərin fərdi sahibkar statusunda olmaları mübahisəsizdir.

17. Lakin, yalnız bu hal iddianın kommersiya məhkəməsinə aid olması üçün kifayət etmir, həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

18. Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisə borc müqaviləsindən irəli gəlir. Belə ki, hazırkı mübahisədə iddiaçı cavabdehə müxtəlif vaxtlarda borc verdiyini, cavabdehin isə borcunu qaytarmadığı iddia etməklə, verilən vəsaitin ona qay tarılmasını tələb edir.

19. Odur ki, hazırkı işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün tərəflər arasında hüquq münasibətlərinin xarakteri əhəmiyyət kəsb edir.

20. Hazırkı halda isə, borcun tərəflərin birgə və ya ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə bağlı verilməsi müəyyən olunmur.

21. Qeyd olunmalıdır ki, iddia ərizəsinin məzmununa görə, tərəflər qohum (quda) olmuş və iddiaçı borcu cavabdehə sonuncunun ailəsində və fəaliyyətində yaranan problemlərin aradan qaldırılması üçün vermişdir.

22. Cavabdeh özü də, borcun tərəflərin birgə və ya hər ikisinin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətindən yaranmasını iddia etməmiş və bununla bağlı sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Cavabdeh tərəf ümumiyyətlə iddianın məhkəmə aidiyyətini mübahisələndirməmiş, işin ərazi ai diyyəti üzrə göndərilməsini xahiş etmişdir.

23. Odur ki, yuxarıda qeyd olunanları və Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndindəki izahı əsas götürməklə, qarışıq tərkib hesab edir ki, tərəflərin hər ikisi fərdi sahibkar statusunda olsalar da, mübahisənin xarakteri onların sahibkarlıq münasibətindən irəli gəlmir və bu səbəbdən də, kommersiya mübahisəsi hesab edilməməlidir.

24. Yuxarıda göstərilənləri nəzərə alaraq Qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Ağdam Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iddia mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmi ş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2(013)-3353/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar