Məhkəmə qərarları › İş №2(1-8)-202/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-202/2026

29.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-202/2026 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nizami Ra yon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(007)-3110/2025 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının bərpa edilməsi, 24 yanvar 2025-ci il tarixli, 603235 nömrəli akt əsasında hesablanmış 4120 manat məbləğində cərimənin 3600 manat hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(007)3110/2025 nömrəli qərardadı ilə (hakim Ü.Yusifova) iddia ərizəsi məhkəmə a idiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarılmışdır.

3. İddiaçı2 həmin qərardaddan şikayət vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(007)3110/2025 nömrəli qərardadı ilə (hakim Ü.Yusifova) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(007)- 3110/2025 nömrəli qərardadından İddiaçı2 vəkili və nümayəndəsi Vəkil şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 133.2, 268.1-ci maddələrinə istinad edərək hesab etmi şdir ki, məhkəmənin 14 avqust 2025-ci il tarixli qərardadı 18 avqust 2025-ci il tarixdə rəsmi qaydada iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Lakin, iddiaçı 03 sentyabr 2025-ci il tarixdə həmin qərardaddan şikayət və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı qanunvericilikdə qərardaddan şikayət vermək üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Bu səbəbdən iddiaçının şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi üçün üzrlü səbəb mövcud deyildir.

6. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “hazırkı iş üzrə rayon məhkəməsi iddia çının mülkiyyətində olan və cavabdeh təşkilat tərəfindən su xəttinə qanunsuz qoşulma ilə bağlı əsassız aktın tərtib edildiyi iddia olunan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə istinad etməklə, mübahisənin tərəflər arasında sahibkarlıq münasibətlərinə əsaslanması nəticəsinə gəlmişdir. Lakin, məhkəmə iş üzrə tərəflərin subyektiv tərkibinə görə kommersiya məhkəməsinə aidiyyətini araşdırmamışdır. Belə ki, cavabdeh təbii inhisar subyektinin hüquqi şəxs olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olması mübahisə doğurmasa da, iddiaçının fərdi sahibkar statusuna malik olması birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmamışdır. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakı üçüncü şəxsə icarəyə verməsi onun fərdi sahibkar statusuna malik olması anlamına gəlmir. İddiaçı özü isə fərdi s ahibkar statusunda vergi ödəyicisi kimi qeydiyyata alınmasını inkar edir. Hazırkı iddia qeyd olunan hallara aid deyildir. Hazırkı halda, işin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün iddiaçının fərdi sahibkar olması xüsusi əhəmiyyət kəsb edir”. Hazırkı iddia tələbində İddiaçı2 və İddiaçı1 hər ikisi, yəni həm əmlak sahibi, həm də icarədar iddiaçıdır. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, həm İddiaçı2, həm də İddiaçı1 hər ikisinin VÖEN-i vardır və sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Şikayətin dəlilləri:

7. İddiaçı2 şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilməsini xahiş etmişdir.

8. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, Mülki Prosessual Məcəllənin 128.1, 133, 185.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı iddiasını şəxsən özü müdafiə etmişdir. Elektron Məhkəmə Sistemindən istifadə edə bilmədiyi üçün prosessual müddəti buraxmışdır. İddiaçı hüquqi savadsızlığı və peşəkar hüquqi yardım almaması səbəbindən vaxtında şikayət verə bilməmişdir. Vəkil 02 sentyabr 2025-ci il tarixdə EMİS-ə inteqrasiya olunmuşdur.

9. Birinci instansiya məhkəməsinin 16 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 32.5. Aidiyyət haqqınd a qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerlə şdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqınd a qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Maddə 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edil ir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırar aq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin 14 avqust 2025-ci il tarixli qərardadından şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. Mübahisəli məsələ bunun üzrlü səbəblərdən baş verib-verməməsidir.

14. Şikayətin dəlilləri ona yönəldilib ki, birinci instansiya məhkəməsinin 14 avqust 2025-ci il tarixli qərardadından şikayətin verilməsi müddəti üzrlü səbəbdən buraxılmışdır.

15. Lakin, iddiaçı üzrlülüyün nədə ifadə olunmasını birinci instansiya məhkəməsinə verdiyi ərizəsində əsaslandırmamış və bununla bağlı hər hansı sübutu təqdim etməmişdir.

16. İzah olunmalıdır ki, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüqu qi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, məhkəmə aktı qanuni qüvvəyə minir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

17. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

18. İddiaçının yeganə dəlili ondan ibarət olmuşdur ki, iddiaçı Elektron Məhkəmə Sistemindən istifadə edə bilmədiyi üçün müddət buraxılmışdır.

19. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsaslı hesab etmir. Belə ki, ilk növbədə göstərilməlidir ki, birinci instansiya məhkəməsi 14 avqust 2025-ci il tarixli qərardadının nəticə hissəsində qərardaddan şikayət vermə müddətini və qaydasını tərəflərə izah etmişdir.

20. Həmçinin, iş materiallarından müəyyən olunur ki, iddiaçının əvvəllər də məhkəmə mübahisələri olmuş, o cümlədən onun tərəfindən məhkəmə aktlarından şikayət verilmişdir. 21. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

23. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

24. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ba kı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3110/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar