Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3631/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: istehlak münasibətlərindən irəli gələn mübahisələr, təbii qazdan istifadə ilə bağlı mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4022/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. İddiaçı ünvan 1 ünvanında yaşayır. İddiaçının yaşadığı evə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmiş, aktlarda sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və iddiaçıya dəymiş ziyan olaraq 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək 5.999,41 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan ünvan 1 ünvanına dair qaz sərfiyyatına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın və xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin aktlar əsasında abonent hesabına əsassız yazılmış 6.687,46 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2023-cü ilin fevral ayında evlərində aid olan, evdən kənarda küçədə quraşdırılmış köhnə qaz sayğacı Cavabdeh İBnin işçiləri tərəfindən çıxarılıb aparılmış, yerində təzə sayğac quraşdırılmışdır. Yeni quraşdırılmış qaz sayğacından qaz sızdığı üçün hər hansı təhlükə olacağından qorxduğuna görə qaz nəzarətçilərinə öz iradını bildirdi, lakin oğlunun irad bildirməsi qaz işçilərinin xoşuna gəlmədi, aralarında söz-söhbət dü şdü, nəhayət təxminən iki ay sonra həmin qaz sayğacı dəyişdirilərək başqa sayğacla əvəz edildi. 2023-cü ilin noyabr ayında o qaz sərfiyyatına görə abonent kartına pul ödədi, bir-neçə gün keçməmiş gördü ki, qaz qurtardı. O, yenə karta pul yüklədi, bir-neçə gün sonra gördü ki, yenə qaz qurtardı. Bu qaydada müxtəlif vaxtlarda bir neçə dəfə karta pul ödəyərək gördü ki, qaz tez qurtarır. Qonşulardan, qaz işçilərindən maraqlandı, dedilər ki, yəqin qaza görə borcu var, ona görə də 2023-cü ilin noyabr ayında o qaza görə 20 manat ödədi, 2023-cü ilin dekabr ayında 50 manat ödədi, 2024-cü ilin yanvar ayında 75 manat ödədi, 2024-cü ilin fevral ayında 80 manat ödədi, 2024-cü ilin mart ayında 40 manat ödədi, lakin, gördü ki, heç bir xeyri yoxdur, qısa müddətdə qaz qurtarır, qaz sərfiyyatına görə ödədiyi məbləğlər kart hesabından ondan xəbərsiz əsassız olaraq silinir, bu azmış kimi son vaxtlar onun pensiyasından xəbəri olmadan qaza görə pul tutmağa başlamışlar. Vəziyyəti belə görüb o bir neçə gün əvvəl, yəni 12 mart 2024-cü il tarixdə qaz sərfiyyatına görə ödədiyi pulların hansı səbəbdən tez zamanda silindiyini, qazın kəsildiyini və evinə gələn qazın nədən tez qurtarmasını araşdırmaq üçün Binəqədi Qaz İdarəsinə getdi, oradan ona 28 fevral 2023cü il tarixli və 29 aprel 2023-cü il tarixli iki ədəd aktın surətlərini, 2 (iki) ədəd “dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətlərini və qaz sərfiyyatı barədə abonent saldosundan çıxarışı verdilər. Həmin aktları evdə nəvəsinə oxutduranda məlum oldu ki, guya evinə aid olan küçədə quraşdırılmış köhnə qaz sayğacları Cavabdeh işçiləri tərəfindən çıxarılıb aparılmışdır, bu barədə onun xəbəri və iştirakı olmadan birtərəfli 28 fevral 2023-cü il tarixdə və 29 aprel 2023-cü il tarixdə birtərəfli aktlar tərtib edilmişdir ki, guya “mənzilə baxış keçirilən zaman abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır”. Sonra da, laboratoriyada onun xəbəri, iştirakı olmadan sayğaca baxış keçirilmişdir. Həmin aktlar uzun müddət ondan qəsdlə gizlədilmiş, kartından ödədiyi pullar əsassız olaraq ondan xəbərsiz silinmişdir. O, qoca-ağbirçək, dul qadındır, himayəsində ruhi-əsəb xəstəsi olan oğlu var, onun özü və ailəsi də onun himayəsindədir, dövlət tərəfindən verilən pensiya ilə güc-bəla ilə birtəhər özünü və onları dolandırır. Qeyd edilən qaz sayğacı küçədə quraşdırılmışdır. Cavabdeh İB-nin qaz işçiləri istədikləri vaxt qaz sayğacına baxırlar, yazırlar-pozurlar, nə edirlər özləri bilirlər. Həmin aktları qaz idarəsinin işçiləri onun xəbəri, iştirakı olmadan birtərəfli qaydada tərtib etmişlər, ona görə də Cavabdehın tərtib etdiyi 28 fevral 2023-cü il tarixli və 29 aprel 2023-cü il tarixli həmin aktlar, həmin aktlar əsasında tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair tələbnamə”lər hamısı əsassızdır, onun xəbəri və iştirakı olmadan birtərəfli qaydada tərtib edilmişdir, məqsəd ondan oğlunun (guya, ruhi-əsəb xəstəsi olan oğlu qaz nəzarətçiləri ilə kobud rəftar edib) qisas almaq, ailəni qazsız qoymaq və ondan əsassız yerə pul qopartmaqdır. Əgər o doğru demirsə, nəyə görə aktları tərtib edəndə onun iştirakını təmin etməyiblər. Hansı səbəbdən onun evinə aid olan küçədə quraşdırılmış köhnə qaz sayğaclarına labo ratoriyada baxış keçirilən zaman nə üçün onu dəvət etməmişlər, nə üçün onun iştirakı ilə həmin sayğaclara baxış keçirməmişlər. Cavabdeh tərəfindən onun xəbəri və iştirakı olmadan tərtib edilmiş həmin aktlar etibarsız hesab edilməlidir və həmin aktlar əsasında onun abonent hesabına yazılmış 6.687,46 manat məbləğində əsassız borc etibarsız hesab edilməklə onun abonent hesabından silinməlidir.
4. İddiaçı məhkəmə iclasında sual-cavab zamanı bildirmişdir ki, onun ünvanında müvəqqəti olaraq qısa müddətdə - təqribi 1 gün rezin boru vasitəsilə kənar xətdən istifadə edilmişdir. Kənar xətti oğlu çəkib. Oğlu əsəbidir, xəstəlikdən əziyyət çəkir. Qaz kəsildiyindən, hirslənib kənar xətt çəkmişdir. Yaşayış evində 1 ədəd dörd gözlü qaz peçi, 1 ədəd iran peçi və 1 ədəd su qızdırıcısı vardır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-142/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim A. Abdullayeva) iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00040) İddiaçı 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək hesablanmış cəmi 5.999,41 (beş min doqquz yüz doxsan doqquz manat qırx bir qəpik) manat borc məbləğinin 5.390,29 (beş min üç yüz doxsan manat iyirmi doqquz qəpik) manat hissəsinin abonentin borc hesabından silinməsi, 73,91 (yetmiş üç manat doxsan bir) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının qaz xəttinə müdaxilə edərək qaz xətt inə kənar xətt vasitəsilə qoşulması işin mübahisəsiz halıdır. İddiaçıya məxsus mənzildə işlədilmiş cıhazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4), 1 ədəd su qızdırıcısı və 1 ədəd qızdırıcı radiator peçi aiddir. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi, 1 ədəd su qızdırıcısı üçün 1,5 m3 saatlıq qaz sərfi və 1 ədəd radiator peçi üçün üçün 2 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Cihazlar üçün 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 5.076 m3 təşkil edir. (12x90x1,2 m3=1.296 m3, 12x90x1,5 m3=1.620 m3, 12x90x2 m3=2.160 m3 ). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 609,12 manat təşkil edir (Sərfiyyat olan 5.076 m3 üçün 0,12 qəpik məbləğindən h esablanmaqla 609,12 manat məbləği). Məhkəmə qeyd edir ki, hesablanmış borc faktiki istifadə ilə əlaqədar sayğacdan keçən (faktiki sərfiyyatla bağlı sayğacın qeydiyyata aldığı) qaz sərfiyyatı olmadığından, limitlərin nəzərə alınması məqsədəuyğun deyil. Belə ki, limitlərin tətbiqi sayğacdan keçən (sayğacın qeydə aldığı) sərfiyyatın ödənilməsi üçün tətbiq olunan hesablama və ödəniş qaydasıdır, 90 gün üçün gündəlik 12 saatlıq qaz sərfiyyatı isə - faktiki istifadə ilə əlaqəli olmamaqla, qaz xəttinə müdaxilə zamanı dəymiş ziyanın hesablanması üsuludur. Məhkəmə hesab etmişdir ki, 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin cavabdeh təşkilat tərəfindən 5.999,41 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edil ən cihazların sərfiyyat göstəriciləri və sair yuxarıda sadalanmış zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək hesablanmış 5.999,41 manat borcun 609,12 manat hissəsi saxlanılmaqla, qalan borc, yəni 5.390,29 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir.
7. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8 və 8-1-ci hissələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın1.3, 1.4. 4.1, 4.2. 4.8, 6.5-1, 6.5-2, 6.5-3-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 77.1, 77.2, 88, 107, 119.1, 119.2, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinə istin adla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarındaolan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının isti fadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.İsgəndərovsədrlik edən və məruzəçi, S.Səlimova və M.Rüstəmli) 2(103)-4022/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunan hissəsində) dəyişd irilmədən saxlanılmışdır.
11. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini qeyd etməyi zəruri hesab edir.
12. Həmin qaydaların tələblərinə əsasən, sayğaca müdaxilə halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətl əri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 13. “Qaz paylayıcısı” dedikdə isə alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.
14. Göründüyü kimi, qanunvericiliklə qaz paylayıcısının, yəni Cavabdeh üzərinə sayğaca müdaxilə halları aşkar edildikdə tərtib etdiyi aktı adıkeçən orqanlara təqdim etməsi vəzifəsi qoyulmuş və konkret olaraq müəyyən edilmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.
15. Lakin iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin aktlar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərə findən hər hansı bir sübut təqdim edilməmişdir.
16. Qeyd olunan hal isə (müvafiq orqanların və ya məhkəmənin qərarı olmadan vurulmuş zərərin tələb edilməsi) qanunvericiliyin tələblərinin bilavasitə pozulmasıdır, qanunvericiliyin tələbləri pozulmaqla tələb olunan borc məbləği isə silinməlidir.
17. Məhkəmənin qanunsuz qoşulma nəticəsində təmin etmədiyi 609,12 manat isə iddiaçının etirafı əsasında hesablanmış borcdan silinməmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında yaşadığı ünvanda müvəqqəti olaraq qısa müddətdə - təqribi 1 gün rezin boru vasitəsilə kənar xətdən istifadə edildiyini etiraf etmiş, yaşayış evində 1 ədəd dörd gözlü qaz peçi, 1 ədəd iran peçi və 1 ədəd su qızdırıcısı olduğunu bildirmişdir.
18. Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh iddia çının abonent hesabına hesablanmış qalan borcun hansı əsasla yaranması, məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.
19. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının rəyi ilə də iddiaçıya məxsus ünvanda qaz xəttinin (borunun) üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
20. Apellyasiya şikayətinin dəlillərində sadəcə sayğacın saldolarının, aktların, tələbnamələrin sübut qismində araşdırlmamasını qeyd etmişdir. Cavabdeh tərəfindən qeyd olunanlar iddi a tələbinin əsaslığını təkzib edə biləcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki abonentin saldosu hesablanmış və ödənilmiş borcları, tərtib olunmuş akt keçirilmiş yoxlamanın nəticələrini, tələbnamə dəymiş ziyanı göstərir. Həmin sənədlər onsuz da iddiaçı tərəfindən mübahisələndirilir və onların qanuniliyi şübhə altındadır.
21. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).
22. Belə olan halda, həmin sənədlərin mötəbərliyi şübhə altında olduğundan istehlakçının, yəni, iddiaçının adına hesablanmış borcun əsaslı olmasını təsdiq etmir.
23. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onların mötəbərliyini nəzərə almaqla istifadə etmiş, cavabdeh isə iddia tələbinə etirazının dəlillərini sübut edə bilməmiş və formal mülahizələrə əsaslanmışdır. Nəticədə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla əsaslandırmış və iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-ci maddəsinin 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.6, 4.8, 6.5-ci bəndlərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli 2(103)- 4022/2025 saylı qətnaməsinin iddia tələbinin təmin olunmuş, yəni ki, mübahisələndirilən hissədə ləğv edilməsini, mülki işin iddia tələbinin təmin olunan hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xa hiş etmişdir.
26. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin qətnaməsinin 4-cü vərəqəsinin 1-ci abzasının son cümləsindən müəyyən olunur ki, iddiaçının qaz xəttinə müdaxilə edərək qaz xəttinə kənar xətt vasitəsilə qoşulması işin mübahisəsiz halıdır.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzildə işlədilmiş cihazların siyahısına 1ədəd dörd gözlü qaz peçi (PQ-4), 1 ədəd su qızdırıcısı və 1 ədəd qızdırıcı radiator peçi aiddir. İddiaçının qaz xəttinə kənar qoşulması halında 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alınmaqla ümumi qaz sərfiyyatı 5.076 m təşkil etmişdir. Həmin qaz sərfiyyatına görə iddiaçı tərəfindən Cavabdeh İB-yə ödənilməli məbləğin dəyəri də məhkəmə tərəfindən aparılan hesablamaya ə sasən 609,12 manat təşkil etdiyi (Qanunsuz istehlak həcmi olan 5.076 m qaz sərfinin dəyəri bütövlükdə 0,12 manat məbləğindən hesablanmaqla)müəyyən olunmuşdur.
28. Məhkəmə öz hesablama qaydasını belə əsaslandırmışdır ki, hesablanmış borc faktiki istifadə ilə əlaqədar sayğacdan keçən (faktiki sərfiyyatla bağlı sayğacın qeydiyyata aldığı) qaz sərfiyyatı olmadığından, limitlərin nəzərə alınması məqsədəuyğun deyil. Belə ki, limitlərin tətbiqi sayğacdan keçən (sayğacın qeydə aldığı) sərfiyyatın ödənilməsi üçün tətbiq olunan hesablama və ödəniş qaydasıdır. 90 gün üçün gündəlik 12 saatlıq qaz sərfiyyatı isə - faktiki istifadə ilə əlaqəli olmamaqla, qaz xətinə müdaxilə zamanı dəymiş ziyanın hesablanması üsuludur.
29. Nəticə olaraq 2023-cü illərzində iddiaçı tərəfindən qanunsuz istehlak edilmiş qazı n dəyərinin hesablanmasına münasibətdə, məhkəmə «Təbii qazın ölkədədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı Qərarı»nda əhali qrupu üçün nəzərdə tutulmuş illik istehlak həcmlərini nəzərə almadan qanunsuz və əsassız hesablama aparmışdır. 2023-cü il ərzində iddiaçı tərəfindən qanunsuz istehlak edilmiş 5.076 m qazın dəyəri Tarif Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı Qərarına müvafiq olaraq aşağıdakı hesablama qaydasına görə hesablanmalı idi: (1200 m x 0,12 azn) + (1300 m x 0,20 azn) + (2576 m x0,25 azn)=1048 manat. Lakin, məhkəmə iddiaçı tərəfin qazdan qanunsuz istifadə etdiyi 2023cü il dövrü üçün müəyyən olunmuş 5.076 m qazın dəyərini bütöv olaraq 0,12 manatdan hesablamaqla qanuni və əsaslı olmayan yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmənin bu mövqeyi və məsələyə bu cür hüquqi qiymət verməsi (qazdan qanunsuz istifadə ilə əlaqədar qazın dəyərinin hesablanması zamanı əhali qrupu üçün müəyyən olunmuş illik istehlak həcminin nəzərə alınmaması) qazdan qanunsuz istifadə edən şəxslərlə müqayisədə, qazın alqı-satqı müqaviləsinə uyğun olaraq qanuni şəkildə qaz sayğacı vasitəsilə qazdan istifadə edən abonetlərə qarşı haqsızlıq və ədalətsizlikdir. Qazdan qanunsuz istifadəyəgörə iddianın həlli zamanı məhkəmənin bu cür mövqe tutması istənilən şəxsi, eləcə də iddiaçı tərəfi təkrar təşviq və təhrik edir ki təbii qazdan yenidən qanunsuz olaraq istifadə etsin və limit həddi onun üçün nəzərə alınmasın.
30. İddiaçı tərəfin 2023-cü ildə təbii qazdan qanunsuz istifadə etməsi faktına münasibətdə Xətai Rayon Məhkəməsinin hakimi tərəfindən mütəxəssis qismində hesablama aparılması hesablama apararkən də Tarif Şurasının 2021-ci il tarixli qərarında göstərilmiş “əhali qrupu üçün müəyyən olunmuş təbii qazın illik istehlak həcmini” ümumiyyətlə nəzərə almamaqla səhvə yol verməsi məhkəmə tərəfindən mütəxəssis səlahiyyətlərindən qanunsuz istifadə kimi başa düşülməli və yol verilmiş prosessual pozuntu halı kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki iddiaçı tərəfin 2023- cü ildə təbii qazdan qanunsuz istifadə etməsi faktı işin mübahisəsiz halıdır, belə olan halda iddiaçı tərəfin 2023-cü ildə təbii qazdan qanunsuz istifadəsi nəticəsində yaranmış borc məbləğinin dəqiq müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyindən mütəxəssis rəyinin alınm ası qanunamüvafiq hesab olunurdu. Nəticədə müvafiq iş üzrə iddianın həlli zamanı, Cavabdeh İB-yə vurulan maddi ziyanın dəyərinin müəyyən edilməsi üçün məhkəmələr tərəfindən mütəxəssis rəyi əldə edilməmiş və iddianın həlli zamanı iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə məhkəmələr səhv qənaətə gəlmişdirlər.
31. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 443.1, 448.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 6.2 və 22-ci maddələrinə, “Qazdan istifadə Qaydaları” nın 6.5-ci maddəsinə, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarına, Azərbaycan Respublikasının MPM-in 64.1-ci maddəsinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə 13. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qa zdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”
34. Bənd 4.6. Qaz sayğaclarının üzərində Agentliyin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
35. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
36. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istina d etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətinə əsasən apelyasiya mə hkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, müəyyən etmişdir ki, aktlar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərin ə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunan hal isə (müvafiq orqanların və ya məhkəmənin qərarı olmadan vurulmuş zərərin tələb edilməsi) qanunvericiliyin tələblərinin bilavasitə pozulmasıdır, qanunvericiliyin tələbləri pozulmaqla tələb olunan borc məbləği isə silinməlidir.
50. Məhkəmənin qanunsuz qoşulma nəticəsində təmin etmədiyi 609,12 manat isə iddiaçının etirafı əsasında hesablanmış borcdan silinməmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında yaşadığı ünvanda müvəqqəti olaraq qısa müddətdə - təqribi 1 gün rezin boru vasitəsilə kənar xətdən istifadə edildiyini etiraf etmiş, yaşayış evində 1 ədəd dörd gözlü qaz peçi, 1 ədəd iran peçi və 1 ədəd su qızdırıcısı olduğunu bildirmişdir.
51. Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh iddiaçının abonent hesabına hesablanmış qalan borcun hansı əsasla yaranması, məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.
52. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının rəyi ilə də iddiaçıya məxsus ünvanda qaz xəttinin (borunun) üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşk ar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
53. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4022/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.