Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4106/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehlak münasibətlərindən irəli gələn mübahisələr ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə vəzifənin icra edilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4999/2025 nömrəli, 7 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 09 sentyabr 2011-ci il tarixli 1867 nömrəli icarə müqaviləsi və 30 dekabr 2023-cü il tarixli 3M-746 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında İddiaçı icarəyə verilməsi ilə bağlı 29 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evini təbii qazla təchiz edilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus və Bakı şəhəri, Sabunçu rayonu, X1 yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin təbii qazla təchiz edilməsindən Birliyin imtina etməsinin qanunsuz hesab edilərək, evin təbii qazla təchiz edilməsi vəzifəsinin Birliyin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, ona məxsus olan ünvanda yerləşən torpaq sahəsində ev inşa etmişdir. Torpaq sahəsi iddiaçının mülkiyyətindədir və bu barədə ona “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2001-ci il tarixdə “Reyestrdən çıxarış” verilmişdir. Evin inşası başa çatdığı vaxtdan, yəni 2021-ci ilin may ayından iddiaçı ailə üzvləri ilə birlikdə həmin evə köçmüş və hazırda da evdə yaşayır. Ev, "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə, "xxxx" MMC tərəfindən isə su ilə təchiz edilmiş və bununla bağl ı həmin Təşkilatlar tərəfindən evdə müvafiq sayğaclar da qoyulmuşdur. İddiaçı, evin təbii qazla təchiz edilməsi məqsədi ilə cavabdeh Birliyə dəfələrlə müraciət etsə də, Birlik bundan imtina etmişdir. Sonuncu dəfə, Birlik, xx.xx.2024cü il tarixli 142-2/2-F-4854-5/2024 nömrəli imtina məktubu ilə iddiaçıya bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. bənd 10-1) görə tikintisinə müvafiq icazə alınmadan inşa edilmiş tikintilər təbii qazla təchiz oluna bilməz. İddiaçıya məxsus torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, bunun üçün tələb olunan müvafiq icazələr alınmadan inşa edilmişdir. İddiaçı qeyd etmişdir ki, Birliyin bu kimi imtinası əsassızıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “Çıxarışdan” görünür ki, torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə olan halda, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili də qanunsuz tikili hesab edilmir.
4. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, yaşadığı ev 1 mərtəbəli olmaqla, hündürlüyü 4,5 metrdir. Həmin evi mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa etmişdir və həmin ölçüdə tikinti üçün icazə tələb olunmur. Həmçinin iddiaçı bildirmişdir ki, ətrafdakı qonşular da evlər tikib yaşayırlar və cavabdeh təşkilat onların evinə qaz çəkmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2954/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilərək, İddiaçı məxsus Abşeron rayonu, Ramana Südçülük sovxozu ə razisində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması və bununla bağlı müvafiq sənədədləşdirmənin aparılması (o cümlədən İddiaçı adına abonent kodunun verilməsi) öhdəliyinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir.
6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 09 sentyabr 2011-ci il tarixli 1867 nömrəli icarə müqaviləsi və 30 dekabr 2023-cü il tarixli 3M746 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında İddiaçı icarəyə verilməsi ilə bağlı 29 yanvar 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı iddiaçıya çıxarış verilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 20 sentyabr 2024-cü il tarixdə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı AR Dövlət Neft Şirkətinə müraciət etmiş, Cavabdeh İB tərəfindən verilmiş sözügedən fərdi yaşayış evinin qazlaşdırılmasından imtina edilmişdir.
8. Belə ki, Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 01 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Cavabdeh İB-yə daxil olmuş müraciətinə baxılmış və bildirilmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (Maddə 13, bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tət biq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Eyni zamanda, sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədilə, qazlaşdırma yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilir. Bununla əlaqədar, fərdi yaşayış evlərinin qazlaşdırılması ilə əlaqədar texniki şərtlərin alınması üçün fiziki və hüquqi şəxslər (bundan sonra-sifarişçi adlanır) Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərin ə müvafiq mülkiyyət sənədləri (çıxarış, plan ölçü sənədi, texniki pasport və s.) təqdim etməklə müraciət etməlidir. Texniki şərtlər və ya əsaslandırılmış imtina məktubu müraciət qeydə alındığı sənədləri (çıxarış, plan ölçü sənədi, texniki pasport və.s) təqdim etməlidir. Texniki şərtlər və ya əsaslandırılmış imtina məktubu müraciət qeydə alındığı gündən 20-ci iş günündə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri tərəfindən sifarişçiyə təqdim edilir. Texniki şərtlərin qüvvədə olma müddəti 2 il qəbul edilir. Fərdi yaşayış evlərində quraşdırılan məişət qaz sayğacları Birlik tərəfindən ödənişsiz olaraq təmin olunur.
9. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının qazlaşdırılmasını tələb etdiyi torpaq sahəsi icarə hüququnun alqı-satqı müqaviləsi əsasında onun sahibliyində və isti fadəsində olduğundan, həmin torpaq sahəsi üzərində inşa etdiyi tikili üçün icazənin alınması qanuvericilikdə nəzərdə tutulmadığından, həmin tikili mövcud olmasaydı belə kənd təsərrüfatlı torpaqlarda əkin-biçin üçün də qazlaşdırma zəruri olduğundan cavabdeh təşkilatın imtinası qanunsuz olmuş və iddiaçının istehlakçı hüquqlarının pozulması ilə nəticələnmişdir.
10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.8, 180.3, 238-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1, 79.1.1-79.1.11-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26, hüquq münasibəti yarandığı vaxt qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1 və 2 -ci hissələrinə, 13-cü maddəsinin 1 və 10-1-ci hissələrinə, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları cavabdeh Birlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2-2/2-F-4854-5/2024 nömrəli imtina məktubu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4999/2025 nö mrəli, 7 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Məmməd Məmmədov-sədrlik edən və məruzəçi, Azad İmanov və Fuad Talışinski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, sözügedən evin inşa edilməsi üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində qeyd edilən icazələrin alması tələb olunmur.
15. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh Birlik, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş həmin Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə istinad etsə də, işin hallarından müəyyən edilir ki, iddiaçı, ona məxsus fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üç ün Birliyə 2024-cü ildə müraciət etsə də, həmin yaşayış evi artıq 2021-ci ildən mövcuddur. Belə olan halda müəyyən edilir ki, Qanunda sonradan edilmiş dəyişiklik iddiaçının vəziyyətini pisləşdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ tələbinə görə isə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilir. Başqa normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilmir.
16. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.2, 80.3, 80.4-cü maddələrinə, “Qaz təchizatı haqqında” Azərbay can Respublikası Qanununa edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş həmin Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli 2(103)-4999/2025 saylı qətnamənin tam ləğv edilməsini iddia ərizəsinin təmin edilməməsini, kassasiya şikayətinin verilməsi məqsədilə Cavabdeh İB tərəfindən Ali Məhkəmənin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutularaq Cavabdeh İB-yə geri qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işin hallarını d üzgün müəyyən etməmiş və bu səbəbdən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
20. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********30 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhərinin Sabunçu rayonu, X1 yerləşən 0,02 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. İddiaçı tərəfin qazlaşdırılmasını tələb etdiyi fərdi yaşayış evi tikinti məqsədləri üçün ayrılmamış dövlət mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmişdir.
21. İddiaçı tərəf icarə hüququnun alqı-satqısı əsasında Abşeron Rayon İcra Hakimiyyətindən 99 illik icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaqdan məqsədli təyinatı üzrə istifadə etməmiş və dövlət mülkiyyətində olan həmin torpaq sahəsində qanunsuz olaraq özünə fərdi yaşayış evi inşa etməklə həmin torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edərək respublika qanunvericiliyinin tələblərini pozmuş, eləcə də inzibati xətaya yol vermişdir. xx.xx.2011-ci il tarixli İcarə hüququnun alqı-satqısı əsasında Abşeron Rayon İcra Hakimiyyətindən 99 illik icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaqdan iddiaçı tərəf məqsədli təyinatı üzrə istifadə etməyərək həmin torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evi inşa etmiş, həmin fərdi yaşayış evinin qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin etməmiş, daşınmaz əmlak üzərində (torpaq sahəsi və fərdi yaşayış evi) iddiaçının xüsusi mülkiyyət hüququ tanınmamışdır. Be lə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli 3M-746 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində iddiaçıya icarəyə verilmiş 0.02 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Yuxarıda qeyd olunan açıq-aşkar hallardan müəyyən olunur ki, iddiaçı tərəf, tikinti məqsədləri üçün ayrılmamış dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş və həmin torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evi inşa etməklə inzibati xətaya yol vermişdir. Bu səbəbdən iddiaçının qazlaşdırılmasını tələb etdiyi fərdi yaşayış evi hazırda sənədsizdir. Qanunvericiliyə uyğun olaraq isə, sənədsiz evlərin qazlaşdırılması qanunsuz və təhlükəlidir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisəyə dair yekun məhkəmə aktı qəbul edilərkən yuxarıda qeyd olunan hallar nəzərə alınmamış, “Qaz təchizatı haqqında” Qanunun10-1-ci bəndinin tələbi pozulmuş və iddiaçı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinin pozulmuş olması da məhkəmə tərəfindən nəzərə alınmamışdır.
22. İddiaçı tərəf, müvafiq Məcəllənin 80.1-cimaddəsinə əsasən icarəyə götürdüyü torpaq sahəsindən təyinatı üzrə istifadə ilə bağlı məlumatlandırma icraatını həyata keçirməlidir. İddiaçı tərəf (sifarişçi) Sabunçu rayonu ərazisində 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamazdan əvvəl tikilinin layihəsini, tikili barədə digər ümumi məlumatları, bir sözlə tikinti niyyətini məlumatlandırma icraatı qaydasında aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim etməmişdir. Belə olan halda iddiaçı tərəfin Sabunçu rayonu ərazisində inşa etdiyi 1 mərtəbəli fərdi yaşayış evi Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmamışdır.
23. İddiaçı tərəf icarəyə götürdüyü torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıra bilməyəcəyini öncədən bilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddianın həlli zamanı iddiaçı tərəfin istifadəsində olan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatı üzrə istifadə edilib-edilməməsi, həmin torpaq sahəsində qazlaşdırılması təl əb olunan fərdi yaşayış evininin inşa edilməsi ilə əlaqədar iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında Sabunçu Rayon İcra Hakimiyyətinə tikinti niyyətinin təqdim edilib-edilməməsi, eləcə də həmin tikili layihəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınıb-alınmaması araşdırılmamışdır.
24. Nazirlər Kabinetinin “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verilməlidir. Fərdi yaşayış evlərinin, o cümlədən də iddiaçının qazla təchiz edilməsini tələb etdiyi fərdi yaşayış evinin qazlaşdırılması qazpaylayıcı təşkilat Cavabdeh İB tərəfindən sifarişçiyə (iddiaçıya) texniki şərtin verilməsi yolu ilə mümk ündür. Yəni ki, yaşayış ünvanına qaz xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması məqsədilə Cavabdeh İB tərəfindən qeyd edilən ünvan üçün iddiaçı tərəfə texniki şərtin verilməsi mütləq və zəruridir. Əlavə olaraq bildirmək istəyir ki, Cavabdeh İB fərdi yaşayış evlərinin qazlaşdırılması işlərini həyata keçirmir (rayon, şəhər, qəsəbə, kəndlər istisna olmaqla). Fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə texniki şərtin alınması üçün iddiaçı tərəfindən zəruri dövlət rüsumu ASAN Xidmət mərkəzində ödənildikdən sonra qazpaylayıcı Cavabdeh İB tərəfindən ünvanın qazlaşdırılmasını tələb edən sifarişçiyə texniki şərt verilməli və həmin sənəd əsasında fərdi yaşayış evinin qazlaşdırılması sifarişçinin vəsaiti hesabına onunla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş “Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasına dair” lisenziya əsasında fəaliyyət göstərən podratçı tikinti təşkilatları arasında bağlanmış podrat müqaviləsi əsasında podratçı təşkilat tərəfindən həyata keçirilir. Bakı Apellyasiya Məhkəməsi hazırkı iş üzrə fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə iddiaçı (sifarişçi) tərəfindən zəruri texniki prosedurlara riayət edilməsinin vacibliyini və sahəvi qanunvericiliyin tələblərini nəzərə almamış, qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.
25. İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamış olduğundan iddiaçının ərizəsi geri qaytarılmamış və ərizə prosessual tələblərə zidd olaraq icraata qəbul edilərək baxılmışdır.
26. Kassa tor şikayətində “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci hissəsinə, İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 79, 80-ci maddələrinə də istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
28. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlar ının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
29. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
30. Maddə 80.4.Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memar lıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 19 avqust 2025-ci ilədək qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 13 10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır( 30 may 2023-cü il tarixli 893-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13-cü maddəyə yeni məzmunda 10-1-ci hissə əlavə edilmiş, həmin qanun 1 oktyabr 2023-cü ildən qüvvəyə minmişdir). Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırki kassasiya şikayətinə əsasən apelyasiya məhkəməsinin qətnaməsi bü tövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə texniki şərtin alınması üçün iddiaçı tərəfindən zəruri dövlət rüsumu ASAN Xidmət mərkəzində ödənildikdən sonra qazpaylayıcı Cavabdeh İB tərəfindən ünvanın qazlaşdırılmasını tələb edən sifarişçiyə t exniki şərt verilməli və həmin sənəd əsasında fərdi yaşayış evinin qazlaşdırılması sifarişçinin vəsaiti hesabına onunla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş “Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasına dair” lisenziya əsasında fəaliyyət göstərən podratçı tikinti təşkilatları arasında bağlanmış podrat müqaviləsi əsasında podratçı təşkilat tərəfindən həyata keçirildiyi barədə dəlili ilə əlaqədar bildirir ki, hazırkı iş üzrə məhkəmələrin, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi müvafiq xidmət və işlərə görə sifarişçi tərəfindən ödənilməli olan pul vəsaitlərinin də iş üzrə Cavabdeh İB tərəfindən ödənilməli olması öhdəliyi yaratmır. Müvafiq pul vəsaitləri yenə də sifarişçi tərəfindən ödənilməlidir.
43. Məhkəmə kollegiyası kass asiya şikayətinin iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamış olduğundan iddiaçının ərizəsinin geri qaytarılmadığı və ərizə prosessual tələblərə zidd olaraq icraata qəbul edilərək baxıldığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, həmin dəlil apellyasiya şikayətində irəli sürülməməklə bərabər, göstərilən prosessual pozuntu apellyasiya məhkəməsi tərəfindən mahiyyəti üzrə düzgün olmayan qətnamə qəbul edilməməsi ilə nəticələnməmişdir.
44. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, sözügedən evin inşa edilməsi üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində qeyd edilən icazələrin alması tələb olunmur. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh Birlik, “Qaz təchizatı haqqında” Azərbayca n Respublikası Qanununa edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş həmin Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə istinad etsə də, işin hallarından müəyyən edilir ki, iddiaçı, ona məxsus fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün Birliyə 2024-cü ildə müraciət etsə də, həmin yaşayış evi artıq 2021-ci ildən mövcuddur. Belə olan halda müəyyən edilir ki, Qanunda sonradan edilmiş dəyişiklik iddiaçının vəziyyətini pisləşdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ tələbinə görə isə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilir. Başqa normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilmir.Bununla da, məhkəmə kollegiyası biri nci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.
45. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə madd i və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ”zaq̇ ırəzA" İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)4999/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.