Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3798/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): istehlakçı hüquqlarının müdafiəsi, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 16 sentyabr tarixli 2(103)639/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 2 1 yanvar 2026-cı ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2016-2022-ci illərdə ünvan 1 ünvanı üzrə X1 adına təbii qazın istifadə qaydalarının pozulmasına dair aktlar tərtib olunmuşdur.
2. X3 8 fevral 1980-ci il tarixdə vəfat etmişdir.
3. Mərhumun gəlini – İddiaçı həmin ünvanda qeydiyyatsız yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən **********00000 nömrəli abonent kodu üzrə təbii qazdan istifadəyə görə əsassız hesablanmış 13276,28 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərc olaraq 300 mana t məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda qeydiyyatda olsa da, ünvan 3 ünvanında yaşayır. Həmin ünvanda abonent kodu mərhum qaynatası X1 adınadır, sonuncu 8 fevral 1980-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda abonent kodu üzrə qaynatasının adına yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Ona təqdim edilmiş sənədlərə əsasən, mərhum qaynatası barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən, guya mənzildə təbii qazdan sayğacsız qeyri-qanuni i stifadə aşkarlanmış və dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyildir, çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2016-2021-ci illərdə təbii qazdan sayğacsız qaz xəttindən qeyriqanuni istifadə halını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı? Çünki “Qazdan istifadə Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılmas ı vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(008)- 5136/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları bu aktların yazılmasına suni şəkildə şərait yaratmışdır. Aktların heç biri abonent tərəfindən imzalanmamışdır. Təbii qazdan istifadə qaydalarının pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən cavabdeh təşkilat üzərinə düşən vəzifələri icra etmədə n, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib etmişdir. Belə ki, abonent barəsində təbii qazın talanmasına görə dəfələrlə akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırkı iddia üzrə Cavabdeh İB tərəfindən məlum aktlar əsasında çoxsaylı kənar qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilibedilməməsi, edilməmişdirsə hansı səbəblərə görə edilməməsi, edilmişdirsə həmin şikay ətin nəticəsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır.
9. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, aktlar üzrə hesablanmış bu məbləğ Cavabdeh İB əməkdaşlarının təqsiri üzündən yaranmışdır. Belə ki, qanunvericiliyin də tələbinə uyğun olaraq əgər ki, vətəndaşın qanunsuz qoşulma halı aşkar edilmişdirsə, bu barədə müvafiq olaraq inzibati orqana xəbər verilməklə kənar xətt dərhal qaynaqla ayrılmalı idi. Lakin iş materiallarından göründüyü kimi buna əməl olunmayaraq hər ay göstər ilən ünvana Cavabdeh İB əməkdaşları gəlib-gəlməməsi də məlum olmadan akt tərtib edilərək eyni görüntünü əks etdirən fotoşəkillər əlavə edilməklə kifayətlənmişlər.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1092-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2- ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları 2016–2022-ci illər ər zində istehlakçının ünvanında dəfələrlə sayğacdankənar qanunsuz qoşulmalar aşkar etmiş, bununla bağlı aktlar tərtib etmiş və fotoşəkillər çəkmişlər. Bu aktlar əsasında itirilmiş qazın həcmi hesablanmış və dəymiş zərərin məbləği müəyyən edilmişdir. Toplanmış sübutlar istehlakçının qazdan qanunsuz istifadə etməklə Birliyə zərər vurduğunu göstərsə də, birinci instansiya məhkəməsi bu sübutlara lazımi hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Aktların istehlakçı tərəfindən imzalanmaması onların etibarsızlığı demək deyil. Fotoşəkillər də qanunsuz qoşulmaların mövcudluğunu aydın göstərir. Üstəlik, istehlakçının altı il ərzində sayğacla cəmi 251 manatlıq qaz ödənişi etməsi də faktiki istehlakla uzlaşmır və qeyri-qanuni istifadə ehtimalını gücləndirir. Birinci instansiya məhkəməsi Ali Məhkəmən in xx.xx.2024-cü il tarixli 2(102)- 424/2024 nömrəli qərarında formalaşdırdığı mövqeyi nəzərə almamışdır. Həmin mövqeyə görə, aşağı məhkəmələr aktları ümumiyyətlə nəzərə almamaq əvəzinə, onların zərərin məbləğinin müəyyən edilməsində rolunu qiymətləndirməlidirlər.Məhkəmə, həmçinin nə yerli baxış keçirmiş, nə də trasoloji ekspertiza təyin etmişdir. Halbuki təqdim edilmiş sübutların obyektiv yoxlanılması üçün bu hərəkətlər zəruri idi. Bu addımların atılmaması prosessual tələblərin pozulması deməkdir və işin düzgün araşdırılmasına mane olmuşdur. Məhkəmənin Cavabdeh İB-nin inzibati orqanlara müraciət edib-etməməsini irad tutması da əsassızdır, çünki xx.xx.2022-ci ilədək qanunvericilikdə belə müraciətin məcburi olması barədə norma mövcud deyildi. İş üzrə aktların böyük hissəsi isə həmin dövrdən əvvələ təsadüf edir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-639/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Nigar Nəbizadə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(008)5136/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən tərəfindən **********00000 abonent kodu üzrə hesablanmış 7100,68 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi, Ekspertiza tədiqatının aparılmasına sərf olunan 65 manat məbləğində pul vəsaitinin 35 manat məbləğində hissəsinin Cavabdehndən, 30 manat məbləğində hissəsinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, abonentin saldosunda xx.xx.2018-ci il tarixli akt əsasında 194,40 manat və xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 291,60 manat borc hesablansa da, həmin aktlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu aktlar hesablama aparılarkən nəzərə alınmamalıdır. 16. 1 may 2022-ci il tarixdən qanunvericilikdə olan dəyişikliyə əsasən qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir 17. 2022-ilin may ayından sonra aşağıdakı aktla r tərtib olunaraq zərər hesablanmışdır: - 31.05.2022-ci il tarixli akt əsasında 298,08 manat; - 30.06.2022-ci il tarixli akt əsasında 298,08 manat; - 29.07.2022- ci il tarixli akt əsasında 362,88 manat; - 31.08.2022-ci il tarixli akt əsasında 362,88 manat. Bu aktlar əsasında hesablanmış ümumi məbləğ 1321,92 manat (298,08 + 298,08 + 362,88 + 362,88 = 1321,92) təşkil etmişdir. Qeyd olunan 4 akt üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, bu norma qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən tərtib edilmiş aktlardan birinin 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında t əqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Buna görə də, borcun məbləği hesablanarkən bu aktlar da nəzərə alınmamalıdır.
18. Digər aktlara münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, aktların tərtib olunduğu dövrdə qaz xəttinə qeyri-qanuni qoşulmanın olması iş materiallarında olan fotoşəkillər ilə (qaz xəttinə boru vasitəsilə qoşulma) öz təsdiqini tapır. Hazırkı dövrdə bu halın mövcud olub – olmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi, qaz sayğacından kənar xətlərin çəkilməsi mü şahidə edilməmişdir.
19. Məhkəmə kollegiyası rəylə bağlı qeyd etmişdir ki, bu rəy hazırkı vəziyyəti əks etdirir, sonuncu akt 2022-ci ilin avqust ayında tərtib olunmuşdur, 3 ildən sonra aparılan tədqiqat zamanı borunun üzərində hər hansı bir zədə və ya izin olmaması həmin dövrdə qoşulmanın olmaması qənaətinə gəlməyə əsas verə bilməz.
20. Həmçinin məhkəmə kollegiyası aktların tərtib olunduğu və bundan sonrakı dövrdə olan sayğac göstəricilərinin məlumatlarını da təhlil edərək qeyd etmişdir ki, aktların tərtib olunduğu dövrdə sayğac göstəricisinə əsasən 2016-cı ildən 2020-ci ilin mart ayına qədər sayğac göstəricisi “0”, bundan sonra maksimum 200 kub metr qaz istifadə olunması qeyd olunurdusa, aktların tərtib olunmasından sonrakı dövrlərdə bu göstərici minimum 1286 kub metr, maksimum 4569 kub m etr olmuşdur. Bu xüsusatın özü də onu təsdiq edir ki, sonrakı aylarda qaz sərfiyyatının göstəricisi yüksək həddə olduğu halda aktların tərtib olunduğu dövrdə bu göstərici təxminən 10-20 dəfə aşağı ola bilməzdi, sərfiyyatın sayğac göstəricisində məhz bu cür əksini tapması qanunsuz qoşulma faktınının olduğunu sübuta yetirir.
21. Digər aktlara münasibətdə alınmış mütəxəssis rəyində qeyd olunmuşdur ki, itirilmiş qazın həcmi: 2016-cı ildə tərtib edilmiş 1 akt üzrə: 3 yay ayı x 972 m3 = 2916 m3 2018-ci ildə tərtib edilmiş 6 akt izrə: 5 qış ayı x 1476 m3 +1 yay ayı x 972 m3 = 8352 m3 2019, 2020 va 2021-ci illərdə hər il üçün: 5 qış ayı x 1476 m3 +7 yay ayı x 972 m3= 14184 m3 2022-ci ildə tərtib edilmiş 7 akt üzrə: 2 qış ayı x 1476 m3 +5 yay ayı x 972 m3= 7812 m3.
22. Azərbaycan Respublikası Tar if (qiymet) Şurasının "Təbii qazın olkə daxili tariflərinin Tənzimlənməsi barədə" Qərarına əsasən əhali istehlakçılarını istehlak tariflərini nəzərə alınsa iddiaçıya dəymiş ziyanın məbləği: - 2016-ci il üzrə - 1700 x 0.10 + 1216 x 0.20 = 413,20 manat. - 2018-ci il üzrə - 1700 x 0.10 + 6652 x 0.20 =1500,40 manat. - 2019, 2020 və 2021-ci i illərdə hər il üçün: 1700 x 0.10+12484 x 0.20 =2666.80 manat. - 2022-ci il üzrə - 1200 x 0.10 + 1300 x 0.20 + 5312 x 0.25 =1732 manat olmaqla cəmi 11655,50 manat təşkil edə bilər.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2016, 2018-2021-ci illər və 2022-ci ildə tərtib edilmiş 7 akt üzrə mütəxəssis rəyində olan məbləğlər bəzi aktlar üzrə hesablanmış məbləğlərdən artıq olduğundan rəydə gəlinən nəticə üzrə borcun hesablanması qanuni və ədalətli hesab oluna b ilməz. Buna görə də, hər bir il üzrə aşağıdakı formada müqayisəli tədqiqat aparılaraq silinməli olan borcun məbləği dəqiqləşdirilməlidir. 24. 2016-cı ildə tərtib olunmuş mütəxəssis rəyindəki məbləğ (413,2 manat) akta əsasən hesablanmış məbləğdən (172,80 manat) çoxdur, buna görə də borcun məbləği hesablanarkən akta əsasən hesablanmış məbləğ əsas götürülərək həmin il üçün borcun məbləği 172,8 manat müəyyən olunmalıdır. 25. 2018-ci ildə tərtib olunmuş aktlara münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli akt əsasında 194,40 manat və xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 291,60 manat borc hesablansa da, həmin aktlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Digər aktlar – xx.xx.2018-ci il tarixli akt əsasında 647,40 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 214 manat, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 91,20 manat məbləğində borc hesablanmışdır. Mütəxəssis rəyində isə 2018-ci il üçün 1500,4 manat borc hesablanmalı olduğu qeyd edilmişdir. Borcun məbləği hesablanarkən mütəxəssis rəyinə əsasən 3 qış ayı x 1476 kub metr = 4428 kub metr = 885,6 manat müəyyən olunduğundan akta əsasən hesablanmış məbləğ əsas götürülərək 2018-ci il üçün borcun məbləği 885,6 manat müəyyən olunmalıdır. 26. 2019 və 2020-ci illər üzrə aktlar üzrə yaranmış borc 1063,8 manat göstərilsə də, mütəxəssis rəyində göstərilən məbləğ 2666,8 manat olduğundan aktlara əsasən hesablanmış məbləğ əsas götürülərək bu il üçün borc 1063,8 manat müəyyən olunmalıdır. 27. 2021 – ci il üzrə aktlara əsasən 3481,42 manat borc hesablansa da mütəxəssis rəy ində bu aktlar üzrə borcun 2666,8 manat olması qeyd olunur, buna görə də həmin il üçün borcun məbləği 2666,8 manat müəyyən edilməlidir. 28. 2022 –ci ildə tərtib olunmuş aktlara münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, 2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlar üzrə borcun hesablanması əsaslı hesab olunmur və hesablama xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlar üzrə apapılmalıdır. Qeyd olunan aktların 2-i qış ayı, 1-i isə yay aylarını əhatə etdiyindən mütəxəssis rəyinə əsasən hesablama aparıldıqda borcun məbləği aşağıdakı kimi müəyyən olunur: 2 qış ayı x 1476 kub metr + 1 yay ayı x 972 kub metr = 3924 kub metr x 0,2 manat = 784,8 manat
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqayisəli təhlil əsasında aparılmış tədqiqata əsas ən müəyyən olunur ki, borcun məbləği 2016-cı il üçün 172,8 manat, 2018-ci il üçün 885,6 manat, 2019 – cu il üçün 1063,8 manat, 2020-ci il üçün 1063,8 manat, 2021ci il çün 2666,8 manat, 2022-ci ildə tərtib olunmuş aktlar üzrə 784,8 manat, ümumilikdə 6637,6 manat təşkil edir və hissədə borcun mövcudluğu təsdiqini tapır.
30. Abonentin saldosunda olan məlumatlara əsasən müəyyən edilmişdir ki, 2016-cı ildən 2022-ci ilin avqust ayına qədər aktlar üzrə hesablanmış borc məbləği 13276,28 manat təşkil edir, həmin dövr üçün sayğac göstəricisinə əsasən hesablanmış borc (3833 kub metr x 0,2 = 766,6 manat təşkil edir), abonent tərəfindən aparılmış ödənişlər qrafasında isə bu dövr üçün hesablamalar aparıldıqda isə 2016-cı ilin noyabr ayında 172,8 manat, 2018-ci ilin avqust ayında isə 1055,8 manat, ümumil ikdə 1228,6 manat ödəniş aparılması müəyyən olunur. Sayğac göstəricilərinə əsasən yaranmış borc (766,6 manat) aparılmış ödənişlərin məbləğindən (1228,6 manat) çıxıldıqda isə 462 manat məbləğində pul vəsaitinin də aktlara görə hesablanmış zərərin məbləğindən çıxılması aşkardır. Həmin məbləğ (462 manat) isə aktlara əsasən müəyyən olunmuş məbləğdən (6637,6 manat) çıxıldıqda iddiaçı tərəfindən cavabdehə ödənilməli olan pul vəsaitinin məbləği 6175,6 manat təşkil edir. Abonentə hesablanmış 13276,28 manat borc məbləğindən 6175,6 manat çıxıldıqda isə silinməli olan məbləğ 7100,68 manat təşkil edir. Buna görə də, tələb 6175,6 manat məbləğində borcun silinməsi hissəsi əsaslı deyildir və bu hissədə iddia rədd, qalan hissədə (7100,68 manat) isə təmin olunmalıdır. Kassasiya şikayətinin və ona qarşı eti razın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-639/2025 nömrəli qətnaməsinin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011- ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci və 6.7ci bəndlərinin tələbi pozulmuşdur. Aktların tərtibi zamanı istehlakçı X2 iştirak etdiyi, lakin aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. Həmin şəxs xx.xx.1980-ci i ldə vəfat etmişdir. Göründüyü kimi, aktlar ünvana faktiki olaraq baxış keçirilmədən tərtib olunmuşdur. Sayğaca olan yoxlamalar həqiqətən keçirilmiş olsa idi, X2 vəfat etdiyi məlum olar və aktlarda həqiqətə uyğun olmayan məlumatlar qeyd olunmazdı. Məhkəmə isə əsassız olaraq, qaz xəttinə qeyri-qanuni qoşulmanın fotoşəkillərlə təsdiq olunduğunu qeyd etmişdir. Cavabdehin əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Ekspertiza rəyində boruda hər hansı müdaxilə və ya sayğacdan kənar xətt olmadığı açıq şəkildə göstərilsə də, məhkəmə bu rəyi əsassız sayaraq nəzərə almamışdır. Bundan əlavə, apellyasiya məhkəməsi ziyan məbləğini hesablayarkən mübahisəli hüquq münasibətinin yarandığı dövrdə mövcud ol mayan hüquqi normaya istinad etmiş, maddi hüququ geriyə tətbiq etməklə hüquqi səhvə yol vermişdir. Saldodakı qeyri-dəqiq ödəniş qeydləri nəzərə alınmadan, riyazi səhvlərə yol verilməklə borc məbləği düzgün hesablanmamışdır. Bütün bu hallar məhkəmənin sübutları tam, obyektiv və hərtərəfli araşdırmadığını, tərəflərin təqdim etdiyi sübutlara bərabər münasibət göstərmədiyini və qətnaməni yetərincə əsaslandırmadığını göstərir. İ instansiya məhkəməsinin qətnaməsi 19 sentyabr 2024-cü ildə çıxarılsa da, apellyasiya instansiya məhkəməsi 19 aprel 2024-cü il tarixli qətnamənin ləğv edilməsini qət etmişdir b)
33. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasın a gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
39. Maddə 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.
40. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barəd ə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulm a nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir;
41. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinc i cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nö mrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”
43. Maddə 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının ist ehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları
44. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
45. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə ör tülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
46. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
47. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir;
48. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
49. Bənd 6.6. Qazın veri lməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
50. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyasının mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsa s ola bilməz.
58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416.1-ci maddəyə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu səbəbdən sübutlara düzgün qiymət verilmədiyinə dair dəlillər kassasiya baxışının predmeti deyil.
59. Apellyasiya məhkəməsi iddianın rədd edildiyi hissədə müəyyə n etmişdir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvana verilmiş abonent kodu üzrə 2016-2022-ci illərdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” bəzi aktlar üzrə qaz xəttinə qeyri-qanuni qoşulmanın olması iş materiallarında olan fotoşəkillər (qaz xəttinə boru vasitəsilə qoşulma) və aktların tərtib olunduğu dövrdə sayğac göstəricilərinin aşağı olması ilə öz təsdiqini tapır. Məhkəmə mütəxəssis rəyinə əsasən müəyyən etmişdir ki, bu aktlar üzrə ödənilməli olan məbləğ 462 manat ödəniş çıxılmaqla 6175,6 manat təşkil edir.
60. İşə baxmış məhkəmə tərəfindən qətnamə kifayət qədər əsaslandırmış, maddi hüquq normaları düzgün tətbiq edilmiş, sübutlar prosessual normaların tələblərinə uyğun əlaqəli şəkildə qiymətləndirilmiş, qətnamənin kassasiya qaydasında ləğv edilm əsinə əsas verən pozuntulara yol verilməmişdir. Qətnamədə birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin tarixinin “19 aprel 2024-cü il” qeyd edilməsi texniki yanlışlıq olaraq qəbul edilir.
61. Aktlarda istehlakçı kimi 1980-ci ildə vəfat etmiş X1 adının qeyd edilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş aktlar konkret abonent kodu verilmiş ünvanda istehlakçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması faktının rəsmiləşdirilməsi məqsədi ilə tərtib edilir və aktların məzmununda istehlakçı olaraq abonent kodu verilməsi üçün müraciət etmiş şəxsin adı göstərilir. İstehlakçının vəfat etməsi barədə Cavabdehnə məlumat verərək yeni müqavilə bağlamaq həmin ünvanda yaşayaraq qazdan istifadə edən şəxslə rin vəzifəsi olduğundan iddianın rədd edildiyi hissədə tələbə düzgün hüquqi qiymət verildiyi müəyyən edilir.
62. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-639/2025 nömrəli, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.