Məhkəmə qərarları › İş №2(102)-3698/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3698/2025

27.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3698/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2025-ci il tarixli, 2(105)-1135/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıd akıları müəyyən etmişlər:

2. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir;

3. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********04990 saylı abonent kodu üzrə 41040 m3 həcmində qaz itkisi hesablanmışdır;

4. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir;

5. İş mate riallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********04990 saylı abonent kodu üzrə 3312 m3 həcmində qaz itkisi hesablanmışdır.

6. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir;

7. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı adına olan **********04990 saylı abonent kodu üzrə 2928 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunm uş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir;

8. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, Xaçmaz rayonu Qımıl-Qışlaq kəndində yerləşən mənzilə aid **********04990 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 7420,22 (yeddi min dörd yüz iyirmi manat 22 qəpik) manat qəpik borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB- nin Quba XS-nin əməkdaşlarının barəsində tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 dekabr 2023-cü il tarixli Akt N 0391396, 06 iyun 2024-cü il akt N 0415181, 01 avqust 2024-cü il akt N 0415225, 23 fevral 2024-cü il tarixli akt N ******* hesabladıqları 7420,22 (yeddi min dörd yüz iyirmi manat 22 qəpik) manat borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Vladimirovka kəndində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh təşkilatla bağladığı müqaviləyə əsasən təbii qazdan istifadə edərək, istifadə etdiyi qazın dəyərini ödəyir. 30 dekabr 2023-cü il tarixdə 21 fevral 2024-cu il tarixdə, 03 iyun 2024- cü il tarxidə, 01 avqust 2024-cu il tarixdə cavabdeh təşkilatın nümayəndələri yaşadığı ünvana gələrək guya sayğacdan kənar qeyri-qanuni xətdən təbii qazdan istifadə etdiyi akt tərtib edərək ümumilikdə 7420,22 manat borc hesablayıb. Qeyd edilən məbləğdə pulu tələb edirlər. O, hər dəfə cavabdeh təş kilatın əməkdaşları gələndə onlara bildirmişdir ki, o, sayğacdan kənar xətdən istifadə etmir və onlar çəkiliş aparanda o, təbii qazdan sayğacdan gedən xətdən istifadə etdiyi müəyyən edilib və eyni xətaya görə 4 dəfə qanunsuz və ədalətsiz aktlar tərtib edilərək əsassız cərimə borcları hesablanıb tələb olunur. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müaciət etməli olmuşdur. O, qeyd etmək istəyir ki, cavabdeh təşkilatın tərtib etdiyi aktla və hesabadıqları ziyanla razılaşmadığı üçün akta qol çəkməkdən imtina edərək və hər dəfə də bu xətdən istifadə etmədiyi və ana xətdən evinə çəkilən xətdən istifadə etdiyini bildirmişdir. Ona görə də o, Cavabdeh İB-nin tərtib etdiyi 30 dekabr 2023-cü il, 21 fevral 2024-cü il, 03 iyun 2024-cü il və 01 avqust 2024-cü il tarixli aktla rı ilə razılaşmır və bir daha qeyd edir ki, aktda qeyd olunan hallar mövcud olsaydı onlar hall şahidlərinin iştirakı ilə akt tərtib etməli idilər. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

11. Cavabdeh İB məhkəməyə iddiaya etiraz edərək göstərmişdir ki, “Azəriqaz" X3 RQİİnin Quba xidmət Sahəsində əhali abonenti kimi qeydiyyatda olan X1 rayonunun Vladimirovka kəndində yerləşən fərdi yaşayış evində yaşayır və Müqavilə əsasında evində təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Beləki, xx.xx.2023cü il tarixdə “Azəriqaz" İstehs alat Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan ELESTR tipli (i-4 markalı, 0189210'183969 №-li qaz sayğacdan kənar qanunsuz xətlə təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazm miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 41040 m3 və ya 4924,80 manat hesablanmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə “Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin yenə də sayğacdan kənar qanunsuz xətlə təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli "təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 3312 m3 və ya 397,44 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixdə “Azəriqaz" istehsalat Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin yenə də sayğacdan kənar qanunsuz xətlə təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli "təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 4944 m’’ və ya 593,28 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixdə “Azəriqaz" İstehsal at Birliyinin işçiləri tərəfindən həmin evdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin yenə də sayğacdan kənar qanunsuz xətlə təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazm miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 2928 m3 və ya 351,36 manat hesablanmışdır. Ümiumilikdə cavabdeh tərəfindən mübahisələndirilən aktlar üzrə çəmisi 6266,88 manat itirilmiş qazın bərpası üçün zoyan hesablanmışdır. Lakin iddiaçı 1153,34 manat artıq7420,22 manat iddia məbləği qoymuşdur. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz ana qaz xəttinə qoşularaq sayğacdan kənar xətt ilə təbii qazdan istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə QaydalaıT’nın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazm verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğımn və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazm dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazm bərpası üçün hesabat aparılmışdır. Gör ündüyü kimi İddiaçı üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. Bütün bu hərəkətlərinə görə İddiaçı Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə inzibatı məsuliyyətə cəlb olunması qərara alınmışdır.

12. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1289/2025 nömrəli qətnaməsi ilə (hakim A.Babayev) iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən **********04990 saylı abonent koduna itirilmiş qazın bərpası üçün hesablanmış 7069 (yeddi min altmış doqquz) manat məbləğində borcun **********04990 kodlu abonent hesabından silinməsi qət edilmişdir.

13. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı fərd i yaşayış evində quraşdırılmış qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyriqanuni istifadə etmiş, bu hal Cavabdeh İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki, İddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan dəymişdir. İddiaçının hərəkətləri nəticəsində maddi ziyanın vurulduğu, habelə təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, təqdim olunmuş sübut qismində müvafiq akt və video görüntü vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından mötəbər sübut qismində qəbul edilə bilər. Zərərin məbləğinin təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7420,22 (yeddi min dörd yüz iyirmi manat 22 qəpik ) manat hesablanması ilə bağlı məhkəmə qeyd edib ki, zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın əlavə edilmiş yeni məzmunda 6.5-1-6.54-cü bəndlərinin tələbləri nəzərə alınmaqla hesablanmalıdır. Beləliklə zərər sutkanın ilin mövsümü, habelə əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla hesabat aparılması barədə sübut təqdim edilməməsi, habelə hər bir pozuntu aşkar olunması halında əvvəlki bir il müddətə dair zərər məbləği hesablanması nəzərə alınmaqla 351,22 (üç yüz əlli bir manat, iyirmi iki qəpik) manat saxlanılmaqla, 7069 (yeddi min altmış doqquz) manat məbləğind ə cərimə **********04990 saylı abonent hesabından silinməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına və Mülki Prosessual Məcəllənin 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh ”Azəriqaz” İB apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1289/2025 saylı qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Şikayətdə göstərilir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu hissədə əsassız qətnamə qəbul edilmişdir. Belə ki, qazdan istifadə qaydalarına əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. CavabdehİB-nin Xaçmaz RQİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qa nunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuş İddiaçı Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə inzibati məsuliyyətə alınmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AzərbaycanRespublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir. İddiaçı delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə və Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə tam sübuta yetirilmiş, lakin məhkəmə bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. Məhkəmənin abonentin qanunsuz qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində CavabdehİB-nə dəymiş ziyanın heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun silməsi heç bir məntiqə uyğun gəlmir. İşə baxan məhkəmə işin faktiki hallarını araşdırmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

17. Sumqayıt Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1135/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Mahmudov, hakimlər A.Hüseynzadə və L.Rəhimli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1289/2025 nömrəli qətnaməsi dəyişdirilmiş, Cavabdeh tərəfindən **********04990 saylı abonent koduna itirilmiş qazın bərpası üçün hesablanmış 5915.52 (beş min doqquz yüz on beş manat, əlli iki qəpik) manat məbləğində borc **********04990 kodlu abonent hesabından silinmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

19. Birinci instansiya məhkəmə haqlı olaraq hesab edib ki, borcun hesablanmasına əsas olan tələbnamə və akt cavabdeh təşkilat tərə findən qəbul edildiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür.

20. Məhkəmə kollegiyası qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akt, ******* saylı, xx.xx.2024-cü il tarixli akt, ******* saylı, xx.xx.2024-cü il tarixli akt, ******* saylı, xx.xx.2024-cü il tarixli aktlara əsasən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmiş və bu aktlara müvafiq tələbnamələr üzrə iddiaçıya məxsus abonent saldosuna cərimələr hesablanmışdır.

21. Yuxarıda qeyd olunan tələbnamələr üzrə hesabatdan müəyyən edilir ki, cavabdeh müəssisə iddiaçıya xx.xx.2023-cü il tarixli akt əsasında 4924.8 manat cərimə, xx.xx.2024cü il tarixli akt əsasında 397.44 manat cərimə, xx.xx.2024-cü il tarixli akt əsasında 593.28 manat cərimə, 01 avqust 2024-cü il tarixli akt əsasında isə 351.35 manat cərimə hesablanmışdır.

22. İş materilarında olan İnzibati Tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadəyə görə 100 manat məbləğində inzibati cərimə edilmişdir.

23. Məhkəmə kollegiyası istinad olunan inzibati tənbeh vermə haqqında qərarı, qaztəchizatı haqında qanunun 13.8-1-ci bəndinin tələbi ilə əlaqəli təhlil edərək bildirir ki, iddiaçının evində təbii qazdan istifadə vəziyyəti yoxlanılarkən müəyyən edilmiş pozuntu qanunauyğun şəkildə aktlaşdırılmış, habelə abonont barəsində inzibati tənbeh vermə haqqında səaliyyətli orqan tərəfin dən müvafiq qərar qəbul edilmişdir.

24. Göstərilən hallar abonentin ünvanına təbii qazdan istifadə qaydalarının pozulması haqqında 01 avqust 2024-cü il tarixli akt əsasında hesablanmış 351.35 manat cərimənin əsaslı və qanuni olmasına dəlalət edir.

25. Məhkəmə kollegiyası digər 3 akt əsasında hesablanmış borc məbləğinin silinməsi barədə işə baxan məhkəmənin mövqeyini işin hallarına uyğun hesab edərək bildirir ki, həmin aktları tərtib edən cavabdehin faktı aktla rəsmiləşdirib, hərəkətsiz qalmasını əsaslı hesab etmir. Belə ki, yuxarıda istinad olunan Qaydaların müvafiq bəndlərindəki tələbə əsasən qanunsuz qoşulma faktını aşkar edən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.

26. Göründüyü kimi cavabdeh qurum yuxarıda sadalanan tələbə riayət etməmiş formal şəkildə akt tərtib etməklə işini bitmiş hesab etmiş, yalnız akt əsasında müvafiq tələbnamə tərtib etməklə abonent hesabına borc hesablamışdır.

27. Digər tərəfdən işin araşdırılan halından bəlli olur ki, iddiaçının silinməsini tələb etdiyi ümumilikdə borc mə bləğinin bir hissəsi – 610.3 manat borc abonentin hesabına hər hansı cərimə məbləği kimi deyil, məhz qazdan istifadə üzrə sayğac borcudur. Yəni bu borc sərfiyyat üzrə qazın dəyəridir ki, həmin borcun silinməsi yolverilməzdir.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 8ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 4.2, 4.8, 5.2, 6.5-1, 6.5-3, 6.7, Mülki Məcəllənin 560.1, 560.2, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (vəkil – Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədən verilmiş apellyasiya şikayətinə baxmış Sumqayıt Apellyasiya Məhkəməsi qanuniliyi və mötəbərliyi Quba Rayon Məhkəməsi tərəfindən təsdiq edilmiş ümumi 4 aktın qanuniliyini yenidən araşdıraraq aktların mötəbərliyinə yenidən qiymət verməklə səhv etmişdir. Belə ki, həmin 4 aktın mötəbərliyi və qanuniliyi artıq Quba Rayon Məhkəməsi tərəfindən işə baxılan ərəfədə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

31. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təs bit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri Cavabdeh İB tərəfindən tətbiq edilməməsinə əsaslanmaqla apellyasiya məhkəməsi tərəfindən iş üzrə nəticəyə gəlinməsi qanuni və əsaslı sayıla bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş aktların həqiqiliyini və mötəbərliyini yenidən qiymətləndirərkən Cavabdeh İB tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın istehlakçının nümayəndəsi Məhərrəm Hacıyev tərəfindən imzalanaraq aktda göstərilənlərin doğruluğunun və mötəbərliyinin təsdiq edildiyini müəyyən etməmiş, yekun nəticədə qanuni və əsaslı olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 35. 01.05.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulm a halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

36. Bənd 1.3 qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

37. Bənd 1.4 istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

38. Bənd 2.5 qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

39. Bənd 2.12 istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

40. Bənd 4.6 qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

41. Bənd 4.7 sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

42. Bənd 4.8 fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddia təmin olunmuş hissədə borcun hesablanması qanuni və əsaslı olmamışdır.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2025-ci il tarixli, 2(105)-1135/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar