Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3873/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” X2 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: sudan istifadə ilə bağlı mübahisələr, sudan qanunsuz istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” X2 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “borcun silinməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4882/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” X2 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən (Vəkil) verilmiş kassasiya şikayətinə 27 yanvar 2026-cı il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 17 sentyabr 2009-cu il tarixli təhvil-qəbul aktı ilə 5 mərtəbəli inzibati bina digər maddi qiymətlilər ilə birlikdə İstehsalat və Xidmət Müəssislərinin İdarəetmə Mərkəzinin (İXMİM) balansından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsinin balansına verilmişdir. 2. xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən iddiaçı 090438 abonent kodu üzrə borcu qəbul etmişdir. 3. ünvan 1 ünvanı üzrə xx/xx/2025-ci il tarixə qalıq borcun 43.482,49 manat təşkil etməsi barədə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 Nərimanov rayon Su kanal İdarəsi tərəfindən iddiaçıya bildiriş ünvanlanmışdır.
4. Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6i 1 saylı Bakı Ərazi İdarəsinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı 20 may 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş və yaranmış borcun 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” X2 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra iddiaçı, yaxud Ərazi İdarəsi) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 (bundan sonra cavabdeh, yaxud Su Təchizatı Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6) Nərimanov Rayon Su kanal İdarəsi tərəfindən hesablanmış 43.482,49 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdeh və cavabdehin Nərimanov Rayon Su kanal İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nərimanov Rayon Su kanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 498407 nömrəli xəbərdarlıq məktubuna əsasən xx.xx. 2024-cü il tarixinə 1 saylı Bakı Ərazi İdarəsinin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 43.482,49 manat son ödəmə tarixi keçmiş ödənilməmiş borcu yaranmışdır. Həmin borcun 7 iş günü müddətində ödənilməsi tələb olunmuşdur. Bildirilmişdir ki, əks təqdirdə göstərilən xidmət dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin 1 saylı Bakı Ərazi İdarəsindən tutulması təmin ediləcəkdir. Cavabdehin tələb etdiyi borc ünvan 3 ünvanında yerləşən inzibati binanın İdarənin balansına verilməmişdən öncə yaranmışdır. Belə ki, xx.xx.2009-cu il tarixli təhvil-qəbul aktına əsasən inzibati bina idarənin hüquqi varisi olduğu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin balansına qəbul edilmişdir. Həmin tarixə qədər İdarə qeyd olunan ünvanda yerləşən inzibati binada fəaliyyət göstərməmişdir. Belə ki, idarə tərəfindən istifadə edilməmiş su təchizatı xidmətlərinə görə yaranmış borca görə məsuliyyət daşımır. "xxxx" ASC tərəfindən təqdim edilmiş “Abonent haqqında məlumat cədvəli”ndən görünür ki, cavabdehin tələb etdiyi borc məbləği 2009-cu ilə qədər yaranmış borcdur. xx.xx.2009cu il tarixli təhvil-qəbul aktı əsasında İdarənin balansına verilmiş binada istifadə edilən əvvəllər yaranmış su təchizatı borcuna görə İdarə məsuliyyət daşıya bilməz. Bu borcun tələb edilməsi isə qanunsuz və əsassızdır. Həmçinin cavabdeh mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini də ötürmüşdür.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, abonent kodu məlumatlarına əsasən abonent kodunun yaradılması 1998-ci il tarixdən göstərilir və həmin ildən müəyyən məbləğdə pullar göstərilir. Hansıkı həmin məbləğ hesablamalarına görə 1998-ci il və 1999cu illərə aid məbləğlərdir, sadəcə olaraq müəyyən ödənişlər olunub və silinib. 2009-cu ildən inzibati bina iddiaçının balansına verildiyindən, həmin borclarla bağlı idarə məsuliyyət daşıya bilməz və bu pul idarədən tələb oluna bilməz. Qarşı tərəfə borcun yarı hissəsinin ödənilməsi təklif olunmuş, lakin onlar razı olmamışlar.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, borcun əsası 2000-ci ildən başlayır. İddiaçı tərəf özünün satışa dair borclarını ödəmişdir. Lakin tərəflər arasında 2015-ci il tarixində 35.000 manata dair üzləşmə aktı imzalanmışdır. Bu ab onent kartı ilə də müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəf həmin kod əsasında fəaliyyət göstərirsə, digər tərəfə borcu ödətdirdikdən sonra həmin ərazidən istifadə edən zaman ya yeni kod, ya da borcsuz kod verməli idi. Kod bir dəfə açılır, ikinci dəfə müqaviləni dəyişmək isə iddiaçının öhdəliyindədir və onlar tərəfindən müraciət olunmalıdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-261/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əvvəlki mülkiyyətçi, yəni abonent sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə ünvan üzrə borcu (090438 abonent kodu) xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən q əbul etmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Sudan istifadə” Qaydalarının tələbləri ilə mülkiyyətçi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoyulmuşdur. Həmin Qaydalarda əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Lakin hazırkı iş üzrə əvvəlki mülkiyyətçi, abonent sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə ünvan üzrə borcu (090438 abonent kodu) xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən qəbul etmişdir.
12. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı hesab etmişdir ki, iddiaçının iddia müddətinin ötürül məsi barədə dəlilləri əsassız olduğundan, məhkəmə tərəfindən nəzərə alına bilməz. Hazırkı iş üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Yəni qeyd olunan hal yalnız “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6i 1 saylı Bakı Ərazi İdarəsinə qarşı borcun ödənilməsi barədə tələb irəli sürdüyü zaman sonuncunun ərizəsinə əsasən mümkün ola bilərdi ki, hazırda da belə bir hal mövcud deyil. “İri Şəhərlərin Birlə şmiş Su Təchizatı Xidməti” X6i belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6i 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının iddia müddətinin keçməsi əsasına görə borcun silinməsini tələb etmək hüququ yoxdur. Çünki tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinə yönəlmişdir. Bu baxımdan, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hü quqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən, müəyyən halın mövcud olub-olmadığını təsbit etməyi tələb etmək səlahiyyətinə malik şəxslərə çevrilirlər.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 375.2, 385.1, 442, 448.1, 550, 551.2.1, 554.1-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 124.2, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının" 7.4, 7.20, 7.21, 8.3, 8.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli, B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunduğu kimi idarə bu hal üzrə cavabdeh olma dığı üçün hazırkı iş üzrə cavabdeh tərəfindən borc tələb edilə bilməz. Lakin mütəmadi olaraq Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən idarəyə borcun ödənilməsi barədə xəbərdarlıq bildirişləri göndərilir. Bu da İdarənin inzibati binasına verilmiş su təchizatının dayandırılmasına səbəb ola bilər. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2009-cu il tarixli təhvil-qəbul aktına əsasən müvafiq ünvanda yerləşən inzibati bina idarəyə həmin tarixdə təhvil verilmişdir. Cavabdeh tərəfindən hesablanmış borc məbləği isə həmin tarixə qədər hesablanmış borcdur. Bu isə o deməkdir ki, İdarə həmin yaranmış borca görə öhdəlik daşımır. İş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Lakin iş üzrə məhkəmə aktı xx.xx.2025-ci il tarixində qəbul edilmişdir. Bu isə lüzumsuz yerə məhkəmə mübahisəsinin uzanmasına gətirib çıxarmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apelyasiya instansiyası məhkəməsi) 2(103)-4882/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmamış dır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəlki mülkiyyətçi – abonent sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə ünvan üzrə borcu (090438 abonent kodu) xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən qəbul etmiş, bununla da həmin borcu ödəmək öhdəliyi yaranmışdır ki, iddiaçının həmin öhdəlikdən azad edilməsinə dair iş materiallarında hər hansı mötəbər sübut olmamışdır.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının iddia müddətinin keçməsi əsasına görə borcun silinməsini tələb etmək hüququ yoxdur. Çünki tələb hüqu qu ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Hazırkı iş üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Qeyd olunan hal yalnız “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6i 1 saylı Bakı Ərazi İdarəsinə qarşı borcun ödənilməsi barədə tələb irəli sürdüyü zaman sonuncunun ərizəsinə əsasən mümkün ola bilərdi ki, hazırda belə bir hal m övcud deyil. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6i belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6i 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
21. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən idarəyə borcun ödənilməsi barədə xəbərdarlıq bildirişlərinin göndərilməsi hazırkı iddia tələbinin təmin edilməsinə əsas ola bilməz, çünki hər bir halda borcun ödənilməsini tələb etmək kreditorun hüququdur.
22. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində bildirmiş olduğu məhkəmə mübahisəsinin uzanması halı ilə bağlı qeyd etmişdir ki, həmin hal qanuni və əsaslı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir.
23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcə llənin 372.1, 375.2, 385.1, 442, 448.1, 550, 551.2.1, 554.1-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.1, 217.3, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4, 7.20, 7.21, 8.3, 8.4-cü bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasınıxahiş etmişdir.
26. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə oxşar olmaqla, onunla əsaslandırılmışdır ki, müvafiq inzibati bina iddiaçıya xx.xx.2009-cu ildə təhvil-qəbul aktına əsasən təhvil verilmiş, lakin üzləşmə aktı xx.xx.2015-ci il tarixli olmuş, üzləşmə aktı dəyişiklik olan tarixdə deyil, həmin tarixdən 6 il sonra tərtib edilmişdir. Bu səbəbdən də Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli “Sudan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına müvafiq olaraq üzləşmə aktının hüquqi qüvvəsi yoxdur.
27. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2009-cu il tarixli təhvil-qəbul aktına əsasən müvafiq ünvanda yerləşən inzibati bina iddiaçıya həmin tarixdə təhvil verilmişdir. Cavabdeh tərəfindən hesablanmış borc məbləği isə həmin tarixə qədər hesablanmış borcdur. Bu isə iddiaçının həmin yaranmış borca görə öhdəlik daşımadığını təsdiqləmişdir.
28. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 556.1-ci maddəsinə əsasən iddiaçı cavabdeh olmadığı üçün hazırkı iş üzrə cavabdeh tərəfindən borc tələb edilə bilməz. Lakin mütəmadi olaraq Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən İdarəyə borcun ödənilməsi barədə xəbərdalıq bildirişləri göndərilir. Bu da iddiaçının inzibati binasına verilmiş su təchizatının dayandırılmasına səbəb ola bilər.
29. Məhkəmə tərəfindən Mülki Prosesual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə zidd olaraq qətnamə kifayət qədər və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə
550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
36. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Su təchizatı və tullantı suları haqqında ” Azərbaycan Respublikasının Qanunu.
39. Maddə 30.2. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
40. Maddə 62.1. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanun vericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları.”
41. Bənd 7.4 Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayma uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.
42. Bənd 7.20 STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır.
43. Bənd 7.21 İstehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəy işdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir.
44. Bənd 8.3 İstehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir.
45. Bənd 8.4 Su ilə təchiz olunmuş ob yektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll et mək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yal nız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir.
61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barə də məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Kons titusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
65. Beləliklə, məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4882/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir