Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-204/2026 03.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1443/2025 nömrəli 27 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 3 mart 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehin oğlu X11 ilə 08 yanvar 2015-ci ildə nikaha daxil olmaqla evlənmişlər. Onların xx.xx.2015-ci il təvəllüdlü Əsma və xx.xx.2020-ci il təvəllüdlü Səmra adlı iki övladı var.
2. X11 xx.xx.2024-ci il tarixdə vəfat etmişdir.
3. Ağdam rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, Cavabdeh məxsus Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evində X4 zamanı dəymiş ziyanla əlaqədar 1993-cü ildən 2024-cü ilə qədər yaşayış olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2015-ci il təvəllüdlü Əsma və xx.xx.2020-ci il təvəllüdlü Səmra ilə birgə yaşadıqları Ağdam rayonunun Zəngişalı kəndində yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda yaşayış yeri yoxdur. Cavabdeh ona həmin evdə yaşamağa imkan vermir. O, gəlin köçərkən cavabdehin Bakıda olan evinə gəlin köçmüşdür və mərhum həyat yoldaşının vaxtında onlar da orda olmuşdur. Həmçinin, işləyən vaxtı Zəngişalı kəndində tikilən ev və həyətin onlara verilməsi nəzərdə tutularaq həmin ev inşa edilmiş, o isə gəlin kimi həmin evdə ustalara xidmət etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2023-cü ilə qədər radiozavodun binasında yaşamışlar. 2023-cü ildə əri və uşaqları ilə birlikdə Ağdam rayonun Zəngiş alı kəndinə qayıtmış və orada kirayə ev tutaraq yaşamışlar. Həmin vaxt qayınatası Cavabdeh məxsus ev qəzalı vəziyyətdə olduğundan təmirdə olmuşdur. Qayınatasının evi 2024-cü ildə təmir olunmuş, lakin onu yaşamaq üçün evə buraxmamışlar. Atasına məxsus ev üç otaqlı olmaqla orada onun üçün yer yoxdur. Radiozavodda yerləşən evin açarlarını hazırkı vaxta qədər özündə saxlamışdır. Heç vaxt qayınatasına məxsus evdə yaşamadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı 2014-cü ildə onun oğlu İqbal Qasımovla evlənəndən sonra Bakı şəhərində yerləşən, başqasına məxsus olmaqla onların yaşadığı radiozavodun binasında yerləşən mənzilə gəlin köçmüşdür. 2015-ci ilin fevral ayında iddiaçı qayına nası ilə bir yerdə yaşamayacağını demişdir. Bu səbəbdən o, arvadını da götürüb evdən çıxmış və Bakı şəhərində başqa yerdə yaşamışdır. Radiozavodun binasında yerləşən mənzilin açarları hazırkı vaxta qədər iddiaçıdadır. Həmin dövrdə onun Ağdam rayonun Zəngişalı kəndində yerləşən evi qəzalı olduğundan orada yaşamaq mümkün olmamışdır. Kənddə olan evi 2024-cü ildə təmir olunmuşdur. Kəmalə onun evinə gəlin köçməmiş və heç vaxt orada yaşamamışdır. İddianın əsassız olduğundan rədd olunmasını xahiş edir.
8. Ağdam Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2(013)-914/2025 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda köçmək istədiyi Ağdam rayonunun Zəngişalı kəndində yerləşən ca vabdehə məxsus, lakin dövlət qeydiyyatından keçməmiş evə köçməmiş və orada yaşamamışdır. Bu halı iddiaçı özü də məhkəmədə verdiyi izahatında təsdiq etmişdir.
10. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.2-ci, 1 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni çı xarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmışdır. 13. 09.11.2004-cü il tarixli, JN-0932 KOD 60909038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Cavabdeh, X1, X11, X10 və X7 Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə cizgidə göstərilmiş sərhəd daxilində 1,29 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı, JN-524A KOD 60909038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Cavabdeh, X1, X11, X10 və X7 Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000ci il tarixli, 01 saylı qərarı ilə 0,17 ha torpaq sahəsi verilmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəz i MMC-nin xx.xx.2025-ci il tarixli, 3-21-3-60/22501/2025 nömrəli məktubuna əlavə edilmiş Ağdam rayonu Zəngişalı kəndi üzrə həyətyanı (əlyazma və elektron) və pay torpaq sahələrinə dair subyektlərin siyahısının 524-cü sıra nömrəli qeydində Cavabdeh, X1, X11, X10 və X5 adları qeyd edilmişdir.
15. Bundan başqa, Ağdam rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyinin 2016-2020-ci illər üçün tutulmuş təsərrüfatbaşına uçot kitablarından kitab №04, səhifə 147, 354 nömrəli şəxsi hesab nömrəsindən çıxarışdan görünür ki, Cavabdeh məxsus təsərrüfatda Cavabdeh, X1, X11, İddiaçı və X3 adları qeyd olunmuşdur. Həmçinin 2021-2025-ci illər üçün tutulmuş təsərrüfatbaşına uçot kitablarından kitab № 04, səhifə 91, 319 nömrəli şəxsi hesab nömrəsindən çıxarışdan görünür ki, Cavabd eh məxsus təsərrüfatda Cavabdeh, X1, İddiaçı, X8 və X2 adları qeyd olunmuşdur.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1443/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Aygül İsgəndərova (sədrlik edən və məruzəçi), İslam Həsənov və Azər Bayramov) apellyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-914/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsaslandığı faktik hallar üzrə araşdırma aparmamış, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, habelə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
18. Belə ki, iddiaçı tələ bində mübahisə predmeti olan fərdi yaşayış evinin qaynatasının adına olduğunu, hazırda başqa yaşayış sahəsinə malik olmadığını və uşaqlarla birlikdə atasının evində yaşadığını əsas göstərməklə azyaşlı uşaqları ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməsini tələb etmiş, cavabdeh isə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı verdiyi izahatlarında mübahisə predmeti olan fərdi yaşayış evi üzərində iddiaçının heç bir hüququnun olmadığını bildirmişdir.
19. İşin mübahisəsiz halıdır ki, miras qoyan mərhum İqbal Qasımov xx.xx.2024cü il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – arvadı İddiaçı, uşaqları X8 və X6 olmuşlar. Adları qeyd olunan vərəsələrdən heç biri mirasdan imtina etməmişlər. Miras qoyan İqbal Qasımovdan miras qa lmış əmlak isə Ağdam rayonu, Zəngişalı kəndi ərazisində yerləşən Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş 1,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN932) və xx.xx.2000-ci il tarixli, 1 saylı qərarı ilə verilmiş 0,17 ha həyətyanı torpaq sahəsi (JN-524A) olmuşdur.
20. Mübahisəli torpaq sahəsi iddiaçının mərhum ərinin mülkiyyətində olduğundan, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlar dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mərhum ərinə münasibətdə qanuni gözlənilən mülkiyyət hüququ olduğundan, sonuncunun bilavasitə həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə də mülkiyyət hüququ yaranmışdır. Belə ki, İddiaçı mərhum əri İqbal Qasımovla nikahları pozulmamış, həmçinin sonuncu nun hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ olmuşdur. Ona görə də, Ağdam rayonu Zəngişalı kəndində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi də iddiaçının mülkiyyəti olaraq qəbul edilməlidir.
21. Belə olan halda, hazırkı iddianın predmeti mərhum İqbal Qasımovdan miras qalmış əmlakın onun qanun üzrə vərəsəsi İddiaçı tərəfindən qəbul edilməsi olmasa da, işin hallarının bu aspektdə də araşdırılması zəruridir.
22. Məhkəmə həmçinin hesab etmişdir ki, miras qoyanın ölməsi ilə (xx.xx.2024cü il) mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
23. Nəzərə alınmalıdır ki, mübahi səli ev cavabdeh və ailə üzvü olan mərhum oğlu İqbal Qasımovun birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində yerləşir. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən, iddiaçı və uşaqlarının həmin evə köçürülməsinə maneənin yaradılması onun qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan hüquqlarının pozulmasına gətirib çıxarar.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 158.2, 158.4, 1133.1, 1133.2, 1145, 1159.1 və 1256-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülkin işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş e tmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 158.2, 158.4., 1133.1, 1145, 1159.1 və 1256-ci maddələrini tətbiq etməklə yanlışlığa yol vermişdir. Belə ki, cavabdehin ata-baba mülkündən miras alması iddiaçıya aidiyyəti yoxdur. Mübahisəli ev cavabdehin valideynlərimdən miras qalmış və həmin əmlak da vərəsəlik institutuna görə ona çatmalıdır. Mülki Məcəllənin vərəsəliklə bağlı maddələri mübahisəyə tətbiq edərkən məhkəmə nəzərdən qaçırmışdır ki, iddiaçı onun nə övladı, nə də bacı-qardaşı deyildir ki, ona mirasdan pay çatsın. İddiaçı kənddəki evə gəlin köçməmiş və heç vaxt orada yaşamamış, həmin evə hər-hansı bir əmlakını aparmamışdır. Bu halları məhkəmə iclasında özü də etiraf etmişdir. Məhkəmə, Mənzil Məcəlləsinin 30.4-cü madd əsi və Mülki Məcəllənin 152 və 157-ci maddələrini tətbiq edilməli olduğu halda, yanlış nəticəyə gələrək hüququn tətbiqində və təfsirində yanlışlığa yol vermişdir. b)
27. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
28. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
30. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.
31. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdik də o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı
32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarında n məhrum etmir. İzah edilsin ki, icarədar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu müddəa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə tətbiq edilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu
33. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
34. Maddə
1. Dövlət və ya ictimai mə nzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
35. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
36. Maddə
8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzil sahəsinin o rderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
37. Maddə
12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhk əməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazdakı və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bun dan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müə yyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1443/2025 nömrəli iş üzrə 27 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.