Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2055/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müəssisənin direktoru XXX ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, ingilis dili müəllim ştatı üzrə vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, vəkilə hüquqi xidmət üçün ödənilən 300 manatın və mediasiya xərci olan 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (hakimlər E.Isayev – sədrlik edən və məruzəçi, E.Mehdiyev və T.Musayev).
7. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixində tərəflərə, o cümlədən iddiaçıya məxsus elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən, iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən ona rəsmi qaydada təqdim edildiyi gündən etibarən iki ay müddətində kassasiya şikayəti verməli olduğu halda, bu prosessual hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməmişdir.
8. Belə ki, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş iki aylıq prosessual müddət ##.##.2026-cı il tarixində başa çatmışdır. Buna baxmayaraq, kassasiya şikayəti yalnız ##.##.2026-cı il tarixində apellyasiya məhkəməsinə təqdim edilmişdir ki, bu da müəyyən edilmiş prosessual müddətin 1 ay 10 gün ötürülməsi ilə verildiyini göstərir.
9. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.1, 408.1.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
10. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv olunması və işin apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş iki aylıq müddətin ##.##.2026-cı il tarixində başa çatdığını əsas götürərək şikayəti geri qaytarmışdır. Halbuki bu nəticə işin faktiki hallarına və MPM-in tələblərinə uyğun deyildir.
12. Iddiaçı ilk dəfə qətnamə ilə ##.##.2026-cı il tarixində tanış olduğunu və həmin tarixdə onu rəsmi qaydada əldə etdiyini bildirərək, bu tarixədək qətnamənin mövcudluğu və məzmunu barədə məlumatının olmadığını qeyd etmişdir. Həmin tarixdən hesablandıqda iki aylıq müddət ##.##.2026-cı il tarixində başa çatır ki, kassasiya şikayəti də məhz həmin tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərildiyindən prosessual müddət ötürülməmişdir.
13. Apellyasiya məhkəməsi prosessual müddətin başlanğıcını qətnamənin təqdim edildiyi tarixdən deyil, elektron kabinetə yerləşdirildiyi tarixdən hesablamış, bununla da MPMin 405.0.1-ci maddəsini düzgün tətbiq etməmiş və işin faktiki hallarına hüquqi qiymət verməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
18. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
19. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri:
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı kassasiya şikayəti əsasında tam yoxlanılır.
Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür (§ 7-8).
25. Belə ki, kassatorun kassasiya şikayətində qətnamə ilə yalnız ##.##.2026-cı il tarixində tanış olduğunu və müddətin həmin tarixdən hesablanmalı olduğunu göstərməsi hüquqi baxımdan əsaslı deyildir. Çünki prosessual qanunvericilik kassasiya şikayətinin verilməsi müddətinin başlanmasını şəxsin məhkəmə aktı ilə faktiki tanış olduğu tarixlə deyil, həmin aktın ona rəsmi qaydada təqdim edildiyi tarixlə əlaqələndirmişdir. Elektron kabinetdə yerləşdirilmə isə MPM-in 135.6-cı maddəsinə əsasən məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir.
26. Bu səbəbdən kassasiya şikayətində apellyasiya məhkəməsinin prosessual müddətin başlanğıcını elektron kabinetdə yerləşdirilmə tarixindən hesablamasının MPM-in 405-ci maddəsinə zidd olması barədə irəli sürülən dəlillər əsaslı olmadığından qəbul edilə bilməz. Əksinə, apellyasiya instansiyası məhkəməsi prosessual müddətin hesablanmasına dair müvafiq normaları düzgün tətbiq etmişdir.
27. Həmçinin, iş materialları ilə də müəyyən olunur ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş iki aylıq müddət başa çatdıqdan sonra verilmiş, buraxılmış prosessual müddətin bərpasına dair vəsatət isə mövcud olmamışdır. Belə olan halda, MPM-in 408.1.4cü maddəsinə uyğun olaraq kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilənlər müddətin ötürülməmiş hesab edilməsinə əsas vermir və prosessual müddət keçdikdən sonra verilən kassasiya şikayətinin geri qaytarılması prosessual qanunvericiliyə uyğun olmuşdur.
29. Qeyd olunanlar nəzərə alınmaqla, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.