Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-28/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehna qarşına və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 noyabr 2025-ci il tarixli, 2(103)5111/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə borcalan Tahirova (Məmmədova) Afaq Mənsur qızı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X3 Mənsur qızına illik 15% hesablanmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə 24.380 manat kredit vermişdir.
2. Müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq "xxxx" ASC ilə X1 və İddiaçı arasında ayrı-ayrılıqda xx.xx.2024-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır.
3. Zaminlik müqavilələrinin 2.1-ci bəndinə görə zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 4. xx.xx.2024-cü il tarixli “İcra qeydinin aparılacağı” barədə bildirişə əsasən kreditor "xxxx" ASC tərəfindən borclular Tahirova Afaq Mənsur qızı, İddiaçı və Adıgözəlov Orxan Elxan oğluna ümumilikdə 24.357,70 manat borcun 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Bildiriş ünvan 1 ünvanı göndərilmiş, poçt qəbzi “qapı bağlıdır” qeydi ilə geri qayıtmışdır.
5. Bakı şəhəri, 49 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2024cü il tarixli İcra qeydinə əsasən, "xxxx" ASC-nin xeyrinə borclu İddiaçı kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 24.327,44 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 24.352,44 manat tutulmalıdır.
6. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İcra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Adıgözəlov Orxan Elxan oğlundan kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 24.327,44 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 24.352,44 manat tutulmalıdır.
7. Bakı şəhəri, 32 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2024cü il tarixli İcra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Tahirova Afaq Mənsur qızından vaxtında ödənilməmiş 24.327,44 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 24.352,44 manat tutulmalıdır.
8. Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)6836/2025 nömrəli qərarı ilə Tahirova Afaq Mənsur qızı AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat inzibati cərimə edilmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixli İcra qeydinin icrasından yayınmış və icra məmurunun tələblərini yerinə yetirməmişdir.
9. AR Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24-N saylı qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə” tələbkar tərəfindən borcluya göndərilən bildirişin forma və məzmununa uyğun xx.xx.2024-cü il tarixli bildiriş elə həmin tarixdə də iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin xx.xx.2024-cü il tarixdə sözügedən ünvanda qapı bağlı olduğu üçün çatdırılması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Bakı Şəhəri, 49 saylı Notariat Kontoruna qarşı ("xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “İcra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, Bakı şəhəri, 49 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən tərtib və təsdiq edilmiş İcra qeydi icra qeydinin verilməsi və icraya yönəldilməsi barədə ona bank əməkdaşları tərəfindən mobil telefon vasitəsilə məlumat verilmişdir. Daha sonra o, Bakı şəhəri, Nəsimi Rayon İcra şöbəsindən icra qeydini və icraata başlamaq haqqında qərarın surətini almışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, İcra qeydi qanunsuz olduğundan ləğv edilməlidir. Əvvəla nəzərə çatdırmaq istəyir ki, AR Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbayc an Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a əsasən tələbkar şəxs İcra qeydinin verilməsindən əvvəl borcluya bildiriş göndərməli və həmin bildirişin çatmasını təsdiq edən poçt qəbzini notariusa digər sənədlərlə birgə göndərməlidir. Lakin, qeyd edilən bildiriş ona çatmamışdır və bu barədə Bank tərəfindən ona məlumat verilməmişdir. Belə ki, iş materiallarına nəzər saldıqdan sonra məlum olur ki, bank bildiriş göndərmiş, lakin həmin poçt qəbzində “qapı bağlıdır” kimi qeyd aparılmışdır. Bildirmək istəyir ki, həmin bildirişi qəbul edə bilmədiyi üçün ona öz etirazını bildirmək imkanı olmamışdır. Qanunvericilikdə həmin qəbzin ona çatdırıldıqdan sonra ona etirazını bildirmədiyi təqdirdə notairusa müraciət etməyin mümükün olduğu göstərilmişdir. Əlavə olaraq onu da qeyd edir ki, bank əməkdaşları onunla mütəmadi əlaqə saxlamaqlarına baxmayaraq qeyd olunan 23 oktyabr 2024-cü il tarixli pretenziya və bildiriş məktubu barədə heç bir məlumat verməmişdir. Halbuki, icra qeydinin verildiyi gün onunla əlaqə saxlamışlar. Buradan belə məlum olur ki, bank tərəfindən bu hala bilərəkdən şüurlu şəkildə yol verilmişdir. İcra qeydi forma və məzmunca düzgün tərtib edilməməklə bərabər həmçinin əsassız qəbul edilmişdir. Belə ki, Bakı şəhəri, Nəsimi Rayon İcra şöbəsinə verilmiş İcra qeydinə nəzər salınsa, 24.352,44 manat hesablanmış borc məbləğinin yalnız onun tərəfindən ödənilməsi qeyd olunmuşdur. Bildirmək istəyir ki, o, "xxxx" ASC bağlanılmış kredit müqaviləsi üzrə əsas borclu Tahirova Afaq Mənsur qızına xx.xx.2024- cü il tarixli müqavilə ilə zamin durmuşdur. Bunda n başqa daha bir zamin də vardır. Lakin İcra qeydində müştərək qaydada tutulmalı olan məbləğ nədənsə məhz onun tərəfindən tutulması qeyd olunmuşdur. Bu isə ciddi pozuntulardan biridir. Bundan başqa, icra qeydində onun yaşadığı ünvan barədə məlumatlar tam qeyd edilməmişdir. Belə ki, ünvan 2 ünvan Bakı şəhəri Nəsimi rayonu 24 ünvan kimi qeyd olunmuşdur. İcra qeydində müəyyən olunmuş məbləğlər şişirdilmiş məbləğlərdir və həmin məbləğlərlə razı deyil. Belə ki, əsas borclu Tahirova Afaq Mənsur qızı tərəfindən müəyyən ödənişlər edilmiş və bundan da əlavə olaraq hesablanmış borc məbləği reallığa uyğun deyildir.
12. Üçüncü şəxs "xxxx" ASC iddiaya qarış etiraz verərək qeyd etmişdir ki, borclu Tahirova Afaq Mənsur qızı ilə bağlanmış kredit müqaviləsi üzrə Banka olan 24.327,44 manat borcun və 25 mana t dövlət rüsumunun, ümumilikdə 24.352,44 manatın ödənilməsini təmin etmək məqsədi ilə Bakı şəhəri, 49 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il urixli icra qeydi alınaraq aidiyyatı üzrə icra edilməsi üçün Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq zamin kimi öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin 2.8-ci bəndinə əsasən, zaminin ünvan 1 ünvanına sifarişli məktubla və ya teleqramla bildiriş çatdırılacağı və həmin ünvana göndərilmiş bildirişlərin zaminə çatdırılmış hesab olunacağı qeyd olunmuşdur. xx.xx.2024cü il tarixində əsas borclu Tahirova Afaq Mənsur qızı və zaminlər İddiaçı ilə İddiaçı ünvanlarına icra qeydinin aparılacağı barədə bi ldiriş göndərilmişdir. Beləliklə, öhdəlik vaxtında icra edilmədiyinə görə Bank öhdəlikdən irəli gələn hüquqlarının müdafiəsini təmin etmək üçün borcluya və zaminlərə qarşı icra qeydi üzrə tələb irəli sürmək məcburiyyətində qalmışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Tahirova Afaq Mənsur qızı və Adıgözəlov Orxan Elxan oğlu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1150/2025 saylı, 13 may 2025-ci il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia təmin edilməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əsas borclu tərəfindən müəyyən ödənişlərin edildiyini bildirsə də, bunu təsdiqləyən ödəniş qəbzlərini məhkəməyə təqdim etməmiş dir. Qeyd olunanlardan görünür ki, Bank öhdəliklərini icra etməyən borclulardan borcun qaytarılmasını tələb etmək və icra qeydi üçün müraciət etmək hüququna malikdir. Bildiriş göndərilən vaxt Bankın borcu vaxtından əvvəl tələb etmək hüququ artıq yaranmışdı. İddiaçıya borclarını ödəmələri, əks təqdirdə icra qeydi aparılacağı barədə məktublar göndərilərkən tərəflər arasında olan kredit artıq 5 aydan çox idi ki, tamamilə icra edilmirdi. Mübahisələndirilən icra qeydi verilən gün isə 6 aydan çox idi ki, sözügedən kredit üzrə hər hansı bir ödəniş həyata keçirilmirdi və hazırda da hər hansı bir ödəniş edilməməkdədir.
16. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarış və maliyyə arayışına əsasən, xx.xx.2024-ci il; xx.xx.2024-ci il və xx.xx.2024-cü il t arixlərdə hər biri 850 manat olmaqla, ümumilikdə 2.250 manat ödəniş edilmiş, həmin məbləğin 1.641.37 manatı əsas borca, 907.4 manatı faizə, 1.23 manatı cəriməyə yönəldilmişdir. İlk ödəniş vaxtında edilsə də, sonrakı iki ödəniş gecikmə ilə edilmiş, daha sonra isə ümumiyyətlə ödəniş aparılmamışdır. Sonuncu ödənişdən qalan 9.13 manat isə xx.xx.2024 tarixdə ödənilməli olan faiz borcuna silinmişdir. Sözügedən kredit həmin tarixdən etibarən tam icra edilməmişdir. Beləliklə, kredit uzun müddət icra edilməmiş, borcun mövcudluğu mübahisəsiz olmuş və Bankın tələb hüququ qanunvericiliyə və müqavilə şərtlərinə uyğun olaraq yaranmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Bel ə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İş materiallarından görünür ki, məlum icra qeydi verilərkən Notariat Ofisi tərəfindən qanun pozuntusuna yol verilməmişdir.
18. Belə ki, işdəki xx.xx.2024-cü il tarixli “İcra qeydinin aparılacağı” barədə bildirişdən görünür ki, kreditor "xxxx" ASC tərəfindən borclular Tahirova Afaq Mənsur qızı, İddiaçı və Adıgözəlov Orxan Elxan oğluna ümumilikdə 24.357,70 manat borcun 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir.
19. Əsas borclu Tahirova Afaq Mənsur qızı kredit öhdəliklərini pozaraq öhd əliyini vaxtında lazımi qaydada icra etmədiyinə görə onun və zaminlərin ünvanlarına xx.xx.2024cü il tarixli “İcra qeydinin aparılacağı” barədə bildirişlər göndərilmiş və həmin bildirişlərə əsasən kreditor "xxxx" ASC tərəfindən borclular Tahirova Afaq Mənsur qızı, İddiaçı və Adıgözəlov Orxan Elxan oğluna ümumilikdə 24.357,70. manat borcun 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Lakin, İddiaçı həmin bildirişə heç bir münasibət (borcun ödənilməsi və ya etiraz) bildirməmiş və bunun nəticəsində Bakı şəhəri, 49 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 24.327,44 manat borcun və 25 manat dövlət rüsumunun İddiaçı tutulması haqqında qeydə alınmış xx.xx.2024-cü il tarixli icra qeydi alınmışdır.
20. Beləliklə məhkəmə qeyd etmişdir ki, iddiaçının bildirdikləri məlum icra qeydinin ləğv edilməsi üçün əsas deyil. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapmır. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
21. Məhkəmə öz hüquqi mövqeyini AR “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, AR Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci və 162-ci maddələrinə, AR Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siya hısındakı 2-ci bəndə, habelə AR MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Həmçinin göstərilmişdir ki, məhkəmə belə qənaətə gəlmişdir ki, zaminlik müqaviləsində göstərildiyi kimi bildiriş onun ünvanına gəlmişdirsə, onun onu qəbul edibetməməyindən asılı olmayaraq çatm ış hesab olunmalıdır. Hesab edir ki, bu çox qəbuledilməz bir yanaşmadır, çünki Mülki Məcəllədə müqavilə anlayışı var və orada qeyd olunur ki, bu məcəlləyə zidd olmayan istənilən müqavilə bağlanıla və şərtlər müəyyən oluna bilər. O zaman belə çıxır ki, hər kəs müqavilə bağlasın və Məcəlləyə zidd şərtlər müəyyən etsin, daha sonra müqavilə şərtlərini əsas kimi götürsün. O, məhkəmədə qeyd edir ki bildiriş ona çatmayıb, məhkəmə isə zaminlik müqaviləsində bildiriş sizin ünvana çatıbsa çatmış hesab olunur qənaətinə gəlmişdir. İkinci bir tərəfdən, icra qeydi forma və məzmunca düzgün tərtib edilməməklə bərabər, həmçinin əsassız qəbul edilmişdir. Belə ki, Bakı şəhəri, Nəsimi Rayon İcra şöbəsinə verilmiş icra qeydinə nəzər salınsa, 24.352,44 manat hesablanmış borc məbləğinin yalnız onun tərəfindən öd ənilməsi qeyd olunmuşdur. Bildirmək istəyir ki, o, "xxxx" ASC bağlanılmış kredit müqaviləsi üzrə əsas borclu Tahirova Afaq Mənsur qızına xx.xx.2024-cü il tarixli müqavilə ilə zamin durmuşdur. Bundan başqa, daha bir zamin də vardır. Lakin İcra qeydində müştərək qaydada tutulmalı olan məbləğin nədənsə məhz onun tərəfindən tutulması qeyd olunmuşdur. Bu isə ciddi pozuntulardan biridir. Məhkəmə tərəfindən İşin həqiqi hüquqi hallarının düzgün müəyyənləşdirilməməsi və tərəflər arasındakı münasibətin düzgün qiymətləndirilməməsi, bunun ardınca isə maddi hüququn yanlış təfsir edilməsi, tətbiq edilməli olan hüququn tətbqi edilməməsi nəticəsində əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5111/2025 nömrəli, 3 noyabr 2025-ci il tarixli qətnam əsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən, məruzəçi), Fərrux Qasımlı və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası icra qeydinin borcluya çatdırılması ilə bağlı qeyd etmişdir ki, tələbkarın üzərinə bildirişin borcluya çatdırılması deyil, göndərilməsi vəzifəsi qoyulur, hətta borclunun yaşadığı (olduğu) ünvanda olmaması ehtimalı nəzərə alınaraq bununla bağlı qeydin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunması tələb olunur.
26. Məhkəmə kollegiyası müddətlə bağlı qeyd etmişdir ki, müddət gözlənildikdən sonra tələbkar bank tərəfindən icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət edilmiş, bununla da qanunvericiliyin tələblərinə əməl edilmiş dir.
27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icra qeydi notarius tərəfindən borclunun olduğu yer üzrə aparılır. İşdən görünür ki, həm borcalan, həm də zaminlərin olduqları yer üzrə notarius tərəfindən icra qeydləri aparılmışdır, yəni kredit müqaviləsi üzrə tutulmalı olan borc tək iddiaçıdan tutulmamışdır.
28. İcra qeydinin forma və məzmunca düzgün tərtib edilməməsi ilə bağlı iddiaçının dəlilini də məhkəmə kollegiyası əsassız sayaraq qeyd etmişdir ki, notarius tərəfindən bununla bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi müəyyən edilməmişdir.
29. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini AR “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, AR Nazirlər Kabinetinin 11 sentyab r 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci və 162-ci maddələrinə, AR Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısındakı 2-ci bəndə, habelə AR MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək (Vəkil), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 3
1. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilməli olan həqiqi halları tam şəkildə müəyyən etməmiş və onlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, tərəflərin sübutetmə vəzifəsinə dair prosessual tələblərinə əməl etməyərək, iddiaçının avtomobilə dair mülkiyyət hüququnu qeydə aldıra bilməməsinin cavabdehin təqsiri ucbatından baş verdiyini təsdiq edən dəlillərin əsaslılığına lazımi əhəmiyyət verməmişdir. Həmçinin cavabdehlər tərəfindən iddiaçının subyektiv hüququnun pozulması faktı nəzərə alınmamışdır. Qəbul edilmiş qətnamə maddi hüquq normalarının tələblərinə uyğun olmamış, maddi hüququn təfsiri və tətbiqində səhvlərə yol verilmiş, eləcə də iş üzrə müəyyən ed ilmiş həqiqi hallara və tərəflər arasında mövcud qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Nəticədə AR MPM-in 217.1–217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
34. Maddə 405.1. tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəld ikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
35. Maddə 462.1. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
37. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
38. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
39. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
40. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun təl əbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
41. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
42. Maddə
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.
43. İcra qeydləri yaln ız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.
44. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.
45. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.
46. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər.
47. Tələbkar icra qeydinin aparılması üçün n otariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
48. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edi lərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.
49. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
50. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”
51. Bənd 1. pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olu nmuş əqdlər üzrə icra qeydi almaq üçün əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında“ Təlimat
52. Bənd 161. borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci ma ddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.
53. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndə rişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
65. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin də lillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
66. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
67. Belə ki, apellyasiya instansiya məhkəməsi, icra qeydinin borcluya çatdırılması ilə bağlı qeyd etmişdir ki, tələbkarın üzərinə bildirişin borcluya çatdırılması deyil, göndərilməsi vəzifəsi qoyulur, hətta borclunun yaşadığı (olduğu) ünvanda olmaması ehtimalı nəzərə alınaraq bununla bağlı qeydin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunması tələb o lunur.
68. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, müddət gözlənildikdən sonra tələbkar tərəfindən icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət edilmiş, bununla da qanunvericiliyin tələblərinə əməl edilmiş və icra qeydi notarius tərəfindən borclunun olduğu yer üzrə aparılır.
69. İşdən görünür ki, həm borcalan, həm də zaminlərin olduqları yer üzrə notarius tərəfindən icra qeydləri aparılmışdır, yəni kredit müqaviləsi üzrə tutulmalı olan borc tək iddiaçıdan tutulmamışdır.
70. İcra qeydinin forma və məzmunca düzgün tərtib edilməməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, notarius tərəfindən bununla bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi müəyyən edilməmişdir.
71. Kassasiya instansiyası məhkəmə si qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər (o cümlədən borc məbləğinin mübahisəli olması) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində də yer almış və həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılma aparılaraq qiymət verilmişdir.
72. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin araşdırmasını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmağı və təsdiqi ilə kifayətlənməyi mümkün hesab edir.
73. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
74. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının k assasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlib, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməyib, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 noyabr 2025-ci il tarixli, 2(103)-5111/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.