Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-47/2026 17.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «pul və mənəvi ziyan» tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-304/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 fevral 2026- cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı özünə məxsus evin təmiri ilə bağlı Cavabdeh müxtəlif tarixlərdə hissəhissə ödənişlər etmiş, lakin cavabdeh öhdəliyini icra etməmişdir.
2. İddiaçı şikayəti əsasında, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 122000 manat məbləğində pul vəsaitinin, 20000 manat məbləğində mənəvi zərərin, cəmi 142000 manat məbləğində pulun tutularaq ona verilməsinə və i ddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 432 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2016-cı ildə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsində yerləşən fərdi yaşayış evinin tikintisini aparan zaman Cavabdeh tanımışdır. Həmin vaxt Cavabdeh həmin evin bütün təmir işlərini görəcəyini söz verərək, ilkin olaraq ondan hissə-hissə 29000 manat məbləğində pul almışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, evin tikintisi və təmiri üçün ödənilmiş məbləğin əvəzində heç bir iş görməmişdir. Bundan sonra cavabdehdən pulunu geri tələb etdikdə, cavabdeh 4000 manat məbləğində pulu geri qaytarmış, 25000 manat məbləğini isə qaytarmamışdır. Sonradan Cavabdeh ona tiki nti və təmir işlərini davam etdirəcəyini vəd etdiyindən, evdə işləmək üçün bir neçə ustanı evə göndərmişdir. Bundan sonra hissə-hissə olmaqla Cavabdeh 122000 manat məbləğində pul vermişdir. Lakin bundan sonra da cavabdeh vədinə əməl etməyərək, nə tikinti işlərini başa çatdırmamış, nə də aldığı məbləğləri geri qaytarmamışdır. Cavabdehə dəfələrlə xəbər göndərməyinə baxmayaraq borcunu ödəməmişdir.
5. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh ona olan borcunu etiraf etməsi barədə qəbzlər yazaraq ona təqdim etmiş və həmin qəbzlərdə borcun təminatı olaraq Bakı şəhəri, Binə qəsəbəsində 6 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evini girov verdiyini bildirmişdir. Həmin qəbzləri sü but kimi məhkəməyə təqdim etmişdir.
6. Lənkəran Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(049)2629/2024 nömrəli qətnaməsi ilə (hakim A.Pənahov) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda iddia tələbində qeyd edilən borc 142000 manat, yəni 3000 manatdan artıq məbləğdə olmasına baxmayaraq bu borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının tələbini sübut etmək üçün məhkəməyə təqdim etdiyi əlyazma ilə yazılmış qəbzlərin kim tərəfindən yazıldığı və imzalandığını müəyyənləşdirmək mümkün olmamışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddianın əsasını təsdiq edən sübutları, yəni cavabdehə iddiaçı arasında yazılı borc müqaviləsinin mövcudluğunu təsdiq edən yazılı borc müqaviləsini məhkəməyə təqdim etdiyindən, bunun əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, cavabdeh də həmin sübutları məhkəməyə təqdim etməmişdir.
9. Bundan başqa, iddiaçı tərəfindən cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilməməsi barədə heç bir əsaslı sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiası təmin edilmədiyindən iddia tələbi mənəvi ziyan tələbi hissəsində də təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.2, 385.1, 386.1, 739.1, 739.2, 740.1, 740.2, 777.1, 777.2 və 1096-cı, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 78.1, 81, 88, 107, 119.1, 217.1 və 217.4-cü maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndi, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)2629/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandı rılmış ki, birinci instansiya məhkəməsi əsassız olaraq məbləğin 3000 manatdan yuxarı olması və tərəflər arasında yazılı borc müqaviləsinin notarial qaydada təsdiq edilməməsi və pulun verilməsi və qaytarılmaması barədə sübutların təqdim edilməməsi qənaətinə gəlməklə formal araşdırma aparmışdır. Cavabdehə tikinti-təmirlə bağlı pulu verərkən hüquqlarını bilmədiyindən tapşırıq müqaviləsi bağlanması barədə düşünməmiş və cavabdeh tərəf də buna heç bir təşəbbüs göstərməmişdir. İşin mahiyyətindən göründüyü kimi pul məbləği cavabdehə borc kimi deyil, tikinti təmir işləri və fəhlələrin pullarının ödənilməsi ilə bağlı verilmişdir və cavabdeh iltizam yazaraq pulu almasını təsdiq etmişdir. Məhkəmə isə qəbzlərin kimin tərəfindən imzalanması və yazılmasının müəyyən edilməsinin mümkün olmadığını göstərmi şdir. Halbuki qanunvericiliyə uyğun olaraq ekspertiza təyin etməklə bunun müəyyən edilməsi üçün tədbirlər görülməli idi. Həmin imzanın cavabdehə məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilə bilərdi. Həmçinin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır və cavabdeh imzanın ona məxsus olmamasına dair heç bir şey bildirməmişdir. İşin faktiki hallarından aydın olur ki, cavabdeh ondan borc almamışdır, hissə-hissə tikinti işləri aparacağı ilə bağlı almış, yerinə yetirməmiş və aldığı pulları da geri qaytarmamışdır. Polis İdarəsinin qərarında cavabdehin izahatının alınmaması işin mülki xarakterli olması səbəbindən alınmadığı bildirilmişdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla onu qay tarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Qanunun normasına uyğun olaraq cavabdehdən qeyd edilən məbləğdə pul alınaraq ona qaytarılmalıdır. Polisə şikayət etdikdən sonra pulun az bir miqdarını ödəməsi və digər hallar birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırılmamışdır. Bu amillər nəzərə alınmalı olduğu və iş üçün mühüm əhəmiyyət kəsb etsə də məhkəmə tərəfindən qiymət verilməmişdir.
14. Apellyasiya məhkəməsinin qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertiza sı təyin edilmiş, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Fuad Aynulov küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzrə iddiaçının göstərdiyi təmir işlərinə sərf edilmiş materialların və işlərin həcmi (pilləkənin betondan quraşdırılması və döşəməyə beton vurulması) smetada göstərilmişdir.
15. Daha sonra apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsində yerləşən fərdi yaşayış evində pilləkənin betondan quraşdırılması və döşəməyə beton vurulması üçün çəkilmiş xərclərin və görülmüş xidmətlərinin dəyərinin qiymətləndirməsi üçün müstəqil qiymətləndirici dəvət edilmiş, qiymətləndirilmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həval ə edilmişdir. xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, görülmüş işlərin dəyərinin 874 manat və fərdi yaşayış evində görülmüş təmir işlərinin xidmət haqqı 1287 manat olduğu müəyyən edilmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-304/2025 nömrəli mülki iş üzrə 25 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Mirlətif Sadıqov və Aytən Novruzova) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)2629/2024 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 117589 manat pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, birin ci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
18. Məhkəmə ilk olaraq iddia tələbinin “pul tələbi” hissəsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin həqiqi mahiyyətini, həmin münasibətlərdən doğan öhdəlikləri və müvafiq olaraq da tətbiq olunmalı olan maddi hüquq normasını düzgün müəyyən edə, eləcə də tətbiq etdiyi maddi hüquq normasını, tərəflərin öhdəliklərinin dairəsini tənzimləyən maddi hüquq normalarını hazırkı işin mübahisəsiz ol an faktiki halları baxımından düzgün tətbiq edə bilməmişdir. Belə ki, məhkəmə maddi hüquq norması kimi Mülki Məcəllənin borc və tapşırıq müqaviləsindən bəhs edən normalarına istinad etməklə səhvə yol vermişdir. Halbuki birinci instansiya məhkəməsi Mülki Məcəllənin podrat müqaviləsindən bəhs edən normalarına istinad etməli idi.
19. Məhkəmə hesab etmişdir ki, iddianın pul tələbi hissəsində qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Podrat münasibətlərindən irəli gələn mübahisələrdə tərəflərdən hər hansı biri müqavilənin bağlanması halını mübahisələndirərkən tərəflərin müqaviləni müəyyən formada bağlamaq barəsində razılaşmasının olub-olmaması müəyyən edilməlidir. Belə razılaşmanın mövcud olması, lakin tərəflərin həmin razılaşmaya riayət etməməsi isə birmənalı olaraq müqavil ənin bağlanmaması nəticəsinə gəlmək üçün əsas ola bilməz.
20. Hazırkı işdə iddiaçı sübut qismində cavabdehin 119750 manat almasına baxmayaraq pulu vermədiyini qeyd etdiyi əlyazmaları olan kitabçanı göstərmişdir. Həmin kitabçada qeyd edilən ifadələrə nəzər yetirərək iş üzrə əhəmiyyət kəsb edən bu halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının həyata keçirilməsi üçün sərbəst yazı və imza nümunələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı Cavabdeh məlumat verilmiş, lakin cavabdeh yazı və imza nümunələrini təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki cavabdeh ekspertizanın keçirilməsinə əngəl yaradır və sübut hüququndan istifadə etmir, həmçinin işin nəticəsində maraqlı olmadığını nümayiş etdirir. Cavabdehin bu davranışı prosessual hüquqdan imtina olmamaqla, əksinə, sübutların araşdırılmasına mane olmaq və məhkəmədən yayınmaq məqsədi daşıyır. Əgər cavabdeh yazıların ona aid olmadığını iddia etsəydi, ən sadə və obyektiv yol nümunə vermək olardı. Onun imtinası isə obyektiv qiymətləndirməyə imkan vermir.
21. Məhkəmə iş üzrə mövcud sübutları və tərəflərin davranışlarını qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi münasibətləri mövcud olmuş, lakin cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, aldığı külli miqdarda pul vəsaitini məqsədyönlü şəkildə xərcləmədiyi halda, faktiki görülmüş işlərin dəyəri ödənilmiş məbləğlə müqayisədə olduqca cüzidir. Cavabdehin ekspertizanın keçirilməsinə mane olması da onun öz əleyhinə hüquqi nəticə doğur muş, işin hallarını obyektiv qiymətləndirməyə imkan verməmişdir. Həmçinin, cavabdeh sifarişçiyə qüsurlu (mənzil sahəsinin təmir edilməsi baxımından) məhsul vermiş, cavabdehin yazılı qəbzdə etiraf etdiyi məbləğdə pul vəsaitini alaraq əvəzində verməli olduğu təmirli mənzili təhvil vermədiyindən, iddiaçı cavabdehdən təmirə görə ödənilmiş pulun geri qaytarılması tələbini irəli sürməkdə haqlı olmuşdur. Bu baxımdan, iddiaçının tələbi sübutlarla əsaslandırılmış hesab olunmalı, görülmüş işlərin real dəyəri müəyyən edilməklə qalan vəsaitin iddiaçıya qaytarılması qanuni və ədalətli nəticə kimi qəbul edilməlidir.
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbində evin təmir işlərini görməsi məqsədilə cavabdehə 122000 manat pul verdiyini qeyd etsə də, halhazırda iş materiallarında o lan və sübut qismində tanınan kitabçada cavabdeh iddiaçıdan 119750 manat pul aldığını bildirmişdir. İddiaçı cavabdehin qeyd etdiyi məbləğdən 2250 manat çox pul verməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Keçirilən qiymətləndirmə nəticəsində əldə edilmiş hesabata əsasən, görülmüş işlərin dəyəri və fərdi yaşayış evində görülmüş təmir işlərinin xidmət haqqı ümumilikdə 2161 manat təşkil edir. Buna görə də cavabdehin alıb qaytarmadığını etiraf etdiyi məbləğdən görülmüş işlərin dəyəri və fərdi yaşayış evində görülmüş təmir işlərinin xidmət haqqının ümumi dəyəri çıxılmalı (119750-2161=117589) və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
23. Apellyasiya məhkəməsi iddia tələbinin mənəvi ziyan tələbi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı mənəvi zərərə məruz qalmasını sübut edən hər hansı əsaslı dəlili məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 406.1, 442, 752.1, 752.2, 753.1, 762.1 və 765-ci, MPM-nin 14.2, 77.1, 220.4 və 372.6-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə iddianın həmin hissədə rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti iddiaya etirazla analoji məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instans iya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Tərəflər arasında olan borc münasibətlərinə heç bir əsas olmadan podrat münasibətlərinin müddəaları şamil olunmuşdur. Halbuki tərəflər arasında mənzil tikintisi, təmiri və s. işlər barədə heç vaxt razılaşma olmamaış və mülki işin materiallarında bu barədə heç bir sübut yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-304/2025 nömrəli 25 sentyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilm ədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. Maddə 752.2. Podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
31. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
32. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
33. Maddə
765. Məmulatın qüsuru nəticəsində sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifa rişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
36. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
37. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Cavabdeh Nərmian oğlunun kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi il ə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-304/2025 nömrəli iş üzrə 25 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.