Məhkəmə qərarları › İş №2(1-8)-217/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-217/2026

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-217/2026 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdən az ödənildikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), X5 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh “Qəbələ MRX” PHŞ-nə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 16 oktyabr tarixli 2(107)-898/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağı dakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDiLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-na qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Anesteziologiyareanimasiya və terapiya” şöbəsinin anestezioloq-reanimatoloq həkimi X4 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək cinayətkarcasına pozması səbəbindən xx.xx.2023-cü il tarixdə Qəbələ MRX-nin Cərrahiyə bölməsində “Xolesistentoniya” və “Hernioplastika” üzrə əməliyyat olunan xx.xx.1990-cı il təvəllüdlü X1 tənəffüs çatışmazlığı nəticəsində ölməsinə görə övladını itirmiş ata kimi dərin mənəvi sarsıntıya məruz qalmasını və hədsiz iztirab çəkməsini əsas gətirərək 99.000 manat məbləğində dəymiş mənəvi zərərin ödənilməsi, o c ümlədən 321,0 manat hüquqi xidmət haqqı və 390,0 manat manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qəbələ Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(025)-384/2025 nömrəli qətnaməsi (hakim Ü.Qənbərov) ilə iddianın qismən təmin edilməsi, cavabdeh AR “TƏBİB” PHŞ “Qəbələ MRX” PHŞ-dən 25.000,0 (iyirmi beş min) manat məbləğində mənəvi təzminat, 321,0 manat hüquqi xidmət haqqı və 165 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

3. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən аpellyаsiyа şikаyətləri verilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 16 oktyabr tarixli 2(107)-898/2 025 nömrəli qətnaməsi ilə

5. Cavabdeh “Qəbələ MRX” PHŞ kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi və mənəvi ziyan məbləğinin 7000 manat müəyyən edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

6. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

7. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

8. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edə n sənəd əlavə olunur.

9. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 10. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Q ə r a r ı № 20 9.3.3.Bundan fərqli olaraq, bu qərarın 4.6-cı bəndində göstərilən şəxsiyyət hüquqlarının pozulmasından irəli gələn mənəvi təzminat tələbləri isə qiymətləndirilən iddialara aid olduğundan dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən ödənilməlidir. 9.3.4.Mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, bu tələblər birlikdə qaldırıldıqda qiymətləndirilməyən iddial ar üzrə nəzərdə tutulmuş dövlət rüsumundan az olmamaq şərti ilə, qiymətləndirilən iddia üzrə nəzərdə tutulmuş həddə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

13. Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh “Qəbələ MRX” PHŞ tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

15. İşdən görünür ki, iddiaçı tərəfindən ona vurulmuş mənəvi zərərə görə 99.000 manat təzminat ödənilməsi barədə iddia qaldırmışdır. Bu iddiaya birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün 387 manat, apellyasiya və kassasiya qaydasında baxılması üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanununun 8-ci maddəsinin tələbinə əsasən həmin məbləğin 50%-i-193,5 manat dövlət rüsumu ödənilməli idi.

16. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti verilərkən “Qəbələ MRX” PHŞ tərəfindən cəmi 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır. İş materiallarının 227-ci səhifəsinə kağız daşıyıcıda əlavə edilmiş 109 manat ödənişlə bağlı qəbzdə ödəniin təyinatı və hansı orqana ödənildiyi qeyd edilmədiyindən həmin ödənişin dövlət rüsumu ödənişi olaraq qəbul edilməsi mümkün olmamışdır.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 16 oktyabr tarixli 2(107)-898/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətinin geri qaytarılması üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar