Məhkəmə qərarları › İş №2(1-8)-2170/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-2170/2026

24.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2170/2026 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər cavabdeh1 və qeyrilərinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh cavabdeh3 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair ilk, cavabdeh3 İddiaçı və cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## #### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən İddiaçı (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Iş materiallarından müəyyən edilir ki, ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 50 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, rüsum qanuna əsasən ödənilməli olan məbləğdə ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən dövlət rüsumu iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Iş materialları öyrənildikdə görünür ki, kassasiya şikayətində məhkəmə qətnaməsi həm ilk, həm də qarşılıqlı iddia tələbləri ilə bağlı hissələrdə mübahisələndirildiyindən dövlət rüsumu hər iki iddia tələbi üçün ödənilməli idi. Hazırkı iş üzrə qarşılıqlı iddia qiymətləndirilməyən iddia tələbi olsa da, ilk iddia tələbinin qiyməti 370575 manat olduğundan birinci instansiya qaydasında işə baxılarkən ödənilməli olan rüsumun məbləği 660,58 manat, ilk iddia ilə bağlı hissədə apellyasiya və kassasiya şikayəti verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği 330, 29 manat təşkil etmişdir. Belə olan halda İddiaçı tərəfindən kassasiya şikayəti verilərkən cəmi 389,29 manat (330,29+50) dövlət rüsumu ödənilməli idi. Işdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi verilərkən dövlət rüsumu ödənilməli olan məbləğdən artıq ödənilsə də, həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin qətnaməsində artıq ödənilmiş rüsum məbləğinin dövlət büdcəsindən iddiaçıya qaytarılması qət edilmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## #### tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar