Məhkəmə qərarları › İş №2(1-8)-218/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-218/2026

02.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-218/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı Iddiaçı Bayramalı oğlunun cavabdeh X1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı Iddiaçı Bayramalı oğlunun cavabdeh X1 qarşı “torpaq sahəsindən çıxarılma və tikinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil X3) tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ## #### 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Goranboy rayonu, Sarovlu kəndində yerləşən 0,189734 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 387,2 kv.m. olan ticarət təyinatlı əmlak kompleksi Iddiaçı Bayramalı oğlunun xüsusi mülkiyyətindədir.

2. Goranboy rayon X5 bölməsinin baş təhqiqatçısı Mübariz Quliyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## #### 2024-cü il tarixli qərardan görünür ki, X1 müraciətində cinayət hadisəsi olmadığı üçün toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Iddiaçı Bayramalı oğluna mülki tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Iddiaçı Iddiaçı Bayramalı oğlu (bundan sonra iddiaçı) cavabdehlər X1 və X4 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş 240 kv.m. hissəsindən çıxarılması və həmin zəbt edilmiş 240 kv.m. torpaq sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülüb ərazinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehləri tanıyır və indiyə kimi münasibətləri yaxşı olmuşdur. Goranboy rayonunun Sarovlu kəndi ərazisində 0,189734 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksi mülkiyyətindədir. Əmlak kompleksinə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən 509013001468-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## #### 2011-ci il qeydiyyat tarixi çıxarış və Daşınmaz Əmlakın Texniki Pasportu verilmişdir. Cavabdehlərdən X4 torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi və Əmlak Kompleksi ilə həmsərhəd olmaqla qonşuluqda yerləşir. Cavabdehlərdən X4 öz torpaq sahəsini xeyli müddətdir ki, digər cavabdeh Cavabdeh qeyri-rəsmi vermiş və Cavabdeh həmin torpaq sahəsində tikinti aparmağa başlamışdır. Cavabdeh qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsinin 96 kv.m. hissəsinə girərək orada da qanunsuz və özbaşına tikinti işləri aparmışdır. Onunla cavabdehlər arasında mübahisə olmuşdur. Həmin vaxt cavabdehlərdən Cavabdeh ilə onun arasında şifahi razılaşma olmuş və Cavabdeh zəbt etdiyi 96 kv.m torpaq sahəsinə görə ona 10.000 manat vermiş, o da 96 kv.m torpaq sahəsini həmin şəxsə vermişdir. Həmin vaxtında cavabdehlərlə aralarında şifahi olaraq belə bir razılaşma olmuşdur ki, 96 kv.m. torpaq sahəsindən əlavə onun mülkiyyətində olan torpaq sahəsinə girməsinlər. Əgər bu şərt pozularsa o, aldığı pulu geri qaytarmaqla mülkiyyətində olan 96 kv.m torpaq sahəsini geri tələb edəcəkdir. Buna baxmayaraq 1-2 ay bundan əvvəl cavabdehlərdən Cavabdeh şərti pozaraq yenidən mülkiyyətində olan torpaq sahəsinin 144 kv.m. hissəsini qanunsuz zəbt etmiş və orda özbaşına tikinti aparır. Yenidən onunla cavabdehlər arasında mübahisə olmuş və onun mülkiyyətində olan zəbt edilmiş 240 kv.m torpaq sahəsindən çıxmalarını və orda aparılan özbaşına tikintilərin sökülməsini tələb etmişdir. Cavabdehlərdən X4 bildirmişdir ki, guya Cavabdeh tikinti apardığı torpaq sahəsi ona məxsus olan torpaq sahəsidir. Cavabdehlərin bu qanunsuz hərəkəti barədə DIN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş və onun şikayəti ilə bağlı Goranboy rayonu X5 bölməsində təhqiqat aparılmışdır. Ancaq, şikayəti ilə bağlı ## #### 2024-cü il tarixli Qərarla cinayət işi başlanması rədd edilməklə ona mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir.

5. Iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş 96 kv.m. hissəsindən çıxarılması və cavabdeh Cavabdeh tərəfindən həmin zəbt edilmiş 96 kv.m. torpaq sahəsində aparılmış qanunsuz tikililərin cavabdehin öz hesabına sökülüb ərazinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Məhkəmə icraatı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertiza təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı Iddiaçı mülkiyyətində olan Goranboy rayonunun Sarov kəndində yerləşən torpaq sahəsinin (0,189734 ha) və əmlak kompleksinin (387,2 kv.m.) kontur, koordinat və parametrləri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışında göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil edir, lakin 60 kv.m. hissəsini digər şəxs istifadə etdiyi müəyyən edilmişdir. Cavabdeh Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsinin 60 kv.m. hissəsinin koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0,189734 ha torpaq sahəsinin koordinatları üst-üstə düşdüyü müəyyən olunmuşdur, rəyə sxem əlavə edilmişdir, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarış sənədinə əsasən Iddiaçı mülkiyyətinə verilmiş 0,189734 ha torpaq sahəsinin 60 kv.m. hissəsini cavabdeh Cavabdeh istifadə edir və hal-hazırda üzərində yarımçıq tikili mövcuddur.

7. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbi ilə bağlı izahat verərək bildirmişdir ki, 10.000 manat müqabilində aldığı 96 kv.m torpaq sahəsi hazırkı mübahisənin predmetinə daxil deyil. Iddiaçının tələb etdiyi torpaq sahəsi Rəvan adlı şəxsə məxsus olmuşdur və 60 kv.m torpağı və yarımçıq tikilini Rəvandan almışdır. Lakin notarial qaydada aralarında alğı-satqı müqaviləsi olmamışdır. Hazırkı mübahisə predmeti olan 60 kv.m. torpaqla, iddiaçıdan 10.000 manat müqabilində aldığı 96 kv.m. torpaq sahəsi yanaşıdır. Ekspert düzgün araşdırma aparmamışdır. Əgər o iddiaçının torpaq sahəsini tutmuşdursa, onda ona məxsus torpaq haradadır.

8. Goranboy Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-**/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia qismən təmin edilərək, iddiaçıya 509013001468-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il tarixli çıxarışla məxsus olan 0,189734 ha torpaq sahəsinin 60 kv.m. hissəsindən (##.##.2025-ci il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun) cavabdeh Cavabdeh çıxarılması, həmçinin aparılmış qanunsuz tikili cavabdehin öz hesabına sökülməsi və ərazi boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə tərəfindən araşdırılan halları və ekspertizanın rəyi ilə müəyyən edilir ki, iddiaçının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 60 kv.m. hissəsi cavabdeh Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.

10. Məhkəmə hesab etmişdir ki, özbaşına tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir sübutlar müəyyən edilmir. Əksinə sübut edilir ki, torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir.

12. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146, 152, 157.4, 240.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 106.1, 107, 115, 217.4-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, mübahisəli torpaq sahəsində Əmlak Kompleksi vardır. X4 mülkiyyətində olan torpaq sahəsi Əmlak Kompleksi ilə həmsərhəddir. O mülkiyyətçi Adıgözəlov Rəvan ilə şifahi razılığı əsasında tikinti aparmış, onun tərəfindən heç bir irad və narazılıq olmamışdır. Həmin tikinti aparılarkən torpaq sahəsinin texniki pasportunda göstərilən koordinatlar müəyyən edilərək tikinti aparılmışdır. Ekspertiza Mərkəzinin eksperti tərəfindən 60 kv.m. zəbt müəyyən edilmişdir. Ekspertin rəyinin obyektiv olmaması, ekspertizanın Əmlak Komplekslərinin Texniki pasportunda olan koordinatlar əsasında aparılmamasını məhkəmənin iclasında bildirmişdir. Məhz bu baxımdan ekspertizanın düzgün aparılmaması nəticəsində məhkəmə qətnaməsini əsassız və qanunsuz hesab edir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrliyi və məruzəsi ilə), Mustafa Mustafayev və Fikrət Mehtiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Cavabdeh tərəf həmin rəylə razılaşmadığı barədə dəlil irəli sürsədə, lakin bu dəlilini əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh tərəf mübahisəli 60 kv.m torpaq sahəsinin Rəvan Adıgözəlova məxsus olmasını və həmin torpağı və üzərində olan yarımçıq tikilini sonuncudan aldığını qeyd etmişlər. Lakin, məhkəmə kollegiyası bu dəlili əsassız saymışdır.

17. Çünki, torpaq sahəsinə dair iddiaçının adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, habelə çıxarışın verilməsinə əsas kimi hüquqmüəyyənedici sənəd hazırkı məqamda hüquqi qüvvəsini saxlayır. Bu halda, torpaq sahəsinin başqa bir şəxs(lər)ə məxsusluğundan söhbət gedə bilməz.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin (ekspert rəyində göstərilən həcmdə) cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan zəbt edilməsi sübut olunur. Cavabdehin bu qanuna zidd hərəkətləri nəticəsində isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Halbuki, mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152, 157.2, 157.4, 152.5-ci və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 87.2, 88, 124.1, 217.3, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən cavabdeh Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, adı çəkilən əmlak kompleksi X4 mülkiyyətidir. Həmin torpaq sahəsinə və Əmlak Kompleksinə onun adına çıxarış verilib və çıxarış verilərkən dəqiq koordinatlar, qonşu sahələrin koordinatları müəyyən edilib. Iş üzrə cavabdeh X2 Adıgözəlovun mülkiyyətində olan Əmlak Kompleksinin istifadəçisidir.

22. Iş üzrə cavabdeh qismində olan Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin və Əmlak Kompleksinin mülkiyyətçisi deyil, sadəcə həmin əmlakın istifadəçisidir.

23. Apellyasiya Məhkəməsinin qətnaməsinin 2-ci səhifəsinin 4-cü bəndində X4 da cavabdeh kimi göstərsə də, o həm iddiaçının iddia ərizəsində həm də Goranboy Rayon Məhkəməsinin qətnaməsində də cavabdeh kimi göstərilməyib. Məhkəmə iclasında məhkəmədən onun da iştirakının təmin edilməsi xahiş edilsə də təmin edilməmişdir.

24. Mülkiyyətçinin əmlakı digər şəxslər arasında mübahisə predmeti olub, yəni cavabdeh Vəliyevin qeyri-rəsmi istifadə etdiyi əmlaka heç bir subyektiv hüququ yoxdur.

25. Məhkəmədə vəsatət verildi ki, işin obyektiv aparılması üçün təkrar ekspertiza aparılması barədə qərardad çıxarılsın, lakin məhkəmə vəsatəti təmin etmədi. Təkrar ekspertiza onunla əsaslandırılmışdır ki, ekspertiza aparılarkən cavabdeh tərəf məlumatlandırılmayıb və onun iştirakı təmin olunmadan keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

26. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

29. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Аzərbаycаn Rеspublikаsının Torpaq Məcəlləsi.

35. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

36. Maddə. 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin ekspertiza aparılarkən cavabdeh tərəfin məlumatlandırılmaması və onun iştirakının təmin olunmadan keçirilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli məhkəmə iclas protokolundan müəyyən olunur ki, həmin məhkəmə iclasında iddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi məsələsi müzakirə edilmiş, cavabdeh Cavabdeh ekspertizanın təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki, kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

56. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar