Məhkəmə qərarları › İş №2(1-8)-2189/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-2189/2026

24.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2189/2026 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1rşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, şikayət verilməsi nəzərdə tutulmayan qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ərizəsi təmin edilməmişdir Daha sonra iddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki ##.##.2026-cı il tarixli qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş dövlət vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizə təmin edilməmişdir. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qüsurlarla tərtib edilmiş kassasiya şikayəti (tələb hissəsində həm ##.##.2026-cı il, həm də ##.##.2026-cı il tarixli qərardadların ləğv edilməsi xahiş olunmuşdur) prosessual qanunvericiliyin tələbinə əsasən mümkün sayıla bilməz. MPM-in 402.2-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadların dairəsi dəqiq müəyyən edilmişdir. Həmin normada qeyd edilmişdir ki, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bu siyahı qapalı olmaqla, burada sadalanmayan qərardadlardan kassasiya şikayəti verilməsi yolverilməzdir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı kassasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar