Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2193/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi - işə bərpa tələbi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı ##.##.1995-ci il tarixdə Kəpəz Rayon Təhsil şöbəsinin mühasibatlığına analıq məzuniyyəti yerinə mühasib vəzifəsinə müvəqqəti təyin edilmiş, ##.##.1997-ci il tarixdə Kəpəz Rayon Təhsil Şöbəsi ləğv olunduğundan Şəhər Təhsil Idarəsinin mərkəzi mühasibatlığına analıq məzuniyyəti yerinə müvəqqəti, ##.##.1999-cu il tarixdə daimi mühasib keçirilmişdir.
2. Başqa işəgötürənlə əmək müqaviləsi bağlandığına görə ##.##.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi iddiaçının ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv edilmişdir.
3. Iddiaçı ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müddətli mühasib vəzifəsinə təyin edilmiş, ##.##.2018-ci il tarixdə mərkəzin böyük mühasib vəzifəsinin icrası üç ay müddətinə həvalə edilmiş, ##.##.2018-ci il tarixdə mərkəzin Gəncə şəhəri üzrə Mərkəzləşdirilmiş mühasibatlığına müddətli böyük mühasib vəzifəsinə keçirilmiş, ##.##.2020-ci il tarixdə * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Gəncə şəhəri üzrə mühasibatlığın böyük mühasibi ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla ləğv edilmiş və həmin tarixdən mərkəzə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir.
4. ##.##.2021-ci il tarixdə * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Təhsil Nazirinin ##.##.2021-ci il tarixli K-**** nömrəli yoxlamanın nəticələrinə dair əmrinə əsasən əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifənin icrasına səhlənkar yanaşdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ##.##.2021-ci il tarixdən ləğv edilmişdir.
5. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin ##.##.2021-ci il tarixli K-*** nömrəli ləğv edilmiş, iddiaçı, Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsinə bərpa edilmişdir.
6. Iddiaçı ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi * saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir.
7. Iddiaçı ##.##.2022-ci il tarixdə K-** nömrəli əmrlə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən regional Təhsil Idarəsinin Maliyyə-iqtisadi sektorunun müddətli aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, sonuncu dəyişiklik zamanı müqavilənin müddəti ##.##.2025-ci il tarixinədək uzadılmışdır.
8. ##.##.2025-ci il tarixdə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müdətinin bitməsi) xitam verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləndirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı Cavabdeh ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz müqavilə əsasında işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmışdır.
11. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Camal Quliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-**/*-*-***K/**** nömrəli əmrinin ləğv edilnəsi, İddiaçı və Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməsi, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin Maliyyə-Iqtisadi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı ştat cədvəlinə uyğun hesablanıb tam ödənilməsi qət edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə bağlanmış əvvəlki əmək müqavilələri 1995-ci il tarixdən 2025-ci il tarixinədək eyni müəssidədə, eyni fəaliyyət istiqaməti üzrə olmuşdur. Struktur dəyişkiliyi ilə əlaqədar müəssisənin ləğvi, yenidən təşkil olunması səbəbi ilə müddətsiz əmək müqaviləsinin ləğv edilərək yeni müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. Işəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. Işəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında müddətllli əmək müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri pozulmuşdur. Çünki iddiaçı son 30 il müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləməsi və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümü deyil, daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq, cavabdeh onunla qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Baxmayaraq ki, onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər hansı hüquqi əsas olmamışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar mövcud olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olması istisna edilmir və bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Başqa sözlə iddiaçı arasında müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmamışdır.
b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsindəicraat
13. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025 tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının əmək fəaliyyəti dövrləri üzrə hüquqi statusunda baş vermiş dəyişiklikləri və həmin dəyişikliklərin əmək münasibətlərinin hüquqi tənzimlənməsinə təsirini nəzərə almamışdır. Belə ki, iddiaçının fasiləsiz əmək fəaliyyəti faktı onun bütün dövrlər üzrə eyni hüquqi rejimə tabe olması anlamına gəlmir və təkcə iş stajının uzunluğu əmək müqaviləsinin növünün müəyyən edilməsi üçün həlledici meyar hesab edilə bilməz. Belə ki, iddiaçı ##.##.2022-ci il tarixədək tutduğu vəzifələr üzrə dövlət qulluğu vəzifəsində çalışmamış, həmin dövrdə onunla əmək münasibətləri əmək qanunvericiliyinin ümumi normaları əsasında tənzimlənmiş və bu səbəbdən müddətsiz əmək müqaviləsinin bağlanması hüquqi baxımdan mümkün olmuşdur. Məhz bu mərhələdə iddiaçının gördüyü işin daimi xarakter daşıması müddətsiz əmək müqaviləsi ilə uzlaşmışdır. Lakin ##.##.2022- ci il tarixindən etibarən iddiaçı “aparıcı-məsləhətçi” vəzifəsi üzrə fəaliyyətə başlamışdır ki, həmin vəzifə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.8-ci maddəsinə əsasən inzibati vəzifələrin 7-ci təsnifatına aid edilən dövlət qulluğu vəzifəsidir. Iddiaçıya bu vəzifənin dövlət qulluğu vəzifəsi olması, habelə onun tutulmasının xüsusi hüquqi şərtlərlə bağlı olduğu barədə əvvəlcədən məlumat verilmişdir. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul yalnız müsabiqə əsasında həyata keçirilir. Bu norma imperativ xarakter daşıyır və cavabdeh üçün istisna tətbiq etmək imkanı yaratmır. Belə olan halda, iddiaçının dövlət qulluğu vəzifəsinə birbaşa müddətsiz əmək müqaviləsi ilə qəbul edilməsi nəinki hüquqi əsasdan məhrumdur, eyni zamanda qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnərdi. Bu baxımdan, cavabdeh tərəfindən iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması iddiaçının əmək funksiyasının guya müvəqqəti xarakter daşıması ilə deyil, onun dövlət qulluğu vəzifəsinə qəbulunun yalnız müsabiqə yolu ilə mümkün olması ilə şərtlənmişdir. Birinci instansiya məhkəməsi bu hüquqi məqamı nəzərə almadan, əmək müqaviləsinin müddətli bağlanmasını əsassız olaraq qanunsuz hesab etmişdir.
15. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh onunla qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Hazırkı halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması istisna edilmir və bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Başqa sözlə, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmamışdır. Bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli xarakter daşıması tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, əmək müqaviləsi qarşılıqlı razılıqla müddətli bağlana bilər. Məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların olmadığı qeyd olunsa da, real vəziyyət bunun əksini sübut edir. Əmək müqaviləsi elektron sistem üzərindən rəsmiləşdirilmiş, sənədə barkod vurulmuşdur. Barkodun mövcudluğu və müqavilənin müvafiq elektron sistemdə qeydiyyata alınması onu göstərir ki, sənəd işçi tərəfindən təsdiq olunmuş və hüquqi qüvvəyə minmişdir.
16. Məhkəmə göstərmişdir ki, elektron sistemdə əmək müqaviləsinin rəsmiləşdirilməsi işçinin onun məzmunu ilə tanış olduğu və həmin şərtlərlə razılaşdığı mənasını verir. Belə olan halda, müqavilənin imzalanmadığını və ya işçinin razılığı olmadığını iddia etmək əsassız və qeyri-obyektiv yanaşmadır. Bundan başqa, iddiaçı əmək müqaviləsinin müddətli xarakterinə işə başladığı ilk gündən etibarən heç bir etiraz bildirməmiş, müqavilə müddəti bitənədək iş fəaliyyətini davam etdirmişdir. Bu müddət ərzində o, əmək müqaviləsinin müddəalarına uyğun olaraq əmək haqqı və digər əmək hüquqlarından istifadə etmişdir. Əlavə olaraq, 2024-cü ilin noyabr ayında əmək müqaviləsinə dəyişiklik edilərkən də iddiaçı bu dəyişikliyi təsdiqləmiş və müqaviləyə yenidən imza atmışdır. Bu fakt bir daha göstərir ki, iddiaçı əmək münasibətlərinin şərtləri, o cümlədən müqavilənin müddətli xarakteri ilə tam şəkildə razı olmuşdur. Əgər iddiaçı müqavilənin müddətli xarakteri ilə razı deyildisə bu etirazını dərhal – işə qəbul zamanı və ya əmək münasibətləri dövründə irəli sürməliydi. Lakin o, yalnız müqavilənin müddəti başa çatdıqdan sonra etiraz bildirmişdir ki, bu da onun iddiasının subyektiv, məqsədli və sonradan formalaşmış olduğunu açıq şəkildə göstərir. Əgər iddiaçı müqavilə bağlanarkən razı deyildisə, bu barədə yazılı şəkildə etiraz etməli və ya əmək müqaviləsini imzalamamalı idi. Məhz onun müqaviləni imzalaması qarşılıqlı razılığın hüquqi sübutudur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarını rəhbər tutaraq qətnaməsində iddiaçının işçi kimi əmək münasibətlərində zəif tərəf kimi tanınmasını əsas gətirmişdir. Iş materiallarında olan Gəncə şəhər Prokurorluğu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 2- *-***/*-******/**** nömrəli məktubdan görünür ki, İddiaçı 2021-ci ilin iyun ayında Gəncə şəhər sakini Elfaq Quliyevin oğlunu Dövlət Təhlükəsizlik Xidmətinin akademiyasına düzəltmək adı ilə ondan 14000 manat, ondan yazılan böhtan xarakterli şikayəti isə həll edəcəyi ilə aldadaraq 5000 manat pulunu ****-****-****-**** nömrəli bank kartına göndərtdirməklə alaraq vədinə əməl etməyib dələduzluq yolu ilə mənimsənilməsi, Elfaqın bu müddət ərzində pulun 18200 manat hissəsini geri qaytarsa da, 800 manat pulunu geri qaytarmaması barədə müraciəti ##.##.2025-ci il tarixdə Gəncə şəhər prokurorluğuna daxil olmuş, qeyd olunan müraciət araşdırılaraq qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə ##.##.2025-ci il tarixdə Gəncə şəhər Baş Polis Idarəsinə göndərilmişdir. Həmçinin bildirmişdir ki, Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin müdiri tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, 3-29-31/3- ***k/**** nömrəli məktubdan görünür ki, Gəncə- Daşkəsən Regional Təhsil Idarəsinin Maliyyə-iqtisadiyyat sektorunun Samux rayon üzrə aparıcı məsləhətçisi İddiaçı vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. Məhkəmənin “işçinin zəif mövqedə olması” barədə ümumi arqumenti isə bu hallarda tətbiq oluna bilməz. Əksinə, burada zəif mövqedə olan işə götürəndir və işə götürən yalnız qanunun verdiyi hüquqlardan istifadə etmiş, işçinin törətdiyi kobud pozuntulara baxmayaraq onu müdafiə edən mexanizmlərin obyektivliyi sual altında qaldığı üçün hüquqi çərçivədə hərəkət etmiş və iddiaçının əmək müqaviləsinin müddətinin başa çatmasını gözləmişdir. Beləliklə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2- Daşkəsən Regional Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*-***K/**** nömrəli əmri Əmək Məcəlləsinin tələblərinə uyğun olmuş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil Üzrə X2-Daşkəsən Regional Təhsil Idarəsinin İddiaçı barədə ##.##.2025-ci il tarixli, 3-29-31/3-1- ***K/**** nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə çıxararkən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iddiaçı ilə yanaşı, dövlət qulluğu vəzifəsinin tutmuş dövlət qulluğu üzrə müsabiqədən keçməyən digər işçilərlə müddətli əmək müqavilələrinin bağlanması faktı nəzərə alınmamışdır. Bu hal göstərir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması fərdi deyil, vahid inzibati yanaşma və dövlətin qanuni təyinat mexanizmi çərçivəsində həyata keçirilmişdir. Bundan başqa, iddiaçının razılığı ilə əmək müqaviləsinin elektron informasiya sistemində rəsmiləşdirilməsi, müqaviləyə barkodun vurulması və 2024-cü ilin noyabr ayında müqaviləyə dəyişiklik edilərkən iddiaçının yenidən onu təsdiqləməsi halları da, məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bu faktlar iddiaçının əmək müqaviləsinin şərtləri ilə tanış olduğunu və onlara razılıq verdiyini sübut edir. Həmçinin, məhkəmə Cavabdeh “aparıcı məsləhətçisi” vəzifəsinə təyinatla bağlı normativ sənədlərini düzgün qiymətləndirməmişdir. Bütün bunlarla yanaşı, məhkəmə Konstitusiya Məhkəməsinin Plenum qərarlarında göstərilən hüquqi mövqeləri, yəni belə işlərə baxılarkən tərəflərin iradəsinin, müqavilələrin ümumi praktikada necə tətbiq olunduğunun və məqsədli şəkildə müddətli müqavilədən istifadə edilib-edilmədiyinin araşdırılmasının vacibliyini də nəzərə almamışdır.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, İddiaçı 2020-cı ilə qədər mühasib vəzifəsində işləmiş, 2020-ci ildən 2022-ci ilə qədər isə maliyyə hesablaşma palatasında aparacı məsləhətçi işləmişdir. 2022- ci ildən 2025-ci ilə qədər isə həmin vəzifə dövlət qulluğu olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının işlədiyi mühasib vəzifəsi dövlət qulluğu vəzifəsi olmamışdır. Regional Təhsil Idarəsi yarandıqdan sonra, 2022-ci ildən dövlət qulluğu vəzifəsi yaranmışdır. 2022-ci ildə İddiaçı baş məsləhətçi işləyirdi. 2022-ci ildə İddiaçı müsahib vəzifəsinə götürməməklərinə səbəb qarşılıqlı razılaşma ilə baş məsləhətçi vəzifəsinə təsdiq olunmasıdır. Onunla yeni müqavilə bağlanmışdır. 2022-ci ildə də mühasib vəzifəsi var idi. Vəzifə dövlət qulluğunda olduğuna görə iddiaçı ilə müddətli müqavilə bağlanmayaraq işdən azad olunmuşdur. Bundan əlavə Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndində göstərir ki, tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsi bağlanır. Yəni qarşı tərəf 2025-ci ilə qədərki işlədiyi müddət ərzində heç bir etiraz etməmişdir. Iddiaçı müddətli müqaviləyə etiraz etsəydi, müddətsiz müqaviləyə keçirməyə onların ixtiyarı olmuşdur. Lakin 2022-ci ildən etibarən isə həmin həmin dövlət qulluğuna keçdiyindən onların artıq müddətsiz müqavilə bağlamaq ixtiyarı olmamışdır, çünki iddiaçı dövlət qulluğundan keçməmişdir və bununla bağlı dəfələrlə xəbərdarlıq olunmuşdur. 2022-ci ildən vəzifə dövlət qulluğunda olduğu üçün yalnız müddətli olaraq işə götürmək mümkün idi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin qeyd etdiyi məlumatların hamısı yanlış məlumatdır. Onun şəxsi işinin içində hamısı yazılmışdır. 2020-ci ildən o, aparıcı məsləhətçi vəzifəsində işləyir. Həmin vaxt əvvəldən böyük mühasib işləmişdir. 2016-cı ilin fevral ayında maliyyə hesablaşma mərkəzləri yarandığı üçün onlara müddətli müqaviləyə keçiriləcəklərini və daha sonra hər şeyin düzələcəyini bildirmişlər. Daha sonra 2022-ci ildə Gəncə-Daşkəsən Regional Təhsil Idarəsi yarandı. Maliyyə Hesablaşma Şöbəsini əvvəllər ayırmışdılar. Daha sonra 2016-ci ildə yenidən Təhsil Idarəsi ilə birləşdirdilər. O, 31 ildir ki, həmin idarədə çalışır və həmin vəzifədə işləyir. Qarşı tərəf isə ona həmin vəzifənin dövlət qulluğuna keçdiyini bildirməmişlər. Çünki 2022-ci ildə də həmin vəzifədədir və başqa vəzifəyə keçməmişdir. 2016cı ildə böyük mühasib vəzifəsində işləmişdir. 2020-ci ildə aparıcı məsləhətçi olmuş, hazırki vəzifəsində də aparıcı məsləhətçidir. Daha sonra 2022-ci ilin ## ##### tarixində Gəncə- Daşkəsən Regional Təhsil Idarəsi yarandı və hər kəsi öz vəzifələrində saxlamışlar. 2024-cü ilin ## ####### tarixində Elçin Kərimov vəzifəyə gəlmişdir. Bundan sonra onlara 3 aylıq müavilələrə keçilməyə başlamışlar. Deməli əvvəllər 1 illik müqavilə imiş, ƏMAS yarandıqdan sonra 3 aylıq müqavilə bağlanmışdır. Müqaviləni birinci gün təsdiqləməmişdir, ikinci gün yenə təsdiqləməmişdir. Üçüncü gün Elçin adlı şəxs onu yanına çağıraraq ərizəni təqsdiqləməməyinin səbəbini soruşmuş, o da müddətli müqaviləyə keçirilməyinin səbəbini soruşanda, Elçin Kərimov ona Yevlaxda da, belə işlədiyini, burda belə işləyəcəyini, onunla axıra kimi işləyəcəyini, 31 illik işçi olduğunu, savadlı kard olduğunu bildirmişdir. Elçin adlı şəxs bunları tək ona yox, orada olan hamıya demişdir. O da, Elçin müəllimə burada maliyyə sektoru üzrə müdirin müavini olan Rövşən müəllimlə mübahisəsinin olduğunu qeyd etmiş, Elçin müəllim isə bunun səbəbinin soruşanda, onun da, əlində bəzi sənədlər olduğunu bildirmişdir. Hansı ki, Samux rayonunda komunallara 4000 manat keçirdikləri halda, birdən-birə Rövşən müəllim ona 30000 manatlıq müqavilə göndərib ki, həmin müqaviləni bağlasın. O isə, Rövşən müəllim Samux rayonun kiçik yer olduğunu bildirərək etiraz etmiş, Rövşən müəllimə ona digər rayonlarda işçiləri belə etdiyi üçün onun bu cür müqavilə bağlamalı olduğunu bildirmişdir. O isə, Rövşən müəllimə digər rayon işçilərinin qeyd edilən halı tərk etmədiklərini, yəni işçilər olduğunu bildirmişdir. Lakin o, yenə ondan razı olmağını tələb etmişdir. Daha sonra o, kommunalın müdirini çağırmışdır. Kommunalın müdiri isə ona 30 faiz onlarla danışdığı, ona isə 15 faiz verəcəyini bildirərək pulu keçirməyini bildirmişdir. O isə yenə də pulu keçirə bilməyəcəyini, hətta ona xəbərdarlıq edə-edə söhbəti çəkilişə aldığını bildirmişdir. Kommunalın müdiri ona 30000 manatlıq müqavilə bağlandığını hər ay 30 faizin onlara veriləcəyini bildirmiş, ona isə 20 faizə qaldıraraq birgə işləməyi təklif etmişdir. O isə onların vəziyyəti dərk etmədiklərini, bu halın maliyyə pozuntusu olduğunu, yoxlamaların olacağını və razı olmadığını bildirmişdir. Razı olmadığını Rövşən müəllimə də, bildirəndə o, yenədən onu öz yanına çağırmış və yenə razılıq verməyini tələb etmişdir. O isə bununla bağlı ona arayış göndərməyini və əgər gələcəkdə maliyyə yoxlaması zamanı maliyyə pozuntusu aşkar olunursa bu halda məsuliyyətli şəxsin rəhbər kimi onun olmasını bildirmişdir. Rövşən müəllim isə buna razı olmamışdır. O da, qarşılığında onun tələbini təmin etməmişdir. O da, həmin sənədləri Elçin müəllimin qarşısına qoyaraq Rövşən müəllimlə problemin olduğunu bildirmişdir. Belə, Rövşən müəllim onun başına çox oyunlar açmışdır. Gah bağça müdirəsini öyrədib ondan prokurorluğa şikayət etdirmişdir ki, guya o, bağçanı yoxlamış, 1500 manat pul almış və onun da, üstünü ört-basdır etmişdir. Guya bağça müdirəsi onun evinə gələrək ona pul vermişdir. O da, prokurorluq orqanına evində kameralara baxa biləcəklərini bildirmişdir. Daha sonra prokurorluqda bağça müdirəsinin dindirilərək yalan ifadə verdiyini, bunu ondan Rövşən müəllimin tələb etdiyini, Rövşən müəllimin Samux rayonuna baxmağı onun əlindən alacağını vəd edərək narahat olmamısını bildirərək, ərizə yazmasını tələb etdiyini bildirmişdir. Bundan başqa Rövşən müəllimin Çobanabdallı məktəbində müdir vəzifəsində işləyən əmisi oğlu var. Məlum olmuşdur ki, hərbi hazırlıq müəllimin 58 saat dərsi var. Deməli 12 saat öz dərsi, 1 rəhbərliyi və 58 saat isə öz idman dərsi var. O isə bunun normalara uyğun olmadığını və qanunsuz olduğunu bildirmişdir. Bundan sonra onu Əmək Müfəttişliyinə şikayət etmişlər. Əmək Müfəttişliyindən onu çağırmışlar, o da, baş verən pozuntunu izah etsə də, onu 800 manat cərimə etmişlər. X3 müdiri ilə Rövşən müəllim yaxındırlar. Belə ki, Əmək Müfəttişliyin müdirinin xalası qızını Rövşən müəllim * nömrəli məktəbdə müddətli müqavilə ilə 3 ildir ki, müdir vəzifəsində saxlayır. Əmək Müfəttişliyinin qərarı ilə bağlı məhkəməyə müraciət etmiş və xeyrinə nəticə əldə etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onun problemi Rövşən müəllimlə olmuşdur. Onun dövlət qulluğundan imtahan keçməsi ilə bağlı sertifikatı var.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən məruzəçi), Əkrəm Qəhrəmanov və Rəhman Muradov) apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir.
20. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
21. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, “Dövlət qulluğu haqqqında” Qanunun 33-2-ci maddəsinin qeydinə əsasən, dövlət qulluğunun inzibati vəzifəsinə qəbul həyata keçirilənədək bu vəzifədə müvəqqəti işləyən, dövlət qulluqçusu olmayan işçinin aylıq vəzifə maaşı minimum əmək haqqından aşağı olmamaqla həmin vəzifənin 1-ci ödəniş pilləsi üzrə vəzifə maaşının 50 faizi məbləğində müəyyən edilir. Göründüyü kimi, “Dövlət qulluğu haqqqında” qanun dövlət qulluğunun inzibati vəzifəsinə qəbul həyata keçirilənədək müvafiq vəzifəyə yalnız müvəqqəti işə qəbulu mümkün hesab edir.
22. Digər tərəfdən, qeyd olunmalıdır ki, hazırkı iş üzrə cavabdeh olan işəgötürənin iddiaçını müddətsiz işə götürmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə bir səlahiyyəti olmadığı halda, bağlanmış müddətli müqaviləni əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümü deyil, daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlaması kimi qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilən hallardan biri kimi «Х» bəndində qeyd edilmiş, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müddətli əmək müqaviləsinin bağlanmasıdır. Qanunda nəzərdə tutulmuş digər hallarda müddətli əmək müqaviləsinin bağlanması dövlət qulluğunun inzibati vəzifəsinə qəbul həyata keçirilənədək həmin vəzifəyə müvəqqəti işə qəbul edilmə hallarına da şamil olunur. Odur ki, məhkəmə apellyasiya şikayətinin müqavilənin müddətli bağlanmasının qanundan irəli gəlməsi və işəgötürənin hazırkı halda müddətsiz əmək müqaviləsi bağlamaqda səlahiyyətli olmaması ilə bağlı dəlilini əsaslı hesab edir.
23. Apellyasiya məhkəməsi apelyasiya şikayətinin müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dəlili ilə bağlı qeyd etmişdir ki, əmək qanunvericiliyi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, İddiaçı K-** nömrəli əmr ilə ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən regional Təhsil Idarəsinin Maliyyəiqtisadi sektorunun müddətli aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, sonuncu dəyişiklik zamanı müqavilənin müddəti ##.##.2025-ci il tarixədək uzadılmış, iddiaçı İddiaçı isə iradəsini azad ifadə edərək həmin müqavilə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə görə işçilər əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüquqna malikdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plemunun qərarında qeyd edildiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğun hesab edilməlidir.
25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Göründüyü kimi, İddiaçı qızı K-** nömrəli əmr ilə ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə- Daşkəsən regional Təhsil Idarəsinin Maliyyə-iqtisadi sektorunun aparıcı məsləhətçi vəzifəsinə müddətli əmək müqaviləsi bağlamaqla təyin edilmiş, müqavilənin müddəti bitdikdən sonra isə əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
26. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2329/2025 ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmış, göstərilmişdir ki, ## ###### 2024-cü il tarixdə dövlət qulluğuna qəbul edilib, sertifikat alıb. Işəgötürən işlədiyi vəzifəni vakansiya elan etməyib, müsahibə keçirməyib. b) Kassasiya şikayətinə etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
30. Maddə 45 (2-ci hissə). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
31. Maddə 45 (3-cü hissə). Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
32. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
33. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilir: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa şəxs tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda; h) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda; x) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
34. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
35. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
36. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
37. Maddə 73 (2-ci hissə). Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəltllərini araşdıraraq hesab edir ki, ahağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
48. Iş materiallarından görünür ki, iddiaçı # ###### 1995-ci il tarixdən təhsil sistemində əmək fəaliyyətinə başlamış, # #### 1999-cu il tarixdən daimi mühasib vəzifəsinə keçirilmiş, sonrakı dövrlərdə həyata keçirilmiş struktur və təşkilati dəyişikliklər fonunda əmək fəaliyyətini davam etdirmiş, ## ###### 2020-ci il tarixdən aparıcı məsləhətçi vəzifəsinə, ## ### 2022-ci il tarixdən isə Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin Maliyyə-iqtisadi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Sonuncu vəzifə üzrə əmək müqaviləsi müddətli rəsmiləşdirilmiş və müqavilənin müddəti sonradan uzadılmışdır.
49. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, digər hallarla yanaşı, iddiaçının uzun müddət eyni fəaliyyət istiqamətində çalışmasını, yerinə yetirdiyi əmək funksiyasının müvəqqəti və ya mövsümi deyil, daimi xarakter daşımasını və müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğunun müəyyən edilməməsini əsas götürmüşdür.
50. Apellyasiya məhkəməsi isə fərqli nəticəyə gələrək əsasən ona istinad etmişdir ki, iddiaçının ## ### 2022-ci il tarixdən tutduğu aparıcı məsləhətçi vəzifəsi dövlət qulluğunun inzibati vəzifəsi olduğundan həmin vəzifənin təyin olunması “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulan xüsusi qaydada həyata keçirilməlidir. Iddiaçı həmin qaydada dövlət qulluğuna qəbul edilmədiyindən onunla müddətsiz əmək münasibətlərinin mövcudluğu mümkün deyildir, qanunvericiliyə ziddir. Məhkəmə həmçinin əmək müqaviləsinin müddətli bağlanmasını və sonrakı dəyişikliklərə iddiaçının elektron qaydada razılıq verməsini müddətli əmək müqaviləsinin bağlanmasına tərəflərin iradə ifadəsinə uyğun olması kimi qiymətləndirmişdir.
51. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması iş üzrə mübahisəndlərilən hüquq münasibətlərinin xüsusiyyətlərini tam uyğun deyildir.
52. Belə ki, hazırkı mübahisənin düzgün həlli üçün yalnız iddiaçının sonuncu tutduğu vəzifənin dövlət qulluğu vəzifəsi olub-olmadığının və onun həmin vəzifəyə müsabiqə yolu ilə qəbul edilib-edilmədiyinin müəyyənləşdirilməsi yetərli deyil. Ilk növbədə tərəflər arasında uzun müddət ərzində mövcud olmuş əmək münasibətlərinin formalaşması və davam etməsi, iddiaçının ayrı-ayrı dövrlərdə tutduğu vəzifələrin hüquqi statusu, həmin vəzifələr üzrə yerinə yetirilən funksiyaların xarakteri və sonradan dövlət qulluğuna dair xüsusi hüquqi rejimin həmin münasibətlərə təsiri qarşılıqlı əlaqədə araşdırılmalıdır.
53. Bu baxımdan nəzərə alınmalıdır ki, iddiaçının əmək fəaliyyəti “Dövlət qulluğu haqqında” Qanunun qüvvəyə minməsindən xeyli əvvəl başlamış və onun əmək münasibətləri sonrakı struktur dəyişiklikləri dövründə də davam etmişdir. “Dövlət qulluğu haqqında” Qanunun və onun tətbiqi ilə bağlı qəbul edilmiş normativ hüquqi aktların məqsədi nəzərə alınmaqla, Qanun qüvvəyə mindiyi zaman artıq müvafiq dövlət strukturlarında çalışan şəxslərin hüquqi vəziyyətinin həmin Qanunun tətbiqindən sonra necə rəsmiləşdirilməli olması hazırkı iş üçün mühüm hüquqi əhəmiyyət daşıya bilər.
54. Bu mənada Azərbaycan Respublikası Prezidentinin # ######## 2001-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları” da nəzərə alınmalıdır. Həmin Qaydalar # ######## 2001ci ildən qüvvəyə minmiş və dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, artırılması, saxlanılması və rəsmiləşdirilməsi qaydasını müəyyən etmişdir. Qaydaların müddəalarına görə, inzibati vəzifə tutan dövlət qulluqçularına ixtisas dərəcələri tutduqları vəzifə, qulluq stajı və digər hüquqi meyarlar nəzərə alınmaqla verilir. Göstərilən normativ tənzimləmə Qanun qüvvəyə minənədək yaranmış əmək münasibətlərinin hazırkı mübahisəyə heç bir hüquqi təsirinin olmadığını əvvəlcədən qəbul etməyə əsas vermir. Əksinə, apellyasiya məhkəməsi iddiaçının Qanunun qüvvəyə minməsindən əvvəl və sonrakı dövrdə tutduğu konkret vəzifələri, işlədiyi qurumların hüquqi statusunu, həmin vəzifələrin müvafiq dövrlərdə inzibati və ya digər vəzifələrə aid olubolmadığını
55. və bunun iddiaçının hüquqi statusuna hansı təsiri göstərdiyini müəyyən etməli idi.
56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Dövlət qulluğu haqqında” Qanun qüvvəyə minməzdən əvvəl başlamış və sonrakı dövrdə davam etmiş əmək fəaliyyətinin hüquqi əhəmiyyəti yalnız onun sonuncu vəzifəyə təyin olunması faktı əsasında qiymətləndirilə bilməz. Bu məsələnin həlli üçün iddiaçının ayrı-ayrı dövrlərdə tutduğu vəzifələrin hüquqi statusu, işlədiyi qurumların dövlət orqanları sistemində yeri, Qanunun qüvvəyə minməsi ilə həmin vəzifə və qurumlara münasibətdə yaranmış hüquqi rejim, eləcə də dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə əlaqədar onun qulluq münasibətlərinin hansı qaydada rəsmiləşdirilməli olduğu müəyyən edilməlidir. Apellyasiya məhkəməsi bu halları araşdırmadan və tətbiq edilməli hüquq normalarını müəyyən etmədən, iddiaçının yalnız sonrakı dövrdə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul edilməməsini həlledici hal kimi qiymətləndirmişdir ki, belə yanaşma tərəflər arasında yaranmış hüquq münasibətlərinin mahiyyətinin tam müəyyən edilməsinə imkan vermir. Başqa sözlə, apellyasiya məhkəməsi mübahisəyə yalnız iddiaçının 2022-ci ildəki formal təyinatı nöqteyi-nəzərindən deyil, tərəflər arasındakı hüquq münasibətlərinin yaranması və inkişafının bütün dövrünü nəzərə almaqla hüquqi qiymət verməli idi.
57. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının dövlət qulluğuna qəbul prosedurunda iştirak etməsi ilə bağlı sübuta lazımi hüquqi qiymət verməmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı ## ###### 2024-cü il tarixdə X1 tərəfindən BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanından keçərək müvafiq sertifikat əldə etmişdir. Bununla yanaşı, iddiaçının faktiki işlədiyi vəzifənin vakant vəzifə kimi elan edilmədiyi və buna görə onun həmin vəzifə üzrə müsahibədə iştirak etmədiyi bildirilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu mühüm hallara hüquqi qiymət verməmişdir.
58. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, dövlət qulluğuna qəbul üçün sertifikatın əldə edilməsi şəxsin özlüyündə dövlət qulluqçusu statusu qazanması demək deyil. Lakin hazırkı işdə bu faktın hüquqi əhəmiyyəti başqa aspektdən qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi iddiaçının dövlət qulluğuna qəbul üçün qanunla nəzərdə tutulan prosedurun onun tərəfindən yerinə yetirilməsi mümkün olan mərhələsində iştirak edib sertifikat əldə etməsinə baxmayaraq, sonrakı mərhələnin, yəni konkret vakant vəzifə üzrə müsahibənin nə üçün baş tutmadığını araşdırmamışdır.
59. Xüsusilə müəyyən edilməli idi ki, iddiaçının faktiki olaraq işlədiyi aparıcı məsləhətçi vəzifəsi vakant vəzifə kimi elan edilməli idimi, həmin vəzifənin vakant elan edilməməsinin hüquqi və faktiki səbəbləri nə olmuşdur, iddiaçının müsahibədə iştirak etməməsi onun öz davranışındanmı irəli gəlmiş, yoxsa müvafiq dövlət orqanının həmin vəzifə üzrə müsahibə prosedurunu təşkil etməməsinin nəticəsimi olmuşdur.
60. Bu halların müəyyən edilməsi ona görə mühüm əhəmiyyət daşıyır ki, dövlət qulluğuna qəbulun qanunla müəyyən edilmiş prosedura tabe olması barədə tələb yalnız dövlət qulluğuna namizədə deyil, həmin prosedurun keçirilməsini təmin etməli olan dövlət orqanına münasibətdə də hüquqi məzmun daşıyır. Dövlət orqanının üzərinə düşən prosedur hərəkətlərinin həyata keçirilib-keçirilmədiyi müəyyən edilmədən həmin prosedurun tamamlanmamasının hüquqi nəticəsinin yalnız işçinin üzərinə qoyulması düzgün hesab edilə bilməz.
61. Eyni zamanda iş üzrə cavabdehin hüquqi mövqeyi ilə faktiki münasibətlər arasındakı uyğunsuzluq da araşdırılmamışdır. Belə ki, kassasiya şikayətində “Dövlət qulluğu haqqında” Qanunun 33-2-ci maddəsinin qeyd hissəsinə istinad edilməklə göstərilmişdir ki, inzibati vəzifəyə qəbul həyata keçirilənədək həmin vəzifədə müvəqqəti işləyən və dövlət qulluqçusu olmayan şəxsə tətbiq edilməli əməkhaqqı rejimi ilə iddiaçıya faktiki tətbiq olunmuş əməkhaqqı rejimi uyğun olmamış, iddiaçıya tam ştat vahidi üzrə əməkhaqqı ödənilmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya tam vəzifə maaşının ödənilməsi faktı ayrıca götürüldükdə onun dövlət qulluqçusu statusuna malik olmasını təsdiq edən müstəqil və yetərli əsas kimi qiymətləndirilə bilməz. Bununla belə, cavabdeh iddiaçının dövlət qulluqçusu olmayan şəxs kimi inzibati vəzifəni yalnız müvəqqəti tutduğunu bildirirsə, həmin hüquqi status üçün qanunvericilikdə nəzərdə tutulmuş rejimin faktiki münasibətlərdə nə üçün tətbiq edilmədiyi aydınlaşdırılmalıdır.
63. Məhkəmə sübutları ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə qiymətləndirməlidir. Buna görə də iddiaçının dövlət qulluqçusu olmadığı əsas gətirildiyi halda, ona dövlət qulluqçusu olmayan müvəqqəti işçi üçün nəzərdə tutulan hüquqi rejimin tətbiq edilibedilməməsi də cavabdehin mövqeyinin ardıcıllığının qiymətləndirilməsi baxımından əhəmiyyətli haldır.
64. Məhkəmə kololegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sonrakı elektron təsdiqi tərəflərin qarşılıqlı razılığının mövcudluğu üçün yetərli hal kimi qiymətləndirsə də, müqavilənin ilkin olaraq hansı səbəbdən başqa hüquqi əsasla müddətli bağlandığını, sonradan həmin əsasın nə üçün dəyişdirildiyini, müqavilənin müddətli olmasını şərtləndirən obyektiv halların mövcud olub-olmadığını və bütün bunların iddiaçının yerinə yetirdiyi əmək funksiyasının real xarakterinə uyğunluğunu araşdırmamışdır.
65. Əmək müqaviləsinin elektron informasiya sistemində təsdiq edilməsi həmin sənəddə ifadə olunmuş iradənin mövcudluğunu göstərən sübutlardan biri olsa da, müddətli əmək müqaviləsinin qanuniliyinə dair mübahisədə məhkəməni münasibətlərin faktiki mahiyyətini araşdırmaq vəzifəsindən azad etmir. Xüsusilə əmək funksiyasının daimi xarakter daşıdığı iddia edilirsə, müqavilənin müddətli bağlanmasına formal razılıqla yanaşı, həmin razılığın yarandığı şərait və müddətli müqavilənin tətbiqinin qanunvericiliyin məqsədinə uyğunluğu da qiymətləndirilməlidir.
66. Hazırkı işdə isə iddiaçının əmək fəaliyyəti qısamüddətli və ya mövsümi xarakterli münasibət kimi təqdim edilə bilməz. Iş materiallarından onun uzun illər ərzində müvafiq strukturlarda əmək fəaliyyəti həyata keçirdiyi görünür. Birinci instansiya məhkəməsi də məhz əmək funksiyasının daimi xarakterini Əmək Məcəlləsinin 45 və 47-ci maddələri baxımından əhəmiyyətli hal hesab etmişdir.
67. Bu səbəbdən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmadıqda görülən işin faktiki xarakterinin nə üçün hüquqi əhəmiyyət daşımadığını, dövlət qulluğuna dair xüsusi tənzimləmənin Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinə dair təminatları ilə konkret halda necə uzlaşdığını əsaslandırmalı idi.
68. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
69. Işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, iddiaçının əmək fəaliyyətinin ayrı-ayrı dövrlərində tutduğu vəzifələrin hüquqi statusunu və tətbiq edilməli hüquqi rejimi müəyyən etməli, “Dövlət qulluğu haqqında” Qanunun qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərin sonrakı hüquqi statusa təsirini müvafiq dövrdə qüvvədə olmuş qanunvericilik əsasında qiymətləndirməli, iddiaçının dövlət qulluğu üzrə sertifikat əldə etməsini və faktiki tutduğu vəzifə üzrə vakansiyanın elan edilib-edilməməsini araşdırmalı, müddətli əmək müqaviləsinin ilkin və sonrakı hüquqi əsaslarını, tərəflərin həqiqi iradəsini və görülən işin daimi xarakter daşıyıbdaşımamasını müəyyən etməli, bundan sonra müəyyən olunmuş hallara maddi hüquq normalarını tətbiq etməklə mübahisəni həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2026-cı il # ##### tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.