Məhkəmə qərarları › İş №2(1-8)-22/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-22/2026

10.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-22/2026 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə qarşı (Bakı şəhəri 27 saylı notariat ofisi, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsi, X5 və X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin qüvvədən düşmüş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə qarşı “etibarnamənin qüvvədən düşmüş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2025-ci il tarixli 2(103)-3779/2025 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 24/36 saylı qərarına əsasən, Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alğı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir.

2. İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə X7 həmin torpaq sahəsini (1 ha) özəlləşdirməyi, 0,12 ha torpaq sahəsində tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütun dövlət orqanlarında onun nümayəndəsi olmağı, adından imza etməyi, sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarışları almağı, alğı-satqı üçun lazım olan sənədləri topladıqdan sonra həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsi və orada tikilmiş tikinti üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bununla əlaqədar adından ərizə verməyi, həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsini bir addan başqa ada keçirilməsi üçün bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olma ğı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi xx.xx.2028-ci il tarixədək etibar etmişdir. 3. eyni notariat kontorunda xx.xx.2008-ci il tarixdə rəsmiləşdirilmiş etibarnamə ilə X13 da İddiaçı əvəzinə həmin etibarnamə ilə ona verilmiş səlahiyyətləri, o cümlədən qeyd edilən 1 ha torpaq sahəsini özəlləşdirməyi, habelə 0,12 ha deyil, 900 kv.m torpaq sahəsinə münasibətdə eyni hərəkətləri etməyi Cavabdeh1 ötürmüşdür.

4. İddiaçı xx.xx.2008-ci il tarixli etibarnamənin hüquqi qüvvəsinə xx.xx.2008-ci il tarixdə xitam vermişdir.

5. Cavabdeh1 cəzaçəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş etibarnamə ilə xx.xx.2008-ci il tarixli etibarnamə ilə ona etibar ed ilmiş səlahiyyətləri, o cümlədən 1 ha torpaq sahəsini özəlləşdirməyi, 900 kv.m torpaq sahəsində tikinti işləri aparmağı və s. hərəkətləri etməyi arvadı Cavabdeh2 ötürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış etibarnamənin xx.xx.2008-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla ə saslandırılmışdır ki, son dövrlər iddiaçıya məlum olmuşdur ki, ona ayrılmış torpaq sahəsi ilə əlaqədar onun adından hansısa şəxslər tərəfindən qeyriqanuni əməliyyatlar aparılmasına cəhdlər göstərilir. Maraqlandıqda məlum olmuşdur ki, Cavabdeh1 xx.xx.2008-ci il tarixdən hüquqi qüvvəsini itirmiş xx.xx.2008-ci il tarixli etibarnamədən qeyri-qanuni istifadə edərək həyat yoldaşı Cavabdeh2 adına etibarnamə vermişdir. Bu fakt iddiaçıya məlum olduqdan dərhal sonra iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisinə yazılı müraciət etmiş və ondan xx.xx.2022-ci il tarixli etibarnamənin ləğv edilməsi ilə bağlı 9 saylı CÇM-nin müdiriyyətinə göstəriş verilməsini xahiş etmişdir. Həmin müraciətlərə 9 saylı CÇM tərəfindən xx.xx.2 023-cü il tarixdə verilmiş cavab məktubu ilə bildirilmişdir ki, məhkum Cavabdeh1 verilmiş etibarnamə xx.xx.2008-ci il tarixli etibarnamə ilə deyil, hazırda qüvvədə olan xx.xx.2008-ci il tarixli etibarnamə əsasında verilmişdir. Bundan sonra Cavabdeh2 9 sayl CÇM-də cəza çəkən əri Cavabdeh1 tərəfindən ona verilən xx.xx.2022-ci il tarixli qanunsuz etibarnamə əsasında Bakı şəhəri 18 saylı notariat ofisində 31 may 2022-ci il tarixdə guya istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsi ərazisində yerləşən 1 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş 35 kv.m-dən ibarət olan tikiliyə sərəncam verməyi, özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı və digər hərəkətlər etməyi barədə X3 20 il müddətinə etibarnamə vermiş və ondan nağd şəkildə 10. 000 manat pul almışdır. Eyni zamanda cəza çəkən Cavabdeh1 arvadı Cavabdeh2 tərəfindən vətəndaşların aldadılması ilə bağlı şikayətlər üzrə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

8. Cavabdeh1 iddiaya qarşı etiraz verərək, bildirmişdir ki, o, iddiaçı ilə 2008-ci ildə xxx vasitəsi ilə tanış olmuşdur. Həmin ərəfədə xxx ona bildirmişdir ki, iddiaçının Xocasən ərazisində 1 ha torpaq sahəsi var, Xocasən Bələdiyyəsinin qərarı ilə alınıb, onu satmaq istəyir. O, əvvəl həmin sahədən 9 sot almaq istədiyini deyib, bununla bağlı iddiaçı ona etibarnamə vermişdir. Lakin sonra xxx bildirmişdir ki, iddiaçı həmin ərazini ona nisyə də sata bilər, tam götürsün, pulunu sonra versin. xx.xx.2008-ci ildə 27 saylı notariusda o, iddiaçı ilə görüşərək, 9.700 kv.m torpaq sahəsini 97.080 manata almaqla bağlı öhdəlik müqaviləsi imzalamışlar. Belə ki, ilkin olaraq o, iddiaçıya 7.685,50 manat vəsaiti ödəmiş və yerdə qalan 89.394 manat vəsaiti isə aralarında olan razılaşma müddətində ona verməli idi. İddiaçı həmin torpağın sənədlərini tam hazır edə bilmədiyi üçün onun adına keçirə bilməmişdir. Lakin gələcəkdə həmin torpaqla bağlı yarana biləcək hər hansı mübahisənin məsuliyyətini öz üzərinə götürmüşdür. İddiaçı onun adına olan sənədlərin notarial qaydada tikilib təsdiq olunmuş surətlərini vermiş və bildirmişdir ki, sənədlərin əslini itirmişdir. Sonradan 2009-cu ilin aprel ayında o, xxx və iddiaçı ilə Abşeron rayonu ərazisində görüşərək, qalan borcu bağlamışdır. Lakin inandığı üçün sənəd sadəcə aralarında yazılmış və imzalanmış, bununla da onun borcu bağlanmışdır. Sonradan bəzi səbəblərdən bi r neçə yaşayış ünvanı dəyişdiyi üçün torpaqla bağlı sənədləri itirmişdir. 2016-cı ildən hazırkı vaxtadək 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Onun həbsdə olduğu müddətdə arvadı Cavabdeh2 həmin sənədlərin qaraj sahəsindən tapmış, o da arvadına Xocasən Bələdiyyəsinə getməsini və torpaq sahəsini aldığını deməsini bildirmişdir. X11 yaxınlaşmış və ona bildirmişlər ki, həmin ərazi hələ də boş sahə olaraq qalır və onun külli miqdarında vergi borcu var. Lakin o, Cavabdeh2 etibarnamə verməlidir ki, bu işlərlə məşğul olsun. Həmin ərazi ondan çox uzaq məsafədə olduğu üçün arvadı səhhəti ilə əlaqədar ora gedib gələ bilməyəcəyini və bu işlərlə məşğul ola bilməyəcəyini bildirmişdir. Həmin vaxt təsisçisi olduğu cəmiyyətə direktor qoyduğu X2 bu işlə məşğul olmasını məsləhət görmüşdür. Aralarında no tarial qaydada bağlanmış öhdəlik müqaviləsinə əsasən cəza çəkdiyi müəssisədən 2022-ci ildə arvadına etibarnamə vermiş və ona demişlər ki, xxx etibarnamə versin və hətta torpağı alğı-satqı ərizəsinə əsasən formal olaraq onuna adına keçirsin ki, bu işlərin arxasınca getsin. xxxla danışaraq razılaşmışlar. Hətta ona bu məsələsini həll etməsini, vergini ödədikdən sonra ona həmin torpaqdan pay verəcəyini demişdir. Bununla da arvadı onun verdiyi etibarnamə əsasına xxx etibarnamə verib və torpağı onun adına formal olaraq keçirmişdir. Bundan sonra X12 Bələdiyyəsinə yaxınlaşaraq bütün sənədləri təqdim etmiş, onun adına vergi ödəyicisi kodu verilmiş və həmin sahənin Xocasən Bələdiyyəsi tərəfindən təsdiq edilmiş geolakasiya təqdim edilmişdir. 2021-ci ildə Şakir adlı şəxs xxx zəng edərək bildirmişdir k i, həmin torpaq sahəsi ilə bağlı 2015-ci ildə iddiaçı ona etibarnamə vermiş, yəni ona satmışdır. xxx ona bu barədə deyəndə o, bildirmişdir ki, onun əlində alğı-satqı sənədi var, notariusda o pul saymış iddiaçıya vermişdir. İddiaçı ilə arasında olan alğı-satqı ləğv edilmədən necə başqasına sata bilər. xxx 27 saylı notariusa gedərək 2022-ci ildə həmin öhdəlik müqaviləsinin qüvvədə olması ilə bağlı sənədi təsdiq etdirmişdir. Bundan sonra Şakir adlı şəxslə müəyyən mübahisələr yaranmış və buna görə də, xxx iddiaçıya çalışdığı Şəki rayon prokurluğuna, Təhlüksizlik Xidmətinə və polis idarəsinə müraciət etmişdir ki, vaxti ilə onunla öhdəlik müqaviləsi əsasında torpaq satdığı halda iddiaçı başqa şəxsə etibarnamə vermişdir. 2023-cü ildə arvadı xxxun o torpaq sahəsini satdığını bildiyi üçün ona verdi yi etibarnaməni və ərizəsini ləğv etmişdir. 2024-cü ilin mart ayında xxx notariusa ərizə verərək bildirmişdir ki, arvadının ləğv etdiyi ərizədən və etibarnamədən xəbərdardır və onun razılığı əsasında həmin torpaq sahəsindən imtina edir və gələcəkdə onun arvadına və sözügedən torpaq sahəsinə qarşı heç bir iddiası yoxdur. Bundan sonra X11 həmin ərizə və sənədlərlə müraciət edərək, artıq xxxun o torpaq sahəsnə heç bir aidiyyətinin olmadığını bildirir və vaxtı ilə xxxun adına verilmiş sənədlərin onun adına keçirilməsini xahiş edir ki, torpaq vergisini ödəyə bilsin. Xocasən Bələdiyyəsi arvadı ilə vergi ilə öhdəlik ərizəsini imzaladaraq onun adına yeni, “VVÖK” açıq və geolakasiyanı arvadının adına təsdiq etmişdir. İddiaçı 2005-ci ildə Xocasən Bələdiyyəsinin qərarına əsasən torpağı aldığı vaxtd an 1 manat belə vergi borcu ödəməmişdir. Bu gündə onun nümayəndəsi olduğu üçün arvadının üzərində 15.000 manat vergi öhdəliyi yaranmışdır.

9. X5, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsi və X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilmişlər.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 bildirmişdir ki, 2022-ci ildə Cavabdeh2 ona müraciət edərək Cavabdeh1 təcili pul lazım olması və 1 hektar torpaq sahəsini satmasını bildirib. O, həmin dövrdə onların şirkətlərində direktor vəzifəsində işləyirdi. Torpaq sahəsinə baxıb, sonra Cavabdeh2 ona Nəriman adlı şəxsə verilmiş bir hektardan 9 sot torpaq sahəsinə dair sənədləri, bələdiyyənin qərarının notarial qaydada təsdiq edilmiş surətini və öhdəlik müq aviləsini təqdim edib. O da notarial qaydada alğı-satqı edib. Həmin sənədlər bələdiyyədə də var. Sonradan o, torpağın sənədlərini, vergisini qaydaya salmaq üçün bələdiyyəyə gedib, bələdiyyədən ona Cavabdeh1 iddiaçıdan cəmi 9 sot torpaq aldığını, həmin torpaq sahəsini satdığını, satılmış torpaqda fərdi yaşayış evinin inşa olunduğunu, daha sonra həmin evin satıldığını, həmin ərazidə Cavabdeh1 1 hektar torpağının olmadığını bildiriblər. O, torpaq sahəsini aldığını onlara bildirib. 2023-cü ildə sonuncu dəfə 1 hektar torpaq sahəsinə dair plan-sxemi tərtib edərək ona veriblər. Sonradan bir neçə dəfə Şakir adlı şəxs həmin torpaq sahəsinə gələrək torpaq sahəsinin ona məxsus olduğunu bildirib. O, Şakir adlı şəxslə bələdiyyədə görüşüb. Həmin vaxt bələdiyyənin iddiaçının adına verdiyi qərar, 1 hektar torpaq sahəsinə dair etibarnamə, torpağın alğı-satqısı ilə bağlı dövlətə ödənilmiş vergiyə dair qəbz və digər sənədlərin əsilləri Şakir adlı şəxsdə idi. Daha sonra o, Cavabdeh2 torpaq sahəsinin başqasına məxsus olduğunu, onların 9 sot torpaq sahəsi aldığını, lakin ona 1 hektar torpaq sahəsini satdığını bildirib. Ona verilmiş bütün sənədləri Cavabdeh2 qaytarıb və ödədiyi pulu ondan tələb edib. Binəqədi rayonunda yerləşən notariusdan ona bildiriblər ki, 9 sot torpaq sahəsinin 8000 manata yaxın pulu ödənilib, qalan 80000 manata yaxın məbləği iddiaçı ona sənədləri tam hazır edib verəndən sonra ödəyəcək. İddiaçı ona 9 sot torpaq sahəsini satıb, qalan məbləği ödəyəndən sonra torpaq sahəsini ona verəcək. Əlyazmanı Cavabdeh2 ona təqdim etməyib. Cavabdeh2 sonradan əlyazmaya dəyişiklik edib. O, sən ədi notariusun arxivindən çıxartdırıb. İddiaçı səlahiyyətlərindən istifadə etmək, torpağını özəlləşdirmək və dövlət orqanlarında onun adından iştirak etmək üçün X9 etibarnamə verib. Əlyazma olmayıb, Cavabdeh2 guya həmin əlyazmanı məhkəməyə təqdim edib. Həmin sənəd heç notarial qaydada da təsdiq edilməyib. Onu və X10 Binəqədi rayon Polis İdarəsinə dəvət ediblər. Bütün sənədlərin əsli X4r və həmin sənədləri X9 iddiaçı şəxsən təqdim edib. Bələdiyyə vətəndaşlara torpaq sahəsini icarəyə verir və alğısatqı edir. Torpaq sahəsinə çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində hərraca çıxmalıdır. O, qüvvədən düşmüş etibarnamə ilə Cavabdeh2 ilə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlayıb. Cavabdeh2 bir mənzili 3 nəfər satıb, ona görə də barəsində araşdırma apar ılır.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 bildirmişdir ki, o, əmlakla bağlı iddiaçının etibarnamə ilə nümayəndəsidir. Ona verilmiş etibarnamə qanunidir. Başqa etibarnamələr var, lakin iddiaçı tərəfindən başqa şəxsə verilən etibarnamə bir neçə aydan sonra ləğv edilərək, ona etibarnamə verilib. Cavabdeh2 verilmiş etibarnamənin ləğv edilməsini istəyir.

12. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, etibarnamənin ləğvi ancaq cəzaçəkən məhkum tərəfindən ərizə ilə müəssisənin rəhbərinə müraciət olunarsa, etibarnamə qüvvədən düşmüş hesab edilir. Müəssisə həmin etibarnamə ilə hər hansı bir yerdə notarial hərəkətlər aparılmam ası üçün dərhal baş notariat ofisinə məlumat verir. Vəkili müraciət edərək bildirib ki, xx.xx.2008-ci il tarixdə 7E/8611 reyestr nörməsi ilə üç şəxs arasında, sonuncu Cavabdeh1 olmaqla 2008ci ildə etibarnamə verilib. Həmin etibarnamə ilə Cavabdeh1 arvadı 9 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət edib. Cəzaçəkmə Müəssisələrində elektron notariat sistemi olmadığına görə heç bir etibarnamənin qüvvədə olub-olmamasını yoxlaya bilmir. Onlar həmin etibarnaməni ərazi üzrə notariusa göndəriblər və etibarnamənin qüvvədə olması barədə elektron çıxarış alıb. Vəkilə də həmin çıxarışları göndəriblər. Daha sonra Cavabdeh1 verilmiş səlahiyyətləri arvadı Cavabdeh2 ötürüb. Cavabdeh1la iddiaçı arasında öhdəlik müqaviləsi də var. 2008-ci ildə verilmiş etibarnamənin əsli onlara daxil olanda əvvəllər elektron sis tem olmadığına görə dərkənar qoyulub ləğv olunması barədə notarius möhür vururdu. Möhür vurulmadığına görə 9 saylı Cəzaçəkmə Müəssisəsi etibarnaməni qüvvədə hesab edib. Mülki Məcəllənin 366.1-ci maddəsinə əsasən etibarnamə verib və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Məhkum Cavabdeh1 etibarnamənin qüvvədə olmasını bilib. Düzdür, 9 saylı Cəzaçəkmə Müəssisəsi məhkumun sözü ilə hərəkət etməyib, yerli notariusdan çıxarış alıb. 9 saylı Cəzaçəkmə Müəssisəsi məhkum Cavabdeh1 etibarnamə verən tarixdə yerli notariusdan aldığı çıxarışda etibarnamənin etibarlılıq müddəti 2008-ci ilə qədər göstərilib, yerli notarius etibarnamənin ləğvi barədə elektron sistemdə heç bir hərəkətin olmadığını bildirib. 9 saylı Cəzaçəkmə Müəssisəsi qanuni şəkildə etibarnamə verib. 2022-ci ildə olan müraciət hərəkətsiz saxlanıldı. 9 saylı Cəzaçəkmə Müəssisəsi 12 avqust 2008-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 verilmiş səlahiyyətləri Cavabdeh2 yönəldib. Həmin vaxtdan sonra müraciət olunmadı. Daha sonra məhkəməyə müraciət olunmasından xəbər tutublar.

13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xocasən Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Cavabdeh2 etibarnamə qüvvədə olduğu vaxta qədər arayış təqdim edilib. Etibarnamə qüvvədən düşdükdən sonra həmin arayış da qüvvəsini itirir. Bələdiyyə mübahisə predmeti olan torpaq sahəsi barəsində hər hansı sənəd verməyib və verməyəcək. Hər hansı şəxsə torpaq sahəsi verilərkən həm in məsələ iclasa çıxarılmalı və müzakirə olunmalıdır. Daha sonra həmin qərar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə göndərilməlidir. Bu halda sonuncu orqan 5 iş günü müddətində qərarın ləğv olunması barədə tövsiyyə göndərəcək. Çünki artıq bələdiyyənin belə bir səlahiyyəti yoxdur. Bələdiyyə hazırda öz torpaq sahələrini icarəyə verə bilmir. Bələdiyyə tərəfindən vətəndaşın mülkiyyətinə verilmiş torpaq sahəsini vətəndaş başqa şəxsə satmaq, rəsmiləşdirmək istəsə, bələdiyyə artıq bununla bağlı prosedurları edə bilmir. İddiaçıdan başqa digər şəxsə mübahisəli torpağa dair hər hansı sənəd verilməyib.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007) 110/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış etibarnamənin xx.xx.2008-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Qumru Əliyeva).

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 9 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən təsdiq edilmiş iddiaçının nümayəndəsi X6 əvəzindən xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7E/8611 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 24/36 saylı, xx.xx.2005-ci il tarixli qərara əsasən onun adına verilmiş Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsini özəlləşdirməyi, 900 kv.m torpaq sahəsi ilə bağlı müəyyən hərəkətlər etməyi 3 il müddətinə, yəni xx.xx.2022-ci ildən xx.xx.2025-ci il tarixinədək Cavabdeh2 etibar etmişdir.

16. Göründüyü kimi, həmin etibarnamə xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7E/8611 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında, xx.xx.2008-ci il tarixli etibarnamə isə 13 may 2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7e-12/4450 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında verilmişdir.

17. Belə ki, həmin etibarnamələrin v erilməsinə əsas olmuş Cavabdeh1 və Cavabdeh2 Xəqani qızına müvafiq səlahiyyətlər verilən xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7e-12/4450 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə iddiaçı tərəfindən ləğv edilmiş və həmin etibarnamə xx.xx.2008-ci il tarixdən qüvvədən düşmüşdür.

18. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən Mülki Məcəllənin 366.4-cü maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 79-cu maddəsinə əsasən belə nəticəyə gəlmişdir ki, 9 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli etibarnamə də xx.xx.2008-ci il tarixdə qüvvədən düşmüşdür. Bu səbəbdən iddia əsaslıdır.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 362-c i, 364, 366cı, Mülki Prosessual Məcəllənin 119-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 41 və 79-cu bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsinə ünvanlandığı etiraz ərizəsi ilə eyni məzmunlu olmaqla, belə əsaslandırılmışdır ki, əgər etibarnamə əsassız verilmiş olsaydı və qanunsuz olsaydı həmin etibarnamənin ləğvi barədə əvvəlcədən iddiaçı məlumat verərdi. Hazırda həyat yoldaşının cəza cə kmə müəssisəsində olmasından istifadə edərək iddiaçı qanunsuz hərəkətlərini davam etdirir. İddiaçının vəkili Vəkil1 qətnamədə verdiyi izahata əsasən iddiaçının yox, X2 vəkili kimi aparmasını göstərir. Bu haldan da göründüyü kimi iddiaçı və Qulamhüsey Məmmədov birləşərək iddiaçı tərəfindən satılmış torpaq sahəsini almaq istəyirlər. Bu hal isə heç məhkəmə tərəfindən araşdırılmamış və iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış öhdəlik müqaviləsinə münasibət bildirilməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3779/2025 nömrəli, 01 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmə tin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış etibarnamənin etibarsız hesab edilməsi, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, İkram Şirinov)

23. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 24/36 saylı qərarına əsasən Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı xx.x x.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə həmin torpaq sahəsini (1 ha) özəlləşdirməyi, 0,12 ha torpaq sahəsində tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirməyi, həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsi və orada tikilmiş tikinti üzərində sərəncam verməyi, satmağı və digər aidiyyəti hərəkətləri etməyi xx.xx.2028-ci il tarixədək X7 etibar etmişdir. Sonuncu isə xx.xx.2008-ci il tarixdə eyni notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə iddiaçının əvəzinə həmin etibarnamə ilə ona verilmiş səlahiyyətləri, o cümlədən qeyd edilən 1 ha torpaq sahəsini özəlləşdirməyi, habelə 900 kv.m torpaq sahəsinə münasibətdə eyni hərəkətləri etməyi Cavabdeh1 ötürmüşdür. İddiaçı xx.xx.2008ci il tarixli etibarnaməni xx.xx.2008-ci il tar ixdə ləğv etdirmişdir. Bundan sonra Cavabdeh1 cəzaçəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş etibarnamə ilə xx.xx.2008-ci il tarixli etibarnamə ilə ona etibar edilmiş səlahiyyətləri, o cümlədən 1 ha torpaq sahəsini özəlləşdirməyi, 900 kv.m torpaq sahəsində tikinti işləri aparmağı və s. hərəkətləri etməyi arvadı Cavabdeh2 ötürmüşdür.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı vurğulamışdır ki, iddiaçı, X7 verilmiş xx.xx.2008-ci il tarixli e tibarnaməni xx.xx.2008-ci il tarixdə ləğv etdirən zaman, bu etibarnamə ilə yanaşı iddiaçının adından X13 tərəfindən Cavabdeh1 verilmiş etibarnamə də mövcud olmuşdur. Qanunvericiliyin tələbi baxımından X1 Azad Samid oğluna etibarnamə verən zaman bu barədə iddiaçıya, iddiaçı isə X7 verilmiş etibarnaməni ləğv etdirən zaman bu barədə Cavabdeh1 məlumat verməli idi, bir istisna halla ki, Cavabdeh1 etibarnamənin verilməsi ona məlum olsun. İddiaçı da etibarnamənin ləğv etdirilməsi barədə X7 məlumat verdiyini bildirir, bunun əksini sübut edən hər hansı hal da müəyyən edilmir. Lakin həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında iddiaçı onun adından Cavabdeh1 etibarnamənin verilməsi barədə məlumatsız olduğunu qeyd edir. İş üzrə üçüncü şəxs X8 şikayəti üzrə Bakı şəhəri Binəqədi rayon Polis idarəsi ndə aparılmış araşdırma zamanı da iddiaçı eyni mövqedən çıxış edir (İİ cild, i.v. 78).

26. Nəzərə alınmalıdır ki, qeyd edilən məsələlərə aydınlıq gətirilməsi üçün iddiaçı hazırda mübahisələndirilən etibarnaməni təsdiq edən 9 saylı Cəzaçəkmə müəssisəsinə etdiyi müraciətinə də məhz X7 verilmiş xx.xx.2008-ci il tarixli etibarnaməni və onun ləğv etdirilməsi barədə məlumatı əlavə etmişdir. Müəssisənin iddiaçıya ünvanladığı xx.xx.2023cü il tarixli məktubda mübahisəli etibarnamənin onun istinad etdiyi xx.xx.2008-ci il tarixli deyil, məhz xx.xx.2008-ci il tarixli etibarnamə əsasında verildiyi göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi o halı da qeyd etmişdir ki, iddiaçının adından X13 tərəfindən Cavabdeh1 etibarnamənin verildiyi xx.xx.2008-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında 2 7 saylı notariat kontorunda öhdəlik müqaviləsi bağlanmışdır. Lakin bu hal da bir mənalı şəkildə iddiaçının bu etibarnamə barədə məlumatlı olduğunu təsdiq etmir. Belə ki, hər iki etibarnamə eyni, yəni Bakı şəhəri 27 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir. Bu baxımdan qeyd edilən tarixdə bu kontorda olan və öhdəlik müqaviləsi bağlayan iddiaçı eyni zamanda Cavabdeh1 etibarnaməni şəxsən özü də verə bilərdi. Digər tərəfdən iddiaçı məlumatlı olduğu halda xx.xx.2008-ci il tarixdə X7 verilmiş etibarnaməni ləğv etdirən zaman, Cavabdeh1 verilmiş etibarnaməni də ləğv etdirə bilərdi. Bu halda iddiaçı nəticə etibarı ilə etibarnamənin ləğv etdirilməsi barədə Bakı şəhəri 27 saylı Notariat kontoruna verdiyi ərizədə, hətta eyni cümlə daxilində xx.xx.2008-ci il tarixli etibarnamənin də ləğv etdirilmə sini xahiş etmiş olacaqdı. Hər bir halda, bunun üçün hər hansı maneə də olmamışdır.

28. Belə ki, tərəflərin bu müqaviləni necə adlandırılmasından asılı olmayaraq, xx.xx.2008-ci il tarixdə onların arasında hüquqi nəticə etibarı ilə ilkin müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 24/36 saylı qərarına əsasən ona verilmiş 1 ha torpaq sahəsindən 9700 kv.m torpaq sahəsini Cavabdeh1 adına sənədləşdirilməsi, yəni onun mülkiyyətinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Buna baxmayaraq, nəinki 1 il, ümumiyyətlə, bütün ötən dövr ərzində belə bir rəsmiləşdirilmə aparılmamışdır. Halbuki, mülki qanunvericiliyin tələbləri baxımından əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağl anmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının xx.xx.2008-ci il tarixdə cavabdeh X7 verilmiş xx.xx.2008-ci il tarixli etibarnaməni ləğv etdirməsi, habelə işin digər halları nəticə etibarı ilə onun belə bir rəsmiləşdirmə aparmaq niyyətində olmadığını bilavasitə təsdiq edir. Belə ki, həmin torpaq sahəsi həm sənədlərə əsasən, həm də faktiki olaraq bu gün də iddiaçının istifadə və sahibliyindədir. “X19” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin həmin torpaq sahəsi ilə bağlı iddiası üzrə (tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyyətə gətirilməsi) cavabdeh qismində də məhz idd iaçı çıxış etmiş və iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən ləğv edilmişdir.

30. Mübahisələndirilən etibarnamədə göstərilən torpaq sahənin hər hansı tarix aralığında Cavabdeh1 faktiki sahiblik və istifadəsində olması, habelə onun öhdəlik müqaviləsi bağladığı tarixdən azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi 2016-cı il tarixədək torpaq sahəsinə münasibətdə hər hansı hərəkət etməsi isə, ümumiyyətlə, müəyyən edilmir. Cavabdeh1 torpaq sahəsinə dair sənədləri itirdiyini bildirir, lakin ötən dövr ərzində torpaq sahəsinin istifadə və sahibliyindən irəli gələn hər hansı məsələnin həlli, o cümlədən sənədlərin təqdim edilməsi üçün iddiaçıya müraciət etməmişdir. Onun arvadı Cavabdeh2 isə bu torpaq sahəsind ən, ümumiyyətlə, məlumatı olmamışdır. Belə ki, həmin şəxs 2022-ci ilin mart ayında təsadüfən yığılmış əşyalara nəzər yetirən zaman qarşısına Xocəsən Bələdiyyəsi ərazisində həyat yoldaşı Cavabdeh1 adına 1 ha ərazinin qeyd edildiyi sənəd tapdığını bildirmişdir (xx.xx.2025-ci il tarixli ittiham aktı və digər sənədlər). Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, mübahisələndirilən etibarnamədə göstərilən torpaq sahəsi heç vaxt Cavabdeh1 təhvil verilməmiş, onun istifadə və sahibliyində olmamışdır. Bu baxımdan, xx.xx.2008-ci il tarixli etibarnamə iddiaçının iradəsinə uyğun olaraq Cavabdeh1 verildiyi təqdirdə belə, yuxarıda göstərilənlərin, o cümlədən ona etibarnamə vermiş X7 məlumat verməklə onun özünə verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin iddiaçı tərəfindən ləğv edilməsinin nə ticəsi olaraq, Cavabdeh1 etibarnamənin ləğv edilməsi barədə məlumatsız ola bilməzdi. Mövcud vəziyyətdə Cavabdeh2 yuxarıda göstərilən məsələlərlə bağlı mövqeyi, o cümlədən torpaq vergsini ödəməsi iddianın rədd edilməsi üçün deyil, istinad etdiyi halları sübut etməklə zərərin tələb edilməsi üçün əsas yaradır.

31. Bununla belə, iddiaçının xx.xx.2008-ci il tarixdə X7 verilmiş etibarnaməni xx.xx.2008-ci il tarixdə ləğv etdirməsi, qüvvədə olan mülki qanunvericiliyin tələbləri baxımından onun adından X13 tərəfindən xx.xx.2008-ci il tarixdə Cavabdeh1 verilmiş etibarnamənin də qüvvədən düşməsinə səbəb olmuşdur. Belə ki, Mülki Məcəllənin bu sahəni tənzimləyən normalarının tələbləri baxımından Cavabdeh1 verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş xx.xx.2008-ci il t arixli etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. İddiaçının iradəsinə (ünvan ünvanlanmış) uyğun olaraq xx.xx.2008-ci il tarixli etibarnaməyə xitam verildiyindən həmin vaxt mövcud olduğundan xx.xx.2008-ci il tarixli etibarnamə də qüvvədən düşmüşdür.

32. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən torpaq sahəsi ilə bağlı aidiyyəti hərəkətlərin Cavabdeh2 etibar edilməsi barədə etibarnamə həmin hadisədən (xx.xx.2008ci il tarix) 14 il sonra verilmişdir. Halbuki, etibarnamə ləğv edildiyindən Cavabdeh1 belə bir səlahiyyəti olmamışdır (qalmamışdır). Bu baxımdan xx.xx.2022-ci il tarixli etibarnamə buna səlahiyyəti olmayan Cavabdeh1 tərəfindən verilmişdir. Bu da öz növbəsində onun qüvvədən düşmüş hesab edilməsi üçün deyil, əhəmiyyətsiz sənəd olaraq etibarsız hesab edilməsi üçün əsas yara dır.

33. Qeyd edilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamə ilə 14 il əvvəl ləğv edilmiş və həmin tarixdə qüvvədən düşmüş etibarnamə üzrə verilmiş səlahiyyətlər ötürüldüyündən xx.xx.2022-ci il tarixli etibarnamə verildiyi tarixdən etibarsız hesab edilməlidir

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 337, 364, 365 və 366-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

35. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti apellyasiya şikayətinin d əlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı etibarnaməni ləğv etdirdiyi halda cavabdehə məlumat verməyə borclu idi. Lakin bu məlumatlandırma edilmədən həyata keçirilmişdir. Məhkəmə bu halı nəzərə almamışdır. Həmçinin notarial hərəkətlərin edilməsi vaxtı notarial edilməli hərəkətlərdən görünür ki, “Elektron notariat” informasiya sistemində etibarnaməyə xitam verilməsi barədə qeyd yazmaqla, etibarnaməyə xitam verir və ərizəni dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərir. Həmin notarius isə dərhal notariat reyestrində etibarnaməyə xitam verilməsi barədə müvafiq qeyd aparır. Ancaq cəzaçəkmə müəssisəsində aldığı cavaba əsasən xitam barəsində heç bir məlumat olmamış və etibarnamə qüvvədə olmuşdur. Bütün bunlar məhkəmə tərəfindən n əzərə alınmamış və qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şə xsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.3.3. Azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etd iyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Maddə 365.1.3. Etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Maddə 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnamə yə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Maddə 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

39. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətna məsini tam mübahisələndirib. Bu baxımdan, qətnamə tam yoxlanılır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi i ddia tələbi, apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 23-33-cü bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.

44. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən edərək əsaslı və qanuni qətnamə qəbul etmiş və iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından tam əsaslandırmışdır.

45. Buna görə də hazırda qiymət verilməli məsələ kassasiya şikayətinin dəlilləridir.

46. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddiaya etira zın və apellyasiya şikayətinin də dəlilləri olub və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri işin halları və qanunvericilik normalarına istinadən əsassız saymışdır. Müəyyən edilmişdir ki, iddiaçı etibarnamənin ləğv etdirilməsi barədə X7 məlumat vermə öhdəliyini yerinə yetirib.

47. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşdığı üçün eyni məzmunlu dəlillərə təkrar qiymət verməyə zərurət görmür.

48. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3779/2025 nömrəli 01 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar