Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-228/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına ** nömrəli tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (Işə bərpa tələbi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına ** nömrəli tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Cavabdehin ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinə əsasən, məktəbin ingilis dili müəllimi olmuş iddiaçı etik davranış qaydalarına əməl etmədiyinə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Əsas kimi, X2 Komitəsinin ##.##.2025-ci il tarixli * nömrəli protokolundan çıxarış göstərilmişdir.
2. Iddiaçıya işəgötürənin ##.##.2024-cü il tarixli, *** nömrəli əmri ilə töhmət, ##.##.2024cü il tarixli, *** nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına ** nömrəli tam orta məktəbə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Gəncə şəhər M.C.Paşayev adına ** nömrəli tam orta məktəbin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsinə, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməklə onun əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2010-cu ildən Gəncə şəhər M.C.Paşayev adına ** nömrəli tam orta məktəbdə əmək fəaliyyətinə başlamışdır və 15 (on beş) il əmək stajı vardır. Son dövrlərə qədər hər hansı intizam tənbehi olmamışdır. Lakin, son bir ildə təhsil müəssisəsinin rəhbəri ona qarşı qərəzli mövqe tutmağa başlamış, öz təşəbüssü ilə işdən çıxmağını tələb etmiş, bununla razılaşmadığından iki dəfə heç bir əsaslı səbəb olmadan barəsində intizam tənbehi tətbiq etmişdir. Bu faktlardan da aydın olur ki, işdən azad edilməyi ilə onun əmək funksiyasını həyata keçirməməsinin və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetriməməsinin arasında heç bir əlaqə yoxdur. Təhsil müəssisəsinin direktoru Nümayəndə öz istəyi ilə şəxsi münasibətlər zəminində qanunsuz olaraq onun əmək qanunvericiliyi ilə qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Bu da öz növbəsində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozuntusudur.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh Gəncə şəhəri M.C.Paşayev adına ** nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, verdiyi izahatında İddiaçı işdən çıxarılmasının səbəbləri kimi valideynlərdən şantajla, hədə ilə pul yığdığını və Qarabağ qazisinin uşağını təhqir etdiyini, müəllim kimi öz vəzifəsini yerinə yetirmədiyini, jurnalların yazılmamasında və məktəbdaxili qiymətləndirmənin aparılmamasında müəllim kimi öz üzərinə düşən öhdəliklərini yerinə yetirməməsini, sertifikasiyadan keçsə də, lakin ən zəif nəticə toplayan müəllim olduğunu bildirmişdir. Etik davranış qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam riayət edilmişdir. Ona görə də, iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmədə cavabdeh tərəfin vəsatətinə əsasən dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, o, 2-ci qrup Qarabağ əlilidir. Onun uşaqları M.C.Paşayev adına ** nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdidirlər. Həmin məktəbin ingilis dili müəllimi İddiaçı onun uşaqlarından pul istəmiş, həmçinin dəfələrlə onları təhqir etmişdir.
7. Məhkəmədə dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri M.C.Paşayev adına ** nömrəli tam orta məktəbin X2 Komitəsinin sədridir. İddiaçı etik davranış qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi iclasda müzakirə olunmuş və İddiaçı tutduğu vəzifədən uzaqlaşdırılmasına etiraz edilməmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı təhsilverənlərin etik davranış qaydalarına əməl etməmiş və əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Bu səbəbdən də, Gəncə şəhəri M.C.Paşayev adına ** nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq icra edən, təşkilatçı Alim Alverdiyevin ##.##.2025-ci il tarixli əmri ilə iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmrin verilməsi zamanı qanunvericiliyinin tələblərinə tam riayət edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 3, 10, 11, 70, 80, 84-cü maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə, istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Iddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndində göstərilən hər 2 əsasla işdən çıxarılmışdır. Halbuki cavabdeh tərəf işçini ya əməlk funksiyasını yerinə yetirmədiyinə və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsaslardan biri ilə işdən azad etməli idi. Bundan başqa cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli ** nömrəli əmrdə İddiaçı işdən azad edilmə əsaslarından biri də etik davranış qaydalarına əməl etməməsi göstərilmiş, bununla bağlı sübut kimi məhkəməyə “Təhsilverənlərin etik davranış qaydaları” dair ##.##.2024-cü il tarixli Elm və təhsil nazirinin əmri təqdim edilmişdir. Bu artıq əmrdə qeyd edilmiş 3-cü əsasdır və Əmək məcəlləsində nəzərdə tutulmamışdır. Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsində göstərilir ki, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bundan başqa İddiaçı yuxarıda qeyd edilmiş qərardan məlumatlı olması ilə bağlı iş materiallarında hər hansı sübut əlavə edilməmişdir. Göründüyü kimi işəgötürən formal olaraq əmrdə maksimum “əsaslar” qeyd etməyə çalışımışdır, bu da qanunvericiliyin qeyd etdiyimiz hissəsinə ziddir. Hazırki mübahisədə cavabdehin ## ###### 2025-ci il tarixli əmri hüquqdan sui-istifadədir. İddiaçı işəgötürənin qanunsuz hərəkətləri barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsindən sonra cavabdeh tərəfindən çox qısa müddətdə bu cür addımlar atılmış, yekunda sözügedən əmr verilmişdir. Əgər cavabdeh iddiaçını həqiqətən işə bərpa niyyəti var idisə bunu mediasiya dövründə edə bilərdi. Bu barədə iddiaçı özü mediasiya dövründə barışıq təklif etsə də, cavabdeh mediasiyada barışıq sazişi bağlamaqdan yayınmaqla mediasiya arayışından 2 gün əvvəlki tarixə formal əmr vermişdir. Məhkəmənin hazırki qətnaməsi hüquqdan sui-istifadəyə şərait yaradır. Belə ki, işdən çıxarma barədə əmrlərinin məhkəmədə ləğv ediləcəyi prespektivini görə istənilən işəgötürən iddia tələbi məhkəməyə daxil olduqdan sonra (və ya bu ərəfədə) qeyri-məhdud sayda işəbərpa və işdən çıxarma barədə əmrlər verə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin əsasları kimi qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Cavabdeh tərəfindən məhkəməyə izahatlar və aktlar təqdim edilmişdir. Həmin sənədlərə diqqət etdikdə ayrı-ayrı şəxslər barəsində olmaları görsənsə də, məzmunlarının eyni olması məlum olur və eyni tarixlərdə ##.##.2024 və ##.##.2024-cü ildə tərtib edilmişdir. Tərtib edilmiş AKT-da iddiaçının K.İ.Ismayılovanı təhqir etməsi, məktəbdə çəkiliş aparması və barəsində prokurorluğa şikayət etməsi göstərilib. Daha sonra vətəndaş ərizə yazaraq övladı barəsində iddiaçı tərəfindən jurnala qayıb yazılıb və attestatının ləkləyəcəyini deyib, buna görə də sonuncu barəsində tədbir görülməsini xahiş edib, buna uyğun yenə də AKT tərtib edilib, bir qrup şəxs tərəfindən imzalanmışdır. Bu izahatların və aktların eyni vaxtda tərtib edilməsi, bu barədə İddiaçı heç bir məlumat verilməməsi onların qərəzli olmasına şübhələr yaradır. Belə ki, təqdim edilmiş sübutlarda iddiaçı tərəfindən nə zaman çəkiliş aparılması, K.İ.Ismayılova və qeyriləri nə zaman təhqir etməsi, qayıb yazılması və attestatın ləklənməsi hədə-qorxusunun iddiaçı tərəfindən hansı tarixdə gəlinməsi, onlar bu faktlarla bağlı hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmişdirlərmi, bu barədə nə həmin sənədlərdə göstərilib, nə də sübutlar mövcud deyildir. Yalnız 2 WhatsApp yazışmasının şəkilləri var, bunlardan biri may ayına, digəri isə ümumiyyətlə 2023-cü ilə aiddir. Iddiaçıdan şikayət edən şəxslər də eyni valideynlər, eyni işçiləridr. Həmin sənədlərin tərtib edilməsində iddiaçı iştirak etməmiş, onun bu faktlara mövqeyi öyrənilməmişdir. Sənədlərin tərtib edilməsi zamanı iddiaçıya heç bir məlumat verilməmişdir. Eyni gündə müxtəlif izahatların alınması və aktların tərtib edilməsi fiziki cəhətdən mümkün deyil və formal, həmçinin qərəzli olması aşkardır ki, birinci instnasiya məhkəməsi bunlara sübut kimi qiymət vermişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Aygül Isgəndərova (sədrlik edən və məruzəçi), Müşfiq Məmmədov və Rəşad Mamedov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya ##.##.2024-cü il tarixli, *** nömrəli əmrlə töhmət, ##.##.2024-cü il tarixli, *** nömrəli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, həmin əmrlərdən iddiaçı tərəfindən şikayət verilməməsi işin mübahisəsiz halıdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı barəsində sonuncu dəfə intizam tənbehi tətbiq edildikdən (##.##.2024-cü il) sonra da tərəfindən qanunsuz hərəkətlər edilmiş, belə ki, etik davranış qaydalarını pozmuş, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, bu səbəbdən məktəbin direktor vəzifəsini müvəqqəti icra edən X4 məktəbin X2 ##.##.2024-cü il tarixində təqdimatla müraciət edərək, məktəbin ingilis dili müəllimi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən tutduğu vəzifədən uzaqlaşdırılmasına münasibət bildirmələrini xahiş etmiş, məktəbin X2 ##.##.2025-ci il tarixdə keçirilən iclasda İddiaçı tutduğu vəzifədən uzaqlaşdırılmasına etiraz etməmiş, Gəncə şəhər M.C.Paşayev adına ** nömrəli tam orta məktəbin “Əmək müqaviləsinin ləğvi barədə” ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinə əsasən, İddiaçı – məktəbin ingilis dili müəllimi ilə bağlanmış əmək müqaviləsi ##.##.2025-ci il tarixdən etik davranış qaydalarına əməl etmədiyinə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ləğv edilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmamış, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının 2024-cü ilin sentyabr ayınadək olan dövrlərdə etdiyi qanunsuz hərəkətlərə görə müvafiq tədbirlər görülərək töhmət və sonuncu xəbərdarlıq elan edilməklə şiddətli töhmət elan edilsə də, iş materiallarına əlavə edilmiş valideynlərin şikayət ərizələri, tərtib edilmiş aktlar və s. sənədlərlə müəyyən olunur ki, iddiaçı 2024-cü ilin sentyabr ayından sonra da öz qanunsuz əməllərinə davam etmiş, başqa sözlə, təhsilverənin etik davranış prinsipləri, pedoqoji etika və əxlaq normaları, təhsilverənlərin xidməti davranışlarını pozmuşdur.
18. Apellyasiya şikayətinin cavabdeh tərəfindən iddiaçı barəsində toplanmış materialların (izahatlar, aktlar və s.) eyni vaxtda tərtib edilməsi, bu barədə İddiaçı heç bir məlumat verilməməsi onların qərəzli olmasına şübhələr yaratması dəlilinə münasibətdə qeyd olunmalıdır ki, sözügedən materiallar 2024-cü ilin sentyabr ayından sonrakı tarixlərə aid olmaqla, iddiaçının qanunsuz hərəkətlərinin davam etdiyi dövrə aid olmuşdur. Həmçinin, iddiaçı həmin sənədlər barədə xəbərdar olmaqla onlara imza etməkdən imtina etmişdir. Iddiaçının qanunsuz hərəkətlərinə dair faktlarla bağlı cavabdeh tərəfindən hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edilməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyində işçi ilə bağlanmış əmək müqaviləsinə işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və əmək vəzifələrini kobud şəkildə pozduğu hallarda işəgötürən tərəfindən xitam verilməsi qaydası əvvəlcədən hüquq mühafizə orqanlarına müraciət edilməsi ilə şərtləndirilməmiş, başqa sözlə, belə bir qayda nəzərdə tutulmamışdır. Qeyd olunan sənədlərin tərtib edilməsində iddiaçının iştirak etməməsi və onun bu faktlara dair mövqeyinin öyrənilməməsi ilə əlaqədar dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər M.C.Paşayev adına ** nömrəli tam orta məktəbin X2 tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məlumatda onun ##.##.2025-ci il tarixində, saat 13:00-da AHIK-nin iclasına dəvət edilməsi, bundan əvvəlki iclaslara dəfələrlə dəvət olunsa da, iştirak etməməsi, iclasda iştirak etmədiyi halda Komitənin qərarının onun iştirakı olmadan qəbul edilməsi qeyd edilmiş, həmin məktub ##.##.2025-ci il tarixində iddiaçının ünvanına çatdırılmışdır.
19. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X1 izahat verərək, iddiaçı İddiaçı onun əkiz qızlarının müəllimi olduğu dövrdə (həmin dövrdə onun övladları 7-ci sinifdə oxumuşlar) onları təhqir etməsini, summativ qiymətləndirmə dövründə mesaj göndərərək pul tələb etməsini, verməyəcəkləri təqdirdə qiymət yazmayacağını bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, sözügedən mesajlar əvvəlki tədris ilinə aid olmaqla ona 2024-cü tədris ilinin dekabr ayında sosial şəbəkə vasitəsilə göndərilmiş, bu səbəbdən də o, məhz dekabr ayında şikayət ərizəsi yazmışdır.
20. Məhkəmə kollegiyası dindirilən şahidin izahatını nəzərdən keçirərək qeyd edir ki, izahatdan göründüyü kimi iddiaçı tərəfindən yol verilmiş əmək intizamı pozuntuları 2024-cü tədris ilinin dekabr ayından əvvəlki dövrə aid olmuşdur. Işin hallarından bəlli olduğu kimi iddiaçıya həmin əməllərinə görə məktəb rəhbərliyi tərəfindən ##.##.2024-cü il tarixində töhmət, ##.##.2024-cü il tarixində isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, həftəlik dərs yükündən 7g sinfi götürülmüşdür. Belə olan halda tərəfindən yol verilmiş pozuntulara görə iddiaçı barəsində intizam məsuliyyəti (töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət) tətbiq edildiyindən həmin pozuntuların məhkəmə kollegiyası tərəfindən araşdırılması zərurəti aradan qalxmışdır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla iş materialları ilə təkzib olunur.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4, 10, 11, 70, 71.2, 72, 80.1, 80.2, 84.1, 186.1, 186.2, 186.3-cü maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 33.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. Iddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Məcəllənin 68, 71.2, 72, 76, 80.1, 80.2, 186, 189.3-cü maddələrinə istinad edilərək əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli, ** nömrəli əmrdə işçinin etik davranış qaydalarına əməl etmədiyinə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd edilsə də, lakin işçinin əmək funksiyasını yerinə yetirməməsinin nədən ibarət olduğu və konkret olaraq hansı pozuntuya yol verdiyi, bunun konkret olaraq hansı hərəkətlərlə (hərəkətsizliklə) ifadə olunması üçün işdən azad edildiyi əsaslandırılmamışdır. Halbuki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini əsaslandırmalı olması tələbi Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsindən və 84-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Lakin əmrin əsası kimi göstərilən və surəti iş materiallarına əlavə edilmiş materiallardan aydın olur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi sinif otaqlarında çəkilişlər aparması, məktəb rəhbərliyindən şikayətlər etməsi, etik davranış qaydalarını pozması barədə hallar təşkil etmişdir. Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Qeyd olunmalıdır ki, əmək qanunvericiliyində işçi Əmək Məcəlləsi ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsinin və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsinin nəticəsi olaraq hüquqi məsuliyyət növü kimi intizam və ya digər məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. ##.##.2024-cü il, ##.##.2024-cü il, tarixlərdə tərtib edilmiş izahat və aktlarda göstərilənlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi qiymətləndirilə bilməz və həmin hallara görə iddiaçı intizam tənbehi ilə cəzalandırılmışdır. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Digər tərəfdən iş materialları ilə ## ###### 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsi üçün iddiaçının başqa hərəkətləri (hərəkətsizliyi) əsas olması öz təsdiqini tapmamışdır. Görndüyü kimi iddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndində göstərilən hər 2 əsasla işdən çıxarılmışdır. Halbuki cavabdeh tərəf işçini ya əməlk funksiyasını yerinə yetirmədiyinə və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsaslardan biri ilə işdən azad etməli idi. Bundan başqa cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli ** nömrəli ə mrd ə İddiaçı işdən azad edilməə mrd ə İddiaçı işdən azad edilmə əsaslarından biri də etik davranış qaydalarına əməl etməməsi göstərilmiş, bununla bağlı sübut kimi məhkəməyə “Təhsilverənlərin etik davranış qaydaları” dair ##.##.2024-cü il tarixli Elm və təhsil nazirinin əmri təqdim edilmişdir. Bu artıq əmrdə qeyd edilmiş 3-cü əsasdır və Əmək məcəlləsində nəzərdə tutulmamışdır. Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsində göstərilir ki, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bundan başqa İddiaçı yuxarıda qeyd edilmiş qərardan məlumatlı olması ilə bağlı iş materiallarında hər hansı sübut əlavə edilməmişdir. Göründüyü kimi işəgötürən formal olaraq əmrdə maksimum “əsaslar” qeyd etməyə çalışımışdır, bu da qanunvericiliyin qeyd etdiyimiz hissəsinə ziddir. Hazırki mübahisədə cavabdehin ## ###### 2025-ci il tarixli əmri hüquqdan sui-istifadədir. Beləliklə də, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əməkqanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Beləliklə, iddiaçının barəsində qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmr faktlarla əsaslandırılmasa da, həmin əmrin qəbul edilməsi üçün əsas olan hallar məktəbin direktorunun yuxarıda qeyd olunan təqdimatında və X7 ##.##.2025-ci il tarixli iclasında sadalanan hallar olduğu təqdirdə, həmin əmrin qəbul edilməsi zamanı Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinin tələblərinin pozulub-pozulmaması məsələsinə apellyasiya instansiya məhkəməsində hüquqi qiymət verilməmişdir.
24. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilsə də məhkəmə subyektiv mülahizələrə əsalanaraq heç bir əsas olmadan iddianın təmin olunmaması barədə qətnamə qəbul etmişdir. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq eləməklə və lazımi qaydada əsaslandırılmadan qəbul edilmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara əsaslandırılmamışdır. Işin faktiki halları ilə qətnamə arasında yuxarıda qeyd olunan uyğunsuzluqlar vardır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
26. Maddə 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
27. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
28. Maddə 11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək.
29. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
30. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
31. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.
32. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
33. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
34. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
35. Maddə 186.1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
36. Maddə 186.2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
37. Maddə 186.3. Işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
“Təhsil haqqında”Azərbaycan Respublikasının Qanunu
38. Maddə 33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 33.3.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; 33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 33.3.4. təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; 33.3.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 33.3.5-1. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; 33.3.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; 33.3.8-1. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq; 33.3.8-2. təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq; 33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək; 33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
45. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
46. Kassasiya şikayətində qeyd edilmiş hüquqi məsələlərə apellyasiya məhkəməsi tərəfindən tam və iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq təkrarlanmasını zəruri hesab etmir. Kassasiya şikayətində qeyd edilmiş maddi hüquq normalarının pozulduğu müəyyən edilmir.
47. Iddiaçının kassasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, eyni intizam xətasına görə ona həm töhmət verilmiş, həm də işdən azad edilmiş, bununla da Əmək Məcəlləsinin 189cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
48. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya işəgötürənin ##.##.2024-cü il tarixli, *** nömrəli əmri ilə töhmət, ##.##.2024-cü il tarixli, *** nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, həmin əmrlər mübahisələndirilməmişdir. Iddiaçının işdən azad edilməsinə əsas olmuş direktor vəzifəsini icra edən A.Alverdiyevin təqdimatında qeyd edilmiş pozuntuların (valideynlərdən pul yığması, ##.##.2024-cü il tarixdə valideynlər, ##.##.2024-cü il tarixdə müəllimlər tərəfindən tərtib edilmiş aktlar, valideyn R.Əsgərovun ərizəsinə əsasən müəllimləri, 7 g sinfində təhsil alan şagirdləri və valideynlərini təhqir etməsi, şagirdlərdən qiymət yazılması üçün pul istəməsi, dərsdə iştirak etmiş şagirdlərə qərəzli şəkildə qayıb yazması, sinif otaqlarındə icazəsiz çəkilişlər aparması ) şiddətli töhmətin verilməsindən sonra müəyyən edilmiş pozuntular olmuşdur. Sübutların araşdırılması və qiymətləndirilməsi işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aid olduğundan qətnamənin işin faktiki hallarına uyğun olmadığına dair dəlillər kassasiya baxışının predmetinə aid deyil.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.