Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2404/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli iş üzrə ## ##### 2026-cı tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC-nin kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı müqavilələrin ləğvi və mənzillərin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir (hakim İlahə Abbasova).
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** saylı, ## ##### 2026-cı tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Sabit Bəhrəmzadə, Xumar Mərdanova, Vahid Sadıqov).
3. Cavabdeh Cavabdeh MMC ## #### 2026-cı il tarixdə qətnamədən kassasiya şikayəti vermişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
5. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
6. Maddə 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.
7. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
8. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
9. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
10. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
11. Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
12. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.
14. Mülki prosessual qanunvericiliyə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır və bu çatdırılma sənədlərin rəsmi qaydada təqdim edilməsi hesab edilir.(§ 8-9)
15. “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan müəyyən olunur ki, mübahisələndirilən qətnamə ##.##.2026-cı il tarixdə həm cavabdeh Cavabdeh MMC-nin, həm də onun səlahiyyətli nümayəndəsi-vəkili vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli işlər üzrə göndərilən email-lərin siyahısından müəyyən edilir ki, qətnamə elektron kabinetə yerləşdirilərkən avtomatik olaraq bu barədə məlumat sistem vasitəsilə elektron ünvan 1 (nümayəndə-vəkil vəkil1 məxsus) və elektron ünvan 2 (MMC-yə məxsus) elektron poçt ünvanlarına çatdırılmışdır. Lakin MMC tərəfindən kassasiya şikayəti qanunla nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülməklə, ## #### 2026-cı il tarixdə təqdim edilmişdir.
16. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. (§7, 12).
17. Beləliklə, qanunla nəzərdə tutulmuş prosessusal müddətin ötürülməsinə və onun bərpa edilməsi ilə bağlı vəsatətin verilməməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
18. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
19. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli iş üzrə ## ##### 2026-cı tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.