Məhkəmə qərarları › İş №2(1-8)-2496/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-2496/2026

19.08.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2496/2026 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətini imzalayan vəkilin səlahiyyətinin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən vəkil nümayəndə3 tərəfindən verilən kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdi: Vəkil nümayəndə3 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)- ***/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin (bundan sonra “MPM”) normalarının tələblərinə cavab vermir. Belə ki, MPM-in 67.1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 407.4-cü maddəsinə görə şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. MPM-in 408.1.3-cü maddəsinə görə isə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Prosessual qanunvericilik kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsini, eləcə də şikayətin onu verən şəxs və vəkil tərəfindən imzalanmasını kassasiya icraatının mümkünlük şərtlərindən biri kimi müəyyən etmişdir. Şikayətə əlavə edilmiş orderdən görünür ki, hüquq yardım göstərilən şəxs işdə tərəf olmayan – nümayəndə1dır, tapşırığın məzmunu isə İddiaçı kassasiya şikayətini tərtib etməkdir. Həmçinin kassasiya şikayətindən görünür ki, şikayəti iddiaçının adından vəkil nümayəndə3 imzalasa da, vəkilin iddiaçının adından belə hərəkət aparması səlahiyyətini özündə əks etdirən etibarnamə şikayətə əlavə edilməmişdir. Şikayətə əlavə edilmiş, eyni zamanda EMIS-də yerləşdirilən etibarnamə isə İddiaçı adından nümayəndə3 yox, nümayəndə1 verilən etibarnamədir. Üstəlik, İddiaçı tərəfindən verilən etibarnamədə (II cild, iş v. 115) nümayəndə1, ümumiyyətlə, məhkəmədə təmsilçilik və məhkəmə aktlarından şikayətlə bağlı heç bir səlahiyyət verilməyib. MPM-in 74.1 və 74.2-ci maddələrinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Prosessual qanunvericiliyin tələbi və İddiaçı tərəfindən nümayəndə1 verilən etibarnamənin məzmunu baxımından nümayəndə1 iddiaçı İddiaçı məhkəmədə təmsil etmək, bu məqsədlə onun adından vəkil nümayəndə3 ilə müqavilə bağlamaq səlahiyyəti də yoxdur. Iş materiallarında olan (İ cild, iş v.70) digər etibarnamə isə nümayəndə1 tərəfindən vəkil nümayəndə3 verilib və bu etibarnamənin də iddiaçıya hər hansı aidiyyəti yoxdur. Başqa sözlə, kassasiya şikayəti iddiaçının vəkili və nümayəndəsi olmayan şəxs tərəfindən tərtib edilmiş və imzalanmışdır. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (şikayəti iddiaçının vəkili və nümayəndəsi olmayan şəxs tərtib etdiyi və imzaladığı üçün), onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən vəkil nümayəndə3 tərəfindən verilən kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar