Məhkəmə qərarları › İş №2(1-8)-267/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-267/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-267/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı (maraqlı şəxs qismində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin kompensasiyası, podrat müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı (maraqlı şəxs qismində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ## ###### 2017-ci il tarixli, *** nömrəli müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi” İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi və “Tikinti şirkəti” Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 142,08 kv.m olan, təmirli mənzili “Əmlak mülkiyyətçisi”xxxx“Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”ni təmirli mənzil ilə təmin edən günədək (mənzil təhvil verilənədək) onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”xxxx“Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəklərini öhdəliklərini üzərilərinə götürürlər. Müqaviləyə əlavənin edilməsi haqqında ##.##.2017-ci il tarixli əlavə razılaşmaya əsasən müqavilənin 1.1.2-ci bəndində qeyd olunan “Əmlak Mülkiyyətçisi”nə veriləcək faktiki yaşayış sahəsinin 118,4 kv.m olan hissəsi 20%-i artırılmaqla (yəni 118.4 + 20%=142.08) veriləcək 24 aylıq kirayə haqqının hər ay 500 AZN müəyyən edilməsi, müqaviləyə əsasən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş ümumi sahəsi 142.08 kv.m olan mənzilin əvəzində, “Əmlak Mülkiyyətçisi”nə yan-yana, 2 otaqlı, hər birinin ümumi sahəsi 71.04 kv.m olan ayrı-ayrılıqda 2 (iki) mənzilin verilməsi, müqaviləyə əsasən “Əmlak Mülkiyyətçisi”nin mülkiyyətinə mənzərəsi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsinə baxan mənzillər verilməsi qərara alınmışdır.

2. Müqaviləyə edilmiş * saylı ##.##.2020-ci il tarixli əlavəyə əsasən ## ###### 2017-ci il tarixli *** saylı müqavilə və “Əlavə razılaşma”nın ikinci bəndi dəyişdirilərək redaksiyada əlavələr edilməsi barədə tərəflər razılığa gəlmişlər: “Əmlak mülkiyyətçisi”nə veriləcək mənzilin ümumi sahəsi 142.08 deyil 144 kv.m müəyyən edilməsi, həmin mənzilin əvəzində ona S.Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasının “C” bloku, 8-ci mərtəbə, yan-yana ümumi sahəsi 51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı (ayrıayrılıqda iki mənzil) verilməsi, belə ki, əlavə ediləcək sahə 2 kv.m; satış qiyməti 1 kv.m üçün 1600 AZN; ödəniləcək məbləğ (2 kv.m x 1600 AZN = 3200 AZN) tikinti şirkətinə ödənilməsi, gələcəkdə mənzilin real ölçüləri təhvil-təslim zamanı “Tikinti şirkəti” və “Əmlak mülkiyyətçisi” tərəfindən birlikdə müəyyən edilməsi qərara alınmışdır.

3. X1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış notariat qaydasında təsdiq edilmiş ərizəyə əsasən Cavabdeh MMC ilə ##.##.2017-ci il tarixli mənzilin tikintisi haqqında bağlanmış müqaviləyə əsasən əri İddiaçı adına olan Bakı şəhəri, S.Rüstəm küçəsi ilə Q.Quliyev küçələrinin kəsişməsində Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının “C” bloku, 8-ci mərtəbəsindəki ümumi sahəsi 51 kv.metr təşkil edən 1 (bir) otaqlı mənzilin digər şəxsin adına rəsimləşdirilməsinə etiraz etmir. Gələcəkdə həmin mənzillə bağlı heç bir iddia və tələbi olmayacaqdır.

4. Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyətinin Layihə-Smeta Bürosunun **/**/*** nömrəli Nəsimi rayonu, Süleyman Rüstəm və Qulu Quluyev küçələrinin kəsişməsində yeni inşa edilmiş yaşayış binasının “C” bloku ünvanında yerləşən, vətəndaş İddiaçı məxsus ** saylı mənzilin mövcud vəziyyəti barədə eskiz layihəsinə əsasən mənzilin ümumi sahəsi 44.41 kv.mdir.

5. Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyətinin Layihə-Smeta Bürosunun **/**/*** nömrəli Nəsimi rayonu, Süleyman Rüstəm və Qulu Quluyev küçələrinin kəsişməsində yeni inşa edilmiş yaşayış binasının “C” bloku ünvanında yerləşən, vətəndaş İddiaçı məxsus ** saylı mənzilin mövcud vəziyyəti barədə eskiz layihəsinə əsasən mənzilin ümumi sahəsi 77.46 kv.mdir.

6. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən vətəndaş İddiaçı müraciəti əsasında Cavabdeh MTK barəsində Baş Idarədə hər hansı cinayət xarakterli materialın araşdırılması və yaxud cinayət işinin ibtidai istintaqı aparılmadığı bildirilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı, maraqlı şəxs qismində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi cəlb edilməklə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MTK-dan pozulmuş öhdəliyin bərpası, yəni ##.##.2017-ci il tarixli müqaviləyə * saylı, ##.##.2020-ci il tarixli əlavə ilə razılaşdırılaraq öhdəlik götürülmüş hər iki mənzil üzrə ümumi 144.06 kv.m olan 2 təmirli mənzilin (51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) cavabdeh tərəfindən təqdim edilmiş (1 otaqlı sahəsi 44 kv.m, 2 otaqlı sahəsi 77.46 kv.m olmaqla, ümumi sahəsi 121.46 kv.m olan 2 mənzil) 2 mənzilin sahəsi arasında yaranmış 20.6 kv.m (1 kv.m x 1600 manat) fərqin əvəzinin, yəni 32.960 manat maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş pul məbləğinin cavabdeh şirkət olan Cavabdeh MTKdən tutularaq, iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh ”xxxx“ MMC arasında ##.##.2017-ci il tarixli müqavilə imzalanmış və müqaviləyə əsasən öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.1 kv.m olan (faktiki 118,4 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çox mənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı ilə cavabdeh arasında ##.##.2017-ci il tarixli müqaviləyə əlavə imzalanmış və həmin əlavəyə əsasən ünvan 2 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 142.08 kv.m olan, təmirli mənzili “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürülmüşdür. Daha sonra tərəflər arasında əlavə 2 kv.m sahənin əlavə edilməsini nəzərdə tutan, yəni, 142.08 kv.m olan mənzilin əvəzində, “Əmlak mülkiyyətçisi”nə 144.06 kv.m olan 2 mənzilin (51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) verilməsi öhdəliyini nəzərdə tutan ##.##.2020-ci il tarixli müqaviləyə əlavə imzalanmışdır. Hal-hazırda cavabdeh şirkət müqavilə üzrə öhdəliyini pozaraq, müqavilədə mülkiyyətçi ilə razılaşdırdığı 144.06 kv.m əvəzinə ümumi sahəsi 121.46 kv.m olan (1 otaqlı sahəsi 44 kv.m, 2 otaqlı sahəsi 77.46 kv.m olan) 2 mənzil təqdim etmişdir. Dəfələrlə cavabdeh şirkətdən öhdəliyi düzgün icra edilməsi, müqavilə üzrə razılaşdırılmış sahəyə uyğun mənzillərin təhvil verilməsi və ya verilməyən 20.6 kv.m (əlavə razılıq üzrə 2 kv.m pulu tərəflərindən ödənilmədiyi üçün həmin sahə istisna edilir və tələb xaricindədir) sahə üçün nəzərdə tutulan 32.960 manat (20.06 kv.m x 1600 manat) maddi zərərin cavabdeh şirkət tərəfindən ödənilməsi tələbləri şirkət tərəfindən imtina ilə qarşılanmışdır. Buna dair tərəflərindən pretenziya qaydasında müraciət edilmişdir. Cavabdeh şirkət tərəfindən müqavilənin tələbləri kobud surətdə pozulmuş və mülkiyyətçiyə ümumilikdə 32.960 manat maddi zərər vurulmuşdur.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) tələblərinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın “C” blokunun 8-ci mərtəbəsində yerləşən ** saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 44,41 kv.metr və ** saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) isə 77,46 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın “C” blokunun 8-ci mərtəbəsində yerləşən 31 və ** saylı mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ** saylı mənzilin ümumi sahəsinin 51.0 kv.metr, ** saylı mənzilin ümumi sahəsinin isə 93.6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu. Süleyman Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən ** saylı mənzilin ümumi sahəsinin 51.0 kv.metr, ** saylı mənzilin ümumi sahəsinin isə 93.6 kv.metr təşkil etdiyini nəzərə alaraq, mənzillərin ümumi sahəsi tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli *** saylı müqaviləyə ##.##.2020-ci il tarixli * saylı Əlavənin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Aydan Oruclu).

12. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, sözügedən mənzillər iddiaçı İddiaçı Cavabdeh MTK tərəfindən təhvil verilməmişdir. Buna baxmayaraq mübahisələndirilən mənzillər tikilib başa çatdığından və iddiaçıya təqdim edildiyindən təyin edilmiş ekspertiza ilə həmin mənzillərdə ölçü işləri aparılaraq mənzillərin ümumi sahəsi hesablanmışdır. Ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ** saylı mənzilin ümumi sahəsinin 51.0 kv.m və ** saylı mənzilin ümumi sahəsinin isə 93.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, ümumi sahəsi 51 kv.m olan 1 otaqlı ** saylı və ümumi sahəsi 93.6 kv.m olan 2 otaqlı ** saylı mənzil olmaqla, ümumi sahəsi 144.6 kv.m olan mənzilləri təqdim etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir. Bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 59, 385, 442, 752, 773-cü maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## ###### 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, Mülki Prosessual Məcəlləsinin 14.1, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı əsasında “məhkəmə tikinti-texniki ekspertizası” təyin edilmişdir. Məhkəmə ekspertiza qarşısında qoyulan suallara düzgün olmayan və qərəzli olaraq ekspert tərəfindən verilmiş cavablara istinad edərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərini pozmuşdur. Hansı ki, ekspert iddiaçı tərəf İddiaçı cavabdeh Cavabdeh MTK tərəfindən təqdim olunmuş “Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın “C” blokunun 8-ci mərtəbəsində yerləsən 31 və ** saylı mənzillərin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsini rəhbər tutmalı idi. Müvafiq azaltma əmsalları tətbiq olunmaqla “Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın “C” blokunun 8-ci mərtəbəsində yerləsən 31 və ** saylı mənzillərin sahəsinin və həcminin hesablanması həyata keçirilməli idi. Iş üzrə işin keçmiş icraatını aparan hakim tərəfindən “məhkəmə tikinti texniki ekspertiza” təyin edilmiş, lakin məhkəmə tərəfindən işin obyektiv hallarının araşdırılması aparılmadan ekspert qarşısında yalnız tərəflər arasında bağlanan ilkin müqavilə üzrə mənzil sahəsinin düzgünlüyü araşdırılması qənaətinə gəlinmişdir. Halbuki iddia tələbi çərçivəsi tərəflər arasında bağlanan ilkin müqavilədən sonrakı razılaşma üzərində nəzərdə tutulan artıq mənzil sahəsinin təmin edilməsi üzrədir. Bu səbəbdən hakimə iddiaçının vəkili tərəfindən vəsatət ilə müraciət olunaraq xahiş edilmişdir ki, vəsatəti təmin edərək iş üzrə təkrar və əlavə məhkəmə tikinti texniki ekspertizanın təyin edilməsinə və ekspert qarşısında tərəflər arasında bağlanan ##.##.2020-ci il tarixli müqaviləyə * saylı əlavəyə uyğunluğunun arasında bağlanan ##.##.2020-ci il tarixli müqaviləyə * saylı əlavəyə uyğunluğunun yoxlanılması, mənzilin faktiki sahəsi ilə (hər iki mənzil üzrə) ##.##.2020- ci il tarixli müqaviləyə * saylı əlavədə cavabdeh tərəfindən verilməsi öhdəliyi götürülmüş kv.m sahə arasında (51 kv.m 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı) fərqlə müəyyən edilməsi məsələsi üzrə suallar ünvanlansın və ekspert rəyinin verilməsinə 1 ay vaxt müəyyən edilməsinə və icraatın dayandırılmasına dair qərardad qəbul edilsin. Lakin vəsatət təmin edilməmişdir. Belə ki, məhkəmənin araşdırmalı olduğu məsələ bundan ibarətdir: “iddiaçı İddiaçı ilə cavabdeh “xxxx“ MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə * saylı, ##.##.2020-ci il tarixli əlavə ilə razılaşdırılaraq öhdəlik götürülmüş hər iki mənzil üzrə ümumi 144.06 kv.m olan 2 təmirli mənzilin ( 51 kv.m olan 1 otaqlı və 93.6 kv.m olan 2 otaqlı mənzil olmaqla) sahəsinin və həcminin hesablanması Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbinə uyğundur, uyğun deyil? Beləliklə, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, qanun pozuntusuna yol verərək qətnamə qəbul etmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən AR Şəhərsalma və Tikinti Məcəlləsinin “59.2 və 59.3-cü maddələrinin tələblərinə və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının * saylı ## ###### 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları” 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, azalma əmsalları tətbiq edilməməklə Bakı şəhəri, Nəsimi ray., S.Rüstəm küçəsi ilə Q.Quluyev küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın “C” blokunun 8-ci mərtəbəsində yerləşən ** saylı mənzilin ümumi sahəsinin 44.41 kv.metr və ** saylı mənzilin ümumi sahəsinin isə 77.46 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələblərinin təmin edilməsi, cavabdeh Cavabdeh Mənzil- Tikinti Kooperativindən 32.960 manatın iddiaçı İddiaçı xeyrinə tutulması, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (190+100=290) 290 manatın cavabdeh Cavabdeh MMC-dən alınaraq iddiaçı X2 Altay Haşım oğluna ödənilməsi, məhkəmə ekspertizasının dəyəri olan (50+100=150) 150 manat məbləğində pulun cavabdeh Cavabdeh MMC-dən tutulması qət edilmişdir (hakimlər - İ.Şirinov (məruzəçi), N.Cəfərov və F.Abdıyev).

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya verilməli mənzillərin ümumi sahəsinin hesablanma qaydası tərəflər arasında bağlanmış müqavilə ilə müfəssəl müəyyən edilmədiyindən, belə bir halda isə həmin hesablanma qaydası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının * saylı ## ###### 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanma qaydaları”nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmaqla müəyyən edilməli olduğundan, əldə olunmuş ekspert rəyi ilə isə azalma əmsalı tətbiq edilmədən hazırkı halda iddiaçıya ümumilikdə iki mənzil üzrə 22,19 kv.m. əskik sahəyə malik mənzillər verildiyi müəyyən edildiyindən, cavabdehin müqavilə öhdəliklərini tam yerinə yetirmədiyi aşkar olunmuşdur.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəlləsinin 152, 157, 385, 386, 404, 442, 752, 753, 762, 766, 776-cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82.3, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətlərinin dəlilləri

21. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki ekspertiza tədqiqatı zamanı fərqli nəticələr əldə edilmişdir. Hakim tərəfindən həmin rəylər arasında ziddiyyət oldug u u çu n təkrar ekspertiza keçirilməli idi. Cavabdeh Cavabdeh MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, ümumi sahəsi 51 kv.m olan 1 otaqlı ** saylı və ümumi sahəsi 93.6 kv.m olan 2 otaqlı ** saylı mənzil olmaqla, ümumi sahəsi 144.6 kv.m olan mənzilləri təqdim etmiş, podrat kəmiyyətcə tam yerinə yetirilmişdir.

b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

26. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

36. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

39. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

40. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

41. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

42. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

43. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

44. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

45. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

46. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”

47. Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir.

48. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir.

49. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

61. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə mahiyyəti üzrə baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

62. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

63. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar