Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-273/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı, birləşdirilmiş iş üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı, iddiaçı cavabdeh2 cavabdehlər cavabdeh1 MTK və İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə), iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı işlər üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, alqı- satqı müqaviləsi iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 MTK-ya qarşı “ümumi yığıncağın protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə, birləşdirilmiş iş üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı “mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiası üzrə, iddiaçı cavabdeh2 cavabdehlər cavabdeh1 MTK və İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması” tələbinə dair iddiası üzrə, iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılan qeydin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh2 və cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. cavabdeh2 ilə cavabdeh1 MTK arasında bağlanmış 2008-ci il ## ###### tarixli “xxxx” müqaviləyə əsasən, MTK Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşən, tikilməkdə olan binanın 2-ci girişində, 114 kv.m qeyriyaşayış sahəsini cavabdeh2 verməyi, sonuncu isə öz növbəsində həmin qeyri-yaşayış sahəsinin qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. cavabdeh1 MTK tərəfindən tərtib edilmiş ##.##.2008-ci il tarixli protokola əsasən İddiaçı cavabdeh1 MTK-nın üzvlüyünə qəbul edilmiş və razılıq yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m olan 3 otaqlı ***B nömrəli mənzilə düşməsi təsdiq edilmişdir.
3. İddiaçı ilə cavabdeh1 MTK arasında ##.##.2008-ci il tarixdə dəyəri 75.000 manat olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m olan 3 otaqlı 240 B nömrəli mənzilinə dair müqavilə bağlanmış, bunun əsasında alıcı müvafiq çıxarış əldə etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 MTK-ya qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair birinci iş üzrə icraat
4. Iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh MTK arasında 2008ci il ## ###### tarixli “xxxx” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə yerləşən tikilməkdə olan binanın 2-ci girişində, 114 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi, o isə öz növbəsində həmin qeyri-yaşayış sahəsinin qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Onun tərəfindən müəyyən olunmuş öhdəlik tam yerinə yetirildiyi halda lakin cavabdeh MTK bu öhdəliyi pozmuşdur. Belə ki, o, həmin qeyriyaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ##.##.2021-ci il tarixdə DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə müraciət etmiş və həmin qurumdan ona bildirmişlər ki, qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış təqdim edilməmişdir. Qeyd olunan protokolun təqdim edilməməsi səbəbindən onun həmin qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Belə olan halda o, bununla bağlı cavabdeh şirkətə şifahi, daha sonra isə ## ###### 2021-ci il tarixdə yazılı müraciət etmiş, lakin cavabdeh tərəfindən ona tələb olunan protokoldan çıxarış təqdim edilməmişdir.
6. Cavabdeh cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinə qarşı etiraz və mülahizə də təqdim etməmişdir. 7.
8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış obyekti ilə bağlı tərəflər arasında faktiki olaraq müqavilə münasibətləri və ondan əmələ gələn öhdəliklər mövcuddur. Belə ki, iddiaçı öz öhdəliklərini yerinə yetirərək, qeyri-yaşayış sahəsinin müqavilədə göstərilən dəyərini ödədiyi və bununla bağlı cavabdeh tərəfindən ona maliyyə arayışı təqdim olunduğu halda cavabdeh isə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı MTK-da səsvermə hüququna malik beş təsisçi üzvlərindən biridir, MTK-nın nizamnaməsində təsisçilərin sırasında adı keçən şəxslər tərəfindən qoyulan sərmayənin qarantı olaraq, binanın inşasına başlananda əldə edəcəyi gözlənilən sərbəst sahələrdən hər bir üzvünün payına uyğun, sahələrə dair müqavilə yazılıb və ayrılmış sahəyə görə borcu olmadığı barədə maliyyə arayışı verilmişdir. Eyni qayda ilə nizamnamədə təsisçilər sırasında adı keçən üzvlərdən biri iddiaçının payına uyğun razılaşdırılmış, binanın 2-ci girişində yerləşən 114 kv.m. qeyri-yaşayış sahəsinə dair ##.##.2008-ci il tarixdə müqavilə və maliyyə arayışı yazılıb təqdim edilmişdir. Bu tipdə müqavilələrlə təsisçilərə ayrılmış sahələrin bir qismi onlar öz istifadələrində saxlamış, bəziləri başqa sahələrə müştəri tapmaqla dəyişdirilmişdir. Eyni qayda ilə iddiaçı cavabdeh2 şəxsi istəyi ilə ona ayrılmış paya görə binanın başqa sahəsindən satılmasını təşkil etmiş və əvəzini də özü götürmüşdür. Bundan bir müddət sonra da ona ayrılmış pay başqasına satılmışdır. Təsisçilərdən biri olaraq iddiaçının da bundan xəbəri olmuş və üstündən keçən uzun bir müddət ərzində heç bir iradı olmamışdır. Təsisçi olmasından istifadə edərək, adı keçən qeyri-yaşayış sahəsinə dair adına verilmiş müqavilə və maliyyə arayışını özündə saxlamış və 14 ildən sonra bu iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin onların məhkəmə müdafiəsi hüququ da pozulmuşdur. Iddiaçı tərəfindən göndərilən bildirişlər geri qayıtsa da, məhkəmə yenidən həmin ünvana göndərmiş, nəticədə iddiaya dair öz mülahizələrini təqdim edə bilməmişlər.
11. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il ## #### tarixli *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və “xxxx” MTKya qarşı “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı mülki iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
13. Kollegiya qeyd etmişdir ki, iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və “xxxx” MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması” tələbinə dair məhkəmənin icraatında olan mülki iş həll edilmədən hazırkı iş üzrə iddia tələbi olan “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə hüquqi qiymətin verilməsi mümkün olmadığından hazırkı iş üzrə icraat dayandırılmalıdır.
14. Daha sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2024-cü il ## ### tarixli *(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair *(***)- **/**** saylı mülki iş, onunla əlaqəli olan iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı “mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi”, habelə iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və “xxxx” MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması” tələblərinə dair *(***)- ****/**** nömrəli mülki işlə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilməsi qərara alınmışdır.
15. Həmin birləşmiş mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılan qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
16. Iddia tələbi belə əsaslandırılmışdır ki, satıcı İddiaçı və alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış ##.##.2023cü il tarixli alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış uydurma müqavilədir. Əsl niyyət isə MTK ilə əlbir olub mübahisəli mənzil üzərində onun mülkiyyət hüququnun qeydə alınmasına mane olmaqdır. Belə ki, həmin müqavilə 2023-cü ildən bağlanmasına və mənzil həmin tarixdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus olmasına baxmayaraq, yəni mənzilin İddiaçı artıq məxsus olmamasına baxmayaraq o, məhkəmə instansiyalarında mənzilin ona məxsus olmasını israrla bildirmişdir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə həmin mənzildə təmir-tikinti işlərinin aparılması İddiaçı və digərlərinə qadağan edilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mənzilin qapısının bağlı və möhürlü olmasına baxmayaraq, yəni mənzilə baxış keçirsə də aldığı vaxtdan qapısı bağlı möhürlü olan mənzilə baş çəkməyərək, ondan istifadə etmək niyyəti olmamışdır. Bütün bunlar göstərir ki, mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin mənzili almaq niyyəti olmamış və həmin müqavilə yalnız görünüş üçün bağlanmışdır. Odur ki, həmin müqavilə uydurma olduğundan etibarsız hesab edilməlidir.
Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı “mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair birləşdirilmiş iş üzrə icraat
17. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
18. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh1 MTK-nın #.##.2008-ci il tarixli protokolu və müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunan yüksək mərtəbəli binanın 3-cü giriş, 17-ci mərtəbəsində, 115,3 kv.m sahəsi olan ***B nömrəli mənzilə sahibdir. Mənzil üçün 75.000 manat ödəmişdir və 2023-cü ilin mart ayında təmir işlərinə başlamışdır. 2023-cü ilin aprel ayında cavabdeh cavabdeh2 mənzilin ona məxsus olduğunu iddia edərək, təmir işlərini dayandırmağı tələb etmişdir. Lakin MTK-nın sənədləri göstərir ki, cavabdeh2 payı binanın 2-ci girişində, 114 kv.m qeyri-yaşayış sahəsinə aiddir və iddiaçının mənzili ilə üst-üstə düşmür. Hesab edir ki, cavabdeh tərəfindən yaradılan maneələr iddiaçının qanuni mənzilindən istifadə hüququna müdaxilə təşkil edir və aradan qaldırılmalıdır.
19. Iddiaçı cavabdeh2 cavabdehlər cavabdeh1 MTK-ya və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh1 MTK arasında ##.##.2008-ci il tarixli müqavilə uydurma hesab olunur və əslində MTK-nın məqsədi ##.##.2008-ci il tarixli «xxxx» müqaviləyə əsasən mübahisəli sahənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına mane olmaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının 2-ci girişdə, 114 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı hüququ təsdiqlənmişdir. cavabdeh1 MTK apellyasiya şikayəti verərək, sahənin başqa şəxsin istifadəsində olduğunu göstərmişdir. Lakin 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəməyə ##.##.2023-cü il tarixli ərizəsində iddiaçının sahəsi ilə onun sahəsinin eyni olmadığını təsdiqləmişdir. Eyni zamanda, MTK tərəfindən təqdim edilmiş X2 sahə də iddiaçının sahəsi ilə üst-üstə düşmür. Faktiki olaraq, iddiaçının sahəsi əvvəldən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 istifadəsində olmuş, qapının açarı ona məxsus olmuşdur. Lakin may ayında iddiaçı cavabdeh1 MTK-nın köməkliyi ilə qapını dəyişdirərək təmir-tikinti işlərinə başlamışdır. Beləliklə, cavabdeh1 MTK iddiaçının qanuni sahəsinə maneə yaratmış və uydurma müqaviləyə əsaslanaraq onun mülkiyyət hüququnun qeydiyyatına qarşı çıxmışdır.
21. Daha sonra iddiaçı cavabdeh2 nümayəndəsi və vəkili vəkil6 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırkı iş üzrə keçirilmiş sonuncu məhkəmə iclası zamanı müəyyən olundu ki, cavabdeh İddiaçı mübahisəli sahə ilə bağlı məhkəmə mübahisəsinin davam etdiyi müddətdə, yəni ##.##.2023-cü il tarixdə həmin sahə üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Göstərilənlərə əsasən İddiaçı ilə cavabdeh1 MTK arasında bağlanmış ##.##.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, həmin müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16, ***B nömrəli (Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 20, M17, m6) mənzilin üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış (********** nömrəli qeydiyyatın və ************-*****-****** nömrəli reyestrin) qeydiyyatın ləğv edilməsinə, həmin mənzilin (sahənin) boşaldılaraq cavabdeh2 təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 MTK və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması” tələbinə dair mülki iş, icraatda olan iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı “mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki işlə bir icraatda birləşdirilmişdir.
23. Məhkəmə iclasında izahatı alınmış iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil3 izahatında göstərmişdir ki, keçən məhkəmə iclasında mübahisəli mənzilin cavabdeh2 tərəfindən satılması ilə bağlı sənədlər təqdim edilmişdir. Qarşı tərəf iddia etmişdir ki, mübahisəli mənzilin satılmasına onun razılığı olmamışdır. Lakin faktlar göstərir ki, cavabdeh2 binadakı digər mənzilləri də satılmış və bu mənzillərlə bağlı heç bir mübahisə yaranmamışdır, yəni mübahisəli mənzilin satılmasına da razılığı olmuşdur. Qeyd olunur ki, mənzillərin nömrələnməsi 2019-cu ildən başlamış olsa da, cavabdeh2 mənzillərinə dair təqdim edilmiş sənədlər göstərir ki, mənzillər daha əvvəl də nömrələnmişdir. Mübahisəli mənzil 2013-cü ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmış və 2014-cü ildə dəyəri tam ödənilmişdir. cavabdeh2 həmin mənzil üçün çıxarış alıb təhvil vermək öhdəliyi götürmüş, lakin 7-8 il ərzində heç bir tədbir görülməmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 binadakı digər mənzillərinin MTK daxilində satış prosedurunu bildiyindən, mübahisəli mənzilin satılması ilə bağlı razılığın mövcudluğu açıqdır. Hazırda mübahisəli mənzil hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətində və istifadəsindədir. Digər şəxslərin həmin mənzilə dair müqaviləsi isə MTK tərəfindən ləğv edilmiş və daha sonra müvafiq şəxslərə satılmışdır.
24. Məhkəmə iclasında izahatı alınmış iddiaçı cavabdeh2 nümayəndəsi və vəkili vəkil6 izahatında göstərmişdir ki, qarşı tərəf bildirir ki, cavabdeh2 bir neçə mənzili olub və onların satışında yazılı razılıq ərizəsi təqdim edilməyib. Onlar iddia edirlər ki, mübahisəli mənzilin satılmasına da razılığı olub. Lakin bu tezis qəbul edilmir, çünki cavabdeh2 MTKnın 5 təsisçisindən biri olduğuna görə hər bir satış və qərar yığıncaqlarında iştirak etməli idi, lakin bu barədə məlumatı yoxdur. Məhkəmədə qeyd olunub ki, 2008-ci ildə bağlanmış müqavilədə mənzilin nömrəsi göstərilib, lakin mənzillərin nömrələnməsi 2014-2015-ci illərdən sonra aparılıb. MTK tərəfindən təqdim edilmiş arayış da mənzillərdə nömrələrin sonradan dəyişdiyini göstərir. Qarşı tərəf iddia edir ki, niyə mənzillər özəlləşdirilməyib; lakin mənzillərə kütləvi çıxarış verilməsi yalnız 2019-cu ildən başlanıb. Iddiaçılar MTK-ya çıxarışın təqdim edilməsi üçün müraciət etmiş, lakin imtina olunmuşdur. Məhkəmə prosesində qarşı tərəf mübahisəli sahənin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 aid olduğunu, daha sonra isə X2 bildirmişdir. X1 sahənin iddiaçının sahəsi ilə eyni olmadığını, qonşu, yan-yana binaların sonuncu mərtəbəsində yerləşdiyini təsdiqləmişdir. İddiaçı isə həmin prosesdə adı çəkilməmişdir, əgər sahə ona satılsaydı bunu bildirərdilər. Həmçinin, iddiaçı 2008-ci ildə mənzili aldığını qeyd etsə də, heç bir hüquqi tədbir görməmişdir və mübahisəli mənzil 2014-cü ildən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 istifadəsində olmuşdur.
25. Məhkəmə iclasında izahatı alınmış mübahisəli predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında göstərmişdir ki, o, cavabdeh1 MTK-dan bir çox mənzil əldə etmişdir və uzun illərdir ki, həmin kooperativin sakinidir. O, həmin kooperativdən ilk mənzilini 2007-ci ildə əldə etmişdir. 2014-cü ildə isə cavabdeh2 ilə aralarında razılıq əldə olunmuş və hazırkı mübahisəli mənzilin ona verilməsi müqabilində tərəfindən ona 89.900 manat məbləğində pul ödənilmişdir. Həmin razılaşma notariat qaydada bağlanmışdır. Daha sonra o, cavabdeh1 MTK-ya çıxarışın əldə edilməsi üçün tələb olunan sənədlərlə bağlı müraciət etmişdir. Lakin bundan imtina edilmişdir. Daha sonra o, mübahisəli mənzilin kilidini qırmış və orada təmir işlərinə başlamışdır. O, bununla bağlı polisə müraciət etsə də, oradan ona bildirilmişdir ki, İddiaçı müqaviləsinə baxdıqda orada mübahisəli mənzilin yeni qaydalarla olan nömrəsinin qeyd edildiyi görünür. Ancaq kooperativdə olan mənzillərin yeni nömrələnməsi 2019-cu ildə edilmişdir. Əlavə olaraq bildirir ki, o, İddiaçı əvvəllər heç vaxt görməmişdir. Onu yalnız 2023-cü ildə görmüşdür.
26. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim – R.A.Xəlilov) ##.##.2024-cü il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı “mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddianın təmin edilməsi, iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m olan 3 otaqlı 240 B nömrəli mənzildən (Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsim rayonu, Ceyhun Səlimov küçəsi, 20, M17, m6) istifadə etməsi ilə bağlı maneələrin yaradılmasının cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qadağan edilməsi, iddiaçı cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər cavabdeh1 MTK-ya və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.
27. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı cavabdeh1 MTK ilə arasında bağlanmış ##.##.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa edilmiş yüksək mərtəbəli binanın 3-cü giriş, 17-ci mərtəbədə, 115,3 kv.m sahəsi olan ***B nömrəli mənzilə sahib olmuş və dəyəri tam ödənilmişdir. cavabdeh2 ilə cavabdeh1 MTK arasında ##.##.2008-ci il tarixli müqavilə əsasında 2-ci girişdə, 114 kv.m qeyri-yaşayış sahəsi ayrılmışdır.
28. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli sahələr fərqli ünvanlarda yerləşir və bir-birinə qarışmır. cavabdeh2 öz sahəsi ilə bağlı heç bir hüquqi mübahisə qaldırmamışdır. MTK tərəfindən təqdim edilmiş sənədlər göstərir ki, sahənin girişinin nömrəsi dəyişdirilmiş, lakin cavabdeh2 bu barədə məlumatlı olmuşdur.
29. Məhkəmə hesab etmişdir ki, İddiaçı mülkiyyət hüquqları əsaslıdır və onun 3cü giriş, 17-ci mərtəbədəki 115,3 kv.m-lik mənzildən istifadəsinə maneə yaratmaq qadağan edilməlidir. cavabdeh2 Qasımovla müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması ilə bağlı iddiaları sübuta yetirilmədiyi üçün təmin edilə bilməz.
30. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəlləsinin 152, 157, 324, 337 və 389-cu; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
31. Qətnamədən cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı iddia tələbinin təmin edilməməsini və özünün iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı ilə cavabdeh1 MTK arasında ##.##.2008-ci il tarixli müqavilə uydurma hesab olunur. MTK-nın məqsədi, ##.##.2008-ci il tarixli “xxxx” müqaviləyə əsasən İddiaçı mübahisəli sahə üzərində mülkiyyət hüququnun dövlət reyestrinə qeydiyyatına mane olmaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı 2-ci girişdə yerləşən 114 kv.m qeyriyaşayış sahəsi təqdim edilmiş, MTK-ya isə bu sahə ilə bağlı çıxarışın təqdim edilməsi öhdəliyi qoyulmuşdur. MTK apellyasiya şikayətində sahənin uzun müddət başqa şəxsin istifadəsində olduğunu göstərmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə ##.##.2014-cü il tarixli müqaviləni sübut kimi təqdim etmişdir. Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2023-cü il tarixli ərizəsində iddia etməyib ki, onunla mübahisə yoxdur və 2022-ci il qətnaməsi dəyişdirilməsin. MTK daha sonra X2 ilə ##.##.2007-ci il tarixli müqaviləni təqdim etmiş, lakin A.Əfəndiyev göstərmişdir ki, ona satılmış sahə iddiaçının sahəsi ilə eyni deyil, yalnız qonşu binaların yan-yana yerləşən mərtəbələrindədir. Faktiki olaraq, ##.##.2014-cü ildən sahə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 istifadəsində olub, qapının açarı ona məxsus idi. May ayında isə İddiaçı MTK-nın köməkliyi ilə qapını dəyişdirərək sahədə təmir işlərinə başlamışdır. MTK-nın üzvlükdən xaric edilməsi barədə ##.##.2008-ci il tarixli protokoldan çıxarış, cavabdeh2 sahənin satışı ilə razılığını və kooperativ üzvlüyündən çıxarılmasını təsdiqləyir. Əgər sahə cavabdeh2 razılığı ilə başqasına satılmış olsaydı, bu barədə ərizə və şəxs müəyyən edilərdi, lakin belə sənəd yoxdur.
33. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdeh2 və onun nümayəndəsi və vəkili vəkil6 izahatlarında bildirmişlər ki, birinci qətnamədən sonra mənzili cavabdeh2 verməmək üçün MTK İddiaçı adına arxa tarixə saxta müqavilə və arayış vermişdir. Bu hal birinci iş üzrə aparılmış məhkəmə araşdırmaları ilə də təsdiq olunur. Çünki birinci işdən MTK-nın verdiyi şikayətdə həmin mənzilin İddiaçı satılması barədə heç bir məlumat verilməmiş, eləcə də həmin iş üzrə aparılmış apellyasiya icraatı zamanı da MTK həmin mənzilin birinci dəfə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satıldığını, onların bu dəlilinin əsassızlığı müəyyən olunduqdan sonra isə həmin mənzilin A.Əfəndiyev adlı şəxsə satıldığına istinad etmiş, lakin A.Əfəndiyevanın mənzilinin də tamamilə başqa mənzil olduğu müəyyən olunduqdan sonra, həmin mənzilə dair İddiaçı adlı şəxslə, guya hələ 2008-ci ildə müqavilə bağlandığı MTK-nın yadına düşmüş və mənzilin onun qanuni sahibi cavabdeh2 verilməsini əngəlləmək üçün, tələmtələsik həmin mənzili formal olaraq İddiaçı adına sənədləşdirmişlər. Onların təqdim etdikləri bir çox başqa sübutlarla da həmin müqavilənin MTK-nın rəhbərliyi tərəfindən arxa tarixə saxtalaşdırıldığı təsdiq olunur ki, bu səbəbdən də həmin xüsusatla bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsinin də zəruri olduğunu bildirdi. Iddiaçı tərəf eyni zamanda da iddia etdikləri sahənin binanın hansı girişində yerləşməsi ilə bağlı da bildirdilər ki, ilkin mərhələdə binanın girişlərinin sıralanması soldan sağa olmuş, binanın istismara qəbulu zamanı isə həmin sıralama dəyişmiş, MTK-nın istinad etdiyi hal bununla bağlı olmuşdur. Hazırda onlar iddiaçıya məxsus sahə ilə İddiaçı, indi isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satılmış sahələrin eyni olmasını mübahisələndirmirlər.
34. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili vəkil5 birinci iş üzrə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ikinci iş üzrə cavabdeh cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, həmçinin iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılan qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə münasibətdə isə bu məsələnin həllini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmiş və qeyd etmişdir ki, həmin mübahisənin MTK-ya hər hansı əlaqəsi yoxdur, əlavə olaraq da cavabdeh2 iddia etdiyi sahə ilə onların İddiaçı satdıqları sahənin eyni sahə olduğunu göstərmişdir.
35. Məhkəmə kollegiyasının iclasında ikinci iş üzrə iddiaçı İddiaçı nümayəndəsi vəkili vəkil2 birinci iş üzrə MTK-nın apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ikinci iş üzrə cavabdeh cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş və əlavə olaraq da bildirmişdir ki, cavabdeh2 hazırkı mənzilə dair iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçı həmin mənzili qanuni əsaslarla əldə edib, sonradan da onu müvafiq qaydada qeydiyyata aldırmışdır. Həmin müqavilənin etibarsız sayılması üçün hər hansı əsas yoxdur və müqavilə tərəfləri onun həqiqiliyini təsdiq edirlər.
36. Məhkəmə kollegiyasının iclasında cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi və vəkili vəkil1 birinci iş üzrə apellyasiya şikayətinin təmin, ikinci iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılan qeydin ləğv edilməsi” tələbinin isə təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 reyestrdəki qeydə etimad edərək həmin mənzili satın almış, mənzilin qapısının bağlı və möhürlü olması barədə isə bildirmişdir ki, ona bu barədə bildirmişlər ki, bu, formal bir məsələdir, onun mənzilə baxış keçirib-keçirməməsinin hazırkı məsələnin həlli, yəni alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı təsiri yoxdur. Sonda cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hüquqlarının MM-in 140 və 148.2-ci maddəsinə əsasən qorunduğunu, onun vicdanlı əldə edən olduğunu bildirmişdir.
37. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ikinci iş üzrə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci iş üzrə cavabdeh MTKnın apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş və əlavə olaraq da bildirmişdir ki, o, həmin binanın tikildiyi ilkin vaxtlardan həmin binada mənzillər almış, onun hazırda binada iki mənzili var. Hazırda mübahisələndirilən mənzil cavabdeh2 məxsus olmuş, 2014-cü ildə həmin mənzili notariat qaydasında ilkin müqqaviləyə əsasən cavabdeh2 almış, razılaşmaya əsasən mənzilin qeydiyyatı üçün zəruri sənədləri cavabdeh2 ona təqdim etməli idi. Binanın sənədləşməsi başlandıqda- təxminən 2019-cu ildə o, cavabdeh2 müraciət edərək razılaşmalarına əsasən zəruri sənədləşmənin həyata keçirilməsini xahiş etmiş, bir müddət sonra cavabdeh2 ona bildirmişdir ki, MTK-nın rəhbərliyi (Akif) onunla ədavət aparır, ona hər hansı sənəd verməyəcəyini bildirib, belə olan halda o özü MTK-ya müraciət edərək zəruri sənədlərin təqdim edilməsini Akifdən xahiş etmiş, Akif həmin vaxt ona bildirmişdir ki, sənlik bir şey yoxdur, bizim Nizami ilə problemlərimiz var, ona görə də həmin mənzilin qeydiyyatına dair ona sənəd verə bilməyəcək, həmin söhbətlər əsnasında Akif həmin mənzilin Nizamiyə aid olmaması, mənzilin başqa şəxsə satılması barədə hər hansı bir məlumat verməmişdir.
38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və N.Ş.Cəfərov) 2025-ci il # ###### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 MTK-ya qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, həmin qətnamənin qismən, müqavilənin etibarsız hesab edilməsinin təmin edilməməsi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməklə, cavabdeh1 MTK ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16, ***B nömrəli (Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 20, M17, m 6) mənzil barəsində bağlanmış ##.##.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, qətnamənin onun apellyasiya şikayətinə əsasən, qalan mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılması, iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılan qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin isə təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, cavabdeh1 MTK-nın apellyasiya şikayətinin verilməsi üçün ödədiyi 50 (əlli) manatın əvəzinin cavabdeh2 alınaraq MTK-ya ödənilməsi, Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı cavabdeh2 apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun ona aid edilməsi, iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 MTK-dan 114 kv.m. sahəyə dair ##.##.2008-ci il tarixli müqaviləyə əsasən həmin binada və ya MTK-nın inşa etdiyi digər binalarda eyni sahədə mənzilin (yaxud fərqli sahəli olarsa, artıq olan hissədə əvəzi ödənilməklə daha böyük sahədə olan mənzil və ya qeyri-yaşayış sahəsnin) verilməsini, yaxud həmin sahənin bu günkü real bazar dəyərininin ödənilməsini ümumi qaydada tələb etmək hüququnun olmasının izah edilməsi qət edilmişdir.
39. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya icraatı zamanı işin mühüm halı kimi mübahisələndirilən mənzilin yerləşmə yerinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməsi barədə qərardadın icra edilməsi mümkün olmamışdır. Bununla belə, sonrakı araşdırmalar zamanı bu zərurət aradan qalxmış və məhkəmə iclasında tərəflər İddiaçı satılan 17-ci mərtəbədə yerləşən mənzilin və cavabdeh2 satılan qeyri-yaşayış sahəsinin eyni sahə olması ilə razılaşmış, bunu mübahisələndirməmişdir.
40. Mübahisəli mənzil ##.##.2008-ci il tarixində cavabdeh2 satılan vaxt Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olan 178.8-ci maddəsinin tələbinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (# ###### 2018-ci il tarixə qədər qüvvədə olan mətni).
41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
42. Bu isə öz növbəsində MM-in 178.8-ci maddəsinin həmin vaxt qüvvədə olmuş mətninin tələbinə əsasən qeyd edilən mənzilin dəyərinin ödənildiyi ##.##.2008-ci il tarixindən etibarən iddiaçının həmin mənzilə mülkiyyət hüququ əldə etdiyini, başqa sözlə isə, onun mülkiyyəti olduğunu şərtləndirir.
43. Bununla da müəyyən olunur ki, həmin mənzilə dair qeyd olunan tarixdən sonra MTK tərəfindən sərəncam verilməsi ilə bağlı bütün hüquqi hərəkətlər, o cümlədən də həmin mənzilə dair MTK-nın İddiaçı ilə ##.##.2008-ci il tarixdə mənzilin satılması barədə bağlanmış payçı müqaviləsi etibarsız olmuşdur. Çünki əmlaka dair sərəncam hüququ MMin 152.1-ci maddəsinə əsasən yalnız mülkiyyətçiyə məxsus olan hüquqdur. Artıq müəyyən edildiyi kimi, ##.##.2008-ci il tarixindən həmin mənzilin mülkiyyət hüququ iddiaçı cavabdeh2 məxsus olmuşdur.
44. Yuxarıda qeyd olunduğu kimi, həmin mənzil ##.##.2008-ci il tarixdən cavabdeh2 mülkiyyətində olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi cavabdeh2 razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi, demək ki, cavabdeh MTK ona məxsus olmayan əmlaka dair sərəncam vermişdir ki, bu da aşkar qanunsuz olmaqla, həmin mənzilə dair bağlanmış əqd lap başdan etibarsız olmuşdur.
45. MTK həmin mənzilə yalnız səlahiyyətli şəxs, yəni cavabdeh2 razılığı ilə sərəncam verə bilərdi. MM-in 358.1-ci maddəsinə görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Belə bir razılıq isə olmamışdır. MM-in 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, MTK-nın İddiaçı ilə ##.##.2008-ci il tarixdə bağladığı müqavilə onun mənzilə dair həmin vaxt sərəncam vermək səlahiyyəti olmadığı üçün etibarsız olmuşdur.
46. Iddia tələbinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydin ləğv edilməsi ilə bağlı müəyyən edilir ki, İddiaçı tərəfindən həmin mənzil ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satılmışdır. DƏDKR-in çıxarışından məlum olur ki, mənzil üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tam payla mülkiyyət hüququ 1123102579 qeydiyyat nömrəsi ilə ##.##.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
47. Göründüyü kimi, hazırda mənzil başqa şəxsin mülkiyyətində olmaqla, mənzilə dair onun mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı adına aparılan qeyd hazırda mövcud olmadığından, qeydin ləğv edilməsinə dair hissədə iddia tələbi təmin edilməməlidir.
48. Iddia tələbinin digər hissəsi mənzilin boşaldılması ilə bağlıdır. Mənzil hazırda başqa bir şəxsin - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətində olduğundan iddia tələbi həmin hissədə də təmin edilə bilmir.
49. Iddiaçı İddiaçı mənzildən istifadəyə dair maneələrin aradan qaldırılması ilə bağlı iddia tələbi üzə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə görə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.
50. Hazırda mənzilin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddiaçı tərəfindən satılması nəzərə alınmaqla və satıcı kimi İddiaçı Mülki Məcəllənin 572.1-ci maddəsinə görə, alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borclu olması baxımından onun mənzildən istifadəyə maneələrin yaradılmasının cavabdehlər cavabdeh2 və MTK-ya qadağan edilməsi barədə iddia tələbi verməyə subyektiv hüququ vardır. Odur ki, rayon məhkəməsi həmin hissədə iddia tələbini təmin etməklə mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti həmin hissədə təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda da qeyd edildiyi kimi, işə apellyasiya qaydasında baxılarkən mübahisələndirilən mənzilin başqa şəxsə - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satılması məlum olmuşdur. Bundan sonra iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılan qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
52. MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
54. Göründüyü kimi, MPM-də yeni tələbin irəli sürülməsi həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin tərəfdən asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslandırıldığı halda mümkündür. Hazırkı halda mənzilin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satılması məhz apellyasiya baxışında iddiaçıya məlum olmuşdur ki, odur ki, hazırkı tələbə baxılması MPM-in 372.2-ci maddəsinin təsiri altına düşdüyündən icraata qəbul edilərək həmin tələbə baxılması yolverilən hesab edilmişdir.
55. Iddiaçı həmin alqı-satqı müqaviləsini mübahisələndirmiş, onun həmin müqavilənin uydurma hesab edilməsi üçün iki əsas dəlili var: 52.1. müqavilə mübahisənin gedişində bağlanmış, İddiaçı mənzili satsa da, məhkəmə instansiyalarında mənzillə bağlı iddia tələbini israrla müdafiə etmiş və bu barədə məhkəmələrə məlumat verməmiş; 52.2. müvafiq qərardad ilə həmin mənzildə təmir-tikinti işlərinin aparılması İddiaçı və digərlərinə qadağan edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mənzilin qapısı bağlı və möhürlü olmasına baxmayaraq, yəni mənzilə baxış keçirmədən, baxış keçirsə də aldığı vaxtdan qapısı bağlı möhürlü olan mənzilə baş çəkməyərək, ondan istifadə etmək niyyəti olmamışdır.
56. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır və qeyd edir ki, həmin mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2023-cü il tarixli notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satılmış, mənzilin dəyəri olan pul vəsaiti isə bank vasitəsi ilə satıcıya tam olaraq ödənilmişdir. DƏDKR-in çıxarışından məlum olur ki, mənzil üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tam payla mülkiyyət hüququ 1123102579 qeydiyyat nömrəsi ilə ##.##.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
57. Iddiaçı İddiaçı həmin mənzili satmasına baxmayaraq, ona məxsus olmayan mənzillə bağlı iddiasını müdafiə etməsinin isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1la bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əhəmiyyəti yoxdur.
58. Məhkəmə kollegiyası mənzilə baxış keçirilməməsi barədə dəlillə bağlı bildirmişdir ki, Mülki Məcəllənin 646.1-ci maddəsinə görə, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
59. Hazırkı halda mübahisələndirilən müqavilə MM-in tələblərinə uyğun, notariat qaydada bağlanmışdır, alıcının mənzilə baxış keçirməməsi, yaxud bu müddət ərzində ondan istifadə etmək niyyətinin olmaması hazırkı müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
60. MM-in 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
61. Həmin mənzilə dair İddiaçı adına hüququ əldə edən şəxsin, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 xeyrinə reyestrdəki qeydin həqiqi hesab edilməsi yalnız iki halda istisna edilə bilər. O da bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallardır. İddiaçı adına olan qeydə dair reyestrə hər-hansı etiraz daxil edilməmişdir. Digər hal isə əldə edən şəxsin, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin qeydin qeyri-dəqiq olmasını bilməsi halıdır.
62. Göründüyü kimi, həmin normada məhz “bilməsi” halı qeyd olunmuş, “bilməli olması”, yəni kobud ehtiyatsızlıq nəzərdə tutulmamışdır. Hazırkı əqdin etibarsız hesab edilməsi üçün İddiaçı adına olan qeydin qeyri-dəqiq olmasını mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mütləq qaydada “bilməsi” sübuta yetirilməlidir.
63. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.
64. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il ## ####### tarixli Qərarı).
65. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı).
66. Qeyd edilənlərə əsasən, reyestrdə qeydə etimad edərək həmin mənzili ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hüququ qorunduğundan cavabdeh2 apellyasıya icraatı zamanı irəli sürdüyü yeni iddia tələbi təmin edilməməlidir.
67. Iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 MTK-ya qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iş üzrə qətnamədən MTK-nın şikayətini nəzərdən keçirən kollegiya qeyd edib ki, MTK-nın dəlilləri, yəni iddiaçının təsisçi kimi payının qarantı olaraq həmin müqavilənin bağlanması, iddiaçı cavabdeh2 şəxsi istəyi ilə ona ayrılmış paya görə binanın başqa hissələrindən sahələrin satılması və əvəzini də özünün götürməsi dəlilləri barədə MPM-in 77.1-ci maddəsinin tələbinə görə müvafiq sübutları təqdim etməli olduğu halda, hər hansı sübut təqdim etməmişdir. Odur ki, onun bu dəlilləri əsassızdır.
68. Iddiaçının 14 il sonra hazırkı iddia tələbini qaldırması ilə bağlı məhkəmə kollegiyası qeyd edib ki, mənzilə dair onunla bağlanmış və etibarlı olan həmin müqavilənin icrasını 14 il sonra tələb etməsi qanunla məhdudlaşdırılmır, bunun hər hansı hüquqi əhəmiyyəti yoxdur, odur ki, həmin dəlil də əsassızdır.
69. Bununla belə, məhkəmə kollegiyası qeyd edib ki, hazırkı işin halları baxımından “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddianın təmin edilməsi ilə iddiaçının arzu etdiyi məqsədə çatması hazırda mümkün deyil. Belə ki, mübahisəli mənzilin artıq üçüncü şəxsə satılması və onun hüquqlarının MM-in 140 və 148.2-ci maddəsinə əsasən qorunması nəticəsində, iddiaçı həmin sənədlər əsasında həmin mənzilə nə praktiki, nə də ki, nəzəri baxımdan öz mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilməyəcək, demək ki, iddiaçı öz güddüyü məqsədə nail ola bilməyəcəkdir. Məhz bu baxımdan MTK-nın şikayəti təmin edilməli, həmin qətnamə ləğv edilməklə, cavabdeh2 MTK -ya qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddia tələbi təmin edilməməlidir.
70. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır.
71. Bununla yanaşı məhkəmə kollegiyası bildirib ki, iddiaçı cavabdeh2 ilə MTK arasında həmin binanın 2-ci girişində yerləşən 114 kv.m. sahəyə dair ##.##.2008-ci il tarixli etibarlı müqavilə və həmin sahənin əvəzinin ödənilməsinə dair maliyyə arayışı mövcud olduğundan, iddiaçı cavabdeh MTK-dan həmin binada və ya MTK-nın inşa etdiyi başqa binada eyni sahədə mənzilin (yaxud fərqli sahəli olarsa artıq olan hissədə əvəzi ödənilməklə daha böyük sahədə olan mənzil və ya qeyri-yaşayış sahəsi) verilməsini, yaxud həmin sahənin bu günkü real bazar dəyərinin ödənilməsini ümumi qaydada tələb etmək hüququna malikdir.
72. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 148, 324, 337, 358, 452, 567, 572, 646-cı; Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 218.3, 372, 384 və 385-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair # #### 2023-cü il tarixli qərarına, istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətlərinin dəlilləri
73. cavabdeh2 (vəkil vəkil6) qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin qismən - Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022ci il tarixli qətnaməsinin ləğv edilməsi hissəsində; Nəsimi Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsinin “qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması” hissəsində; iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdə aparılan qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. 74.1. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 xeyrinə İddiaçı adına aparılmış reyestr qeydi yalnız iki halda etibarsız hesab oluna bilər: reyestrə etiraz daxil edildiyi halda və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qeydin qeyri-dəqiq olduğunu bilən halda. Hazırda reyestrə heç bir etiraz daxil edilməmişdir və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qeydin qeyri-dəqiq olduğunu bilməsi sübuta yetirilə bilməmişdir. MM-in 140-cı maddəsinə görə, yalnız "bilməsi" halları nəzərə alınır, kobud ehtiyatsızlıq isə kifayət deyil. Məhkəmə mübahisəsi 2023-cü ilin may ayında başlamışdır, yəni İddiaçı mülkiyyət hüququ reyestrdə qeydə alınmamışdan bir ay əvvəl. İddiaçı mənzilin qapısını sındırıb təmir işlərinə başlamış, buna görə cavabdeh2 ərizəsi əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli qərardadı ilə mənzildə təmir-tikinti işləri və istifadəsi qadağan edilmişdir. Qapı bağlanmış və möhürlənmişdir, bu da ekspertiza aparmaq üçün mənzilə baxışı qeyrimümkün etmişdir. Mənzil ##.##.2023-cü il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 alqı-satqı müqaviləsi ilə satılmışdır. Mübahisəli mənzil bağlı və möhürlü olduğundan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 baxış keçirmədən müqaviləni bağlamış, daha sonra da mənzildən istifadə etməmişdir. Bu halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 reyestrdə qeydin qeyri-dəqiq olmasını bilməməsi və onun xəbərdar olmaması mümkün deyil, çünki cavabdeh2 mövcud iddiası məlum idi. Apellyasiya məhkəməsi İddiaçı-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasındakı reyestr qeydini və alqı-satqı müqaviləsini nəzərə almamışdır. cavabdeh2 iddiası ilə bağlı ##.##.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi nəticəsində İddiaçı adına aparılmış reyestr qeydi ləğv edilməli idi, lakin məhkəmə bu məsələyə münasibət bildirməmişdir. Mülki Məcəllənin 140-cı maddəsi düzgün tətbiq edilməmiş və iş üzrə qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir.
74. Qətnamədən həmçinin cavabdeh1 MTK (vəkil vəkil4) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsini “Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin müqavilənin etibarsız hesab edilməsinin təmin edilməməsi hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə, cavabdeh1 MTK ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayon, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16, ***B nömrəli (Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu,Ceyhun Səlimov küçəsi, 20, M17, m 6) mənzil barəsində bağlanmış ##.##.2008ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin təmin olunmamasına, iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 MTK-dan 114 kv.m sahəyə dair ##.##.2008-ci il tarixli müqaviləyə əsasən həmin binada və ya MTKnın inşa etdiyi digər binalarda eyni sahədə mənzilin (yaxud fərqli sahəli olarsa, artıq olan hissədə əvəzi ödənilməklə daha böyük sahədə olan mənzil və ya qeyri-yaşayış sahəsnin) verilməsini, yaxud həmin sahənin bugünkü real bazar dəyərininin ödənilməsini ümumi qaydada tələb etmək hüququnun olmasının izah edilməsi hissəsində ləğv edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. 74.1. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi cavabdeh1 MTK-nın iddiasını əsaslı saymamışdır ki, cavabdeh2 ilə ##.##.2008-ci il tarixli müqavilə görüntü üçün bağlanmış və uydurma əqd deyil. MTK arqument gətirmişdir ki, cavabdeh2 MTK-da səsvermə hüququna malik beş təsisçi üzvdən biridir və onun payına uyğun sahələrə dair müqavilələr nizamnaməyə uyğun hazırlanmışdır. Digər oxşar müqavilələr (##.##.2006, ##.##.2006 tarixli) göstərir ki, cavabdeh2 ilə MTK arasında münasibətlər mənzil alqı-satqısından daha çox təsisçi payı və sərmayə ilə bağlı olmuşdur. ##.##.2008-ci il tarixli müqavilədən sonra, mənzil başqa şəxslərə özgəninkiləşdirilmiş və cavabdeh2 ##.##.2008-ci il tarixli protokola əsasən MTK-nın üzvlüyündən çıxarılmışdır. Bu, cavabdeh2 həmin mənzilə dair hüququnun sonradan bərpası üçün əsaslı olduğunu sübut etmir, əksinə, onun hüquqi statusunu MTK-da təsisçi olaraq artıq itirdiyini göstərir. cavabdeh2 2014-cü ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə notarial müqavilə bağlamışdır. Məqsəd isə əvvəlki sənədlərdən gizli istifadə etməklə mənzilə dair hüququ bərpa etmək olmuşdur. Burada sual yaranır ki, niyə ##.##.2015-ci ildən sonra nə cavabdeh2, nə də Şirinov mənzili tələb etməmişdir, halbuki mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 əvvəl də MTK ilə ##.##.2007-ci il tarixli müqavilə bağlamışdır. Görünür ki, cavabdeh2 mənzilin özgəninkiləşdirilməsini 2008-ci ildən bilmiş, 2014-cü ildə münasibətlər korlandıqda, özündə saxladığı müqavilə və maliyyə arayışından gizli istifadə etməklə, mənzilə olan hüquqlarını Şirinov vasitəsilə bərpa etməyə cəhd göstərmişdir. Bu, cavabdeh2 və Şirinovun maddi maraq güdərək MTK-ya qarşı uydurma və ya saxta əqdlərdən istifadə etdiyini göstərir. Apellyasiya məhkəməsi MTK-nın arqumentini kifayət qədər əsaslı saymamış, lakin faktiki halların dərin təhlili göstərir ki, cavabdeh2 mənzilin özgəninkiləşdirilməsindən xəbərdar olmuşdur. 2014-cü ildə məqsəd yalnız mənzil üzərində hüququ bərpa etmək olmuşdur. Bu hallardan MTK-ya qarşı iddiaların maddi maraq güdülməsi və saxta müqavilələrdən istifadə ehtimalı ortaya çıxmışdır.
b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
75. Kassasiya şikayətlərinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
76. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı;
77. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
78. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma.
79. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
80. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
81. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
82. Maddə 139. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
83. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
84. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
85. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.
86. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
87. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
88. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
89. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
90. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
91. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
92. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
93. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
94. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
95. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
96. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
97. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
98. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
99. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
100. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
101. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
102. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.
103. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
104. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
105. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
106. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
108. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
109. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
110. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
111. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
112. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
113. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
114. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
115. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
Kassasiya baxışının hədləri:
116. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
117. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
118. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası iş materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi qismən - iddiaçı cavabdeh2 MTK-ya qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinin təmin edilməməsi; iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və MTK-ya qarşı “mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiasının təmin olunması; iddiaçı cavabdeh2 İddiaçı qarşı “##.##.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayon, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16, ***B nömrəli (Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 20, M17, m6) mənzilin üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin mənzilin boşaldılaraq cavabdeh2 təhvil verilməsi” tələbinin rədd olunması; iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilə əsasında mənzilin üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” barədə iddia tələbinin təmin edilməməsi; iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 MTK-dan 114 kv.m. sahəyə dair ##.##.2008-ci il tarixli müqaviləyə əsasən həmin binada və ya MTK-nın inşa etdiyi digər binalarda eyni sahədə mənzilin verilməsini, yaxud həmin sahənin bugünkü real bazar dəyərinin ödənilməsini ümumi qaydada tələb etmək hüququ olmasının izah edilməsi; məhkəmə xərclərinin həlli hissələrində ləğv edilib yenidən baxılması üçün göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıır.
119. Kollegiya aşağıdakı əsaslara görə belə nəticəyə gəlir.
120. Iş materiallarından müəyyən olunur ki, cavabdeh2 ilə cavabdeh1 MTK arasında ## ###### 2008-ci il tarixdə “xxxx” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllədə inşa edilən binada yerləşən 114 kv.m sahə cavabdeh2 ayrılmış, sonuncu isə həmin sahənin dəyərini tam ödəmişdir. Bu hal iş materiallarında olan maliyyə arayışları və tərəflərin izahatları ilə təsdiq olunur.
121. Həmçinin İddiaçı ilə cavabdeh1 MTK arasında ##.##.2008-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m olan 3 otaqlı 240 B nömrəli mənzilinə dair müqavilə bağlanmışdır.
122. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sonradan İddiaçı satılmış ***B nömrəli mənzil ilə cavabdeh2 ayrılmış sahə eyni əmlakdır və tərəflər də bu halı mübahisələndirməmişlər.
123. ## ###### 2008-ci il tarixli müqaviləyə əsasən cavabdeh2 məxsus olan 114 kv.m qeyri-yaşayış sahəsi olan mənzillə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın cavabdeh2 təqdim edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi olduğu və məhkəmə çəkişməsi davam etdiyi halda, MTK qeyd olunan mənzilə daha sonra bağlanmış müqavilə əsasında İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmuş, bu barədə məhkəmələrə bildirməmiş, İddiaçı mənzilə hüququnu daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü ildə qeydiyyata aldırdıqdan 11 gün sonra – ##.##.2023-cü ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satmış, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
124. Baxılan işin düzgün həlli aşağıdakı hallar üzrə aydın hüquqi mövqeyin müəyyən olunmasını tələb edir: cavabdeh2la MTK arasında bağlanmış ##.##.2008-ci il tarixli müqaviləsinin hüquqi nəticəsi; həmin sahənin sonradan İddiaçı satılmasının hüquqi qüvvəsi; İddiaçı əldə etdiyi çıxarışın hüquqi taleyi; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 vicdanlı əldə edən hesab olunub-olunmaması; Daşınmaz əmlakın dövlət reyestrinə etimad prinsipinin hədləri; MTK-nın davranışının hüquqdan sui-istifadə təşkil edib-etməməsi.
125. Apellyasiya məhkəməsi eyni zamanda düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən kooperativ üzvü və ya pay yığımına hüququ olan digər şəxs kooperativ tərəfindən verilmiş mənzil və ya digər qurğu üçün pay haqqını tam ödədikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir.
126. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, kooperativ üzvü və ya pay yığımına hüququ olan digər şəxs pay haqqını tam ödədiyi andan həmin əmlaka sahiblik və istifadə hüququ əldə edir, dövlət qeydiyyatı isə sərəncam hüququnun realizəsi üçün zəruri elementdir.
127. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmiş hallardan görünür ki, mübahisəli əmlak üzərində ilkin hüquq cavabdeh2 yaranmış, cavabdeh1 MTK isə həmin tarixdən sonra artıq həmin əmlak üzərində sərəncam vermək səlahiyyətini itirmişdir.
128. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 2008-ci il # ###### tarixli müqavilənin etibarsız olması barədə nəticəsi ilə razılaşır.
129. Lakin apellyasiya instansiyası məhkəməsi bundan sonra həmin etibarsız əqd əsasında aparılmış dövlət qeydiyyatının hüquqi nəticələrini və sonrakı özgəninkiləşdirmənin hüquqi taleyini qiymətləndirərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
130. Belə ki, məhkəmə bir tərəfdən İddiaçı əmlakı hüquqi əsas olmadan əldə etdiyini və MTK-nın özgəsinə məxsus əmlaka dair sərəncam verdiyini müəyyən etdiyi halda, digər tərəfdən həmin şəxs tərəfindən sonradan bağlanmış alqı-satqı müqaviləsini və onun əsasında aparılmış dövlət qeydiyyatını yalnız dövlət reyestrində qeydin mövcudluğu əsası ilə hüquqi müdafiəyə layiq hesab etmişdir.
131. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi prezumpsiyası mövcuddur. Lakin həmin norma reyestr qeydiyyatına mütləq və qeyri-məhdud üstünlük vermir. Başqa sözlə bu prezumpsiya mütləq deyil, vicdanlı əldə edən müdafiəsi avtomatik mexanizm olmayıb, işin konkret halları araşdırılmaqla, əldə edənin davranışı, məlumatlılığı, əlaqəliliyi əsasında qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də dövlət reyestrinə etimad prinsipi tətbiq edilərkən əldə edənin vicdanlılığı konkret işin bütün halları əsasında qiymətləndirilməli, onun əmlakın hüquqi vəziyyəti barədə məlumatlı olubolmaması,
132. davranışının adi diqqətlilik və ehtiyatlılıq meyarlarına uyğunluğu araşdırılmalıdır.
133. Apellyasiya instansiyası məhkəməsi isə vicdanlı əldə etmə institutunu formal tətbiq etməklə kifayətlənmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən aşağıdakı hallara lazımi hüquqi qiymət verməmişdir: - mübahisəli mənzilə dair məhkəmə mübahisəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Şəkərəli oğlu tərəfindən əmlak əldə edilməzdən əvvəl başlanmış olması; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2023-cü il ## ### tarixli qərardadı ilə mənzildə təmir-tikinti işlərinin və istifadənin qadağan edilməsi; - mənzilin möhürlənmiş və bağlı vəziyyətdə olması; - mənzilin faktiki istifadəsinin və açarlarının üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 olması; - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Şəkərəli oğlunun mənzilə faktiki baxış keçirmədən və onun hüquqi vəziyyətini araşdırmadan alqı-satqı müqaviləsi bağlaması; - MTK tərəfindən müxtəlif mərhələlərdə həmin əmlakın müxtəlif şəxslərə satılması barədə bir-birini təkzib edən izahatların verilməsi; - cavabdeh2 hüquqlarının tanınmasına dair ## ##### 2022-ci il tarixli məhkəmə qətnaməsinin mövcudluğu.
134. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan hallar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Şəkərəli oğlunun vicdanlı əldə edən hesab olunub-olunmaması məsələsinin hərtərəfli araşdırılmasını tələb etdiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin halları formal qiymətləndirmiş, vicdanlılıq meyarını yalnız reyestr qeydinin mövcudluğu ilə əlaqələndirmişdir.
135. Halbuki, Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə” ## ####### 2004-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə vicdanlı əldə edən institutu hüquq dövriyyəsinin sabitliyinə xidmət etsə də, bu institut qanunsuz özgəninkiləşdirmənin nəticələrinin avtomatik legitimləşdirilməsi vasitəsi kimi çıxış edə bilməz.
136. Həmçinin xüsusilə nəzərə alınmalıdır ki, əgər İddiaçı əldə etməsi başlanğıcdan hüquqi əsasdan məhrum idisə, onda sonrakı qeydiyyatın legitimliyi ayrıca və çox ciddi araşdırılmalı idi. Çünki, heç kəs malik olmadığı hüququ başqasına verə bilməz.
137. Apellyasiya instansiyası məhkəməsi həmçinin İddiaçı müqaviləsinin etibarsız olduğunu müəyyən etdiyi halda, onun “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” barədə iddiasını təmin etməklə daxili ziddiyyətə yol vermişdir.
138. Belə ki, etibarsız əqd şəxsdə həmin əmlaka dair hüquqi əsas yaratmır. İddiaçı müqaviləsinin etibarsız hesab edilməsi şəraitində onun mübahisəli əmlakdan istifadəyə dair müdafiə edilən subyektiv hüququnun mövcudluğu ayrıca əsaslandırılmamışdır.
139. Məhkəmənin bu hissədə Mülki Məcəllənin 572.1-ci maddəsinə istinad etməsi də düzgün olmamışdır. Həmin norma satıcının alıcı qarşısında məsuliyyətini müəyyən edir və alıcıda əmlaka dair müstəqil əşya hüququ yaratmır.
140. Kollegiya həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh2 “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın təqdim edilməsi” barədə tələbini rədd edərkən də düzgün nəticəyə gəlməmişdir.
141. Belə ki, məhkəmə həmin sənədin təqdim edilməsinin artıq hüquqi nəticə doğurmayacağını əsas götürmüşdür. Halbuki iddia hüququnun mövcudluğu, onun son nəticədə praktiki faydalılığı ilə müəyyən edilmir. Əgər MTK-nın həmin sənədi təqdim etmək öhdəliyi mövcuddursa, sonradan yaranmış mübahisəli vəziyyət həmin öhdəliyin aradan qalxmasına səbəb ola bilməz.
142. Əks yanaşma borclunun öz qanunsuz davranışı nəticəsində öhdəlikdən azad olunmasına gətirib çıxarardı ki, bu da mülki hüququn vicdanlılıq və ədalət prinsiplərinə ziddir.
143. Bundan əlavə, iş materiallarından görünür ki, cavabdeh2 hüquqlarının tanınmasına dair məhkəmə qətnaməsi mövcud olduğu halda, MTK həmin əmlaka dair sənədləri İddiaçı təqdim etmiş, nəticədə sonuncu əmlaka dair hüquqlarını dövlət reyestrində qeydə aldırmışdır.
144. Apellyasiya instansiyası məhkəməsi bu davranışın hüquqdan sui-istifadə və vicdansız davranış təşkil edib-etməməsi məsələsini də araşdırmamışdır.
145. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin iştirakçıları öz hüquqlarını vicdanla həyata keçirməli və hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
146. Hazırkı iş üzrə isə MTK-nın davranışında əvvəlki hüquq sahibinin hüquqlarının həyata keçirilməsinin qarşısını almağa yönəlmiş ardıcıl hərəkətlərin mövcudluğu barədə dəlillər mövcuddur və həmin hallar məhkəmə tərəfindən tam araşdırılmalıdır.
147. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mühüm halları üzrə sübutları tam və obyektiv qiymətləndirməmiş, vicdanlı əldə etmə institutunu formal tətbiq etmiş, MM-in 140, 148.2, 337, 358 və 5-ci maddələrini qarşılıqlı əlaqədə düzgün tətbiq etməmiş, qətnamədə bir-biri ilə uzlaşmayan hüquqi nəticələrə gəlmişdir.
148. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
149. Konstitusiyanın qeyd edilən normaları məhkəmələrdə işlərə baxılarkən prosessual qaydalara dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.
150. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
151. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
152. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
153. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə ## ###### 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə # ###### 1994-cü il tarixli qərar).
154. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
155. Avropa Məhkəməsinin Kraska Isveçrəyə qarşı iş üzrə ## ##### 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.
156. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-in tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün göndərilməlidir.
157. Yuxarıda qeyd olunan pozuntular iş üzrə düzgün və qanuni məhkəmə aktının qəbul edilməsinə mane olduğundan qətnamə yuxarıda göstərilən hissələrdə ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
158. Işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi: - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Şəkərəli oğlunun vicdanlı əldə edən olub-olmaması məsələsini işin bütün faktiki halları əsasında araşdırmalı; - dövlət reyestrinə etimad prinsipini formal deyil, maddi vicdanlılıq meyarları baxımından qiymətləndirməli; - MTK-nın davranışına hüquqdan sui-istifadə kontekstində hüquqi qiymət verməli; - İddiaçı müqaviləsinin etibarsız hesab edilməsinin digər tələblərə hüquqi təsirini müəyyən etməli; - tərəflərin bütün dəlillərinə tam və əsaslandırılmış münasibət bildirməli, yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
159. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq
Qərara aldı:
cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi qismən: - Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinin ləğv edilib iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 Mənzil-Tikinti Kooperativinə qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinin təmin edilməməsi; - iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 Mənzil-Tikinti Kooperativinə qarşı “mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiasının təmin olunması; - iddiaçı cavabdeh2 İddiaçı qarşı “cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış ##.##.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayon, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16, ***B nömrəli (Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 20, M17, m6) mənzilin üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış (********** nömrəli qeydiyyatın və ************-*****-****** nömrəli reyestrin) qeydiyyatın ləğv edilməsi, həmin mənzilin (sahənin) boşaldılaraq cavabdeh2 təhvil verilməsi” tələbinin rədd olunması; - iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı “##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayon, Ceyhun Səlimov küçəsi, 3004-cü məhəllə, ev 16, ***B nömrəli (Yeni qaydalarla: AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 20,M17,m6) mənzilin üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Şəkərəli oğlunun adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış (********** nömrəli qeydiyyatın və ************-*****-****** nömrəli reyestrin) qeydiyyatın ləğv edilməsi” barədə iddia tələbinin təmin edilməməsi; - “iddiaçı cavabdeh2 cavabdeh cavabdeh1 MTK-dan 114 kv.m. sahəyə dair ##.##.2008-ci il tarixli müqaviləyə əsasən həmin binada və ya MTK-nın inşa etdiyi digər binalarda eyni sahədə mənzilin (yaxud fərqli sahəli olarsa, artıq olan hissədə əvəzi ödənilməklə daha böyük sahədə olan mənzil və ya qeyri-yaşayış sahəsnin) verilməsini, yaxud həmin sahənin bugünkü real bazar dəyərinin ödənilməsini ümumi qaydada tələb etmək hüququ olmasının izah edilməsi”; - “Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, cavabdeh1 MTK-nın apellyasiya şikayəti verilməsi üçün ödədiyi 50 manatın əvəzinin cavabdeh2 alınaraq MTK-ya ödənilməsi, Nəsimi Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumunun ona aid edilməsi” hissələrində ləğv edilsin və ləğv olunan hissələrdə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.