Məhkəmə qərarları › İş №2(1-8)-275/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-275/2026

17.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-275/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC və cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC, “X3 Bankı” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri, mənzillərin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC və cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC, “X3 Bankı” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə) “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Payçı İddiaçı ilə “xxxx” MMC arasında aşağıda göstərilən “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilələr bağlanmışdır: a. Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A. Məhərrəmov küçəsi 4-də tikiləcək “xxxx” MMC-yə məxsus binanın 7-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi satış sahəsi 132.60 kv.m olan ** nömrəli mənzilin 132.600 manata payçıya verilməsi barədə ##.##.2008-ci il tarixli *** nömrəli müqavilə; b. Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4-də tikiləcək “xxxx” MMC-yə məxsus binanın 7-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi satış sahəsi 132.60 kv.m olan ** nömrəli mənzilin 132.600 manata payçıya verilməsi barədə ##.##.2008-ci il tarixli *** nömrəli müqavilə; c. Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4-də tikiləcək “xxxx” MMC-yə məxsus binanın 7-ci mərtəbəsində 2 otaqdan ibarət, ümumi satış sahəsi 114.60 kv.m olan ** nömrəli mənzilin 114.600 manata payçıya verilməsi barədə ##.##.2008-ci il tarixli *** nömrəli müqavilə; d. Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4-də tikiləcək “xxxx” MMC-yə məxsus binanın 8-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi satış sahəsi 132.60 kv.m olan ** nömrəli mənzilin 132.600 manata payçıya verilməsi barədə ##.##.2008-ci il tarixli *** nömrəli müqavilə; q. Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4-də tikiləcək “xxxx” MMC-yə məxsus binanın 8-ci mərtəbəsində 2 otaqdan ibarət, ümumi satış sahəsi 93.10 kv.m olan ** nömrəli mənzilin 93100 manata payçıya verilməsi barədə ##.##.2008-ci il tarixli *** nömrəli müqavilə.

2. Bağlanmış hər bir müqavilədə, mənzillərin razılaşdırılmış dəyərinin payçı İddiaçı tərəfindən tam ödənildiyi qeyd olunub.

3. “xxxx” MMC tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş maliyyə arayışında göstərilib ki, “xxxx” MMC şirkəti ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ona satılmış Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi 4, 3014-cü məhəllədə tikiləcək binanın Qərb blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillərin ümumi sahəsi 225.70 kv.m olan yaşayış sahəsinin dəyəri “xxxx” MMC şirkətinə tam ödənilmiş və bu günə borcu mövcud deyildir.

4. “xxxx” MMC tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən, “xxxx” MMC şirkəti ilə İddiaçı arasında bağlanmış müqavilə ilə ona satılmış ünvan 4, 3014-cü məhəllədə tikiləcək binanın Qərb blokunun 7-ci mərtəbəsində 2 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillərin ümumi sahəsi 379.80 kv.m olan yaşayış sahəsinin dəyəri “xxxx” MMC şirkətinə tam ödənilmiş və bu günə borcu mövcud deyildir.

5. “xxxx” MMC ilə alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC arasında ##.##.2014-cü il tarixdə bağlanmış müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən, satıcı ona məxsus olan 100 faiz həcmində 200 payını alıcıya 200 manat satmışdır. Satıcı həmin müəssisə ilə bağlı müqavilə bağlandığı tarixədək olan öhdəlikləri və cavabdehliyi öz üzərinə götürür, həmçinin müəssisədəki möhür və ştampı, dövlət qeydiyyatı haqqında şəhadətnaməni, nizamnamələrini və cəmiyyətə aid digər sənədləri, payını alıcıya verir və alan tərəf bunları qəbul edir.

6. Ipoteka qoyan-borc alan “xxxx” MMC ilə ilə ipoteka saxlayan “X3 Bankı” arasında ##.##.2017-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını ## ###### 2009-cu il tarixli, ***/M/AZE** saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Ipoteka predmeti: ünvan 3 ünvanında, mülkiyyətində olan 0.4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli, 2 girişli yaşayış binası tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2017-ci il tarixdə “xxxx” MMC adından cavabdeh2 verilmiş 008013000889-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, tam mülkiyyət üzrə 58116.3 kv.m olan, 24 mərtəbəli 2 girişli yaşayış binası və mülkiyyətində olan 0.4358 ha torpaq sahəsi. Ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 4*****00 manat məbləğində müəyyən edilmişdir. Ipoteka qoyan bəyan edir ki, ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud deyil.

7. Bakı şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2018-ci il tarixli sərəncama əsasən “xxxx.” MMC-yə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3014-cü məhəllədə özəlləşdirilmiş 2918,3 kv.m sahədə bir girişli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş, ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi “xxxx.” MMC tərəfindən həll edilməsi nəzərdə tutulmuşdur.

8. ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2018-ci il tarixdə verilmiş RX-******** saylı çıxarışa görə “xxxx.” MMC-nin 0.4358 ha, 58116.3 kv.m ölçülü Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 22, 22 A çoxmərtəbəli yaşayış binası “X3 Bankı”nın xeyrinə yüklü edilmişdir.

9. DƏDRX tərəfindən “xxxx.” MMC-yə ünvanlanmış ##.##.2020-ci il tarixli məktubda göstərilmişdir ki, əvvəlki ünvanı ünvan 1 "4" olan çoxmərtəbəli yaşayış binasına Azərbaycan Respublikası Prezidentinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli, *** nömrəli Fərmanına uyğun olaraq ünvan 6 ünvan nömrəsi təyin edilmişdir.

10. Bakı şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2018-ci il tarixli sərəncamla “xxxx.” MMC-yə Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, 3014-cü məhəllədə özəlləşdirilmiş 2918,3 kv.m sahədə bir girişli yaşayış binasının tikintisinin layihələndirilməsinə həmin MMC-yə icazə verilməsi, ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi “xxxx.” MMC tərəfindən həll edilməsi nəzərdə tutulmuşdur.

11. Baki şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən ##.##.2009-cu il tarixdə «xxxx.» MMC-nin direktoru cavabdeh2 ünvanlanmış məktuba əsasən, Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2008-ci il tarixli, ** saylı, ##.##.2008-ci il tarixli, *** saylı sərəncamları, ***** saylı inşaat pasportu, ##.##.2008-ci il tarixli, **/**-*** saylı məktubu və “Dövlət baş ekspertiza”sının ##.##.2009-cu il tarixli, *****/*****/**** saylı rəyi əsasında hazırlanmış Nəsimi rayonu, A.Məhərrəmov küç. 3014-cü məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binasının təqdim olunmuş yeni işçi layihəsinə baxılaraq (2 girişli 24 mərtəbəli + texmərtəbə, 1-ci mərtəbəsi - ticarət təyinatlı qeyri-yaşayış sahəsi, 2-ci, 3-cü və 4-cti mərtəbələri - ofis təyinatlı qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbələri: -6.60 m və -3.20 m səviyyələrində yeraltı avtodayanacaq; «xxxx» MTK-nin işı, memar S. Moinzadə) onun memarlıq hissəsi razılaşdırılır. Qeyd: Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2008-ci il tarixli **/**-*** saylı məktubu öz qüvvəsini itirmiş hesab olunur. Layihə sənədləri tam həcmdə Bakı Şəhər Tikintiyə icazə və Qeydiyyat Müfəttişliyində qeydiyyatdan keçməlidir. Obyektin xarici mühəndis xətlərinin inşa işləri əlaqədar təşkilatlarla razılaşdırılmış layihə sənədləri əsasında, onların nümayəndələrinin iştirakı və nəzarəti ilə aparılmalıdır. Mühəndis xətlərinin tikintisi başa çaldıqdan sonra icra cizgiləri Memarlıq və Şəhərsalma Baş Idarəsinə təqdim olunmalıdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “arasında bağlanmış “kooperativ binada mənzil tikintisi haqqında” ##.##.2008-ci il tarixli, 013, 014, *** nömrəli, ##.##.2008-ci il tarixli 016 və *** nömrəli müqavilələrə əsasən cavabdeh “xxxx.” MMC tərəfindən ünvan 2-də tikilmiş çoxmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən, sahəsi 132,6 kv.m. 3 otaqlı ** nömrəli, sahəsi 132,6 kv.m. 3 otaqlı ** nömrəli, sahəsi 114,6 kv.m. 2 otaqlı ** nömrəli, binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 132,6 kv.m. üç otaqlı ** nömrəli və sahəsi 93,1 kv.m. 2 otaqlı ** nömrəli mənzillərin, ümumilikdə 605,5 kv.m. yaşayış sahəsinin iddiaçı X6 verilməsi, həmçinin hüquqi xidmət və məhkəmə xərci olaraq cəmi 500 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Iddia tələbi yuxarıda qeyd olunan “Kooperativ binada mənzil tikintisi haqqında” ##.##.2008-ci il tarixdə bağlanmış 013, 014 və *** nömrəli, ##.##.2008-ci il tarixdə bağlanmış 016 və *** nömrəli müqavilələrə, habelə ##.##.2008-ci və ##.##.2008-ci il tarixli maliyyə arayışlarına istinad edilməklə onunla əsaslandırılıb ki, qeyd olunan əmlaklara mülkiyyət hüququnu əldə etmiş olur. Cavabdeh binanın inşasını həyata keçirmiş, müqavilədə adı çəkilən mənzillərin yerləşdiyi mərtəbələri inşa etmiş, lakin ödənişə qarşılıq müqavilədə nəzərdə tutulmuş mənzillərin iddiaçıya təhvilini təmin etmir, bununla da mənzillərin verilməsi ilə bağlı müqavilə öhdəliyini yerinə yetirmir. Cavabdeh məsələni qarşılıqlı razılaşma əsasında həll etməkdən yayındığından, yaranmış mübahisənin məhkəmə qaydasında həlli üçün iddiaçı istifadə etdiyi hüquqi xidmətə görə (o cümlədən mediasiya xidməti, iddianın hazırlanması, vəkil xidməti haqqı, dövlət rüsumu və s.) 500 manat əlavə xərc çəkməsinə səbəb olmuşdur.

14. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, 2008-ci ildə cavabdeh2lə danışaraq ona pul ödəmişdir. 2008-ci ilin fevral ayının 22-də 379.800 manat pul ödəməklə müqavilə bağlamış, iki 3 otaqlı və bir 2 otaqlı mənzil almışdır. Daha sonra 2008-ci ilin noyabr ayının 20-də 2 mənzil yenə almışdır. Həmin bu mənzillərin qarşılığında 225.000 manat pul ödəmişdir. Müqavilə bağlamamışdan öncə mənzillərə baxış keçirmişdir. Mənzillər 7-ci mərtəbədə yerləşmişdir. Mənzillər hələ tam tikilməmişdi. Ona demişlər ki, bu bina zəlzələyə davamlı və Bakıda yerləşən ən yüksək səviyyəli binadır. Daha sonra ona Bakı şəhəri Icra Hakimiyyəti ilə razılaşdırılmış sənədlərinin, layihələrin olduğunu bildiriblər. Pulu şəxsən cavabdeh2 özü vermiş, ətrafda heç kim olmamışdır. Binada ən son dəyişiklik 2019-cu ildə olub, ondan sonra heç bir tikinti işləri aparılmayıb. Ümumi yığıncağın qərarını ona təqdim etməyiblər. Maliyyə arayışı ona 2008-ci ildə verilib. Arayışda yazılıb ki, məbləğ tam ödənilmişdir. Onun bu qədər il gözləməsinə səbəb, həm aralarında mövcud olmuş münasibətlər, həm də Vaqifin artıq bir binanı satması olmuşdur. O, binanı araşdırmış və bina ilə bağlı heç bir problemin çıxmadığı müəyyən edilmişdir. Vaqifin sözünə inanmışdır.

15. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin nümayəndəsi X4 iddianın rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, onlar tikintiyə icazə verilməsi ilə bağlı sənədləri təqdim etmişlər. 2008-ci ildə bağlanan müqavilələr, predmeti olan mənzillər, planlar və icazələr müqavilələrdən sonrakı dövrə aiddir. Binanın inşa edilməsinə 2011-ci ildə başlanılmışdır. Maliyyə arayışlarının saxta olmasını sübut edən faktlar vardır. 2010-cu ilin yanvar ayında “xxxx.” MMC-nin blankı dəyişmişdir. Həmin blank dəyişməzdən öncə MMC tərəfindən müxtəlif orqanlara məktublar yazılmışdır. Sənədlərdən aydın görünür ki, blank yeni blankdır. 2010-cu ilin blankı 2008-ci ildə ola bilməz. Buradan da aydın olur ki, həmin maliyyə arayışları saxta sənədlərdir və iddiaçı bu saxta sənədlərdən istifadə edir. Müqavilələrə baxanda görmək olur ki, 1 tərəf şirkət, digər tərəf payçıdır. Iddiaçının payçı kimi qəbul olunma şərtləri nizamnaməyə uyğun olmalıdır. Şəxs əgər üzvlüyə qəbul olunursa, ona pay haqqı verilməlidir. Bu barədə heç bir sənəd və sübut təqdim olunmamışdır. Sonra həmin şəxs üzvlüyə qəbul olunması barədə kitabça verilir. Bu hal da mülki işin materiallarında öz əksini tapmamışdır. Ən əsası, İddiaçı payçı olması barədə yığıncağın qərarı yoxdur. Bu halda həmin müqavilə etibarsız əqd sayılmalıdır. Həmçinin hesab edir ki, iş üzrə iddia müddəti ötürülmüşdür. Iddiaçı hər gün o obyektə gedib gəlmişdir. Iddiaçı əvvəldən ipoteka müqaviləsini bilirdi. cavabdeh2lə iddiaçının daima mübahisələri olub. Maraqlıdır ki, həmin mübahisələrdə müqavilələr barədə aralarında heç bir söhbət olmamışdır. Ancaq pul verib, pul almışdır. cavabdeh2 deyirdi ki, iddiaçıdan pul alıb, qaytarmaq lazımdır. Maliyyə arayışı özü-özlüyündə etibarsız sənəddir. O, bütün sübutlarını məhkəməyə təqdim etmişdir. Rəfail az öncə izahatında da bildirib ki, maliyyə arayışını 2008-ci ildə almışdır. O sənəd 2008-ci ildə ola bilməzdi. Çünki blank dəyişilmişdi. Iddiaçı 14 il ərzində sənədləri “xxxx.” MMC-dən ala bilməyib, bununla bağlı pretenziya da verməyib. O, özü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin təsisçisidir, müqaviləyə baxıb görür ki, MMC müqavilə imzalayıb. Sədr cavabdeh2 göstərilib. Vaqif “xxxx.” MMC-də həm təsisçi, həm də direktor olub. Sədr təsisçi ola bilməz. MMC-də ümumiyyətlə sədr olmur, MTK-da olur. Yəni müqavilədən görünür ki, müqavilə formal yazılıb. Müqavilədən görünür ki, İddiaçı payçıdır. Payçı o deməkdir ki, MMC-yə pay qoyub. “xxxx.” MMC-nin payçısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-dir, başqa payçı yoxdur. O, müqavilələrdə alıcı görmür, payçı görür.

16. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin nümayəndəsi iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının ##.##.2008-ci il və ##.##.2008-ci il tarixli alğı-satqı müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi və mənzillərin 5 gün müddətində ona təhvil verilməsi ilə bağlı iddiaçı tərəfindən imzalanmış yeganə pretenziya məktubu onun nümayəndəsi və vəkili Fikrət Səfərov tərəfindən onlayn kargüzarlıq vasitəsilə yalnız ##.##.2023-cü il tarixdə “xxxx” MMC-yə göndərilmişdir. Bundan belə görünür ki, iddiaçı 14 il sonra MMC-yə pretenziya vermişdir. İddiaçı Qənbər oğlu cavabdeh2 ilə dostluq münasibətlərində olmuş və hətta ##.##.2017-ci il tarixli əmrlə cavabdeh2 direktoru olduğu “xxxx” MMC-yə işə götürmüş və ##.##.2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. Səbəb “xxxx” MMC-yə qarşı üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Tanrıverdi oğlunun iddialarından irəli gələn problemlərlə bağlı MMC-nin bank hesablarına və əmlakına həbs qoyulması, icra tədbirləri nəticəsində əmlakın hərraca çıxarılması idi. Əlbəttə ki, İddiaçı 2017-ci ildən öncə də “xxxx” MMC-nin üzləşdiyi problemlərdən irəli gələn boş dayanmalar və məhkəmə mübahisələri barədə məlumatlı idi. Iki il müddətində “xxxx” MMC çalışan zaman isə bu problemləri daha dərindən dərk etmiş və obyektdə baş verən prosesləri və boşdayanmaları canlı olaraq müşahidə etmişdir. Bütün yuxarıda qeyd olunanlara, xüsusilə “xxxx” MMC-nin 2018-ci ilin sonunda əmlakına və 2019-cü ilin fevral ayında bank hesablarına həbs qoyulmasına, şirkətin fəaliyyətinin və tikinti işlərinin dayandırılmasına, nəticədə MMC-nin tikintidə çalışan bütün personalının işdən azad edilməsinə rəğmən susur və üç il on bir aya yaxın zaman keçəndən sonra pretenziya verir və daha sonra mülki qaydada məhkəmədə “xxxx” MMC-yə qarşı iddia qaldırır. Digər tərəfdən iddiaçı ilə yaşayış sahələrinin alqı-satqısı ilə bağlı 2008-ci ildə bağlanmış müqavilələr notarial qaydada bağlanmamışdır. Tərəflər öz aralarında alqı-satqı ilə bağlı müqavilə bağlayan zaman həmin mənzillərin yerləşdiyi binaya sərəncam verilməmiş, işçi layihəsi təsdiq edilməmiş və tikintiyə icazə verilməmişdi. Mənzillərin proyekti və layihələri yox idi. Bu kimi müqavilələr üzrə öhdəliklərin icrasında müddətlər müəyyən olunur ki, alqı-satqı zamanı həmin hallar müqavilədə göstərilməmişdir. Belə olan halda iddiaçı aldığı mənzilləri 14 il müddətində “xxxx” MMC-dən tələb etməmiş və buna maraqlı olmamışdır. Yaşayış binasının layihəsi üzrə inşaat işləri isə 2019-cu ildə yekunlaşmalı idi. Bunu təsdiq edən hal binanın önündə yerləşdirilən lövhədən bəllidir və iddiaçı iki il müddətində həmin binanın tikintisində iştirak edən zaman gündəlik olaraq həmin layihənin qarşısından keçərək iş yerinə daxil olmuşdur və bunu inkar edə bilməz. 2019-cu ildə layihə üzrə inşaat işləri dayananda iddiaçı bu dayanmanın səbəblərini bilirdi. Başqa sözlə heç olmazsa həmin andan “xxxx” MMC-yə pretenziya verməli və narazılığını bildirməli olduğu halda bunu etməmişdir. Müqavilə öhdəliyinin icrası ilə bağlı öhdəliklərlə bağlı qanunla üç il nəzərdə tutulan iddia müddəti artıq ötürülmüşdür.

17. Cavabdeh “xxxx” MMC-nin direktoru cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş edərək bildirmişdir ki, iddiaçı ilə bağlanılmış müqavilələr və ##.##.2008-ci və ##.##.2008-ci il tarixli maliyyə arayışları formal xarakter daşıyır və bu barədə onunla vaxtı ilə razılaşmaları olmuşdur. Hal-hazırda onun “xxxx” MMC-yə qarşı iddia qaldırması və əmlak tələb etməsi düzgün deyildir. Sözü gedən ünvanda inşa olunacaq binanın layihələndirilməsi ilə bağlı ilk sərəncam “xxxx” MMC-yə ##.##.2008-ci il tarixdə Bakı şəhəri Icra Hakimiyyətinin Başçısı tərəfindən verilmişdir. Həmin sərəncama əsasən Nəsimi rayon, A. Məhərrəmov, 3014-cü məhəllədə özəlləşdirilmiş 2918.3 kv.m sahədə bir girişli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Binanın layihələndirilməsi barədə ikinci sərəncam ##.##.2008-ci il tarixdə verilmiş və həmin sərəncamla Nəsimi rayon, A. Məhərrəmov, 3014-cü məhəllədə özəlləşdirilmiş 4.358,3 kv.m sahədə iki girişli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Yaşayış binasının işçi layihəsi ##.##.2009-cü il tarixdə Bakı şəhəri Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsi ilə razılaşdırılmışdır. Daha sonra Bakı şəhəri Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsinin Bakı Şəhər Tikintiyə Icazə və Qeydiyyat Müfəttişliyi tərəfindən verilmiş **** nömrəli ##.##.2009-cu il tarixli icazəyə əsasən yaşayış binasının tikinti-quraşdırma işlərinə icazə verilmişdir. Bütün bunlar barədə tərəfindən təsisçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə məlumat verilmiş və müvafiq sənədlər ##.##.2024-cü il tarixdə MMC-nin direktoru X4 təqdim edilmişdir. Bundan başqa bildirmişdir ki, iddia predmeti olan müqavilələrdə İddiaçı “PAYÇI”, “xxxx” MMC isə “ŞIRKƏT” olaraq göstərilir. Əgər müqavilələr üzrə “Payçı” İddiaçı oğlunun kooperativə üzv olmaq istəyən şəxs kimi rəsmi müraciəti olsaydı, ona nizamnamə ilə müəyyənləşdirilən üzvlük barədə kitabça verilərdi, bu barədə “xxxx” MMC-nin təsisçilərinin ümumi yığıncağı qərar qəbul edərdi, onun tərəfindən üzv olaraq kooperativə əmlak payı haqqı ödənilərdi. Əgər bu hərəkətlər edilsəydi indiki iddia predmetinin vəziyyəti fərqli olardı. Maliyyə arayışları formal olaraq verilmişdir və iddiaçı bunu yaxşı bilir. Müqavilələr üzrə 605000 manat vəsait formal olaraq göstərilmişdir. Belə bir vəsait ümumilikdə iddiaçı tərəfindən ödənilməyib. Ondan müəyyən məbləğdə şəxsi xərcləri üçün borc almış və geri qaytaracağına söz vermişdir. Məhz aralarında olan razılaşmaya görə də uzun bir müddət keçməsinə baxmayaraq indiyə qədər iddiaçı məhkəmələrdə iddia qaldırmamışdır. Hətta 2017-2019-cu illərdə o, direktoru olduğu “xxxx” MMC-də çalışmış və maaş almışdır. Indiki halda həmin müqavilələr və arayışların məhkəmə müstəvisinə çıxarılması düzgün deyildir. Əgər qohumu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 etibarından sui-istifadə edib MMC-yə qarşı süni iddialar qaldırmasaydı, bütün işləri yaxşı gedərdi. İddiaçı ilə aralarında olan şəxsi borc münasibətlərinin “xxxx” MMC-yə heç bir aidiyyəti yoxdur və ola da bilməz.

18. Cavabdeh cavabdeh2 bildirmişdir ki, iddiaçı ilə dostluq münasibətləri olmuşdur. 2008ci ildə aralarında şəxsi borc münasibətləri yaranmışdır. O zaman ona bildirmişdir ki, şəxsən ona borc versin və bəzi problemlərini həll edib borcu qaytaracağını vəd etmişdir. Ona inansın deyə gələcəkdə “xxxx” MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan yaşayış binasından bir neçə mənzilin alğı-satqı müqaviləsini rəsmiləşdirərək ona vermişdir və demişdir ki, həmin sənədləri özündə saxlasın və borcu qaytaranda ona qaytarsın. Belə ki, şirkət adından alğı-satqı müqaviləsi bağlamaq üçün nizamnamə ilə nəzərdə tutulmuş qaydalara müvafiq olaraq təsisçilərin ümumi yığıncağı çağırılmalı, alınan məbləğ “xxxx” MMC-ni xəzinəsinə rəsmi qaydada mədaxil edilməli və rəsmi qəbz verilməli idi. Bütün bu əməliyyatlar isə o zaman mümkün deyildi. Çünki həmin illərdə dövlət bankı olan X9 Bankı ilə kredit xətti barədə rəsmi danışıqlar gedirdi və tikiləcək yaşayış binası X9 Bankından alınan kredit vəsaiti ilə tikilməli olduğu üçün üzərində bina tikiləcək torpaq sahəsinin kredit öhdəliklərinin təminatı kimi ipotekaya qoyulması, tikiləcək binadan alqı-satqı edilməsi yalnız ipoteka saxlayanın razılığı ilə mümkün olması barədə şərtlər irəli sürülmüş və sifarişçi və kredit alan tərəf olaraq bütün bu şərtlər “xxxx” MMC tərəfindən qəbul edilmişdi. Belə bir vəziyyətdə şirkət adından rəsmi qaydada hər hansı bir mənzilə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün deyildi və hər hansı bir vəsaitin nağd və ya köçürmə yolu ilə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC-yə ödənilməsi qanuni sayıla bilməzdi. Belə ki, şirkət tərəfindən götürülmüş digər öhdəliklərə zidd olduğundan həmin öhdəlikdələrin icrası mümkün olmazdı. Sonrakı illərdə işlər gözlədiyi qaydada getməmişdir. Etibarından sui-istifadə edən yaxın qohumu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ona və “xxxx” MMC-yə qarşı saxta iddiaların verilməsi nəticəsində ona və şirkətə böyük ziyan dəymiş, tikinti işləri dayandırılmış, kredit aldığı bank qarşısında etibardan düşmüş, kredit xətti dayandırılmış və bütün bunların nəticəsi olaraq İddiaçı şəxsi məqsədləri üçün aldığı pulu uzun müddət qaytara bilməmişdir. Alqı-satqı müqavilələri və maliyyə arayışının “xxxx” MMC-yə heç bir aidiyyəti yoxdur, vəsait MMC-yə istər köçürmə, istərsə nağd şəkildə ödənməyib və yalnız fiziki şəxs kimi aldığı borcun qarşılığında tərəfə verilmişdir. O zaman güman etmişdir ki, tikinti proqram üzrə gedəcək, vaxtında bitəcək və əldə olunan gəlirdən iddiaçının borcunu qaytara biləcəkdir. Indiki vəziyyətdə bina yarımçıq qaldığından, rəsmi qaydada “xxxx” MMC adından alqı-satqı mümkün olmadığından, maliyyə arayışında qeyd olunan vəsait MMC-yə mədaxil olmadığından, həmin müqavilələr əhəmiyyətsiz əqddir və təsisçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC və ipoteka saxlayan bank (X9 Bankı) tərəfindən mübahisələndirilə və ləğv oluna bilər. 2014-cü ildə “xxxx” MMC-nin 100% payları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə rəsmi qaydada satılmış və o zaman notarial qaydada verdiyi izahatda da bildirmişdir ki, paylarla və şirkətin əmlakı ilə bağlı üçüncü şəxslər qarşısında şirkətin heç bir öhdəliyi yoxdur. “xxxx” MMC-nin 100% payları və əmlakı X9 Bankının xeyrinə yüklü edilmişdir və yüklülük 2010-cü ildən etibarən qeydiyyata alınmışdır. Əmlakla bağlı bütün alqı-satqı əməliyyatları məhz ipotekaya götürənin icazəsi olmadan mümkün deyil və bu qayda imperativ xarakter daşıyır. MMC-nin inşa etdiyi bina qanunsuz olaraq hərraca çıxarılmış və hərracda satılmadığından iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təklif edilmişdir. Bu hal da özüözlüyündə onu göstərir ki, iddiaçının iddia predmeti olan əmlakla bağlı yuxarıda qeyd olunan mübahisəli qətnamələr mövcuddur. Hal-hazırda təsisçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC bütün bu problemlərin həlli ilə məşğuldur. Ümid etmişdir ki, məsələlər həll olunandan sonra layihənin yekunlaşdırılmasından sonra əldə olunan və ona düşən gəlirdən iddiaçının borcunu qaytara biləcəkdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim N.Abbasov).

20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ##.##.2023-cü il tarixdə keçirilmiş yerli baxış nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanda aparılan tikinti işləri hələ başa çatdırılmamışdır. Müqavilə bağlanılan zaman iddiaçının binanın hələ tikilib istifadəyə verilməməsindən xəbərdar olmasını məhkəmədə verdiyi izahatında təsdiq etmişdir.

21. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin etirazında əks olunan dəlillərlə müqayisəli şəkildə qiymət verməklə hesab etmişdir ki, həmin dəlillərin qismən hüquqi əsası vardır. Iddiaçı ilə bağlanılan 2008-ci il tarixli müqavilələrə dair verilmiş maliyyə arayışlarının “xxxx” MMC-nin 2010-cu ilin yanvar ayından dəyişmiş blanklarında verilməsi barədə dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, ##.##.2010-cu il tarixdə “xxxx” MMC şirkətinin ofisinin yerinin və əlaqə telefonlarının dəyişməsi səbəbindən şirkətin blankının yeni formatda hazırlanmasına dair ** №-li əmr verilmişdir. Lakin həmin tarixdən əvvəl mövcud olmuş blanklar iş materiallarında olmadığından, əvvəl və sonra olan blankların müqayisəsini aparmaqla bu dəlilin doğruluğunu müəyyən etmək mümkün olmamışdır. Tərəflər arasında müqavilə ##.##.2008-ci və ##.##.2008-ci il tarixlərdə imzalansa da, sözügedən binanın layihələşdirilməsinə bir girişli - ##.##.2008-ci il tarixdə, iki girişli - ##.##.2008-ci il tarixdə icazə verilmiş, tikintisinə icazə isə ##.##.2009-cu il tarixdə verilmişdir. Keçirilmiş yerli baxış zamanı 2-ci binanın “Qərb” adlandırılması iştirak edənlər tərəfindən təsdiq edilmişdir.

22. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin nümayəndəsinin izahatında iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməli olması səsləndirilsə də, buna dair müstəqil iddia verilməmişdir.

23. Məhkəmə cavabdeh cavabdeh2 iddiaçı İddiaçı ilə bağlanılmış müqavilələrin və ##.##.2008 və ##.##.2008 tarixli maliyyə arayışlarının formal xarakter daşıması, müqavilələr üzrə 605.000 manat vəsaitin əslində ödənilməməsinə və bu səbəbdən iddianın rədd edilməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh qeyd olunanlara dair heç bir sübut təqdim etməməklə, ərizədə göstərilənlər yalnız onun mülahizələrini ifadə etmişdir.

24. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.6, 178.1, 178.2, 178.8, 337.1, 337.2, 375.2, 384.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 88, 89.1, 218.3-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

25. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməməklə cavabdehin müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməli olmadığı qənaəti ilə çıxış etmiş olur. Bu da müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı qeyd olunan maddi hüquq normaların tələblərinə ziddir. Məhkəmə qətnaməsində tərəflər arasında mövcud müqavilə şərtlərindən irəli gələn qarşılıqlı öhdəliklərin icrası ilə bağlı tələbləri iş üzrə müəyyən etdiyi hallara münasibətdə düzgün şərh etməmişdir. Bu da müqavilə əsasında yaranmış qarşılıqlı öhdəliyin icrası ilə bağlı maddi hüquq normaların yanlış şərhinə və hüquqi əsası olmayan nəticəli qətnamə qəbul edilməsinə səbəb olmuşdur.

27. Həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin qismən, iddiа müddətinin keçməsinin tətbiq еdilməməsi, еkspеrtizаnın kеçirilməsindən imtinа еdilməsi və təqsirkаr şəxslərin bаrəsində xüsusi qərаrdаdın çıxаrılmаmаsı hissəsində ləğv еdilərək, bu məsələlər bаrədə yеni qətnаmə çıxаrılmаsını xahiş etmişdir.

28. Üçüncü şəxsin apellyasiya şikayətini birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərə uyğun əsaslandırmışdır.

29. Apellyasiya baxışında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi-vəkili vəkil1 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, əmlak kompleksi protokolla onlara təhvil verilmişdir, sahiblik və istifadə hüququ üçüncü şəxsdədir. Sadəcə özləri çıxarış almalıdır ki, əmlak tam mülkiyyət hüququ əsasında şəxsə mənsub olsun. Üçüncü şəxsin tam mülkiyyətçi olmasına məhkəmələr mane olur. Əmlakın üzərinə dəfələrlə həbs qoyulur, müraciət edirlər, müvafiq qərarları təqdim edirlər, həbsdən azad edilir və yenidən əmlak üzərinə həbs qoyulur. Müvafiq dövrdə torpaq sahəsi “xxxx” MMC-nin mülkiyyətində olmamışdır, sərənxxxx, layihəsi olmayan tikili satıla bilməz. Layihənin təsdiqlənmə tarixinə nəzər yetirilməlidir. Layihəsi təsdiqlənməyən tikilidən mənzil almaq olmaz, bu, absurddur. Məhkəmə əqdə istinad edilən iddialar olduqda, əqdin özünün etibarlılıq şərtlərini yoxlamalıdır. 2008-ci ildə bağlanmış əqd etibarsızdır.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2025-ci il # ####### tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış “kooperativ binada mənzil tikintisi haqda” ##.##.2008-ci il tarixli 013, 014, *** nömrəli, ##.##.2008-ci il tarixli 016 və *** nömrəli müqavilələrə əsasən cavabdeh “xxxx.” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllə, A.Məhərrəmov küçəsi 4-də tikilmiş çoxmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən, sahəsi 132,6 kv.m. 3 otaqlı ** nömrəli, sahəsi 132,6 kv.m. 3 otaqlı ** nömrəli, sahəsi 114,6 kv.m. 2 otaqlı ** nömrəli, binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 132,6 kv.m. üç otaqlı ** nömrəli və sahəsi 93,1 kv.m. 2 otaqlı ** nömrəli mənzillər, ümumilikdə 605,5 kv.m. yaşayış sahəsi iddiaçı X6 təhvil verilməsi; Iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər “xxxx” MMC və cavabdeh2 alınması; Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun dəyəri cavabdehlər “xxxx” MMC və cavabdeh2 alınaraq iddiaçı X6 ödənilməsi; Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir (hakimlər - F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Abdıyev).

31. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin təşkilati hüququ forması məhdud məsuliyyətli cəmiyyəti olsa da və qanunvericiliyə söykənən mövcud praktikaya əsasən belə cəmiyyətlərlə vətəndaşlar arasında mənzilin alqı-satqı müqaviləsi bağlansa da, hazırki işin hallarından görünür ki, “xxxx.” MMC ilə iddiaçı arasında bağlanmış müqavilələr öz xarakterinə görə podrat müqaviləsinə uyğundur. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2008-ci il tarixli 013, 014, *** nömrəli, ##.##.2008-ci il tarixli 016 və *** nömrəli müqavilələrin adından da göründüyü kimi “kooperativ binada mənzil tikintisi haqqında” bağlanmış, həmin müqavilələrin şərtinə əsasən borclu qismində MMC, Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədə, A.Məhərrəmov küçəsi 4də tikiləcək «xxxx» MMC-yə məxsus binanın müvafiq mənzillərini tikərək kreditor qismində iddiaçıya verilməsini öz öhdəsinə götürmüşdür.

32. Kollegiya hesab edib ki, hazırki iş üzrə tərəflər arasında adı çəkilən müqavilələr bağlanılarkən cavabdeh “xxxx.” MMC bir növ mənzil tikinti kooperativlərinin səlahiyyətlərindən çıxış etmiş, müştərilərlə, o cümlədən iddiaçı ilə də həmin münasibətlərdən irəli gələrək mənzillərin tikilib təhvil verilməsinə dair podrat müqavilələri bağlamışdır.

33. Məhkəmə kollegiyası Mülki Məcəllənin 178.8-ci maddəsinə istinad etməklə qeyd edib ki, cavabdeh MTK, iddiaçı isə kooperativ üzvü olmasa da, tərəflər arasındakı münasibətlərin xarakteri məhz həmin mənzil tikinti kooperativləri ilə payçı arasında mövcud olan hüquq və öhdəliklərə uyğun gəlir. Iş materiallarından da göründüyü kimi, ##.##.2008-ci il tarixli 013, 014, *** nömrəli, ##.##.2008-ci il tarixli 016 və *** nömrəli müqavilələrə əsasən cavabdeh ümumilikdə 605,5 kv.m. yaşayış sahəsinin iddiaçıya verilməsinə dair öhdəlik götürmüş, iddiaçı isə maliyyə arayışlarına əsasən müqavilə üzrə 605.500 manatı tam olaraq “xxxx.” MMC-yə ödəmişdir. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən mənzillərin təqdim edilməsi həyata keçirilməmişdir. Beləliklə, özünün mülkiyyət hüququnun tam formada realizəsinə maneçiliklə rastlaşmış iddiaçının öz hüququnun dövlət tərəfindən müvafiq müdafiəsinə ümid etmək hüququ mövcud olmuşdur.

34. Hazırki işə baxılan zaman mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC tərəfindən sözügedən müqavilələrin etibarlığı barədə mübahisə qaldırılmış və apelyasiya baxışındakı icraat həmin işin nəticəsinin əldə edilməsi məqsədilə dayandırılmış, lakin sonradan Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilmişdir. Nəticə etibarilə X6 ilə “xxxx.” MMC arasında bağlanmış müqavilələr etibarlı olaraq qalmışdır. Iddiaçının tərəflər arasında bağlanmış müvafiq müqavilələrə əsasən hazırki tələblə çıxış etmək hüququnun mövcudluğu mübahisəsizdir. Hazırda məhkəmənin araşdırmalı olduğu növbəti məsələ həmin hüqunun digər şəxslərin müvafiq hüququ ilə məhdudlaşdırılıb-məhdudlaşdırılmaması ilə bağlıdır.

35. Iş materiallarındakı sənədlərə əsasən məlum olur ki, “X3 Bankı” ilə “xxxx.” MMC (onun adından cavabdeh2) arasında bağlanmış ##.##.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, müqavilə cavabdeh2 ##.##.2009-cu il tarixli, ***/M/AZE** saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi üçün bağlanır. Həmin müqaviləyə əsasən “xxxx.” MMC-yə məxsus olan ünvan 7 ünvanında yerləşən 0,4358 hektar torpaq sahəsindəki, ümumi sahəsi 58116,3 kv.metr olan, 24 mərtəbəli, 2 girişli yaşayış binası, yəni hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi bina ipoteka ilə yüklü edilmişdir.

36. Qeyd edilən müqavilə üzrə borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsinə dair X3 Bankı” tərəfindən iddia qaldırılmış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)***/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə kredit alan şəxsin borcu qaytarmaq öhdəliyinin yaranması üçün ilk növbədə kredit verən tərəfindən kredit müqaviləsinin predmeti olan pul vəsaitinin kredit alanın mülkiyyətinə verilməsi əsas şərtdir. Hazırki işdə isə kredit məbləğinin nağd şəkildə borc alan “xxxx” MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “xxxx” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərənxxxxna verilməsi halı öz təsdiqini tapmır. Işin qeyd olunan halı ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kredit məbləğinin nağd şəkildə borc alan “xxxx” MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “xxxx” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərənxxxxna verilməsi işin materiallarına əsasən müəyyən edilmir. Beləliklə, iddiaçının iddia etdiyi vəsaitin bank qanunvericiliyinin tələblərinə uyğun olaraq borcalanın kredit müqaviləsi üzrə hesabına daxil olduğu iş üzrə müəyyən edilmədiyindən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuş sayılır. Bu səbəbdən məhkəmə kollegiyası iddia tələbini təmin etməmişdir. Odur ki, ipoteka predmeti qismində hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi binaya tutulmanın yönəldilməsi təmin olunmamışdır.

37. Bundan başqa, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 “xxxx.” MMC-yə, cavabdeh2 və “X3 Bankı”na qarşı iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli # ######## 2023cü il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) təmin edilmiş, “X3 Bankı” ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ipoteka müqaviləsi uydurma əqd olmaqla real niyyətlərə söykənmədiyindən əhəmiyyətsiz hesab edilməlidir. Sözügedən qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## ##### 2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qətnamədən verilən kassasiya şikayəti təmin edilməmişdir.

38. Beləliklə, hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi bina əvvəllər “X3 Bankı”nın xeyrinə ipoteka ilə yüklü olsa da, sonradan həmin ipoteka müqaviləsi əhəmiyyətsiz hesab edilmiş, bu əhəmiyyətsizlik müqavilənin bağlandığı vaxtdan etibarən təsbit edilmiş və nəticədə ipoteka yüklülüyü aradan qaldırılmışdır.

39. Bundan əlavə iş materialları ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh olan “xxxx.”xxxx“*** saylı X1 Inşası Şirkəti” arasında “Nəsimi” ticarət yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası - haqqında” ***-B-**** saylı ##.##.2008-ci il tarixli podrat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə öhdəliklər “xxxx.” MMC tərəfindən lazımi qaydada icra edilməmişdir. Bu barədə Iran Islam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin ** saylı Ümumi Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarı qəbul olunmuş, Iran Islam Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ali Məhkəməsinə adı çəkilən qərarın Azərbaycan Respublikasında tanınması və məcburi icrası barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi kollegiyasının ##.##.2013-cü il tarixli qərardadı ilə Iran Islam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizənin təmin edilməsi, Iran Islam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin ** saylı Ümumi Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsi, Hakimlər Heyətinin ##.##.2012 və ##.##.2012-ci il tarixli qərarlarının iddiaçı Iran Islam Respublikasının *** saylı X1 Inşası Şirkəti ilə cavabdeh Azərbaycan Respublikasının “xxxx.” MMC arasında imzalanmış “Nəsimi” ticarət yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası haqqında” ***-B-**** saylı ##.##.2008-ci il tarixli podrat müqaviləsinin tərkib hissəsi olan X5 48-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)***/**** nömrəli qərardadı ilə tələbin əmlaka yönəldilməsi barədə Nərimanov rayon icra şöbəsinin icra məmuru Müşfiq Əlirzayevin təqdimatı təmin edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən verilmiş **-*(***)-**/**** saylı, ##.##.2013-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə 14402997,52 avro məbləğində pul tələbi “xxxx” MMC-yə məxsus tikinti materialları, o cümlədən quraşdırılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu binaya (hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi bina) yönəldilmişdir.

40. Lakin iş materiallarından həmçinin müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsinin ##.##.2017-ci il tarixli qərarı ilə tələbkarın borcun artıq tam formada bağlanması səbəbindən icra sənədi üzrə icraatın aparılmasına zərurət qalmadığını bildirməsi üzrə icra işinə xitam verilməsi qərara alınmışdır.

41. Göründüyü kimi hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi binaya yönəldilmənin edilməsi başa çatmadığından iddiaçının mülkiyyət hüquqları adı çəkilən şirkətin müvafiq hüquqları ilə də məhdudlaşdırılmamışdır.

42. Məhkəmə tərəfindən qiymət verilməli digər bir məsələ isə ondan ibarətdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cavabdehlər "xxxx" MMC-yə və cavabdeh2 qarşı "borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda "xxxx" MMC və cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- ***/**** saylı, ## ###### 2014-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC və cavabdeh2 müştərək qaydada mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 xeyrinə əsas borc üzrə 7.547.750 manat, dəbbə pulu üzrə 1.000.000 manat olmaqla, cəmi 8.547.750 manat məbləğində pulun tutulması, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

43. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- ***/**** saylı, ## ###### 2014-cü il tarxli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmiş, icra prosesində "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 5 ünvanında 0,4358 ha torpaq sahəsi üzərində yerləşən 58.116,3 kv.m sahəsi olan 24 mərtəbəli, 2 girişli yaşayış binasının üzərinə Nəsimi rayon icra və şöbəsinin təqdimatı əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı və ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı qərardadları ilə həbs qoyulmuş, ##.##.2025-ci il tarixli qərarla “xxxx” MMC-yə müraciət edilmiş və MMC-nin rəyinə əsasən həmin əmlak 14,100.000 manat məbləğində qiymətləndirmişdir. Nəsimi rayon icra və şöbəsinin ##.##.2025-ci il tarixli protokolu ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 3014-cü məhəllə, * saylı əmlak kompleksinin borcun əvəzi kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 rəsmiləşdirilməsi qərara alınmışdır.

44. Göstərilən halların hazırki iş üzrə iddiaçının mülkiyyət hüquqlarına təsiri ilə bağlı kollegiya ilk növbədə qeyd edib ki, işin hallarından göründüyü kimi iddiaçının sözügedən yaşayış binasındakı bir sıra mənzillərə dair hüququ hələ 2008-ci ildə imzalanmış müqavilələrə əsasən yaranmışdır və Mülki Məcəllənin yuxarıda istinad olunan 178.8-ci maddəsinin də tələblərinə əsasən iddiaçı mənzillərin dəyərini ödədiyi andan müvafiq mülkiyyət hüququ təsbit olunmuşdur. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1lə “xxxx” MMC arasında olan borc münasibətləri isə mübahisəli bina ilə təminat altına alınmamış, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən qaldırılan iddianın həmin binaya tutma yönəldilməsi hissəsi təmin edilməmişdir.

45. Həmin əmlakın icra qaydasında sonuncuya təklif edilməsi və bunun protokolla rəsmiləşdirilməsinə münasibətdə isə kollegiya qeyd edib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Adı çəkilən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən isə icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1-2-ci və 62.20-ci maddələrinə uyğun olaraq tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius tərəfindən bu barədə şəhadətnamə verilməsi ilə rəsmiləşdirilir. Şəhadətnamə müvafiq əmlakın tələbkar tərəfindən qəbul edilməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkar tərəfindən imzalanaraq “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilən protokol əsasında verilir.

46. Qanunvericiliyin tələblərindən göründüyü kimi daşınmaz əmlakın icra sənədinin icrası ilə əlaqədar əldə edilməsi üçün əsas qismində icra məmuru və tələbkar tərəfindən imzalanan protokol deyil, həmin protokol əsasında verilən şəhadətnamə çıxış edir. Hazırki iş üzrə isə sözügedən şəhadətnamənin alınması baş tutmamış, nəticə etibarilə rəsmiləşdirilmə prosesi yekunlaşmamışdır və ümumilikdə bu prosedurlar qanunvericiliyin tələblərinə əsasən İddiaçı mülkiyyət hüquqlarının realizəsinə maneə təşkil etmir.

47. Qeyd olunanlara əsasən kollegiya hesab edib ki, hazırki iş üzrə iddiaçının mülkiyyət hüquqları digər şəxs(lər)in analoji hüquqları ilə məhdudlaşdırılmamışdır.

48. Kollegiya birinci instansiya məhkəməsinin mübahisəli binada hələ mənzillər tam inşa olunmadığından həmin mənzillərin iddiaçıya verilməsində hər-hansı maneənin olmaması ilə bağlı mövqeyinə münasibətdə bildirib ki, mübahisəli mənzillərin yerləşdiyi çoxmərtəbəli binada tikinti-quraşdırma işlərinin hansı vəziyyətdə olmasını müəyyən etmək məqsədilə apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyində göstərilmişdir ki, ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli bina üzrə tikinti işlərinin tamamlanmadığı, xarici və arakəsmə divarların inşa olunmadığı, qapı və pəncərələrin quraşdırılmadığı, eləcə də digər işlərin tamamlanmadığı müşahidə olunmuşdur.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yaşayış binasının inşasının tam yekunlaşmaması səbəbindən iddiaçının hüquqlarının hələ pozulmaması ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, iddiaçı ilə cavabdeh “xxxx.” MMC arasında müvafiq müqavilələr 2008-ci ildə bağlanmış və artıq 17 ilə yaxındır ki, icra olunmamışdır. Aydın məsələdir ki, belə bir müddət ağlabatan hesab oluna bilməz və iddiaçının mülkiyyət hüquqlarını məhkəmə qaydasında tanıda bilməsi üçün “müqavilənin hələ icra olunmaması” bir istisna deyil, əksinə, səbəb təşkil edir. Bu halda şəxs mülkiyyət hüquqlarını təsbit edərək artıq icra qaydasında qətnamənin necə icra olunacağına – mənzillərin təhvil verilməsi, yaxud alternativ mənzillərin qəbul edilməsi və ya onların dəyərini tələb etməsinə dair mülahizə ilə çıxış edə və icra üsulunun dəyişdirilməsini xahiş edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mənzillərin hələ tam inşa olunmaması iddianın rəddi üçün əsas qismində çıxış edə bilməz.

50. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı apelyatorun dəlillərinə münasibətdə qeyd edib ki, cavabdeh MTK, iddiaçı isə kooperativ üzvü olmasa da, tərəflər arasındakı münasibətlərin xarakteri məhz həmin mənzil tikinti kooperativləri ilə payçı arasında mövcud olan hüquq və öhdəliklərə uyğun gəlir və Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

51. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının tələbi dəyərini ödəyərək mülkiyyət hüququ əldə etdiyi mənzillərin təhvil verilməsi və nəticə etibarilə mülkiyyətçinin ona qarşı edilmiş hüquq pozuntusunun aradan qaldırılması ilə bağlıdır. Bu isə qanunvericiliyin tələblərinə əsasən mübahisəyə iddia müddətinin tətbiqini istisna edir.

52. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.8, 178.8, 324, 331.1, 384.0.4, 452.1, 442, 752.1, 762.1ci, MPM-in 14.2, 77.1, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

53. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (vəkili X2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

54. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasındakı müqavilə (onun etibarlılıq şərtlərinə toxunmadan) podrat müqaviləsi deyil, alqı-satqı müqaviləsi olmuş, eyni zamanda əmlak kompleksi xüsusi mülkiyyətdə olmaqla kooperativ əmlak predmeti olmamışdır. Yəni, “xxxx” MMC-nin iddiaçı ilə bağladığı müqavilə güman edilsə ki, etibarlıdır, bu podrat müqaviləsi olmamış, MMC öz üzərinə öhdəlik götürmüşdür ki, gələcəkdə inşa olunacaq mülkiyyətindəki əmlak kompleksindəki mənzilləri iddiaçının mülkiyyətinə verəcəkdir. Bu müqavilə mahiyyəti etibarı ilə çoxmənzilli binalardakı alqı-satqı müqaviləsi olmuşdur.

55. Həmçinin nəzərə alınmaldır ki, əmlak kompleksində inşa ediləcək bütün yaşayış və qeyri-yaşayış sahələri “xxxx” MMC-nin xüsusi mülkiyyətindədir. Yəni həmin əmlak kompleksi heç də apellyasiya instansiya məhkəməsinin iddia etdiyi kimi, kooperativ üzvlərinin əmlak paylarını birləşdirməsi yolu ilə yaranmamışdır (qətnamənin 53-cü bəndi). Ümumiyyətlə, qətnamənin 48-ci bəndi ilə 53-cü bəndi arasında hüquqi mövqe baxımından ziddiyyət vardır.

56. Məhkəmə kollegiyası Nəsimi rayon Icra Şöbəsinin ##.##.2025-ci il tarixli protokolu ilə Bakı şəhəri, Nəsimi rayonu, A. Mustafayev küçəsi 3014-cü məhəllə, * saylı əmlak kompleksinin icra icraatı qaydasında borcun əvəzi kimi protokol əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 rəsmiləşdirilməsi barədə absurd hüquqi mövqe irəli sürmüşdür.

57. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, çoxmərtəbəli bina (əmlak kompleksi) artıq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətindədir. Belə ki, Nəsimi rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli protokolu ilə həmin daşınmaz əmlaka dair istifadə və sahiblik hüquqları (mülkiyyət hüququnun komponentləri) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ötürülmüş, yalnız sərəncam hüququ müvafiq rəsmiləşdirilmədən sonra, yəni reyestrdən çıxarış veriləndən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 keçəcəkdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin əmlak kompleksini qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası qaydasında əldə etmişdir. Ona əmlak kompleksi bütün məhdudiyyətlərdən və yüklülüklərdən azad şəkildə təhvil verilmişdir. Belə olan halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 öz mülkiyyətindəki əmlaka dair digər şəxslər qarşısında hansı səbəbdən öhdəlik daşıyıcısı olmalıdır, bu aydın deyildir.

58. Digər tərəfdən, iddiaçıya cavabdeh mülkiyyətində olmayan əmlakdan hansı formada “pay” verəcəkdir, yəni, qətnamə hansı qaydada icra olunacaqdır, bu da aydın deyildir. Iddiaçının tələb etdiyi mənzillərin də daxil olduğu kompleksin mülkiyyətçisi cavabdeh “xxxx” MMC deyildir, mülkiyyətçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1dir, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 isə digər hüquqi şəxsin öhdəliklərinin icrasına mükəlləfiyyətli ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin “daşınmaz əmlakın icra sənədinin icrası ilə əlaqədar əldə edilməsi üçün əsas qismində icra məmuru və tələbkar tərəfindən imzalanan protokol deyil, həmin protokol əsasında verilən Şəhadətnamə”nin çıxış etməsinə dair hüquqi mövqeyinə, görünür ki, apellyasiya instansiyası məhkəməsi kollegiyası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə tanış deyildir.

59. Məhkəmə qətnaməsi icra edilə bilən olmalıdır. Hazırkı iş üzrə qətnamədən aydın deyildir ki, qətnamənin icrası zamanı borclu qismində kim çıxış etməlidir, iddiaçıya mənzilləri kim təhvil verməlidir. Ümumiyyətlə, qətnamədə formal olaraq mənzillərin cavabdeh tərəfindən təhvil verilməsi qət edilsə də, mənzillərin də daxil olduğu əmlak kompleksi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətinə verilmiş, həmin kompleksin daxil olduğu binalar yarımçıq inşa edilmişdir, kompleksin (binaların) tamamlanması üçün milyonlarla vəsait lazımdır. Güman edilsə ki, kompleks tamamlanacaq, bunu təbii ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 edəcək, yəni kompleksin tamamlanma işlərinin “xxxx” MMC-yə aidiyyəti olmayacaqdır. Belə olan halda “xxxx” MMC hansı qaydada və əsasla ona məxsus olmayan, başqasının – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətindəki mənzillərin təhvil verə bilər, məhkəmə qətnaməsi necə icra oluna bilər, bu da aydın deyildir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, kassasiya şikayətində göstərilən dəlillər iş üzrə müəyyən edilmiş faktiki halların yenidən qiymətləndirilməsinə yönəlmiş, formal və subyektiv mülahizələrdən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iddiaçının müqavilədən irəli gələn hüquqlarına əsaslı hüquqi qiymət vermişdir. Kassator tərəfindən həmin nəticələri təkzib edən hüquqi əsaslar təqdim olunmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

61. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

62. Hissə II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

63. Hissə III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

64. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

65. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

66. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...

67. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

68. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır Maddə 89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2ci maddəsində

69. göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.

70. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

71. Maddə 109.17. Kooperativin adında onun fəaliyyətinin əsas məqsədi, habelə "kooperativ" sözü olmalıdır.

72. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

73. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

74. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

75. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

76. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

77. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

78. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

79. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

80. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

81. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

82. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

83. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

84. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

85. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

86. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

87. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

88. Maddə 55.2. Onlar bu Məcəllənin 4.3 - 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar.

89. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

90. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

91. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

92. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

93. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

94. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

95. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

96. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

97. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: ... 418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə; ...

Kassasiya baxışının hədləri

98. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

99. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə baxılarkən prosessual hüquq normaları, şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsinə əsas olan halda pozulmuşdur. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

101. Belə ki, yuxarıda qeyd olunduğu kimi hazırki iş üzrə cavabdeh olan “xxxx.”xxxx“*** saylı X1 Inşası Şirkəti” arasında “Nəsimi” ticarət yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası - haqqında” ***-B-**** saylı ##.##.2008-ci il tarixli podrat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə öhdəliklər “xxxx.” MMC tərəfindən lazımi qaydada icra edilməmişdir. Bu barədə Iran Islam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin ** saylı Ümumi Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarı qəbul olunmuş, Iran Islam Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ali Məhkəməsinə adı çəkilən qərarın Azərbaycan Respublikasında tanınması və məcburi icrası barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi kollegiyasının ##.##.2013-cü il tarixli qərardadı ilə Iran Islam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizənin təmin edilməsi, Iran Islam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin ** saylı Ümumi Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsi, Hakimlər Heyətinin ##.##.2012 və ##.##.2012-ci il tarixli qərarlarının iddiaçı Iran Islam Respublikasının *** saylı X1 Inşası Şirkəti ilə cavabdeh Azərbaycan Respublikasının “xxxx.” MMC arasında imzalanmış “Nəsimi” ticarət yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası haqqında” ***-B-**** saylı ##.##.2008-ci il tarixli podrat müqaviləsinin tərkib hissəsi olan X5 48-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)***/**** nömrəli qərardadı ilə tələbin əmlaka yönəldilməsi barədə Nərimanov rayon icra şöbəsinin icra məmuru Müşfiq Əlirzayevin təqdimatı təmin edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən verilmiş **-*(***)-**/**** saylı, ##.##.2013-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə 14402997,52 avro məbləğində pul tələbi “xxxx.” MMC-yə məxsus tikinti materialları, o cümlədən quraşdırılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu binaya (hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi bina) yönəldilmişdir.

102. Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsinin ##.##.2017-ci il tarixli qərarı ilə tələbkarın borcun artıq tam formada bağlanması səbəbindən icra sənədi üzrə icraatın aparılmasına zərurət qalmadığını bildirməsi üzrə icra işinə xitam verilməsi qərara alınmışdır.

103. Apellyasiya instansiyası məhkəməsi bu fakta, yəni “tələbkarın borcun artıq tam formada bağlanması səbəbindən icra sənədi üzrə icraatın aparılmasına zərurət qalmadığını bildirməsi”nə və bu əsasla icra sənədi üzrə icraata xitam verilməsinə belə qiymət verib ki, “hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi binaya yönəldilmənin edilməsi başa çatmayıb”.

104. Məhkəmə kollegiyasını gəldiyi bu nəticə natamamdır.

105. Belə ki, Ali Məhkəmə tərəfindən verilmiş **-*(***)-**/**** saylı, ##.##.2013-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə borcun ödənilməsi 2 bloklu binaya (hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi bina) yönəldilmişdir. Mülki iş materiallarının 3cü cildinin 77-84-cü vərəqlərinə olan icra məmurunun “Üzərinə həbs qoyulmuş əmlakın tələbkara verilməsi haqqında” ##.##.2014-cü il tarixli ****/** saylı qərarından və əmlakın tələbkara təhvil verilməsi haqqında ##.##.2014-cü il tarixli aktdan görünür ki,üzərinə həbs qoyulmuş əmlaklar "Icra haqqında" Qanuna uyğun olaraq ##.##.2014-ci il tarixdə tələbkar şirkətə təklif olunmuş, tələbkar təklifdən imtina etmiş və həmin tarixdə də əmlakların hərrac yolu ilə satılması üçün hərrac təşkilatına sifariş göndərilmişdir. Müvafiq hərrac mərkəzi tərəfindən ##.##.2014-cü il tarixə təyin edilmiş hərrac alıcı olmaması səbəbindən bas tutmamış və bu barədə ##.##.2014-cü il tarixli, **** saylı protokol tərtib olunmuşdur. Həmin əmlaklar "Icra haqqında" Qanunun 53.3-cü maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmə haqqında müvafiq hesabata əsasən müəyyən edilmiş qiymətlə icra sənədi üzrə tələb olunan borc məbləği arasında olan fərq nəzərə alınmaqla yenidən tələbkara təklif olunmuşdur. Icra sənədinə əsasən '"xxxx" MMC-dən tələbkarın xeyrinə tutulmalı olan 14.402.997,52 Avro məbləğində pul vəsaiti ilə əmlakların dəyəri arasında 1.185.186,60 manat fərq olmuşdur və tələbkar ##.##.2014-cü il tarixli məktubla şöbəyə müraciət edərək üzərinə həbs qoyulmuş əmlakları qəbul etməyə razı olduğunu bildirmiş və yaranmış fərqin ilkin olaraq 1***** manatını ödəməklə qalan hissəsini altı ay ərzində ödəyəcəyini öhdəsinə götürmüş, bundan sonra tələbkar 10000 manatı Yasamal rayon icra şöbəsinin depozit hesabına ödəmişdir Qeyd edilənləri nəzərə alaraq və «Icra haqqında» Qanunun 53,3-cü maddəsinin tələblərinə uyğun olaraq "xxxx" MMC tərəfindən verilmiş hesabata əsasən 16865730 manat dəyərində qiymətləndirlmiş borclu "xxxx".MMC-yə məxsus, üzərinə həbs qoyulmuş Baki şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 4, 3014 məhəllədə yerləşən quraşdrılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu bina (1-ci bloku 25-ci mərtəbəsində, 2-ci bloku 4-cü mərtəbəsinə qədər tikilmiş), habelə tikinti materialları icra sənədi üzrə 15.680.543,40 manat borc məbləği arasında olan 1.185.186,60 manat fərqin ödənilməsi şərti ilə tələbkara verildi.

106. Mülki iş materiallarının 3-cü cildinin 95-96-cı vərəqlərinə olan “Icra sənədi üzrə icraata xitam verilməsi haqqında” ##.##.2017-ci il tarixli qərardan görünür ki, tələbkar icra sənədi üzrə tələb olunan məbləği arasında olan fərq ödənilməklə əmlak tələbkar tərəfindən alınmışdır. Bununla da icra sənədinin icrası təmin olunmuş və icra məmuru icra sənədi üzrə icraata xitam vermişdir.

107. *** saylı X1 Inşası Şirkətinin tələbkar olduğu icra sənədi üzrə tələbin təmin olunması üçün üzərinə həbs qoyulmuş əmlakı (hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi 2 bloklu binanı) qəbul etməsinə, həmin məsələləri tənzimləyən “Icra haqqında” Qanunun müddəaları əsasında qiymət verilməlidir.

108. “Icra haqqında” Qanunun: 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 23.1.4-cü maddəsinə görə tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. “Icra haqqında” Qanuna HYPERLINK "https://e-qanun.az/framework/60296" \o "Azərbaycan Respublikasının ## #### 2025-ci il tarixli ***-VIIQD nömrəli Qanunu"## #### 2025-ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək redaksiyada olmuş: 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.3-cü maddəsinə əsasən, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

109. “Göründüyü kimi icra sənədinin icra edilməsi üçün üzərinə həbs qoyulmuş əmlakın tələbkar tərəfindən qəbul edilməsi, qanuni əsaslara söykənir. Iş materiallarında olan əmlakın tələbkara verilməsi barədə qərar; qəbul aktı; qiymət fərqinin ödənilməsi; icraata xitam verilməsi barədə sənədlər formal sənədlər deyil və “Icra haqqında” Qanunun 53-cü maddəsinin tətbiqinin nəticəsidir.

110. Bu halda apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün qeyd olunan icra hərəkətlərinin hüquqi nəticəsinin nədən ibarət olması, *** saylı Şirkətin hansı status əldə etməsi və bu statusun sonrakı şəxslərin hüquqlarına necə təsir etməsi, əmlakın sonradan yenidən “xxxx” MMC-yə aid hesab edilməsinin hüquqi əsasının nədən ibarət olması və s. kimi hallar aydınlaşdırılmalı idi. Məhkəmə kollegiyası bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Icra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53cü maddələrinin,

111. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» ## ##### 2024-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi xatırlatmağı da zəruri hesab edir. Həmin qərarda ifadə olunan mövqeyə görə «əmlakın üzərinə həbs qoyulması barədə qərardadda həmin əmlakın tələbkara verilməsi və ya üçüncü şəxslərə satılması ilə bağlı hər hansı göstərişin öz əksini tapmaması ilə yanaşı, belə məhkəmə aktı tələbkarın borclunun əmlakını qəbul etməyə razılığı ilə bağlı hər hansı iradə ifadəsini də özündə əks etdirmir. Tələbkarın əmlak üzərində mülkiyyət hüququ həmin əmlak üzərinə həbs qoyulması barədə məhkəmə qərardadı əsasında deyil, məhz əmlakın satılması (və ya tələbkara verilməsi) ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş prosedurların həyata keçirilməsi və onun nəticələrini əks etdirən sənədlər əsasında əmələ gəlir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət hüququ dolayısı ilə müvafiq məhkəmə qərarının icrasına yönəlmiş təmin tədbirinin nəticəsində yaranmış olsa da, həmin mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas kimi məhkəmə qərarı və ya qərardadı deyil, tələbkarın borclunun əmlakını qəbul etməsi faktı və bunu təsdiq edən sənəd çıxış edir. ... Mülki Məcəllənin 14.2.4-cü maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlakın əldə edilməsidir. “Icra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələrinə müvafiq olaraq icra məmurunun təklifi əsasında tələbkarın üzərinə həbs qoyulmuş borclunun əmlakını qəbul etməsi də həmin əmlak üzərində əşya hüquqlarının əmələ gəlməsi üzrə qanunvericiliyin yol verdiyi əsaslardan biridir.»

112. Bu baxımdan Ali Məhkəmə tərəfindən verilmiş **-*(***)-**/**** saylı, ##.##.2013-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə tələbkar Iran Islam Respublikasının *** saylı X1 Inşası Şirkətinin üzərinə həbs qoyulmuş əmlakı (hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi 2 bloklu binanı) qəbul etdiyi, bu zaman əmlakın qiymətinin fərqini də ödədiyi, bu əsasla icra sənədi üzrə icraata xitam verildiyi halda, məhkəmənin “hazırki iş üzrə iddia predmeti olan mənzillərin yerləşdiyi binaya yönəldilmənin edilməsi başa çatmaması” barədə gəldiyi nəticə anlaşılan deyil.

113. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi faktiki olaraq Iran Islam Respublikasının *** saylı X1 Inşası Şirkətinə təhvil verilmiş bunada yerləşən mənzillərin iddiaçıya verilməsi barədə nəticəyə gəlmiş, lakin bu zaman həmin Şirkəti işə cəlb etməmişdir.

114. Bu hal, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün müstəqil əsasdır (MPM-in 418.4.6-cı maddəsi).

115. Iran Islam Respublikasının *** saylı X1 Inşası Şirkəti cəlb edilməklə, onun mənafeləri baxımından işin halları tam araşdırılmadığına görə kassasiya şikayətinin digər dəlilləri araşdırılmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

116. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, işin hallarından göründüyü kimi “xxxx” MMC mənzil-tikinti kooperativi, iddiaçı isə kooperativ üzvü deyil, pay yığımının aparılması, üzvlük kitabçası, üzvlüyə qəbul barədə qərar və kooperativin təşkilati-hüquqi statusu üçün zəruri olan digər atributlar mövcud deyil. Müqavilələr MMC ilə fiziki şəxs arasında bağlanmışdır, müqavilənin predmeti gələcəkdə tikiləcək mənzillərin verilməsindən ibarətdir. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi MM-in 178.8-ci maddəsi yalnız kooperativ münasibətləri üçün nəzərdə tutulmuş xüsusi istisnasıdır. Hazırkı işdə həmin norma tətbiq edilə bilmədiyindən iddiaçının hüququ mülkiyyət hüququ deyil, müqavilədən irəli gələn tələb hüququdur.

117. Yuxarıda qeyd olunduğu kimi işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılması, şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

118. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.

119. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

120. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ####### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar