Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-276/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı iddiaçı İddiaçı İdris oğlunun cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativi və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddiası ilə bağlı birinci iş, iddiaçı İddiaçı İdris oğlunun cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, cavabdeh2 MMC-yə və cavabdeh3 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və xxxxın qismən ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı birləşdirilmiş mülki iş üzrə QƏRARI (Açar sözlər: qarajdan istifadəyə maneələrin aradan qaldırılması; müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı İdris oğlunun cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativi və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddiası ilə bağlı birinci iş, iddiaçı İddiaçı İdris oğlunun cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, cavabdeh2 MMC-yə və cavabdeh3 MMCyə qarşı “müqavilənin etibarsız hesab edilməsi və xxxxın qismən ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı birləşdirilmiş ikinci mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən birinci iş üzrə üçüncü şəxs, birləşdirilmiş iş üzrə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. cavabdeh2 MTK ilə payçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, A.Cəlilov küçəsi 26 ünvanında Ticarət Mərkəzinin zirzəmisində (qaraj) 9.748.0 m2 bir pay kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmişdir.
2. cavabdeh2 MTK-nın ##.##.2009-cu il tarixli ** nömrəli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsusdur və dəyəri tam ödənilmişdir.
3. cavabdeh2 MTK üzvlərinin ##.##.2011-ci il tarixli ümumi iclasının ** saylı protokolundan xxxxdan görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, A.Cəlilov küçəsi 26 ünvanında Ticarət Mərkəzinin zirzəmi (qaraj) hissəsində ümumi sahəsi 9.748.0 kv.m. olan qeyriyaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir.
4. cavabdeh2 MTK-nın ##.##.2011-ci il tarixli ** nömrəli maliyyə arayışına əsasən ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binasının Ticarət Mərkəzinin zirzəmi (qaraj) hissəsində ümumi sahəsi 9750,8 kv.m. olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
5. MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən xxxxa əsasən Bakı şəhəri, Nobel prospekti 15 ünvanında yerləşən ümumi sahəsi 9.748.0 kv.m. olan zirzəmi ##.##.2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyata alınmışdır.
6. cavabdeh2 MTK-nın ##.##.2010-ci il tarixli ** nömrəli maliyyə arayışına əsasən MTKnın ünvan 5 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının * saylı avtomobil dayanacağında 1 ədəd avtomobil yeri İddiaçı İdris oğluna məxsusdur və dəyəri tam ödənilmişdir. Maliyyə arayışına ##.##.2011-ci il tarixdə * saylı avtomobil dayanacağının * saylı kimi oxunması barədə düzəliş edilmişdir.
7. cavabdeh2 MTK, “xxxx” MMC və sakin İddiaçı İdris oğlu arasında ##.##.2018-ci il tarixində bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti, 15 A ünvanındakı parking sahəsində 1 avtomobil üçün nəzərdə tutulan * saylı qaraj yerindən Sakinin istifadəsinin şərtləri müəyyən edilmişdir. Müqavilədə qeyd edilmişdir ki, Sakinə * saylı qaraj yeri haqqında MTK tərəfindən ##.##.2010-ci il tarixli ** saylı Maliyyə Arayışı verilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, hüquqi şəxs ##.##.2007-ci il tarixdə cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış, ##.##.2007-ci il tarixdə yenidən təşkil olunaraq cavabdeh2 Mənzil-Tikinti Kooperativinə çevrilmiş, ##.##.2023-cü il tarixdə cavabdeh2 MTK yenidən təşkil olunaraq cavabdeh2 MMC-yə çevrilmişdir. cavabdeh2 MTK ##.##.2023-cü il tarixdə cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN **********) qoşularaq ##.##.2024-cü il tarixdə ləğv olunmuş və kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Əlavə olaraq bildirilir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2007-ci il tarixdən ##.##.2007-ci il tarixədək cavabdeh2 MMC-nin təsisçi və qanuni təmsilçisi, ##.##.2007ci il tarixdən ##.##.2009-cu il tarixədək cavabdeh2 MTK-nın üzvü və sədri olmuşdur. Bundan başqa, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2012-ci il tarixdən ##.##.2013-cü il tarixədək cavabdeh2 MTK-nın üzvü olmuş, həmçinin ##.##.2023cü il tarixdən ##.##.2024-cü il tarixədək cavabdeh2 MTK-nın üzvü olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Birinci iş:
9. İddiaçı İddiaçı İdris oğlunun (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil2 cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativi və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdehlər, yaxud MTK, MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında iddiaçı İddiaçı məxsus avtomobil dayanacağı sahəsindən (Bakı şəhəri, Xətai rayonu, keçmiş Nobel prospekti, 15A ünvandakı parking sahəsində * saylı qaraj yerindən) sərbəst istifadəsinə və girişinə cavabdehlər tərəfindən yaradılan süni və qanunsuz maneələrin aradan qaldırılması, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2018-ci il tarixdə ünvan 3, 1212-ci məhəllə, mənzil 16 ünvanının sakini olaraq cavabdehlər ilə iddiaçı arasında ##.##.2010-cu il tarixli ** saylı maliyyə arayışı əsas götürülməklə, keçmiş Nobel prospekti 15A ünvanındakı parking sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan * saylı qaraj yerindən avtomobil dayanacağı sahəsinin alınmasına dair müqavilə bağlanmışdır. Bu müqavilə üzrə əmlakın dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və daşınmaz əmlak mülkiyyətinə verilmişdir. Xeyli müddətdir ki, avtomobil dayanacağı sahəsi mülkiyyətində və sərəncamında olmasına baxmayaraq cavabdehlər son vaxtlar həmin sahədən iddiaçının rahat istifadəsinə süni əngəllər yaratmağa çalışır. Cavabdehlər uzun illərdir iddiaçının sərəncamında olan qeyri-yaşayış sahəsinə dair sahədən aylıq ödənişlər edilməklə istifadə etməyi ilə bağlı yeni müqavilə bağlamağını təklif etmişlər. Təbii olaraq bu təklif iddiaçı tərəfindən qəbul edilmədiyi üçün hazırkı vəziyyətdə əmlakı zəbt edilmişdir və əmlakından sərbəst istifadəsinə süni maneələr yaradılmışdır. Belə ki, cavabdehlər iddiaçının avtomobil dayanacağı sahəsinə avtomobillə girişini əngəlləməklə, dayanacağa giriş üçün ona verilmiş giriş kartını ləğv etmiş və nəticədə iddiaçı öz mülkiyyətində olan sahəyə hazırda daxil ola və istifadə edə bilmir. İddiaçı dəfələrlə cavabdehlərə qanunsuz olaraq əmlakından istifadəsinə maneçilik törətməməyini, onun mülkiyyətinə müdaxilə edilməməsini, qanunsuz əməllərinə son verməsini, məsələnin sülh yolu ilə həll edilməli olmasını bildirsə də, heç bir razılığa gəlməmişlər. Cavabdehlərlə arasında razılığa gələ bilmədiyi üçün hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, işdə olan maliyyə arayışından, müqavilədən, eləcə də yerli baxışın nəticəsindən görünür ki, keçmiş Nobel prospekti 15A ünvanında yerləşən qaraj yeri iddiaçıya məxsus olmaqla cavabdehlər tərəfindən iddiaçının həmin yerdən istifadəsinə məhdudiyyətlər yaradılır. Cavabdehlərin hərəkətləri qaraj yerinin hazırkı mülkiyyətçisinin Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozur. Sonda vəkil2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclasında cavabdeh cavabdeh2 MTK-nın nümayəndəsi vəkil4 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi keçmiş Nobel prospekti 15A ünvanı ilə maliyyə arayışında qeyd olunan ünvan 6 ünvanı fərqli ünvanlardır. İddiaçının tələb irəli sürdüyü mənzil başqa bir binadadır və onun cavabdeh MTK-ya aidiyyəti yoxdur. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli, ## ######## 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi təmin edilmiş, ##.##.2018ci il tarixdə bağlanmış müqavilə əsasında iddiaçı İddiaçı məxsus avtomobil dayanacağından (Bakı şəhəri, keçmiş Nobel prospekti, 15 A ünvanındakı parking sahəsində * saylı qaraj yerindən) sərbəst istifadəyə və girişə cavabdehlər cavabdeh2 MTK və cavabdeh3 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh2, (hazırda cavabdeh3 MMC adı ilə fəaliyyət göstərən) “xxxx” MMC və iddiaçı İddiaçı arasında müqavilə bağlanmış, həmin Müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti (indiki 8 Noyabr), 15 A ünvanındakı parking sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan * saylı qaraj yeri İddiaçı məxsusdur və müqavilə ilə İddiaçı qaraj yerindən istifadəsinin şərtləri müəyyən edilmiş, bununla bağlı İddiaçı tərəfindən həmin yerin dəyəri tam ödənilmişdir, cavabdeh iddiaçıya əmlakdan sərbəst istifadə etməsində süni maneələr yaratmaqla onun mülkiyyət hüququnu pozur.
15. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, keçmiş Nobel prospekti, 15 A ünvanındakı parking sahəsində * saylı qaraj yerindən sərbəst istifadəyə və girişə cavabdehlər tərəfindən yaradılan süni və qanunsuz maneələr aradan qaldırılmalıdır.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İkinci iş:
17. İddiaçı İddiaçı İdris oğlunun nümayəndəsi və vəkili vəkil2 cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, cavabdeh2 MMC-yə və cavabdeh3 MMC-yə (bundan sonra cavabdehlər, yaxud MMC, ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə cavabdeh2 MMC arasında bağlanmış ##.##.2008-ci il tarixli müqavilənin ##.##.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın iddiaçı İddiaçı məxsus * saylı parklanma yerinə aid hissəsinin etibarsız hesab edilməsi, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına ümumi sahəsi 9.748 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair verilmiş ##.##.2011-ci il tarixli, 0323995 MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən xxxxın, ##.##.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın iddiaçı İddiaçı məxsus * saylı parklanma yerinə aid hissəsində ləğv edilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2010-cu il tarixli ** saylı maliyyə arayışına əsasən keçmiş Nobel prospekti 15A ünvanındakı parking sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan * saylı qaraj yerindən avtomobil dayanacağı sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bundan sonra ##.##.2018-ci il tarixdə ünvan 3, 1212-ci məhəllə, mənzil 16 ünvanının sakini olaraq cavabdehlər ilə iddiaçı arasında ##.##.2010-cu il tarixli ** saylı maliyyə arayışı əsas götürülməklə, keçmiş Nobel prospekti 15A ünvanındakı parking sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan * saylı qaraj yerindən avtomobil dayanacağı sahəsinin alınmasına dair müqavilə bağlanmışdır. Xeyli müddətdir ki, avtomobil dayanacağı sahəsi iddiaçının mülkiyyətində və sərəncamında olmasına baxmayaraq cavabdehlər son vaxtlar həmin sahədən rahat istifadəsinə süni əngəllər yaratmağa çalışmışlar. Cavabdehlər uzun illərdir iddiaçının sərəncamında olan qeyri-yaşayış sahəsinə dair sahədən aylıq ödənişlər edilməklə istifadə etməyi ilə bağlı yeni müqavilə bağlamağı təklif etmişlər. Təbii olaraq bu təklif iddiaçı tərəfindən qəbul edilmədiyi üçün hazırkı vəziyyətdə əmlakı zəbt edilmişdir və əmlakından sərbəst istifadəsinə süni maneələr yaradılmışdır. Belə ki, cavabdehlər avtomobil dayanacağı sahəsinə avtomobillə iddiaçının girişini əngəlləməklə, dayanacağa giriş üçün iddiaçıya verilmiş giriş kartını ləğv etmişdir və nəticədə öz mülkiyyətində olan sahəyə hazırda daxil ola və istifadə edə bilmir. Dəfələrlə cavabdehlərə qanunsuz olaraq əmlakından istifadəyə maneçilik törətməməyini, iddiaçının mülkiyyətinə müdaxilə edilməməsini, qanunsuz əməllərinə son verməsini, məsələnin sülh yolu ilə həll edilməli olmasını bildirsə də heç bir razılığa gəlməmişlər. Tərəflər razılığa gələ bilmədikləri üçün süni maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməklə, ##.##.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında iddiaçı İddiaçı məxsus avtomobil dayanacağından (Bakı şəhəri, keçmiş Nobel prospekti, 15 A ünvanındakı parking sahəsində * saylı qaraj yerindən) sərbəst istifadəyə və girişə cavabdehlər “xxxx” MTK və cavabdeh3 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh2 tərəfindən verilmiş ##.##.2010-cu il tarixli maliyyə arayışında MTK-nın ünvan 6 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının * saylı avtomobil dayanacağında 1 (bir) avtomobil yeri iddiaçıya məxsusdur və dəyəri tam ödənilmişdir. Özünü cavabdeh MTK-nın parking xidmətinin müdiri kimi təqdim edən X1 təqdim etdiyi binanın qaraj yerlərinin yerləşmə sxeminə görə də həmin qaraj 02 nömrə ilə nömrələnmişdir. Belə ki, sxemə görə də həmin yer parking girişindən sol tərəfdə yerləşməli idi. Şəxsin özü də B* nömrəli blokda yaşayır və qeyd olunan qaraj da həmin blokun altındadır. Sənədlərdən də görünür ki, qarajın ünvanı ilə iddiaçının yaşadığı mənzilin ünvanı eynidir. İddiaçı şəxsi avtomobilini həmin nömrəli qarajda saxlamış və dediyinə görə illərdir orda saxladığından onun orda olmasını heç bir qonşu mübahisələndirməmişdir. Lakin iddiaçı həmin yer üçün qonşusunun kartından istifadə edir. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən MTK tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi “xxxx” MTK-nın və eyni zamanda sözügedən əmlakın mülkiyyətçisinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh məhz müqavilədə qeyd olunan ünvanda yerləşən avtodayanacağı tələb edərək iddiasını əsaslandırmışdır. Lakin, ona verilən ##.##.2010-cu il tarixli maliyyə arayışında qeyd olunan ünvanda yerləşən avtodayanacaq iddiaçıya verilmişdir. Cavabdehin apellyasiya şikayəti üzrə *(***)-***/**** nömrəli iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İş apellyasiya instansiyasında araşdırılarkən cavabdeh sonradan etdiyi maliyyə arayışı və xxxx təqdim edərək bildirmişdir ki, mübahisə obyekti olan qaraj Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı şəxsə məxsusdur (birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən və apellyasiya şikayətində belə hal meydana çıxmamışdır). Halbuki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın ilk dövrdən başlayan fəaliyyətində rəsmi olaraq rəhbər şəxs kimi işləmişdir. Sakinlər tərəfindən həmin ünvanda mənzillərin və qarajların satışı barədə danışıqlar məhz birbaşa Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə şəxsən aparılmış və satışı da o, özü həyata keçirmişdir (istər hüquqi şəxsə rəsmi olaraq, istərsədə faktiki olaraq rəhbərlik etdiyi dövrlərdə). Belə olduğu təqdirdə hazırda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına olan xxxxda ona məxsus qaraja aid hissənin etibarsız hesab edilməsinə dair iddia tələbini irəli sürmək zərurəti yaranmışdır. Çünki 2010-cu ildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs faktiki rəhbərliyi altında mübahisələndirilən qaraj sahəsi iddiaçıya satılmış və bunu təsdiq edən maliyyə arayışı təqdim edilmişdir. Bundan sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2011-ci ildə saxtakarlıq edərək iddiaçının almış olduğu, istifadə və sərəncamında olan qaraj sahəsinə daxil olmaqla qarajlar olan bütün mərtəbəyə öz adına xxxxlar almışdır. Əgər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin sahəni qanuni əsaslarla real olaraq mülkiyyətinə almış olsa idi, bu günə qədər həmin qaraj sahəsi iddiaçının istifadəsində olmazdı. Bundan əlavə bu barədə xxxxın olması iddiaçıya bəlli olardı. Əgər iddiaçı digər tələblə məhkəmədə iddia qaldırmasaydı, qeyd edilən xxxxdan xəbərsiz olacaqdır. Bundan əlavə həmin xxxx birinci instansiya məhkəməsində bilərəkdən ortaya çıxarılmamışdır.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirmişdir ki, onun da həmin ünvanda qarajı var. Heç bir problem olmayıb, o, qarajın sahibidir. Onun qarajla bağlı xxxxı var, təqdim edilib. Qarajı təxmini 2011-2012-ci illərdə alıb. İddiaçını qonşu kimi tanıyır, orda mənzili var. O, evi 2011-ci ildə alsa da 2018-ci ildə ora köçmüşdür. İddiaçı qarajla bağlı problemin olduğunu təxmini bir il əvvəl ona demişdir. O, qaraj alandan sonra təklif etmişlər ki, maşını başqa yerdə saxlasın.
20. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 MTK-ya məxsus dayanacaqda B* nömrəli blokun qarşısında A* nömrəli VİP park yeri var. Həmin A1 park yerinin sol tərəfində 02 nömrəsi ilə nömrələnmiş qaraj iddiaçıya məxsusdur. Özünü cavabdeh MTK-nın parking xidmətinin müdiri kimi təqdim edən şəxs bildirmişdir ki, həmin qaraj 02 nömrə ilə nömrələnmişdir. Sənədlərdən də görünür ki, qarajın ünvanı ilə iddiaçının yaşadığı mənzilin ünvanı eynidir. İddiaçı şəxsi avtomobilini həmin nömrəli qarajda saxlamış və dediyinə görə illərdir orda saxladığından onun orda olmasını heç bir qonşu mübahisələndirməmişdir, lakin iddiaçı həmin yer üçün qonşusunun kartından istifadə edir.
21. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilmiş, cavabdeh2 MMC ilə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2008-ci il tarixli müqavilənin ##.##.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus * saylı parklanma yerinə aid hissəsinin etibarsız hesab edilməsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına ümumi sahəsi 9.748 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair verilmiş ##.##.2011-ci il tarixli, 0323995 MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən xxxxın ##.##.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus * saylı parklanma yerinə aid hissəsinin ləğv edilməsi, 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər MMC-dən və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 1 ədəd parklanma yeri (* saylı) barədə MTK ilə İddiaçı arasında razılaşma əldə edilmiş, qaraj sonuncuya satılmış, eyni zamanda qarajın dəyərinin tam şəkildə ödənilməsinə dair ##.##.2010-ci il tarixli maliyyə arayışı da verilmişdir. Həmin vaxtdan etibarən 2023-cü il tarixə kimi qaraj İddiaçı istifadəsində olmuşdur. 2023-cü il tarixdən etibarən İddiaçı qarajdan istifadəsinə maneələr yaradılmışdır. Bununla yanaşı, ünvan 5 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 1 ədəd parklanma (* saylı) yerinin İddiaçı sahibliyində və istifadəsində olmasına baxmayaraq MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında ##.##.2008-ci il tarixli müqavilə, cavabdeh2 MMC tərəfindən ##.##.2011-ci il tarixdə keçirilmiş iclasın protokolundan xxxx və maliyyə arayışına əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs zirzəmiyə dair mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bundan sonra yenidən ##.##.2018-ci il tarixdə cavabdeh2, “xxxx” MMC və İddiaçı arasında Müqavilə bağlanmış, həmin Müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti (indiki 8 Noyabr), 15 A ünvanındakı parking sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan * saylı qaraj yeri İddiaçı məxsus olduğu və müqavilə ilə İddiaçı qaraj yerindən istifadəsinin şərtləri müəyyən edilmişdir.
23. Digər tərəfdən, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9.748.0 m2 zirzəmiyə dair mübahisəli müqavilə ##.##.2008ci il tarixdə imzalanmasına, bunun əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2011-ci il tarixli 0323995 MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən xxxx almasına baxmayaraq, cavabdeh2 MTK İddiaçı ##.##.2012-ci il tarixdə bildiriş ünvanlayaraq MTK-nın Xətai rayonu, A.Cəlilov küçəsi 26 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində * saylı (##.##.2010 tarixli maliyyə arayışı) qaraj (avtomobil dayanacağı) sahəsinin ona məxsus olduğunu, həmin mərtəbədə layihələndirmə işlərində dəyişikliklər baş verdiyindən avtomobil dayanacağı üzrə ödənilən vəsaitin geri qaytarılması üçün ofisə yaxınlaşmağı təklif etmişdir. Eyni zamanda, MMC-nin özünün təqdim etdiyi “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”ndan görünür ki, ünvan 5 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 7 (*) saylı parklanma yerinin İddiaçı satılması barədə ##.##.2010-cu il tarixdə qeydiyyat aparılmışdır. Bundan əlavə, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9.748.0 m2 zirzəmiyə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə MMC arasında bağlanmış ##.##.2008ci il tarixli müqavilə ilə bağlı qeyd həmin jurnala ##.##.2008-ci il tarixdə deyil, 1 il 5 ay sonrakı tarixə, yəni, ##.##.2009-cu il tarixə qeyd edilmişdir.
24. Məhkəmə cavabdeh tərəfin zirzəminin əvvəlcə yaşayış kompleksinin birinci, ikinci, üçüncü mərtəblərində tikilməsinin nəzərdə tutulduğunu, lakin MTK-dan asılı olmayan səbəblərdən layihələndirmə işlərində dəyişikliklərin baş verdiyini, dəyişikliklər baş verdiyindən qarajın təhvil verilməsinin mümkün olmadığı, iddiaçının tələb etdiyi qaraj sahəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olan zirzəmidə yerləşməməsi ilə bağlı dəlilinə qiymət verərək, qeyd etmişdir ki, cavabdeh istinad etdiyi bu hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda həmin hallar cavabdeh2 MMC-nin özünün təqdim etdiyi “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”nda zirzəmiyə dair ayrı-ayrı şəxslərlə bağlanmış müqavilələrə dair qeydlərlə təkzib edilir. Belə ki, həmin jurnaldan görünür ki, yaşayış kompleksinin layihələndirilməsi başa çatmış, 2008, 2009, 2010-cu illərdə ayrı-ayrı şəxslərə mənzillər, qarajlar, ofis və ticarət mərkəzindən yerlər satılmışdır.
25. Beləliklə, ünvan 5 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 1 ədəd parklanma yerinin İddiaçı satılması, həmin vaxtdan onun istifadəsində olması, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9.748.0 m2 zirzəmi ilə bağlı fərqli tarixlərə aid iki maliyyə arayışının verilməsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə cavabdeh2 MMC arasında bağlanmış müqavilənin imzalanma tarixi ilə MMC-nin özünün təqdim etdiyi “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”ndakı qeydiyyat tarixinin üst-üstə düşməməsi hallarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9.748.0 m2 zirzəmiyə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə MMC arasında ##.##.2008-ci il tarixdə bağlanmış müqavilənin ##.##.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında iddiaçı İddiaçı məxsus * saylı qaraja aid hissəsi etibarsız hesab edilməli, eyni zamanda ##.##.2011-ci il tarixli 0323995 MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən xxxxın ##.##.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında iddiaçı İddiaçı məxsus * saylı qaraja aid hissəsi ləğv edilməlidir.
26. Məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlər cavabdeh2 MMC və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs alınaraq, iddiaçıya ödənilməlidir.
27. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 140, 149, 324.1, 324.2, 324.3, 324.4, 324.5, 324.6, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
28. Birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 MTK apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, iddiaçının iddia etdiyi avtomobil dayanacağı sahəsi ünvan 3 ünvanında deyil, ünvan 7 ünvanında “xxxx” MTK–nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının * saylı avtomobil dayanacağında yerləşir. İddiaçıya verilən avtodayanacaq sahəsi barədə MTK tərəfindən ##.##.2010-cu il tarixli maliyyə arayışı verilmiş və həmin Maliyyə arayışından da görünür ki, ünvan 7 ünvanında “xxxx” MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının * saylı avtomobil dayanacağında 1 (bir) avtomobil yeri ona məxsusdur və dəyəri tam ödənilmişdir. İddiaçının tələb etdiyi ünvan 3 ünvanında yerləşən avtodayanacaq sahəsi başqa bir şəxsin mülkiyyətindədir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu faktlara düzgün qiymət verməmişdir. İddia tələbinin təmin edilməsi “xxxx” MTK-nın və eyni zamanda sözügedən əmlakın mülkiyyətçisinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh məhz müqavilədə qeyd olunan ünvanda yerləşən avtodayanacağı tələb edərək iddiasını əsaslandırmışdır. Lakin ona verilən ##.##.2010-cu il tarixli maliyyə arayışında qeyd olunan ünvanda yerləşən avtodayanacaq iddiaçıya verilmişdir.
30. Məhkəmə kollegiyası tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinci iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
31. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən, işin faktiki hallarını araşdırmamış, sübutlara düzgün qiymət verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Mülki iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ##.##.2010-cu il tarixində cavabdeh2 MTK-a bir avtomobil yerinin alışı üçün pul ödəmişdir. Lakin iddiaçı tərəfindən alğı-satqı müqaviləsi məhkəməyə təqdim olunmadığından hansı şərtlərlə razılığa gəlinərək ödəniş edildiyi müəyyən edilməmişdir. MTK tərəfindən ##.##.2012ci il tarixli İddiaçı göndərilmiş Bildirişin mətnindən aydın olur ki, MTK avtodayanacaq yerinin verilməsinin qeyri-mümkün olduğunu iddiaçıya bildirmiş, iddiaçı bildirişə etiraz etməmişdir. MTK ilə razılığa gələrək ##.##.2018-ci il tarixli yeni müqavilə bağlanması sübut edir ki, bildiriş iddiaçıya çatmışdır və o, yeni müqavilədəki şərtlərlə razılaşmışdır. Qeyd edir ki, ##.##.2018-ci il tarixli İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış müqavilə alğı-satqı deyil, müvəqqəti istifadə müqaviləsidir və müqavilə İddiaçı * saylı avtomobil dayanacaq yerindən istifadə şərtlərini müəyyən edir. Müqavilənin tərəfləri bölməsində İddiaçı mülkiyyətçi deyil, “sakin” adlandırılmışdır. Müqavilənin predmeti bölməsində (Maddə 1) “* saylı Qaraj yerindən bundan sonrakı dövrdə Sakinin istifadəsi şərtləri müəyyən edilir” qeyd edilmişdir. Müqavilənin 3-cü və 5-ci bəndlərində MTK sakinin ödənişsiz qaydada istifadə hüququnun həyata keçirilməsi üzrə heç bir maneçilik törətməyəcəyini öhdəsinə götürür, Sakinin hüququ isə 24 saat ərzində ödənişsiz olaraq parkingdən istifadə hüququdur. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyət hüququ verən müqavilə və xxxxı etibarsız hesab edərək * saylı avtodayanacaq üzərində İddiaçı tam mülkiyyət hüququnu tanımışdır. Hansı ki, müqavilə şərtlərinə əsasən * saylı avtodayanacaq sahəsi İddiaçı mülkiyyətinə deyil, müvəqqəti istifadəsinə verilmişdir. Bu isə vətəndaşı Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququndan məhrum etmək üçün əsas deyildir. Məhkəmə qətnamə qəbul edərkən ona əsaslanmışdır ki, MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında alğı-satqı müqaviləsi ##.##.2008-ci il tarixində bağlansa da müqavilə ilə bağlı qeyd MTK-nın Qeydiyyat kitabında ##.##.2009-cu il tarixində yazılmışdır. Lakin Məhkəmə diqqət yetirməmişdir ki, MTKnın məhkəməyə təqdim etdiyi Qeydiyyat kitabı müqavilələrin deyil maliyyə arayışlarının qeydiyyat kitabıdır. İkinci diqqət edilməli məqam isə odur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə MTK arasında bağlanmış ##.##.2008-ci il tarixli müqavilənin dəyəri ##.##.2009-cu il tarixində ödənildiyi halda İddiaçı MTK-a ödəniş etməsi barədə maliyyə arayışı ##.##.2010-cu il tarixinə aiddir. Yəni, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyət hüququ İddiaçı ödəniş etdiyi andan daha əvvəl yarandığından vicdanlı alıcının qanunla qorunan hüquqları məhkəmə tərəfindən pozulmuşdur. Qanuni əsaslarla (##.##.2011-ci il tarixində ******* nömrəli xxxx) Nobel prospekti 15 ünvanındakı 9.748 kv.m. qeyri-yaşayış sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olduğu halda, məhkəmə sübutlara düzgün qiymət verməmiş, Konstitusiya və qanunların tələbinə zidd olaraq vətəndaşı mülkiyyət hüququndan məhrum edilmişdir. Mülki iş materiallarına nəzər yetirdikdə aydın olur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2008-ci il ## #### tarixində cavabdeh2 MTK ilə 9.748,0 kv.m. qaraj sahəsinin alınması üçün müqavilə bağlanmışdır. MTK-nın mülkiyyətçiyə verdiyi Maliyyə Arayışı ilə sübut olunur ki, ##.##.2009-cu il tarixində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-ya 194.960 manat pul ödəmişdir. ##.##.2011-ci il tarixli DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ##.##.2011-ci il tarixli xxxxa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nobel prospekti 15 ünvanında 9.748 kv.m. qeyri-yaşayış sahəsinə (zirzəmiyə) mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı təqdim etdiyi Maliyyə arayışına əsasən İddiaçı MTK-ya ##.##.2010-cu il tarixində * saylı qaraj yeri üçün ödəniş etmişdir. (Məhkəməyə alğı-satqı müqaviləsi təqdim edilməmişdir). ##.##.2012-ci il tarixli MTK-nın İddiaçı göndərdiyi Bildirişin mətninə əsasən MTK İddiaçı müraciət ünvanlayaraq bildirir ki, A.Cəlilov küçəsi 26 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində yerləşən sizə məxsus qaraj layihədə baş vermiş dəyişiklik səbəbindən sizə təhvil verilməyəcək. Qaraj üçün ödənilmiş vəsait geri qaytarılacaq. Bildirişə İddiaçı etirazı daxil olmamışdır. ## ######## 2018-ci il tarixdə MTK ilə İddiaçı arasında bağlanmış müqavilə ilə İddiaçı * saylı parking yerindən istifadə hüququ verilir. Bu müqavilənin bağlanması bir daha sübut edir ki, İddiaçı ##.##.2012-ci il tarixli MTK-nın İddiaçı göndərdiyi Bildirişi qəbul etmiş və avtodayanacaq yerinin geri alınması şərt ilə razılaşmışdır və 2018-ci il tarixində MTK ilə yeni istifadə müqaviləsi bağlamışdır. Göründüyü kimi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK ilə İddiaçı arasında yaranmış mübahisədə üçüncü şəxsdir və o həmin sahəyə mülkiyyət hüququ əldə edən an (##.##.2008-ci il) özgəninkiləşdirən şəxs (cavabdeh2) həmin sahənin qanuni mülkiyyətçisi olmuşdur. Sonradan MTK həmin sahəni qəsdən və ya ehtiyatsızlıqdan digər şəxsin istifadəsinə verilməsi barədə müqavilə bağlaması vicdanlı alıcını əldə etdiklərindən məhrum etməməlidir. Lakin məhkəmə Mülki Məcəllənin tələblərinə zidd olaraq, heç bir qanuni əsas olmadan xxxxı etibarsız hesab etmişdir. Məhkəmə hazırlıq iclasında şahidin çağırılması barədə vəsatətin olmamasına baxmayaraq, məhkəmə baxış iclasına gəlmiş şahidi dindirmiş və cavabdehin etirazına baxmayaraq şahidin təqdim etdiyi xxxxları mülki iş materiallarına əlavə etmişdir. İddiaçıdan baxış iclasında sübutları qəbul etdiyi halda, cavabdehin cavab olaraq sübut təqdim etməyinə şərait yaratmamışdır. Məhkəmə iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə üçüncü şəxs, birləşdirilmiş iş üzrə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, ona verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, hər iki bina MTK-ya məxsusdur. Bina ilə üzbəüz binada qaraj tikilmiş və yer üstü körpü vasitəsi ilə rahatlıqla ora giriş təmin olunmuşdur. Qarajın giriş hissəsi Nobel prospektinə düşür. Təmsil etdiyi şəxs xxxxı 2009-cu ildə yox, 2011-ci ildə almışdır. Buna səbəb sənədlərin itməsi idi. Müraciət edib yenidən aldıqda arayış yeni tarixlə verilir. Layihə ümumi təsdiqlənib. xxxx veriləndə isə ünvanlara bölünüb. Ödəniş tam yekunlaşandan sonra maliyyə arayışı verilir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 MTK-ya heç bir aidiyyəti yoxdur. İddiaçı həmin yerdə maşın saxlamasından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xəbəri olmayıb.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov) cavabdeh cavabdeh2 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, birləşdirilmiş iş üzrə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2008ci il tarixli müqavilənin ##.##.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın iddiaçı İddiaçı məxsus * saylı parklanma yerinə aid hissəsinin etibarsız hesab edilməsi” ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan, cavabdeh2 MTK-nın ##.##.2010-ci il tarixli ** nömrəli maliyyə arayışına əsasən MTK-nın ünvan 5 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının * saylı avtomobil dayanacağında 1 ədəd avtomobil yeri İddiaçı məxsusdur və dəyəri tam ödənilmişdir. Maliyyə arayışına ##.##.2011-ci il tarixdə * saylı avtomobil dayanacağının * saylı kimi oxunması barədə düzəliş edilmişdir.
37. Bundan əlavə, cavabdeh2 MTK, “xxxx” MMC və İddiaçı arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilədə də qeyd edilmişdir ki, İddiaçı * saylı qaraj yeri haqqında MTK tərəfindən ##.##.2010-cu il tarixli, ** saylı Maliyyə Arayışı verilmişdir. Beləliklə, MTK tərəfindən həmin müqavilədə də * saylı qarajın İddiaçı məxsusluğu təsdiq edilmişdir.
38. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, MTK ilə İddiaçı arasında mübahisəli hüquq münasibəti yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Şərh olunanlara əsasən İddiaçı mübahisəli * saylı qarajın ##.##.2010-cu il tarixdən mülkiyyətçisi olduğu müəyyən edilir.
39. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, işdən o da müəyyən edilir ki, cavabdeh2 MTK ilə payçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında Bakı şəhəri, A.Cəlilov küçəsi 26 ünvanında Ticarət Mərkəzinin zirzəmisində (qaraj) 9.748.0 kv.m. bir pay kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilməsi barədə ##.##.2008-ci il tarixli müqavilə bağlansa da, mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan quruma Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ##.##.2011-ci il tarixli, ** nömrəli maliyyə arayışı təqdim edilmişdir. Yəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin sahənin dəyərini (pay haqqını) qeyd olunan tarixdə ödəmişdir.
40. Bundan başqa, həmin quruma təqdim edilən cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının ##.##.2011-ci il tarixli, ** saylı protokolundan xxxxdan müəyyən edilir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın üzvlüyə qəbul edilməsi həmin tarixdə baş tutmuşdur.
41. Göründüyü kimi, MTK-nın artıq öz mülkiyyətində olmayan qaraj barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.
42. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və MTK sonuncu tərəfindən verilmiş ##.##.2009-cu il tarixli ** nömrəli maliyyə arayışına istinad etsələr də, məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab etmişdir ki, həmin sənəd mötəbər sayıla bilməz: Birincisi, qeyd olunan maliyyə arayışı həmin tarixdə verildiyi və MTKnın rəsmi qeydiyyat jurnallarında əks olunduğu təqdirdə dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün həmin arayışın dublikatı verilə bilərdi. Buna baxmayaraq həmin arayışın dublikatı yerinə fərqli tarixli (##.##.2011-ci il) və nömrəli (33 əvəzinə 75) maliyyə arayışı təqdim edilmişdir.
43. İkincisi, yuxarıda da qeyd olunduğu kimi, * saylı qarajın İddiaçı məxsusluğu yuxarıda istinad olunan ##.##.2018-ci il tarixli müqavilədə də MTK tərəfindən təsdiq olunmuşdur.
44. Üçüncüsü, İddiaçı məhkəmə iclasında bildirmişdir ki, qaraja görə pulu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumata əsasən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2007-ci il tarixdən ##.##.2007-ci il tarixədək cavabdeh2 MMC-nin təsisçi və qanuni təmsilçisi, ##.##.2007ci il tarixdən ##.##.2009-cu il tarixədək MTK-nın üzvü və sədri, ##.##.2012-ci il tarixdən ##.##.2013-cü il tarixədək MTK-nın üzvü, həmçinin ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək MTK-nın üzvü olmuşdur.
45. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş müxtəlif media resurslarından xxxxlar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 MTK-nın faktiki sahibi olması, hətta MTK-nın adında “BB” hərflərinin mövcudluğu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adı və soyadının inisialları olması qənaətinə gəlməyə əsas verir. Göstərilənlərə əsasən, MTK-nın qeydiyyat jurnalında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına tərəfindən verilmiş ##.##.2009-cu il tarixli ** nömrəli maliyyə arayışı barədə qeydin edilməsi də mötəbər sayıla bilməz. Həmin qeyd 2009-cu ilə aid jurnalda ən son qeyd kimi aparılmış, məhkəmə iclasında həmin jurnala vizual baxış keçirilərkən eyni tarixdə aparılmış ayrı iki qeydlərdən fərqli rəngli qələmlərlə aparıldığı nəzərə çarpmışdır.
46. Nəhayət, İddiaçı uzun müddət həmin qarajdan istifadə etməsinə baxmayaraq nə MTK, nə də ki Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs buna etiraz etməmiş, qarajın İddiaçı məxsusluğunu mübahisələndirməmişlər.
47. MTK birinci iş üzrə apellyasiya şikayətində iddiaçı İddiaçı tərəfindən iddia edilən qarajın ünvan 3 ünvanında deyil, ünvan 7 ünvanında yerləşdiyini bildirsə də, həm İddiaçı, həm də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmiş maliyyə arayışların ikisində də ünvan olaraq ünvan 7 qeyd edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrini aparan qurum tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilən xxxxda artıq ünvan olaraq ünvan 3 göstərilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının tələb etdiyi qarajın ünvanı da reyestri aparan qurum tərəfindən dəyişdirilərək ünvan 3 kimi qeyd edilmişdir.
48. Məhkəmə kollegiyası bunlarla bağlı qeyd etmişdir ki, alğı-satqı müqaviləsinin tərtib edilib-edilməməsindən asılı olmayaraq pay haqqının tam verilməsi kooperativin verdiyi əmlaka mülkiyyət hüququ əldə edilməsi üçün əsasdır. Layihədə dəyişikliyin baş verməsi, iddiaçının bununla bağlı bildirişi qəbul etdiyi və qarajın geri alınması şərt ilə razılaşdığı isə iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı həmin şərtlə razı olduğu təqdirdə MTK-dan təklif olunan ödənişi geri almış olardı. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vicdanlı alıcı kimi hüquqlarının pozulması ilə bağlı kollegiya qeyd etmişdir ki, onun tərəfindən əldə edilmiş daşınmaz əmlak əldə edilən zaman dövlət reyestrində qeydiyyata alınmadığından o, vicdanlı alıcı hesab edilə bilməz.
49. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birləşdirilmiş iş üzrə birinci instansiya məhkəməsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına ümumi sahəsi 9.748 kv.m. təşkil edən qeyri-yaşayış səhəsinə dair verilmiş ##.##.2011-ci il tarixli, 0323995 MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən xxxxın Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus * saylı qaraja aid hissəsinin ləğv edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır.
50. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh2 MTK ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2008-ci il tarixli müqavilənin həmin * saylı qaraja aid hissəsinin etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamışdır.
51. Belə ki, həmin müqavilə iddiaçı İddiaçı tərəfindən ona məxsus * saylı qaraja aid pay haqqı ödənilməmişdən öncə bağlanmış, müqavilə bağlanan vaxt Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən pay haqqı ödənilməmişdir, beləliklə də həmin müqavilənin mövcudluğu iddiaçının hüquqlarına təsir göstərmir.
52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 152.1, 152.5, 157.2, 157.4, 178.8, 425.1, 560.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli Qərarına, M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 58.1, 58.2, 77.1, 88, 217, 384.0.1, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
53. Qətnamədən birinci iş üzrə üçüncü şəxs, birləşdirilmiş iş üzrə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məhkəmə tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdin etibarlı olub-olmamasına baxmalıdır. Mülki iş materiallarında olan sübutlara əsasən mübahisəli qaraj yerinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilməsi haqqında ##.##.2008-ci il tarixli Müqavilə, ##.##.2009-cu il tarixli Maliyyə arayışı və ##.##.2011-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən “xxxx” vardır. cavabdeh2 MTK-nın İddiaçı ilə ##.##.2018-ci il tarixində müqavilə bağlayarkən həmin əmlak Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qanuni mülkiyyətində olmuşdur və həmin əmlak barədə MTK və “xxxx” MMC müqavilə bağlamağa səlahiyyətli şəxs olmamışdır. Bu əsasla məhkəmə müqavilənin etibarlılıq məsələsini araşdırmalı və maddi hüquq normasının tələblərinə uyğun olaraq MTK, “xxxx” MMC və İddiaçı arasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləni etibarsız hesab etməli idi. Lakin, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuş və düzgün olmayan qətnamə qəbul etmişdir.
55. İddiaçı qarajın alışına dair müqaviləni məhkəməyə təqdim etməmişdir. Onun hansı şərtlərlə müqavilə bağlayaraq pul ödəməsi məhkəməyə məlum deyildir. İddiaçı məhkəməyə təqdim etdiyi ##.##.2010-ci il tarixinə aid maliyyə arayışında qeyd edilir ki, * saylı avtomobil dayanacağında bir avtomobil yeri ona məxsusdur və dəyəri tam ödənilmişdir. cavabdeh2 MTK tərəfindən İddiaçı ##.##.2012-ci il tarixli bildiriş göndərərək layihədə edilmiş dəyişiklik nəticəsində ona qarajın verilməsinin mümkün olmaması bildirilmiş və pulu geri götürmək üçün ofisə gəlməsi xahiş edilmişdir. Daha sonra İddiaçı ##.##.2018-ci il tarixində MTK və “xxxx” MMC ilə yeni üçtərəfli müqavilə bağlamışdır. (eyni əmlak barədə yeni müqavilənin bağlaması bildirişi qəbul etməsindən xəbər verir) Müqavilənin şərtinə əsasən ##.##.2010-cu il tarixli maliyyə arayışını nəzərə alaraq sakinə qeyri-müəyyən müddətdə ödənişsiz qaydada * saylı qaraj yerindən istifadə hüququ verilir. (müqavilənin 1-ci bəndi; 2-ci bəndi; 3.2-ci bəndi) Sübutlardan da göründüyü kimi İddiaçı aid nə maliyyə arayışında, nə də müqavilədə İddiaçı tam mülkiyyət hüququ barədə qeyd yoxdur. ##.##.2018-ci il tarixli Müqavilədə yalnız istifadə hüququ barədə razılaşma imzalanıb. Lakin, məhkəmə müqavilə, maliyyə arayışı və Dövlət Reyestr Xidmətinin "xxxxı" əsasında tam mülkiyyət hüququ tanınan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hüquqlarını və qanunun tələblərini pozaraq İddiaçı əmlak üzərində mülkiyyət hüququnu tanımış, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.
56. İş materiallarında olan sübutlara əsasən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ## #### 2008 ci il tarixində “xxxx” MTK ilə zirzəmidə yerləşən sahəsi 9.748.00 kvadrat metr olan qaraj sahəsinin alınmasına dair müqavilə bağlamışdır. ##.##.2009-cu il tarixində 194.960,0 manat məbləğinin ödənilməsi barədə cavabdeh2 MTK Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maliyyə arayışı təqdim edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi maliyyə arayışı isə ##.##.2010-ci il tarixinə aiddir. (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sonrakı vaxta) Bundan əlavə İddiaçı qaraj alğı-satqısına dair müqaviləni məhkəməyə təqdim etməmişdir. Onun hansı şərtlərlə müqavilə bağlayaraq pul ödəməsi məhkəməyə məlum deyildir. MTK tərəfindən İddiaçı ##.##.2012-ci il tarixli bildiriş göndərərək layihədə edilmiş dəyişiklik nəticəsində ona qarajın verilməsinin mümkün olmaması bildirilmiş və pulu geri götürmək üçün ofisə gəlməsi xahiş edilmişdir. Daha sonra İddiaçı ##.##.2018-ci il tarixində MTK və “xxxx” MMC ilə üçtərəfli müqavilə bağlamışdır. Müqavilənin şərtinə əsasən ##.##.2010-cu il tarixli maliyyə arayışını nəzərə alaraq sakinə qeyri-müəyyən müddətə ödənişsiz qaydada * saylı qaraj yerindən istifadə hüququ verilir. (müqavilənin 1-ci bəndi; 2-ci bəndi; 3.2-ci bəndi). Birinci instansiyasının DƏDRX sorğusuna cavab olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisəli obyekt ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatına əsas olmuş maliyyə arayışı, MTK üzvlərinin iclas protokollarından xxxx məhkəməyə təqdim olunmuş və həmin sənədlərdə həm maliyyə arayışı, həm də iclas protokolu ## ###### 2011-ci il tarixinə olmuşdur. Buna səbəb isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bina istismara təhvil verildikdən sonra obyektə “xxxx” almaq üçün özündə olan maliyyə arayışını tapmamış və təkrarən MTKya Maliyyə arayışının verilməsi barədə müraciət etmişdir. MTK ##.##.2011-ci il tarixinə borcun olmaması barədə arayış vermişdir. Məhkəmə düzgün olmayaraq, öz mülahizəsinə əsasən, ekspert rəyi olmadığı halda ##.##.2009-cu il tarixinə olan maliyyə arayışını saxta hesab etmişdir və təkcə bu əsasla da xxxxın ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə İddiaçı heç bir sübuta əsaslanmayan izahatı ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı qarajın alışı zamanı pulu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxsən vermişdir. Hansı ki, Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumat da təsdiq edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı nə maliyyə arayışı verilən zaman, nə də əvəzsiz istifadə müqaviləsi bağlayan zaman cavabdeh2 MTK-nın nə sədri, nə də təsisçisi olmuşdur. Həmçinin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmiş maliyyə arayışında zirzəmi hissədə olan qaraj sahəsinin verilməsi göstərilsə də, İddiaçı verilmiş maliyyə arayışında isə avtomobil dayanacağında bir avtomobil yeri üçün ödəniş edildiyi qeyd edilmişdir. Məhkəməyə MTK-nın nümayəndəsi izahatında bildirilmişdir ki, binanın 3cü mərtəbəsində avtodayanacaq nəzərdə tutulmuş və həmin yerə görə ödəniş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə zirzəmi hissə bütünlükdə satılmışdır. Sonradan layihədə dəyişiklik edilmiş və 3-cü mərtəbədə olan avtomobil dayanacağı ləğv edilmişdir. Məhkəmə sadalanan sübutlara düzgün qiymət verməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnən düzgün olmayan qətnamə qəbul edilmişdir.
57. Mülki Prosessual Məcəllənin müvafiq normalarına əsasən, məhkəmədə sübut qismində təqdim edilmiş müqavilənin və ya maliyyə arayışının saxtalığına şübhə yaranarsa, məhkəmə ekspertiza təyin etməklə şübhəni aradan qaldırmalı, hansı sübutun saxta, hansı sübutun əsl olduğunu müəyyən etməlidir. Lakin hazırkı prosesdə məhkəmə ekspertiza təyin etməmiş yalnız özü sübuta baxaraq maliyyə arayışının qeydiyyat kitabında yazının fərqli rəngdə olması qənaətinə gəlmiş və hesab etmişdir ki, maliyyə arayışı barədə qeyd sonradan yazılıb və bu əsasla təqdim edilmiş ##.##.2009-cu il tarixli Maliyyə arayışını saxta hesab etmiş və prosessual normanın pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
58. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
59. Maddə 29 (İ və IV hissələr). Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
60. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
61. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
62. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
63. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
64. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
65. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (## ###### 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
66. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
67. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
68. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
69. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
70. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il ## ####### tarixli Qərarı.
71. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
74. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
80. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
81. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
82. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
83. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə üçüncü şəxs, birləşdirilmiş iş üzrə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
87. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
89. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
90. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
91. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
92. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə üçüncü şəxs, birləşdirilmiş iş üzrə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.