Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-279/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi * saylı körpələr evi- uşaq bağçasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi əmək mübahisəsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əliyev oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi * saylı körpələr evi- uşaq bağçasına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2024-cü il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmiş, ##.##.2024-cü il tarixdə iddiaçıya əmək müqaviləsinə xitam verildiyi bildirilmiş, bundan sonra müxtəlif dövlət orqanlarına şikayət ərizələri ilə müraciət etmiş, məhkəməyə isə hazırki iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə müraciət etmişdir.
2. Iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş, müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilmiş, ərizədə qeyd edilmiş səbəblər (hüquqi biliyi olmaması, əsəb sisteminin korlanması, ürəyində problemlər yaranması və anasının ağır xəstəli olması) məhkəmə tərəfindən üzürlü hesab edilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi * saylı körpələr evi- uşaq bağçasına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək ##.##.2024-cü il tarixli, ** nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və əsassız olaraq işdən çıxarılması ilə əlaqədar olaraq ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Füzuli rayon Qayıdış qəsəbəsi * saylı körpələr evi- uşaq bağçasında sanitar-dayə vəzifəsində işləmiş. ##.##.2024-cü il tarixində uşaq bağçasının müdirəsi Nümayəndə ona yaxınlaşaraq bildirmişdir ki, onun ştatı bundan sonra 0,85 vahid olacaq, ya bununla razılaşmalıdır, ya da işdən çıxarılacaq. Qanunvericiliyə görə bağçanın müdiri əmək şəraitinin dəyişdirilməsi və həmçinin əmək müqaviləsində dəyişikliyin olacağı barədə ona əvvəlcədən yazılı şəkildə məlumat verməli olduğu halda, bununla əlaqədar heç bir məlumat verməmişdir. Əmək müqavilənin yerləşdiyi elektron sistemə baxdıqda həmin müqavilənin qüvvədə olduğunu görmüş, səhərisi gün yəni, ##.##.2024-cü il tarixində o, yenidən iş yerinə gəlmişdir. Iddiaçı növbəti günlərdə də işə gəldiyi üçün Nümayəndə ilə aralarında mübahisə yaranmış və o, iddiaçını məcburi surətdə bağçadan çıxarmaq üçün polis əməkdaşlarını bağçaya dəvət etmişdir. Həmçinin o, elektron sistemə baxdıqda onun AR Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndi ilə işdən çıxarıldığını görüb. Lakin sonradan bağçanın rəhbərliyi həm onun əmək kitabçasında, həm də ona təqdim edilmiş əmrdə “a” bəndini pozaraq “c” bəndi kimi düzəliş etmişdir. Həmçinin bildirmək istəmişdir ki, bağçanın rəhbərliyi tərəfindən bu qanunsuzluğa yol verildiyi üçün iddiaçı Əmək Müfəttişliyinə də şikayət edib. Bununla əlaqədar Əmək Müfəttişliyində araşdırma aparılmış və bağçanın rəhbərliyinin əməllərində IXMnin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib hissəsi olduğu üçün o, inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. Artıq ##.##.2024-cü il tarixində iddiaçı işdən çıxarıldığını bilib. Lakin iş yerində baş vermiş mübahisə nəticəsində ayağı zədələndiyi üçün yerimək qabiliyyətini itirib. Ona görə də müxtəlif həkimlərə müraciət edib. Lakin həmin vaxt rayon ərazisində fəaliyyət göstərən travmatoloq işdə olmadığı üçün və məzuniyyətə getdiyi üçün iddiaçı məcbur olub Bakı şəhərinə gedib. Həmçinin ayağından əlavə ürəyində də problemlər yaranmış və eyni zamanda əsəb sistemi də korlanmışdır. O, Nümayəndə açıqaydın şəkildə rüşvət istəməsi barədə səs yazısını həm Qarabağ Regional Təhsil Idarəsinə, həm də X4 Xidmətinin Qarabağ Regional şöbəsinə təqdim etsə də, bununla əlaqədar heç bir hüquqi tədbir görülməmiş və onun işdən çıxarılmağının əsl səbəbi müəyyən edilməmişdir. Iddiaçı hüquqlarının müdafiəsi üçün ## ####### 2024-cü il tarixində Beyləqan rayon Vəkil bürosunun müdiri X1 ilə müqavilə bağlayıb və həmçinin onun adından çıxış etmək üçün etibarnamə də verib. Həmin gündə yəni, ##.##.2024-cü il tarixində onun adından qarşı tərəfə mediasiya prosesində iştirak etmək üçün təklif də göndərilmişdir. O, məhkəməyə nə vaxt müraciət edəcəyini vəkildən soruşduqda, o, yalnız bütün dövlət orqanlarına yazdığı şikayətlərə cavab gəldikdən sonra məhkəməyə müraciət edə biləcəyini demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, vəkil işlə əlaqədar heç bir tədbir görməmiş və aralarında bağlanmış müqaviləyə səhlənkarcasına yanaşmışdır. Ona görə də onunla aralarında bağlanmış müqaviləyə xitam verilməsini və ona ödədiyi pulun geri qaytarılmasını xahiş edib. Lakin o, qərəzli şəkildə bundan imtina etdiyi üçün onun barəsində şikayət ərizəsi ilə həm Vəkillər Kollegiyasına, həm də Beyləqan rayon polis şöbəsinə müraciət edib. Əfsuslar olsun ki, inanıb etibar etdiyi şəxs də onu aldadaraq heç bir iş görməmiş və əbəs yerə vaxtının boş keçməsinə şərait yaratmışdır.
5. Cavabdeh nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə vermiş, ərizədə qeyd edilmişdir ki, iddiaçıya ##.##.2024-cü il tarixdə işdən azad edildiyi elan etmiş və iş yerini tərk etməli olduğunu tələb edilmişdir. Iddiaçıya, işdən azad edilməsi barədə ##.##.2024-cü il tarixli, ** nömrəli əmr poçt vasitəsilə ##.##.2024-cü il tarixdə rəsmi təqdim edilmişdir. Iddia müddəti ötürülmüşdür.
6. Iddiaçı məhkəməyə buraxılmış iddia müddətinin bərpası barədə ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqşünas olmadığı üçün əmək mübahisələrində iddia müddəti anlayışının nə olduğunu bilməmişdir. Öz savadı çərçivəsində aidiyyəti olan bütün idarə və təşkilatlara mütəmadi olaraq şikayət etmişdir. Həmçinin həm özünün, həm də anasının ağır xəstəliyi ilə əlaqədar bəzən bu işlə məşğul olmağa fiziki cəhətdən də imkanı olmamışdır. Ona görə də hesab edir ki, iddia ərizəsinin məzmununda qeyd etdiyi üzürlü səbəbləri də nəzərə alaraq, onun işdən çıxarılmağı ilə əlaqədar əmrdən şikayət vermə müddəti bərpa edilməlidir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
8. Cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi * saylı körpələr evi- uşaq bağçasının nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçını işdən azad etməmişdən əvvəl 2024-cü ilin fevral ayında işçilərin iştirakı ilə iclas keçirmiş, həmçinin həmin ilin mart ayında hər bir işçiyə ayrı-ayrılıqda bildiriş ünvanlayaraq əmək haqqılarında dəyişikliklərin olması və bəzi ştatların ləğv olunma ehtimalı barədə onları məlumatlandırmışdır. Aprel ayında məsələ ilə bağlı daha bir bildiriş də göndərmişdir. Həmin bildirişlərin qəbzləri də mövcuddur. May ayında uyğun olaraq işçilərin əmək haqları sistemə yerləşdirilmişdir. Həmin vaxt Iddiaçı əmək haqqında 14 manat azalma olduğunu görərək bu barədə ona müraciət edib və o, dəyişikliklərlə bağlı iddiaçını bir daha məlumatlandırıb. Daha sonra isə əmək məzuniyyətinə çıxıb. Iyul ayının sonunda Əmək Müfəttişliyi tərəfindən ona zəng edilərək barəsində şikayət olduğu bildirilib. Məsələ ilə bağlı yenə də iddiaçı ilə görüşərək danışıb, lakin söhbət əsnasında iddiaçı qanunsuz olaraq onun səsini yazıb, həmin səs yazısını icazəsi və xəbəri olmadan müxtəlif idarə və təşkilatlara təqdim edib, həmçinin onu şantaj edib. Bütün bunların cinayət tərkibi yaratmasını, mülki işə aidiyyəti olmamasını nəzərə alaraq məhkəmə iclasında müzakirə olunmamasını və işə mahiyyəti üzrə baxılmasını xahiş edir.
9. Füzuli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə # ######## 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi * saylı körpələr evi- uşaq bağçasına qarşı işə bərpa tələbinə dair iddia tələbi təmin edilməmişdir (hakim Elmir Ismayılov).
10. Iddiaçının iddia müddətinin bərpasına dair dəlillərinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin dəlillər əsassızdır. Belə ki, iddiaçı səhhətinin əl verməməsi və fiziki gücünün yetərsizliyi baxımından vaxtında məhkəməyə müraciət edə bilməməsini bildirsə də, iş materiallarından da aydın olduğu kimi, iddiaçı əmək müqaviləsinə xitam verildiyini öyrəndiyi tarixdən başlayaraq işə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmiş, öz narazılığını bildirmiş, müxtəlif nüsxələr toplamış, səs yazıları əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd olunan məsələ ilə bağlı iddiaçı mahiyyəti üzrə məhkəməyə də müraciət edə bilərdi. Bununla yanaşı, iddiaçı hüquqi savadının yetərsiz olmasını və bu sahədə müraciət etdiyi heç bir idarə və təşkilatlar tərəfindən maarifləndirilməməsini bildirsə də, məhkəmə hesab etdir ki, bu hal həqiqətə uyğun deyildir. Belə ki, iş materiallarında olan mövcud cavab məktubları əsasında, həmçinin Füzuli rayon Qayıdış qəsəbəsi * saylı körpələr evi- uşaq bağçasının həmkarı X3 tərəfindən iddiaçıya ünvanlanmış ərizə əsasında müəyyən olunur ki, istər müraciətlərin cavablandırılması zamanı, istərsə də, işdən azad olunma ilə bağlı hansısa narazılığı olduğu halda məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah olunub.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, istənilən halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Iddiaçı vəkil X1 ilə aralarında bağlanmış hüquqi yardımın göstərilməsi ilə bağlı bağlanmış müqaviləyə əsasən məhkəmə icraatı ilə bağlı lazımi addımları vaxtında icra etməməsini, onu bu mövzuda aldatmasını bildirsə də, bu fakt öz təsdiqini tapmamışdır.
12. Məhkəmə belə qənaətə gəlmişdir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddiaçı İddiaçı cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi * saylı körpələr eviuşaq bağçasına qarşı işə bərpa tələbinə dair iddia tələbi rədd edilməlidir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3, 179, 375, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Cahid Imanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Qasım Əliyev).
17. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Xidmətin Mil-Muğan regional şöbəsinin sabiq əməkdaşı N.Hətəmova məxsus səs yazılarının təhlili zamanı qanunvericiliyin tələblərinin pozulması halına rast gəlinməmiş və onunla bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Əlavə olaraq, U.Əjdərzadəyə məxsus səs yazısının təhlili zamanı Xidmətin əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına və ya korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsi halını müəyyən etmək mümkün olmamışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlili məhkəməyə müraciət etməsi üçün müddətin ötürməsini hüquqlarını bilməməsi, barmağının sınması, dizlərindən xəsarət alması ilə bağlı olmasını göstərmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilmiş, ##.##.2024-cü il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuş, işə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmişdir. Iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə isə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi (i/v. səh. 138- 139) ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı onunla cavabdeh arasında olan əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilməsini bildiyi halda 10 ay 2 gün sonra, yəni ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. Kollegiya hesab etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. Iddiaçı faktiki olaraq ##.##.2024-cü il tarixdən işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmaması barədə xəbərdarlıq edilmiş, belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı hüququnun pozulduğu həmin vaxtdan bilmiş olmuşdur. Iddiaçı səhhətinin əl verməməsi və fiziki gücünün yetərsizliyi baxımından vaxtında məhkəməyə müraciət edə bilməməsini bildirsə də, iş materiallarından da aydın olduğu kimi, o, əmək müqaviləsinə xitam verildiyini öyrəndiyi tarixdən başlayaraq işə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmiş, öz narazılığını bildirmiş, müxtəlif nüsxələr toplamış, səs yazıları əldə etmişdir. Kollegiya hesab edir ki, iddiaçı bütün bunların əvəzinə mahiyyəti üzrə məhkəməyə də müraciət edə bilərdi. Lakin iddiaçı bu hüququndan vaxtında istifadə etməməklə hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməkdə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
21. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinə 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2001-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. Iddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətində Əmək Məcəlləsinin 2-ci, 68-ci maddəsinin “c” bəndinə, 296-cı maddəsinə, 300.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, əmək münasibətlərində tərəflərin mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas vəzifə və prinsiplərindən biridir. Lakin işin hallarından görünür ki, iddiaçının hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulsa da, məhkəmə tərəfindən hüquqları qorunmamış və qanunun aliliyi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən eyni hal təkrarlanmış və məhkəmə tərəfindən heç bir araşdırılma aparılmadan Füzuli rayon məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmşdır. Bununla da ƏMnin 2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Cavabdeh tərəfindən qanunun bu normasına istinad olunaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin mülki işin sənədlərindən də görünür ki, cavabdehin nümayəndəsi olan Nümayəndə həmin bu vəzifəyə təyin etmək üçün 1100 manat məbləğində rüşvət istəmiş və iddiaçının belə maddi imkanı olmadığı üçün Ərəbova Darçını onun yerinə təyin etmişdir. Işin hallarından görünür ki, iddiaçının gördüyü işin şərtlərində hər hansı bir dəyişiklik olmamışdır. Dəyişiklik yalnız əmək haqqının 15 manat həcmində azalmasından gedir. Lakin cavabdehin nümayəndəsi iddiaçının onun qanunsuz əməllərindən əvvəllər də şikayət etdiyini nəzərə alaraq iddiaçıdan heyif almaq üçün yalandan əmək məcəlləsinin bu normasını tətbiq edərək, onunla əmək müqaviləsinə xitam vermək istəmişdir. Çox qəribədir ki, o, əvvəl iddiaçının işdən çıxma əmrini AR Əmək Məcəlləsinin 68-ci maddəsinin A bəndi ilə rəsmiləşdirmiş, lakin sonradan fikrini dəyişərək, həmin maddənin C bəndinə çevirmişdir. Lakin mülki işin sənədlərindən də görünür ki, iddiaçının AR Əmək Məcəlləsinin 68-ci maddəsinin C bəndi ilə işdən çıxarılmağı üçün hər hansı bir hüquqi əsas yoxdur. Iddiaçı apellyasiya şikayətinin məhkəmə baxışı zamanı yuxarıda göstərdiyi qanun pozuntularını məhkəmənin nəzərinə çatdırmaq istəsə də əfsuslar olsun ki, məhkəmə tərəfindən buna əhəmiyyət verilməmiş və bununla da məhkəmə tərəfindən AR Əmək Məcəlləsinin 68-ci maddəsi pozulmuşdur. Iddiaçı işdən çıxarılmağı ilə əlaqədar həm AR Elm və Təhsil Nazirliyinə, həm Əmək Müfəttişliyinə şikayət ərizələri ilə müraciət etmiş, həm də məhkəməyə müraciət etmək üçün mediasiya təşkilatına da müraciət etmişdir. Bundan başqa iddiaçının hüquqlarını müdafiə etmək üçün Beyləqan rayon Vəkil Bürosunun müdiri vəkil X2 da müraciət etmişdir. Yəni iddiaçı öz savadı və dünyagörüşü çərçivəsində edə biləcəyi bütün prosessual hərəkətləri etmişdir. Iddiaçı həmin bu halları apellyasiya məhkəməsi baxışı zamanı bir daha məhkəmənin nəzərinə çatdırsa da, məhkəmə tərəfindən əlavə hər hansı bir araşdırılma aparılmamış və yalnız Füzuli rayon Məhkəməsinin qəbul etdiyi qətnamədə göstərilmiş hallar yenidən Şirvan Apellyasiya məhkəməsinin qətnaməsində təkrarlanmışdır. Bununla da AR Əmək Məcəlləsinin 296.7-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçı barəsində işdən çıxma barədə əmr verilərkən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə istinad olunsa da, faktiki olaraq həmin faktları sübut edən heç bir fakt yoxdur. Ona görə də məhkəmə iddianı təmin etməli olduğu halda, əsassız olaraq təmin etməmişdir. Şirvan Apellyasiya Məhkəməsində də işə baxılarkən heç bir araşdırılma aparılmadan apellyasiya şikayəti təmin edilməmiş bununla da məhkəmə tərəfindən AR Əmək Məcəllənin 300-cü maddəsinin tələbləri pozulmuşdur.
24. Kassasiya şikayətində AR Mülki Məcəlləsinin 382-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, mülki işin sənədlərindən görünür ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia müddətinin bərpası barədə ərizədə həm hüquqi savadının olmadığını, həm də xəstə olduğunu bu baxımdan da əmək mübahisələri ilə əlaqədar məhkəməyə müraciət etmək müddətinin olmasından xəbərinin olmadığını göstərmişdir. Məhkəmə tərəfindən nə savadsız olmağı, nə də xəstə olmağı nəzərə alınmamış və əsassız olaraq iddia müddəti bərpa olunmamışdır. Çox qəribədir ki, apellyasiya şikayətinin məhkəmə baxışı zamanı da yuxarıda göstərdiyi üzürlü səbəblərin heç biri nəzərə alınmamış və məhkəmə yenə də cavabdehin düzgün hərəkət etdiyi qənaətinə gəlmişdir. Bununla da məhkəmə tərəfindən AR MM-nin 382-ci maddəsinin tələbləri pozulmuşdur.
25. AR Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsi pozulmuşdur. Məhkəmə tərəfindən iddiaya baxılarkən məhkəməyə təqdim edilmiş faktlar və sənədlər obyektiv və ətraflı araşdırılmamışdır. Həmçinin apellyasiya şikayətinin məhkəmə baxışı zamanı da işin bütün halları obyektiv araşdırılmamışdır. Bu isə həm məhkəmə baxışının ümumi prinsiplərinə həm də mülki-prosessual qanunvericiliyin tələblərinə ziddir. Yazılı sübutlar və səsyazıları məhkəmə tərəfindən sübut qəbul edildiyi halda, məhkəməyə təqdim edilmiş cavabdehin nümayəndələri ilə iddiaçı arasında olan səs yazıları digər şəxslər arasında olan danışıqların səs yazısı olan CD disk məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Bir halda ki, həmin danışıqlarda işin hallarına uyğun bir çox məqamlar öz təsdiqini tapmışdır. Hesab etmişdir ki, həmin danışıqlar yazılmış CD disk iddianın daha ədalətli və obyektiv araşdırmasına xidmət edərdi. Iddiaçı xəstəliyi ilə əlaqədar bütün sübutları da məhkəməyə təqdim etmişdi. Eyni zamanda qanunsuz işdən çıxmağı ilə əlaqədar müxtəlif dövlət orqanlarına ünvanladığı ərizə və şikayətləri və həmçinin bu ərizələr olan cavabları məhkəməyə təqdim etsə də, onlara da sübut kimi qiymət verilməmişdir. Iddiaçı apellyasiya baxışı zamanı birbaşa işə aid olan səs yazıları olan CD disk və flaş kartı məhkəməyə təqdim etsə də məhkəmə əvvəl onları iddiaçıdan istəmiş lakin sonradan həmin səs yazılarını tətbiq etməkdən imtina etmişdir. Bu isə işin ətraflı araşdırılmamasından əlavə işə birbaşa aid olan sübutların tədqiqindən imtina deməkdir. Bununla da məhkəmə tərəfindən AR MPM-nin 76-cı maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi də 1-ci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni eyni ilə təkrarlayaraq apellyasiya şikayətini təmin etməmiş və bununla da məhkəmə tərəfindən AR MPM-nin 217-ci maddəsinin tələbləri pozulmuşdur. 1-ci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyi, işin bütün faktiki halları aydınlaşdırılmadığı, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi bir vəziyyətdə Şirvan Apellyasiya Məhkəməsi Füzuli Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bununla da məhkəmə tərəfindən AR MPM-in 385-ci maddəsi pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
27. Maddə 8.1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. 3. Illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. 4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.
28. Maddə 296. 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 6-cı hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 7-ci hissə. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, sübutları qiymətləndirmək səlahiyyəti işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aiddir. Iddiaçının iddia müddətinin ötürülməsinin səbəbi kimi qeyd etdiyi hallar məhkəmə tərəfindən üzürlü səbəb hesab edilməmişdir. Məhkəmə iddiaçının xəstəliyinin üzürlü səbəb kimi qəbul edilmədiyinə dair mövqeyini belə əsaslandırmışdır ki, işdən azad edildiyini bildiyi ##.##.2024-cü il tarixdən iddiaçının müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət etməsi təsdiq edir ki, onun məhkəməyə də iddia ərizəsi ilə müraciət etmək imkanı olmuşdur.
37. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia müddətinin ötürülməsinin üzürlü səbəbi yalnız elə obyektiv səbəblər ola bilər ki, iddiaçı həmin səbəblərə görə məhkəmə müdafiəsi hüququnu həyata keçirmək imkanına malik olmasın. Bu baxımdan hər hansı xəstəlik deyil, yalnız iddia qaldırmaq üçün müvafiq hərəkətlərin (nümayəndəyə etibarnamə verilməsi, hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlanılması, dövlət rüsumu ödənilməsi və s) icra edilməsinə maneə olan ağır xəstəlik və ya digər səbəblər müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilər. Hazırkı işdə qeyd edilən halların mövcudluğu müəyyən edilmədiyindən iddia müddətinin ötürülməsinin üzürlü səbəbi olmadığına düzgün qiymət verilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir..
38. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.