Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-296/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “həyətyanı torpaq sahəsinə baxan pəncərələrin bağlanması, ortaq divarın üzərində quraşdırılmış quraqlığın sökülməsi, yağış sularının həyətyanı torpaq sahəsinə axıdılmasının qarşısının alınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, tələbin cavabdeh olmayan şəxsə qarşı yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ###### 2003-cü il tarixli qərarı ilə Iddiaçı mülkiyyətinə Ismayıllı şəhəri ərazisindən 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir.
2. Qonşuluqda olan, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi ## ###### 2000-ci il tarixdən Cavabdeh mülkiyyətində olmuş, sonuncu ## ###### 2014-cü il tarixli müqavilə ilə həmin torpaq sahəsini və fərdi yaşayış evini arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvanndə yerləşən fərdi yaşayış evinin arxa tərəfində yerləşən, iddiaçının həyətyanı torpaq sahəsinə, yaşayış evinə tərəf baxan pəncərələrin bağlanması, ortaq divar üzərində quraşdırılmış quraqlığın sökülməsi və həyətyanı torpaq sahəsinə axıdılan yağış sularının istiqamətinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, Ismayıllı şəhər XDS-nin Icraiyyə Komitəsinin ## #### 1988-ci il tarixli qərarı ilə ünvan ünvanında yaşayış evi tikmək üçün 0,06 hektar həyətyanı torpaq sahəsi iddiaçıya verilmişdir. Torpaq islahatı ilə əlaqədar Ismayıllı rayon AIK-in ## ###### 2003-cü il tarixli qərarı ilə həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsində iddiaçı ev tikmiş və ailəsi ilə birlikdə yaşayır. Cavabdeh iddiaçının evinin qarşısında iki mərtəbəli, çox otaqlı yaşayış evi tikmiş, evin arxa tərəfində ikinci mərtəbədən iddiaçının həyətinə baxan çoxlu böyük ölçüdə pəncərələr qoymuşdur ki, həmin pəncərələrdən tək evinin qarşı tərəfi yox, bütün həyətyanı sahə və hətta evin içərisi də görünür. Iddiaçının evində arvadından başqa böyük qız övladları, gəlinləri var ki, onlar demək olar ki, yayın ən qızmar vaxtında evin qarşısında çıxıb otura bilmir, pəncərələrin pərdələrini yana çəkə bilmirlər. Bu iddiaçıya böyük narahatçılıq yaradır və dəfələrlə cavabdeh olan qonşusu ilə pəncərələrin bağlanması haqqında söhbət aparmışdır. Cavabdeh pəncərələri bağlamaqdan hər vasitə ilə imtina edir, hətta onun acığına yay aylarında bütün günü pəncərələri açaraq qarşısında oturur. Bundan əlavə, cavabdeh evin arxasında ortaq divarın üstündə bir neçə ildir quraqlıq quraşdırmışdır. Bunun üçün qanunla iddiaçının razılığı tələb olunduğu halda, ondan razılıq almamış və quraşdırdığı quraqlığın ətəyi 50 sm-dan çox onun həyətinə keçmiş və bütün axıntı suları onun həyətinə axıdılır. Ortaq divar üzərində cavabdehin quraşdırdığı quraqlığın bir hissəsinin iddiaçının həyətinə keçməsi, axan suların onun həyətyanı torpaq sahəsinə axıdılması mülkiyyət hüququna qəsddir.
5. Cavabdeh Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçının iddia tələbi şər və böhtandır. Belə ki, iddiaçının ortaq hesab etdiyi divar cavabdehin öz ərazisində şəxsi vəsaiti hesabına çəkilərək inşa edilmişdir. Divarın inşasına iddiaçı tərəfindən bir gün də olsa, köməklik edilməmişdir. O, divarı ona görə tikmişdir ki, iddiaçıya məxsus həyətyanı sahə görünməsin. Hər iki tərəfdə divarı o, tikmişdir. Pəncərədən harasa baxmaq onların işidir, ədəbsizlikdir. Əsas yaşayış yeri Bakı şəhəridir. Il ərzində hesablansa ilin üç ayı Ismayıllıda olur, qalan ayları isə Bakı şəhərində yaşayır. Şəhər soveti tərəfindən iddiaçıya yaşamaq üçün vaqon verilmişdir. Iddiaçı həmin vaqonu setkaya yapışdırmışdır. Iddiaçı vaqonu öz ərazisinə çəkmədiyindən, cavabdeh məcbur olub hasarı öz tərəfində tikmişdir. Iddiaçının mübahisələndirdiyi quraqlıq dediyi tikinti həmin hasarın üstündədir. Hətta navalçası da vurulmuşdur. Navalçanın suyunu da həyətinə çəkmişdir. Mübahisəli hasar və ev 30 il bundan öncə tikilmişdir. O, hasarı tək özü üçün tikməmişdir. Onun evinin hər tərəfində 4 ədəd pəncərə vardır. Hamısını da görünməz şüşə ilə örtmüşdür. Yəni bu tərəfdən o biri tərəf görünmür. Iddiaçı yaşadığı evi 2003-cü ildə yox, bu yaxınlarda tikmişdir. Iddiaçının bir qızı bu yaxınlarda Ismayıllı rayon su kanalizasiya idarəsinin üç nəfər işçisinin yanında həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs çox pis söyüşlərlə söyüb təhqir etmiş və orada olmadığı halda, o, söyüşləri onun ünvanına da şamil etmişdir. 2022-ci ilin yay aylarında öz həyətində tikinti işləri görmüşdür. Öz avtomobili ilə küçədən keçəndə görmüşdür ki, hasarın lap dibində iddiaçı tərəfindən iki ədəd böyük turba basdırılmış və eyni zamanda qazılmışdır. O, Icra Hakimiyyətinə müraciət etmişdir. Oradan nümayəndə gəlib onlara hər şeyi izah etmişdir. Yəni hasardan aralı tikməklərini tələb etdilər. Bütün söz-söhbətlər bundan sonra başlamışdır. Evi tikəndə hər hündürlük metrəyə görə sərhədlər 30 sm uzaqlaşmalıdır. Bunu qanun belə tələb edir. Evinin pəncərələrini də onun tərəfə qoysun. O, iddiaçı ilə görüşüb aralarında olan mübahisəni həll etməyə çalışsa da, sonuncu tərəfindən aralarındakı mübahisənin həlli istiqamətində heç bir addım atılmamışdır. O, iddiaçının ortaq divar hesab etdiyi hasarın üzərində inşa edilmiş quraqlığın hissəsini söküb götürməyə hazırdır və yaxın vaxtlarda quraqlığın həmin hissəsini söküb götürəcəkdir.
6. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə ünvan 2 ünvanlarında yerləşən fərdi yaşayış evlərinə yerində baxış keçirilmiş, yerində baxış zamanı cavabdehə məxsus evin arxa hissəsindən və iddiaçıya məxsus evin qarşı tərəfindən düz şəkildə uzununa aşağı qonşunun həyətinə qədər mişar daşından hasar inşa edildiyi, cavabdehə məxsus evin qarşısında talvar (quraqlıq) inşa edildiyi, sözügedən talvarın (quraqlığın) bir hissəsinin ortaq divar hesab olunan hasarın üzərində inşa edildiyi müəyyən edilmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli rəyi ilə Cavabdeh məxsus fərdi yaşayış evinin Iddiaçı məxsus fərdi yaşayış evinə baxan hissəsində inşa edilmiş pəncərələrin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki pasport” sənədində mövcud olduğu və Dövlət tərəfindən qeydiyyata alındığı nəzərə alınaraq, həmin pəncərələrin tikinti norma və qaydalarına uyğun olduğu, Cavabdeh tərəfindən ortaq divar hesab olunan hasarın üzərində inşa edilmiş talvar tikilisinin inşası zamanı isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur.
8. Təyin edilmiş əlavə məhkəmə mühəndis-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli rəyinə əsasən, ünvanndə yerləşən, mübahisə predmeti olan talvar (quraqlıq) tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin 1-ci bəndinin tələbinin pozulduğu müəyyən olunmuşdur.
9. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbi qismən təmin edilərək, ünvanndə yerləşən iddiaçı Iddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə cavabdeh Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin sərhədində ortaq divar hesab olunan hasarın üzərində inşa edilmiş talvarın (quraqlığın) cavabdeh Cavabdeh tərəfindən öz hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə giriş qapının sökülməsi və iddiaçının həyətinə açılan pəncərələrin bağlanmasının əsaslarını sübutetmə yükü iddiaçının, sözügedən torpaq sahəsinin bir hissəsinin iddiaçıdan alınmasının sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
11. Məhkəmə iddianın “həyətyanı torpaq sahəsinə baxan pəncərələrin bağlanması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli ekspert rəyində Cavabdeh məxsus fərdi yaşayış evinin Iddiaçı məxsus fərdi yaşayış evinə baxan hissəsində inşa edilmiş pəncərələrin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki pasport” sənədində mövcud olduğunu və Dövlət tərəfindən qeydiyyata alındığını nəzərə alaraq həmin pəncərələrin tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunmuşdur və iddiaçı bu barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 170, 171-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 71, 72-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya baxışı zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli rəyi ilə cavabdehə məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki Pasport” sənədində həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından mübahisə predmeti olan talvar (quraqlıq) tikilisinin hansı hissəsinin iddiaçıya məxsus torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Mübahisə predmeti olan talvar tikilisinin iş üzrə iddiaçı tərəfinə düşən hissəsindən su navalçasına quraşdırılmış boru vasitəsilə yağış sularının cavabdehin istifadəsində olan torpaq sahəsinə axıdıldığı müəyyən olunmuşdur.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ə.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Hüseynov və Z.Sadiqov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd etmişdir ki, cavabdeh tərəf şikayətində Cavabdeh daşınmaz əmlakın mülkiyyətçisi olmadığını, iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyini bildirmişdir.
19. Apellyasiya kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin həmin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir (irəli sürülmüşdür).
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın maddi hüquq normaları ilə həll edilməsi üçün məhkəmə ilk növbədə istinad olunan əmlakın cavabdehə məxsus olmasını müəyyən etməli idi. Hazırkı işdə isə iddiaçının tələb irəli sürdüyü daşınmaz əmlakın cavabdeh Cavabdeh məxsus olması müəyyən olunmamışdır.
21. Belə ki, ## ###### 2014-cü il tarixli (qətnamədə texniki səhv olaraq ## ###### 2024cü il göstərilmişdir) daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə cavabdeh Cavabdeh ünvanndə yerləşən 0,06 ha torpaq sahəsini və onun üzərində yerləşən daşınmaz əmlakı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlamışdır. ƏMDK yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ## ###### 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və onun üzərində olan 267,5 kv.m fərdi yaşayış evi vardır. Bundan sonra mülkiyyət sənədi yenilənmiş və yeni verilmiş sənəddən görünmüşdür ki, ƏMDX DƏDKR PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ## ###### 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və onun üzərində olan 267,5 kv.m fərdi yaşayış evi vardır. Göründüyü kimi, iddiaçı Iddiaçı tələb irəli sürdüyü daşınmaz əmlakın tək mülkiyyətçisi işə apellyasiya instansiyası məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdır.
22. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbini sözügedən torpaq sahəsində tikilinin sökülməsi, pəncərələrin bağlanması ilə əsaslandırmışdır. Tikilinin sökülməsi barədə tələb isə ancaq əşyanın mülkiyyətçisinə qarşı irəli sürülə bilər. Yəni, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı işdəki tələb isə əslində üçüncü şəxsə yönələn tələbdir.
23. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə yuxarıda qeyd olunan xüsusatları əhatə etməmişdir. Halbuki, tərəflər arasında yaranan hazırkı mübahisənin qanuni, əsaslı və ədalətli həllinə nail olmaq üçün ilk öncə mübahisənin özünün hüquqi mahiyyəti müəyyən olunmalı, ondan sonra tələbin qanuni əsasları tapılmalı, həmin hüquq normalarını iddianın faktiki əsaslarına tətbiq etdikdə dispozisiya şərtlərinin işin faktiki halları ilə üst-üstə düşüb-düşmədiyinə qiymət verilməli idi. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını
24. və cavabdehin iddiaya cavab verməli olan şəxs olmasını araşdırmalı idi. Belə ki, məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia tələbini təmin etməkdə haqlı deyil. Iddia təmin (və ya rədd) etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Çünki həmin halda məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Hazırkı işdən görünmüşdür ki, işə baxan məhkəmə cavabdehin iddiaya cavab verməli olan şəxs olubolmamasını aydınlaşdırmamışdır.
25. Bu baxımdan, cavabdeh Cavabdeh qarşı iddia qaldırdıqdan sonra məhkəmənin gedişində tələb hüququ olan şəxslərin və ya cavabdehlərin dairəsində hər hansı dəyişiklik baş verərsə, qanunverici iddiaçıya cavabdehi əsl cavabdehlə (və ya iddiaçını əsl iddiaçı ilə) dəyişməklə bağlı hüquqi imkan tanımışdır. Lakin, hazırkı işdə birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə əməl etmədən, cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif etməmiş, iddiaçı tərəfdə öz növbəsində həmin hüquqdan istifadə etməmişdir.
26. Apellyasiya kollegiyası eyni zamanda bildirmişdir ki, qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehlərin iştirakı ilə davam etdirmiş, nəticədə əsl cavabdehin məhkəmə müdafiəsi hüququnu pozmaqla onun iştirakı olmadan faktiki halları müəyyən etmiş, iddia tələbini qismən də olsa əsaslı saymışdır. Halbuki, iddiaçı əsl cavabdehin əvəz edilməsi təklifi ilə razılaşmadığı təqdirdə, cavabdehə qarşı yönəldilmiş iddia tələbləri yalnız bir əsasa görə, iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə təmin olunmamalı idi.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh Cavabdeh daşınmaz əmlakı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlamaqla həmin əmlak üzərində bütün hüquqlarını itirmişdir. Yəni, hasarın və ya evin vaxtı ilə kim tərəfindən tikilməsindən asılı olmayaraq, hazırda həmin daşınmaz əmlak mülkiyyət hüququ ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsusdur.
28. Bundan başqa, cavabdeh Cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ər-arvad olsalar da, tikilinin sökülməsi hüququ ancaq mülkiyyətçiyə məxsus olan hüquqdur. Həmçinin, qeyd edilən əmlakda birgə nikah dövründə əldə edilmiş əmlak deyildir (cavabdeh əmlakı bağışlamaqla bütün hüquqlarından faktiki olaraq imtina etmişdir). Belə olan halda, hazırkı iş üzrə cavabdeh Cavabdeh iddiaya cavab verməli olmayan şəxs hesab edilməlidir.
29. Apellyasiya kollegiyası əlavə olaraq qeyd etmişdir ki, gələcəkdə qəbul ediləcək qətnamənin icrası mümkünsüz olmaması üçün də tələb iddiaya cavab verməli olan şəxsə qarşı qaldırmalıdır. Hazırkı halda isə cavabdeh Cavabdeh daşınmaz əmlakın mülkiyyətçisi olmadığından qəbul ediləcək qətnamə gələcəkdə icrasız qala bilər.
30. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və s. hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Göründüyü kimi, mövcud vəziyyətdə iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsi üçün prosessual imkan itirilmişdir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tələblərini cavabdeh Cavabdeh qarşı yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı əsl cavabdehin əvəz edilməsi təklifi ilə razılaşmadığı təqdirdə, cavabdehə qarşı yönəldilmiş iddia tələbləri yalnız bir əsasa görə, iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə təmin olunmamalı idi. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yalnız yuxarıda qeyd edilən əsasa görə - iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır.
32. Məhkəmə kollegiyası son olaraq bir daha tərəflərin nəzərinə çatdırmışdır ki, torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, üzərlərinə düşən hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5, 16, 139, 152, 157, 170, 171-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 71, 72-ci, Mülki Prosessual Məcəllənin 50, 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
34. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 16.1, 139.1, 152.1, 152.2, 152.5, 157.4, 170.1-170.3, 171.1-171.3, 340.1, 340.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2, 72.1, 72.2-ci, Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələbləri pozulmuşdur.
36. Belə ki, məhkəmənin cavabdehlə arvadı arasında birinci instansiya məhkəməsində işə baxılıb nəticə veriləndən sonra ## ###### 2024-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə istinad etməsi tam qanunsuz və əsassızdır. Məhkəmə mübahisənin mahiyyətini düzgün araşdırmamış, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərini, bağlanmış əqdin hansı məqsədlərlə bağlandığını, əqd bağlanmamışdan əvvəl və sonra tərəflər və həmin əqdin bağlanmasında iştirak etmiş şəxslərin əqddən gözləntilərini və əqd bağlandıqdan sonra baş verəcək nəticələri düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində sübutların qiymətləndirilməsində səhvə yol vermiş, yeni təqdim olunmuş sübutlara qətnaməsində qiymət verməmiş, tərəflərin məqsəd və münasibətlərini, faktiki halları tam aydınlaşdırmamış və nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Kassator iddianı 2023-cü ildə qaldırmış, birinci instansiya məhkəməsi iddia üzrə işə baxaraq ## #### 2024-cü il tarixdə qətnamə qət etmişdir. Iş üzrə cavabdeh olan Cavabdeh isə həmin mübahisə predmeti olan evi, birinci instansiya məhkəməsi qətnaməni qət etdikdən 4 ay sonra, yəni ## ###### 2024-cü il tarixdə formal, heç bir hüquqi nəticə doğurmayan yalançı bağışlanma müqaviləsi ilə arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlamış və onun adına çıxarış almışdır. Yəni, o, məhkəmədə iddia qaldıranda və iddiasına birinci instansiya məhkəməsində nəticə veriləndə evin mülkiyyətçisi iddia üzrə cavabdeh olan Cavabdeh idi və qanunvericiliyə görə onlar ər-arvad olduqları üçün və ev birgə nikah müddətində tikildiyi üçün, evin kimin adına olmasından asılı olmayaraq ev bərabər paylara malik olan əmlakdır.
37. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
38. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
40. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
41. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən sökülməsi tələb olunan tikili və pəncərələrinin bağlanması xahiş olunan fərdi yaşayış evi cavabdehin deyil, onun arvadı - apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətindədir.
45. Iddiaçı kassasiya şikayətində mübahisələndirilən daşınmaz əmlakın üçüncü şəxsin mülkiyyətinə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra, görüntü məqsədi ilə bağışlama müqaviləsinə əsasən keçməsini göstərsə də, onun bu dəlili iş materialları ilə təkzib olunur.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə müəyyən etmişdir ki, cavabdeh mülkiyyətində olmuş daşınmaz əmlakı üçüncü şəxsə ## ###### 2014-cü il tarixdə, yəni tərəflər arasında məhkəmə mübahisəsi yaranmasından (iddia ## ###### 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə verilmişdir) təxminən 8 il 3 ay əvvəl bağışlamış, üçüncü şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ## ###### 2014-cü il tarixdə qeydə alınmış, ## ###### 2022-ci il tarixdə isə ona yeni Çıxarış verilmişdir.
47. Göründüyü kimi, iddia verilən tarixdə tələb buna cavab verməli olmayan şəxsə mübahisə predmetini təşkil edən daşınmaz əmlakın mülkiyyətçisi olmayan Cavabdeh qarşı yönəltmişdir.
48. Həmçinin, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehlə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ər-arvad olsalar da, mübahisəli əmlak üçüncü şəxsə bağışlandığı üçün birgə nikah dövründə əldə edilmiş əmlak kimi birgə mülkiyyətlərində deyildir.
49. Belə olan halda, iddianı rədd etməklə, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 54.1 və 54.2-ci maddələrinin tələblərinə riayət etmişdir.
50. Kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri iddianın əsaslı olması ilə əlaqədardır. Lakin, tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən, iddianın əsaslı olub-olmamasına dair dəlillərə hazırkı icraatda hüquqi qiymət verilə bilməz.
51. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.