Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-297/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı qızının cavabdeh XXXX oğluna və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı Iddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.0698 ha həyətyanı torpaq sahəsi Keçili Bələdiyyəsinin tam mülkiyyətində olmuş və bələdiyyənin ##.##.2019-cu il tarixli, ** saylı qərarına əsasən 2.000 manata XXXX oğluna satılması qərara alınmış və ##.##.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən XXXX oğluna satılmışdır.
2. Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.0698 ha həyətyanı torpaq sahəsi ##.##.2020-ci il tarixində XXXX oğlunun adına qeydiyyata alınaraq, bu barədə onun adına Çıxarış verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı Iddiaçı qızı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şəmkir rayonu, Keçili Bələdiyyəsi ilə XXXX oğlu arasında ## ###### 2019-cu ildə Şəmkir rayon * saylı Notariat ofisində bağlanmış 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh XXXX oğlunun adına üçüncü şəxs Reyestr Xidmətinin ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh XXXX oğlu onun həmkəndlisidir. Onu kənd sakini kimi tanıyır və onunla hər hansı bir ədavəti və düşmənçiliyi yoxdur. Digər cavabdeh Şəmkir rayonu Keçili bələdiyyəsi də kəndlərinin bələdiyyəsidir. Təxminən 20 il bundan əvvəldən yaşadığı kəndin ərazisində 0.06 ha həyətyanı torpaq sahəsindən mübahisəsiz istifadə edir. 10 ildən çoxdur ki, həmin torpaq sahəsində istixana qurmuş və həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edir. Həm öz ailəsinin, həm də kənd sakinlərinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyir. 2019-cu ilin dekabr ayının 21də cavabdeh Şəmkir rayonu Keçili bələdiyyəsi onun 20 ilə yaxın müddətdə mübahisəsiz istifadə etdiyi torpaq sahəsini Şəmkir rayon * saylı notariat ofisində 4Ə-**** reyestr saylı alqısatqı müqaviləsi əsasında cavabdeh XXXX oğluna satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin müqavilə əsasında üçüncü şəxs Reyestr Xidməti tərəfindən cavabdeh XXXX oğlunun adına verilmiş ##.##.2020-ci il tarixli Çıxarış ləğv olunmalıdır. Çünki Keçili bələdiyyəsi mübahisə predmeti olan torpaq sahəsini cavabdeh XXXX oğluna satarkən həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğundan yüklü hesab olunurdu. O 20 ilə yaxındır ki, mübahisə predmeti olan torpaq sahəsindən mübahisəsiz istifadə etdiyindən, artıq onun həmin torpaq sahəsindən istifadə hüququ yaranmışdır və həmin torpaq sahəsi ilə bağlı o mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı Reyestr Xidmətinin ** saylı Şəmkir Ərazi Idarəsinə müraciət edə bilərdi. Cavabdeh XXXX oğlu onu kənd sakini olaraq yaxşı tanıyır. Hazırda mübahisə predmeti olan torpaqdan onun uzun müddət istifadə etdiyini, həmin torpaqda yaxşılaşma aparmağını, həmin torpaqdan 20 ilə yaxın müddətdə istifadə etməyini, həmin torpaq üzərində 10 ildən çoxdur ki, istixana qurduğunu, həmin istixanadan təyinatı üzrə istifadə etdiyini yaxşı bilir. Bunu bildiyi halda həmin torpaq sahəsini əldə etməkdə vicdanlı hesab oluna bilməz. Yaxud əksinə bələdiyyə həmin torpağın onun faktiki istifadəsində və sahibliyində olmasını bildiyi halda, həmin torpaq sahəsini sata bilməzdi. Əvvəla ona görə ki, torpaq sahəsi boş deyildir. Həmin torpaq sahəsi üzərində onun tərəfindən inşa olunmuş istixana var idi. Satıcı alıcıya lazımı keyfiyyətdə mal satmamışdır. Satıcı onun olmayan, özgəsinin əmlakına dair sərəncam vermişdir. Həmin torpaq sahəsi rəsmi qaydada satışa çıxarılırdısa həmin torpaq sahəsi ilkin olaraq almaq üçün ona təklif olunmalı idi. Onun həmin torpaq sahəsini almaq üçün üstünlük hüququ var idi. Lakin bələdiyyə bu qaydalara əməl etməmişdir. Bununla da qeyd olunan qanun normalarını kobudluqla pozmuşdur.
5. Məhkəmə iclasında cavabdeh XXXX oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o məhkəməyə iddiaçının torpaq sahəsindən çıxarılmasına dair ərizə ilə müraciət etmişdir. O Keçili bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini almışdır. Iddiaçı heç bir hüquqi əsası olmadan torpaq sahəsini zəbt etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdeh Şəmkir rayon Keçili bələdiyyəsinin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, XXXX oğlu həmin kənddə yaşadığı üçün torpaq sahəsi ona alqı-satqı müqaviləsi əsasında satılmışdır. Torpaq sahəsinin sotu 300 manata satılmışdır. Torpaq həyətyanı torpaq sahəsidir. Keçili bələdiyyəsi dəfələrlə iddiaçıya mübahisəli torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlər göndərmişdir. Lakin iddiaçı torpaq sahəsini sənədləşdirməmiş və həmin sahəni zəbt etmişdir. 2018-ci ildə iddiaçıya Keçili bələdiyyəsi tərəfindən bildiriş göndərilərək torpaq sahəsinin zəbtdən azad edilməsi xahiş edilmişdir. Buna görə də torpaq sahəsi digər şəxsə satılmışdır.
7. Şəmkir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddiaçının cavabdehlərə qarşı ##.##.2019-cu il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş ##.##.2020-ci il tarixli çıxarışın ləğv olunması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı heç bir hüquqi əsası olmadan mübahisəli torpaq sahəsini zəbt edərək istifadə etmiş və özbaşına orada istilikxana inşa etdirmişdir. Belə ki, iddiaçının həmin torpaq sahəsini istifadə etməsinə dair icarə müqaviləsi belə olmamışdır. Həmçinin iddiaçıya dəfələrlə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlər ünvanlansa da o torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı hər hansı bir cəhd göstərməmişdir.
9. Məhkəmə nəzərə almışdır ki, iddiaçı mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair müqavilədə əks olunmuş iradə ifadəsinin zədələnmiş olduğuna əsaslanaraq, həmin əqdi mübahisələndirsə də, etibarsızlıq üçün əsasın mövcud olması müəyyən edilmir, habelə iddiaçının tələbi və tələbin təsdiqi üçün təqdim olunmuş sübutlar bir-biri ilə ziddiyyət təşkil edir. Mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması müəyyən olunmadığından etibarsız hesab edilə bilməz, əsas iddia sübuta yetirilmədiyindən, ondan irəli gələn qeydin ləğv olunmasına dair tələb təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4 və 337.5-ci, MPM-nin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə, habelə AR Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ibrahimovun şikayəti üzrə” 12.04. 2004-cü il tarixli, “AR Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli və “N.Əsədovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, istifadəsində olan torpaq sahəsi ilə bağlı hüquqları mülkiyyətçinin hüquqları kimi müdafiə olunur. Çünki, həmin torpaq sahəsini 20 ildir ki, əkib-becərir. 20 ildir ki, əzab-əziyyətlə əkib-becərdiyi torpaq sahəsindən məhrum olmuşdur. Orada 10 ilə yaxındır ki, istixana qurmuşdur. Keçili bələdiyyəsi mübahisə predmeti olan torpaq sahəsini XXXXə satarkən həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğundan yüklü hesab olunmuşdur. Cavabdeh XXXX onun həmkəndlisidir. Sonuncu onu kənd sakini olaraq yaxşı tanıyır. Hazırda mübahisə predmeti olan torpaqdan uzun müddət istifadə etdiyini, həmin torpaqda yaxşılaşma aparmağını, həmin torpaqda 10 ildən çoxdur ki, istixana qurduğunu və həmin istixanadan təyinatı üzrə istifadə etdiyini cavabdeh yaxşı bilir. Bunu bildiyi halda, cavabdeh həmin torpaq sahəsini əldə etməkdə vicdanlı hesab oluna bilməz. Yaxud əksinə bələdiyyə həmin torpağın onun faktiki istifadəsində və sahibliyində olmasını bildiyi halda həmin torpaq sahəsini cavabdehə sata bilməz. Məhkəmə prosesində mübahisəli əraziyə mütəxəssisin iştirakı ilə baxış keçirilməsinə, həmin ərazidə istixanaların mövcud olmasının müəyyən olunmasına dair vermiş olduğu vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə prosesində cavabdehlər özləri də etiraf etmişlər ki, mübahisəli torpaq sahəsində doğurdan da istixanalar mövcuddur. Həmin istixanalar uzun illərdir ki, iddiaçı tərəfindən inşa olunub və istifadə olunur. Belə olan halda cavabdeh bələdiyyə mübahisə predmeti olan torpaq sahəsini boş torpaq kimi sata bilməzdi.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Həsənov, sədrlik edən, məruzəçi, G.Cavadova və R.Məcidov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəmkir Rayon Məhkəməsinin e- *(***)-***/**** saylı ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməməsi olduğu nəticəsinə gələrkən həmin əqdin forma şərtinə riayət edilməklə bağlandığına istinad etsə də, lakin həmin müqavilənin bağlanmasına əsas olan bələdiyyənin inzibati akt hesab edilən Qərarın qüvvədə olmasına qiymət verməmiş və beləliklə də gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
15. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq qeyd etmişdir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, iddiaçının etibarsızlığını tələb etdiyi ##.##.2019-cu il tarixli Şəmkir rayonu, Keçili bələdiyyəsi ilə XXXX arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi Şəmkir rayonu, Keçili bələdiyyəsinin ##.##.2019-cu il tarixli, ** saylı qərarı əsasında bağlanmışdır. Alqısatqı müqaviləsinin bağlanmasının kökündə dayanan inzibati akt sayılan bələdiyyənin qərarı isə məhkəmədə mübahisələndirilməməklə həmin qərar hazırkı məqamda hüquqi qüvvəsini saxlayır.
17. Məhkəmə kollegiyasının qənaətinə görə, alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan bələdiyyənin ##.##.2019-cu il tarixli, ** saylı qərarı qüvvədə olduğundan hazırkı məqamda həmin qərar əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması yolverilən deyildir. Odur ki, mövcud vəziyyətdə iddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb etməkdə haqlı olmamışdır.
18. Məhkəmə kollegiyası son olaraq bildirmişdir ki, alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (çıxarışın ləğvi) əlavə əsaslandırma aparılmasına zərurət yoxdur, çünki alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələbin dispozitiv şərtlərini də istisna edir.
19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 144.1, 337.1, 337.3, 337.4, 567-ci, habelə MPM-in 14.2, 77.1, 88, 119.1, 217.3, 372, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Iddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətinin təmin olunmamış hissəsində heç bir maddi hüquq normasına istinad etməmişdir. Eyni zamanda maddi hüquq normalarının tələblərinə əməl etməmişdir. Heç bir hüquqi əsas olmadan apellyasiya şikayətini qismən təmin etmişdir. Məhkəmə qətnaməsi formal mülahizələrə əsaslanıb. Bu isə maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Iddiaçı mübahisə predmeti olan torpaq sahəsini 20 ildən çoxdur ki, istifadə etmişdir. Orada 10 ilə yaxındır ki, istixana qurmuşdur. Keçili bələdiyyəsi mübahisə predmeti olan torpaq sahəsini XXXXə satarkən həmin torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olduğundan yüklü hesab olunurdu. Mülkiyyətçi əmlak üzərində sahiblik hüququnu əldə etmək üçün hər şeydən əvvəl əmlaka real malik olmalıdır. Şəxs sahib olmadığı əmlakdan öz istədiyi kimi istifadə edə bilməz və onun barəsində sərəncam verə bilməz. Cavabdehlər arasında alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsi boş deyildi. Həmin torpaq sahəsi üzərində iddiaçının inşa etdiyi istixana var idi. Keçili bələdiyyəsi onun olmayan, özgəsinin əmlakına dair sərəncam vermişdir. Bununla da iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh XXXX iddiaçının həmkəndlisidir. O, iddiaçını kənd sakini olaraq yaxşı tanıyır. Hazırda mübahisə predmeti olan torpaqdan iddiaçının uzun müddət istifadə etdiyini, həmin torpaq sahəsinə yaxşılaşma aparmağını, həmin torpaq sahəsində 10 ildən çoxdur ki, istixana qurduğunu və həmin istixanadan təyinatı üzrə istifadə etdiyini yaxşı bilir. Bunu bildiyi halda həmin torpaq sahəsini əldə betməkdə vicdanlı hesab oluna bilməz. Yaxud əksinə bələdiyyə həmin torpaq sahəsinin onun faktiki istifadəsində və sahibliyində olmasını bildiyi halda həmin torpaq sahəsini cavabdehə sata bilməzdi. Satıcı alıcıya tam azad, yüksüz əmlak verməli, həmin əmlakın qüsurları barədə satıcıya məlumat verməlidir. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçının istifadəsində olduğundan, həmin torpaq sahəsi yüklü olmuşdur. Eyni zamanda, torpaq sahəsinin üzərində istixana mövcuddur. Həm satıcı, həm də alıcı həmin torpaq sahəsindən iddiaçının uzun müddət istifadə etməyindən xəbərdar idilər. Eyni zamanda, həmin torpaq sahəsinin boş olmaması, üzərində istixana və köməkçi sahələr olması barədə məlumatlı idilər. Lakin buna baxmayaraq satıcı mübahisə predmeti olan torpaq sahəsini satmış, alıcı isə həmin torpaq sahəsini almışdır. Bununla da cavabdehlər qanun normalarının tələblərini pozmuşdurlar. Mübahisəli torpaq sahəsi ilkin olaraq iddiaçıya təklif olunmalı idi. Iddiaçının həmin torpaq sahəsini almaq üçün üstünlük hüququ var idi. Lakin Keçili bələdiyyəsi bu qaydalara əməl etməmiş və bununla da qanunun tələblərini kobudluqla pozmuşdur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. say27.
28. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
29. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 34.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 35.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 36.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, alqı-satqı müqaviləsinin etibarı əqd olması nəticəsinə gələrkən həmin əqdin forma şərtinə riayət edilməklə bağlandığına istinad etsə də, lakin həmin müqavilənin bağlanmasına əsas olan bələdiyyənin inzibati akt hesab edilən Qərarın qüvvədə olmasına qiymət verməmiş və beləliklə də gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi, iş materiallarını bu kontekstdə araşdıraraq qeyd etmişdir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, iddiaçının etibarsızlığını tələb etdiyi ##.##.2019-cu il tarixli Şəmkir rayonu, Keçili bələdiyyəsi ilə XXXX arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi Şəmkir rayonu, Keçili bələdiyyəsinin ##.##.2019-cu il tarixli, ** saylı qərarı əsasında bağlanmışdır. Alqı-satqı müqaviləsinin bağlanmasının kökündə dayanan inzibati akt sayılan bələdiyyənin qərarı isə məhkəmədə mübahisələndirilməməklə həmin qərar hazırkı məqamda hüquqi qüvvəsini saxlayır.
44. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan bələdiyyənin ##.##.2019-cu il tarixli, ** saylı qərarı qüvvədə olduğundan, hazırkı məqamda həmin qərar əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması yolverilən deyil. Odur ki, mövcud vəziyyətdə iddiaçı mübahisələndirilən alqısatqı müqaviləsinin etibarsız sayılmasını tələb etməkdə haqlı olmamışdır.
45. Apellyasiya instansiyası məhkəməsi son olaraq bildirmişdir ki, alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (çıxarışın ləğvi) əlavə əsaslandırma aparılmasına zərurət yoxdur, çünki alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələbin dispozitiv şərtlərini də istisna edir.
46. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Iddiaçı Iddiaçı qızının kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.