Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-30/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2025-ci il tarixli, 2(103)5117/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 fevral 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları
1. Xaçmaz rayonu, Hacıəlibəyli kəndində yerləşən 1,35 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvləri- Xalidə Məmmədova, Qədir Məmmədov, İlahə Məmmədova və Azad Məmmədovun ümumi birgə mülkiyyətində olub.
2. Mübahisəli torpaq sahəsi kreditin təminatı kimi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilib.
3. Kredit öhdəliyi pozulduğuna görə, "xxxx" QSC-nin iddiası əsasında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(067)-644/2009 nömrəli qətnaməsi ilə torpaq sahəsinə tutma yönəldilməsi qət olunub.
4. Bundan sonra, torpaq sahəsi “Əmlak X2” MMC tərəfindən hərraca çıxarılıb və hərracın baş tutmaması barədə xx.xx.2012 və xx.xx.2012-ci il tarixli protokollar tərtib edilib.
5. Xaçmaz Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2012-ci il tarixli aktına əsasən torpaq sahəsi üç dəfə hərraca çıxarılmış, lakin alıcı olmamış, ona görə də torpaq sahəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən, tələbkar Cavabdeh1 QSC-yə təklif edilmiş, QSC isə torpaq sahəsini borcun əvəzinə almağa razı olduğunu bildirmişdir.
6. Cavabdeh1 QSC torpaq sahəsinin balansa götürülməsi barədə xx.xx.2012-ci il tarixli qərar qəbul edib və torpaq sahəsi üzərində Cavabdeh1 QSC-nin mülkiyyət hüququ xx.xx.2012-ci ildə qeydə alınıb.
7. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 iyun 2014cü il tarixli, 2-1(81)-1206/2014 nömrəli qətnaməsi ilə Xaçmaz rayonu, Arzu kəndində yerləşən yaşayış evinin və Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə satışına dair hər racın yekunlarına dair protokol, həmin əmlakların alqı-satqısına dair Xaçmaz rayon İcra şöbəsi ilə Cavabdeh1 QSC BOKT arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilib.
8. Bakı Apellyasiya Məhkəməsi İnzibati-iqtisadi kollegiyasının 2-2(103)-429/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadı ilə Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin hazırki iş üzrə 09 iyun 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 QSC BOKT-nə qarşı hərracın yekunlarını ləğv edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək hərracın yekunlarışa dair protokolun, Xaçmaz rayon icra şöbəsi ilə Cav abdeh1 ASC arasında sözügedən əmlaka dair bağlanmış alqısatqı müqaviləsinin Cavabdeh1 BOKT-nın Xaçmaz filialının adına işlənmiş Çıxarışla, Cavabdeh1 QSC-nin adına işlənmiş Çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınıb.
9. Azərbaycan Respuvlikası Ali Məhkəməsi Mülki kollegiyasının 7 oktyabr 2013-cü il tarixli, 2(102)-3565/13 nömrəli qərarına əsasən, İddiaçı "xxxx" MMC-nə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və yenidən ekspert qiymətləndirməsinin təyin edilməsi barədə iddiası üzrə Cavabdeh1 QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1292/2013 nömrəli iş üzrə 10 aprel 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılıb.
10. Əmlak Bazar İştirakçıları” İB-nin xx.xx.2012-ci il tarixli ekspert rəyi ilə İddiaçı məxsus Xaçmaz rayonu, Arzu kəndində yerləşən fərdi yaşayış evinin xx.xx.2012-ci il üçün orta bazar qiyməti 50.000 manat, İddiaçı məxsus Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin 01 oktyabr 2012-ci il üçün orta bazar qiyməti isə 45.000 manat müəyyən edilib.
11. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X3” PHŞ-nın xx.xx.2025-ci il tarixli məktubuna görə, torpaq sahəsi Cavabdeh1 QSC ilə həmin PHŞ-nın arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 004 nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdə Mərkəz tərəfindən keçirilmiş açıq hərracda satılıb.
12. DƏDKR PHŞ-nın məktubuna görə, torpaq sahəsi “X3” PHŞ-nın xx.xx.2024-cü il tarixli, 22/05 nömrəli hərracın pro tokoluna əsasən, 22.000 manata Cavabdeh2 adına özgəninkiləşdirilib və onun mülkiyyət hüququna dair xx.xx.2024-cü il tarixli reyestrdən Çıxarış verilib. 13. “Caspian Valuation” Qiymətləndirici təşkilatının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Xaçmaz rayonu, Hacıəlibəyli kəndində yerləşən, ümumi sahəsi 1,35 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 27 yanvar 2025-ci il tarixə bazar dəyəri abadlaşma ilə 75.000 manat, boş torpaq sahəsi isə 50.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməs i” barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC BOKT-a təhvil verilməsi barədə Xaçmaz Rayon İcra şöbəsinin 21 may 2012-ci il tarixli aktının ləğv edilməsi, akta əsasən Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha sahəsinin Cavabdeh1 QSC BOKT-un adına işlənmiş xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X10 xx.xx.2024-cü il tarixli, 22/05 saylı hərrac protokolunun etibarsız hesab edilməsi və Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin Cavabdeh2 adına işlənmiş xx.xx.2024-cü il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xah iş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli, 2(067)-644/2009 saylı qətnaməsi ilə Cavabdeh1 QSC BOKT-nın İddiaçı və qeyrilərinə qarşı iddiası təmin edilərək Xaçmaz rayonu, Arzu kəndində yerləşən yaşayış evi və Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1.35 hə torpaq sahəsi hərrac yolu ilə satılmaqla öhdəliklərin verilməsinə dair müqavilə üzrə 41.200 manat əsas, 2.994 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 QSC BOKT-nın hesabına ödənilməsi, qalan məbləğin İddiaçı və qeyrilərinə verilməsi qət edilmişdir. Yuxarı instansiya məhkəmələri qətnaməni dəyişdirmədən saxlamışlar. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)-1292/2013 saylı qətnaməsi ilə İddiaçı “Sərraf’ MMC- nə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın” etibarsız hesab edilməsi və yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi barədə iddiası təmin edilərək ona məxsus Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin 30.000 manata, həmin rayonunun Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinin 20.250 manata qiymətləndirilməsinə dair “Sərraf’ MMC-nin xx.xx.2011-ci il tarixli hesabatları etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 7 oktyabr 2013-cü il tarixli, 2(102)-3565/2013 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(103)1292/2013 saylı qətnaməsi dəyişdilmədən saxlanılmışdır. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin xx.xx.201 2-ci il tarixli ekspert rəyi ilə İddiaçı məxsus Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2012-ci il üçün orta bazar qiyməti 50.000 manat, həmin rayonun Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinin xx.xx.2012ci il üçün orta bazar qiyməti 45.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdehə və Xaçmaz rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin ləğv edilməsi” barədə iddia qaldıraraq sözügedən əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin Cavabdeh1 QSC BOKT-nın Xaçmaz filialının adına işlənmiş Çıxarışla, Cavabdeh1 QSC-nin adına işlənmiş Çıxarışın etibarsız hesab edilməsini xahiş edilmişdir. Belə ki, “Sərraf’ MMC-nin xx.xx.2011 -ci il tarixli hesabatına əsasən X açmaz rayonu, Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evi 30.000 manat və Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsi 20.250 manat dəyərində qiymətləndirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-1206/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək, Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən yaşayış evinin və Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinin, xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə satışına dair hərracın yekunlarına dair protokol, həmin əmlakların alqı-satqısına dair Xaçmaz rayon İcra Şöbəsi ilə Cavabdeh1 QSC BOKT arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(103)-429/2014 saylı qərar dadı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-1206/2014 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Əsas kimi iş materiallarında hərrac protokolunun və alqı-satqı müqaviləsinin olmaması göstərilmişdir. Cavabdeh1 QSC BOKT İddiaçı və qeyrilərinə qarşı İddiaçı və onunla yaşayan ailə üzvlərinin yaşayış evindən və torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi, həmin əmlaklardan çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə iddia qaldırmışdı. Torpaq sahəsinə yaşayış evinə DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il və xx.xx.2012-ci il tarixli Çıxarışların ləğv edilməsinə dair qarşılıqlı iddia verilmişdir. Xaçmaz Rayon Məhkəməsində işə baxılarkən Cavabdeh1 QSC BOKT ilə ümumi razılığa gəlinmişdir ki, hər iki iddia ərizəsi baxılmamış saxlanılmış, İddiaçı Cavabdeh1 QSC BOKT-na olan qalıq borcu ödəməkdə davam etsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-979/2015 saylı qərardadı ilə Cavabdeh1 QSC BOKT-nın İddiaçı və qeydlərinə qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi, həmin əmlakdan çıxarılmaları tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, İddiaçı və qeydlərinin Cavabdeh1 QSC BOKT-na qarşı torpaq sahəsinə və yaşayış evinə çıxarışın ləğv olunması barəsində qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmışdır. Cavabdehlə razılaşmaya uyğun olaraq xx.xx.2015-ci il tarixdən sonra İddiaçı Cavabdeh1 QSC BOKT-nın nın hesabına Xaçmaz rayonu, Azru qəsəbəsində yerləşən sözügedən yaşayış evinə və Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən1.35 ha torpaq sahəsinə görə qalıq borcdan 15.255 manat vəsait köçürmüşdür və köçürməkdə davam edir. Bu yaxınlarda qeyd olunan 1.35 ha torpaq sahəsinin satışa çıxarıldığını öyrəndikdən sonra vəkil sorğusu vasitəsilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Məlum olmuşdur ki, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsi Dövlət Xidmətinin Tabeliyində X3 X10 xx.xx.2024-cü il tarixli, 22/05 nömrəli hərrac protokoluna əsasən X4 adına özgəninkiləşmiş, xx.xx.2024-cü il tarixli Çıxarışla hüquqları qeydə alınmışdır. Lakin sənədlərin surətləri verilməmişdir. Yuxarıda göstərildiyi kimi “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin xx.xx.2012-ci il tarixli ekspert rəyi ilə İddiaçı məxsus Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2012 -ci il üçün orta bazar qiyməti 50.000 manat, həmin rayonun Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinin xx.xx.2012ci il üçün orta bazar qiyməti 45.000 manat müəyyən edilmişdir. Xaçmaz rayon notariusunun xx.xx.2012-ci il tarixli Şəhadətnaməsindən görünür ki, Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0.974 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı, ümumi sahəsi 68,8 kv.m olan ev İddiaçı məxsus olub və Cavabdeh1 QSC BOKT-nın Xaçmaz filialı tərəfindən 12.125 manata alınıb. Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində yerləşən İddiaçı məxsus sözügedən 1.35 ha torpaq sahəsi “Əmlak X2” MMCnin hərracın baş tutmaması barədə 10 yanvar 2012-ci il və 11 fevral 2012-ci il tarixli protokolları ilə torpaq sahəsinin güya hərracdan satılmaması adı ilə dəyəri 12.910 manat müəyyən edil məklə hərraca çıxarılmışdır. Xaçmaz rayon İcra Şöbəsinin İcra Məmurunun və Cavabdeh1 QSC BOKT-nın Xaçmaz filialının müdirinin iştirakı ilə tərtib edilmiş 21 may 2012-ci il tarixli aktda yuxaırda sözügedən 1.35 ha torpaq sahəsinin 3 dəfə hərraca çıxarılması, lakin alıcı olmadığı üçün borcun əvəzinə tələbkar Cavabdeh1 QSC BOKT-na təklif olunmuş və tələbkar əmlakı borc əvəzinə təhvil almağa razı olduğunu bildirmişdir. Həmin aktda İddiaçı adını qeyd etmişlər, lakin imza etməkdən imtina etdi qeydini göstərmişlər. Halbuki, İddiaçı ümumiyyətlə həmin məsələlərdən xəbərim olmamışdır. Beləliklə, torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Cavabdeh1 QSC BOKT-nın mülkiyyətinə keçirilmişdir. Bundan sonra, qeyd olunan əmlak Dövlət Xidmətinin Tabeliyində X3 X1 0 xx.xx.2024-cü il tarixli hərrac protokoluna əsasən X4 adına özgəninkiləşmiş, xx.xx.2024-cü il tarixli Çıxarışla hüquqları qeydə alınmışdır. Məlumata görə X1 1.35 ha torpaq sahəsini 19.700 manata almışdır. Beləliklə 01 oktyabr 2012-ci il tarixə dəyəri 45.000 manat olan hazırda isə real dəyəri 65.00070.000 manat olan iddiaçının zəhməti hesabına yeni bağ saldığı və hazırda məhsula düşən 1.35 ha torpaq sahəsi X5 özgəninkiləşdirilmişdir. Sonuncu isə məsələnin ciddi olduğunu anladığına görə təcili surətdə torpaq sahəsini satışa çıxarmış və əraziyə müştərilər gətirmişdir. Bu səbəbdən də iddiaçı Xaçmaz Rayon Məhkəməsinin müvafiq qərarı ilə torpaq sahəsi üzərinə həbs qoydurmağa məcbur olmuşdur ki, məhkəmə mübahisələri bitənə qədər əmlak satıla bilməsin. Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində yerləşən iddiaçıya məxsus olmuş 1.35 ha torpaq sahəsi real qiymətdən bir neçə dəfə ucuz qiymətə özgəninkiləşdirildiyinə görə hərracın nəticələri və mülkiyyət sənədləri ləğv edilməlidir.
16. Daha sonra cavabdeh X7 iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Cavabdeh1 QSC BOKT-na və ona qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsz hesab edilməsinə dair” iddiasının rədd edilməsi barədə qətnamə çıxarışmasını xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə hərrac təşkilatı arasında bağlanmış alqı-satqı müqaviləsinin mübahisələndirməsi üçün subyektiv hüquqa malik olmamaqla yanaşı hazırki tələb üzrə iddia müddətlərini ötürmüşdür. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(067)-644/200 9 saylı qətnaməsi ilə Cavabdeh1 QSC BOKT-nın İddiaçı və qeyrilərinə qarşı iddiası təmin edilərək, Xaçmaz rayonu, Arzu kəndində yerləşən yaşayış evi və Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi hərrac yolu ilə satılmaqla öhdəliklərin verilməsinə dair müqavilə üzrə 41.200 manat əsas, 2.994 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 QSC BOKT-nın hesabına ödənilməsi, qalan məbləğin İddiaçı və qeyrilərinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Buna baxmayaraq, borclu İddiaçı bu günədək Cavabdeh1 QSC-nə olan borcunu tam ödəməmişdir. Nəticədə həmin Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi hərrac yolu ilə satılmaqla öhdəiklərin icrasına yönəlmişdir. Göründüyü kimi iddiaçı 13 il əvvəl bağlanmış əqdin etibarsız hesab olunmasını tələb edir ki, bu da qanunsuz və əsassızdır. İddiaçı iddia müddətlərini ötürmüşdür. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi hərrac yolu ilə Cavabdeh1 QSC BOKT-nin adına rəsmiləşmiş, xx.xx.2012-ci il tarixli Çıxarışdan 2012-ci ildə xəbəri olmuş, hətta o, Çıxarışın ləğvi ilə bağlı məhkəmədə tələb irəli sürmüş, lakin sonradan könüllü ərizə verərək, verdiyi iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-979/2015 saylı, 25 iyun 2015-ci il tarixli qərardadına əsasən Cavabdeh1 QSC BOKT İddiaçı və qeyrilərinə qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi, həmin əmlaklardan çıxarılmaları tələbin ə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan başqa iddiaçı, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdehə və Xaçmaz rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin ləğv edilməsi” barədə iddia qaldıraraq sözügedən əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin Cavabdeh1 QSC BOKT-nın Xaçmaz filialının adına işlənmiş Çıxarışla, Cavabdeh1 QSCnin adına işlənmiş Çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-2(103)-429/2014 aylı qərardadı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)1206/2014 saylı qətnaməsi ləğv edilmiş iddia ərizəsi baxılmamış saxlanılmışdır.
18. Həmçinin cavabdeh iddia müd dətinin tətbiqinə dair ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2(004)1270/2025 saylı qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia təmin edilərək, Xaçmaz rayonu, Hacılibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC BOKT-na təhvil verilməsi barədə Xaçmaz Rayon İcra şöbəsinin 21 may 2012-ci il tarixli aktının ləğv edilməsi, 21 may 2012-ci il tarixli akta əsasən Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin Cavabdeh1 QSC BOKT-nın mülkiyyətinə keçirilməsi ilə bağlı xx.xx.2012-ci il tarixli Çıxarışın ləğv edilməsi, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X10 xx.xx.2024-cü il tarixli, 22/05 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin (bağ sahəsinin) X4 mülkiyyətinə keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir.
20. Məhkəmə ilk növbədə iddia tələbinin Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC BOKT-na təhvil verilməsi barədə Xaçmaz Rayon İcra şöbəsinin 21 may 2012-ci il tarixli aktının ləğv edilməsi və həmin akta əsasən Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha sahəsinin Cavabdeh1 QSC BOKT-nın adına işlənmiş xx.xx.2012-ci il tarixli Çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin 20.250 manat məbləğində qiymətləndirilməsi ilə bağlı qiymətləndirmə hesabatının nəticələrinin ləğv ed ilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Baxmayaraq ki, iddiaçının hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin ləğv edilməsi barədə iddiası sonunda iş materiallarında Xaçmaz rayon İcra Şöbəsi ilə Cavabdeh1 QSC BOKT arasında bağlanmış alqı-satqı müqaviləsi olmadığından baxılmamış saxlanılmışdır, lakin Cavabdeh1 QSC BOKT-nın Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını xx.xx.2012-ci il tarixdə, yəni hələ qiymətləndirmə nəticələrinin etibarsızlığı ilə bağlı mülki iş məhkəmənin icraatında olduğu dövrdə qeydiyyata aldırmışdır. Məhkəmə tərəfindən müvafiq alqı-satqı müqaviləsinin əldə edilməsi ilə bağlı sorğu verilsə də, lakin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr X8 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən veril miş sorğuya cavabdan aydın olmuşdur ki, Xaçmaz rayon İcra Şöbəsi ilə Cavabdeh1 QSC BOKT arasında belə bir alqı-satqı müqaviləsi mövcud deyil. Həmçinin, məhkəmə tərəfindən Xaçmaz rayon İcra şöbəsinə sözügedən icra işi ilə bağlı materialların təqdim olunması ilə bağlı sorğu verilsə də, sorğuya cavabdan aydın olmuşdur ki, həmin icra işi materialları məhv olmuşdur.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən torpaq sahələri ilə bağlı keçirilmiş hərracların baş tutmaması ilə bağlı xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixli protokollar əlavə olunmuşdur. Sonuncu hərracın baş tutmaması ilə bağlı protokol xx.xx.2012-ci il tarixdə tərtib olunmuş, həmin tarixdən sonra Cavabdeh1 QSC BOKT-nın 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsi ilə bağlı hər hansı hərəkəti iş materiallarından görünmür. Əksinə Xaçmaz rayon İcra Şöbəsinin tərtib etdiyi xx.xx.2012-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 QSC BOKT-nın Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən torpaq sahəsini əldə etməsi xx.xx.2012-ci il tarixdə Cavabdeh1 SKT-nin Kredit Komitəsinin iclasının protokolu ilə baş vermişdir.
22. Göründüyü kimi, Cavabdeh1 QSC BOKT qanunvericiliyin tələblərini pozmuş, ipoteka predmeti olan əmlakı 30 təqvim günü müddətində əldə etməmişdir. Halbuki, qanunvericiliyin həmin norması imperativ norma kimi nəzərdə tutulmuş və ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaranmasına əsas kimi qiymətləndirilm işdir.
23. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixli Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi ilə bağlı üç dəfə hərrac keçirilmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüqu qi imkanların yaranması ilə nəticələnir.
24. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin 20.250 manat məbləğində qiymətləndirilməsinin ləğv edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğu halda, xx.xx.2012-ci il tarixli hərracın baş tutmaması barədə protokoldan görünür ki, əmlak ilk dəfə 20.250 manata hərraca çıxarılmış və xx.xx.2012-ci il tarixdə ilkin satış qiymətindən 25 % aşağı qiymətə 17.213 manata təkrar hərraca çıxarılmışdır. Halbuki, qiymətləndirmə hesabatının ləğv olunması ilə bağlı iddialara məhkəmədə baxılan zaman məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilmiş rəydə Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən torpaq sahəsinin d əyəri 45.000 manat müəyyən edilmişdir. Cavabdeh1 SKT-nin Kredit Komitəsinin iclasının xx.xx.2012-ci il tarixli protokoluna əsasən İddiaçı məxsus Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi və Xaçmaz rayonu, Arzu kəndində yerləşən fərdi yaşayış evi həyətyanı sahəsi ilə birlikdə İddiaçı qalıq 44.194 manat borcunun əvəzinə Cavabdeh1 QSC BOKT-nın Xaçmaz filialının balansına götürülməsinə razılıq verilmişdir. Həm Xaçmaz rayon İcra Şöbəsinin xx.xx.2012-ci il tarixli aktından, həm də Aqrarkredit” SKT-nin Kredit Komitəsinin İclasının xx.xx.2012-ci il tarixli protokolundan aydın olur ki, icra sənədi üzrə tələb icra edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 QSC BOKT borclu tərəfindən ödənişləri qəbul etməyə davam etmiş və bunun nəticəsi olaraq xx.xx.2015-ci il tarixdən xx.xx. 2024-cü il tarixədək ümumilikdə 17.000 manat ödəniş həyata keçirilmişdir. Bununla da Cavabdeh1 QSC BOKT həm qanunvericilikdə nəzərdə tutulmuş 30 təqvim günü müddəti ötürməklə, həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qiymətləndirmə hesabatı ləğv olunmuş qiymətlə, yəni 20.250 manatdan daha aşağı qiymətlə əmlakı əldə etməklə, həm də borcludan bütün bu müddət ərzində ödənişləri qəbul etməklə qanunsuzluğa yol vermişdir.
25. Göründüyü kimi, Xaçmaz rayon İcra Şöbəsi xx.xx.2012-ci il tarixli aktı tərtib etməkdə haqlı olmamışdır.
26. Məhkəmə qeyd etmişdir ki, həmin akt ləğv olunmalı və həmin Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha sahəsinin Cavabdeh1 QSC BOKT-nın adına işlənmiş xx.xx.2012-ci il tarixli Çıxarış ləğv edilməlidir.
27. Məhkəmə iddianı- Cavabdeh1 QSC BOKT-nın adına q eydə alınmış Çıxarışın ləğvi hissəsində əsaslı hesab edərək təmin etdiyindən, iddia tələbinin Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X8 xx.xx.2024-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi və Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin Cavabdeh2 adına işlənmiş xx.xx.2024-cü il tarixli Çıxarışın ləğv edilməsi hissəsində də əsaslı hesab etmişdir.
28. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq qeyd etmişdir ki, Cavabdeh1 QSC BOKT-nın adına Çıxarışın verilməsi qanunsuz olmuşdur. Belə olan halda həmin Çıxarış əsasında keçirilmiş 04 dekabr 2024-cü il tarixli hərrac da etibarsız hesab olunmalıdır. Həmin hərracla bağlı sənədlərlə müəyyən olunur ki, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi 19.800 manata hərraca çıxarı lmışdır.
29. Göründüyü kimi, hələ 2012-ci il tarixdə həmin əmlakın qiymətinin 20.250 manat müəyyən edilməsi məhkəmələr tərəfindən aşağı qiymət hesab olunmuş və müvafiq qiymətləndirmə hesabatları ləğv edilmişdir. Buna baxmayaraq, Cavabdeh1 QSC BOKT həmin əmlakı 19.800 manata, hətta həmin əmlakla bağlı 2012-ci il tarixdə keçirilən hərracdakı qiymətdən aşağı qiymətə satışa çıxarılmışdır.
30. Bundan başqa, məhkəmə Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, hazırki iddia tələbi hərracın nəticələrindən əmələ gələn Çıxarışın ləğv edilməsi ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə qərarı ilə etibarsız hesab olunan əqdlər üzrə iddiaya hansısa müddət şamil olunmur. Odur ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi b arədə ərizə hazırki mübahisəyə tətbiq oluna bilməz.
31. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1391.1, 317.1, 317.2, 337.1, 337.4, 337.5, 414.1, 415.5, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.1, 41.2, 43.3, 43.4, 43.7, 43.8-ci, MPM-nin 119.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarındakı və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1270/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2025-ci il tarixli, 2(103)-5117/2025 saylı qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən, məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-1270/2025 saylı qətnaməsi ləğv olunmuş, İddiaçı cavabdehlər Cavabdeh1 QSC BOKT və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və Çıxarışların etibarsız hesab edilməsi barədə” iddiası rədd edilmişdir.
34. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaya cavab verməli olan şəxslər - Xaçmaz Rayon İcra Şöbəsi, “Əmlak X2” MMC və “X3” PHŞ hazırkı işdə cavabdeh kimi göstərilməyib.
35. Belə ki, Cavabdeh1 QSC torpaq sahəsinə mülkiyyət hüququnu icra sənədi üzrə icraatın daxilində əldə edib. Yəni ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilməsi barədə qətnamə icraya yönəldildikdən sonra Xaçmaz Rayon İcra Şöbəsinin icra məmurunun sifarişi əsasında “Əmlak X2” MMC tərəfindən hərrac keçirilib. Lakin hərrac baş tutmadığına görə, icra məmuru torpaq sahəsini tələbkar Cavabdeh1 QSCyə təklif edib, tələbkar isə təklifi qəbul edib. İddianın əsaslandığı hallardan görünür ki, iddiaçı həm hərracı, həm də icra məmurunun təklifini qanuna zidd hesab edir.
36. Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 37. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin həmin zaman qüvvədə olmuş redaksiyasında isə qeyd olunmuşdur ki, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur.
38. Nəzərə alınmalıdır ki, hərracın qanunsuzluğuna görə “Əmlak X2” MMC, icra məmurunun təklifinin qanunsuzluğuna görə icra məmuru cavabdehlik daşıyır. Lakin “Əmlak X2” MMC və Xaçmaz Rayon İcra Şöbəsi iddia ərizəsində cavabdeh kimi göstərilməyib.
39. Bundan başqa, Əmlak Məsələləri Dövlət Xidmətinin tabelyində “X3” PHŞ-in keçirdiyi hərracın protokolunun etibarsız sayılması tələb olunsa da, həmin PHŞ-də i ddia ərizəsində cavabdeh kimi göstərilməyib.
40. Azərbaycan Respublikası MPM-nin 50.3 və 149.2.2-ci maddələrinə görə, iş üzrə cavabdehi müəyyən etmək iddiaçının səlahiyyətinə aiddir.
41. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Əmlak X2” MMC və Xaçmaz Rayon İcra Şöbəsinə qarşı iddia verilmədiyinə görə, məhkəmə həmin MMC-nin keçirdiyi hərracın, habelə icra məmurunun təklifinin etibarsız olduğunu qət edə bilməz.
42. Bu səbəbdən məhkəmə, Cavabdeh1 QSC-nin mülkiyyət hüququna dair reyestr qeydini və reyestr çıxarışını ləğv edə bilməz. Həmin qeyd və çıxarış ləğv edilmədən “X3” PHŞ-in hərrac protokolu etibarsız hesab edilə, habelə Cavabdeh2 mülkiyyət hüququna dair reyestr qeydi və reyestr çıxarışı ləğv edilə bilməz. 4
3. Belə ki, həmin sənədlər Cavabdeh1 QSC-nin mülkiyyət hüququna dair reyesr qeydinin həqiqiliyinə əsaslanır.
44. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
45. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 140, 416.1-ci, “İcra haqqında” Qanunun 53.3-cü, habelə MPM-nin 50.3, 149.2.2, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
46. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni yalnız digər tərəflərin iş üzrə cavadeh kimi əlavə edilməməsi ilə əsaslandırıb. Bununla da, məhkəmə yalnız məntiq zənciri quraraq bütün iddianın rədd edilməli olduğu qənaətinə gəlib. Nəticə etibari ilə məhkəmənin işi ədalətli araşdırması bir yana qalıb, iş ilə əlaqəsi olmayan tərəflərin cavabdeh kimi əlavə edilməməsi əsas gətirilib. Əslində məhkəmənin irəli sürdüyü tələblər əsassızdır. İddiada qeyd edilən icra hərəkətlərinə dair akt inzibati akt deyil. Bu baxımdan həmin aktın ləğvinin tələb edilməsi iş üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki icraçının etdiyi hərəkət özlüyündə hüquqa ziddir. Belə ki, mübahisələndirilən akt icra məmurunun qərarı deyil, sadəcə mövcud vəziyyəti özündə əsk etdirən bir aktdır. Bu baxımdan onun i ş üzrə cavabdeh kimi qoyulması əsassız olardı. Yəni aktın ləğv edilməsi tələbi iddia üzrə heç bir əhəmiyyətə malik deyil. Həmin aktda digər şəxslərin də adları və imzaları var. Məhkəmənin gəldiyi qənaətə görə o zaman onlar da cavabdeh kimi işə cəlb edilməli idi. Bu da isitisnadır. Mübahisləndirilən sənəd icra məmurunun inzibati akt dairəsinə daxil olan qərarı olmuş olsaydı, bu zaman onun da cavabdeh kimi işə cəlb edilməsi müzakirə mövzusu ola bilərdi. Ancaq hazırkı iddia üzrə onun cavabdeh kimi işə cəlb edilməsi əsassızdır. Məhkəmənin digər gəldiyi nəticə ondan ibarətdir ki, “Əmlak X2” MMC iş üzrə cavadeh kimi əlavə edilməyib. Bu qurumun da iş üzrə cavabdeh kimi işə cəlb edilməsinə ehtiyac yox idi. Çünki, məhkəmə araşdırması zamanı verilmiş sorğulara əsas DƏDRX 5 saylı ərazi idarəsindən ve rilən cavablarla müəyyən edildi ki, Cavabdeh1 BOKTa verilmiş çıxarış üçün əsas İcra Şöbəsindən verilmiş yuxarıda qeyd edilən akt olmuşdur. Nəticə etibari ilə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hərracın keçirilməsinə dair yekun protokol ümumiyyətlə mövcud deyil. Bu baxımdan həmin protokolun mübahisləndirilməsi də mümkün deyil. Olmayan protokol üçün cavabdehi məhkəməyə cəlb etməyin də heç bir əsası yoxdur. Bu baxımdan “X2” MMC-nin cavabdeh kimi işə cəlb edilməsinin məcburiliyi tələb edilə bilməz. Ona görə ki, onun cavadbeh kimi işə cəlb edilməsi üçün əsas olmalı olan sənəd ümumiyyətlə mövcud deyil. Çıxarışın verilməsi özü başdan qanunsuzdur və bu baxımdan onun cavabdeh kimi işə cəlb edilmədən də iddia təmin edilməlidir. Məhkəmənin bildirdiyi üçüncü əsas iş üzrə cavabdeh kimi cəlb edilməli olan “X3” PHŞ-nın da iş üzrə cavabdeh kimi cəlb edilməsinə ehtiyac yoxdur. Belə ki, bu iş üzrə hərracın keçirilməsi qanunun tələbi və yaxud məcburi icra tələbinin tələbi deyil. Yaxud buna dair hər hansı bir məhkəmə qətaməsi də yoxdur. “Aqrar Kredit” BOKT özünün mülkiyyətində olan torpaq sahəsini hansı yolla satmasını onun özü müəyyən edir. O, torpaq sahəsini notarial qaydada sadə şəkildə sata biləcəyi kimi hərrac yolu ilə də sata bilər. Burada torpaq satılması tərəfi kimi bütün hallarda Cavabdeh1 BOKT iştirak edir. Həyata keçirilən vasitəni təşkil edən qurumun bu iş üzrə cavebdeh kimi işə cəlb edilməsi nəticə üçün əsas deyil. Bu baxımdan PHŞ-nın bu işə cavabdeh kimi cəlb edilməməsi ilə bağlı iddianın rədd edilməsi yanaşması tamamilə kökündən səhv yanaşmadır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Cavabdeh2 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir.
55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
63. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nə ticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
64. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
65. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaya cavab verməli olan şəxslər- Xaçmaz Rayon İcra Şöbəsi, “Əmlak X2” MMC və “X3” PHŞ iddia ərizəsində cavabdeh kimi göstərilməyib.
66. Belə ki, Cavabdeh1 QSC torpaq sahəsinə mülkiyyət hüququnu icra sənədi üzrə icraatın daxilində əldə edib. Yəni ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilməsi barədə qətnamə icraya yönəldildikdən sonra Xaçmaz Rayon İcra Şöbəsinin icra məmurunun sifarişi əsasında “Əmlak X2” MMC tərəfindən hərrac keçirilib. Lakin hərrac baş tutmadığına görə, icra məmuru torpaq sahəsini tələbkar Cavabdeh1 QSC-nə təklif edib, tələbkar isə təklifi qəbul edib. İddianın əsaslandığı hallardan görünür ki, iddiaçı həm hərracı, həm də icra məmurunun təklifini qanuna zidd hesab edir.
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsi n iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 68. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin həmin zaman qüvvədə olmuş redaksiyasında isə qeyd olunmuşdur ki, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur.
69. Nəzərə alınmalıdır ki, hərracın qanunsuzluğuna görə “Əmlak X2” MMC, icra məmurunun təklifinin qanunsuzluğuna görə icra məmuru cavabdehlik daşıyır. Lakin “Əmlak X2” MMC və Xaçmaz Rayon İcra Şöbəsi iddia ərizəsində cavabdeh kimi göstərilməyib.
70. Bundan başqa, Əmlak Məsələləri Dövlət Xidmətinin tabelyində “X3” PHŞ-in keçirdiyi hərracın protokolunun etibarsız sayılması tələb olunsa da, həmin PHŞ-də iddia ərizəsində cavabdeh kimi göstərilməyib.
71. Azərbaycan Respublikası MPM-nin 50.3 və 149.2.2-ci maddələrinə görə, iş üzrə cavabdeh i müəyyən etmək iddiaçının səlahiyyətinə aiddir.
72. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 73. “Əmlak X2” MMC və Xaçmaz Rayon İcra Şöbəsinə qarşı iddia verilmədiyinə görə, məhkəmə həmin MMC-nin keçirdiyi hərracın, habelə icra məmurunun təklifinin etibarsız olduğunu qət edə bilməz.
74. Bu səbəbdən də Cavabdeh1 QSC-nin mülkiyyət hüququna dair reyestr qeydi və reyestr çıxarışı ləğv edə bilməz. Həmin qeyd və çıxarış ləğv edilmədən “X3” PHŞ-nin hərrac protokolu etibarsız hesab edilə, habelə Cavabdeh2 mülkiyyət hüququna dair reyestr qeydi və reyestr çıxarışı ləğv edilə bilməz.
75. Belə ki, həmin sənədlər Cavabdeh1 QSC-nin mülkiyyət hüququna dair reyesr qeydinin həqiqiliyinə əsaslanır.
76. AR Mülki Məcəlləsinin 140-cı m addəsinə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
77. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlib, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməyib, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 sentyabr 2025-ci il tarixli, 2(103)-5117/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.