Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4027/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (üçüncü şəxs Siyəzən bələdiyyəsi cəlb edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-636/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsində n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən İddiaçı icarəsinə verildikdən sonra, 21 noyabr 2014-cü il tarixdə müvafiq çıxarışa əsasən həmin torpaq sahəsinin üzərində onun icarə hüquqları qeydə alınmış, habelə qeydə alma zamanı sözügedən torpaq sahəsi ilə bağlı mübahisə olmamaqla, həmin ərazidə icazəsiz tikililər, habelə 6 kvt gərginlikli elektrik hava xətti mövcud olmamışdır. Lakin, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsinin üzərində İddiaçı icarə hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, cav abdeh "xxxx" ASC-yə məxsus 6 kvt gərginlikli elektrik hava xəttinin həmin ərazidən çəkmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 21 noyabr 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən İddiaçı 99 il müddətinə icarəyə verilmiş və sonuncunun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icr aat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun mülkiyyətində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etməklə, onun üçün yaratdığı maneənin cavabdehin hesabına aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun sonuncudan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Siyəzən bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli, 5-7 nömrəli qərarı və torpaq icarə müqaviləsi əsasında Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 0,007 ha torpaq sahəsi 99 il müddətinə onun icarəsinə verilmişdir. Bundan sonra, o, qanunvericiliyin tələblərinə uyğun olaraq, hüquqlarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müvafiq qaydada müraciət etmişdir. Müraciəti ilə əlaqədar, icarə hüquqları Hüquqların Dövlət qeydiyyatına alınmaqla, ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən 21 noyabr 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Müəyyən iqtisadi çətinliklərlə əlaqədar həmin torpaq sahəsini tam hasara ala bilməmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, cavabdeh ASC-nin əməkdaşları ona icarə hüququ ilə məxsus olan torpaq sahəsinin içərisindən yüksək gərginlikli elektrik hava xətti çəkmiş, hətta elektrik xəttinin bir dayağını onun icarəsində olan torpaq sahəsinin daxilinə basdırmışlar. Cavabdehin bu qanunsuz hərəkətləri b arədə sonuncuya 21 noyabr 2022-ci il tarixdə yazılı ərizə ilə müraciət etmiş, habelə "xxxx" ASC tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli cavab məktubunda ünvan 1 ünvanında yüksək gərginlikli elektrik veriliş xəttinin trassasının dəyişdirilməsi barədə müraciətinə baxıldığı bildirilmiş və həmin xəttin trassasının dəyişdirilməsi üçün “ASAN Xidmət” mərkəzinə müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan hüquqları pozulmaqla qanuni mənafeyinə ciddi ziyan vurulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan ərazidə hava veriliş xətti təxminən 1985-ci illərdə quraşdırılıb istifadəyə verilmişdir. Həmin dövrdən də mövcud xəttin trassası saxlanılmaq, rekonstruksiya olunmuşdur. İddiaçı isə həmin torpaq sahəsinə xx.xx.2014-cü il tarixdə icarə müqaviləsi aldıqda artıq həmin hava veriliş xətti orda olmuşdur. İddiaçı iddia ərizəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məxsus torpaq sahəsi qanunsuz olaraq zəbt edilərək dirək basdırılmaqla, hava veriliş xəttinin çəkildiyini iddia etmişdir. Lakin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/7771 saylı ekspertiza rəyində və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin mütəxəssis rəyində qeyd edilir ki, Siyəzən şəhəri, Şəhriyar küçəsində icarə hüquqları ilə X3 məxsus 0,007 ha torpaq sahəsində elektrik xəttinə aid dayaq aşkar edilməmişdir. Ekspertiza rəyindən də aydın görünür ki, həmin ərazidə dirək yoxdur. Bununla əlaqədar olaraq bildirir ki, həmin xəttin mühafizə zonası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” ilə tənzimlənir. Həmin qaydalara əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da onların mülkiyyətdə olmasına hər hansı qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə istifadə olunur. Həmçinin, elektrik xəttinin çəkilməsi zamanı aidiyyəti dövlət orqanları ilə razılaşmalar əldə edilmiş və həmin ərazidən xəttin çəkilməsi məqsədəmüvafiq sayılmışdır. İddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 15 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-548/2024 nömrəli məktubla göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Siyəzən Bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli, 5-7 nömrəli qərarı ilə İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərində yerləşən bir tərəfdən yol, bir tərəfdən qonşu, iki tərəfdən boş sahə ilə əhatə edilmiş, hasarlanmamış, 0,007 h a torpaq sahəsi ilə bağlı mübahisə olmamaqla, həmin sahədə icazəsiz tikililər mövcud olmamışdır.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 11 dekabr 2023-cü il tarixli, 3-21-3-31/2-4324/2023 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 3-1616/2-10/7771 nömrəli ekspert rəyindən görünür ki, Siyəzən şəhəri, Şəhriyar küçəsində icarə hüquqları ilə İddiaçı məxsus 0,007 ha torpaq sahəsindən 6 kVt elektrik xətti keçir və torpaq sahəsi bütovlükdə elektrik xəttinin mühafizəsinə düşür. Həmçinin, sözügedən torpaq sahəsində elektri k xəttinə aid dayaq aşkar edilməyərək, bu torpaq sahəsinin üzərindən 6 kVt elektrik hava xəttinin keçməsi müəyyən edilmişdir.
8. Siyəzən Rayon Məhkəməsinin (hakim Bəylər Ələkbərov) xx.xx.2025-ci il tarixli, 2(059)-8/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 21 noyabr 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsinin üzərindəki 6 kVt elektrik hava xəttinin cavabdeh "xxxx" ASC-nin hesabına çıxarılması, iddia tələbinin qalan hissədə təmin edi lməməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatı İddiaçı, qalan 50 %-i, yəni 25 (iyirmi beş) manatının isə cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi, mütəxəssis rəyinin alınması, eləcə də iddia tələbi üzrə ödənilmiş cəmi 195 (bir yüz doxsan beş manat) məhkəmə xərcinin 50%-i, yəni 97,50 (doxsan yeddi manat 50 qəpik) manatının cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı dövlət qeydiyyatına alınmış icarə hüquqları əsasında istifadəsində olan daşınmaz əmlakdan maneəsiz istifadə hüququndan məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakı ndan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradır.
10. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 21 noyabr 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsinin üzərindəki 6 kVt elektrik hava xətti cavabdeh "xxxx" ASC-nin hesabına çıxarılmalıdır.
11. Həmçinin, iddianın “Siyəzən şəhərinin Şəh riyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq zəbt edilməsi”nə dair hissəsinə münasibətdə qeyd edilmişdir ki, müvafiq rəylərə əsasən, sözügedən ərazidə cavabdeh ASC-nin elektrik xəttinə aid dayaq aşkar edilmədiyinə, habelə orada torpaq sahəsinin faktiki zəbt halına rast gəlinmədiyinə görə iddia tələbinin həmin hissədə təmin edilməsi istisna edilir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 157.4, 157.8, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66 (İİ), 67 (İİİ), 68, “İcarə haqqında “Azərbaycan Respublikası qanununun 15 (İ), “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanunun 22-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verilərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(059)-8/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə iddiaçının mülkiyyətçisi olduğu torpaq sahəsində elektrik xətti çəkilməsi ilə bağlı şəxsi mənafeyinin cavabdeh təşkilat "xxxx" ASC-yə məxsus və həmin ərazidə yerləşən xeyli sayda fərdi yaşayış evlərini elektrik enerjisi ilə təchiz edən elektrik hava xətlərinin ictimai əhəmiyyətli olması onun mənafeyindən üstünlüyü iddiaçı tərəfindən dəqiq ifadə olunmamışdır. Hazırkı iş üzrə iddiaçı ona məxsus torpaq sahəsindən keçən yüksək gərginlikli elektrik hava xətlərinin çıxarılmasını (nəzərə alınsa ki, həmin xətlərin yerinin dəyişdirilməsi böyük maddi vəsait tələb edir) tələb etməklə mülkiyyət hüquqlarından suiistifadəyə yol verərək, mülkiyyətindən "xxxx" ASC-yə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zəruriliyini əsaslandırmamışdır. Tələb cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilənin aradan qaldırılması ilə bağlıdır və qeyd edilən iş üzrə məhkəmə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da prosessual hüquq normaları pozulmuşdur. Siyəzən Rayon Məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər aşağıdakılardır: Belə ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Amma, hazırkı iş üzrə məhkəmə nəzərdən qaçırmışdır ki, iddiaçı ona məxsus torpaq sahəsindən keçən yüksək gərginlikli elektrik hava xəttlərinin çıxarılmasını (tələb etməklə mülkiyyət hüquqlarından sui-istifadəyə yol verərək, mülkiyyətindən "xxxx" ASCyə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zəruriliyini əsaslandırmamışdır. Eyni zamanda həmin Məcəllənin 152.6-cı maddəsində o da qeyd edilmişdir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir və bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan s ayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-nin 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Lakin, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 14-cü bəndinin tələbinə görə isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-nin 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı cavabdeh "xxxx" ASC-nin təbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik hava xətti çəkməsini və həmin xəttin çıxarılması ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir. Belə olan halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 14-cü bəndinin tələblərinə əsasən mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 Saylı Sumqayıt Ərazi İdarəsinin 2 sentyabr 2025-ci il tarixli, 3-21-3-31/2-3326/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, icarə hüquqları ilə İddiaçı məxsus Siyəzən şəhər i, Şəhriyar küçəsində yerləşən 0.007 ha torpaq sahəsinin müəyyən hissəsindən keçən 6 kv-lıq hava elektrik verilişi xəttinin müəyyən edilmiş mühafizə zonaları nəzərə alınmaqla yerinin dəyişdirilməsi mümkün deyil.
16. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərin (bundan sonra - Tələblər) 1.3-cü bəndinə əsasən Elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi, yenidən qurulması və istismarı Qanunun tələbləri nəzərə alınmaqla, “Ətraf mühitə təsirin qiymətlən dirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Tələblərin 1.5-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizəsi ötürücü şəbəkəyə münasibətdə ötürücü sistem operatoru tərəfindən, paylayıcı şəbəkəyə münasibətdə isə paylayıcı sistem operatoru tərəfindən təmin edilir. Tələblərin 1.6-cı bəndinə əsasən elektrik şəbəkələrinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilir. Odur ki, sözügedən 6 kV-luq hava elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi ilə bağlı yeni trassa ayrılması, müvafiq yerli icra hakimiyyəti orqanlarının, həmçinin həmin ərazidən keçən avtomobil yolu, su, elektrik və digər kommunikasiya xətlərinin mülkiyyətçilərinin razılığı alınmaqla "xxxx" ASC tərəfindən həyata keçirilə bilər.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Rəhimli) 2(105)-636/2025 nömrəli mülki iş üzrə 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(059)-8/2025 nömrəli qətnaməsi iddianın təmin edilmiş - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İ darəsi tərəfindən 21 noyabr 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsinin üzərindəki 6 kvt elektrik hava xəttinin cavabdeh "xxxx" ASC-nin hesabına çıxarılması - hissəsində və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərcin iddiaçıya aid edilməsi, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manatın İddiaçı tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası mübahisəyə inzibati icraat qaydasında baxılmalı olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında yaranan mübahisə ərazinin boşaldılması ilə bağlı, yəni əşya hüquq münasibətlərindən irəli gəlməklə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olan mübahisə olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin məhkəmə aidiyyətini pozmaqla işə baxılmasına dair cavabdehin apellyasiya şikaytətinin dəlili əsassız olmuşdur.
19. İddiaçı icarəsində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0.007 ha torpaq sahəsinin müəyyən hissəsindən keçən 6 kv-luq hava elektrik verilişi xəttinin onun qanunla qorunan hüquq larının pozulmasına və qanuni mənafeyinə ciddi ziyan vurmasına səbəb olmasını iddia etsə də buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının torpaq sahəsində tikinti işlərinin aparması və ya aparmaq niyyətində olması, hər hansı bir başqa fəaliyyət göstərməsi üçün müvafiq orqanlara, o cümlədən cavabdeh təşkilata müraciət etməsi, məhz 6 kv-luq hava elektrik verilişi xəttinin mühafizə zonasında olması səbəbindən iddiaçının torpaq sahəsində fəaliyyət göstərməsinə icazə verilməməsi iş materialları ilə müəyyən edilməməkdədir. İddiaçı tərəfindən məhkəməyə yalnız "xxxx" ASC-yə elektrik xəttinin çıxarılması ilə bağlı müraciəti və "xxxx" ASC-nin 27 dekabr 2022-ci il tarixli cavab məktubu təqdim edilmişdir ki, həmin məktubda da iddiaçıya həmin xəttin trassasının dəyişdi rilməsi üçün “ASAN Xidmət” mərkəzinə müraciət etməsi tövsiyə edilmişdir.
20. İddiaçının icarəsində olan torpaq sahəsində heç bir tikilinin olmamasının, torpaq sahəsindən hər hansı məqsədlər üçün istifadə edilməməsinin və ya bu istifadə üçün müvafiq orqanlara, o cümlədən cavabdeh şəxsə müraciət edilməsinin, məhz 6 kv-luq hava elektrik verilişi xəttinin mühafizə zonasında olması səbəbindən iddiaçının torpaq sahəsində fəaliyyət göstərməsinə icazə verilməməsinin sübut olunmaması halında iddiaçının torpaq sahəsi üzərində icarə hüquqlarının pozulmasını iddia etməsi əsassız hesab olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsə rrüfat işlərinin aparılmasına dair Tələblərin 3.1.1-ci bəndinə əsasən mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması mümkün hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının icarə hüquqları əsasında istifadəsində olan daşınmaz əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olması və ya məhdudlaşması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
21. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.1.2, 158.2, 165.1, 700.1, 700.2, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 66 (İİ), maddələrinə və Azərbaycan Res publikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərin 1.4, 1.5, 3.1, 3.1.1-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2(105)-636/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,007 ha torp aq sahəsinin 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən iddiaçının icarəsinə verildikdən sonra, 21 noyabr 2014-cü il tarixdə müvafiq çıxarışa əsasən həmin torpaq sahəsinin üzərində onun icarə hüquqlarının qeydə alınması, habelə qeydə alma zamanı sözügedən torpaq sahəsi ilə bağlı mübahisə olmamaqla, həmin ərazidə icazəsiz tikililər, habelə 6 kvt gərginlikli elektrik hava xəttinin mövcud olmamasını, lakin, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsinin üzərində iddiaçının icarə hüquqlarının dövlət qeydiyyatına alındıqdan sonra, cavabdeh "xxxx" ASC-yə məxsus 6 kvt gərginlikli elektrik hava xəttinin həmin ərazidən keçməsinin müvafiq ekspert rəyi ilə aşkar olmaqla, hazırkı işin təkzibolunmaz halı olmasını, bununla da, iddiaçının yuxarıda qeyd edilən mülk iyyətin müdafiəsi ilə bağlı qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneçilik törədilməsi nəticəsində dövlət qeydiyyatına alınmış icarə hüquqları əsasında istifadəsində olan daşınmaz əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası eyni zamanda nəzərə almamışdır ki, cavabdehin qanunsuz hərəkətləri barəsində qonşu torpaq sahəsinin icarəçisinin müraciətinə cavabdeh tərəfindən sözügedən ünvanda yüksək gərginlikli elektrik veriliş xəttinin trassasının dəyişdirilməsi üçün “ASAN Xidmət” mərkəzinə müraciət etməyi tövsiyə olunmuşdur. Kolleqiya nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş rəydən göründüyü kimi, iddiaçının icarə hüquqları qeydiyyata alınmış sözügedən torpaq sahəsində elektrik xəttinə aid dayaqlar aşkar olunmasa da, həmin torpaq sahəsi üzərindən 6 kvt elektrik hava xəttinin keçməsi müəyyən edilmişdir. Odur ki, iddia ərizəsində cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması dedikdə, məhz yüksək gərginlikli elektrik xəttinin ərazidən kənarlaşdırılmasını nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçı həmin torpaq sahəsini sahibkarlıq məqsədilə almaqla, orada ticarət obyekti inşa etdirmək niyyətində olmuşdur. Lakin, cavabdeh ASC tərəfindən yaradılmış maneələr nəticəsində iddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə etmək imkanından məhrum olmuşdur. Habelə, işin mübahisəsiz halı odur ki, həmin ərazidən 1985-ci ildə elektrik xətti keçməmiş, bu xətlər torpağın icarəsinə dair iddiaçı tərəfindən müvafiq sənədləşmələr aparıldıqdan sonra çəkilmişdir. Belə ki, həmin vaxt yüksək gərginlikli elektrik xətti torpaq sahəsinin mühafizə zolağından keçmiş olsaydı, nə bələdiyyə, nə reyestr orqanı müvafiq sənədləşmələri apara bilməzdi. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsini əsaslandırmamış, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verməmişdir. Məhkəmə mübahisəni həll edərkən ilk növbədə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Nəzərə alınmalıdır ki, təqdim olunmuş sübutların tədqiqi nəticəsində məhkəmənin müəyyən etdiyi yekun faktiki hallara aidiyyəti hüquq normalarının dispozisiya şərtlərinə uyğun şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Məhkəmə iddiaçının mülkiyyət hüquqlarına müdaxiləni təsdiq edən sübutlara düzgün qiymət verməmiş, iddiaçının mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı ona məxsus torpaq sahəsindən hər hansı yüksək gərginlikli elektrik hava xəttinin mövcud olmamasını, sonradan aparılan rekonstruksiya nəticəsinə həmin xəttin iddiaçıya məxsus torpaq sahəsinin üzərindən onun bu barə də xəbəri və razılığı olmadan aparılması barədə təqdim edilmiş sübutlara səhv qiymət verərək, nəticədə apellyasiya şikayəti üzrə düzgün olmayan dəyərləndirmə aparmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istif adə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
32. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
33. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sa hib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
34. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
35. Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.
36. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunl a ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
37. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
38. Maddə 66, İİ hissə. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
39. Maddə 67, İİİ hissə. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
40. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
41. Ma ddə 82.Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
42. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq icarəsi haqqında qanun 4 3.M a d d ə 2
2. İcarəçinin hüquqları İcarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi istifadə etmək; ilə müəyyən edilmiş həddə sərbəst 4 4.M a d d ə 2
6. İcarə zamanı sahibkarlıq fəaliyyəti İcarəçi icarə müqaviləsinə uyğun olaraq özünün təsərrüfat fəaliyyətini müstəqil müəyyənləşdirir, məhsuluna və əmlakına sərbəst sərəncam verir. İcarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. İcar əyəverənin borcları üzrə tələbin icarəyə verilmiş torpağa yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər:
45. Bənd 1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
46. Bənd 1.5. Elektrik şəbəkələrinin mühafizəsi ötürücü şəbəkəyə münasibətdə ötürücü sis tem operatoru tərəfindən, paylayıcı şəbəkəyə münasibətdə isə paylayıcı sistem operatoru (bundan sonra – sistem operatoru) tərəfindən təmin edilir.
47. Bənd 3.1. Bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər:
48. Bənd 3.1.1.Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələb inə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normaları pozulduğuna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
57. Belə ki, iş üzrə müəyyən olunan hallara görə Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən İddiaçı 99 il müddətinə icarəyə verilmiş və sonuncunun icarə hüquqları 21 noyabr 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda həmin torpaq sahəsinin üzərindən 6 kvt elektrik hava xətti keçir. İddiaçı həmin hava xəttinin onun torpaqdan istifadəsinə maneə törətdiyini bildirir və cavabdeh "xxxx" ASC-dən maneənin aradan qaldırılmasını tələb edir.
58. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də iddiaçının icarəsində olan to rpaq sahəsinin bir hissəsini qanunsuz zəbt etməklə onun üçün yaradılmış maneənin onun hesabına aradan qaldırılmasına dair iddiasına münasibətdə o nəticəyə gəlmişdir ki, iddiaçı icarəsində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0.007 ha torpaq sahəsinin müəyyən hissəsindən keçən 6 kvluq hava elektrik verilişi xəttinin onun qanunla qorunan hüquqlarının pozulmasına və qanuni mənafeyinə ciddi ziyan vurmasına səbəb olmasını iddia etsə də buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının torpaq sahəsində tikinti işlərinin aparması və ya aparmaq niyyətində olması, hər hansı bir başqa fəaliyyət göstərməsi üçün müvafiq orqanlara, o cümlədən cavabdeh təşkilata müraciət etməsi, məhz 6 kv-luq hava elektrik verilişi xəttinin mühafizə zonasında olması səbəbindən iddiaçının torpaq sahəsində fəaliyyət göstərməsinə icazə verilməməsi iş materialları ilə müəyyən edilməməkdədir. İddiaçının icarəsində olan torpaq sahəsində heç bir tikilinin olmamasının, torpaq sahəsindən hər hansı məqsədlər üçün istifadə edilməməsinin və ya bu istifadə üçün müvafiq orqanlara, o cümlədən cavabdeh şəxsə müraciət edilməsinin, məhz 6 kv-luq hava elektrik verilişi xəttinin mühafizə zonasında olması səbəbindən iddiaçının torpaq sahəsində fəaliyyət göstərməsinə icazə verilməməsinin sübut olunmaması halında iddiaçının torpaq sahəsi üzərində icarə hüquqlarının pozulmasını iddia etməsi əsassız hesab olunur.
59. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.
60. Həmin Məcəllənin 157.8-ci maddəsin ə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
61. Lakin nəzərə alınmalıdır ki, istifadə hüququnun müdafiəsi yalnız qanunsuz və əsassız maneələrin mövcudluğu halında mümkündür. İddiaçının torpaqdan istifadə hüququ mütləq və məhdudiyyətsiz xarakter daşımır və bu hüquq mövcud qanuni yüklülüklər, o cümlədən servitut xarakterli məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir.
62. Torpaq Məcəlləsinin 22 və 62-ci maddələrinə əsasən, torpaq sahələrindən keçən mühəndis-kommunikasiya xətləri üçün mühafizə zonaları müəyyən edilir və bu zonalar torpaqdan istifadəyə müəyyən məhdudiyyətlər yaradır. Həmçinin, “Elektroenergetika haqqında” Qanunun müddəalarına görə, elektrik şəbəkələri dövlət və ictimai əhə miyyətli infrastruktura aid olmaqla, onların təhlükəsiz və fasiləsiz istismarı təmin edilir, bununla bağlı mühafizə zonaları müəyyən edilir. Qanunvericiliklə müəyyən edilmiş mühafizə zonası çərçivəsində yerləşir, iddiaçının həyat və sağlamlığı üçün birbaşa təhlükə yaratmır, normativ texniki tələblərin pozulması ilə istismar olunmur. Buna görə də, iddiaçı elektrik xəttinin mühafizə zonasının hüquqi rejimindən irəli gələn məhdudiyyətlər altındadır.
63. Odur ki, baxılan iş üzrə xüsusi olaraq araşdırılmalı olan hal - torpaq sahəsi üzərində iddiaçının icarə hüququ əmələ gələn zaman oradan elektrik xəttinin keçibkeçməməsidir. Əgər iddiaçı torpaq sahəsi üzərində icarə hüququ əldə edərkən, həmin sahə üzərində əvvəldən mövcud olan mühəndis-kommunikasiya obyektini və ondan irəli gələn məhdudiyyətl əri bilməli idisə və bilməsi mümkün olubsa, o halda iddiaçı torpaq sahəsini mövcud yüklülüklərlə birlikdə qəbul etmiş sayılır. Bu yanaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255 və 256-cı maddələrində təsbit edilmiş servitut hüququnun hüquqi mahiyyətinə uyğundur və mülki dövriyyədə hüquqi sabitliyin təmin edilməsinə xidmət edir.
64. Əksinə, elektrik xətti icarə hüququ yaranandan sonra çəkilmişdirsə, iddiaçının hüquqları qorunmalıdır.
65. Cavabdehin iddiaya etirazında göstərir ki, mübahisələndirilən hava xətti 1985-ci ildən həmin ərazidən keçərək istifadəyə verilmiş, sonradan rekonstruksiya olunmuş, həmin hava xətti vasitəsi ilə ətraf kəndlərə gərginlik verilir.
66. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmək üçün həlledici əhəmiyyəti olan faktı yalnız cavabdehin etirazı əsasında müəyyən etmişdir. Məhkəmə etirazda olan məlumatların özünün də isbata ehtiyac olduğunu nəzərə almamış, elektrik xəttinin layihələndirilməsi, istismara qəbul edilməsi və s. kimi sübutların təqdim olunmasını təklif etməmişdir.
67. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı ətraflı yoxlanılmalı və mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.
68. Bundan başqa, «iddiaçının icarəsində olan torpaq sahəsində heç bir tikilinin olmaması, torpaq sahəsindən hər hansı məqsədlər üçün istifadəsi barədə sübutların olmaması, hava elektrik verilişi xəttinin onun qanunla qorunan hüquqlarının pozulmasına və qanuni mənafeyinə ciddi ziyan vurmasına səbəb olmasını iddia etsə də buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi və s.», özlüyündə iddianın rədd olunması üçün əsas deyildir. Çünki torpaq sahəsi iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədi ilə verilib və orada hər hansı tikili inşa edəcəyi halda ona qarşı elektrik xəttinin mühafizə zonası rejimindən irəli gələn məhdudiyyətlərin tətbiq edilməyəcəyi istisna olunmur. Bunu nla yanaşı əgər torpaq sahəsinin əldə edilməsindən sonra xəttin çəkilməsi baş vermişdirsə, bu faktın özünün təsdiq olunması iddiaçının hüququnun pozulması ilə nəticələnmiş olur. İddiaçı məhz həmin fakta istinad edərək yaradılmış maneələrin aradan qaldırılmasını tələb etmək imkanını əldə etmiş olur.
69. Bu baxımdan məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin bu qərarın 46-cı bəndində göstərilən əsaslandırması ilə razılaşmır və qeyd edir ki, iddiaçının torpaq sahəsində onun razılığı olmadan elektrik xəttinin çəkilməsi həmin torpaq sahəsində istifadəyə əhəmiyyətli formada maneə yaratmış, torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsini özündən asılı olmayan hallardan asılı etmişdir.
70. Halbuki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsində torpaq sahəl ərindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək icarəçinin hüququ kimi göstərilmişdir.
71. Eyni zamanda həmin qanunun 26-cı maddəsinin tələbinə görə icarəçi icarə müqaviləsinə uyğun olaraq özünün təsərrüfat fəaliyyətini müstəqil müəyyənləşdirir, məhsuluna və əmlakına sərbəst sərəncam verir.İcarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir.
72. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan nəticəyə gəlmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiy yəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
73. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
74. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmə lər tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
75. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
76. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli və iş yenidən baxılması apel lyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 30 sentyabr tarixli, 2(105)-636/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.