Məhkəmə qərarları › İş №2(102)-4153/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4153/2025

10.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4153/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X4, X5, X2 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddət, kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-786/2025 nömrəli, 09 dekabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Balakən Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli e-2(019)-58/2025 saylı qətnaməsi ilə (hakim Arifə Cəfərova) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən kompensasiya ödənilməklə yolun (zəruri keçidin) açılması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2025-ci il tarixli 2(107)-786/2025 nömrəli qətnaməsi ilə (hakimlər Ə.Məcidov, E.Mehdiyev və T.Musayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsin in xx.xx.2025-ci il tarixli, e-2(019)-58/2025 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı (X4, X5, X2 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) torpaq sahəsindən kompensasiya ödənilməklə yolun (zəruri keçidin) açılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh, X4, X5, X2 və X3 mülkiyyətində olan dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan çıxarışda göstərilən 0.4101 ha torpaq sahəsindən İddiaçı mütəxəssis rəyində göstərilmiş cizgilər daxilində olan 3 metr enində və 32 metr uzunluğunda zəruri keçid verilməsi, həmin zəruri keçiddən istifadəyə görə İddiaçı hər il 20 manatın alınaraq Cavabd eh verilməsi, iş üzrə tikinti-texniki ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. 3. 26 noyabr 2025-ci il tarixdə Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə) məhkəməyə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə göndərmiş və ərizəyə həmin qətnamədən kassasiya şikayəti əlavə etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, “ASAN” imza sistemində müəyyən obyektiv nasazlıq olduğu səbəbindən sənədləri yerləşdirib imzalamaq qeyri-mümkün ol duğundan hazırkı kassasiya şikayəti xx.xx.2025-ci il tarixə kimi "E-Mehkeme" İnformasiya Sisteminə yerləşdirilməli olduğu halda, üzrlü səbəbdən 2 saat 30 dəqiqə gec, yəni xx.xx.2025-ci il tarixdə saat 02.30-da sistemə yerləşdirilmişdir. Kassasiya şikayətinin verilməsi üçün ötürülmüş 2 saat 30 dəqiqə müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilməlidir.

5. Şəki Apellyasiya Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov, E.İsayev və T.Musayev) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2025-ci il tarixli 2(107)-786/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edi lməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2025-ci il tarixli 2(107)-786/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş mаteriаllаrına əsasən Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi cavabdehin elektron məhkəmə informasiya sistemində olan elektron kabinetinə yerləşdirilməklə cavabdehə 23 sentyabr 2025-ci ildə çatdırılmışdır. Onun sözügedən qətnamədən kassasiya şikayəti vermə müddəti 23 noyabr 2025-ci ildə başa çatmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi müddəti 3 gün ötürülmüşdür. Bununla yanaşı müddətin ötürülməsinin üzrlü olması ilə bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi belə olan halda hesab etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2025-ci il tarixli 2(107)786/2025 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmə müddəti cavabdehin öz təqsiri ucbatından ötürülmüş və hazırkı ərizədə göstərilənlər Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz.

8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 133.3, 133.4, 133.5, 400, 402.2.3 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

9. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyas ı məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, MPM-in 133.1 və 133.5-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi müddətin bərpasına dair əsaslar olduğu halda qanunsuz və əsassız şəkildə kassasiya şikayətinin müddətinin bərpasından imtina etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi 23 sentyabr2025-ci il tarixdə “E-Mehkeme” İnformasiya Sisteminə yerləşdirilsə də, ciddi xəstə, yataq vəziyyətində olan 74 yaşlı cavabdeh, Balakən rayonu Talalar kəndində elektron sistemində olan şəxsi kabinetə girə bilmir, mobil telefonu sadə telef onlardandır, həmin telefonla “E-Mehkeme” İnformasiya Sisteminə daxil ola bilmir, yalnız qohumları vasitəsilə zərurət olduqda məlumat əldə edir. Cavabdeh nitqində də ciddi qüsurlar olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “E-Mehkeme” İnformasiya Sisteminə yerləşdirilmə tarixi vəkilə (nümayəndəyə) düzgün bildirilməmişdir. Cavabdeh Elektron Mehkeme” İnformasiya Sistemində yaradılmış şəxsi kabinetini görmədiyi səbəbindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hansı müddətə şəxsi kabinetə yerləşdirilməsindən və kassasiya şikayətinin müddətinin axımının hansı vaxtdan başladığından məlumatı olmamışdır. Hazırkı kassasiya şikayətinə əlavə olunmuş “Balakən rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2025-ci il tarixli məktubundan və xəstənin ambulator kitabçadan çıxarışdan görünür ki, xəstə bir neçə müddət öncə Balakən MRX PHŞ Poliklinika şöbəsində dispanser qeydiyyatındadır, müayinə və müalicəsi davam etdirilir. Ambulator kitabçadan çıxarışda olan obyektiv müayinənin nəticələrindən görünür ki, cavabdehin xəstəlik vəziyyəti onu deməyə əsas verir ki, onun bu vəziyyətdə “E-Mehkeme” İnformasiya Sisteminə şəxsi kabinetə girmək, qətnamənin yerləşdirilməsi tarixini bilmək kimi əqli və fiziki imkanları olmamışdır. Bu səbəbdən qətnamədən verilən kassasiya şikayəti üçün nəzərdə tutulan 2 aylıq prosessual müddət 2 gün 3 saat ötürülmüşdür. Cavabdehin ahıl yaşı və ciddi xəstə vəziyyətinin mövcudluğu prosessual hərəkətlərin yetirilməsinə məhdudiyyət yaratmışdır. Qeyd olunan səbəblər üzrlü hesab olunmalı səbəblərdir. Bu əsasla hazırkı iş üzrə kassasiya şikayətinin müddəti bərpa edilməlidir.

11. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 133.1 məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Cav abdehin ərizəsini iş materialları əsasında araşdıran apelyasiya məhkəməsi qeyd etmişdir ki, “iş mаteriаllаrına əsasən Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi cavabdehin elektron məhkəmə informasiya sistemində olan elektron kabinetinə yerləşdirilməklə cavabdehə 23 sentyabr 2025-ci ildə çatdırılmışdır. Onun sözügedən qətnamədən kassasiya şikayəti vermə müddəti 23 noyabr 2025-ci ildə başa çatmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi müddəti 3 gün ötürülmüşdür. Bununla yanaşı müddətin ötürülməsinin üzrlü olması ilə bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir”.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə s əbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

26. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəb lərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

27. Hazırkı işdə apellyasiya məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin keçməsinin səbəblərini araşdırmış və işdəki məlumatlar əsasında bu qənaətə gəlmişdir ki, həmin müddətin ötürülməsi üzrlü səbəblərdən baş verməmiş, ona görə də müddətin bərpa olunması üçün əsaslar mövcud deyil.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kolleg iyası apellyasiya məhkəməsinin müddətin bərpasına dair ərizənin həlli üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinin araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onlara hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-786 /2025 nömrəli, 09 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar