Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-317/2026 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətini imzalayan vəkilin səlahiyyətinin olmaması) Bakı şəhəri, 29 yanvar 2026-cı il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1575/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh vəkili Vəkil Rasım qızı tərəfindən verilən kassasiya şikayətini nəzərdən keçi rərək Müəyyən etdi: Cavabdeh vəkili Vəkil Rasım qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1575/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Kassasiya şikayətindən görünür ki, şikayəti cavabdehin adından Vəkil Rasım qızı imzalamışdır. Cavabdehin adından şikayəti vəkil imzalasa da, vəkilin iddiaçının adından belə hərəkət aparması səlahiyyətini özün də əks etdirən etibarnamə şikayətə əlavə edilməmişdir. Şikayətə əlavə edilmiş, eyni zamanda EMİS-də yerləşdirilən etibarnamə isə Cavabdeh adından deyil, X2 adından verilən etibarnamədir. Həmçinin kassasiya şikayətində vəkil özü də ona verilən etibarnamənin reyestr nömrəsinin 7E-1835 olmasını göstərsə də, şikayətə əlavə edilən X2 adından verilmiş etibarnamənin reyestr nömrəsi 7E-1100-dür. Başqa sözlə, kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmiş dirsə apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (vəkilin səlahiyyətini təsdiq edən etibarnamə olmadığı üçün), onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1575/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsində n Cavabdeh vəkili Vəkil Rasım qızı tərəfindən verilən kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(1-8)-317/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-317/2026
29.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver