Məhkəmə qərarları › İş №2(102)-4016/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4016/2025

29.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4016/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş torpaq sahəsindən və evdən çıxarılma, evinə çıxarış alınmasından ötrü yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-73/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Masallı Rayon Məhkəməsinin 2(050)-2669/2019 nömrəli 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə mərhum X4 və mərhum X1 miras qalmış əmlakı X5 öz payına münasibətdə faktiki olaraq qəbul etməsinin müəyyən edilməsi, kənd təsərrüfatlı torpaq sahəsində miras payının 0.2721 ha, həyətyanı torpaq sahəsində isə 0.1421 ha müəyyən olunması qət edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli **********94 reyestr nömrəli çıxarışa görə, Masallı rayonu Xıl kəndində yerləşən 0.23 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 0.1421 ha hissədə X5; 00879 ha hissədə X2 adına daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır.

3. Masallı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək X5 payına aid 0,1421 ha həyətyanı torpaq sahəsinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 saylı rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılması müəyyən edilmişdir.

4. X5 iddiası üzr ə mülki işə baxılarkən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(106)-1466/2022 nömrəli qərardadı ilə İddiaçı həmin iş üzrə iddiaçı mərhum X5 hüquqi varisi kimi tanınmışdır.

5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli, 2(106)- 1466/2022 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(102)-2276/2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. X5 adına Masallı rayonu, Xıl kəndində 0.1421 hektar həyətyanı torpaq sahəsi qeydə alınmış, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir.

8. İddiaçı X5 övladıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Masallı rayon Xıl kəndində yerləşən 0.1421 hektar zəbt etdikləri torpaq sahəsindən və üzərində yerləşən evindən və digər tikililərindən çıxarılmaları, evinə çıxarış alınmasından ötrü ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərmişdir ki, atasının vərəsəsidir, çıxarış mərhum atasının adınadır. Odur ki, cava bdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum atası X7 məxsus Masallı rayon Xıl kəndində yerləşən 0.1421 hektar zəbt etdikləri torpaq sahəsindən və üzərində yerləşən evdən və digər tikililərindən çıxarılmaları, evə çıxarış alınmasından ötrü ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mərhum atası X5 qanun üzrə vərəsəsidir. Mərhum atasının Masallı rayon Xıl kəndində 0,1421 hektar torpaq sahəsi və üzərində yaşayış evi və tikililəri olan mülkü vardır. Həmin torpaq sahəsi Masallı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında naturada ayrılaraq mərhum atasına verilmişdir. Cavabdeh Mas allı Rayon Məhkəməsinin qətnaməsindən narazı qalaraq Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən atası mərhum Fərman Məmmədov vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək mərhum X5 hüquqi varisi kimi tanınmasını xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə mərhum X5 hüquqi varisi kimi tanınmışlar.Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdehlər 0.1421 ha torpaq sahəsindən və onun üzərində olan evdən, tikililərdən çıxmırlar.

12. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirməklə, rədd edilməsini xahiş etmişdir.

13. Ma sallı Rayon Мəhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.Zeynalov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X7 məxsus Masallı rayonu Xıl kəndində yerləşən 0.1421 hektar torpaq sahəsindən çıxarılması, Masallı rayonu, Xıl kəndində yerləşən 0.1421 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən səlahiyyətli şəxslərin ölçü işlərinin aparılmasına yaradılan maneələrin qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X5 mülkiyyətində 0,1421 ha həyətyanı torpaq sahəsinin mövcud olması, həmin torpaq sahəsinin Masallı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsi ilə mütəxəssis və ekspert rəyi əs asında naturada ayrılması və həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsində olması iş materialları ilə müəyyən və sübut olunduğu üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X7 məxsus Masallı rayonu Xıl kəndində yerləşən 0.1421 hektar torpaq sahəsindən çıxarılmalı və 0.1421 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçü işlərinin aparılmasına yaradılan maneələr qadağan edilməlidir.

15. Birinci instansiya məhkəməsi iddianın zəbt olunmuş torpaq sahəsindən və evdən çıxarılma hissəsinə münasibətdə iddianın qismən əsaslı olması qənaətinə gəlinir. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X5 mülkiyyətinə verilmiş Masallı rayonu, Xıl kəndində xüsusi mülkiyyətlərində 0.1421 hektar yaşayış məntəqələrinin tikilisi üçün tor paq sahəsi hər üç cavabdeh tərəfindən bütövlüklə istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının mərhum atasına məxsus torpaq sahəsi cavabdehlərin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Eyni zamanda iddianın evə çıxarış alınmasından ötrü ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının mərhum atasından miras qalmış torpaq sahəsini vərəsə kimi qəbul etməsi təsdiqini tapmışdır. İddiaçının hazırkı iddia tələbini irəli sürməkdə məqsədi isə məhz həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edəcək sənədlər i əldə etməkdir. Lakin torpaq sahəsinin iddiaçıya aidiyyəti müəyyən olunmuş olsa da, hazırda həmin torpaq sahəsinin üzərində yerləşən mübahisəli fərdi yaşayış evinə dair bunu demək olmur, yəni iddiaçının fərdi yaşayış evinə aidiyyəti müəyyən olunmamışdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı ümumiyyətlə həmin fərdi yaşayış evində yaşamır. Əksinə fərdi yaşayış evi cavabdehlərin istifadəsindədir. Odur ki, iddia yalnız torpaq sahəsinə münasibətdə 0.1421 hektar torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində ölçü işlərinin aparılmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi hissədə təmin edilməlidir.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.8, 158.4-cü, Torpaq Məcəlləsinin 111-ci, MPM-in 14.2, 58.2, 77.1, 82. 3, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mərhum atası X6, mərhum anası X3 və 5 nəfər ailə üzvlərinə Masallı rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli qərarı ilə verilmiş və torpağa mülkiyyət hüququna dair JN 628A Kod 80500058 saylı şəhadətnamədə qeyd edilən Masallı rayonu, Xıl kəndində 0,23 ha həyətyanı torpaq sahəsi olmuşdur. X13 xx.xx.2001-ci il tarixdə, anası Xanım Nurəliyeva x x.xx.2011-ci il tarixdə vəfat etmişlər.Miras bölgüsü ilə bağlı rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(050)3669/2019 saylı qətnaməsi ilə mərhum atası və anasından miras qalmış 0,2721 ha torpaq sahəsinin 0,1421 ha hissəsini iddiaçının atasına, 0,0879 ha ona verilməsi qət edilmişdir. Torpaq sahəsi üzərində mərhum atası tərəfindən inşa edilən və faktiki olaraq onun yaşadığı ev vardır. Həmin evi mərhum atası ona toy günü hədiyyə etmişdir və bununla bağlı video disk də vardır. O, 1998-ci ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır, evin bütün kommunal müqavilələri də onun adınadır. Ev dövlət qeydiyyatına alınmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 sentyabr 2021-ci il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi mə hkəmə-tikinti texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 saylı rəyləri qanunsuz və əsassızdır. Belə ki, yerə baxış keçirilərkən onun iştirakı təmin edilmədən torpaq sahəsi üzərində olan və onun faktiki istifadəsində olan mənzili nəzərə alınmamışdır.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-617/2024 nömrəli mülki iş üzrə 02 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və T.Heydərov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş torpaq sahəsindən və evdən çıxarılma, evinə çıxarış alınmasından ötrü yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraatın iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayonu, Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin əsassız hesab edilməklə xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli **********94 reyestr nömrəli çıxarışın ləğv edilməsi, öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır.

21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-73/2025 nömrəli mülki iş üzrə 21 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), P.Əhmədov və T.Heydərov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. İddia əsaslıdır və aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh tərəf etirazında və apellyasiya şikayətində Masallı rayonu, Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində X5 adına aparılmış qeydin qanunsuz olduğunu bildirmişdir.

23. İşin hallarından görünür ki, cavabdeh tərəf Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində X5 adına aparılmış qeydi məhkəmə qaydasında mübahisələndirmişdir.

24. Hazırkı iş üzrə icraat iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayonu, Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin əsassız hesab edilməklə xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır.

25. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İşə apellyasiya qaydasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Həmin işə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayonu, Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin əsassız hesab edilməklə xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli **********94 reyestr nömrəli çıxarışın ləğv edilməsi, öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməainin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş ka ssasiya şikayəti mümkün sayılmamışdır.

26. Göstərilənlər onu deməyə əsas vermişdir ki, Masallı rayonu, Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində X5 adına aparılmış qeydin və onun naturada yerləşməsinin qanunsuzluğu müəyyən edilməmişdir. Cavabdeh tərəfin etirazında və apellyasiya şikayətində dəlillərindən biri də ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi üzərində mərhum atası tərəfindən inşa edilən və faktiki olaraq yaşadığı ev vardır. Həmin evi atası toy günündə Cavabdeh1 hədiyyə etmişdir.

27. Kollegiya cavabdehin bu dəlilini də əsaslı saymamışdır. Tikilinin cavabdehə məxsusluğu müəyyən edilmir. Cavabdehin istinad etdiyi tikili qeydiyyatdan keçməmiş və iddiaçının tələbi torpaq sahəsindən çıxarılma hissədə təmin edilmişdir. Beləliklə, cava bdeh tərəf öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə doğru qənaətə gəlmişdir.

28. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü, MPM-in 77 və 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti Az ərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29, 60cı, Mülki Məcəllənin 4-cü, MPM-in 4, 14, 76, 77, 78 və 106-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.Belə ki, mərhum atası X6, mərhum anası X3 və 5 nəfər ailə üzvlərinə Masallı rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli qərarı ilə verilmiş və torpağa mülkiyyət hüququna dair JN 628A Kod 80500058 saylı şəhadətnamədə qeyd edilən Masallı rayonu, Xıl kəndində 0,23 ha həyətyanı torpaq sahəsi olmuşdur. X13 xx.xx.2001-ci il tarixdə, anası Xanım Nurəliyeva xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Miras bölgüsü ilə bağlı rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(050)-3669/2019 saylı qətnaməsi ilə mərhum atası və an asından miras qalmış 0,2721 ha torpaq sahəsinin 0,1421 ha hissəsini iddiaçının atasına, 0,0879 ha ona verilməsi qət edilmişdir. Torpaq sahəsi üzərində mərhum atası tərəfindən inşa edilən və faktiki olaraq onun yaşadığı ev vardır. Həmin evi mərhum atası ona toy günü hədiyyə etmişdir və bununla bağlı video disk də vardır. O, 1998-ci ildən ailəsilə birlikdə həmin evdə yaşayır, evin bütün kommunal müqavilələri də onun adınadır. Ev dövlət qeydiyyatına alınmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 sentyabr 2021-ci il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-tikinti texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 saylı rəyləri qanunsuz və əsassızdır. Belə ki, yerə baxış keçirilərkən onun iştirakı təmin e dilmədən torpaq sahəsi üzərində olan və onun faktiki istifadəsində olan mənzili nəzərə alınmamışdır. Qeyd edir ki, onun mərhum valideynlərindən hədiyyə olaraq verilmiş mübahisəli torpaq sahəsini və üzərində tikilmiş fərdi yaşayış evindən 1998-ci ildən maneəsiz istifadə edir. Bütün kommunal ödənişlər onun adınadır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamə qəbul edərkən qeyd edilənləri nəzərə almamışdır.Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qətnaməsini tikilinin onun məxsusluğu müəyyən edilmir qənaətinə gəlmişdir. Halbuki həmin tikili ona məxsusdur, yuxarıda qeyd etdiyi kimi 1998-ci ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır, evin bütün kommunal ödənişləri onun adınadır. Birinci instansiya məhkəməsi iddianı qismə n təmin edərək onun tikilidən deyil, torpaq sahəsindən çıxarılması qənaətinə gəlməsi də ona əsas verir ki, həmin tikili cavabdeh olaraq ona məxsusdur. Bu hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamışdır. Sübutlara kifayət qədər qiymət verilməmişdir. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə istinad etməklə cavabdehin istifadəsində olan tikiliyə dair hüquqlarını pozmuşdur.Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Eləcə də qətnamədə kifayət qədər əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

32. Maddə

13. Azərbayc an Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə

29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə

152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

35. Madd ə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Masallı rayonu, Xıl kəndində yerləşən 0,1424 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində X5 adına aparılmış, həmin qeydin və onun naturada yerləşməsinin qanunauyğun olmaması müəyyən edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsini qətnaməsinin iddianın təmin olunan hissədə əsaslılığı təsdiq olunmuşdur.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırı lmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-73/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar