Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-303/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (Işə bərpa tələbi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdə Sumqayıt Şəhər Mühafizə Idarəsinin mülki mühafizə xidmət üzrə mühafizəçi (fəhlə) vəzifəsinə işə qəbul edilmişdir.
2. Azərbaycan Respublikası DIN Baş Mühafizə Idarəsinin ##.##.2024-cü il tarixli əmri ilə iddiaçı İddiaçı, «Mülki mühafizə xidmətinin fəaliyyətinin təşkilinə dair Təlimat»ın 11.5-ci «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11, 3.1.13 və 3.1.19-cu bəndlərinin tələblərini pozaraq internetdən yalnız xidməti fəaliyyətlə bağlı məsələlərdə və yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda «Tik-tok» sosial şəbəkəsində qeydiyyatdan keçdiyi «huseynn_817» adlı profil ilə xidmət vaxtı mütəmadi canlı yayım açması, həmçinin internetdən əldə etdiyi polis əməkdaşına məxsus, eləcə də müxtəlif məzmunlu foto şəkillər və video görüntülər paylaşması, habelə yoxlama prosesində qeyri-səmimi mövqe tutması, bununla da DIN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, işlədiyi müddətdə daim əmək funksiyalarını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtlı-vaxtında icra etmişdir. Hətta yaxşı işlədiyinə görə mükafatlandırılmışdır. Adi və xırda bir xətadan bu cür ağır cəzalanmağı AR Konstitusiyası ilə ziddiyyət təşkil edir. Telefondan istifadə etməklə əmək funksiyasına xələl gətirməmişdir. Cavabdeh təşkilat isə iddia edir ki, o, mobil telefonundan istifadə edərək əmək funksiyasını pozmuşdur. Bu cür cəzalanmağı onun gələcək əmək fəaliyyətində də müəyyən maneələr yarada bilər. Hesab edir ki, cavabdeh təşkilatın əmri ləğv edilməli o, işə bərpa edilməlidir.
5. Cavabdeh Cavabdeh nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı iddia tələbi tam əsassızdır. Belə ki, İddiaçı müxtəlif tarixlərdə iş yerinə gəlməməsi və xidməti yerini icazəsiz tərk etməsi müəyyən edilmişdir. İddiaçı vəzifəsinə etinasız yanaşaraq xidməti yerini boş qoyaraq üzərinə düşən vəzifələrin icrasına etinasız yanaşaraq dəfələrlə intizam qaydalarını pozmuş və davranışında dönüş yaratmamışdır. Həmçinin xidməti yoxlama prosesində İddiaçı 2020-ci ildə “Tik-Tok” sosial şəbəkəsində “huseynn_817” adlı profil ilə qeydiyyatdan keçmiş, həmin profili dostu ilə birlikdə idarə etmiş, bir neçə dəfə xidmət vaxtı canlı yayım açmış, dostunun öz avtomobilini və internetdən əldə etdiyi polis əməkdaşına məxsus fotoşəkilləri paylaşmışdır. Iddiaçı mülki mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, etik davranış qaydalarının tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Qulluq dövründə iddiaçı İddiaçı hərəkətlərində mülki mühafizəçi adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi halı müəyyən edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair qəbul edilmiş ## ####### 2024-cü il tarixli, *-**- **/Ə***/**** nömrəli əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası DIN-nin Baş Mühafizə Idarəsinin ##.##.2024-cü il tarixli ***- **Ə(ş/h)****/**** nömrəli əmri İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Sumqayıt Şəhər Mühafizə Idarəsinin mülki mühafizə xidmət üzrə mühafizəçi (fəhlə) vəzifəsinə işə bərpa edilməsi, İddiaçı ##.##.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edibetməməsi araşdırılmalıdır. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir.
8. Məhkəmə iddiaçının işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün əsaslar mövcud olmamışdır. Işəgötürən əmək qanunvericiliyinə riayət etməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müvafiq razılığın alınması ilə bağlı cavabdeh təşkilatdan sənədlər tələb edildikdə, Təşkilati-inspektor şöbəsinin TAB-ın baş inspektoru tərəfindən “DIN BIKI-dən daxil olmuş materiala baxılmasının nəticələrinə dair rəy” təqdim olunmuş, məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi, ##.##.2024-cü il tarixli əmrdə istinad olunan DIN Birləşmiş Həmkarlar Komitəsinin razılığının məhz təqdim edilən rəy olduğunu bildirmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, razılığın alınmasını təsdiq edən sənəd qismində təqdim olunan rəy xidməti araşdırma ilə bağlı yoxlamanın nəticələrini özündə əks etdirməklə, həmkarlar ittifaqının tələb olunan rəyi deyildir. Belə ki, Idarə, həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, həmkarlar ittifaqı təşkilatı iddiaçının işdən çıxarılması ilə bağlı iclas keçirməli və bununla bağlı əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda, sadalanan halların heç biri baş tutmamış, yalnız əmək müqaviləsinə xitam verən Idarə rəisinin təsdiq etdiyi yoxlamanın nəticələrinə dair rəy verilmişdir ki, bu da 80-ci maddənin tələblərinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Əmək hüquq münasibətləri baxımından işçi tərəfindən yol verilmiş əmək hüquq pozuntusuna görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub. Qeyd edildiyi kimi əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi etirazda iddiaçı İddiaçı müxtəlif tarixlərdə iş yerinə gəlməməsi və xidməti yerini icazəsiz tərk etməsi, vəzifəsinə etinasız yanaşaraq xidməti yerini boş qoyaraq üzərinə düşən vəzifələrin icrasına etinasız yanaşaraq dəfələrlə intizam qaydalarını pozması bildirilsə də, bunları təsdiq edən hər hansı sübutlar, habelə göstərilən pozuntuların yol verilməsi zamanı görülmüş tədbirlər (izahatının alınması, hadisənin aktlaşdırılması və s.) barədə sənədlər məhkəməyə təqdim edilməmişdir, məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi iddiaçı barəsində bundan əvvəl hər hansı intizam tənbeh tədbirinin tətbiq olunmadığını bildirmişdir. Belə olan təqdirdə, habelə iddiaçının gənc (22 yaş) olaraq ilk dəfə əmək fəaliyyətinə məhz cavabdeh idarədə başlaması və ilk fəaliyyətinə də Əmək Məcəlləsinin ən ağır maddəsi ilə xitam verilməsinin onun əmək fəaliyyətinə ciddi maneə yaratması nəzərə alındıqda, törədilmiş intizam xətasına görə işəgötürənin 186-cı maddədə sadalanan intizam tənbeh tədbirlərindən daha yüngül tədbiri tətbiq etmək imkanına malik olduğu halda, iddiaçıya məhz ən ağır intizam tənbehi olan əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil. Məhkəmə tərəfindən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün tərəflərə uzun müddət vaxt verilmiş, bununla əlaqədar məhkəmə iclasları dəfələrlə təxirə salınmış, lakin cavabdeh tərəf mübahisənin razılıq yolu ilə həllinə razı olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçıya intizam tənbehi verən işəgötürən “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri”ni müəyyən edən 186cı maddənin 3-cü bəndinin tələblərini pozmuşdur. Bununla da cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndi ilə xitam vermişdir. Halbuki cavabdeh tərəfin təqdim etdiyi AR DIN-in ##.##.2023-cü il tarixli ***/Q*/**** nömrəli qərarının 4.4-cü bəndində də mülki mühafizəçinin intizam məsuliyyətinə cəlb edilməsinin əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilməli olduğu təsbit edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, ##.##.2024-cü il tarixli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 35, 60, 125, 129-cu maddələrinə, “ Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 80, 186, 300-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə ## ###### 2006-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Sumqayıt RMI-nin sabiq mülki mühafizəçisi İddiaçı “Mülki mühafizə xidmətinin fəaliyyətinin təşkilinə dair Təlimat”ın 11.5ci, “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 2.1.11, 3.1.13 və 3.1.19-cu bəndlərinin tələblərini pozaraq internetdən yalnız xidməti fəaliyyətlə bağlı məsələlərdə və yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda oğlu “Tik-tok” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi “hüseynn_817” adlı profil xidmət vaxtı mütəmadi canlı yayım açdığına həmçinin internetdən əldə etdiyi polis əməkdaşına məxsus, eləcə də müxtəlif məzmunlu foto şəkillər və video görüntülər paylaşdığına, habelə yoxlama prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da DIN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə ##.##.2024-cü il tarixli *-**-**/Ə***/**** nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən DIN-nin Baş Mühafizə Idarəsi tərəfindən əmək müqaviləsi ləğv edilmişdir. Iddiaçının işdən azad olunması ilə bağlı qəbul edilən qərar özlüyündə əsaslı olsa da, birinci instansiya məhkəməsi tərəfindən çıxarılan nəticələr kifayət qədər yanlış olmaqla hüququn tətbiqi və bu qəbildən olan işlər üzrə mövcud olan praktikanın kobudcasına pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə qətnaməsində “iddiaçıya intizam tənbehi verən işəgötürən “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri”nin müəyyən edən 186-cı maddənin 3-cü bəndinin tələblərini pozmuşdur. Bununla da cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi” formasında öz əksini tapan nəticələr əsassız olmaqla, iddiaçının fəaliyyət göstərmiş olduğu orqanın mülki mühafizəçilərin hüquqi statusunu tənzimləyən aktların bu məsələ ilə bağlı sərgilədiyi mövqe və onda əks olunan məcburi tələblər konkret və aydındır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.1-ci maddəsində göstərilən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidmətinin fəaliyyətinin təşkilinə dair Təlimat”ın 11.5-ci maddəsinə əsasən xidməti postu tərk etmişdir. “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 2.1.11, 3.1.13 və 3.1.19-cu bəndlərinin tələblərini pozaraq internetdən yalnız xidməti fəaliyyətlə bağlı məsələlərdə və yaradıcılıq məqsədilə istifadə etməlidir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən yol verilən nöqsan şəxsin xidməti fəaliyyəti çərçivəsində qiymətləndirilməlidir. Belə ki, yuxarıda adıçəkilən aktlar mülki mühafizə xidməti üzrə mühafizəçinin qarşısına məhz bu qəbildən olan tələblər qoyur və onlara əməl olunmasını məcburi edir. Buna görə də məhkəmə tərəfindən işə hüquqi qiymət verilməzdən əvvəl o hərtərəfli araşdırılmalı, mövcud qanunvericilik əhatəli təhlil olunmalıdır. Beləliklə, İddiaçı tərəfindən edilən hərəkətlərin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirdiyi göz önündə olmaqla, qanunvericiliklə müəyyən edilmiş normaların kobud şəkildə pozulduğunu və barəsində qəbul olunan qərarın doğruluğunu bir daha təsdiq edir.
16. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, əlavə olaraq Tik-tok səhifəsinin özünün adına açıldığını, lakin əsasən dostunun həmin səhifədən aktiv şəkildə istifadə etdiyini, həmin Tik-tok səhifəsində onun özünə aid heç bir şəkil paylaşılmadığını, xidmət zamanı həmin səhifədən istifadə etmədiyini, idarədə ondan izahat yazılmasını tələb etdiklərini, onların dedikləri məzmunda izahat yazdığını, hətta ona izahatın qurtardığı yerdən deyil vərəqin daha aşağısından imza çəkdirdiklərini, belə ki, aradakı boşluğa sonradan onların özləri tərəfindən əlavə fikirlərin yazılması ehtimalının olduğunu, həmçinin xidməti yoxlama aparılan zaman onun telefonuna baxış keçirildiyini və heç bir nöqsan aşkar olunmadığını, xidməti yoxlamadan bir həftə sonra onun “Tik-tok” səhifəsinin olduğunun cavabdehə məlum olduğunu və ona heç bir xəbərdarlıq edilmədən birbaşa əmək məcəlləsinin 70-ci maddəsi ilə işdən azad etdiklərini, artıq bir ildən çoxdur ki, işsiz qaldığını, heç bir orqanda onu işə qəbul etmədiklərini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad Imanov və Məmməd Məmmədov) cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın rədd edilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 80-82, 88, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır.
19. Qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Təşkilati-inspektor şöbəsinin TAB-ın baş inspektoru tərəfindən “DIN BIKI-dən daxil olmuş materiala baxılmasının nəticələrinə dair rəy”-i həmkarlar ittifaqının yazılı razılığı kimi qəbul edilməmişdir. Halbuki DIN BIKI-dən daxil olmuş materiala baxılmasının nəticələrinə dair rəy”-i həmkarlar ittifaqının yazılı razılığına bərabər tutulmalıdır. Belə ki, həmin rəyin məzmunu müəyyən etmişdir, təklif edirəm və nəticə hissələrindən ibarət olmaqla tərtib edilmiş və pozuntu törətmiş 4 ayrı işçi barəsində müvafiq araşdırılma aparılaraq onların ciddi intizam tənbehinə layiq olunması qərara gəlinmişdir.
20. Digər tərəfdən iddiaçı tərəfindən Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11, 3.1.13 və 3.1.19-cu bəndlərinin tələbləri kobud şəkildə pozulmuş iş materiallarında olan izahat, həmçinin məhkəmə iclaslarında verdiyi izahatla da bu təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, mülki mühafizəçi kimi iddiaçının iş vaxtı xidməti zərurətlə bağlı olmadan sosial şəbəkələrə daxil olması, canlı yayın açması bir tərəfdən Daxili Işlər Nazirliyinin Mühafizə Xidmətinin nüfuzuna xələl gətirir, digər tərəfdən isə ictimaiyyətin, şəxslərin və təşkilatların təhlükəsizliyinin təmin edilməsinin ciddiliyinin iddiaçı tərəfindən tam dərk edilməməsi, onun bu mühüm vəzifəsinə olan laqeyd münasibətini nümayiş etdirir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia ərizəsindən də bunu müəyyən etmək çətin deyil. Belə ki, o iddiasında “Adi və xırda bir xətadan bu cür ağır cəzalanmağı” Azərbaycan Respublikası Konstitusiyası ilə ziddiyyət təşkil edir. Telefondan istifadə etməklə əmək funksiyasına xələl gətirməmişdir.” Bundan əlavə, birinci instansiya məhkəməsi müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi işəgötürən tərəfindən iddiaçının törətdiyi xətanın xarakterinin nəzərə alınmaması, bununla da pozuntunun xarakterinə adekvat olmayan tənbeh tədbirinin tətbiqinin Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin düzgün (mütənasib) tətbiq olunmaması kimi qiymətləndirmişdir. Halbuki, istinad edilən maddənin dispozitiv şərti işçinin fəaliyyətinə qiymət verilməsini və intizam tənbehlərindən birinin tətbiq edilməsi hüququnu işəgötürənə aid olduğunu təsbit etmiş, intizam tənbehlərin tətbiq etmə ardıcıllığını müəyyən etməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 72, 76.1, 76.2, 80.1, 80.2, 80.3, 186.1, 186.2, 186.4-cü maddələrinə, Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11, 3.1.13 və 3.1.19-cu bəndlərinə, istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
23. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı iddiasının tam şəkildə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə istinadən qeyd edilmişdir ki, işçi əmək funksiyasını kobud surətdə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin iddiaçının tik-tok səhifəsində zamanda həmin profildə polis adına ləkə gətirəcək hər-hansı paylaşım və ya çıxışın olmaması özü də onu sübut edir ki, onun əməlində heç bir kobud pozuntu yoxdur. Ən azından xəbərdarlıq, töhmət və.s tədbirlər görülə bilməsi hallarının mövcudluğu olaola ona birbaşa kobud pozuntu kimi qiymətləndirib “Ç” bəndi ilə işdən çıxarılması özü də ona qarşı qərəzli münasibətdir. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. “Ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməyə qədər 3 intizam tənbehi mövcud olmuş, lakin bunların heç biri tətbiq edilmədən ən ağır bəndlə iddiaçı işdən xaric edilmişdir. Iddiaçı etiraf edərək bildirmişdir ki, səhifə onun adına açılsa da canlı yayımı o özü açmamış, dostu açmışdır. Buna baxmayaraq, iddiaçının gənc olması, ailəsində əlil şəxs olması nəzərə alınmadan, ən ağır tənbeh tətbiq edilmiş, apellyasiya instansiyası məhkəməsi də bu halın doğruluğunu öz qərarı ilə təsdiq etmişdir. Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi intizam tənbehlərindən birinin tətbiq edilməsi hüququnun işəgötürənə aid olduğunu qeyd etmiş, intizam tənbehlərin tətbiq etmə ardıcıllığını müəyyən tərəfin qeyd etdiyi arqumentlərə əsaslanaraq yekun nəticəyə gəlmişdir.
25. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 217, 218.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir. Lakin işə baxan məhkəmə bu halı nəzərə almamış, iddiaçının ailəvi səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsi ilə bağlı göndərdiyi teleqrama səthi yanaşaraq çəkişmə prinsipini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya Məhkəməsi birinci instansiyada araşdırılmış hallara və təqdim edilmiş sübutlara və məhkəmə qətnaməsində öz əksini tapmış hallara düzgün qiymət verməmişdir. Bununla da prosessual pozuntuya yol verilmişdir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır. MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Lakin işə baxan məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam olaraq nəzərə almamış, bununla da göstərilən prosessual normanın prinsiplərini pozmuşdur. 218.1-ci mаddəyə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Lakin işə baxan məhkəmə iş materiallarında olan sübutlara qiymət verməmiş və bununla da MPM-nin müvafiq normasını pozaraq iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmiş və bununla da prosessual normanı pozmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
27. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
28. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
29. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
30. Maddə 186. 2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.
3. Işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılaraq qiymətləndirilmiş, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
37. Kassasiya şikayətinin dəlilli kimi qeyd olunan məsələyə (işəgötürənin iddiaçı barəsində əmək müqaviləsinə xitam verənədək 3 intizam tənbehindən birini seçmək hüququ olduğu) apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilərək qeyd edilmişdir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən asılı olaraq hansı növ intizam tənbehinin tətbiq edilməsi işəgötürənin səlahiyyətinə aid edilmişdir. Hazırkı halda iddiaçı barəsində işəgötürənin tətbiq etdiyi intizam tənbehi məhkəmə tərəfindən törədilmiş pozuntunun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin nüfuzuna və mənafeyinə xələl gətirdiyi nəzərə alınaraq qanuni və əsaslı hesab edilmişdir. Kollegiya bu hüquqi mövqe ilə razılaşaraq qeyd edir ki, Əmək Məcəlləsinin 185-cı maddəsinin dispozisiya şərtlərində həmin normanın 2-ci hissəsində sadalanan intizam tənbehlərinin normada qeyd edilmiş ardıcıllıqla tətbiq edilməli olduğu nəzərdə tutulmamış, 3-cü hissədə intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən nəzərə alınmalı olan hallar sadalanmışdır.
38. Apellyasiya instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması ilə işə baxıldığına dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, iş materiallarına əsasən iddiaçı apellyasiya mərhələsində birinci məhkəmə baxışı iclasında iştirak edərək məhkəmədə izahat vermiş, ikinci məhkəmə iclasında üzürlü səbəb barədə sübut təqdim etmədən iştirak etməmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, mübahisələndirilən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.