Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-305/2026 17.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə QƏRARİ Kateqoriya (açar sözlər): hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi (əmək stajının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Ərizəçi “əmək stajının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2025-ci il tarixli 2(103)5778/2025 nömrəli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə X15 Şəxsin So sial Ödənişləri Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş kassasiya şikayətinə 17 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Laçın Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli 18-1-57/3-180/2024 saylı məktubda 18 may 1992-ci il tarixdə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olan zaman Laçın Rayon Mərkəzi Xəstəxanası yandırıldığı və arxiv sənədləri işğalçılar tərəfindən məhv edildiyi qeyd edilmişdir.
2. Laçın Rayon Dövlət Arxivindən verilmiş 23 yanvar 2025-ci il tarixli 5-64-51/3-24/2025 saylı arxiv arayışında Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi üçün rayona məxsus arxiv sənədlə rinin, o cümlədən Ağayeva (Abdullayeva) Şövkət Famlet qızının xx.xx.1977 - xx.xx.1983-cü illər ərzində Güləbird kənd xəstəxanasında Təsərrüfat bacısı işləyib-işləməməsini əks etdirən müvafiq sənədlərin işğalda qaldığı qeyd edilmişdir. 3. 15 yanvar 2025-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi filialı tərəfindən Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə 3-17-1/2-A-8844/2025 saylı imtina məktubu verilmişdir.
4. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-29-59/2A-1469- 4/2024 saylı məktubda ərizəçinin ərizəsində göstərilən illərə (xx.xx.1977 xx.xx.1983) dair bütün qeydlər mövcud olmadığından ona müvafiq qaydada əmək kitabçasının dublikatının açılmasının mümkün olmadığı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi Ağayeva (xx.xx.1995-ci ilə qədər Abdullayeva) Şövkət Famlet qızı maraqlı şəxs qismində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi filialını qeyd etməklə, “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 1977-ci il tarixdən 13 may 1983-cü il tarixədək Azərbaycan SSR-in Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında "Təsərrüfat bacısı" (kiçik tibb işçisi) işində işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, xx xxxxxx 1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1 sentyabr 1967-ci il tarixdən 25 may 1977-ci i l tarixədək Laçın rayonunun Güləbird kənd orta məktəbində oxumuş və həmin ildə Güləbird kənd orta məktəbini bitirmişdir. Orta təhsilini bitirdikdən sonra 14 sentyabr 1977-ci il tarixdən 13 may 1983-cü il tarixədək Laçın rayon Güləbird kəndində fəaliyyət göstərən Güləbird kənd xəstəxanasında “Təsərrüfat bacısı” (kiçik tibb işçisi) işində işləmişdir. 13 may 1983-cü ildə öz ərizəsi ilə işdən azad olunaraq yaşamaq üçün Bakı şəhərinə gəlmişdir. Həmin vaxt əmək kitabçasını işlədiyi xəstəxanadan götürmüş, 16 may 1983-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Təhsil şöbəsinin 104 saylı Körpələr evində işə qəbul olan zaman müdiriyyətə vermişdir. xx.xx.1986-cı il tarixdən isə Nərimanov rayon Təhsil şöbəsinin tabeliyində olan 26 saylı körpələr evi-uşaq bağçasına işə dəyişilmişdir. xx.xx.1987-ci ildən həmin bağçadan Nərimanov rayon Təhsil şöbəsinin tabeliyində olan 56 saylı körpələr evi uşaq bağçasına işə dəyişilmişdir. Sonradan həmin müəssisədə vəzifəsi dəyişilərək müdir vəzifəsinə təyin edilmiş və 3 avqust 2006-cı ilə qədər orada işləmişdir. Göstərilən müəssisədə müdir vəzifəsində işləyərkən şəxsi işi (əmək kitabçası ilə birlikdə) Nərimanov rayon Təhsil şöbəsinə verilmişdir. O, sağlamlığı ilə bağlı xarici ölkədə olmuş və işdən azad olunmağı barədə ərizə göndərmiş, əmək kitabçasını götürməmişdir. 2017-ci il tarixdə əmək kitabçasının qaytarılması ilə əlaqədar Bakı Baş Təhsil İdarəsinə müraciət etdikdə ona əmək kitabçasının itdiyi bildirilmişdir. O, işlədiyi illərə dair əmək kitabçasının və ya arayışın verilməsi ilə əlaqədar 13 avqust 2024-cü il tarixdə ərizə ilə Laçın Rayon Mərkəzi X əstəxanasına müraciət etmişdir. “Laçın rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 18-1-57/3-180/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, 18 may 1992-ci il tarixdə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman Laçın rayon Mərkəzi Xəstəxanası yandırılmış, arxiv sənədləri işğalçılar tərəfindən məhv edilmişdir. Buna görə həmin illərdə işləməyinə dair məlumatı əldə etmək mümkün olmamışdır. Hazırda pensiya yaşı tamam olsa da, Laçında işlədiyi illərə aid iş stajını ondan asılı olmayan səbəblərə görə əldə etmək mümkün olmamışdır. Buna görə də, iş stajının təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, Ərizəçi ilə birl ikdə Laçın rayonunun Səhiyyə şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında işləmişdir. Belə ki, özü 1979-cu il tarixdən Laçın rayonu Güləbird kəndində xəstəxanada aşpaz kimi işə qəbul edilmişdir. Həmin vaxt Şövkət xanım həmin xəstəxanada tibb işçisi kimi işləyirdi. Şövkət xanım tibb işçisi kimi xəstələrin paltarlarının dəyişdirilməsi, yataq örtüklərinin dəyişdirilməsi kimi işlər görürdü. Təxmini xatırladığı onunla ərizəçinin 6 ilə yaxın müddətdə birlikdə işləməsidir. Ərizəçi sonradan Bakı şəhərinə köçmüş, özü isə 1983-cü ilə kimi xəstəxanada işləmişdir. Özünün əmək kitabçası var və hazırda pensiya təminatı alır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, özü 1976-ci ildə Laçın rayonunun Güləbird kənd xəstəxanada mamalıq işində işləməyə başlamış dır. Həmin tarixdən təxminən 1 il sonra ərizəçi həmin xəstəxanada onunla birlikdə işləməyə başlamışdır. Belə ki, ərizəçi xəstəxanada kiçik tibb işçisi kimi, yəni təsərrüfat işləri ilə məşğul olurdu. Özü Laçın rayonu işğal olunanadək xəstəxanada işləmişdir. Ərizəçinin xəstəxanada hansı tarixədək dəqiq işlədiyini xatırlamır, lakin rayon işğal edilmədən əvvəl Bakı şəhərinə köçdüyü yadındadır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, özü 1978-ci il tarixdə Laçın rayonunun Səhiyyə şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında tibb bacısı kimi işə qəbul edilən zaman ərizəçi artıq xəstəxanada işləyirdi və onunla orada tanış olmaqla mehriban münasibəti yaranmışdır. Ərizəçi təsərrüfat tibb işçisi kimi işləyirdi, yəni xəstələrin palataya yerləşdirilməsi, onlara xidmətlərin göstərilməsi işlərini yerinə yetirirdi. Özü xəstəxanada 1982-ci il tarixədək işləmiş, ərizəsi isə 1983-cü il tarixdə işdən çıxaraq Bakı şəhərinə köçmüşdür
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2656/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim - Elnarə Vəliyeva) ərizə təmin edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ifadə verən şahidlərin təqdim etdikləri əmək kitabçasının surətindən görünür ki, həmin şəxslərin Laçın rayonunun Səhiyyə şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında işlədiyi dövrlər ərizəçinin ərizəsində qeyd etdiyi dövrlərə uyğun gəlir. Eyni zamanda məhkəmədə ifadə verən şahidlər ifadələrində ərizəçini həmin xəstəxanada işlədiyi zamandan tanıdı qlarını və onun Güləbird kənd xəstəxanasında “Təsərrüfat bacısı” (kiçik tibb işçisi) vəzifəsində işlədiyini təsdiq etmişlər.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə görə, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 17-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə s ənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
13. Məhkəmə qeyd etmişdir ki, həmin qərardan da göründüyü kimi, iş stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalı, həmin şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və iddia olunan müddətdə şahidlərin özlərinin işləmələri barədə sənəd olmalıdır. Hazırkı iş materiallarında qeyd olunan bütün hallar mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, Ağayeva (xx.xx.1995-ci ilə qədər Abdullayeva) Şövkət Famlet qızının 14 sentyabr 1977-ci il tarixdən 13 may 1983-cü il tarixinədək Azərbaycan SSR-in Laçın rayonunun Səhiyyə Şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında "Təsərrüfat bacısı" (kiçik tibb işçisi) işində işləməyi faktının müəyyən edilməsi barədə ərizə təmin edil məlidir.
14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 saylı Qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ərizənin rədd olunmasını xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5778/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (haki mlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-2656/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. DSMF-nun Kollegiyasının xx.xx.2007-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə görə, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməli yyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
18. Ərizəçi əmək fəaliyyəti barədə sənədi üzrlü səbəbdən təqdim edə bilməmişdir. O bildirmişdir ki, sonuncu iş yeri Nərimanov rayonunda 26 saylı Körpələr eviuşaq bağçası olub və əmək kitabçasını Nərimanov Rayon Təhsil şöbəsinə vermişdir. Daha sonra sağlamlığı ilə əlaqədar xarici ölkədə olmuş, işdən azad edilməsi barədə ərizə göndərmiş və əmək kitabçasını götürməmişdir. 2017-ci ildə əmək kitabçasının özünə qaytarılması üçün Bakı Baş Təhsil İdarəsinə müraciət etmiş, cavab olaraq ona əmək kitabçasının itdiyi bildirilmişdir. Odur ki, əmək fəali yyəti barədə müvafiq arayışın verilməsi üçün Laçın Rayon Mərkəzi Xəstəxanası PHŞ-ə müraciət etmişdir. Həmin PHŞ-dən isə ona bildirilmişdir ki, xx.xx.1992-ci ildə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman Laçın Rayon Mərkəzi Xəstəxanası yandırılmış, arxiv sənədləri işğalçılar tərəfindən məhv edilmişdir. Arxiv sənədlərinin işğalçılar tərəfindən məhv edilməsi faktı Laçın Rayon Mərkəzi Xəstəxanası PHŞ-in məktubu ilə təsdiq olunmuşdur. Ərizəçi xx.xx.1977-ci ildən xx.xx.1983-cü ilədək Azərbaycan SSR Laçın rayonu Səhiyyə şöbəsinin tabeliyində olan Güləbird kənd xəstəxanasında “Təsərrüfat bacısı” (kiçik tibb işçisi) işləməsi faktı müəyyən olunur. Bu, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. X11 əməkək kitabçası var. Əmək kitabçasından görünür ki, o, xx.xx.1978-ci ildən, yəni ərizəçidən 3 ay 10 gün sonra Güləbird kənd xəstəxanasında işləməyə başlamış, Laçın rayonu işğal edilənədək həmin xəstəxanada işləmişdir. X7 əmək kitabçasının dublikatı var. Dublikatdan görünür ki, o, 1979-cu ildən (ay və gün göstərilməmişdir), yəni ərizəçidən 1 il 3 ay sonra Laçın rayonu Güləbird kənd xəstəxanasında işləməyə başlamışdır, Laçın rayonu işğal edilənədək həmin xəstəxanada işləmişdir. X13 ifadəsində özünün 1976-cı ildən Güləbird kənd xəstəxanasında işlədiyini, 1 il sonra isə ərizəçinin həmin xəstəxanada işləməyə başldığını bildirsə də, şahidin əmək ktabçası iş materiallarına əlavə edilməmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, əmək kitabçası olan iki şahidin ifadəsi ərizəçinin tələb etdiyi faktın müəyyən edilməsi üçün kifayə tdir. Çünki həmin iki şahid bildirmişdir ki, ərizəçi onlardan əvvəl həmin xətəxanada işləmişdir. Ərizəçi xx.xx.1977-ci ildən həmin xəstəxanada işləməyə başlamışdır, bu tarix isə şahidlərin həmin xəstəxanada işləməyə başladığı vaxtdan uzaq tarix deyil. Bununla yanaşı, nəzərə alınmalıdır ki, 1977-ci ildən uzun müddət keçdiyindən ərizəçinin məhkəməyə şahidlər təqdim etməsi obyektiv səbəbdən çətindir.
20. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə və DSMF-nun Kollegiyasının xx.xx.2007-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə istinadla əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-5778/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin iş stajı kimi təsdiq etmək istədiyi dövrlər sosial sığorta stajına daxil edilsə belə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı tamamlanmır. Bununla yanaşı, şahid X1 əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iş materiallarından aydın olur ki, şahid X2 məxsus əmək kitabçasında Güləbird kənd xəstəxanasında işə daxil olma və işd ən çıxma əmrinin nömrəsi eləcə də, tarixi qeyd edilməmişdir. X8 məxsus əmək kitabçasının surətində onun ərizəçi ilə işlədiyi dövrlər tam şəkildə üst-üstə düşmür. Şəxsin əmək kitabçasında işə daxil olma tarixi xx.xx.1978-ci il kimi qeyd olunmuşdur. Habelə şahidlərdən biri kimi çıxış edən X3 isə ümumiyyətlə əmək kitabçası mövcud deyil. Tərtib olunmuş təqdimatda isə yalnız işə daxil olma tarixi (xx.xx.1976-cı il) mövcuddur. Eləcə də, məhkəməyə verdiyi izahatında Şükufə xanımın hansı tarixədək işlədiyini dəqiq xatırlamadığını qeyd etmişdir.
23. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadı qda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16- cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. b)
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
25. Maddə 87 (1-ci hissə). İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. DSMF-nu n Kollegiyasının xx.xx.2007-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”
26. Bənd 2.5. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 saylı Q ərarı
27. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
28. Bənd 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
29. Bənd 13.3. Əmək ki tabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.
30. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hal larla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r.
34. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır.
35. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
36. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 3
8. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmay an qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçinin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara müfəssəl hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, maraqlı şəxs apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Ə sasnamənin tələblərinin pozulmasını qeyd etsə də, nəzərə almamışdır ki, həmin Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir.
46. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə mübahisəsinin həlli sübutetmə ilə əlaqədardır.
47. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
48. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yeti rilməyən tələb isə əsaslı hesab edilə bilməz.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində ərizəçi tərəfindən təqdim olunmuş sübutlara, o cümlədən dəvət olunmuş şahidin ifadəsinə və işlədiyi müəssisənin mübahisəli dövrə dair əmrlər kitablarına hüquqi qiymət vermiş və onları ərizənin təmini üçün mötəbər və kifayətedici hesab etmişdir. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.
50. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ərizənin təmin edilməməsi üçün əsaslar mövcud deyildir. Belə ki, ərizəçi mübahisə edilən dövrdə qeyd olunan yerdə işləməsini lazımi sənədlə (əmək kitabçası, arxiv arayışı və s.) sübut edə bilmir. Odur ki, hazırkı hüquqi faktın məhkə mə qaydasında müəyyən edilməsi Mülki Prosessual Məcəllənin 307.2.11 və 308-ci maddələrinin tələblərinə uyğundur.
51. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası Qərara aldı: Maraqlı şəxs Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2025-ci il tarixli 2(103)-5778/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.