Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2309/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinn Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5rşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinn Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 Şəxsi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-356/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X11 ilə X18 xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuşlar.
2. X11 xx.xx.1998-ci ildə ölmüşdür.
3. Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X32 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami küçəsində yerləşən poliklinika yandığı üçün yoldaşı X2 həmin poliklinikada işləməsi barədə heç bir sənəd verə bilməmişdirlər.
4. X11 1963-cü ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinin İ kursuna əyani şöbəsinə qəbul olmuş və 1968-ci ildə həmin fakültənin əyani şö bəsini bitirmişdir.
5. Azərbaycan Respublikası Dövlət X21 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1214(810)/4 nömrəli məktubdan görünür ki, X2 1968-1997-ci illərdə Kirovabad Stomatoloji poliklinikada işləməsi barədə göstərilən təşkilatın arxiv sənədləri Dövlət X21na təhvil verilmədiyindən sorğunun cavablandırılması mümkün olmamışdır.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X16 Xidməti Gəncə Şəhər Dövlət X14 tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli məktubdan görünür ki, xx.xx.1994-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Diş poliklinikasında yanğın hadisəsi baş vermişdir.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xİdməti X29 Yanğın Nəzarəti İdarəsinin cavab məktubundan görünür ki, X15 Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2 005-ci il tarixli Sərəncamı ilə yaradıldığından, qeyd olunan yanğın hadisəsinin 1994-cü ildə baş verməsini nəzərə alaraq, yanğın hadisəsi barədə məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə müraciət etmək tövsiyyə olunmuşdur.
8. X8 xx.xx.1984-cü ildə 1,0 ştat vahidi həkim-stomatoloq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci ildə müəssisənin özəlləşməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir.
9. X12 xx.xx.1977-ci ildə Gəncə şəhər Stomatoloji poliklinikada tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə verdiyi ərizəyə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 1968-ci il tarixdən 1997-ci il tarixədək Gəncə Stomatoloji poliklinikada həkim-stomatoloq vəzifəsində işləməsi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 1968-ci il tarixdən Gəncə şəhər Stomatologiya poliklinikasında həkim-stomatoloq kimi əmək fəaliyyətinə başlamışdır. O, X1 1997-ci ilədək əmək fəaliyyətini davam etdirmişdir. Ancaq Gəncə şəhər Stomatoloji poliklinika binasında 4 may 1994-cü il tarixdə yanğın baş vermiş və nəticədə arxiv sənədləri də yanmışdır. Bu barədə Gəncə şəhər X16 İdarəsi tərəfindən təqdim olunmuş arayışdan da məlum olur ki, həqiqətən ünvan 3 ünvanda yerləşən Diş Poliklinikasında 4 may 1994-cü il tarixdə yanğın baş vermişdir. Ona görə də Dövlət X21na müraciət edərək mərhum əri X4 1968-1997-ci illərdə Gəncə sto matoloji poliklinikada həkim-stomatoloq kimi fəaliyyət göstərməsi barədə arxiv arayışı verilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq Gəncə Stomatoloji poliklinikanın arxiv sənədlərinin Dövlət X21na təhvil verilmədiyindən müraciəti müsbət cavablandırılmamışdır. Bütün vasitələrdən istifadə etməsinə baxmayaraq mərhum əri X4 1968-ci ildən 1997-ci ilədək X1 əmək fəaliyyətində olması barədə sənəd əldə edə bilməmişdir. Həmin poliklinikada 4 may 1994-cü il tarixdə yanğın baş verməsi səbəbindən arxiv sənədlərinin yanması ehtimalı edilir. Ancaq həmin poliklinikada tanıdığı iki nəfər vardır ki, onlar X9 həkim-stomatoloq və X13 tibb qeydiyyatçısı vəzifəsində əmək fəaliyyətində olmuşlar. Gəncə Stomatoloji klinikasının hər iki əməkdaşı mərhum əri X4 onlarla birlikdə əmək fəaliyyətində olması fa ktını təsdiq edirlər. Mərhum əri X4 X1 işləməsi faktının müəyyən edilməsi bir sıra hüquqi əməliyyatları həyata keçirməsi, o cümlədən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ölmüş ərin (arvadın) pensiyasının ona təyin olunmasına görə müraciət etmək üçün vacib lazımdır.
12. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilən X12 ifadəsində göstərmişdir ki, həm ərizəçi ilə, həm də onun mərhum əri Qalib həkim ilə 1 il yarım bir yerdə işləmişdirlər. 1977-ci ildən tibb qeydiyyatçısı vəzifəsində işləmişdir. Qalib həkim həmin vaxt da işləmişdir. Daha sonra o analıq məzuniyyətinə çıxmış, qayıtdıqda isə ixtisara salınmış, işdən çıxmışdır. Analıq məzuniyyətindən qayıdanda hələ müəssisə yanmamışdır. Yanandan 1-2 il sonra isə bərpa olunmuşdur. Qalib həkim müə ssisə yanandan sonra kabinet götürüb işləmişdir
13. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilən X10 ifadəsində göstərmişdir ki, ərizəçinin bibisi oğlunun yoldaşıdır. Qalib 1968-ci ildən vəfat edənə kimi stomatoloji poliklinikada işləmişdir. Özü isə 1984-cü ildən poliklinikada işləmişdir. Onun əmək kitabçası da yanğın zamanı yanmışdır. Ancaq təqaüdə çıxmaq üçün əmək kitabçası tələb olunduqda dublikatını çıxarmışdır. Müəssisə yandıqdan sonra Qalib ayrıca kabinet götürüb işlətmişdir. O isə poliklinika bərpa olunduqdan sonra poliklinikada işləmişdir.
14. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 Şəxsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, ərizəçinin ərizəsinin əsaslı olmadığından əri zənin təmin edilməməsinin xahiş etmişdir.
15. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə şahid ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, şahid qismində cəlb edilmiş X3 məhkəməyə təqdim etdiyi əmək kitabçası “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarına və “Azərbaycan Respublikası dövlət dili haqqında” Azərbaycan Respublikasının 413 nömrəli Qanununa uyğun tərtib edilməmiş və qanunun tələblərinə uyğun təsdiqlənməmişdir. Eyni zamanda F.Mehdiyevin əmək kitabçasında işə daxil olduğu tarix xx.xx.1984-cü il, işdən azad edildiyi tarix isə xx.xx.2008ci il qeyd olunduğu üçün o, X4 1968-cı ildən 1997-ci ilədək işləməsi barədə ifadə verə bilməz.
16. Şahid qismində cəlb edilmiş X7 münasibətdə isə “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarına əsasən onun əmək kitabçasında xx.xx.1977-ci il tarixdə işə daxilolma barədə qeydi aparmağa əsas verən əmək müqaviləsi, əmr, sərəncamın tarixi və nömrəsi göstərilmədiyindən və “Azərbaycan Respublikası dövlət dili haqqında” Azərbaycan Respublikasının 413 nömrəli Qanununa əsasən əmək kitabçasında xx.xx.2000-ci ildə onun işdən azad edilməsi barədə qeydin kiril əlifbası ilə yazılması əmək kitabçasının əsassız olmasına dəlalət edir. Beləliklə, məhkəmə iclasında iştirak edən şahidlərin Gəncə şəhər Stomotoloji poliklinkada işləməsini təsdiq edən ə mək kitabçaları qanunvericiliyin tələblərinə uyğun olmadığından onların ifadələri də mötəəbər sübut kimi qiymətləndirilə bilməz.
17. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4628/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli, qətnaməsi ilə (hakim Cavid Tağıyev) ərizə qismən təmin edilmiş və X4 1968-ci il tarixdən 1994-cü il tarixədək Gəncə Stomatoloji poliklinikada həkim-stomatoloq işləməsi faktının müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçinin ərinin 1968-ci il tarixdən 1994-cü il tarixədək Gəncə Stomatoloji poliklinikada həkimstomatoloq kimi işləməyi ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olunmuşdur. Ərizəçi mərhum ərinin iş stajı faktını təsdiq edən lazımı sənədləri polikli nikada yanğın baş verməsi nəticəsində arxiv sənədləri yandığına görə əldə edə bilməmişdir. Ona görə də ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Ərizəçi ərinin 1994-cü ildən 1997-ci ilə qədər özəl kabinetdə həkim-stomatoloq işləməsi faktının müəyyən edilməsini məhkəmədən kənar əldə etmək imkanında olduğu üçün ərizə həmin hissədə təmin olunmamışdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 307, 308-ci və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)4628/2024 nömrəli, 14 oktya br 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, ərizəçinin mərhum əri Q.Məmmədovun 19681997-ci il tarixlərdə Gəncə şəhər Stomatoloji poliklinikada işləməsinə dair sənədlərin xx.xx.1994-cü il tarixdə baş vermiş yanğın nəticəsində məhv olduğunu qeyd edir. Q.Məmmədov 1968-1997-ci il tarixlərdə həmin poliklinikada işlədiyi təqdirdə xx.xx.1994-cü il tarixdən 1997-ci il tarixədək olan sənədlərin xx.xx.1994-cü il tarixdə baş vermiş yanğında məhv olması qeyri-mümkündür. İş materiallarında olan Gəncə Şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubunda yanan Stomatoloji poliklinikanın Nizami küçəsində yerləşdiyi qeyd olunsa da, Gəncə Şəhər X16 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda isə yanan Stomatoloji poliklinikanın ünvanı ünvan 4, iş materiallarında sözügedən poliklinikada yanğın baş verməsi və sənədlərin yanması barədə təsdiqedici sənəd olan Yanğın Aktı yoxdur. Məhkəmə müvafiq qətnamədə bu hala aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Həmçinin iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin sözügedən poliklinikada işləmələrinə dair əmək kitabçalarındakı qeydlər qanunvericilik normalarının pozulması ilə aparılmışdır və mötəbərliyi şübhə altındadır. Həmçinin, hər iki şahidin müvafiq əmək fəaliyyəti dövrləri Q.Məmmədovun əmək fəaliyyəti ilə üst üstə düşmədiyindən həmin şəxslərin şahidliyi ilə ərizəçinin tələb etdiyi illər üzrə i ş stajının tanınması qanunsuzdur.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-356/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, ərizə təmin edilməmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, ərizəçi, X4 1968-ci il tarixdən 1997-ci il tarixədək Gəncə Stomatoloji poliklinikada həkim-stomatoloq vəzifəsində işlədiyi müddətin iş stajı kimi müəyyən edilməsini xahiş etsə də, göstərilən müddətlərdə həmin idarədə işləməsini təsdiq edən heç bir mötəbər sübut növlərini məhkəməyə təqdim etməmişdir.
24. Ərizəçi tərə findən təqdim olunmuş şahid X12 ifadəsində onun Ərizəçi ilə, həm də onun mərhum əri Qalib həkim ilə 1 il yarım bir yerdə işlədiklərini, 1977-ci ildən tibb qeydiyyatçısı vəzifəsində işlədiyini, daha sonra o analıq məzuniyyətinə çıxdığını, qayıtdıqda isə ixtisara salındığını, işdən çıxdığını, analıq məzuniyyətindən qayıdanda hələ müəssisə yanmadığını bildirmişdir. Digər şahid X19 da ifadəsində Qalibin 1968-ci ildən vəfat edənə kimi stomatoloji poliklinikada işləməsini, özünün isə 1984-cü ildən poliklinikada işləməsini, onun əmək kitabçasının da yanğın zamanı yandığını, ancaq təqaüdə çıxmaq üçün əmək kitabçası tələb olunduqda dublikatını çıxardığını bildirmişdir.
25. Ərizəçi isə həmin şahid ifadələrindən başqa hər hansı sübut və dəlil təqdim etməmişdir. Yalnız təqdim etdiyi arxiv arayışına və şahid ifadələrinə istinad edərək göstərilən idarədə işlədiyini göstərmişdir. Lakin məhkəmə kollegiyası həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Arxiv arayışına gəldikdə isə, həmin arayışla X4 1968-1997-ci illərdə Gəncə Stomatoloji poliklinikada işləməsi müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Dövlət X21 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1214(810)/4 nömrəli arxiv arayışında X2 1968-1997-ci illərdə Kirovabad Stomatoloji poliklinikada işləməsi barədə göstərilən təşkilatın arxiv sənədləri Dövlət X21na təhvil verilmədiyi, sənədlərin arxivdə saxlanması barədə məlumatın olmadığı bildirilmişdir. Bundan başqa, iş materiallarında sözügedən poliklinikda yanğın baş verməsi və sənədlərin yanması barədə təsdiqedici sənəd olan Yanğın Aktı yoxdur.
26. Məhkəmə q ərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. İş üzrə şahid qismində cəlb edilmiş şəxslərin sözügedən poliklinikada işləmələrinə dair əmək kitabçalarındakı qeydlər qanunvericilik normalarının pozulması ilə aparılmışdır və mötəbərliyi şübhə altındadır. Həmçinin, hər iki şahidin müvafiq əmək fəaliyyəti dövrləri Q.Məmmədovun əmək fəaliyyəti ilə üst üstə düşmədiyindən, həmin şəxslərin ifadələri ərizənin təmin edilməsinə hüquqi əsas vermir.
27. Kollegiya tərəfindən yanğın faktının təsdiq edilməsi ilə bağlı müvafiq orqanlara sorğular verilsə də, baş vermiş yanğın hadisəsi barədə məlumatların əldə edilməsi mümkün olmamışdır.
28. Məhkəmə gəldiyi nə ticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 308.1, 385.1.1, 385.1.2, 390-cı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə və Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 saylı Qərarının 13.4-cü bəndinə istinad etməklə ə saslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Ərizəçi (vəkili Vəkil) kassasiya şikayəti verərək, X6 2(104)- 356/25 saylı iş üzrə 13 mart 2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi barədə və ərizəmin təmin edilməsi barədə birbaşa qərar qəbul edilməsini, əgər bu mümkün olmazsa, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-356/25 saylı iş üzrə 13 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi bir dənə də olsun maddi hüqüq normasına istinad etməmişdir və birinci nstansiya məhkəməsinin hansı maddi hüqüq normasını pozmasını göstərə bilməmişdir. Apellya siya instansiya məhkəməsi qətnaməsində göstərir ki, guya iddiaçı tərəfindən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir və şahidlər izahatlarında qeyri dəqiq məlumatlar vermişlər və guya şahidlərin zidiyyətləri izahatlarına əsasən iddianın təmin olunması mümkün deyildir. Ancaq məsələ bundan ibarətdir ki, ziddiyyətli kimi apelyasiya instansiya məhkəməsində qələmə verilən şahidlərin hər ikisinin ifadəsi doğrudur və heç bir zidiyyət yoxdur. Onlar hər ikisi göstərir ki, həqiqətən də stomotoji poliklinikada onlar işləyirlər və iddiaçının ərinin həmin xəstəxanada stomatoloq həkim kimi işləməyinin şahidi olublar və onunla iş yoldaşı olublar. Apellyasiya instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı və təmin edilməməsi ilə digər arqument ondan ibarətdir ki, guya həmin stomotolo ji polkilinkanın yanması ilə bağlı sənədlər yoxdur. Ancaq məsələ bundan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi öz qətnaməsində və birinci intansiya məhkəməsi öz qətnaməsində Fövqaladə Hallar Nazirliyi X16 Xidməti Gəncə şəhər X16 İdarəsinin xx.xx.2023- cü il tarixli məktubundan görünür ki, xx.xx.1994cü il tarixdə həqiqətən də həmin stomotoloji polkilinkada göstərilən tarixdə yanğın hadisəsi baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti keçmişdə Daxili İşlər Nazirliyinin Tabeliyində olmuşdur və həqiqədən də Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti yəni Gəncə Şəhəri Üzrə Yanğından Mühafiə Xidməti həmin arayışı verə bilər və verməkdə də haqlı olmuşdur.
31. Azərbaycan Respublikasının Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu iltarixli 03 saylı q ərarını apellyasiya instansiya məhkəməsi tərəfindən tətbiq edilməmiş və tələbləri pozulmuşdur.Nəzərə alınmalı, yazılı sübutlarının olub-olmamasına ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həqiqətən də bir vətəndaş kimi başqa qaydada bu sənədləri ala bilmir və sənədləri başqa cür bərpa etdirə bilmir. İş stajının mhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hes ab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Mərhum əri Q.Məmmədovun 1968-1997-ci il tarixində Gəncə Şəhər Stomatoloji polkilinikasında işləməsinə dair sənədlərin 04.05. 1994-ci il tarixində baş vermiş yanğın nəticəsində məhv olduğunu qeyd etmişdir və arxiv arayışları ilə və şahidlərlə təsdiq edir və sübut edirə ki,ərinə aid sənədlər yanmışdır. Bundan başqa iş materiallarında sözügedən polkilinka yanğın baş verməsi və sənədlərin yanması barədə təsdiqedici sənəd olan yanğın aktınının olmaması barədə apelyasiya şikayəti verən təşkilatın arqumenti tamamilə əsassızdır və yuxarıda qara kursivlə işarə etdiyi mətndə təsdiq olunur və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 3-cü səhifəsinin 9-cü abzasında istinad edilir ki, diş poliklinikası yanmışdır. Hesab ed irlər ki, məhkəmə müvafiq qətnamədə bu hala aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirlər ki, iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin sözügedən polkinlikada işləmələrinə dair əmək kitabçalarındakı qeydlər qanunvericilik normalarının tələblərinə uyğun aparılmış və həmin əmək kitabçaları ləğv və ya etibarsız hesab edilməmişdir. Bu səbəbdən də göstərdiyi əsaslara görə apellyasiya intansiya məhkəməsinin 2(104)-356/25 saylı iş üzrə 13 mart 2025-ci il tarixli qətnaməsi əsassız qətnamədir.
32. Apellyasiya instansiya məhkəməsi çəkişmə və ədalətli araşdırma prinsiplərinin tələblərinə əməl etməmiş və maddi hüqüq normalarının tələblərini kobud şəkildə pozmuşlar. İş üzrə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmə li olduğu halda apellyasiya şikayətinin dəlillərinə hüqüqi qiymət verilmədən təyin edilməmişdir.
33. Hesab edirlər ki, məhkəmə yekun qərar qəbul edərək, işi hərtəfli tam və obyektiv araşdırmamışdır Məhkəmə sübutlara obyekiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Birmənalı şəkildə apellyasiya məhkəməsi mübahisə olduğu halda iş üzrə sənədlərin həqiqliyi ilə bağlı müvafiq məhkəmə ekspertizası təyin etmədən və rəy almadan və ya mütəxəssis rəyi almadan məhkəmə öz şəxsi fikrinə və mülahizəsinə əsaslanıb, sənəd və sübutlara münasibət bildirmədən qətnamə çıxardaraq nəticə vermişdir. Bu hal isə kobud prosessual pozuntudur.
35. Gəncə Apellya siya Məhkəməsi Mülki Kollegiyası nəinki işdə olan subutları qiymətləndirməmiş, həmin subutlara öz şəxsi mülahizələri əsasında yanaşmış və Ali Məhkəmənin Plenumunun göstərişlərinə məhəl qoymayaraq birinci instansiya məhkəməsinin əsassız qətnaməsini ləğv etməmiş olmuşdur.
36. Kassasiya şikayəti əsaslandırılarkən AzərbaycanRespublikasının Konstitusiyasının 38, 60-cı, Azərbaycan Respubllikasının Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 88, 89.1, 89.3, 389 maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 13.4-cü bəndinə, “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına d air” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına da istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu
38. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəali yyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə(26 sentyabr 2006-cı ilədək qüvvədə olmuşdur)
39. Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
40. İİİ bölmə bənd
16. İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir.
41. Bənd
17. İş stajı barədə s ənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən ed ir.
47. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 20 19-cu il tarixli, 3 saylı Qərarı
53. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halla rı müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ərizəçi, X4 1968-ci il tarixdən 1997-ci il tarixədək Gəncə Stomatoloji poliklinikada həkim-stomatoloq vəzifəsində işlədiyi müddətin iş stajı kimi müəyyən edilməsini xahiş etsə də, göstərilən müddətlərdə həmin idarədə işləməsini təsdiq edən heç bir mötəbər sübut növlərini məhkəməyə təqdim etməmişdir.
58. Kassasiya kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, hansı sübutun mötəbər olub-olmadığına hüquqi qiymət verməklə ümumiyyətlə sübutlara mülki prosessual normalara əsasən hüquqi qiymət verərək yuxarıdakı qənaətə gəlm iş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda apellyasiya şikayətinin (ərizəçinin apelyasiya şikayətinin) dəlillərinə hüqüqi qiymət verilmədən təyin edilmədiyi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nəinki işdə olan subutları qiymətləndirmədiyi, həmin subutlara öz şəxsi mülahizələri əsasında yanaşdığı və Ali Məhkəmənin Plenumunun göstərişlərinə məhəl qoymayaraq birinci instansiya məhkəməsinin əsassız qətnaməsini ləğv etməmiş olduğu barədə dəlillərini anlaşılmaz hesab edir.Çünki əvvəla iş üzrə nəyə görə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğu anlaşılmazdır.Apellyasiya şikayətini ərizəçi deyil, maraqlı şəxs vermişdir.Həmçinin apelyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi maraqlı şəxs tərəfindən mübahisələndirilən hissədə ləğv edilərək ərizə həmin hissədə təmin edilməmişdir.Kassasiya şikayətində isə birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilmədiyi qeyd edilir.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)356/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.