Məhkəmə qərarları › İş №2(102)-3627/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3627/2025

02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3627/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qohumluq münasibətində olma faktının müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qohumluq münasibətində olma faktının müəyyən edilməsi (maraqlı şəxs AR ƏƏSMN-nin tabeliyində olan DSMF PHŞ-yə X3) tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1064/2025 nömrəli qərard adından maraqlı şəxs Azərbaycan Respublikası Əməm və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF PHŞ tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli xüsusi icraat qaydasında qəbul edilmiş qətnamə ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsi təmin edilmiş, 4 mart 1968-ci il təvəllüdlü, 11 may 1992-ci ildə həlak olmuş X1 valideynlərinin ərizəçilər olması faktı müəyyən edilmişdir. 2. 18 avqust 2020-ci il tarixli aktla Gəncə şəhəri Kəpəz Rayonu Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi üzrə icraatda olmuş mülki iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində akt əsasında yaradılan komissiya tərəfindən saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayətinə baxılması üçün əvvəlcə icraatın bərpa edilməsinin zəruri olduğu qeyd edilərək apellyasiya şikayəti geri qaytarılmışdır.

4. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı “itirilmiş məhkəmə icraatının bərpası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli mülki iş üzrə itirilmiş məhkəmə icraatının bərpa edilməsini xahiş etmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) ərizənin təmin olunması, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş və müddət keçdiyi üçün məhv edilmiş 2-342/2007 nömrəli mülki iş üzrə icraatın bərpa edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2342/2007 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırkı qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində göstərilmiş mətnin eyni olmasının müəyyən edilməsi qət edilmişdir.

6. Maraqlı şəxs Ərizəçi1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1447/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsi ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəhman Şaban oğlu və X5) Ərizəçi1 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2342/2007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Maraqları şəxs Ərizəçi1 Rza oğlu ka ssasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-192/2025 nömrəli xx.xx.2025-ci il qərarı ilə Ərizəçi1 kassasiya şikayəti təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(104)-1447/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Gəncə Şəhər Məhkəməsinin xx.xx.2007-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1064/2025 n ömrəli, 02 may 2025-ci il tarixli qərardadı ilə (hakimlər M.Ə.Mustafayev (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və R.Ş.Muradov) apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.

12. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən verilmişdir.

13. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-342/2007 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunvericiliyə uyğun hesab edilərək, baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsə də, birinci instasiya məhkəməsi apellyasiya şikayətinin uyğunluğunu tam yoxlamadan şikayəti apellyasiya instansiyasına göndərmişdir.

14. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2007-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır.

15. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.3, 10-1.7, 363.1.1 və 363.1.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-1064/2025 nömrəli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin mümkün hesab edilərək işin mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti ilk növbədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən apellyasiya şikayətinin verilməsinə dair çıxarışlar qoşmaya əlavə olunmuşdur. Lakin Gəncə Ş əhər Məhkəməsinin dəftərxanası ilə əlaqə saxlanıldıqda məhkəmə işçiləri şikayət verilən məhkəmə qətnaməsinin 2007-ci ilə aid olması səbəbindən sözügedən şikayətin “Elektron məhkəmə” informasiya sistemində görünmədiyini bildirmiş və Gəncə Şəhər Məhkəməsinin işçiləri tərəfindən apellyasiya şikayətinin digər vatisələrlə verilməsi xahiş olunmuşdur. Beləliklə, apellyasiya şikayəti verilən Kəpəz Rayon Məhkəməsinin qətnaməsi 2007-ci il tarixli olduğundan apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilsə belə, şikayətin Gəncə Şəhər Məhkəməsi tərəfindən əldə olunması mümkün olmamış, bundan sonra şikayət digər çatdırılma vatisələri ilə verilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-1064/2025 nömrəli qərardadı ilə Fond tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və Gəncə Şəhər Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin verilməsi ilə bağlı halları hərtərəfli və düzgün araşdırmadan yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti yoxlanılarkən apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni " Elektron məhkəmə" informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən verildiyi müəyyən edilmişdir.

11. Nəzərə çatdırır ki, apellyasiya şikayəti tərəfindən əvvəlcə “Elektron məhkəmə” informasiya sistemində “Asan İmza” vasitəsilə verilmişdir. Daha sonra Gəncə Şəhər Məhkəməsi ilə işçi qaydada əlaqə saxlayaraq, şikayətin e-məhkəmədə görünmədiyini, 2007-ci il qətnaməsi olduğundan şikayətin başqa çatdırılma vasitəsilə təqdim edilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyasının qərardadında qeyd olunan “apellyasiya şikayətinin e-məhkəmə informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən verildiyi” sözləri həqiqəti əks etdirmir. Aydındır ki, məhkəmə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə ötəri yanaşmışdır və bu halları araşdırmamışdır.

12. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir.

13. Məhkəmə qərardadının giriş hissəsində işə hər hansı aidiyyəti olmayan “İddiaçı X2 cavabdehlər X11 və qeyrilərinə qarşı sənədlərin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-05/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən cavabdeh X11 və nümayəndəsi (vəkil) X7 tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq müəyyən etdi...” cümləsi də kollegiyanın şikayətə ötəri baxdığını bir daha təsdiq edir.

14. Kassasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 10-1.1, 10-1.2, 10-1.3, 10-1.7-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcə llə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

17. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

19. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

20. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 21. 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəz ərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

24. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin v ahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

25. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası belə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 29. “Elektron məhkəmə” informasiya sisteminin məlumatları ilə təsdiqlənir ki, hazırki iş həmin sistemdə xx.xx.2023-cü il tarixində qeydiyyata alı nmışdır.

30. Apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə qeyri mümkün hesab edilərək qaytarılan apelyasiya şikayəti 11 mart 2025-ci il tarixində(şikayətin üzərindəki qeydə əsasən) verilmişdir.

31. Belə olan təqdirdə apellyasiya məhkəməsinin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən verildiyi, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin uyğunluğunu tam yoxlamadan şikayəti apellyasiya instansiyasına göndərdiyi üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2007-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün işin Gəncə Şəhər Məhkəməsinə qaytarılmalı olması barədə mövqeyi ilə kassasiya kollegiyası da razılaşır.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya şikayəti ilk növbədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verildiyi, “Elektron məhkəmə” informasiya sistemindən apellyasiya şikayətinin verilməsinə dair çıxarışların qoşmaya əlavə olunduğu barədə dəlili ilə əlaqədar qeyd edir ki, kassasiya kollegiyası tərəfindən “Elektron məhkəmə” informasiya sistemində müvafiq apelyasiya şikayəti aşkar edilməmişdir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin qərardadın giriş hissəsində qeyd olunan iş barədə məlumatların da yanlış yazıldığı, bunun isə kollegiyanın şikayətə ötəri baxdığını bir daha təsdiq etdiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2025-ci il tarixli 2(104)-1064/2025 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1064/2025 nömrəli qərardadında yol verilmiş yanlışlıq düzəldilməsi, həmin qərardadın “giriş” hissəsində “İddiaçı X2 cavabdehlər X11 və qeyrilərinə qarşı sənədlərin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-05/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən cavabdeh X11 və nümayəndəsi (vəkil) X7 tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq” ifadəsinin “Gəncə Şəhər Məhkəməsinin xx.xx.2007-cü il tarixli, 2-34 2/2007 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun verdiyi apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq” ifadəsi kimi oxunması qərara alınmışdır.

34. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının qərardadın ləğvi və ya dəyişdirilməsinə əsas olacaq pozuntusuna yol verilməmişdir, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t abeliyində DSMF PHŞ tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1064/2025 nömrəli, 2 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar