Məhkəmə qərarları › İş №2(102)-3384/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3384/2025

06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3384/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2025-ci il tarixli, 2(103)4727/2025 nömrəli qərardadından əriz əçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən 4 saylı ev Ərizəçi sahibliyində və istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, faktiki sahibliyində və istifadəsində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən 4 saylı evlə bağlı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə belə əsaslandırılmışdır ki, ə rizəçi 01 iyul 1989-cu il tarixdə qeyd edilən evi erməni əsilli X1 almışdır. Bununla bağlı 5 qonşunun şahidliyi ilə aralarında sadə yazılı formada alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxtdan da ərizəçi və onun ailəsi həmin evdə yaşayırlar. Ev faktiki olaraq ərizəçinin sahibliyində və istifadəsindədir. Müqavilə notarial qaydada təsdiq olunmadığından, ərizəçi evi öz adına sənədləşdirə bilmir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(001)2586/2025 nömrəli qərardadı ilə (hakim P.Məmmədov) mülki iş üzrə icraata xitam vermişdir.

5. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, ərizəçi faktiki sahibliyində və istifadəsində olan evlə bağlı X4 arasında imzalanmış “daşınmaz əmlakın alğı-satqısına” dair sadə yazılı müqavilənin bağlanmış hesab edilməsinin təsdiq edilməsini tələb edir ki, nəticə etibarilə həmin evə dair mülkiyyət hüququnu qeydə aldıra bilsin.

6. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmədiklərini bildirərək, ərizə verməkdə məqsədlərinin müqavilənin bağlanmış hesab edilməsinin təsdiq edilməsindən ibarət olduğunu bildirmişdir. Bununla yanaşı X2 özünün həmin evə dair hər hansı hüquq-müəyyənedici sənədi məhkəməyə təqdim edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, MPM-in 307.2-ci maddəsində məhkəmənin müəyyən etdiyi hüquqi əhəmiyyəti olan faktların siyahısı göstərilmiş və həmin siyahıda daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi kimi hüquqi əhəmiyyətli fakt yoxdur.

8. Bununla yanaşı, ərizəçi ilkin olaraq Daşınmaz Əmlakın Dö vlət Kadastrı və Reyestri X6in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli olduğu halda, bunu etməmiş, ərizəçinin faktiki sahibliyində və istifadəsində olan evin dövlət və ya bələdiyyənin mülkiyyətində olması müəyyən edilməmiş, həmin evə dair hüquqlarının qeydiyyatı üçün zəruri olan hərəkətlərin edilməsi və hazırda müəyyən edilməsi xahiş edilən hüquqi əhəmiyyətli fakta görə müvafiq orqanın imtinası təsdiqini tapmamışdır.

9. Odur ki, hazırkı ərizəyə xüsusi icraat qaydasında baxılması üçün zəruri olan şərtlər birlikdə mövcud olmadığından, mülki iş üzrə icraata xitam verilməli, ərizəçiyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək hüququ izah olunmalıdır

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 262.1, 262.3, 305.1.1, 307.1, 307.2, 308-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Ərizəçi şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(001)2586/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2025-ci il tarixli, 2(103)-4727/2025 nömrəli qərardadı ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Talışinski və A.İmanov) şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı də yişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-4727/2025 nömrəli qərardadı ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Talışınski və A.İmanov) şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, ərizəçinin vəkili (nümayəndəsi) Vəkil rayon məhkəməsinə 02 iyul 2025-ci il tarixdə verdiyi izahatından görünür ki, ərizəçi, ərizədə qeyd edilən məsələ ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 müraciət etməmişdir. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçinin xüsusi icraat qaydasında verdiyi ərizəyə məhkəmədə baxıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. Ərizəçi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2025-ci il tarixli, 2(103)-4727/2025 nömrəli qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 88, 175, 261.0.1, 262.3, 307.2.11-ci maddələrinin tələbləri pozulmuşdur.

19. Belə ki, məhkəmə icraata xitamın əsa sı kimi Mülki Prosessual Məcəllənin 307.2-ci maddəsinə istinadən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi kimi hüquqi əhəmiyyətli faktın olmaması qənaətinə gəlsə də, həmin maddənin 307.2.11-ci maddəsini tətbiq etməməklə pozuntuya yol vermişdir. Məhkəmə elə qənaətə gəlmişdir ki, 307.2-ci maddəsində hansı faktlar qeyd olunubsa məhkəmə yalnız həmin hüquqi əhəmiyyətli faktları təsdiq edə bilər və ondan kənara çıxa bilməz. Nəzərə alınmalıdır ki, 307.2.11-ci bənd məhkəməyə imkan verməkdədir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamış hüquqi əhəmiyyəti olan digər faktların təsdiq edilməsini həyata keçirsin. Hazırkı tələblə ərizəçi 01 iyul 1989-cu il tarixində iki şahidin iştirakı ilə yazılı qaydada tərtib edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməsini tələb edir və bu tələb 01 sentyabr 2000-ci il tarixinə kimi qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsindən, habelə “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarından irəli gəlir. Belə olan təqdirdə, məhkəmə ərizəçinin ərizəsinə baxaraq hüquqi qiymət verməli idi. Lakin məhkəmə tutarlı əsas olmadan və qeyd edilən normaları nəzərə almadan siyahıda göstərilməməsini əsas gətirməklə icraata xitam vermişdir ki, bu hal məhkəmədə müdafiə hüququnun həyata keçirilməsini, məhkəm ə əlçtanlığını pozmaqla əhatə olunmaqdadır. Ərizəçi tərəfindən şahidlərin dindirilməsi barədə vəsatət verilmiş, məhkəmədə həmin şahidlərdən X3 məhkəmə iclasında dindirilsə də, məhkəmə öz qərardadında həmin hissəni qeyd etməməmiş, bununla da, məhkəmə baxışının bilavasitəliyini və şifahiliyini pozmuşdur. Halbuki şahid ifadələri hazırkı iş üzrə sübut rolunu oynamaqdadır. Ərizəçinin inzibati orqan kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi üçün subyektiv hüququ mövcud olmalıdır. Subyektiv hüququn mövcudluğu isə hazırkı mərhələdə yalnız ərizəçi ilə erməni millətindən olan X2 arasında imzalanmış 01 iyul 1989-cu il tarixli alqı-satqı müqaviləsi kimi təsdiqindən sonra mümkündür. Ərizəçinin ilk növbədə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət K adastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsinin tələb edilməsi real olmamaqla bərabər, qanunvericilik normalarının pozulması ilə xarakterizə olunmaqdadır. Ərizəçi qeyd edilən orqana müraciət etmək üçün həmin hüququn mövcudluğunu təsdiq edən sənədi təqdim etməlidir ki, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edildikdən sonra etibarlı ola bilərdi. Ümumiyyətlə hazırkı iş üzrə inzibati mübahisənin mövcud olması qənaətinə hansı formada gəlinməsi bəlli deyildir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Ərizəçi apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahis ələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olma sın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Belə ki, ərizəçi sahibliyində olan ev barəsində 01 iyul 1989-cu il tarixdə alqısatqı müqaviləsinin bağlanması faktının təsdiq edilməsini xahiş edir. Bu zaman, ərizəçi sadə yazılı qaydada imzalanmış müqaviləyə istinad edir. O, bu faktın evin adına sənədləşdirilməsi üçün zəruri olduğunu göstərmişdir.

27. Lakin, nəzərə alınmalıdır ki, ərizəçinin kassasiya şikayətində pozulan prosessual hüquq norması qismində qeyd etdiyi Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi təsbit olunmuşdur.

28. Qeyd olunmalıdır ki, daşınmaz əm lakla bağlı alqı-satqı müqaviləsinin bağlanması qaydası qanunvericiliklə müəyyən olunmuşdur. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

29. Hazırkı işdən müəyyən olunur ki, ərizəçinin istinad etdiyi sadə yazılı müqavilənin predmeti olmuş evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi, kimin mülkiyyətində olması, hüquqi statusu və sair sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Halbuki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evin alqı-satqısı ümumiyyətlə qanunvericiliklə nəzərdə tutulmamışdır.

30. Həmçinin, ərizəçinin Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki M əcəlləsinin 43-cü maddəsinə istinadı əsassızdır. Belə ki, həmin maddədə nəzərdə tutulmuşdur ki, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

31. Göründüyü kimi, həmin maddədə də müqavilənin notariat qaydada bağlanması, yalnız müqavilə tərəfi bundan boyun qaçırdığı və müqavilə qanuna uyğun olduğu halda, onun məhkəmə tərəfindən (iddia icraatı qaydasında) b ağlanmış hesab edilməsinin mümkünlüyü təsbit olunmuşdur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 12 aprel 2019cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə məhkəmələrə izah olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq h aqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

33. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı tələbə mülki mühakimə icraatında baxılmasının yolverilməzliyi nəticəsinə gələrkən, prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2025-ci il tarixli, 2(103)-47 27/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar