Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2857/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), X6 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(106)-949/2025 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edildiyi dövrə aid sənədlər işğal zonasında qalmışdır. Laçın rayon “D.Bünyadzadə” adına kolxoz 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir. Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödəni şlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində işə cəlb edərək xx.xx.1977-ci il tarixdən 1992-ci ilin may ayının 18-nə kimi Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Laçın rayonunun Hoçaz kəndində anadan olmuş, xx.xx.1977-ci il tarixdən 1992-ci ilin may ayının 18-nə kimi Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illəri təsdiq edən əmək kitabçası və kombinatın bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1977-ci il tarixdə n xx.xx.1992-ci ilə kimi Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa onun yaşa görə əmək pensiyası təyin edilməsi üçün etdiyi müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Kombinatda işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edirlər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-179/2025 saylı qətnaməsi ilə (hakim C.İbrahimov) ərizə təmin edilmiş, Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dərzi işləməsi ərizəçi ilə birlikdə həmin kombinatda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilmiş dir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatı 1992-ci ilədək fəaliyyət göstərmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Əhaliyə M əişət Xidməti Kombinatında dərzi işləməsinin nəzərə alınmaması və Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edilmişdir. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab etmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1, 308,309.1, 310.1-ci maddələri, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 sentyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə 3.4-cü bəndi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Laçın Rayon Məhkəməsinin 2(047)-179/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, işləmə faktını ərizəçini birgə işdən tanıyan və onun işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Hazırki iş üzrə Şahid qismində çıxış edən V.Həsənovun Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(003)- 2136/2011 nömrəli qətnaməsi ilə 01 yanvar 1967-ci il tarixdən 01 may 1992-ci il tarixədək Laçın rayonu “Məişət Cihazlarının Təmiri Emalatxanası”nda televizor ustası işləməsi faktı müəyyən olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq müəssisələrin eyni müəssisə olması müəyyən edilməmişdir. Şahid qismində çıxış edən X5 münasibətdə məhkəmə N.Dadaşovun 1976-cı il fevral ayından 1992-ci il iyun ayınadək sözügedən müəssisəsində işləmə faktını qəbul etməsinə baxmayaraq, ******* nömrəli əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun deyil. Belə ki, Qaydaların 1.2-ci bəndinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçası xx.xx.1980-cı il tarixdə açılmış, işə başlama barədə qeyd isə 1976-cı il fevral ayı qeyd edilmişdir. Həmçinin sözügedən dövrlər üzrə işə daxilolma və işdən çıxma günləri qeyd edilməmişdir. Əlavə olaraq sözügedən dövrlər üzrə əmr nömrələri qeyd edilməmişdir. Belə olan halda şahidin əmək kitabçasının mötəbərliyi ş übhə altına alınmalıdır. Əsasnamənin 17-ci bəndinə əsasən normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (1977- 1992). X10 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin fa ktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İş materiallarına əlavə edilmiş Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M318133/2043 nömrəli imtina məktubuna əsasən, müəyyən olunmuşdur ki, müvafiq dövrlər məhkəmə qətnaməsi ilə təsdiq olunmasına baxmayaraq qanunla tələb olunan sosial sığorta stajı (25 il) tamamlanmır. Göründüyü kimi hazırki iş üzrə ərizəçinin işləməsi faktı onun hər hansı hüququnun yaranması, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-949/2025 nömrəli iş üzrə 12 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli – sədrlik edən və məruzəçi, M.Sadıqov və A.Novruzova) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-179/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarına nəzər yetirdikdə görünür ki, ərizəçinin Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatı nda xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dərzi işləməsi ərizəçi ilə birlikdə həmin kombinatda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır.
12. Ərizəçinin işləməsi şahidlər X3, X8 və X9 ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Hazırda da ərizəçinin 19771992-ci ilədək Laçın Rayon Məişət Xİdməti Kombinatında işləməyinə dair arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğal altında qaldığından onun məhkəmə müdafiəsindən istifadə edərək işləməsi fak tının müəyyən edilməsini xahiş etməsi isə ərizəçinin həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin hüquqi əhəmiyyətli fakt olaraq iş stajına malik olma faktını təsdiq etmişdir.
13. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, şahid qismində çıxış edən X5 münasibətdə birinci instansiya məhkəməsi N.Dadaşovun 1976-cı il fevral ayından 1992-ci il iyun ayınadək sözügedən müəssisəsində işləmə faktını qəbul etməsinə baxmayaraq, ******* nömrəli əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun deyil. Belə olan halda şahidin əmək kitabçasının mötəbərliyi şübhə altına alınmalıdır.
14. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir.
16. X1 ******* nömrəli əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun olmaması, işə daxil olma və işdən çıxma əmrlərinin nömrəsinin qeyd edilməməsi, ona məxsus əmək kitabçasının etibarsız hesab edilməsi kimi qiymətləndirilə bilməz. X2 Laçın Rayon Məişət Xİdməti Kombinatında işləməməsi anlamına gəlmir.
17. Məhkəmə tərkibi qeyd etmişdir ki, əmək kitabçasının forması və doldurulma qaydaları hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında birbaşa müəyyənedici deyil. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün faktın mövcudluğu mühümdür, sənədin forması və quruluşu deyil. Əmək kitabçasında texniki uyğunsuzluqlar (məsələn, qeydlərin vaxtla uyğun gəlməməsi, əmr nömrələrinin olmaması və s.) sənədin hüquqi qüvvəsini şübhə altına alsa belə, bu işə qəbul və faktiki iş fəaliyyəti faktını inkar etmir. Burada əsas məqsəd faktın obyektiv mövcudluğunu müəyyən etməkdir.
18. Bundan başqa apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, şahid qismində çıxış edən V.Həsənovun Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(003)2136/2011 nömrəli qətnaməsi ilə 01 yanvar 1967-ci il tarixdən 01 may 1992-ci il tarixədək Laçın rayonu “Məişət Cihazlarının Təmiri Emalatxanası”nda televizor ustası işləməsi faktı müəyyən olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq müəssisələrin eyni müəssisə olması müəyyən edilm əmişdir.
19. Qeyd edilməlidir ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
20. Birinci instansiya məhkəməsində şahid qismində di ndirilmiş X3 və X8 ifadə verərək göstərmişdirlər ki, Ərizəçi həqiqətən də xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdır.
21. Göründüyü kimi məhkəmə üçün əsas olan qanunvericilikdə nəzərdə tutulan sübutların (ən azı iki şahidin ifadəsi) mövcudluğudur. Həmin iki şahid ifadəsi konkret müəssisədə ərizəçinin işləməsini təsdiq edir. Bu da onu deməyə əsas verir ki, üçüncü şahidin X9 işlədiyi qeyd edilən müəssisələrin eyni olub-olmaması məsələsinin araşdırılması zəruri deyil. Çünki bu, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün əsas deyil.
22. Bundan başqa apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, müvafiq dövrlər məhkəmə qətnaməsi ilə təsdiq olunmasına baxmayaraq qanunla tələb olunan sosial sığorta stajı (25 il ) tamamlanmır. Göründüyü kimi hazırki iş üzrə ərizəçinin işləməsi faktı onun hər hansı hüququnun yaranması, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Ona görə də işləmə faktının təsdiq olunmasına zərurət yoxdur.
23. Şikayətin bu dəlilini də əsassız heab edən məhkəmə qeyd etmişdir ki, Laçın rayonunun işğal olunması səbəbindən sənədlərin itirilməsi rəsmi şəkildə təsdiq olunmuş faktdır. Ərizəçinin həmin dövr üzrə iş stajını başqa yolla təsdiqləməsi obyektiv olaraq mümkünsüzdür. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin məqsədi – hüquq əldə etmək üçün əsas yaratmaqdır, hüququ birbaşa təmin etmək deyil. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün əsas şərt odur ki, bu fakt gələcəkdə müəyyən hüquqi nəticələrin yaranmasına səbəb ola biləcək fakt olsun. Hazırkı iş üzrə söh bət ərizəçinin iş stajından gedir. İş stajının müəyyən olunması birbaşa əmək pensiyasına çıxmaq hüququnun əldə olunması üçün zəruri əsasdır. Yəni, məhz bu hüquqi faktın müəyyən olunması ərizəçinin gələcəkdə əmək pensiyası almaq hüququ üçün hüquqi baza yaradır. Bu mərhələdə hüquq yaranmır, hüququn yaranması üçün zəruri olan ilkin hüquqi fakt təsdiq olunur. Apellyasiya şikayətində qeyd edildiyi kimi, ərizəçinin bu dövrlərlə belə sosial sığorta stajı tam olmaya bilər. Lakin bu, hüquqi əhəmiyyətli faktın müəyyən olunmasının zəruriliyini aradan qaldırmır. Ərizəçinin 25 illik sosial sığorta stajı tamamlamaq hüququ üçün hər bir dövrün təsdiqlənməsi zəruridir və bu konkret dövr həmin məqsədə xidmət edir. Əgər bu hüquqi əhəmiyyətli fakt təsdiq edilməzsə, ərizəçi gələcəkdə pensiya hüququ üçün tələ b olunan stajı sübut edə bilməyəcək.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına, MPM-nin 14.2, 77.1, 307.2.11, 308, 310.1-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliy ində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (vəkil – Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, şahid qismində çıxış edən X11 münasibətdə V.Həsənovun Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(003)2136/2011 nömrəli qətnaməsi ilə 01 yanvar 1967-ci il tarixdən 01 may 1992-ci il tarixədək Laçın rayonu “Məişət Cihazlarının Təmiri Emalatxanası”nda televizor ustası işləməsi faktı müəyyən olunmuşdur. Lakin məhkəmələr tərəfindən müvafiq müəssisələrin eyni müəssisə olması müəyyən edilməmişdir. Şahid qismində çıxış edən X5 münasibətdə məhkəmə N.Dadaşovun 1976-cı il fevral a yından 1992-ci il iyun ayınadək sözügedən müəssisəsində işləmə faktını qəbul etməsinə baxmayaraq, ******* nömrəli əmək kitabçasının doldurulma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun deyil. Belə ki, Qaydaların 1.2-ci bəndinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçası xx.xx.1980-cı il tarixdə açılmış, işə başlama barədə qeyd isə 1976-cı il fevral ayı qeyd edilmişdir. Həmçinin sözügedən dövrlər üzrə işə daxilolma və işdən çıxma günləri qeyd edilməmişdir. Əlavə olaraq sözügedən dövrlər üzrə əmr nömrələri qeyd edilməmişdir. Belə olan halda şahidin əmək kita bçasının mötəbərliyi şübhə halda şahidin əmək kitabçasının mötəbərliyi şübhə altına alınmalıdır.
27. Həmçinin, Plenum Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında bax ılmasını istisna edir. İş materiallarına əlavə edilmiş Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-318133/2043 nömrəli imtina məktubuna əsasən, müəyyən olunur ki, müvafiq dövrlər məhkəmə qətnaməsi ilə təsdiq olunmasına baxmayaraq qanunla tələb olunan sosial sığorta stajı (25 il) tamamlanmır. Göründüyü kimi hazırki iş üzrə ərizəçinin işləməsi faktı onun hər hansı hüququnun yaranması, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Məhkəmə kollegiyası müvafiq qətnamədə bu hallara aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamış, apellyasiya şikayətinin dəlillərini formal mülahizələrlə əsassız hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsi
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
30. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
31. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
32. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
33. Maddə 407.2. Kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın tanınması üçün prosessual əsaslar mövcuddur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və maraqlı şəxsin kassasiya şikayəti ilə eynilik təşkil edən dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. O da qeyd edilməlidir ki, işin faktiki hallar ı kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(106)949/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.