Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-312/2026 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5932/2025 nömrəli, 16 dekabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin tərəfindən ver ilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.3-cü maddəsinə əsasən kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edi r. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Hazırkı iş üzrə verilmiş kassasiya şikayətinə əlavə edilmiş 21 yanvar 2025-ci il tarixli etibarnamədən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB məhkəmə qərarlarından şikayət vermək səlahiyyəti də daxil bir sıra səlahiyyətlərin Birliyin adından həyata keçirməyi "xxxx" MMC-yə etibar etmişdi r. "xxxx" MMC ona Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən 21 yanvar 2025-ci il tarixdə verilmiş etibarnamədə nəzərdə tutulmuş səlahiyyətlərin bir hissəsini, o cümlədən kassasiya şikayətlərinin imzalanması səlahiyyətini 21 yanvar 2025-ci il tarixli etibarnamə ilə “Presedent” Vəkil bürosunun vəkili Vəkil2 etibar etmişdir. Vəkil2 göstərilən etibarnaməyə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5932/2025 nömrəli, 16 dekabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin adından nümayəndə kimi kassasiya şikayəti vermiş və kassasiya şikayəti sadəcə onun tərəfindən elektron imza ilə imzalanmışdır. Məhkəmə kollegiyası bildirir ki, "xxxx" MMC-nin MPM-in 69.2-ci maddəsində göstərilmiş, hüquqi şəxsin nümayəndəsi ola biləcək şəxslərdən biri olduğu müəyyən edilmir. Digər tərəfdən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən "xxxx" MMC-yə verilmiş 21 yanvar 2025-ci il tarixli etibarnamədə göstərilən hərəkətlərin icrasının başqa şəxsə etibar edilə biləcəyi qeyd edilməmişdir.Göstərilənələrə baxmayaraq "xxxx" MMC ona Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən 21 yanvar 2025-ci il tarixdə verilmiş etibarnamədə nəzərdə tutulmuş səlahiyyətlərin bir hissəsini, o cümlədən kassasiya şikayətlərinin imzalanması səlahiyyətini “Presedent” Vəkil bürosunun vəkili Vəkil2 etibar etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən "xxxx" MMC-yə verilmiş 21 yanvar 2025-ci il tarixli etibarnamədə göstərilən hərəkətlərin icrasını n başqa şəxsə etibar edilə biləcəyi qeyd edilmədiyi və etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi əsaslandırılmadığı halda həmin hərəkətlərin bir hissəsinin icrasının Vəkil2 etibar edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə ziddir. Yuxarıda şərh edilənlərlə təsdiq edilir ki, Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5932/2025 nömrəli, 16 dekabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin adından nümayəndə kimi kassasiya şikayəti vermək səlahiyyəti qanunda nəzərdə tutulmuş qaydada təsdiqlənmir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5932/2025 nömrəli, 16 dekabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qər
Məhkəmə qərarları › İş №2(1-8)-312/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-312/2026
03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver