Məhkəmə qərarları › İş №2(1-8)-313/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-313/2026

25.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-313/2026 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına görə mülki işin icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5987/2025 nömrəli, 01 dekabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kapital Bank ASC-nin Sumqayıt filialı ilə müştəri İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BBLL4547250A125 saylı Birkart Black debet (kredit) müqaviləsində göstərilmişdir ki, Bank Müştəriyə “Birkart Black" ödəniş kartı verir. Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, həmin Kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır. Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir.

2. Sumqayıt şəhəri Məhkəməsinin 2(060)- 7413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli, BBLK4547250A125 saylı müqavilə üzrə 2967, 20 manat əsas, 576, 29 manat faiz borcu olmaqla, 3543 manat 49 qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat, 43 qəpik pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva).

3. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən qətnamə icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci i l tarixli BBLK4547250A125 nömrəli “Birkart Black debet (kredit)” müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Qanuni nümayəndə birinci qrup əlil bacısı xx xxxxxxxx 1987-ci il təvəllüdlü İddiaçı etibarnamə əsasında bütün dövlət idarələrində habelə məhkəmə icraatı ilə bağlı səlahiyyətli nümayəndəsidir. Bacısı İddiaçı 17 dekabr 2021-ci il tarixdə “Kapital Bank" ASC ilə Birkart Black debet ödəniş kartından istifadəyə dair BBLK4547250A125 nömrəli Müqavilə bağlamışdır. Bildirmək istəmişdir ki, bacısının debet kartı ancaq şəxsi istifadəsi üçün götürülmüş və kredit kartı olaraq istifadəsi üçün nəzərdə tutulmamışdır. 28 mart 2024-cü il tarixdə o, DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək bacısı X əla və gəlir əldə etmək məqsədilə sayta elan yerləşdirilmiş şəxslə əlaqə saxlaması, sonuncunun ona 170 manat pul göndərməsi, bank kart məlumatlarının aldıqdan sonra 160 manat və adına 3090 manat kredit pul götürülməsi barədə məlumat vermişdir. Müraciəti xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin cinayətlər haqqında ərizələr və məlumatların 1 nömrəli uçotu kitabında 282 saylı qeydiyyata alınaraq yoxlanılması üçün təhqiqatçı polis kapitanı Taleh Abdullyevin icraatına verilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, 28 mart 2024-cü il tarixdə yaşadığı evdə olan zaman “Google” axtarış portalı vasitəsi ilə reklam edilən “Socara investisiya yatırımı” başlıqlı linkə daxil olub qeydiyyatdan keçdikdən sonra +40-791-531-184 nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edən şəxs wahtsapp vasitasilə ona göndərilmiş linkə daxil olandan sonra saat 13:42 dəqiqədə “Kapital Bank" ASC-yə aid 4169-7377-0626- 4674 nömrəli “Visa" kartından 170,00 manat pulu naməlum hesaba köçürülmüş, sonra isə müəyyən edilmişdir ki, adına Cavabdeh ASC-də aid 4169-73770626-4674 nömrəli “Visa” kartından kredit limiti açılıb və kartından ümumilikdə 3260 manat pulu naməlum hesaba köçürülmüşdür. Hadisəni törədən naməlum şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə elektron məlumat daşıyıcısından istifadə etməklə İddiaçı 3260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Toplanmış materiallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkib əlaməti vardır və ona görə də 01 may 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rə isə Rüstəmli tərəfindən cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilməklə istintaq aparılır. Dəfələrlə Bank ilə əlaqə saxlamışlar, habelə Bankın Sumqayıt filialına yaxınlaşıb kredit xəttinin ayrılması barədə razılığın olmadığını, kartdan naməlum şəxslər tətbiq vasitəsi ilə oğurluq edilməsini, SMS məlumatlarını, hansı ki, Bank tərəfindən İddiaçı eyniləşdırilməsini təmin edən təhlükəsizlik kodu daxil olmadığını, yaranmış kredit borcunu əsassız olduğunu bildirsələr də, onlara şifahi olaraq DİN-nə müraciət edilməsini tövsiyə etmişlər. 05 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank 9 aprel 2024-cü il tarixli, 6-1-26/2-T-41xx-xx6582/2024 saylı ca vab məktubunda qeyd etmişdir ki, müraciətə baxılması aidiyyəti üzrə Cavabdeh ASC-yə göndərilərək müraciət müəllifinə 7 gün ərzində məlumat verilməsi xahiş olunur. Lakin, bu günə kimi Bank rəsmi məlumat verməmişdir. Hesab etmişdir ki, aralarında bağlanmış Müqavilənin göstərilən şərtlərinə Bank əməl etməməklə pozmuş, bacısının vəziyyətini pisləşdrimiş və əsassız nəticələr yaratmışdır. Müqavilə tərəfi bacısı olmadığından etibarsız hesab edilməli, indiyə qədər yaratdığı hüquqi nəticələr isə ləğv edilməlidir. Bank öhdəliklərini tam icra etmədiyindən, müqavilənin şərtlərini pozduğundan, həmçinin Müqavilədə istinad edilən digər müddəaların olmadığından aralarında bağlanmış Müqavilə etibarsız hesab edilməli, indiyə qədər yaratdığı hüquqi nəticələr isə ləğv edilməlidir. Birincisi qeyd etmək istəmiş dir ki, müqavilənin 2-ci maddəsinə əsasən Bank Müştəriyə “Birkart Black” ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, həmin Kartdan və ya kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və ya kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Bu bənddən müəyyən edilir ki, Müştərinin müraciəti əsasında kredit xətti ayrılır. Lakin, göründüyü kimi də nə onlar tərəfdən şifahi razılaşma olub, nə də ki Bank tərəfindən Bankın bildiyi mobil nömrəyə SMS vasitəsi ilə bildiriş məxfi kod ilə təsdiq edilməmi şdir. Yəni bacısı kredit xəttinin ayrılması müqavilədə nəzərdə tutulmuş imzasının digər analoqu ilə də təsdiq etməmişdir. Ancaq kart məlumatlarını naməlum şəxsə bildirmişdir. Müştəri kodunu da açıqlmamışdır. Belə olan halda Bank öz vəzifələrini icrasını layiqincə yerinə yetirməmişdir, təhlükəsizliyi təmin etməmişdir, Müştərinin həqiqi olduğuna dair məxfi kod ilə eyniləşdirmə aparmamışdır. İkincisi, sözügedən Müqavilənin 4.1-ci maddəsinə əsasən müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş birldirişi (məlumatı) SMS-də göndərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müqavilənin şərtində istinad edilən 11.2-ci bəndində göstərilən imza analoqları heç biri mövcud olmamışdır. Məhkəməyə xüsusi bilik tələb edən mütəxəssis dəvət olunsa, o da həmin gün kartdan oğurlanmış pul ilə bağlı, habelə kartdan karta 3090 manat pul köçürmə əməliyyatında Bank məxfi təsdiqedici SMS və ya digər bildiriş göndərməmişdir. Üçüncüsü, Müqavilənin 4.2-ci maddəsinə əsasən Bank Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün tə hlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi hallarında kredit xəttinin məbləğini Müştərinin razılığı olmadan birtərəfli qaydada azalda, bloklaşdıra və ya bu Müqaviləyə xitam verə bilər...Müştərinin bu Müqavilə üzrə Bank qarşısında öhdəliyini icra etməyə mane olacaq dərəcədə sağlamlığının itirilməsi, vəfat etməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan digər yaradan digər hallar. Qeyd etmək zəruridir ki, bacısı İddiaçı orqanizmin 90% pozulmasına görə birinci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. Debet kartdan ona aid olan 170 manat oğurluqdan savayı adına kredit xəttinin açılması və banka borclu qalması onu daha da çox sarsıtmışdır. Belə ki, bu yaranmış ədalətsizlik bacısının vəziyyətini ağırlaşdıraraq yenidən həkim müayinələrdən keç məsinə səbəb oldu, həkim isə ağır dərmanların iki qat möhür ilə təsdiqlənmiş müalicə üçün resept yazmışdır. Hal-hazırda isə həmin reseptə əsasən müalicə almağı davam edir. Təbii ki də, Müqavilənin birbaşa şərtində göstərilən hallardan biridə bacısının vəziyyətinin ağırlaşmasıdır. Müqavilənin 9.1.3-cü maddəsinə əsasən bu Müqavilənin 4.2-ci bəndi ilə müəyyən edilmiş hallar Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdikdə Bank Müqaviləyə xitam verə bilər. Göründüyü kimi də, Bank tərəfindən Müqavilədə göstərilən təhlükəsizlik xidmətlərin təmin edilməməsi nəticəsində bacısına və ailəyə mühüm dərəcədə zərər dəymişdir. Cinayət işinin başlanması haqqında qərar bir daha sübut edir ki, oğurlanan əmlak şəxsi istifadəyə xərclənməyib və cinayət nəticəsində y aranmışdır. Odur ki, Müqavilə etibarsız hesab edilməlidir.

6. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-296/2025 nömrəli, 29 avqust 2025ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinin təmin edilməməsi, məhkəmə xərcləri və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Azərbaycan Respublikası Dövlət Büdcəsinə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.

8. Məhkəmə “xx.xx.2024-cü il tarixdə iddiaçının kartından oğurluq edilməsi” dəlilinə münasibətdə qeyd etmişdir ki, Polis Bölməsində iddiaçı verdiyi izahatında bildirmişdir ki, linkə şəxsən özünün iradəsi ilə daxil olmaqla şəxsi məlumatlarını üçüncü şə xsə ötürmüşdür. İddiaçı “kartın debet kartı olmaqla yalnız şəxsi istifadəsi üçün nəzərdə tutulduğunu” qeyd etsə də, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə nəzər salındıqda həmin kartın həm debet həm də kredit xəttinin açılması üçün nəzərdə tutulduğu görmək olur. Bununla da müəyyən edilmişdir ki, iddiaçının cavabdehlə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 337.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5987/2025 nömrəli, 1 dekabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-296/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilmişdir (hakimlər Fuad Talışinski sədrlik edən və məruzəçi, Günel Abbasova və Məmməd Məmmədov).

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə artıq qanuni qüvvəsini almış və icraya yönəlmiş Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-7413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verildiyindən hazırkı iddiaya eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsa slar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması səbəbindən baxılması yolverilməzdir.

13. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, Mülki Prosessual Məcəllənin, 261.0.2, 262.4, 384.0.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya in stansiyası məhkəməsi nəzərə almamışdır ki, Sumqayıt şəhəri Məhkəməsinin 2(060)-7413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi nə iddiaçıya nə də onun nümayəndəsinə rəsmi şəkildə verilməmiş, Sumqayıt şəhər Məhkəməsinin icraatında belə bir mülki işin olmasından məlumatsız olmuşlar. Bu səbəbdən şikayət verilməsi üçün MPM-nin 233-cü maddəsi ilə müəyyən edilmiş 30 günlük prosessual müddət buraxılmışdır.

16. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7413/2024 saylı mülki iş icraatı zamanı Cavabdeh ASC-yə qarşı Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin icraatında müqavilənin etibarsızılığına dair məhkəmə çəkişməsi davam edirdi. Müqavilənin məhkəmə tərəfindən etibarlı olub-olmamasına dair yekun məhkəmə aktı çıxarılmadan Cavabdeh ASC-nin nümayəndəsi qəsdən və qərəzli şəkildə Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırılmışdır.

17. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7413/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin mövcud olması barədə icra məmuru tərəfindən “SMS” bildiriş gələndən sonra məlumat almış və xx.xx.2025-ci il tarixdə məhkəmədə qəbz imzalamaqla qətnaməni əldə etmişdir. Həmin ərəfədə isə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində məhkəmə çəkişməsi gedirdi. İddiaçı olan Cavabdeh ASC-yə qarşı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında eyni predmetlə işə baxılan zaman bu qətnamə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmışdır. Prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də Məhkəmədən MPM-nin 133.1-ci maddəsini rəhbər tutaraq buraxılmış müddətinin bərpa edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Halhazırda Sumqayıt Şəhər Məhkəməsinin qərar dadı ilə buraxılmış müddət bərpa edilərək, iddiaçı "xxxx" ASC-yə qarşı apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsi qərarı qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

20. Maddə 261.0.2. Eyni tərəflər ar asında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Kassasiya şikayətlində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəm ə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının nəticə hissəsində qeyd edilmiş “Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatd a həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir” hüquqi mövqeyə əsaslanaraq hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə artıq Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-7413/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verildiyindən hazırkı iddiaya, yəni həmin əqdin etibarsız hesab edilməsi tələbinə baxılması yolverilməzdir və iş üzrə icraata xitam verilməlidir.

27. Məhkəmə kollegiyası qeyd olunanlar ı nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5987/2025 nömrəli, 01 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar