Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-484/2026 24.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1; İddiaçı2 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması və s.” tələbinə dair və İddiaçı2 cavabdeh lər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 04 noyabr tarixli, 2(103)-4281/2025 nömrəli qətnaməsindən iddiaçılar (Vəkil1) tərəfindən birgə verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2023-cü il tarixli, 4Ə-496 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə onun və övladlarının istifadə hüquqlarının tanınması, onun azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə mübahisəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı2 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin, 22 saylı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli, 4Ə-1/139 reyestr nömrəli müqavilənin ləğv olunması və eyni zamanda Cavabdeh2 həmin mənzili qardaşı Cavabdeh1 bağışlamasına dair xx.xx.2023-cü il tarixli, 4-696 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxa nı Rayon Məhkəməsinin 2(010)-67/2025 nömrəli, 18 mart 2025- ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməmiş; İddiaçı2 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və digər bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli 4Ə696 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunmuş; Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaş ayış sahəsi, 4 saylı evin 22 saylı mənzilin İddiaçı2 Cavabdeh2 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-1/139 saylı mənzilin bağışlanma müqaviləsi ləğv olunmuş; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin əvvəlki mülkiyyətçi İddiaçı2 təhvil verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-67/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli 4Ə696 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilm əsi, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin İddiaçı2 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-1/139 saylı mənzilin bağışlanma müqaviləsinin ləğv olunması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin əvvəlki mülkiyyətçi İddiaçı2 təhvil verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddianın rədd edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 04 noyabr tarixli, 2(103)-4281/2025 nömrəli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Nigar Nəbizadə və Fuad Babayev) apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəm əsinin 2(010)-67/2025 saylı 18 mart 2025-ci il tarixli qətnaməsi qismən - apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı2 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli 4Ə-696 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin İddiaçı2 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-1/139 saylı mənzilin bağışlanma müqaviləsinin ləğv olunması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tər əfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin əvvəlki mülkiyyətçi İddiaçı2 təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil1) birgə kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin İddiaçı2 iddiasının rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti İddiaçı1 münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə v ə ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İşdən göründüyü kimi İddiaçı1, onun tələbinin təmin olunmadığı halda birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, beləliklə birinci instansiya məhkəməsinin qətnaməsini ona aid hissədə qanuni qüvvəyə minmişdir. Bu hal isə İddiaçı1 MPM-in 403.1-ci maddəsinə əsasən kasssiya şikayəti vermək hüququnu istisna edir. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilm işdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti ona aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsi İddiaçı1 kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi digər İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddəl ərini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 04 noyabr tarixli 2(103)-4281/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti ona aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-484/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-484/2026
24.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver