Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3777/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 9 sentyabr tarixli, 2(103)-4388/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2006-cı il tarixdə tərtib edilmiş və Qusar Rayon Dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 rayonu, Həsənqala kəndində yerləşən sahəsi 12999,37 kv.m. olan torpaq sahəsini Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir. Satıcı torpaq sahəsini 5200 YAM satmış, alıcı isə həmin qiymətə almışdır. 2. 03.06.2011-ci ildən alqı-satqı predmeti olan torpaq sahəsi cavabdehin mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Qusar rayon torpaq şöbəsindən ona verilən JN: 154 kod 30106038 olan 10 may 2000-ci il tarixli v ə Qusar rayon Dövlət Notariat Kontorundan verilən 2V-198 və 2v-197 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ona məxsus olan Qusar rayonunun Həsənqala kəndi ərazisində yerləşən 12999,37 kv.m. torpaq sahəsinin alğı-satqısına dair Qusar rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-ci il tarixdə Dövlət notariusu Y.R.Şəfıyeva tərəfindən təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını və onun əvəzinə saxta imza edənləri və saxta sənədlər tərtib və təqdim edənləri məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, guya xx.xx.2006-cı il tarixdə Qusar rayon torpaq şöbəsindən ona verilən JN:154 kod 30106038 olan 10 may 2000-ci il tarixli və Qusar rayon Dövlət Notari at Kontorundan verilən 2V-198/ və 2v-197/ reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən ona məxsus olan Qusar rayonunun Həsənqala kəndi ərazisində yerləşən 12999,37 kv.m. torpaq sahəni ünvan 1 ünvanında yaşayan Cavabdeh satıb və sözügedən torpaq sahəsinə görə 5200 manat alıb. Bu barədə onların aralarında Qusar rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə Dövlət notariusu Y.R.Şəfiyeva tərəfindən təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlanıb. Bildirir ki, qeyd edilən müqavilə saxtadır, o, belə bir müqavilə bağlamayıb, nə də ki, belə bir müqavilədən xəbəri var. Müqavilənin sonunda “İmzalar” qrafasından da göründüyü kimi, onun ad və soyadının qarşısında olan imza ona məxsus deyil, buna onun şəxsiyyət vəsiqəsinə, həmçinin digər sənədlərinə də nəzər salınsa görmək olar. Əgər zərurət yaransa ekspertiza da təyin etmək olar. Hesab edir ki, onun və Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Qusar rayon torpaq şöbəsindən ona verilən JN:154 kod 30106038 olan 10 may 2000-ci il tarixli və Qusar rayon Dövlət Notariat Kontorundan verilən 2V-198 və 2V-197 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən ona məxsus olan Qusar rayonunun Həsənqala kəndi ərazisində yerləşən 12999,37 kv.m. torpaq sahəsinin alğı-satqısına dair Qusar rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-ci il tarixdə Dövlət notariusu Y.R.Şəfiyeva tərəfindən təsdiq edilmiş müqavilə etibarsız hesab edilməli, onun əvəzinə saxta imza edənləri və saxta sənədlər tərtib və təqdim edənləri məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməlidir.
5. Cavabdeh iddia m üddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın tamamilə əsassız olması ilə yanaşı həmin tələb üzrə iddia müddətinin də ötürülməsi səbəbindən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Qumru Əliyeva) xx.xx.2025-ci il tarixli, e-2(007)-236/2025 nömrəli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisi cəlb edilməklə Cavabdeh qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, JN-154 saylı, Kod 30106038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçıya və valideynlərinə ümumilikdə 1,89 ha torpaq sahəsi məxsus olmuş, daha so nra iddiaçının valideynlərinin ölümündən sonra onların əmlakı iddiaçıya miras qalmışdır. İddiaçı xx.xx.2006-cı il tarixli müqavilələrin hər ikisində JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına, 2V-İ-197 və 2V-İ198 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələri ona məxsus olan əmlakı özgəninkiləşdirmişdir. Özgəninkiləşdirilən əmlakın sahələri də kiçik fərqlərlə eynidir.
8. Məhkəmə bildirmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi müqavilə haqqında 2023-cü ilin avqust ayında məlumat əldə etdiyini bil dirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Mübahisələndirilən müqavilədə göstərilən əmlak JN:154 kod 30İ06038 olan xx.xx.2000-ci il tarixli Dövlət Aktına, xx.xx.2006-ci il tarixli 2V-İ-197 və 2V-İ-198 nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə ona məxsus olmuşdur. Bu səbəbdən məhkəmə iddiaçının müqavilədən, vərəsəlik işindən məlumatsız olması ilə bağlı dəlillərini əsassız hesab etmişdir.
10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisi cəlb edilməklə Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə təmin ed ilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 329.1, 329.2, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 354.1, 354.2, 372.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. B elə ki, işə baxmış birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsini tələb edən iddiaçı, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddəti də ötürmüşdür. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının həmin müqavilədən xəbəri olmamış və iddiaçı müqaviləni imzalamamışdır. İddiaçı müqavilədən xəbər tutan kimi dərhal iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- Məmməd Məmmədov (məruzəçi və sədrlik edən), Kamran Əkbərov və Səməd Cəfərov) 2025-ci il 9 sentyabr tarixli 2(103)-4388/2025 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2025-ci il tarixli qətna mə dəyişdirilmədən saxlanılmışdır.
15. Lakin Rayon Məhkəməsində iddiaçı, iddia ərizəsində qeyd edilənlərdən fərqli olaraq izahat verərək, bildirmişdir ki, müqavilə bağlanılan zaman o, Notariat Kontorunda olmuş, lakin müqavilə onun tərəfindən deyil, onun yanında onun nümayəndəsi tərəfindən imzalamışdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, üzərində iddiaçı ilə cavabdeh arasında xx.xx.2006cı il tarixdə bağlanması qeyd edilmiş həmin “Alğı-satqı müqaviləsindən” görünür ki, müqavilə bağlanmasında satıcı – iddiaçı tərəfindən nümayəndə deyil, iddiaçı özü iştirak etmişdir. Göstərilənləri və işin hallarını nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı, onun adına torpaq sahəsinin olmasından və həmin torpaq sahəsinə dair cavabdeh ilə bağlanmış “Alğı-satqı müqaviləsindən” xəbərsiz old uğunu bildirsə də, bu hal sübuta yetmir. İddiaçı tərəfindən etibarlılığı mübahisələndirilən müqavilənin iddiaçının bildirdiyi əsaslar ilə etibarsız hesab edilməsi üçün əsas yoxdur.
16. İddiaçının bildirdiyi və yuxarıda qeyd edilən iki fərqli mövqedən də fərqli və apellyasiya baxışı zamanı iddiaçının izahatında qeyd edilmiş mövqeyi ondan ibarət olmuşdur ki, həmin müqavilə onun tərəfindən imzalanmış, lakin o, hansı sənədi imzaladığını bilməmişdir. Göründüyü kimi, iddiaçı, iddia tələbinin hüququ əsasını dəyişmişdir. Hal hazırda onun mövqeyi ondan ibarətdir ki, müəyyən şəxslər onu aldadaraq həmin müqavilənin bağlanmasına nail olmuşlar. Məhkəmə qeyd etmişdir ki, MPM-in 372.3-ci maddəsinə görə bu mümkündür. Çünki qeyd edilən prosessual normanın tələbinin mənasına görə, tərəflər ilkin olaraq bi rinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını apellyasiya icraatı zamanı dəyişə bilərlər.
17. Bunu nəzərə alan məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin tələblərinin mənasına görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2.). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədin i, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqd mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3.). Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 339.6.).
18. Göründüyü kimi, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqd məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Amma bu zaman nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçı, onunla cavabde h arasında xx.xx.2006-cı il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinin” onun hər hansı şəxs (şəxslər) tərəfindən aldadılması nəticəsində bağlanmasını sübut etməlidir. Çünki MPM-in tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.).
19. Qeyd edilən prosessual normala rının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddia əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı öz dəlillərinin əsaslı olmasını sübuta yetirə bilmir. Bundan başqa nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə görə, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o özü notariat ofisinə getsə də, xx.xx.2006-cı il tarixli “Alğı-satqı müqaviləsinə” imzalamamış, o orada ola-ola müqaviləni onun nümayəndəsi imzalamışdır. İddiaçının bu izahatından işin hallarına yanaşdıqda müəyyən edilir ki, iddiaçı hüququnun pozulduğunu artıq xx.xx.2006-cı il tarixdə bilirdi. Lakin iş materiallarından görünür ki, o, hazırkı mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi ilə Rayon Məhkəməsinə xx.xx.2024cü il tarixdə müraciət etmişdir. Başqa sözlə, iddiaçı, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 ilik kəsici müddəti ötürmüşdür. Bu baxımdan da qəbul edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2006- cı il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” etibarsız hesab edilə bilməz.
20. İddiaçı, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, müqavilə bağlanan zaman o ailəli idi. Lakin əri də, müqaviləni imzalamamışdır. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2024-ci il tarixli məktubla R ayon Məhkəməsinə təqdim edilmiş 4ə-6-1067 reyestr nömrəli notariat işindən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə ərizə ilə Qusar Rayon Notariat Kontoruna ərizə ilə müraciət edərək, 1,30 ha torpaq sahəsinin (torpaq sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərdə qeyd edilən ölçü bir qədər az, yəni 1,299 ha (12.999,37 kv.metr qeyd edilib) arvadı – hazırkı iş üzrə iddiaçı tərəfindən satılmasına etiraz etmir.
21. Birinci instansiya məhkəməsində verdiyi izahatdan fərqli olaraq apellyasiya icraatı zamanı iddiaçı bildirmişdir ki, “Alğı-satqı müqaviləsi” bağlanan zaman torpaq sahəsinin satılmasına razılıq vermiş şəxs – İlham Kamilov onun əri deyil, onun əri X4 adlı şəxsdir (həmin şəxsin adına verilmiş “Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi” iş materiallarında var. Cild İ. iş v. 2). Bunla bağlı Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən həmin notariat işində olan “Nikah haqqında şəhadətnamədən” görünür ki, iddiaçı ilə X3 xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuşlar. Həmçinin iş materiallarında olan və Qusar Rayon Məhkəməsinin 2(029)- 192/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, iddiaçı ilə Firuz Osmanov xx.xx.2014-cü il tarixdə (yəni mübahisəli müqavilə bağlandıqdan təxminən 8 il sonra) bağlanmışdır. Belə olan halda müəyyən edilir ki, mübahisəli müqavilə bağlanan zaman Firuz Osmanov iddiaçının əri olmamışdır. Göründüyü kimi, iddiaçının müzakirə edilən bu dəlili də, əsassızdır. İddiaçının bildirdiyi həmin dəlil ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2006-cı il tarixdə torpaq sahəsinə dai r “Alğı-satqı müqaviləsi” bağlanan zaman iddiaçının ərinin bu kimi müqavilənin bağlanmasına razılığı tələb olunmurdu. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Belə olan halda müəyyən edilmişdir ki, iddiaçının müzakirə edilən həmin dəlili bu baxımdan da əsassızdır
22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3 və 337.4, 339.2, 339.3, 339.6, 354.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin d əlilləri
23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-nin 152.1, 324.1,354.2, 347.1-ci maddələrinin tələbləri pozulmuşdur. Hazırki iş üzrə qətnamə qəbul edilərkən işdə olan sübutlara düzgün qiymət verilməmiş, təqdim edilən sənədlər tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, hüquq normaları düzgün tətbiq edilməmişdir. Bunun nəticəsində qeyd olunan prosessual hüquq normasının tələbinə tam əməl olunmadığından iddiaçının tərəf olmadığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlinmişdir. Torpaq sahəsi indi də iddiaçının istifadəsində olduğu hndan müqavilənin bağlanmasından xəbəri olmamış, xəbər tutan kimi müddəti ötürmədən iddia qaldırmışdır.
25. MPM-nin 88-ci maddəsinin tələbi pozulmuşdur. Qusar rayon Notariat Kontorunda bağlanmış 05 sentyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsində iddiaçının adından çəkilən imzanın tərəfindən icra olunmadığını bildirmiş və həqiqətin müəyyən edilməsi üçün imzanın yoxlanılmasını xahiş etmişdir. Lakin nə birinci instansiya, nə də apellyasiya instansiyasında imzanın iddiaçıya məxsus olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilm əsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
29. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
30. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
31. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə b ağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
37. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiy yətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
38. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
46. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfində n qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
47. İddia tələbinə apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilmiş, məhkəmə gəldiyi nəticəni tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual normaların pozulduğunu müəyyən etmir.
48. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı apellyasiya instansiyası mərhələsində sonuncu məhkəmə iclasında mübahisələndirilən xx.xx.2006-cı il tarixli müqavilənin onun tərəfindən imzalandığını, lakin aldadılaraq imzalatdırıldığını bildirdiyindən müqavilədəki imzanın ona məxsus olub-olmadığının yoxlanılması üçün iş üzrə xətşün aslıq ekspertizası təyin edilməsinə zərurət olmamışdır.
49. Mübahisələndirilən əqd bağlanarkən iddiaçının aldadılması sübutlarla təsdiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. İddianın əsaslı olduğu sübut edilmədiyindən əqdin mübahisələndirilməsi üçün bir illik kəsici müddətin hansı tarixdən başlandığı ilə bağlı araşdırma aparılmasına zərurət olmamışdır.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4388/2025 nömrəli, 9 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.