Məhkəmə qərarları › İş №2(102)-3678/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3678/2025

23.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3678/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 İddiaçı2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-779/2025-016 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Chevrolet Malibu” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı1 olmuşdur;

2. Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən reyestrdə 7E-1040 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli ƏN-Vİİİ seriyalı 728501 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən, “Chevrolet Malibu” minik markalı **DP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi İddiaçı1 (etibarnamə etibar etmişi etibar etmə qaydasın da verildiyi üçün əvəzinə nümayəndə İddiaçı2 imza etmişdir) tərəfindən Cavabdeh2 1 il müddətinə (xx.xx.2024-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnamə xx.xx.2024-cü il tarixdə qüvvədən düşmüşdür; 3. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı1 (onun adından Cavabdeh2 imza etmişdir) özünə məxsus olan “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 22000 manat müqabilində alıcı Cavabdeh1 satmışdır;

4. Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən reyestrdə 7E2228 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli ƏN-Vİ seriyalı 451507 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən, “Chevrolet Malibu” minik markalı **-DP*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət çi Cavabdeh1 tərəfindən İddiaçı1 5 ay 13 gün müddətinə (xx.xx.2023-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür;

5. Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən reyestrdə 7E-8128 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən, “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Cavabdeh1 tərəfindən İddiaçı2 9 il 11 ay 30 gün müddətinə (xx.xx.2033-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir;

6. Gəncə Şəhər Prokurorluğunun məhkəmə sorğusuna cavab məktubuna əsasən, X8 müraciəti əsasında Gəncə şəhər 1-ci PŞ-nin TB-də HK1/143 nömrəli material toplanmış, həmin material üzr ə araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 7. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 18000 manat müqabilində alıcı X3; 8. xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı X14 “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 17500 manat müqabilində alıcı X2. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 20DP040 dövlət qeydiyy at nişanlı “Chevrolet Malibu” minik markalı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 – 2023-cü ildə maddi vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq, pul götürmək qərarına gəlmişdir. Bu barədə dostları Nadir, Şahmar və Adillə məsləhət etmişdir. Onlar iddiaçı Vüsala bildirmişlər ki, lombarddan avtomobili girov qoymaq şərti ilə borc pul götürə bilər. O dostlarının vasitəsi ilə 2023-cü ilin yay aylarında Cavabdeh1 adlı şəxslə tanış olmuşdur. Dostları Rəfaeli ona borca pul verən şəxs kimi təqdim etdilər. O, Rəfaellə söhbət edərək pulun verilməsinə razılaşmışdır. Həmin vaxt mülkiy yət hüququ üzrə atası İddiaçı1 məxsus olan **-DP-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET MALİBU” minik markalı avtomobilinin girov qoyulması və bankdan pul götürülməsi üçün dostu Cavabdeh2 xx.xx.2024-cü il tarixində etibarnamə vermişlər. Dostu Şahmar həmin gün onunla görüşərək onun pul məsələsini həll etdiyini və avtomobili girov qoyaraq 12500 (on iki min beş yüz) manat məbləğində kredit götürdüyünü bildirərək həmin pulu ona təqdim etmişdir. İddiaçı Vüsal ondan müqavilə və qrafik tələb etmişdir. Şahmar bildirmişdi ki, ayda 1520 manat ödəniş etməklə 1 (bir illik) kreditdir, ödə getsin. Müqaviləyə ehtiyac yoxdur sən ödənişini et, müqavilə təsdiqlənsin, müqavilə və qrafiki təqdim edəcəklər. Sonradan söhbət əsnasında iddiaçı Vüsala məlum olmuşdur ki, Şahmar ondan aldığı etibarnamə əsasında avt omobili pul müqabilində borc bağlananadək Cavabdeh1 adına rəsmiləşdirmiş, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək avtomobili idarə etmək üçün etibarnamə təqdim etmişdir. O və atası Elşən bu məsələ ilə bağlı Cavabdeh2 öz iradlarını bildirmiş və bunla razı olmadıqlarını qeyd etmişlər. Onların arasında mübahisə olduqdan sonra o, Rəfael adlı şəxslə görüşmüş, Rəfael ona bildirmişdir ki, Rəfael onun dostlarına 13500 (on üç min beş yüz) manat pul vermişdir, hazırda onun Rəfaelə 18000 (on səkkiz min) manat borcu var. O, Rəfaelə bildirmişdir ki, ona 12500 (on iki min beş yüz) manat məbləğində pul verilib və o da həmin pulu kredit kimi ödəməyi öhdəsinə götürmüşdür. Ona məxsus avtomobilin addan ada keçirilməsi ilə razı deyil. Onun avtomobilini geri qaytarsın. Rəfael isə bildirmişdi k i, ona etibarnamə təqdim etsin, o da ödənişini etsin. O, 7 ay müddətinə həmin şəxsə 1520 manat məbləğində pulu ödəməyə davam etmişdir. Avtomobili həmin şəxsin adına rəsmiləşdiyi üçün buna məcbur idi. Dəfələrlə Rəfaeldən müqavilə və qrafik verilməsini tələb etməsinə baxmayaraq bugünədək heç bir sənəd ona təqdim edilməmişdir. O, 7 ay ərzində Rəfaelə müqaviləsiz və qrafiksiz 10640 (on min altı yüz qırx) manat məbləğində pul ödəmişdir. Sonradan Rəfaelin yanına gedərək ona 2900 manat pul ödəmək şərti ilə avtomobilini ona qaytarmasını tələb etmişdir. Rafael isə öz növbəsində bildirmişdir ki, onun bu gündən 10000 (on min) manat borcu var, qaytarmadığı təqdirdə avtomobilini satacaq. Bundan sonra, borcu ödəməkdən imtina etmişdir. Avtomobili bir gün də olsun, cavabdehlərin istifadəsində və sərəncamı nda olmamışdır. İddia tələbinə görə, alqı-satqı formal xarakter daşımış və yalan əqd olmuşdur. Avtomobilin rəsmiləşdirilməsi belə qanunsuz olmuş, o cavabdeh və dostları tərəfindən aldadılmışdır. İlkin alqı-satqı müqaviləsində iradə ifadəsi zədələnmiş və istər ilkin, istərsə də, ikinci müqavilədə hüquq subyektlərinin iradə sərbəstliyi ifadə edilməmişdir. Borc verilməsi avtomobilin alqı-satqısı kimi göstərilərək əsassız olaraq varlanmaq niyyəti güdülmüşdür. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdırmalı, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalı, ilkin alqı-satqı müqaviləsinin yalan əqd o lmaqla, əslində götürülmüş pul vəsaitinin qaytarılmasının əsası kimi bağlanması məqsədi ilə bağlanan yalan əqd olmaqla, əhəmiyyətsizliyini müəyyən etməlidir.

11. Cavabdeh1 da iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi, sonradan qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 9800 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə X9 məxsus avtosalonda tanışlıqla "Chevrolet Malibu” markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomaşını 13500 manat nağd pulla almışdır. Həmin gün Cavabdeh2 vasitəçiliyi ilə öz tanışına ayı 1520 manata bir illik sürmək, sonra isə pulu tam ödədikdən sonra özündə tam qalmaq şərti ilə hazırda bu işdə olan İddiaçı2 vermişdir. Bundan sonra Vüsal 4 ay olaraq aralarındakı razılığa görə 1520 manat pulu onun öz tanışı, Cavabdeh2 ödəyib, o isə həmin pulları Şahmardan qəbul etmişdir. Bundan sonrakı növbəti ödənişlər İddiaçı2 Telman oğlu tərəfindən dayandırılmış və yaxın zamanlarda pulu yenidən ödəyəcəyini bildirmişdir. Bu müddətdə İddiaçı2 həmin maşında qəza törətdiyini bilmişdir. Avtomaşın onun adına olduğundan sığorta şirkətindən 3450 manat sığorta pulu almış və həmin pulu növbəti ayların ödənişi kimi qəbul etmişdir. Bundan sonra ödəniş İddiaçı2 tərəfindən tam dayandırılmış və İddiaçı2 ona bildirmişdir ki, “bir az gözlə maşını sataq və sənə yerdə qalmış pulu tam ödəyəcəm”. Ödəniş yenə uzun müddət olmadığından 2024-cü ilin mart a yında İddiaçı2 Telman oğlu onun adına olan avtomaşını dayanacaqdan qaçırdıb apararaq gizlətmiş və ona bildirmişdir ki, “qalmış pulu sənə verməyəcəyəm”. Buna görə o, Daxili İşlər Nazirliyinin “102” Çağrı Xidmətinə zəng edərək ona aid olan avtomaşının tapılıb ona qaytarılması barədə Gəncə şəhər Polis İdarəsində araşdırılmasını xahiş etmişdir. Avtomaşın tapılmadığı üçün yenidən Gəncə şəhər Yol Polis İdarəsinə müraciət etmişdir. Gəncə Şəhər Yol Polis İdarəsinin səyi nəticəsində avtomaşın 2024-cü ilin avqust ayında tapılmış və ona təhvil verilmişdir. Bundan sonra aralarında vasitəçi olan Cavabdeh2 demişdir ki, bu işi yoluna qoysun, sonuncu heç bir köməklik edə bilmədikdə ona bildirmişdir ki, “maşın sənin öz adınadır, apar sat öz pulunu götür”. Sonrakı mərhələdə göstərilən avtomaşını Bakı şəhəri ndə 15500 manata satmışdır. Satmamışdan qabaq avtomobilə 1000 manat xərc çəkmişdir. Özündə apardığı hesablamaya görə İddiaçı2 avtomaşına görə ona 9000 manat pul ödənilib. Aralarındakı razılaşmaya görə Vüsal maşından istifadə etdiyinə və ödənişləri hissə-hissə apardığına görə ona 18000 manat pul ödəməli idi. O, iddiaçılar tərəfindən ona verilən puldan maşının tapılmasına, yaxşı qiymətə satılması üçün çəkdiyi 1000 manat təmir xərclərinə və onların istifadə etdiyi müddətlərdə onun adına gələn cərimələrə və digər əlavə xırda xərclərə görə 5000 manat xərci çıxıbdır. Həmin xərcləri də, hesablamaqla bildirir ki, cavabdehin ona ödəmədiyi pullara və vurduğu zərərə görə əlavə 9800 manat borcu vardır. Ona görə də, ilkin iddia təmin ediləcəyi halda həmin pul iddiaçılardan alınıb ona verilməlidir. Gənc ə Şəhər Polis idarəsi və X24 idarəsində araşdırmalar aparılmış və bu müddətdə ona maddi və mənəvi ziyanlar dəymişdir. Bunun nəticəsində onun əsəbləri və sağlamlığı pozulmuşdur.

13. Gəncə Şəhər Məhkəməsinin (hakim - Fuad Fərhadov) 19 dekabr 2024-cü il tarixli 2(125)-5145/2024 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilməsi, 2016-cı il buraxılışlı, qara metallik rəngli, “Chevrolet Malibu” (minik) markalı, 20-DP040 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış “xx.xx.2023-cü il tarixli avtomobilin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, 2016-cı il buraxılışlı, qara metallik rəngli, “Chevrolet Malibu” (minik) markalı, 20-DP040 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 adına aparılmış nəqliyyat vasitəsinin dövlət qeydiyyatının ləğv olunmas ı, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı2 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, hazırki qətnamə ilə müəyyən edilmiş 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində borc üzrə girov müqaviləsinin qaydalarının tətbiq edilməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, baxılan iş üzrə ilkin iddia tələbi İddiaçı1 mülkiyyətində olmuş avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş şəhadətnamənin ləğv edilməsindən ibarətdir. Qarşılıqlı iddiada isə ilkin iddiaçılardan sözügedən avtomobillə bağlı, eləcə də vurulmuş ziyana görə pulun tutulması tələb edilir.

15. Bu baxımdan həm ilkin və qarşılıqlı iddiaların dəlillərinə ə sasən, habelə hər iki tələb əqdə əsaslandığı üçün işə baxan məhkəmə həm də xidməti vəzifəsinə görə tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmadığını yoxlamalıdır.

16. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərə flərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

17. Baxılan iş üzrə ilkin iddia ərizəsindəki dəlilin qanuni əsasını Mülki Məcəllənin 340.2- ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

18. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2023-cü ilin fevral ayında cavabdeh X4 İddiaçı2 pul götürülməsi məqsədilə, İddiaçı1 mülkiyyət hüququ üzrə ona məxsus olan **-DP-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET MALİBU” minik markalı avtomobili cavabdeh X13 qarşısında girov qoyaraq 125 00 manat məbləğində pul vəsaitini borc götürmüş və beləliklə X13, İddiaçı2 və İddiaçı1 arasında üç tərəfli girov və borc müqavilələri bağlanmışdır.

19. Başqa sözlə, Cavabdeh1 özü qarşılıqlı iddia tələbində, təhqiqat orqanında verdiyi izahatında, eləcə də nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında İddiaçı1 məxsus sözügedən nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin əslində başqa bir müqavilələri (girov və borc müqavilələrini) pərdələmək məqsədi ilə rəsmiləşdirilməsini etiraf etmişdir.

20. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh X13 ilə İddiaçı1 arasında bağlanılan nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında sözügedən nəqliyyat vasitəsinə dair cavabdeh X7 ad ına aparılmış dövlət reyestrindəki qeydin ləğvi barədə ilkin iddia tələbi əsaslıdır və ona görə də, təmin edilməlidir.

21. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlaka dair cavabdeh X7 adına aparılmış daşınar əmlakın dövlət reyestrindəki qeyd törəmə hüquq münasibəti olub, sözügedən alqı-satqı müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair həmin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, törəmə hüquq münasibəti olan mübahisəli nəqliyyat vasitəsinə dair cavabdeh X7 mülkiyyət hüququnun qeydiyyatı və buna uyğun olaraq verilmiş şəhadətnamə əsassızdır və ləğv edilməlidir.

22. Məhkəmə İddiaçı1 və İddiaçı2 X7 xeyrinə 9800 manat pul vəsaitinin tutulması barədə qarşılıqlı iddia tələbini qismən əsaslı hesab etmiş və qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən sözügedən müqavilələr üzrə İddiaçı2 cəmi 12500 manat məbləğində pul vəsaitinin verildiyi, həmin məbləğdən 9530 manat pul vəsaitinin qaytarıldığı işin müəyyən edilmiş halları ilə təsdiq olunur. Belə ki, Cavabdeh1 özü etiraf edir ki, 2023-cü ilin fevral ayında Nadir ona zəng vurub bildirmişdir ki, "dostumuz var, adına olan “Chevrolet Malibu” markalı avtomobili girov qoyub 13500 manat pul götürmək istəyir”. O da Nadirə bildirmişdir ki, “avtomobilini onun adına qeydiyyat edəcək, o da 13500 manat pul verəcək, bir il ərzində hər ay 1520 manat pul ödəyəcək". Nadir də danışmış, onlar da razılaşmışdır. 2023-cü ilin fevral ayının 19-da etibarnamə ilə “Chevrolet Malibu” markalı avtomobili idarə edən Şahmar onunla birlikdə DYP-ya getmiş, “Chevrolet Malibu” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili onun adına qeydiyyat etmiş, sonra o, 13500 manat pulu Şahmara vermiş, avtomobilə görə də İddiaçı2 adına avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Şahmar da bildirmişdir ki, “hər ay 1520 manat ödənişi mən Nadirə verəcəm, Nadir də sizə verər”. Ondan sonra 4 ay müddətində Nadir ona hər ay hissəhissə olmaqla, ümumilikdə 6080 manat pul ödəmişdir. Ondan sonra ona ödəniş olmayanda Nadirlə aralarında söhbətləri olanda məlum olmuşdur ki, onun adına qeydiyyyat olan avtomobil Vüsala məxsusdur. Vüsal avtomobili girov qoyub pul götürüb, həmin pulu da vaxtlı-vaxtında ödəyə bilməmişdir. Sonradan o, bilmişdir ki, Nadir, Şahmar və Adil vasitəçilik etmişlər, avtomobilə görə Şahmar ondan aldığı 13500 manat puldan 12500 manatını Vüsala vermiş, hazırda da ödəniş edə bilməmişdir. Sonradan Vüsal idarə etdiyi, onu n adına olan “Chevrolet Malibu” markalı avtomobillə hadisə törətmişdir. Sığorta şirkəti də hadisə ilə əlaqədar avtomobilə dəymiş ziyana görə ona 3450 manat pul ödəmişdir. O da həmin pulu avtomobilin ödənişinə hesablamışdır. Ona görə də Nadir avtomobilə görə ona ümumilikdə 9530 manat pul ödəmişdir. Ondan əlavə ona ödəniş olmamışdır. Bundan başqa, o, Vüsalı 13500 manat pulu Şahmara verəndən 5 ay sonra tanımışdır. Şahmara verdiyi 13500 manat pula görə də Nadir ona sığortadan alınan pulla birlikdə ümumilikdə 9530 manat pul ödənmişdir. Ona 10600 manat pul verilməmişdir.

23. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh1 sözügedən borc müqaviləsi əsasında qarşılıqlı iddia üzrə cavabdehlərin ona 9000 manat məbləğində pul vəsaiti ödəməli olması barədə dəlilini əsaslandıra bilməmişdir. Qey d edilən borc müqaviləsində qaytarmanın obyektinin borcla yanaşı faiz də olması öz əksini tapmamışdır. Cavabdeh1 tələb etdiyi 9000 manat pul vəsaitinin faiz olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia 800 manat məbləğində maddi ziyan vurulması hissədə də əsassızdır, çünki Cavabdeh1 tərəfindən tələbin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

24. Beləliklə, məhkəmə hesab etmişdir ki, sözügedən borc müqaviləsi üzrə İddiaçı2 X10 2970 manat məbləğində borcu vardır, ona görə də qarşılıqlı iddia həmin hissədə qismən təmin olunmalı, İddiaçı2 X7 xeyrinə 2970 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, İddiaçı2 Cavabdeh1 olan borcunun yalnız 9530 manat qayta rdığını sübut edə bilmiş, borcundan ümumilikdə 10600 manatını qaytardığını sübuta yetirə bilməmişdir.

25. Məhkəmə gəldiyi nəticə üzrə, yəni sözügedən nəqliyyat vasitəsinin İddiaçı1 mülkiyyətinə qaytarıldığını, aralarındakı müqaviləyə əsasən Cavabdeh1 həmin nəqliyyat vasitəsinin üzərində girovsaxlayan (məhdud əşya hüququ) olduğunu nəzərə almaqla həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı qətnamə ilə müəyyən edilmiş 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində borc üzrə girov müqaviləsinin qaydaları tətbiq edilməli, Cavabdeh1 qeyd edilən nəqliyyat vasitəsinin üzərində girov hüququ dövlət yol polisi orqanında qeydə alınmalıdır.

26. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.2, 269.3, 269.5, 270.1, 270.2, 273, 295, 337.1-337.4, 340.2, 739 (hüquq münasibəti yarandığı vaxt qüvvədə olan) və 528-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

27. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin, 2(125)-5145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, iddianın tam təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İşin həqiqi və faktiki halları ondan ibarətdir ki‚ o, xx.xx.2023-ci il tarixdə Gəncə şəhəri “Azərbaycan İnşaat Materialları” mağazasının yaxınlığındakı adı bu işdə digər cavabdeh kimi keçən Gəncə şəhər sakini Cavabdeh2 məxsus avtosalondan “Chevrolet Malibu” markalı dövlət nömrə nişanlı ** DP *** olan avtomaşını 13500 manat nağd pulla almışdır. O, həmin 13500 manat pulu Cavabdeh2 ödəmiş və avtomaşını da ondan təhvil almışdır. Həmin günə qədər maşının sahibi kimi Cavabdeh2 tanımışdır. İddiaçılar Vüsal və İddiaçı1ları tanımamış və görməmişdir. Çünki, maşına dair tam səlahiyyət verən etibarnamə Cavabdeh2 adına olmuşdur. Ona görə də, rəsmiləşməni Cavabdeh2 özü müstəqil şəkildə icra etmişdir. Bundan sonra Cavabdeh2 Rəfaelə ona maşını əvvəlki sahibinə 1 il mü ddətinə sürüb pul qazanmaq üçün icarəyə verməklə, hər ay 1520 manat almaqla, nəticədə 18000 manat pul ödənilməklə onlara verməyi təklif etmişdir. Rəfael 1 il ərzində 4500 manat qazanc əldə edəcəyini nəzərə alaraq həmin təkliflə razılaşmış və Cavabdeh2 zaminliyi ilə maşını onlara, idarə etməyə dair etibarnamə əsasında vermişdir. Qarşılıqlı iddia ərizələrində göstərildiyi kimi Cavabdeh2 vasitəsi ilə, Cavabdeh1 hər ay 1520 manat olmaqla 4 ay müddətində 6080 manat pul almışdır. Həmin 6080 manat 2023cü ilin mart, aprel, may və iyun aylarına aid olmuşdur. Bundan sonra Şahmarın verdiyi məlumata əsasən İddiaçı2 maşını vurdurduğuna görə aylıq ödəməni dayandırmışdır. Bundan sonra Şahmarın təklifi ilə Adil, Nadir və Vüsal onunla görüşmüşlər. Xahiş etmişlər ki, Vüsala bir necə ay vaxt versin ki, Vüsal maşını düzəltdirib sonrakı aylıq ödənişləri ödəməkdə davam etsin. Həmin ərəfədə sığorta şirkətindən maşının qəzası ilə əlaqədar 3450 manat sığorta pulu verilmiş maşın onun adına olduğu üçün pulu o almışdır. Razılaşmışlar ki, həmin sığorta pulunu 2 aylıq ödəniş kimi hesablasınlar. Qalıq pul isə növbəti ayın ödənişindən çıxılmalı idi. Bundan sonra İddiaçı2 maşını 2-3 ay ərzində maşını düzəltdirməmiş, maşın təmirsiz qalmışdır. Təqribən 6 aydan sonra yəni, 2024-cü ilin fevral ayında Vüsalın maşını təmir etdirib sürməsi haqqında məlumat almışdır. 2024-cü ilin fevral ayında 1 illik müddət bitdiyinə görə, mart ayında Şahmar, Nadir, Vüsal və onun atası Elşənlə görüşdə bildirmişdir ki, ona həmin vaxta qədər 9530 manat pul ödənilmişdir, həmin pul nəzərə alınmaqla onlar əlavə 8600 manat qalıq borcla rını ödəməlidirlər. Həmin vaxtı Vüsalgil təklif etmişlər ki, maşını satıb həmin borc pulu ödəyə bilərlər. Onlarla razılaşmışdır. Bundan sonra İddiaçı2 öhdəliyinə əməl etməmiş, avtomobili gizlədərək borcun qalıq hissəsini ödəməkdən boyun qaçırtmışdır. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciət edərək avtomaşının tapılıb ona qaytarılması barədə Gəncə Şəhər Polis İdarəsində araşdırılmasını xahiş etmişdir Gəncə Şəhər Yol Polis İdarəsinin səyi nəticəsində avtomaşın 2024-cü ilin avqust ayında tapılmış və ona təhvil verilmişdir. Daha sonra o, Cavabdeh2 müraciət edərək işin yoluna qoyulmasını xahiş etmiş, o, isə maşının onun (qarşılıqlı iddiaçının) adına olduğuna görə, aparıb satıb pulunu götürməsini təklif etmişdir. Sonrakı mərhələdə həmin avtomaşını satmaq üçün 1000 manatdan a rtıq xərc çəkmiş və 15500 manata satmışdır. İddiaçı2 hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, həmin ərizədə guya maşına görə borcunun 2900 manat olduğunu qeyd etmişdir. Onlar isə qarşılıqlı iddia ərizəsində ondan borclarına görə 9800 manat pul ödəməsini tələb etmişlər. Həmin məbləğin hesabatı aşağıdakı qaydadadır. İddiaçı2 1 illik etibarnamə müddətində hər ay 1520 manat olmaqla 18240 manat pul ödəməli olduğu nəzərə alınmaqla, Şahmarın vasitəsilə 18000 manata razılaşmışlar. Vüsal 4 ay ərzində 1520 manat olmaqla, 6080 manat ödəmiş sonra maşını vurdurduğuna görə pul ödəməmişdir. Maşının sığortasına görə 3450 manat pul almışdır. Bu hesabla Vüsalın 8470 manat borcu qalmışdır. O, maşını götürüb satmaq ərəfəsində, maşının əsaslı təmirinə (mühərrikin yığılması və s.) maşının cərimələrin ödənməs i və sair xərclərə görə 5000 manat xərc çəkmişdir. Məhkəmə baxışı ərəfəsində Moskva şəhərində olduğuna görə xərclərlə əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə, cavabdehlərdən əvvəlki qalıq borclarına görə 9800 manat pul tələb etmişlər. Məhkəmə isə 2970 manat pulun alınmasına dair qərar qəbul etmişdir. Tərəflər arasında ilkin mərhələdə alqı-satqı müqaviləsi baş vermişdir. Belə ki, əvvəl maşının sahibi olmuş İddiaçı1 verdiyi bütün səlahiyyətlərə aid etibarnamə əsasında maşın Şahmarın avtosalonunda olmuş, Cavabdeh1 həmin maşına 13500 manat pulu satıcı Cavabdeh2 ödəməklə maşını almışdır. Həmin maşın rəsmi alqı-satqı müqaviləsi əsasında Dövlət Qeydiyyat İdarəsində onun adına rəsmiləşərək, onun mülkiyyətinə keçmişdir. Bundan sonra Cavabdeh2 ikinci variantı, yəni maşını 1 illik sürmək şərti ilə 18240 manat pul ödənilməsi variantını təklif etmişdir. O, 1 il ərzində 4500 manatdan artıq qazancı olacağını nəzərə alaraq razılaşmışdır. Məhkəmə tərəflərin arasında baş vermiş və razılaşdırılmış alqı-satqı müqaviləsini nəzərə almayaraq, yalnız ikinci variantla razılaşılmış münasibətə uyğun girov hüquq-münasibətlərini əsas götürərək mübahisəni qiymətləndirmişdir. Məhkəmə bu nəticəyə gələrkən işin bütün faktik hallarını aydınlaşdırmamışdır. Bunun üçün məhkəməyə lazım gəlirdi ki, iş üzrə razılaşmanın təşkilatçısı olan Cavabdeh2 ətraflı dindirməklə, eyni zamanda şahid qismində həmin mübahisənin məhkəməyə qədər araşdırmalarında iştirak etmiş Adil və Nadir adlı şəxsləri dindirməklə ziddiyyətli məqamları aydınlaşdırsın. Məhkəmə həmin şəxsləri dindirmədiyinə görə, iş üzrə mühüm ə həmiyyətli faktlar aydınlaşdırılmamış hesab edilməlidir.

29. Apellyasiya məhkəməsi tərəfindən X14 və Tağıyev Fuad Fəxrəddin oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar.

30. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - X15 (sədrlik edən və məruzəçi), X12 və X5 ibarət tərkibdə) 1 avqust 2025-ci il tarixli 2(104)-779/2025016 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(125)5145/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2023-cü ilin fevral ayında Cavabdeh1 İddiaçı2 pul götürülməsi məqsədilə, İddiaçı1 mülkiyyət hüququ üzrə ona məxsus olan **-DP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobili Cavabdeh1 qarşısında girov qoyaraq (avtomobilə dair Şahmar adlı şəxsin adına baş etibarnamə verilmiş, o da həmin etibarnamə əsasında avtomobili Cavabdeh1 satmışdır; həmin alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə yalançı əqd kimi bağlandığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş avtomobil qeydiyyat şəhadətnaməsi ləğv edilmişdir) 12500 manat məbləğində pul vəsaitini borc kimi götürmüşdür. Tərəflər belə razılığa gəlmişlər ki, İddiaçı2 ona verilmiş 12500 manat vəsait müqabilində Cavabdeh1 12 ay müddətinə hər ay 1520 manat ödəniş edəcək (12 x 1520=18240). **-DP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” mark alı avtomobil Cavabdeh1 adına qeydə alınsa da, lakin avtomobil faktiki olaraq İddiaçı2 və İddiaçı1 sahiblik və istifadəsində olmuş, hətta Cavabdeh1 tərəfindən avtomobilə dair İddiaçı1 adına 5 ay 13 gün müddətə (xx.xx.2023-cü il, saat 23:59-dək) etibarnamə verilmişdir; xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə əsasında İddiaçı2 avtomobilə dair 9 il 11 ay 30 gün müddətinə (xx.xx.2033-cü il, saat 23:59-dək) etibar edilmiş, həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bundan sonra, İddiaçı2 dörd ay müddətində hər ay Cavabdeh1 1520 manat verməklə, 6080 manat ödəmiş, həmçinin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 3450 manat sığorta ödə nişi verilmiş, tərəflərin razılaşması ilə həmin vəsait Cavabdeh1 tərəfindən qəbul edilmiş və verilmiş vəsaitin silinməsinə yönəldilmişdir. Daha sonra İddiaçı2 ödəməyi üzərinə götürdüyü pul vəsaitini vaxtlı-vaxtında ödəmədiyindən Cavabdeh1 xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında borcun təminatı kimi girov qoyulmuş “Chevrolet Malibu” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 18000 manat müqabilində alıcı X3. O, satışdan əldə edilmiş vəsaitdən girov qoyan İddiaçı1 hər hansı vəsait qaytarmamışdır. Daha sonra isə, xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında həmin avtomobil satıcı X14 tərəfindən 17500 manat müqabilində alıcı X1. Hazırda qarşılıqlı iddiaçı Cavabdeh1 borcalan İddiaçı2 ona borclu qaldığını i ddia edir və borcun ödənilməsini tələb edir.

32. İlk növbədə qeyd edilməlidir ki, yuxarıda da göstərildiyi kimi hazırkı apellyasiya baxışı çərçivəsində qətnamənin qanuniliyi və əsaslılığı yalnız qarşılıqlı iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Çünki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia qismən təmin edilmiş və qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Qətnamədən yalnız qarşılıqlı iddiaçı apellyasiya şikayəti vermişdir.

33. Yəni, apellyasiya baxışının predmetini qarşılıqlı iddiaçının apellyasiya şikayəti üzrə qarşılıqlı iddianın təmin edilməmiş hissəsinin araşdırılması təşkil etmişdir. Başqa sözlə, qarşılıqlı iddianın təmin edilmiş hissəsində işin hallarının araşdırılması apellyasiya baxışının predmetini təşkil etməmişdir. Bu halda apellyasiya baxışının predmeti olmayan məsələ üzrə araşdırma aparılmır.

34. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

35. Məhkəmə kollegiyası yoxlanılan (qarşılıqlı iddianın təmin edilməmiş hissəsi) hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

36. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, cavabdeh İddiaçı2 2023cü ilin fevral ayında qarşılıqlı iddiaçı Cavabdeh1 pul götürülməsi məqsədilə, atası olan digər cavabdeh İddiaçı1 mülkiyyətindəki **-DP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobili qarşılıqlı iddiaçı Cavabdeh1 qarşısında girov qoyaraq (avtomobilə dair Şahmar adlı şəxsin adına baş etibarnamə verilmiş, o da həmin etibarnamə əsasında avtomobili Cavabdeh1 satmışdır; həmin alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə yalançı əqd kimi bağlandığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş avtomobil qeydiyyat şəhadətnaməsi ləğv edilmişdir) 12500 manat məbləğində pul vəsaiti borc kimi götürmüşdür. Tərəflər belə razılığa gəlmişlər ki, cavabdeh İddiaçı2 ona verilmiş 12500 manat vəsait müqabilində qarşılıqlı iddiaçı Cavabdeh1 12 ay müddətinə hər ay 1520 manat (faiz hesablanmaqla) ödəniş edəcək (12 x 1520=18240). Lakin, kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı cavabehlərə verdiyi pul vəsaitinə görə cavabdehlərdən faiz borcu tələb etməkdə haqlı deyildir.

37. Kollegiya nəzərə almışdır ki, hazırkı iddia üzrə tələb iddiaçının vermiş olduğu pulun cavabdehlərdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı i ddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc və əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

39. İşdən müəyyən edilir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 20 fevral 2023-cü il tarixdə yaranmışdır (həmin gün avtomobilə dair Şahmar adlı şəxsin adına baş etibarnamə verilmiş, o da həmin etibarnamə əsasında avtomobili Cavabdeh1 satmışdır). Bu halda məsələ hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş hüquq normalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin əvvəlki redaksiyasının 740.1-ci maddəsində deyilirdi ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Məcəllənin 740.2-ci maddəsində isə deyilirdi ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

40. Göstərilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarət olmuşdur ki, 12500 manat vəsaitin borca verilməsi ilə bağlı tərəflər arasında yazılı kredit müqaviləsi bağlanmamışdır. Həmin vəsait şifahi müqavilə əsasında verilmiş və həmin vəsaitin qaytarılması ilə bağlı iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin borc hüquq münasibətlərindən bəhs edən 739-cu maddəsi təşkil edir. 3000 manat borc məbləğinin şifahi kredit müqaviləsi əsasında verilməsi mülki qanunvericiliyin tələbləri baxımından yolveriləndir. Lakin, 12500 manat borc məbləğinin borca verilməsi ilə bağlı yazılı kredit müqaviləsi bağlanmadığından işin halları Mülki Məcəllənin 740.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Başqa sözlə, iddiaçı tərəfindən cavabdehə verilmiş vəsaitin miqdarı 3000 ma natdan çox olduğundan və vəsaitin verilməsinə dair tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanmadığından iddia olunan məbləğ cavabdeh İddiaçı2 tərəfindən hər hansı hüquqi və müqavilə əsası olmadan əldə edilmişdir ki, bununla da cavabdeh İddiaçı2 iddiaçının (məhrum olanın) hesabına həmin məbləğdə əsassız varlanmışdır.

41. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları əsas götürülməlidir; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

42. Nəzərə alınmalıdır ki, əsassız varlanmadan əmələ gələn mübahisə qanundan irəli gəlir və bu qəbildən olan mübahisələr üzrə əsassız varlanma obyektinə (pul məbləğinə) faiz borcu ödənilməsi nəzərdə tutulmur.

43. Kollegiya vurğulamağı zəruri saymışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həll edərkən yaranmış mübahisənin xarakterini düzgün müəyyən etməmiş və mübahisənin borc öhdəlik hüquq münasibətlərindən qaynaqlandığı qənaətinə gəlmişdir. M addi hüquq normasının düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğv edilməsi əsası kimi prosessual qanunvericilikdə nəzərdə tutulsa da, lakin kollegiya mahiyyət etibarı ilə düzgün gəlinmiş nəticəni formal əsaslara görə ləğv edilməsini zəruri hesab etmir və məhkəmənin diqqətinə çatdırır ki, hər bir mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərin həqiqi məzmunu müəyyən edilərək qətnamə işə aid olan maddi hüquq normaları ilə əsaslandırılmalıdır.

44. Bununla belə, işin halları əsasında məlum olur ki, qarşılıqlı iddiaçının cavabdeh İddiaçı2 verdiyi vəsaitdən 9530 manat pul vəsaiti qarşılıqlı iddiaçıya qaytarılmışdır. Belə ki, kollegiyanın iclasında qarşılıqlı iddiaçı Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, cavabdeh İddiaçı2 dörd ay müddətində hər ay 1520 manat verməklə, 6080 manat ödəmiş, həmçinin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 3450 manat sığorta ödənişi verilmiş, həmin vəsait onun tərəfindən qəbul edilmiş və cavabdehlərə vermiş olduğu vəsaitin qaytarılmasına (silinməsinə) hesablanmışdır.

45. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri saymışdır ki, qarşılıqlı iddiaçı Cavabdeh1 **-DP-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobilin tapılmasına, yaxşı qiymətə satılması üçün 1000 manat təmir xərclərinə və onların istifadə etdiyi müddətlərdə onun adına gələn cərimələrə və digər əlavə xırda xərclərə görə 5000 manat xərci çıxdığını iddia edərək həmin vəsaitin cavabdeh İddiaçı2 tutulmasını tələb etsə də, lakin bu barədə məhkəməyə sübut təqdi m edilmədiyindən kollegiya həmin hisədə qarşılıqlı iddiaçının tələbini əsassız saymışdır.

46. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh İddiaçı2 qarşılıqlı iddiaçı Cavabdeh1 ödəməli olduğu 12500 manat vəsaitdən 9530 manat hissəni ödəmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh İddiaçı2 (12500-9530=2970) qalıq 2970 manat vəsaitin tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

47. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq yoxlanılan hissədə qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmənin həmin hissədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin y oxlanılan hissədə ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 269.1, 269.3, 270.1, 273, 295, 385.1, 425.1, 442, 528, 739.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

49. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-779/2025 nömrəli qətnaməsini ləğv edib, yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edəsiniz.

50. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Mə cəllənin 269.1, 269.3, 270.1, 273, 295, 385.1, 425.1, 442, 528 739.1, 1091 və 1092.1-ci və Mülki Prosessual Məcəlləsinin 88, 217.3, 372.1, 372.6 və 372.7-ci maddələrinə istinad edilərək, onunla əsaslandırılmışdır ki, apellyasiya kollegiyası iddia tələbinin qanuni əsası kimi, əsassız varlanma ilə bağlı maddi hüquq normalarını tədbiq etmişdir. Hesab edirlər ki, apellyasiya məhkəməsi tərəflərin arasında yaranmış mübahisənin xarakterini əsassız varlanma kimi qəbul etməklə düzgün nəticəyə gəlməmişdir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və y a müqavilə əsası olmur.

51. Tərəfləra rasında yaranmış hazırki mübahisənin faktiki gercəkliyi ondan ibarət olmuşdur ki, tərəflər öz aralarında şifahi kredit müqaviləsi bağlamaqla(qanunla bağlanması yazılı formada tələb edilsə də) cavabdeh tərəf olan Cavabdeh1 13500 manat pulunu Şahmarın vasitəsi ilə İddiaçı2 vermiş, əvəzində 1 il müddətində ondan verdiyi puldan 4500 manat artıq olmaqla 18240 manat almaq niyyətində olmuşdur. İddiaçı2 həmin şifahi müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, 4 ay müddətində hər ay 1520 manat olmaqla 6080 manat pul qaytarmışdır. Bundan sonra İddiaçı2 maşını vurduğuna görə aylıq ödəmələri dayandırmışdır. Əlavə olaraq maşının vurulması ilə bağlı sığorta şirkəti Cavabdeh1 3450 manat sığorta pulu ödəmişdir. Bu hesabla İddiaçı2 Cavabdeh1 cəmi 9500 manat pul ödəmiş, onun 8600 manat borcu qalmışdır. Bundan sonra Cavabdeh1 maşının təmirinə əlavə xərclər çəkdiyi üçün, o, məhkəmə ilkin iddia təmin ediləcəyi halda iddiaçıdan 9800 manat pul tələb etmişdir. Birinci instansiya məhkəməsi qaytarılacaq məbləği 2970 manat miqdarında qəbul etmişdir. Apellyasiya Məhkəməsi də, həmin məbləğlə razlaşmışdır. Nəticədə ödənilməli olan məbləğ tərəflərin razılaşma şərtlərinə uyğun deyil, ödənilmiş ilkin məbləğdən, yəni 13500 manatdan 1000 manat az olmaqla, 12500 manata münasibətdə təmin edilmişdir. Apellyasiya Məhkəməsi də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, İddiaçı2 verilmiş 12500 manat puldan 9530 manatın qaytarıldığını nəzərə alaraq 2970 manat qalığın Cavabdeh1 ödənilməsi barədə nəticəni düzgün hesab etmişdir. Hesab edirik ki, həmin nəticə tərəflərin razılaşma şərtlərinə uyğun olmadığından qəbul edilə bilməz. Çünki Cavabdeh1 həriki tərəfin tanışı olan Şahmarın vasitəciliyi ilə 13500 manat nəğd pul verməklə, 1 ilərzində hissə-hissə 18240 manat pul alacağı barədə tərəflərin 3-cü tərəfi olan Şahmarın vasitəsi ilə razılığa gəlmələri işin mübahisələndirilməyən halıdır. Ona görə də, birinci instnsiya məhkəməsinin və apellyasiya məhkəməsinin müxtəlif maddi hüquq normalarına əsaslanmaqla, gəldikləri nəticə Cavabdeh1 zərərə düşməsi ilə nəticələnən ədalətsiz mövqe olduğuna görə qəbul edilə bilməz

52. Apellyasiya Məhkəməsi tərəfindən həmin prosessual hüquq normalarının tələblərinə düzgün əməl edilməmişdir. Apellyasiya Məhkəməsi bizim apellyasiya şikayətlərininn tələbini səhv müzakirə etmiş, qətnamənin 45-ci bəndində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız qarşılıqlı iddiaçı (yəni Cavabdeh1) apellyasiya şikayəti vermiş, qətnaməni qarşılıqlı iddiaya dair hissədə (qarşılıqlı iddianın təmin edilməmiş hissəsində) mübahisələndirmişdir. Ona görə də, apellyasiya kollegiyası qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Kollegiyanın gəldiyi nəticə onların apellyasiya şikayətinin dəlillərinə uyğun deyildir. Belə ki, onların apellyasiya şikayətinin dəlilləri və apellyasiya şikayəti üzrə tələbləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilkin iddianın tam təmin edilməməsinə (ilkin iddianın rədd edilməsinə) dair yeni qətnamə çıxarılmasından ibarət olmuşdur. Apellyasiya şikayətləri qətnamənin ləğv edilib, ilkin iddianın tam təmin edilməməsinə dair yeni qətnam ənin çıxarılmasından ibarət olduğuna görə, məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbinə əsasən Qətnamənin qanuniliyini tam yoxlamalı idi. Ona görə hesab edirlər ki, məhkəmə yuxarıda qeyd etdikləri prosessual hüquq normalarının tələblərinə əməl etməyərək, qətnamənin qanuniliyini tam yoxlamamaqla prosessual pozuntuya yol vermişdir.

53. Hesab edirlər ki, MPM-nin 88 və 217.3-cü maddələrinin tələbinə məhkəmə tərəfindən düzgün əməl edilməmişdir. Məhkəmə işin faktiki hallarını və iş üzrə tərəflərin təqdim etdiyi sübutları düzgün qiymətləndirməmişdir. Qiymətləndirmə düzgün deyildir, çünki tərəflərin həmin şərtlərlə qarşılıqlı razılaşmasında qanuna zidd əməl olmamışdır. Qanunvericilik 3000 manatdan yuxarı kredit müqaviləsinin yazılı qaydada bağlanmasını tələb etsə də, tərəflərin heç biri bu qaydaya əməl etmədiklərini mübahisələndirmədiklərinə görə, onların arasındakı şifahi razılaşma müqaviləsi məhkəmə tərəfindən qəbul olunmalı olduğu halda, qəbul olunmamışdır. Ona görə də, hesab edirlər ki, apellyasiya məhkəməsi yuxarıda qeyd etdikləri prosessual hüquq normalarının tələblərinə əməl etməməklə, sübutları düzgün qiymətləndirməmiş, nəticədə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 zərərə düşməsi ilə nəticələnən ədalətsiz qərar qəbul etmişdir.

54. Kassasiya şikayətinə etiraz verilməmişdir.

55. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tağıyev Fuad Fəxrəddin oğlu kassasiya məhkəməsinə izahat göndərərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-779/2025-016 №-li qətnaməsini tamamilə ləğv edib, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmə sini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

56. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

57. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

58. Maddə 1092.1(birinci cümlə). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

59. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.

60. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

61. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

65. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

66. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2 Apell yasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

70. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

71. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

73. Belə ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin, 2(125)-5145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, iddianın tam təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş və apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin idd iaya aid hissəsi üzrə də dəlillər qeyd edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdiyini göstərmiş və birinci instansiya məhkəməsinin qətnaməsini yalnız qarşılıqlı iddiaya aid hissədə yoxlamışdır.

74. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini düzgün müəyyən etməmişdir.

75. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazl arda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

76. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında qeyd edilir ki, hədlərə qiymət verməmişdən öncə ilk növbədə apellyasiya qaydasında verilən şikayətin obyekti və predmeti aydınlaşdırılmalıdır.

78. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, apellyasiya instansi yası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.

79. Göründüyü kimi, qərarda qətnamənin tərəflərin mübahisələndirmədiyi və beləliklə də onun əsaslılığı şübhə altına alınmayan hissədə ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilmişdir.

80. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadının 22-ci bəndində qeyd edilmişdir ki, apellyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 və 372.7-ci maddəsinə əsasən apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi istinad edilən prosessual normalar və bununla bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından hesab etmişdir ki, mübahisə predmetinin bölünməz olduğu hallar istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin yoxlaması şikayətin obyekti ilə, yəni qətnamənin mübahisələndirilən hissəsi ilə məhdudlaşsa da, məhkəmə hə min hissədə şikayətin predmetini təşkil edən maddi hüquq normasının pozuntusu ilə bağlı irəli sürülmüş dəlillərlə bağlı olmayıb, ondan kənara çıxma hüququna malik olmaqla mübahisələndirilən hissənin tam şəkildə təkrar hüquqi qiymətləndirilməsini keçirməlidir. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsinə gəldikdə isə məhkəmə bu halda qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, qətnaməni bütövlükdə və şikayətin dəlillərindən kənara çıxmaqla yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 382.2.1 - 387.2.7-ci maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməs inə şərtsiz əsasdır. Eyni zamanda, digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin mübahisələndirilməyən hissəsində yoxlanılması tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur.

81. Apellyasiya məhkəməsinin 15 aprel 2025-ci il tarixli məhkəmə iclasının protokoluna əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ona 13500 manat pul verildiyini bildirib. Bu qeyd edilən hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsində (22-ci bəndində) əks etdirilmişdir. Lakin ape llyasiya məhkəməsi qətnaməsinin əsaslandırma hissəsində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 12500 manat verildiyini qeyd etmiş, İddiaçı2 məhkəmə iclasında ona 13500 manat verildiyini bildirdiyi halda nəyə görə 12500 manat verildiyi qənaətinə gəldiyini apellyasiya məhkəməsi əsaslandırmamışdır.

82. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 106.10-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

83. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sist eminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

84. Yuxarıda qeyd edilənlərlə müəyyən edilir ki, apellyasiya məhkəməsi apelyasiya baxışının hədlərini düzgün müəyyən etməməklə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını prosessual hüquq normalarının tələbinə uyğun yoxlamamış, apellyasiya şikayətində qeyd edilmiş dəlillərin hamısına müfəssəl hüquqi qiymət verməmiş, sübutların qiymətləndirilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbini pozmuş, bu isə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnm işdir.

85. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

86. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, z iddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

87. Ona görə də cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-779/2025 nömrəli, 1 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.

88. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

89. Göstərilənlərə əsasən və A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-779/2025 nömrəli, 1 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar