Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3654/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdlər, təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi, onun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(106)-823/2025 nömrəli, 20 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətinə 15 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 dəfələrlə borca pul götürmüşdür.
2. İddiaçı mülkiyyətində olan “Chevrolet Niva” minik markalı, tünd gümüşü boz rəngli, 2005-ci il buraxılışlı, **-RM-*** qeydiyyat nişanlı avtomobili (bundan sonra – mübahisəli avtomobil) Cavabdeh1 xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında vermiş, etibarnamənin 1 il müddətə, yəni xx.xx.2024-cü il saat 23:59-dək qüvvədə olması göstərilmişdir. Etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. 3. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satq ı müqaviləsinə əsasən İddiaçı (müqaviləni etibarnamə əsasında Cavabdeh1 imzalamışdır) mübahisəli avtomobili Cavabdeh1 arvadı - Cavabdeh2 satmışdır.
4. Mübahisəli avtomobilin mülkiyyətçisi hazırda Cavabdeh2dır. 5. 02.09.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 barəsində qanuni tədbir görülməsi üçün toplanmış material üzrə Cavabdeh1 və Cavabdeh2 əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş mübahisəli avtomobi lin Cavabdeh1 verilmiş etibarnamə əsasında onunla Cavabdeh2 arasında bağlanmış avtomobilin özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında törəmə sənəd olan Cavabdeh2 adına mübahisəli avtomobilin qeydiyyata alınmasına dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və qeydiyyatın onun adına qaytarılması, mübahisəli avtomobilin cavabdehlərdən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlər bir-birilərini əvvəlcədən tanımışlar, iddiaçı arabir ehtiyacı olduqca bir neçə dəfə cavabdehlərdən borca pul götürmüşdür. Əvəzində isə 6-7 ildə əmək haqqı kartı cavabdehlərdə olmuş və onlar iddiaçının əmək haqqını çıxararaq borcundan çıxmışlar. Cavabdehlər həmin borca o qədər sələm əlavə hesablamışlar ki, 20000 manatdan çox pul ödəsə də borcu bitməmişdir. Sonuncu dəfə iddiaçı götürdüyü pulları qaytarsa da 1500 manat faiz borcu qalmışdır. Cavabdehlər iddiaçını pulu ödəməyə məcbur etdiklərindən iddiaçı özünə məxsus mübahisəli avtomobili cavabdehlərə girov qoymağı, borclu olduğu pulu əldə edən kimi avtomobilini geri qaytaracağı barədə razılaşmışlar. İddiaçı bununla bağlı Cavabdeh1 etibarnamə vermişdir ki, cavabdeh qanuni yolla müvəqqəti olaraq avtomobili girov kimi saxlaya bilsin. Bir müddət sonra iddiaçı pulu taparaq qaytarmaq üçün cavabdehlərə müraciət etmiş, cavabdehlər isə borcunun 5200 manat olmasını demişlər. İddiaçı həmin gün Cavabdeh1 verdiyi etibarnaməni notarial qaydada ləğv etdirmişdir. Cavabdehlər tez tələsik iddiaçıya məxsus mübahisəli avtomobili Cavabdeh2 adına qeydiyyata aldırmışlar. Yəni Cavabdeh1 dolayı yolla etibarnamə əsasında ona etibar edilmiş əmlakı 2/1 hissədə öz mülkiyyətinə keçirmişdir. Cavabdehlər bunu bilə-bilə etmişlər. Çünki iddiaçı Cavabdeh1 verdiyi etibarnaməni xx.xx.2023-cü il tarixdə ləğv etdiyi gün cavabdehlər avtomobilə dair aralarında alqı-satqı etmişlər. Bu da qanunvericiliyin tələblərinə ziddir. İddiaçı cavabdehə avtomobili satmağa, özgəninkiləşdirməyə razılıq verməmişdir. Yalnız borc götürdüyü puldan qalan 1500 manata görə avtomobili girov qoymuşdur. Cavabdeh iddiaçıya 3000 manat pul verməsinə dair qəbz məhkəməyə təqdim etmiş, lakin iddiaçı həmin pulu ödəmişdir. Həmin halı cavabdeh Beyləqan rayon polis şöbəsində araş dırma aparılarkən etiraf etmiş, həmin fakt cinayət işinin başlanmasının rədd olunmasına dair qərarda öz təsdiqini tapmışdır.
8. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə əvvəlcədən tanış olmuşlar. Bir neçə dəfə iddiaçı ondan borca pul istəmiş, o, da iddiaçıya borc pul vermişdir. 3000 manat borca görə təqdim etdiyi qəbzdə göstərilən pulu iddiaçıya 2020-ci ildə vermiş, iddiaçı həmin pulu ona qaytarmışdır. Həmin qəbzi işə əlavə etməkdə məqsədi həqiqətən də iddiaçı ilə münasibətinin olması və iddiaçının əvvəllər də ondan borc götürməsini sübut etməkdən ötrü olmuşdur. İddiaçı göstərmişdir ki, onun əmək haqqı kartından pul çıxarmışdır. Onun həmin kartı arvadı ilə lotereya oynaması ilə bağlı arvadında olmuşdur. İddiaçı növbəti dəfə 20 23-cü ilin əvvəllərində onun evinə gəlmiş, işə düşdüyünü və tutulacağını deyərək ondan 3700 manat borc pul istəmiş və işini həll edib pulu qaytaracağını bildirmişdir. O, həmin vaxt iddiaçıya 3700 manat pul vermişdir. Bir müddət sonra iddiaçı yenidən onun yanına gəlmiş, dostunun bankdan 2000 manat pul götürüb ona verəcəyini demiş və həmin şəxsə verilməsi üçün ondan 1500 manat pul istəmişdir. O, iddiaçıya pulu olmadığını demiş, dostuna görə iddiaçıya pul verməmişdir. Bundan sonra o, iddiaçıdan borc verdiyi 3700 manat pulu istəmişdir. Həmin vaxt iddiaçı ona məxsus mübahisəli avtomobili satıb pulunu verəcəyini demişdir. İddiaçıdan avtomobili neçəyə satacağını soruşmuş, iddiaçı 5500 manata satmaq istədiyini bildirmişdir. Həmin avtomobili 5200 manata razılaşıb iddiaçıdan almaq istədiyi bildirmiş dir. İddiaçı razılaşmış və o, həmin vaxt əlavə olaraq iddiaçıya 1500 manat pul vermişdir. Bundan sonra iddiaçı ona 200 manat pul qaytarmış, 3700 manatı borcuna hesablamış, 5000 manat pul müqabilində avtomobili ona satmaqla bağlı baş etibarnamə vermişdir. İddiaçıya demişdir ki, pulunu gətirib verərsə avtomobili ona qaytara bilər. Bundan sonra iddiaçı avtomobili onların həyətinə qoymuşdur. Hətta o, iddiaçıya yaxşılıq etmiş, işə gedib-gəlməsi üçün avtomobili bir müddət istifadə etmək üçün ona vermişdir. Lakin iddiaçı pulu gətirə bilməmişdir. Hətta onunla Bakı şəhərinə gedib bir qadından pul alıb ona verəcəyini bildirmiş, Bakı şəhərində bir müddət gözləmişlər, iddiaçıya pul verilməmişdir. Bundan sonra iddiaçı “Allah xeyrinizi versin, get avtomobili sat pulu götür” demişdir. O, xx.xx.2023-cü il tarixdə avtomobili arvadı ilə alqı-satqı etmiş, sonra isə əməliyyat olunmasına pula ehtiyacı olduğu üçün etibarnamə ilə başqa şəxsə satmışdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh2 eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)-600/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğundan rədd edilmişdir (hakim Ramiz Nurullayev).
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mülkiyyətində olan mübahisəli avtomobili Cavabdeh1 etibarnamə əsasında vermişdir. Etibarnamə 1 il müddətə yəni, xx.xx.2024-cü il saat 23:59-dək qüvvədə olmuşdur. Həmin etibarnamənin verilməsinə səbəb iddiaçının Cavabdeh1 borc pul alması olmuşdur. İddiaçının nümayəndəsinin həmin borcun tam məbləği barədə məlumatı olmamış, iddiaçının həmin avtomobili 1500 manat faiz borcuna görə girov qoyduğunu göstərsə də, məhkəmə onun həmin izahatını inandırıcı hesab etməmişdir. Bu halda məhkəmə cavabdehlərin izahatlarını, yəni iddiaçıya 3700 manat borc pul vermələri, iddiaçının avtomobili borc müqabilində Cavabdeh1 verməsi və Cavabdeh1 buna görə əlavə iddiaçıya 1500 manat pul verməsi barədə izahatlarını daha inandırıcı hesab etmişdir. Çünki iş materiallarından da görünmüşdür ki, tərəflər avtomobili 5200 manata qiymətləndirmiş, öz aralarında razılığa gəlmiş, Cavabdeh1 əlavə 1500 manat iddiaçıya vermiş, iddiaçı həmin pulun 200 manatını ona qaytarmış və ümumilikdə 5000 manat məbləğlə borcun əvəzləşdirilməsi həyata keçirilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus mübahisəli avtomobil Cavabdeh2 satılmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mübahisəli avtomobilin mülkiyyətçisi Cavabdeh2dır. İddiaçının Cavabdeh1 verdiyi etibarnaməyə isə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının həmin tarixdə etibarnaməni ləğv etməsini bilən Cavabdeh1 həmin tarixdə avtomobili arvadının adına alqı-satqı etməsi barədə izahatını da məhkəmə inandırıcı hesab etməmişdir. Əgər etibarnamə əvvəlcədən ləğv olunsaydı və ya ona xitam verilsəydi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Pol is İdarəsində bu barədə məlumat olardı və avtomobilin alqı-satqısı həyata keçirilməzdi. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı Cavabdeh1 xx.xx.2023-cü il tarixdə həmin avtomobilin alqı-satqısı barədə məlumatı olduqdan sonra etibarnaməni ləğv etdirmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, hazırda Cavabdeh1 borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, borc əvəzinə avtomobilin ona verilməsi ilə razılaşmışdır. Hətta Cavabdeh1 borcu ona qaytardığı təqdirdə avtomobili iddiaçıya qaytarması barədə ona bildirdiyini də göstərmişdir.
14. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 385, 386, 438, 540, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işi araşdırarkən sübutlara düzgün qiymət verməyərək işin faktiki hallarını araşdırmadan, heç bir əsaslandırma aparmadan iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Bütün bu hallardan həqiqətən verilmiş etibarnamənin avtomobili girov məqsədilə verildiyi məhkəmə üçün tam olması mümkün sayılsa da məhkəmə iddianı rədd etməklə sübutları görm əzdən gəlməklə sübutlara düzgün qiymət verməmişdir. Halbuki tərəflər arasında olan razılaşma avtomobilin cavabdehin adına keçirilməsini istisna edirdi. Əgər iddiaçının elə bir niyyəti olsaydı özü cavabdehlə alqı-satqı müqaviləsi bağlayardı. İddiaçının həmin əqddən imtina etməsi həmin gün etibarnamənin ləğv etməsində ehtiva olunur. Cavabdehin qanunsuz hərəkəti isə həmin gün etibarnamə sistemdə görünənə kimi iş saatı başlayan kimi səhər saat 9-da avtomobili qanunsuz olaraq öz mülkiyyətinə keçirməkdə ehtiva olunur. Yəni cavabdeh iddiaçının avtomobilini geri qaytarmaq istəyini bilə-bilə avtomobilə qəsdən sahib olmuşdur. Həmin sübut məhkəmə tərəfindən cavabdehin xeyrinə qanunsuz olaraq təfsir edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən avtomobilə məxsus texniki pasportların dəyişilməs ini müəyyən etmiş, həmin dəyişilmənin hansı hüquqi akt əsasında iddiaçının və cavabdehin birgə iradə ifadəsi nəticəsində bağlanmış müqavilə əsasında aparıldığını müəyyən etməli idi. Məhkəmə avtomobili pulun qarşılığında verilməsi qənaətinə gəlsə də iddiaçı tərəfin iddiaçının əmək haqqı kartının cavabdeh tərəfdə uzun müddət saxlandığını borcun tam ödənildiyini bildirməsi və bununla bağlı sübutların əldə edilməsi məqsədilə banka sorğu verilməsi vəsatətinin lazım olmamasını məhkəmə iclasında bildirmişdir. Halbuki məhkəmə belə bir sübutu əldə etməsinə maraqlı olsaydı həmin vaxt iddiaçının cavabdehə iddia olunan məbləğin 4-5 qatının ödənilməsini müəyyən etmiş olardı.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1503/2024 nömrəli mülki iş üzrə 12 dekabr 2024-cü il tarixli qə tnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov).
19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir.
20. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə olan borcuna görə özünə məxsus olan mübahisəli avtomobili cavabdehin girovluğuna vermişdir. Belə ki, iddiaçının iddiasına görə o, cavabdehə olan 1500 manat borcuna görə öz avtomobilini girov olaraq cavabdehin saxlancına vermişdir.
21. Lakin iddiaçı mübahisəli avtomobilin cavabdehə girov olaraq verməsini hər hansı mötəbər sübutla sübut edə bilməmişdir. Yəni iddiaçı ilə cavabdeh arasında mübahisəli avtomobilin cavabdehin girovluğuna verilməsi ilə bağlı hər hansı yazılı razılaşma yoxdur. Əgər iddiaçı belə bir razılaşmanın şifahi olaraq əldə edildiyini düşünürdüsə də, cavabdeh onunla iddiaçı arasında belə bir razılaşmanın olmasını qəti inkar etmişdir. Belə olduğu halda da sübutetmə yükünün paylanması baxımından avtomobilin borc qarşılığında cavabdehin girovluğuna verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki, iddiaçı da bunu sübut edə bilməmişdir. Yəni, iddiaçı özünə məxsus avtomobili cavabdehlərə girov qoymağı, borclu olduğu pulu əldə edən kimi avtomobilini geri qaytaracağı barədə cavabdehlə razılaşmasını sübut edə bilməmişdir.
22. Bununla yanaşı kollegiya qeyd etmişdir ki, əgər iddiaçı avtomobili cavabdehin girovluğuna saxlanması üçün verirdisə bunun üçün iddiaçı cavabdehə avtomobilə dair baş etibarnamə deyil, həmin “avtomobilin yalnız idarə edilməsinə dair” etibarnamə verər bilərdi. Belə olduğu halda cavabdeh heç bir halda qeyd edilən avtomobili özgəninkiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlər edə bilməzdi. Lakin hazırkı halda işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında məhz mübahisəli avtomobilin alqı-satqısına dair əqd bağlanmışdır.
23. Kollegiya belə nəticəy ə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında əslində mübahisəli avtomobillə bağlı alqı-satqı müqaviləsindən ibarət əqd mövcud olmuş və bu əqd iddiaçının həqiqi və real iradə ifadəsini əks etdirmişdir.
24. Apellyasiya şikayətinin ikinci dəlilinə - iddiaçının əmək haqqı kartının cavabdehdə olması və həmin kartdan cavabdeh tərəfindən pulların çıxarılması – münasibətdə Kollegiya qeyd etmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin apellyasiya baxışında işin obyektiv və qərəzsiz araşdırılması məqsədilə iddiaçının vəsatəti ilə iddiaçının (Fin kod: xxxxxxx, AA*******) "xxxx" ASC-də olan 41697414-4319-7288 nömrəli Bank kartında olan vəsaitlərin 2023-cü ilin yanvar ayından 2023cü ilin iyul ayınadək olan dövr ərzində kart hesabından kim tərəfindən hansı məbləğd ə vəsaitin çıxarılması (videogörüntü və ya fotoşəkillər əlavə edilməklə) barədə məlumat verilməsi və zəruri sənədlərin təsdiq edilmiş surətlərini Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş edilmiş, sorğuya cavab verilsə də həmin dövrdə pul vəsaitlərinin kim tərəfindən çıxarılması müəyyən edilməmiş, iddiaçı tərəfindən də belə sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus əmək haqqı kartının “Bir bank” kartı daima onun özündə olmuşdur.
25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 324, 337, 340, 385, 386, 404, 438, 540, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şər h edilməsinə dair” 2 aprel 2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi etibarnamənin yalnız müvəqqəti istifadə üçün verildiyini və cavabdehin bu məhdudiyyətə məhəl qoymayaraq əmlakı öz adına rəsmiləşdirdiyini görməzdən gə lmişdir. Etibarnamənin ləğv edildiyi gün bağlanmış müqavilə, iddiaçının razılığı olmadan əmlakın qanunsuz şəkildə alqı-satqısına səbəb olmuşdur. Mülki Məcəllənin 350-ci maddəsinə əsasən, əqd bağlamaq hüquqları məhdudlaşdırılmışsa və digər tərəf bu məhdudiyyətləri bildiyi halda həmin əqd bağlanarsa, bu əqd mübahisələndirilə bilər. Apellyasiya instansiya məhkəməsi, iddiaçının sübut təqdim etmədiyini göstərsə də, əslində, etibarnamənin ləğv edilməsi ilə müqavilənin bağlanma tarixi eyni günə təsadüf edir. Bu, iddiaçının həmin müqavilənin bağlanmasına razı olmadığını və mülkiyyət hüququndan zorla məhrum edildiyini göstərir. Lakin hər iki instansiya məhkəməsi bunu görməzdən gəlmişdir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi özü barəsində əqd bağlaya bilməz. Cavabdeh1 verilmiş etibar naməyə əsasən əmlakın yarısını öz adına rəsmiləşdirmək üçün əqd bağlayaraq qanunu pozmuşdur. Məhkəmələr isə bu qanun pozuntusunu Mülki Məcəllənin aidiyyəti olmayan hüquq normaları ilə pərdələməyə çalışmışlar.
28. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-899/2025 nömrəli mülki iş üzrə 11 mart 2025-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1503/2024 nömrəli, 12 dekabr 2024cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər – Aqil Abbasov (məruzəçi), Əhməd Nurməmmədov və Rəşad Həsənov).
29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etməmişd ir.
30. Kollegiya qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki əsaslardan görünür ki, o, müqavilənin etibarsız sayılmasının əsası kimi Cavabdeh1 şəxsən özü barəsində əqd bağlamasına istinad etmişdir.
31. Tələbin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı-qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.
32. Mülki Məcəllənin 337.1-ci maddəsin ə görə də bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Buna görə də Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulan məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd, yəni təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqd elə həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.
33. Nəzərə alınsa ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır, belə olan halda, təmsilçinin (Cavabdeh1) təmsil edilənin (iddiaçının) adından öz arvadı Cavabdeh2 ilə iddiaçıya məxsus avtomobilin alqı-satqısı barədə bağladığı müqavilə Mülki Məcəllənin 359.3-cü maddəsinin birinci cümləsinin təsiri alına düşür.
34. Həmçinin məhkəmə kollegiyası onu da xüsusi olaraq diqqət ə çatdırmışdır ki, təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqd heç də bütün hallarda etibarsız sayıla bilməz. Belə ki, təmsilçinin özü barəsində əqd bağlamasına dair Mülki Məcəllənin 359.3-cü maddəsində qadağa məqsədinə zidd şəkildə də tətbiq edilməməlidir. Hüquq nəzəriyyəsində hakim olan mövqeyə görə də, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə, Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.
35. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqları nı və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı.
36. Lakin işdən görünmüşdür ki, birinci instansiyası məhkəməsi iddianı rədd edərkən, nəinki mübahisəni qeyd edilən normaların kontekstində araşdırmamış, mübahisənin həllində Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqini istisna edən halların mövcud olub-olmamasına qiymət verməmiş, ümumiyyətlə, təmsilçinin (Cavabdeh1) təmsil edilənin (iddiaçının) adından öz arvadı Cavabdeh2 ilə bağladığı müqavilənin özü barəsində bağlanmış əqd olmasına da əhəmiyyət verməmişdir.
37. Başqa bir hal ondan ibarət olmuşdur ki, birinci instansiya mə hkəməsi iddianı rədd edərkən cavabdehlərin izahatlarını, yəni iddiaçıya 3700 manat borc pul vermələri, iddiaçının avtomobili borc müqabilində Cavabdeh1 verməsi və Cavabdeh1 buna görə iddiaçıya əlavə 1500 manat pul verməsi barədə izahatlarını daha inandırıcı hesab etmiş, iş materiallarına əsasən tərəflərin avtomobili 5200 manata qiymətləndirməsi barədə öz aralarında razılığa gəlmələri, Cavabdeh1 iddiaçıya əlavə 1500 manat verməsi, iddiaçının həmin pulun 200 manatının ona qaytarmasının təsdiq edilməsinə və ümumilikdə 5000 manat məbləğlə borcun əvəzləşdirilməsinin həyata keçirilməsinə istinad etmişdir.
38. Buna münasibətdə Kollegiya qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya 3700 manat borc pul vermələri, iddiaçının avtomobili borc müqabilində Cavabdeh1 verməsi və sonradan Cavabdeh1 avtomobili n alqı-satqısına görə iddiaçıya əlavə 1500 manat pul verməsi halının təsdiq edilməsini göstərən birinci instansiya məhkəməsi bunun hansı sübutla müəyyən edilməsinə aydınlıq gətirməmişdir. Buna görə də bu halın nə ilə müəyyən olunması nə işdən, nə də qətnamədən görünməmişdir. Halbuki işin halları sübutlar və onların prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilməsi ilə müəyyən edilir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı özü cavabdehlərə 3700 manat borcunun olması, avtomobilə görə əlavə 1500 manat almasını birmənalı şəkildə rədd etmişdir. Belə olan halda, etirazlarında istinad etdikləri halın sübut edilməsi vəzifəsi cavabdehlərin üzərinə düşsə də, onların buna dair hər hansı sübut verməsi işdən görünməmişdir.
40. Buna baxmayaraq, birinci instansiya məhkəmə si cavabdehlərin iddiaya etirazda göstərdikləri, heç bir sübutla təsdiqini tapmayan halları işin müəyyən edilmiş halı kimi müəyyən etmişdir.
41. Bundan əlavə, Cavabdeh1 da iddiaya etirazında göstərmişdir ki, iddiaçı 2023-cü ilin ondan 3700 manat borc pul istəmiş və işini həll edib pulu qaytaracağını bildirmişdir. O, həmin vaxt iddiaçıya 3700 manat pul vermişdir. Bir müddət sonra iddiaçı yenidən onun yanına gəlmiş, dostunun bankdan 2000 manat pul götürüb ona verəcəyini demiş və həmin şəxsə verilməsi üçün ondan 1500 manat pul istəmişdir. O, iddiaçıya pulu olmadığını demiş, dostuna görə iddiaçıya pul verməmişdir. Bundan sonra o, iddiaçıdan borc verdiyi 3700 manat pulu istəmişdir. Həmin vaxt iddiaçı özünə məxsus olan mübahisəli avtomobili satıb pulunu verəcəyini demişdir. İddiaçıdan avtomobili neçəyə satacağını soruşmuş, iddiaçı 5500 manata satmaq istədiyini bildirmişdir. Həmin avtomobili 5200 manat razılaşıb iddiaçıdan almaq istədiyi bildirmiş, iddiaçı razılaşmış və o, həmin vaxt əlavə olaraq iddiaçıya 1500 manat pul vermişdir. Bundan sonra iddiaçı ona 200 manat pul qaytarmış, 3700 manatı borcuna hesablamış, 5000 manat pul müqabilində avtomobili ona satmaqla bağlı baş etibarnamə vermişdir. İddiaçıya demişdir ki, pulunu gətirib verərsə, avtomobili ona qaytara bilər. Bundan sonra, iddiaçı avtomobili onların həyətinə qoymuşdur. Hətta o, yaxşılıq etmiş, işə gedib-gəlməsi üçün avtomobili bir müddət istifadə etmək üçün iddiaçıya vermişdir. Lakin iddiaçı pulu gətirə bilməmişdir. Hətta onunla Bakı şəhərinə gedib bir qadından pul alıb ona verəcəyini bildirmiş, Bakı şəhərində bir müdd ət gözləmişlər, iddiaçıya pul verilməmişdir. Bundan sonra iddiaçı “Allah xeyrinizi versin, get avtomobili sat pulu götür” demişdir. O, xx.xx.2023-cü il tarixdə avtomobili arvadı ilə alqı-satqı etmiş, sonra isə əməliyyat olunmasına görə pula ehtiyacı olduğu üçün etibarnamə ilə başqa şəxsə satmışdır.
42. Kollegiya qeyd etmişdir ki, Cavabdeh1 iddiaya etirazındakı dəlillərdən də etibarnamənin verilməsi ilə tərəflər arasında ilkin olaraq avtomobilin satılması barədə razılıq olması barədə birmənalı nəticəyə gəlmək mümkün deyil. Əksinə, cavabdehin etirazında göstərdikləri – pulunu gətirib verərsə, avtomobili ona qaytara bilər. Bundan sonra, iddiaçı avtomobili onların həyətinə qoymuş, hətta o, yaxşılıq etmiş, işə gedibgəlməsi üçün avtomobili bir müddət istifadə etmək üçün iddiaçıya vermişdir – idd iaçının dəlillərinin əsassız olmamasına yönələn dəlillər olmuşdur. Lakin buna əhəmiyyət verilməmiş, iddia tələbi iddiaçı və cavabdehlərin dəlilləri əsasında qarşılıqlı şəkildə qiymətləndirilməmişdir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 540.1-ci maddəsinə əsasən borcun əvəzləşdirilməsinin həyata keçirilməsi barədə gəldiyi nəticə də işin müəyyən edilmiş hallarına uyğun gəlmir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdehlərin iddiaçıya 3700 manat borc pul vermələri, iddiaçının avtomobili borc müqabilində Cavabdeh1 verməsi və Cavabdeh1 buna görə iddiaçıya əlavə 1500 manat pul verməsi halı hər hansı sübutla təsdiqini tapmadığı halda Mülki Məcəllənin 540.1-ci maddəsinin tətbiqi də düzgün olmamışdır.
44. Mülki Məcəllənin 540.1-ci maddəs inə görə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən normanının dispozisiyasından da görünür ki, tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilməsi o halda mümkündür ki, iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmış olsun.
45. Kollegiya qeyd etmişdir ki, bu normanın hazırkı işə tətbiq edilməsi üçün əvvəlcə tərəflər arasında qarşılıqlı olaraq hansı öhdəlik olması, onların həcmi və icra müddətinin çatıb-çatmaması müəyyən edilməli idi. Lakin belə bir hal müəyyən edilməyib, cavabdehlərin iddiaçının onlara 3700 manat borcunun olması, mübahisəli avtomobilə almaq üçün iddiaçıya əlavə olaraq 1500 manat pul vermələri iddiaçı tərəfindən təkzib edilm işdir.
46. Həmçinin qeyd edilmişdir ki, iddiaçı Cavabdeh1 verdiyi etibarnamənin qüvvəsinə xx.xx.2023-cü ildə xitam vermiş, eyni zamanda iddiaçının adından alqı-satqı müqaviləsini də həmin etibarnamə əsasında Cavabdeh1 xx.xx.2023-cü ildə bağlamışdır. İddiaçının dəlillərinə görə cavabdehlər bunu onun etibarnaməni ləğv etmək istəməsindən xəbərdar olduqları üçün etmişlər.
47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, etibarnamənin ləğv edilmə günü ilə həmin etibarnamə əsasında müqavilənin bağlanma günün üst-üstə düşməsi iddiaçının dəlillərinin yoxlanmasını zəruri edirdi. Bunun üçün birinci instansiya məhkəməsi cavabdehləri nəyə görə məhz xx.xx.2023-cü ildə alqı-satqı etmələri ilə bağlı sorğu-sual etməli, tərəflərin bu tarixdən əvvəlki münasibətlərinə, etibarnamənin ləğv olunma saatı ilə müqaviləni n bağlanma saatına, Cavabdeh1 etibarnamənin ləğv edilməsindən və ya iddiaçının bu barədə niyyətindən xəbərdar olub-olmamasına aydınlıq gətirməli idi. Lakin işdən görünmüşdür ki, iddiaçının bu dəlili, ümumiyyətlə, hər hansı araşdırmadan kənarda qalmışdır.
48. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi də qeyd edilən hallara qiymət verməmiş, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərə əhəmiyyət verməyərək, eyni səhvi təkrarlamışdır. Halbuki iddiaçı iddia ərizəsinin məzmununa uyğun əsaslandırdığı apellyasiya şikayətində digər dəlillərlə yanaşı, həmin halları da qeyd etmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi işin halına təsir edəcək həmin dəlilləri diqqətdən qaçırmış, şikayətin əsasən başqa dəlillərinə qiymət vermiş, iddiaçının cavabdehə avtomobilə d air baş etibarnamə deyil, həmin “avtomobilin yalnız idarə edilməsinə dair” etibarnamə verə bilməsini göstərməklə yetərlənmişdir. Halbuki əks məntiqlə yanaşılsa, cavabdeh üçün borcunun qaytarılmasının təminatı kimi də daha etibarlı vasitə “avtomobilin yalnız idarə edilməsinə dair” deyil, “baş” etibarnamə ola bilərdi.
50. Buna görə də yuxarıda şərh edilənlər baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. İşin yuxarıda sadalanan qeyri-müəyyən hallarına aydınlıq gətirilmədiyi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslılığına qiymət verə bilməmişdir.
52. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 340, 359, 404, 540-cı maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
53. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, yaranmış zərurət ilə əlaqədar olaraq iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli 7E-2261 reyestr nömrəli etibarnamənin təsdiq olunduğu tarix, həmin etibarnaməyə xitam verilmə tarixi və saatı, habelə ona “Mobil Notariat” tətbiqi vasitəsi ilə xitam verilməsi üçün edilmiş müraciətin tarixi və saatı barədə müraciətə baxılmışdır. Bildirilmiş ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən iddiaçı tərəfindən sözügedən etibarnamə xx.xx.2023-cü il tarixdə saat 17:44-də “El ektron notariat” informasiya sisteminə daxil edilərək təsdiq edilmişdir. Qeyd olunan etibarnaməyə xitam verilməsi üçün “Mobil Notariat” tətbiqi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 12:56:34-də ərizə ilə müraciət edilmiş və həmin tarixdə saat 13:12:40-da Ağsu rayon notariat ofisinin xüsusi notariusu tərəfindən xitam verilmişdir.
54. Apellyasiya baxışında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixində cavabdehin yaşadığı ünvana getdiyini, avtomobili bazarda satmağı və borcun ödənilməsindən sonra qalan məbləği özündə saxlayacağını təklif etdiyini qeyd etmişdir. İddiaçı əlavə etmişdir ki, ertəsi gün gecə saatlarında elektron notariat sistemi vasitəsilə verilmiş etibarnaməyə xitam vermişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh həmin etibarnamədən istifa də etməklə avtomobili üçüncü şəxsə satmışdır. Notariat orqanı ilə əlaqə saxladıqda, ona bildirilmişdir ki, etibarnaməyə xitam verilməsi barədə məlumat sistemdə tam qeydə alınmadan cavabdeh əməliyyatı reallaşdırmışdır. Beləliklə, cavabdehlər iddiaçıya məxsus avtomobili onun iradəsi xaricində başqa şəxsə satmışlar.
55. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmiş, bildirmişdir ki, iddiaçının bir il ərzində 1500 manat məbləğində borcu qaytarması mümkünsüz deyildi. İddiaçının cavabdehə daha yüksək məbləğdə borcu mövcud olmuşdur. İddiaçı istifadəsində olan avtomobili özü sataraq həmin borcu ödəyə bilərdi. 1500 manat borca görə avtomobilin cavab dehə təhvil verilməsi ağlabatan deyil.
56. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-823/2025 nömrəli iş üzrə 20 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin olunması, iddiaçının mülkiyyətində olmuş mübahisəli avtomobilin Cavabdeh1 verilmiş etibarnamə əsasında onunla Cavabdeh2 arasında bağlanmış özgəninkiləşdirmə predmetli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən Cavabdeh2 adına tərtib olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, qeydiyyatın iddiaçının adına bərpa olunmaqla qaytarılması, mübahisəli avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması qət ed ilmişdir (hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Mirlətif Sadıqov).
57. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, etibarnamə əsasında bağlanmış əqd, əslində təmsilçi tərəfindən öz şəxsi mənafeyi naminə həyata keçirilmiş və təmsil olunanın hüquqlarına xələl gətirən mahiyyət daşıyır. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlaya bilməz. Bu norma, təmsil edilənin maraqlarının qorunması məqsədilə yaradılmışdır. Təmsilçi eyni əqd münasibətində həm bir tərəf kimi, həm də digər tərəfdən təmsil edən şəxs kimi iştirak etdikdə, burada mənafe toqquşması riski yaranır və hüquqi baxımdan balans pozulur. Çünki belə halda təmsilçi öz marağını təmsil edilənin mənafeyindən üstün tuta bilər.
58. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah dövründə əldə edilmiş əmlak ər-arvadın birgə mülkiyyəti sayıldığından, əgər təmsilçi avtomobili həyat yoldaşının adına rəsmiləşdiribsə, bu artıq öz xeyrinə edilmiş əqd sayılır. Bu isə, birbaşa 359.3-cü maddənin pozulması deməkdir. Mülki Məcəllənin 337.1-ci maddəsi ilə bağlılıq da buradan doğur; çünki qanunla müəyyən edilmiş şərtlər pozulmaqla bağlanmış əqd etibarsız sayılmalıdır.
59. Kollegiya qeyd etmişdir ki, bəzi hallarda təmsilçi öz barəsində təmsil edilənin adından əqd bağlaya bilər. Bu istisnalar aşağıdakı hallarda mümkündür: birincisi, əgər təmsil edilən şəxs açıq şəkildə təmsilçiyə bu hüququ veribsə; ikincisi, əqd təmsil olunanın maraqlarına zidd deyilsə; üçüncüsü, təmsil edilən bağlanmış əqdi sonradan bəyənmişsə. Ancaq i ddiaçı tərəfindən bu iş üzrə belə bir razılıq və ya bəyənmə mövcud deyil, əksinə iddiaçı mülkiyyətində olan avtomobilin alqı-satqısından xəbərsiz olmuş, etibarnaməni notariat qaydada ləğv etmiş və bununla bağlı real iradəsini ifadə etmişdir. Əlavə olaraq, cavabdehlərin təqdim etdiyi heç bir sənəddə iddiaçının bu əqdi əvvəlcədən səlahiyyətlə təmin etdiyini və ya sonradan razı olduğunu göstərən sübut olmamışdır.
60. Məhkəmə kollegiyası qeyd etmişdir ki, AR Ədliyyə Nazirliyinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli rəsmi məktubda göstərilən məlumatlar təmsilçilik münasibətinin hüquqi taleyinin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyətə malikdir. Sözügedən sənədə əsasən xx.xx.2023-cü il tarixində saat 17:44-də təsdiq edilmiş etibarnaməyə “Mobil Notariat” tətbiqi vasitəsilə xx.xx.2023 -cü il tarixdə saat 12:56:34-də xitam verilməsi üçün müraciət edilmiş və həmin gün saat 13:12:40-da etibarnamənin hüquqi qüvvəsinə notariat qaydasında rəsmi şəkildə son qoyulmuşdur.
61. Maraqlı və hüquqi cəhətdən xüsusilə diqqətçəkən hal isə ondan ibarət olmuşdur ki, avtomobilin cavabdehlər tərəfindən özgəninkiləşdirilməsi məqsədilə bağlanmış alqısatqı müqaviləsi də məhz həmin gün, yəni xx.xx.2023-cü ildə həyata keçirilmişdir. Beləliklə, təmsil səlahiyyətinə xitam verilən tarixlə əqdin bağlanma tarixi eyni gündə baş verdiyindən, burada ciddi hüquqi ziddiyyət meydana çıxır: konkret olaraq sual yaranır ki, həmin əqd bağlandığı zaman etibarnamə artıq ləğv edilmişdirmi, yoxsa hələ qüvvədə idimi? Əgər etibarnamə artıq qüvvədən düşmüşdürsə, bu halda təmsilçinin bağladığı əqd hüquqi nəticə doğura bilməz və hüquqi əsasdan məhrum sayılmalıdır. Əgər hələ qüvvədə idisə belə, bu halda bağlanmış əqd təmsilçinin öz mənafeyi naminə bağladığı əqd sayıldığından Mülki Məcəllənin 359.3-cü maddəsinə uyğun olaraq etibarsız sayılmalıdır.
62. Ortada olan vaxta bağlı faktiki üst-üstə düşmələr, yəni bir tərəfdən etibarnaməyə xitamın verilməsi üçün ərizənin verilmə və xitamın rəsmiləşdirilməsi saatı, digər tərəfdən isə müqavilənin bağlanma saatı, birinci instansiya məhkəməsi tərəfindən dərinləşdirilmiş araşdırmaya cəlb edilməli idi. Məhkəmə tərəflərə bu barədə suallar verməli, əqdin bağlandığı konkret saatı müəyyənləşdirməli, cavabdehlərin etibarnamənin ləğvindən əvvəl və ya sonra bu əqd münasibətini rəsmiləşdirib-rəsmiləşdirmədiyini araşdırmalı, beləliklə, təmsil səlahiyyətinin hüquqi qüvvəsinin da vam edib-etmədiyini qiymətləndirməli idi. Lakin bu cür təhlil aparılmamış, iddiaçının bu xüsusdakı dəlilləri ümumiyyətlə nəzərə alınmamışdır.
63. Digər tərəfdən, Cavabdeh1 iddiaya etirazında təqdim etdiyi izahat da müəyyən hüquqi ziddiyyətlər və qeyri-müəyyənliklər ehtiva etmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, iddiaçı 2023-cü ildə ondan 3700 manat borc istəmiş və həmin məbləğ ona verilmişdir. Sonradan iddiaçı əlavə olaraq dostu üçün 1500 manat tələb etmiş, cavabdeh bu pulu vermədiyindən 3700 manatlıq ilkin borcun qaytarılmasını istəmiş və nəticədə iddiaçı avtomobilini satacağını bildirmişdir. Cavabdehin təqdim etdiyi versiyaya görə, avtomobilin 5500 manatlıq təxmin edilmiş bazar dəyəri əsasında 5200 manata razılaşılıb, əlavə 1500 manat daha verilmiş və nəticədə 5000 manat ümumi qiy mət müqabilində avtomobilin ona satılmasına dair baş etibarnamə təqdim olunmuşdur.
64. Kollegiya qeyd etmişdir ki, bütün bu izahatlara baxmayaraq, cavabdehin təqdim etdiyi hadisələr ardıcıllığı bir sıra ziddiyyətləri özündə ehtiva edir. Əvvəla, etibarnamənin verilməsi ilə tərəflər arasında ilkin mərhələdə əslində avtomobilin alqı-satqısı deyil, girov mahiyyətli hüquqi münasibətin qurulduğu aydın olur. Cavabdehin özü də qeyd etmişdir ki, avtomobil iddiaçının tələbi ilə cavabdehin həyətində saxlanılmış, bəzən isə iddiaçının istifadəsinə verilmişdir. Bu hal, avtomobilin tamamilə və qəti şəkildə mülkiyyət hüququ ilə özgəninkiləşdirilməsinin baş vermədiyini, əksinə, müvəqqəti və şərtli hüquqi münasibətin qurulduğunu göstərir.
65. Eyni zamanda cavabdehin izahatında keçən "əgər pulu gətirərsə, av tomobilini geri qaytaracağam" kimi ifadələr, həmin əqdin şərtli xarakter daşıdığını sübut etmişdir. Əgər əqd tam hüquqi əsaslarla alqı-satqı münasibətlərinə əsaslanmış olsaydı, avtomobil artıq cavabdehin mülkiyyətində sayılmalı və iddiaçının hər hansı şərt əsasında onu geri qaytarması hüquqi baxımdan mümkün olmamalı idi. Həmçinin, cavabdeh iddiaçının “Allah xeyrinizi versin, get avtomobili sat” dediyini iddia etmişdir. Bu isə yalnız ehtimal və emosional səciyyəli izahdır və yazılı sübutla təsdiqlənmir. Üstəlik, bu tip qeyri-rəsmi ifadələr əqdin hüquqi qüvvəsini təsdiqləyə bilməz.
66. Cavabdehin izahatının sonunda o, bildirmişdir ki, xx.xx.2023-cü il tarixində avtomobili arvadı ilə alqı-satqı etmiş və sonra üçüncü şəxsə satmışdır. Bu hal da təsdiq etmişdir ki, cavabdeh etibarnaməni formal o laraq öz maraqları üçün istifadə etmiş, mübahisəli əmlakı əvvəlcə arvadının, sonra isə üçüncü şəxsin adına keçirərək təmsil edilənin əmlakını dolayı yolla özgəninkiləşdirmişdir.
67. Kollegiya qeyd etmişdir ki, cavabdehin izahatında avtomobilin satılmasına dair konkret, qəti və hərtərəfli razılaşmanın mövcudluğu barədə birmənalı nəticəyə gəlmək mümkün deyil. Əksinə, təqdim olunan ardıcıllıqda təmsilçinin sadəcə bir müvəqqəti girov münasibətindən sui-istifadə edərək öz adına və ya ailə üzvünün adına əmlakı keçirtdiyi, beləliklə də Mülki Məcəllənin 359.3-cü maddəsinə zidd şəkildə hərəkət etdiyi aydın görünür. Eyni zamanda cavabdehin etirazındakı ifadələr - “pulunu gətirərsə avtomobili qaytaracağam”, “müvəqqəti istifadəsinə verdim”, “yaxşılıq etdim” və s. əqdin alqı-satqı əqdi kimi qiymətləndi rilməsinin mümkünsüz olduğunu, əksinə iddiaçının təqdim etdiyi dəlillərin əsassız olmadığını göstərir.
68. Kollegiya qeyd etmişdir ki, digər tərəfdən, cavabdehlər tərəfindən borcun əvəzləşdirilməsi məsələsinə istinad edilmişdir. Onlar iddiaçının əvvəlcə 3700 manat borc aldığını, sonradan isə əlavə 1500 manat verilməklə avtomobilin alındığını bildirirlər. Lakin cavabdeh tərəfindən bu öhdəliklərin mövcudluğunu və həcmini təsdiq edən heç bir yazılı sübut işə təqdim edilməmişdir. Əgər borc münasibəti varsa, bu zaman onun mahiyyəti, hansı tarixdə verildiyi, hansı şərtlərlə verildiyi və hansı sənədlərlə sübuta yetirildiyi məlum olmalıdır. Halbuki iş materiallarında belə bir sübut yoxdur və iddiaçı bu məbləğləri aldığını təkzib edir.
69. Borcun əvəzləşdirilməsi məsələsi Mülki Məcəllənin 540.1-ci maddəsinə əsaslanır. Həmin maddəyə görə yalnız o halda əvəzləşdirmə mümkündür ki, tərəflər arasında qarşılıqlı tələblər olsun və bu tələblərin hər ikisinin icra müddəti çatsın. Bu şərtlər bu iş üzrə mövcud deyil. Çünki qarşılıqlı tələblərin olduğu sübut olunmayıb. Belə olan halda bu normanın tətbiqi yolverilməz sayılmalı və məhkəmə tərəfindən həmin hüquqi yanaşmadan imtina edilməli idi.
70. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bütün bu hallarla yanaşı, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı da ciddi hüquqi pozuntuya yol verdiyi görünür. Mülki Prosessual Məcəllənin tələbinə əsasən, məhkəmə qərar qəbul edərkən sübutların hansı əsasla işin hallarını sübuta yetirdiyini açıq şəkildə əsaslandırmalıdır. Bu işdə isə sübutların necə qiymətləndirildiyi, cavabdehləri n izahatlarının hansı əsasla daha inandırıcı sayıldığı barədə qətnamədə heç bir hüquqi əsaslandırma göstərilməmişdir. Halbuki məhkəmə sübutların tədqiqini, onların bir-biri ilə müqayisəsini, sübut yükünün hansı tərəfin üzərində olduğunu və həmin sübutun etibarlılıq dərəcəsini açıq şəkildə göstərməli idi.
71. Bu işin təhlili və sübutlara qiymət vermə prinsiplərinə əsasən belə nəticəyə gəlmək mümkündür ki, bağlanmış əqd təmsil səlahiyyətlərindən sui-istifadə nəticəsində, etibarsız sayılması üçün bütün hüquqi və faktiki əsaslar mövcud olduğu halda bağlanmışdır. Bu baxımdan, mübahisəli avtomobilin cavabdehlərə keçməsi ilə nəticələnən əqdin etibarsız sayılması, həmin müqavilə əsasında tərtib olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması və avtomobilin ilkin sahibinə, yəni iddiaçıya qaytarılması hüquqi baxımdan zəruridir.
72. Kollegiya hesab etmişdir ki, iddiaçının mülkiyyətində olmuş nəqliyyat vasitəsinin Cavabdeh1 verilmiş etibarnamə əsasında onunla digər Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi təmsil səlahiyyətlərindən sui-istifadə nəticəsində bağlandığından, mülki hüquq prinsiplərinə, xüsusən də Mülki Məcəllənin 359.3 və 337.1-ci maddələrinin tələblərinə ziddir və etibarsız hesab edilməlidir. Eyni zamanda, həmin müqavilə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi də, hüquqi əsası olmayan əqddən törədiyi üçün etibarsız hüquqi nəticə kimi qiymətləndirilməli və ləğv edilməlidir. Buna görə də, nəqliyyat vasitəsinin qeydiyyatı bərpa olunaraq, iddiaçının, ilkin mülkiyyətçisi iddiaçının adına bərpa ed ilməli, mübahisəli avtomobil cavabdehlərdən geri alınmalı və faktiki sahibliyin hüquqi mülkiyyətlə uyğunlaşdırılması məqsədilə avtomobilin iddiaçıya qaytarılması təmin olunmalıdır.
73. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 340, 359, 404, 540-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
74. Cavabdehlər (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
75. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, işi tam obyektiv ar aşdırmamış, araşdırma nəticəsində əldə etdiyi sübutlara mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymət verməmiş, bu isə gəldiyi nəticəyə təsir etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etsə də, sübutlara düzgün qiymət vermədiyinə görə sonda səhv nəticəyə gəlmişdir.
76. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul etməklə, cavabdehlərin əmlak mənafeyinə qəsd etmişdir. Ali Məhkəmənin Mülki kollegiyası kassasiya şikayətini təmin edib, mülki işi apellyasiya baxışına qaytaran zaman apellyasiya instansiyası məhkəməsi üçün məcburi olan göstərişlər vermişdir ki, bu göstərişin biri də təmsil olunana tərəfdən etibarnamənin əqdin bağlanmasından əvvəl və ya sonra ləğv edilməsinin müəyyən edilməsi və bundan sonra tərəflər arasında yaranan münasibətlərə hüquqi qiymət verilməsini göstərmişdir. Həmin hal apellyasiya instansiyası məhkəməsində araşdırılmış, müəyyən edilmişdir ki iddiaçı etibarnaməni avtomobil barəsində əqd rəsmiləşdirdikdən sonra ləğv etdirmişdir. Bunun səbəbi ondan ibarətdir ki, etibarnamə üzrə təmsil edən Cavabdeh1 avtomobil barədə əqdi rəsmiləşdirdikdən sonra, ona məlumat vermiş, etibarnamənin ləğv edə bilməsini bildirmişdir. İddiaçı isə həmin gün günorta vaxtı etibarnaməni ləğv etmişdir. Bundan başqa Ali Məhkəmənin Mülki kollegiyasının daha bir mövqeyini apellyasiya instansiyası məhkəməsi nəzərdən qaçırmışdır. Belə ki, kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki təmsil edənin təmsil olunanın adından öz adına əqd bağlaması həmişə öz-özlüyündə etibarsız sayılmır. Həmin əqdin etibarsız sayılması üçün əqd təmsil olunanın mənafeyinə qəsd etməli, ona əmlak ziyanı vurmalı və ya onun mənafeyinə zidd olmalıdır. İddiaçı Cavabdeh1 əmlakın özgəninkiləşdirilməsi ilə bağlı etibarnamə vermiş, həmin etibarnamə verilərkən notarius tərəfindən onun hüquq və vəzifələri izah olunmuş, həmin etibarnamədə əmlakın özgəninkiləşdirilməsi imkanının olması barədə məlumat olmuş, iddiaçı bu hallardan xəbərdar olmuşdur. Həmin etibarnamə ilə avtomobilin kənar bir şəxsə və ya Cavabdeh2 satılmasının şəxsin hansı mənafeyinə zidd olmasını məhkəmə qətnaməsində əsaslandırmamış, iddiaçının hüququnun pozulması ümumi sözlərlə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki kollegiyasının qərarındakı göstərişləri tam ye rinə yetirməmiş, bəzi göstərişlərini yerinə yetirib yeni sübut əldə etsə də, onun işin halları ilə bağlı düzgün qiymətləndirməmişdir. 77. 20.08.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı bildirmişdir ki, “onlar avtomobili qırağa (yəni başqa rayona, ya başqa kəndə) satsaydılar, mənə o qədər təsir etməzdi, gözümün qabağına satıblar”. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu izahatına tənqidi yanaşmamışdır. Birincisi, iddiaçı başqasına satsaydılar deməklə o, Cavabdeh1 avtomobili öz həyat yoldaşına satmağını yox, avtomobil Cavabdeh2 adına keçdikdən sonra qeyri-rəsmi olaraq Beyləqan şəhərində iddiaçının yaşadığı küçənin digər tərəfində yaşayan şəxsə satılmasını mübahisələndirmiş, o, avtomobilin Cavabdeh2 satılmasını bilmiş və bu halı mübahisələndirməmişdir. İddiaçı xx.xx.2023-cü il ta rixdə avtomobilə verilmiş etibarnamənin ləğv etmişdirsə, o, qısa bir müddət ərzində avtomobilin geri qaytarılması ilə bağlı iddia qaldırmalı idi. Uzun bir müddətdən sonra, yəni Cavabdeh2 pul lazım olduğu üçün həmin avtomobili Beyləqan şəhərində digər bir şəxsə satandan və iddiaçının bunu biləndən sonra iddia qaldırması ona dəlalət etmişdir ki, Cavabdeh1 etibarnamə əsasında avtomobili öz həyat yoldaşı Cavabdeh2 satdığını bilmiş, həmin əqdi bəyənmiş, mübahisə etməmişdir. Məhkəmə bu hala qiymət verməmiş, sonda səhv nəticəyə gəlmişdir.
78. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni ancaq iddiaçının subyektiv fikirləri ilə əsaslandırmış, iş üçün əhəmiyyət daşıyan halları tam araşdırmamış, ancaq etibarnamə əsasında şəxsin öz adına əqd bağlaya bilməməsinə istinad etmişdir. Ancaq həmin əqdi etibarlı h ala gətirən iddiaçının davranışına fikir verməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə avtomobilin alqı-satqısını əngəlləmək üçün etibarnaməyə xitam verirdisə, etibarnaməyə xitam verildiyi müddətdən az sonra həmin avtomobilin Cavabdeh1 sahibliyindən çıxarılması və ona qaytarılması və ya saxlanılaraq polisin duracağına gətirilməsi üçün hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməli idi. İkincisi, niyə avtomobilin kənara satıldığı halda, heç bir problemin olmayacağını, lakin yaxına satıldı deyə problem yaranması barədə iddiaçının məhkəmə iclasında söylədikləri ilə bağlı məhkəmə araşdırma aparmamışdır.
79. Cavabdehlər şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 8, 14, 76, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
80. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
81. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
82. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
83. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibət də həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
84. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
85. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
86. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
87. Maddə 359.1.Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanı nın aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
88. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
89. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərf i mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
90. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
91. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
92. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
93. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
94. Maddə 217.2. Qətnamə mübahisəli hüquq m ünasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
95. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
96. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
97. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
98. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
99. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
100. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilmiş, müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüqu q normalarının pozulması müəyyən olunmur.
101. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, etibarnamə əsasında bağlanmış əqd, əslində təmsilçi tərəfindən öz şəxsi mənafeyi naminə həyata keçirilmiş və təmsil olunanın hüquqlarına xələl gətirən mahiyyət daşıyır. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlaya bilməz. Bu norma, təmsil edilənin maraqlarının qorunması məqsədilə yaradılmışdır. Təmsilçi eyni əqd münasibətində həm bir tərəf kimi, həm də digər tərəfdən təmsil edən şəxs kimi iştirak etdikdə, burada mənafe toqquşması riski yaranır və hüquqi baxımdan balans pozulur. Çünki belə halda təmsilçi öz marağını təmsil edilənin mənafeyindən üstün tuta bilər.
102. Kassasiya şikayətində bu qərarın 100-cü bəndi ndə göstərilənləri təkzib edən heç bir mötəbər sübuta istinad olunmur.
103. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
104. İşin hallarının düzgün müəyyən edilməməsi, sübutların qiymətləndirilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
105. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2025-ci il tarixli, 2(106)-823/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir