Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-195/2025 12.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi (Açar sözlər: mənzilin qeydiyyatında olan şəxsin razılığı olmadan özgəninkiləşdirilməsinə dair bağlanmış müqavilənin mübahisələndirilməsi) onun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Naxçıvan Muxtar Respublikas ı Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-466/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. İddiaçı "07" fevral 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən yaranan bü tün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X10 ilə X9 arasında Naxçıvan Regional "ASAN Xidmət" Mərkəzinin Notariat Ofisində 04 noyabr 2024-cü il tarixdə 4Ə-2041 reyestr nömrə əsasında qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 1-4).
2. İddiaçı tələbini əsaslandıraraq bildirmişdi ki, o, 23 oktyabr 2003-cü il tarixdən mübahisəli mənzildə (köhnə ünvanla ünvan 1üçəsi, ev 4A) daimi qeydiyyatdadır. Lakin daşınmaz əmlakın ünvanının dəyişdirilməsi (26-dan 4A-ya keçməsi) səbəbindən alqı-satqı zamanı "Elektron notariat" sistemində onun qeydiyyatı görünməmişdi r. Nəticədə, notariat orqanı tərəfindən evdə qeydiyyatda olan şəxs kimi onun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunmadan mübahisəli müqavilə rəsmiləşdirilmiş və onun mənzildən istifadə hüququ pozulmuşdur.
3. Birinci instansiya məhkəməsində 03 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfləri olan X6 və X4 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 152-153)
4. Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-466/2025 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Gülsüm Əliyeva) iddia rədd edilmişdi (mülki iş İ cild, iş vərəqə 188-198).
5. İddiaçı "17" okt yabr 2025-ci ildə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, apellyasiya şikayəti üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 56).
6. Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2(078)-466/2025 nömrəli qərardadı ilə Məhkəmənin 29 iyul 2025-ci il tarixli, 2(078)-466/2025 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır (mülki iş İİ cild, iş vərəqə 73-77). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti
7. İddiaçı verdiyi apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025ci il tarixli, 2(078)-466/2025 nömrəli qətnaməsinin ləğv edilməsi iddianın təmin olunması bar ədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 36-42).
8. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “08” dekabr 2025-ci ildə daxil olmuşdur. c) Apellyasiya şikayətinin əsaslandırılması
9. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qeydiyyatda olduğu Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 26 ünvanında yerləşən daşınmaz əmlak, atası X6 mülkiyyətində olmuşdur. Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 4A ünvanında olan daşınmaz əmlak, Naxçıvan Regional "ASAN xidmət" Mərkəzinin Notariat ofisində 04 noyabr 2024-cü il tarixdə 4Ə-2041 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 26 ünvanında qeydiyyatda olmağına baxmayaraq Naxçıvan Regional "ASAN xidmət" Mərkəzinin Notariat ofisi onun qeydiyyatda olmağını gizlədərək alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir.
10. Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 4A ünvanında yerləşən evin satılmasından təxminən 20-25 gün sonra məlumatı olmuşdur. 19 yanvar 2025-ci il tarixdə, Naxçıvan Regional "ASAN xidmət" Mərkəzinin Notariat ofisinin 04 noyabr 2024-cü il tarixdə, 4Ə-2041 reyestr nömrəli alqı-satqı müqaviləsi və müqaviləyə əlavə olunmuş sənədləri əldə etdikdən sonra Naxçıvan Regional "ASAN xidmət" Mərkəzinin Notariat ofisinin 04 noyabr 2024-cü il tarixdə, 4Ə-2041 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi barədə iddia qaldıraraq iddiasını aşa ğıdakı formada əsaslandırsa da məhkəmə düzgün yanaşmamış və düzgün qiymət verməyərək iddiasını rədd etmişdir.
11. Belə ki, "Elektron notariat" X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatda Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 26 ünvanı ilə ünvan 5 onun qeydiyyatda olmağına baxmayaraq notariat kontoru (notariat təlimatının 49-cu maddəsinin) tələbini pozmaqla alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir.
12. X11 dəfələrlə evə gəlib və əlavə olaraq telefon əlaqəsi saxlayaraq evin satılmasına razılıq verməyini israrla istəmiş, o isə "yox" cavabını verib. Sonradan qardaşı Rövşən İsmayılov Bakı şəhərində yaşadığından telefonla əlaqə saxlayıb razılıq ərizəsini verməyəcəyi təqdirdə ona hədə qorxu gəlsə də o yenə razılıq ərizəsini verməyib. Ev satılandan sonra qar daşına Bakı şəhərində ev ya da torpaq sahəsi almasını demişdir. 13. 11 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək qeydiyyat haqqında arayış alıb, arayışda 23 oktyabr 2003-cü il tarixdən Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 26 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Elbrus İsmayılov evin alqı-satqısında keçmiş gəlini X5 Naxçıvan Regional “ASAN xidmət” Mərkəzinin Notariat ofisinin 06 noyabr 2024-cü il tarixli ərizəsi əsasında yaşayış və istifadə hüququ olduğundan 10.000 (on min) manat pul vermişdir.
14. Əlavə olaraq yuxarıda qeyd olunan ünvan 8 ünvan olaraq göstərilmiş, köhnə ünvan isə Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 26 olmuşdur.
15. Doğulduğu gündən həmin evin qeydiyyatında olub. 11 dekabr 2024-cü il tarixdə Azə rbaycan Respublikası Daxili İşlər Nazirliyində yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alıb. Qeydiyyat yeri Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 26 ünvanı göstərilmişdir. Elbrus İsmayılov notariat kontoru ilə əlbir olub qeydiyyatda olanları göstərməyərək evi alqı-satqı etmişdir. Yalnız notariat təlimatında bir qayda olaraq qeydiyyatda olanların razılıq ərizələrinin alınması göstərilmişdir.
16. Naxçıvan Regional "ASAN xidmət" Mərkəzinin Notariat ofisi tərəfindən aparılmış 04 noyabr 2024-cü il tarixdə 4Ə-2041 reyest nömrəli alqı-satqı müqaviləsi notariat təlimatını pozmaqla aparıldığından 04 noyabr 2024-cü il tarixdə, 4Ə-2041 reyestr nömrəli alqı-satqı müqaviləsinin tərəflər arasında etibarsız hesab olunması, həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi bar ədə qətnamə qəbul edilməsini xahiş etsə də məhkəmə bunları nəzərə almadan iddia tələbini rədd etmişdir.
17. Hakim qanunun normaları düzgün tətbiq etməməklə iddiasını təmin etməmişdir. Qətnamənin 9-cu səhifəsində mülki məcəllənin 337-ci maddəsinə istinad edilmişdir. Lakin mülki məcəllənin 337-ci maddəsinə düzgün hüquqi qiymət verilməmişdir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Qanunun mənasındanda aydın olur ki, tərəflər arasında müqavilə mübahisəsiz həll olsa da, onun marağına toxunan Naxçıvan Regional "ASAN xidmət" Mərkəzinin Notariat ofisində 04 noyabr 2024-cü il tarixdə 4Ə-2041 reyestr əsasında alqı-satqı müqaviləsi olmuşdur. Alqı-satqı müqaviləsi bağlanan zaman o nun razılığı alınmalı olduğu halda notariat ofisi onun razılığını almadan notariat hərəkətini aparmışdır. Bununla da alqı-satqı müqaviləsi qanunu pozmaqla həyata keçirilmişdir.
18. Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu maddəsində sözügedən daşınmaz əmlakın satılmasına dair müqavilənin təsdiqi üçün həmin mənzildə qeydiyyatda olan bütün ailə üzvlərinin razılıq vermələrini tələb edən təlimat mövcuddur. Bu təlimata riayət etmək notariat kontorunun vəzifəsidir. Bütün alqı-satqı müqavilələrində qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Notariat haqqında təlimata əməl etmədən alqı-satqı aparılmışdır. Məhkəmə notariat təlimatına toxunsa da təlimatı əsassız sayaraq, notariat kontorunda aparılan alqı-satqı müqavilələrində təlimat nəzərə almadan bütün alqı-satqı müqavilələrinin aparılmasının mümkün hesab edilməsi qeyd olunur.
19. Notariat kontoru alqı-satqı aparan zaman Azərbaycan Respublikası qanunlarını əsas tutmaqla notariat təlimatı əsasında aparmalı idi. Həmçinin onu da qeyd etmək lazımdır ki, məhkəmə tərəfindən mübahisəyə baxılarkən istinad edilən təlimata düzgün hüquqi qiymət verməmiş, istinad olunan norma ilə işin faktiki hallarının uyğun olub-olmamasını araşdırmamışdır. Özü formal olaraq həmin mənzildə pasport qeydiyyatında dayanmır, həm də onun həmin fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququ da vardır. Mülkiyyətçi öz əmlakı barəsində müstəqil surətdə sərəncam verə bilsə belə, asılı hüquq olan yaşayış və istifadə hüququ da zədələnməli deyildir. Məhz buna görə də müvafiq əməliyyatı aparan notarius fərdi yaşayış evində pasport qeydiyyatında ailə üzvlərinin razılığını tələb edir. Burada xüsusi olaraq ailə üzvü məsələsinə diqqət yetirmək lazımdır Müvafiq təlimatda istənilən şəxslərin deyil, məhz ailə üzvü olan, eyni zamanda yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığının alınmasını imperativ qaydada tələb edir. Təbii ki, notarius onun üzərinə vəzifələr qoymuş Təlimatın tələblərini pozaraq hər hansı alqı-satqı əməliyyatı aparırsa, onun hüququ da kobud şəkildə pozulmuş olur. Belə olan halda da həmin müqavilə mütləq şərtdir ki, məhkəmə qaydasında etibarsız hesab olunmaldır.
20. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 337.2-ci maddələrinə, Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılm asına” dair Təlimatın 49-cu bəndinə, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci və 88-ci maddələrinə istinad etmişdi. İİ. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
21. Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 09 dekabr 2025-ci ildə "mailto:axundovf393@gmail.comElektron ünvan " adlı elektron poçt ünvanı vasitəsi ilə kollegiyaya müraciət edərək bildirmişdi ki, 2024-cü ilin noyabr ayında maklerin səhifəsində evi görmüş, vasitəçi ilə əlaqə saxlayaraq evə baxmış, büdcəsinə uyğun olduğu üçün evi almış, daha sonra Asan Xidmətdə notarius vasitəsi ilə onu alqı-satqı etmişdi. (mülki iş İİ cild, iş vərəqə 185). İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxslərin ve rdiyi izahatllar.
22. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, atası mübahisə predmeti olan evin satılmasına razılıq verməyi üçün dəfələrlə ona müraciət edib. Özü indi də həmin evdə qeydiyyatdayadır. Atası ona müraciət edərək, mübahisə predmeti olan evi satmaq istədiyini, bundan sonra Bakı şəhərində yaşayan oğlunun yanına gedəcəyini bilirib və ona razılıq ərizəsini imzalamağı deyib. O isə atasına evdən ona düşən payı verdikdən sonra razılıq ərizəsini imzalayacağını bildirib. Atası dəfələrlə ona müraciət etsə də o, evin satılmasına razılıq verməyib. Atası daha sonra ona hədə-qorxu gələrək, ərizəni imzalamasa belə evi satacağını deyib. Bir müddət sonra atasının evi satdığını, oğlunun yanına getdiyini getdiyini, gəlininə 10000 manat pul verdiyini və digər övladlarının paylarını verdiyini eşidib. Atası ondan başqa hamıya evdən düşən paylarını vermişdir. Onun razılığı olmadan mübahisə predmeti olan ev satılmışdır.
23. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, 2009cu ulin noyabr ayında ailə qurub, həmin vaxtdan ər evində yaşayır. İndiyədək yaşadığı evdə qeydiyyatda düşməməsinin səbəbi ərinin adına ev olmamasıdır. Onun sözügedən ata evindən istifadə hüququnun mövcud olması ilə bağlı məhkəmə qətnaməsi mövcud deyil. Atası ilə hələ məktəbdə oxuduğu vaxtdan münasibəti normal deyil. Notariat ofisi təqsirli olduğundan onu məhkəməyə verir, atsının bununla bağlı təqsiri yoxdur. 2023-cü ilin may ayında özünə yeni şəx siyyət vəsiqəsi alarkən köknə ünvanın qeyd edilməsi özünün günahıdır.
24. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X7 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdi.
25. Cavabdeh Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu 10 dekabr 2025-ci il tarixli, 2051/2025 nömrəli məktubla kollegiyaya müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan işə baxıb qətnamə qəbu l edilməsini xahiş etmişdi (mülki iş İİ cild, iş vərəqə 199).
26. Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 09 dekabr 2025-ci ildə "mailto:axundovf393@gmail.comElektron ünvan " adlı elektron poçt ünvanı vasitəsi ilə kollegiyaya müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını kollegiyadan xahiş etmişdi (mülki iş İİ cild, iş vərəqə 185).
27. Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə qabaqcadan kollegiyaya məlumat verməmişdi.
28. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxslərin i ştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. İşin halları:
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: 30. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22 aprel 2025-ci il tarixli, ******* nömrəli arayışından İddiaçı 23 oktyabr 2003-cü il tarixdən Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 26 ünvanında qeydiyyatda olması (mülki iş İ cild, iş vərəqə 106); 31. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətі tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 04/73 nömrəli məktubdan Naxçıvan “ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin 04 noyabr 2024-cü il tarixli, 4Ə-2041 nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş fərdi yaşayış evinin 11 iyun 2021-ci il tarixdə Elbrus İsmayılovun adına qeydiyyata alınarkən ünvanının dəqiqləşdirilməsi və əmlaka Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 4A ünvanı verilməsi (mülki iş İ cild, iş vərəqə 07); 32. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 11 iyun 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 4A ünvanında yerləşən 0.0288 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51.9 kvadrat metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına 11 iyun 2021-ci il tarixdə daşınma z əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 474 nömrəli vərəqində qeydiyyata alınması (mülki iş İ cild, iş vərəqə 13); 33. - 04 noyabr 2024-cü il tarixli ərizədən X6 və X4 04 noyabr 2024-cü il tarixdə ərizə ilə Naxçıvan "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinə müraciət edərək, X8 məxsus olan Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə, 51.9 kvadrat metr) və həmin ünvanda yerləşən torpaq sahəsinin (1/1 hissə, 0.0288 hektar) 47000 manat (qırx yeddi min) qiymətə satılması barədə razılığa gəlmələri, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini alıcının öz üzərinə götürməsi (mülki iş İ cild, iş vərəqə105); 34. - 04 noyabr 2024-cü il tarixl i, 4Ə-2041 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən X6 Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 4A ünvanında yerləşən, ümumi sahəsi 51.9 kvadrat metr olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0288 hektar olan torpaq sahəsini 47000 (qırx yeddi min) manat müqabilində X2 (mülki iş İ cild, iş vərəqə 10-12); 35. - 04 noyabr 2024-cü il çap tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri üzrə arayışdan mülkiyyətçisi X10 olan ********** qeydiyyat nömrəli daşınmaz əmlak üzrə məhdudiyyət və yüklülüyün olmaması (mülki iş İ cild, iş vərəqə14); 36. "Elektron notariat" X1 vasitəsi ilə əldə edilmiş 04 noyabr 2024-cü il çap tarixli yaşayış yeri üzrə qeydiyyatda ola n şəxslərə dair məlumat barədə çıxarışdan Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 4A ünvanında yalnız X6 qeydiyyatda olması aydın olur (mülki iş İ cild, iş vərəqə 15). V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmay an səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-466/2025 nömrəli qətnaməsini yalnız İddiaçı mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. İddiaçı verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.
40. İddiaçının verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən, həmin qətnamə apelly asiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. Vİ. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Konstitusiyasının: 41. - 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 42. - 29-cu madəsinin İ-İİİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakd an istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. b) Azərbaycan Resublikasının Mülki Məcəlləsinin: 43. - 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 44. - 152.2-152.4-cü maddələrinin mahiyyətinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 45. -152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 46. - 324.1, 324.2 və 324.4-cü maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtə rəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 47. - 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 48. - 331.1-ci maddəsində qeyd edilir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər; 49. - 334.1-ci maddəsinin tələbinə görə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir; 50. - 337.1-ci maddəsi ilə müəyyən edilir ki, bu Məcə llədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 51. - 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 52. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 53. - 394-cü maddəsi ilə müəyyən edilir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 54. - 567-ci maddə sinin tələbinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 55. - 646.1-ci maddəsindən görünür ki, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. c) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 56. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icra atı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; 57. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 58. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 59. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmu ş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir; 60. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 61. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 62. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. ç) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə aktları: 63. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 64. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2011-ci il tarixli qərarında göstərilir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biri olduğuna görə Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı ü çün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. 65. "Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli qərardadında məhkəmə göstərmişdi ki, mülkiyyət hüququnu digər əşya haqlarından fərqləndirən başlıca xüsusiyyət hər üç səlahiyyətin bir şəxsdə (mülkiyyətçidə) cəmləşməsində, o cümlədən əşyanın hüquqi müqəddəratını müəyyən etmək (əşyaya sərəncam vermək) səlahiyyətinin məhz mülkiyyət hüququ ilə təmin olunmasındadır. Mülki hüquq nəzəriyyəsinə əsasən sahiblik anlayışı müəyyən bir əşya üzərində re al və faktiki olaraq iqtidara, hakimiyyətə malik olma halını ifadə edir və əşyaya bu şəkildə qanuni sahiblik müəyyən bir hüquqi əsas sayəsində (mülki-hüquqi əqd, məhkəmə qərarı) yarana bilir. Əşyadan istifadə əşyanı təyinatına uyğun istismar etməni, ondan yararlanmanı, gəlir əldə etməni ifadə edir. Məsələn, mülkiyyətçinin öz mənzilində yaşaması, ona məxsus bağ sahəsində ağac əkməsi və ya avtomobilini sürməsi və s. kimi hallarda həmin şəxs mülkiyyətçi müvafiq əşyalardan istifadə etmiş olur. İstifadə hüququnun məzmunu müəyyən edilərkən o da nəzərə alınmalıdır ki, Mülki Məcəllədə bir çox hallarda müxtəlif normalarda nəzərdə tutulmuş “istifadə” sözü, haqqın özünü deyil, haqqın həyata keçirilmə formasını bildirir. Mülkiyyət hüququnun özəyini təşkil edən sərəncam hüququnun həyata keçirilməsi əşy anın hüquqi və ya fiziki olaraq aqibətinin müəyyən edilməsi ilə nəticələnməklə onun mənsubluğunun dəyişdirilməsi, üzərində məhdud əşya hüquqlarının yaradılması yolu ilə yüklü hala gətirilməsi, mövcudluğuna son qoyulması kimi hərəkətlərdə təzahür edir. Vurğulanmalıdır ki, əşya üzərində birbaşa sərəncam haqqını (səlahiyyətini) təmin edən hüquq məhz mülkiyyət hüququdur. d) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın: 66. - 49-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi ha qqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Vİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi
67. Kollegiya işin faktiki hallarını və iş materiallarında olan sübutları maddi və prosessual hüquq normaları ilə qarşılıqlı şəkildə təhlil edərək bildirir ki, iddiaçı apellyasiya şikayətində əsas dəlil kimi onun razılığı olmadan mənzilin satılması nı və bununla da hüquqlarının pozulmasını göstərmişdir.
68. İddiaçının dəlilinin hüquqi qiymətləndirilməsi ilə bağlı kollegiya qeyd edir ki, mülki qanunvericiliyin təməl prinsiplərindən biri mülkiyyət hüququnun toxunulmazlığı və mülkiyyətçinin öz əmlakı üzərində sərbəst sərəncam vermək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyətçinin özünə məxsus əmlaka öz istəyi ilə sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək hüququ vardır. Sərəncam vermək hüququ – əmlakın hüquqi müqəddəratını həll etmək, o cümlədən onu satmaq, bağışlamaq və ya digər yolla özgəninkiləşdirmək səlahiyyətidir.
69. İşin hallarından müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlakın (ev və torpaq sahəsi) qeydiyyatda olan yeganə mülkiyyətçisi X10 olmuşdur. İddiaçı isə həmin əmlakın mülkiyyətçisi deyil, orada yalnız qeydiyyatda olan şəxsdir. Yəni iddiaçı mübahisəli mənzildə qeydiyyatda olsa da, onun bu əmlakla faktiki və hüquqi bağlılığı formal xarakter daşıyır. Belə ki, iddiaçı hələ 2009-cu ilin noyabr ayında ailə həyatı quraraq ər evinə köçmüş və o vaxtdan etibarən mübahisəli ünvanda yaşamır.
70. İddiaçının mənzillə bağlı marağının formal olduğunu təsdiq edən ən ciddi sübut isə "Elektron məhkəmə" informasiya sistemindən əldə edilmiş məlumatdır. Belə ki, mübahisəli əmlakın ünvanı hələ 2021-ci ildə rəsmi qaydada dəyişdirilərək Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 4A olduğu halda, iddiaçı 15 may 2023-cü il tarixdə yeni şəxsiyyət vəsiqəsi alarkən köhnə - Nəcməddin ünvan 12 ünvanın dəyişməsindən xəbərsiz ol muşdur. Kollegiya hesab edir ki, əgər şəxs iddia etdiyi mənzildə faktiki yaşasaydı və ya həmin mülkiyyətlə real əlaqəsi olsaydı, o, 2021-ci ildə baş vermiş ünvan dəyişikliyindən 2023-cü ildə şəxsiyyət vəsiqəsini dəyişərkən mütləq xəbərdar olardı. İddiaçının öz faktiki ünvanını belə bilməməsi onun həmin ünvanda qeydiyyatının görüntü xatirinə saxlandığını və mülkiyyətçinin sərəncam hüququna mane olmaq məqsədi daşıdığını sübut edir.
71. Kollegiya qeyd edir ki, mülkiyyət hüququ mütləq deyil və qanunla müəyyən hallarda məhdudlaşdırıla bilər (Konstitusiyanın 13-cü və Mülki Məcəllənin 152.5-ci maddələrinə istinadən). Lakin hüquqi dövlət prinsipinin tələbinə görə, mülkiyyət hüququna edilən hər hansı məhdudiyyət və ya müdaxilə qanunla nəzərdə tutulmalı, legitim məqsəd daşımalı və mütənasib olmalıdı r.
72. İddiaçı tərəf alqı-satqı müqaviləsinin etibarsızlığını və ya dolayı yolla X6 mülkiyyət hüququnun məhdudlaşdırılmasını "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 49-cu bəndini ilə əlaqələndirir. Həmin bənd notariusun üzərinə yaşayış yerində qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını almaq vəzifəsi qoyur. Lakin kollegiya hesab edir ki, Təlimatın bu norması mülki dövriyyənin sabitliyini təmin etmək üçün nəzərdə tutulmuş prosessual-təşkilati xarakterli normadır və o, mülkiyyətçinin konstitusiya ilə təsbit olunmuş sərəncam vermək hüququnu ləğv edə bilməz. Notarius tərəfindən müvafiq razılığın alınması prosessual xarakterli hərəkət olmaqla, bu prosedurun texniki səbəblərdən tam yerinə yetirilməməsi mülkiyyətçinin öz əmlakı üzərində sərəncam vermək üzrə konstitusion hüququnu məhdudlaşdıran əsas kimi çıxış edə bilməz. Yəni Təlimatın sözügedən norması mülkiyyət hüququ yaratmır və ya ləğv etmir. O, sadəcə işin necə görülməsi lazım olduğunu (proseduru) tənzimləyir. Bu, notarius üçün bir iş təlimatıdır. Mülkiyyətçinin öz əmlakını satmaq iradəsi, üçüncü şəxslərin, yəni mülkiyyətçi olmayanların iradəsindən asılı vəziyyətə salına bilməz. Əks halda bu, mülkiyyət hüququnun mahiyyətinin inkar edilməsinə gətirib çıxarar. Hazırkı işdə iddiaçının istinad etdiyi "razılığının alınması" tələbi, mülkiyyətçinin sərəncam hüququnu tamamilə məhdudlaşdıra biləcək bir "qadağa" kimi təfsir edilə bilməz. Təlimatın 49-cu bəndinin iddiaçının təqdim etdiyi şəkildə, yəni qeydiyyatda olan şəxsin razılığı olmadan satışın qeyri-mümkünlüyü kimi təfsiri, mülkiy yət hüququna qeyri-mütənasib müdaxilə kimi qiymətləndirilməlidir.
73. İşin faktiki hallarından görünür ki, iddiaçı Naxçıvan şəhəri, Nəcməddin ünvan 13 ünvan dəyişikliyi səbəbindən ev 4A kimi rəsmiləşdirilmişdir. Notarius, öz vəzifə borcunu yerinə yetirərkən rəsmi dövlət reyestrinə "Elektron notariat" sistemində olan məlumata istinad etmişdir. Həmin sistemdə satılan əmlakın yeni ünvanı üzrə iddiaçının qeydiyyatda olmadığı barədə məlumat çıxmışdır. Notariusun rəsmi elektron informasiya sistemlərində görünməyən bir məlumatı (iddiaçının köhnə ünvanda qeydiyyatda olmasını) bilməsi və ya nəzərə alması mümkün deyildi. Bu halda, Təlimatın 49-cu bəndinin tələbi notarius tərəfindən pozulmamış, o, mövcud rəsmi məlumatlara uyğun hərəkət etmişdir.
74. Həmçinin iddiaçının köhnə ünvanda qeydiyyatda qal ması və ünvan dəyişikliyini öz sənədlərində yeniləməməsi onun öz səhlənkarlığıdır. Kollegiya vurğulayır ki, faktiki yaşamayan, 2009-cu ildən başqa yerdə məskunlaşan və hətta mənzilin rəsmi ünvanını belə bilməyən bir şəxsin "formal qeydiyyatı" əsas gətirilərək, qanuni mülkiyyətçinin sərəncam hüququ məhdudlaşdırıla bilməz.
75. Bu səbəbdən də kollegiya belə hesab edir ki, iddiaçının bu dəlili - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Təlimatın tələbinin pozulması ilə bağlı iddiası əsassızdır. Çünki texniki xarakterli uyğunsuzluq (ünvanın dəyişməsi və bazada yenilənməməsi) vicdanlı alıcının hüquqlarını heçə endirə, həmçinin dövlət orqanlarının apardığı ünvan reyestri ilə əhali reyestri arasındakı inteqrasiya xətası, vətəndaşla rın arasında yaranmış mülki hüquq münasibətlərinin etibarsızlığına səbəb ola bilməz. Əks təfsir, mülki dövriyyəyə inamı sarsıdar və mülkiyyətçilərin əmlakı üzərində sərəncam vermək hüququnu bürokratik maneələrin girovuna çevirər.
76. Mülki Məcəllənin vicdanlılıq prezumpsiyasına əsasən, alıcı X9 müqavilə bağlayarkən notariusun təsdiqinə və dövlət reyestrinin məlumatlarına etibar etmiş, əmlakın dəyərini 47.000 manatı ödəmişdir. İddiaçının qeydiyyat məsələsinin sistemdə görünməməsi alıcının təqsiri deyildir. Müqavilənin etibarsız sayılması vicdanlı alıcının mülkiyyət hüququnun pozulması ilə nəticələnər ki, bu da ədalət mühakiməsinin məqsədlərinə ziddir.
77. İddiaçının yaşayış hüququnun qorunması (əgər hazırda bu hüquq öz mövcudluğunu saxlayırsa), mülkiyyətçinin əmlakı satmaq hüququnu qadağan etmək yolu ilə deyil, qanunvericilikdə nəzərdə tutulmuş digər vasitələrlə (məsələn, yeni mülkiyyətçi ilə münasibətlərin tənzimlənməsi və ya Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri daxilində) həyata keçirilə bilər.
78. Yuxarıdakıları nəzərə alaraq kollegiya hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi 04 noyabr 2024-cü il tarixli, 4Ə-2041 reyestr nömrəli alqı-satqı müqaviləsini təsdiqləyərkən Təlimatın tələblərini təqsirli pozmamış, mövcud rəsmi məlumatlara əsaslanmışdır. Mülkiyyətçinin sərəncam vermək hüququ, iddiaçının ünvan dəqiqləşdirilməməsi səbəbindən yaranan texniki problemə görə məhdudlaşdırıla bilməz. Birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarına düzgün qiymət verərək iddianı haqlı olara q rədd etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas vermir.
79. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci ins tansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
80. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
81. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
82. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 83. - İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-466/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməli; 84. - Naxçıvan Şəhər Məhkəməsinin 29 i yul 2025-ci il tarixli, 2(078)-466/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı; 85. - apellyasiya şikayəti verərkən İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.
86. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
87. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkə mələr və hakimlər haqqında" Qanunun 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Vİİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə qətetdi: İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-466/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-466/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verərkən İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməs inin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.