Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-343/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs Mənzil-Tikinti Kooperativi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı “mənzilin qeyri-qanuni sahiblikdən alınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), öhdəliyin icra edilməsi, tələbin cavabdeh olmayan şəxsə qarşı yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs Mənzil-Tikinti Kooperativi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ## #### 2015-ci il tarixli, ** nömrəli müqavilə ilə “X3” MMC ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət ** nömrəli mənzili Iddiaçı satmışdır. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti 550 manat olmaqla, mənzilin ümumi dəyəri 90750 manat müəyyən edilmişdir.
2. “X3” MMC tərəfindən mənzilin dəyərinin Iddiaçı tərəfindən tam ödənilməsi barədə ## #### 2015-ci il tarixli, ** nömrəli maliyyə arayışı verilmişdir.
3. “X3” MMC tərəfindən Iddiaçı ünvanlanmış ## #### 2015-ci il tarixli, ** nömrəli bildirişə əsasən tərəflər arasında bağlanmış ## #### 2015-ci il tarixli, ** nömrəli müqaviləyə əsasən ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının, 3-cü blokunda, 5-ci mərtəbəsində, ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət ** nömrəli mənzilin dəyəri barter vasitəsi ilə aparıldığı üçün “X3” MMC-nin “xxxx” ASC-nin Sumqayıt filialındakı hesabına köçürülməmişdir. Onun üçün aralarında bağlanan müqavilə və “X3” MMC tərəfindən Iddiaçı təqdim olunan maliyyə arayışının etibarsız hesab olunduğu bildirilmiş, həmin mənzilin dəyəri bank hesablarına köçürülənədək həmin sənədlərin qüvvədən düşmüş hesab olunması xahiş olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Iddiaçı cavabdeh “X3” MMC-yə qarşı iddia ərizəsi və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehin üzərinə müqaviləni bərpa etmək vəzifəsinin qoyulması, ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət ** nömrəli mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış ## #### 2015-ci il tarixli müqaviləyə əsasən iddiaçı MMC-yə 90750 manat məbləğində pul ödəyərək, mübahisəli mənzili almış, bu barədə ona maliyyə arayışı verilmişdir. Lakin, iddiaçının barəsində olan cinayət işi ilə əlaqədar Bakı Istintaq Təcridxanasında həbsdə saxlanıldığından, cavabdeh bundan sui-istifadə etmiş və ## #### 2015-ci il tarixində müqavilənin birtərəfli ləğvi barədə ona bildiriş göndərmişdir. Bildirişin məzmununda mənzilin dəyərinin ödənilməsi barter vasitəsilə aparıldığı üçün ödənişin cavabdehin “xxxx” ASC-nin Sumqayıt filialındaki hesabına köçürülməmiş olması, bu səbəbdən müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması və mənzilin dəyərinin qeyd olunan bank hesablarına köçürülənədək sənədlərin qüvvədən düşmüş hesab edilməsi göstərilmişdir. Aralarındakı müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olduğundan, cavabdeh bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməlidir.
6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi XXX iddiaya etiraz edərək bildirmişdir ki, 2006-cı ildən bəri onun rəhbərlik etdiyi podratçı şirkət ilə tələbə yoldaşı xxxx Hüseynovun birlikdə inşa etdikləri tikililərə Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra yoxlanışlar başladığından, onlar tikintini dayandırmışlar. Həmin vaxtlarda onların şirkətinə qarşı cinayət işi açılmış və hər ikisi 5 il sınaq müddəti müəyyən edilməklə, azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və onlar barəsində ölkəni tərk etməmək, mənzillərin tikilib zərərçəkmişlərə təhvil verilməsi və 2541127,16 manat pulun alınaraq dövlət hesabına ödənilməsinə dair hökm çıxarılmışdır. Daha sonradan xxxx Hüseynov yenidən həbs edilmiş və şirkətin rəhbərliyi ona keçmişdir. Məhkəmə hökmünün icrası üçün ona pul lazım olduğundan 2015-ci ildə X5 adlı tanışı vasitəsilə iddiaçının faizə pul verdiyini, lakin girov olaraq, öz adına mənzil yazılmasını tələb etdiyini öyrənmiş və müqavilə ilə maliyyə arayışı yazaraq, “whatsapp” mobil tətbiqi vasitəsilə XXXə göndərmişdir. Daha sonra iddiaçıdan pul ilə bağlı heç bir məlumat ala bilmədiyindən, müqavilənin birtərəfli ləğvi barədə bildiriş tərtib edərək iddiaçıya göndərmiş, sonradan iddiaçının həbsdə olduğu məlum olmuşdur. Müqavilə iddiaçı tərəfindən imzalanmadığından və mənzilə görə faktiki olaraq pul ödənilmədiyindən, müqavilə bağlanmamış hesab edilməli və iddia rədd edilməlidir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müvafiq qaydada imzalanmış müqavilə olmalıdır. Sözügedən müqavilə isə iddiaçı tərəfindən imzalanmadığından iddia tələbi əsassızdır.
9. Həmçinin, bağlanmamış müqavilənin bərpası tələbini də məhkəmə əsassız hesab etmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 60-cı, Mülki Məcəllənin 324, 331, 386, 399-cu maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim X.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 60-cı, Mülki Məcəllənin 324, 331, 386, 399, 406, 407-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakim Z.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.Hüseynov və İ.Xələfov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan mübahisədə məhkəmələr yalnız işdəki müqavilədə iddiaçının imzasının olmamasına istinad etsələr də, tərəflərin həmin müqavilə bağlandıqdan sonrakı hərəkətlərinə lazımi qiymət verməmişlər.
17. Belə ki, işdə olan, “X3” MMC-nin direktorunun imzası və şirkətin möhürü ilə təsdiqlənmiş ## #### 2015-ci il tarixli ** nömrəli maliyyə arayışından görünmüşdür ki, mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi və borcun qalmaması təsdiq edilmişdir.
18. Eyni zamanda iddiaçı, sözügedən müqaviləyə istinadən onun icrasını tələb etmiş, mənzilin cavabdehdən alınaraq ona verilməsi barədə məhkəmədə hazırkı iddianı qaldırmışdır.
19. Bundan əlavə, cavabdeh şirkət bildirir ki, ## #### 2015-ci ildə iddiaçıya bildiriş göndərərək, mənzilin dəyərinin ödənilməməsinə görə müqavilə və maliyyə arayışının qüvvədən düşmüş sayılmasını xahiş etmişdir.
20. Bütün bunlara baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmələr sözügedən müqavilədən irəli gələn öhdəliyin (mənzilin dəyərinin ödənilməsinin) iddiaçı tərəfindən yerinə yetirilməsini, iddiaçının əqdin icra olunması barədə tələb irəli sürməsini, hətta cavabdehin mövcud müqavilədən mənzilin dəyərinin ödənilməməsinə görə imtina etməsi barədə dəlillərini çəkişmə prinsipinə riayət etməklə tam və hərtərəfli araşdırmamış, istinad olunan halların müqavilənin bəyənilməsi olub-olmamasına yuxarıda qeyd olunan qaydalar çərçivəsində hüquqi qiymət verməmişlər.
21. Cavabdeh iddiaya etirazını müqavilənin imzalanmaması ilə deyil, iddiaçıdan faizə pul götürmələri barədə razılaşma çərçivəsində müqavilə və maliyyə arayışı tərtib etmələri, lakin sonradan iddiaçıdan pulla bağlı heç bir məlumat ala bilmədiklərindən müqavilənin birtərəfli ləğvi barədə bildiriş vermələri ilə əsaslandırmışdır.
22. Kassasiya kollegiyası vurğulamışdır ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin 2015ci ildə qüvvədə olan redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
23. Pay haqqının ödənilməsini təsdiqləyən mötəbər sübutlardan biri də maliyyə arayışıdır. Ona görə də, maliyyə arayışının əslinə istinad edən alıcı, həmin sənədin etibarlı olduğunu sübut etməyə borclu deyil. Əksinə arayışın etibarsız olduğunu iddia edən tərəf öz dəlillərinin əsasında duran halları sübuta yetirməlidir.
24. Nəzərə alınmalıdır ki, mənzilə görə alıcının nağd pul ödəməməsi, maliyyə arayışının başqa bir öhdəliyin icrası əvəzində verilməsi barədə tikinti şirkətlərinin verdikləri məlumatlar özü-özlüyündə müqavilənin və ya arayışın etibarsız sayılması üçün əsas deyil.
25. Ona görə ki, MTK-nın bir şəxsdən (kreditordan) borc pul, tikinti materialı və s. alması müqabilində kreditorun (yaxud onun göstərdiyi şəxsin) adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. Çünki, bu halda tərəflər əşyanın alqı-satqısına dair razılığa gəlmiş və öhdəliklərini qarşılıqlı icra etmiş olurlar. Nəzərə alınmalıdır ki, adına müqavilə və tam ödəniş barədə maliyyə arayışı verilən şəxs mənzili əvəzsiz əldə etmir. Bir qayda olaraq, konkret şəxsin adına müqavilə rəsmiləşdirən və maliyyə arayışı verən MTK, bu sənədləri hansısa qarşılıqlı öhdəliyin icrasına dair razılaşma (alınmış borcun, tikinti materialının və s. əvəzində, yəni qarşılıqlı öhdəliyin icrası) nəticəsində tərtib və təsdiq edir. Başqa sözlə, MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla kreditora borclanır və həmin öhdəliyin əvəzini mənzillə ödəyir. Əks halda, yəni MTK-nın əvəzini almadığı mənzilə dair maliyyə arayışı verməsi inandırıcı deyil.
26. Odur ki, yuxarıda göstərilən münasibətlər çərçivəsində MTK tərəfindən şəxsə maliyyə arayışının verilməsi, əksi sübut edilmədikcə kreditorun (borc pul və ya mal vermiş tərəfin) öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir.
27. Bu səbəbdən tikinti şirkəti dəyərinin ödənilməsinə dair maliyyə arayışı verdiyi mənzilin əvəzində hansısa pulun və ya malın verilmədiyini iddia etdikdə, bu halları sübut etmək yükü MTK-nın üzərinə düşür.
28. O da diqqətdən qaçırılmamalıdır ki, sübut edilmiş olsa belə, həmin hallar müqavilənin etibarsız sayılmasına deyil, müqavilə icra edilməmişsə onun ləğv olunmasına, qüsurlu şəkildə icra edilmişsə tərəfin müqavilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsi tələbinə əsas ola bilər. Yəni bir tərəfin bu razılaşma üzrə öz üzərinə düşəni yerinə yetirməməsi əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir. Ona görə də, qanunverici, şəxsin müqavilə öhdəliyini pozmasına görə digər tərəf qarşısında məsuliyyətini Mülki Məcəllənin 421-ci və 447-ci maddələrində ətraflı şəkildə tənzimləmişdir.
29. Ona görə də tərəflər arasında tərtib olunmuş yazılı müqavilənin və mübahisəli mənzilin hüquqi statusu, onun üzərində kim(lər)in və nə vaxtdan hansı hüquq əldə etməsi və digər əhəmiyyət kəsb edən halların tərəflərin, o cümlədən marağı olan başqa şəxslərin iştirakı ilə yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
30. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178, 324, 357, 385, 386, 405, 406, 407, 421, 447, 528-ci maddələrinə istinadla əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər E.Kazımov və A.Isgəndərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət ** nömrəli mənzilin cavabdeh “X3” MMC-dən alınaraq iddiaçı Iddiaçı təhvil verilməsi qət edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mənzilə dair payın alqı-satqısına dair işdə olan müqavilə iddiaçı tərəfindən imzalanmamışdır.
33. Iş materiallarından görünmüşdür ki, tərəflər arasında mənzilin iddiaçıya satılması ilə əlaqədar ## #### 2015-ci il tarixdə ** nömrəli müqavilə bağlanmış, müqaviləni Iddiaçı imzalamasa da, “X3” MMC-nin direktoru XXX imzalayaraq Cəmiyyətin möhürü ilə təsdiq etmişdir.
34. Hazırkı işdə olan, “X3” MMC-nin direktorunun imzası və şirkətin möhürü ilə təsdiqlənmiş ## #### 2015-ci il tarixli ** nömrəli maliyyə arayışından görünmüşdür ki, mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi və borcun qalmaması təsdiq edilmişdir. Eyni zamanda iddiaçı, sözügedən müqaviləyə istinadən onun icrasını tələb etmiş, mənzilin cavabdehdən alınaraq ona verilməsi barədə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Bundan əlavə, cavabdeh şirkət bildirmişdir ki, ## #### 2015-ci ildə iddiaçıya bildiriş göndərərək, mənzilin dəyərinin ödənilməməsinə görə müqavilə və maliyyə arayışının qüvvədən düşmüş sayılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etirazını müqavilənin imzalanmaması ilə deyil, iddiaçıdan faizə pul götürmələri barədə razılaşma çərçivəsində müqavilə və maliyyə arayışı tərtib etmələri, lakin sonradan iddiaçıdan pulla bağlı heç bir məlumat ala bilmədiklərindən müqavilənin birtərəfli ləğvi barədə bildiriş vermələri ilə əsaslandırmışdır.
35. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mənzilə görə alıcının nağd pul ödəməməsi, maliyyə arayışının başqa bir öhdəliyin icrası əvəzində verilməsi barədə tikinti şirkətlərinin verdikləri məlumatlar özü-özlüyündə müqavilənin və ya arayışın etibarsız sayılması üçün əsas deyil. Ona görə ki, MTK-nın bir şəxsdən (kreditordan) borc pul, tikinti materialı və s. alması müqabilində kreditorun (yaxud onun göstərdiyi şəxsin) adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. Çünki, bu halda tərəflər əşyanın alqı-satqısına dair razılığa gəlmiş və öhdəliklərini qarşılıqlı icra etmiş olurlar. Nəzərə alınmalıdır ki, adına müqavilə və tam ödəniş barədə maliyyə arayışı verilən şəxs mənzili əvəzsiz əldə etmir. Bir qayda olaraq, konkret şəxsin adına müqavilə rəsmiləşdirən və maliyyə arayışı verən MTK, bu sənədləri hansısa qarşılıqlı öhdəliyin icrasına dair razılaşma (alınmış borcun, tikinti materialının və s. əvəzində, yəni qarşılıqlı öhdəliyin icrası) nəticəsində tərtib və təsdiq edir. Başqa sözlə, MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla kreditora borclanır və həmin öhdəliyin əvəzini mənzillə ödəyir. Əks halda, yəni MTK-nın əvəzini almadığı mənzilə dair maliyyə arayışı verməsi inandırıcı deyil. Odur ki, yuxarıda göstərilən münasibətlər çərçivəsində MTK tərəfindən şəxsə maliyyə arayışının verilməsi, əksi sübut edilmədikcə kreditorun (borc pul və ya mal vermiş tərəfin) öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir. Bu səbəbdən tikinti şirkəti dəyərinin ödənilməsinə dair maliyyə arayışı verdiyi mənzilin əvəzində hansısa pulun və ya malın verilmədiyini iddia etdikdə, bu halları sübut etmək yükü MTK-nın üzərinə düşür. O da diqqətdən qaçırılmamalıdır ki, sübut edilmiş olsa belə, həmin hallar müqavilənin etibarsız sayılmasına deyil, müqavilə icra edilməmişsə onun ləğv olunmasına, qüsurlu şəkildə icra edilmişsə tərəfin müqavilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsi tələbinə əsas ola bilər. Yəni bir tərəfin bu razılaşma üzrə öz üzərinə düşəni yerinə yetirməməsi əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Iddiaçı mənzilə dair “X3” MMC ilə aralarında bağlanmış müqaviləni və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını məhkəməyə təqdim etməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş, cavabdeh MMC isə öz etirazının əsaslarına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 178, 324, 357, 385, 386, 405, 406, 407, 421, 447, 528-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
38. Işdə iştirak etməyə cəlb olunmayan, qətnamə ilə maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs MTK Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək, kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən Maraqlı şəxs Mənzil-Tikinti Kooperativinin ərizəsi təmin edilmiş, Maraqlı şəxs Mənzil-Tikinti Kooperativi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün maraqlı şəxs kimi mülki işə cəlb olunmuşdur.
40. Maraqlı şəxs MTK kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsinin maddi hüquqi əsası yoxdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi qəbul edildikdən sonra iddiaçı tərəfindən cavabdeh DƏDKR PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə qarşı həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində adına xüsusi mülkiyyət kimi qeydə alınmasına dair iddia verilmiş və cavabdeh tərəfindən Bakı Inzibati Məhkəməsinə ünvanlanmış etirazda imtinanın əsası kimi “X3” MMC ilə iddiaçı arasında bağlanmış müqavilədə göstərilən ** nömrəli mənzilin Maraqlı şəxs MTK-ya məxsus binanın ** nömrəli mənzilinə uyğun gəldiyi göstərilmişdir. Bundan sonra, iddiaçı tərəfindən onunla “X3” MMC arasında bağlanmış ## #### 2015-ci il tarixli müqaviləyə, ## #### 2015-ci il tarixli ** nömrəli maliyyə arayışına, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2022-ci il tarixli qətnaməsinə və DƏDKR PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinin Bakı Inzibati Məhkəməsinə ünvanlanmış qeyd edilən etirazında göstərilənlərə istinad edilərək, Maraqlı şəxs MTK-ya məxsus XXX, ** nömrəli mənzilə hüququna dair məhkəmə mübahisəsi açılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanmışdır. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının xeyrinə qətnamə qəbul edilməsinin hüquqi əsası kimi Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2022-ci il tarixli qətnaməsi əsas götürülmüşdür. Bununla da müəyyən olunmuşdur ki, hazırda kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2022-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs MTK-ya məxsus XXX, ** nömrəli mənzilin özgəninkiləşdirilməsi barədə “X3” MMC ilə iddiaçı arasında bağlanmış ## #### 2015-ci il tarixli müqavilənin qanuniliyi təsbit edilmişdir və həmin qətnamə əsasında iddiaçının Maraqlı şəxs MTK-ya məxsus ** nömrəli mənzilə hüququ yaranmışdır. Mübahisəli mənzil Maraqlı şəxs MTK-ya məxsus binanın tərkib hissəsi olduğu, həmin mənzil barədə sərəncam hüququ Maraqlı şəxs MTK-ya məxsus olduğu və “X3” MMCnin Maraqlı şəxs MTK-nı təmsil etmək və ona məxsus mənzil barədə sərəncam vermək hüququ olmadığı üçün Maraqlı şəxs MTK-nın bilavasitə və ya təmsilçi vasitəsilə bağlamayaraq tərəf olmadığı müqavilə onun üçün öhdəlik və vəzifələr yarada bilməz və MM-in 403-cü maddəsinə uyğun olaraq hüquqlar yarada bilər. Bundan əlavə MM-in 109.2, 109.4, 109.5, 109-2, 109-3, 110 və 111.3.4-cü maddələrinə əsasən iddiaçının Maraqlı şəxs MTK-da əmlak payına malik olması üçün Maraqlı şəxs MTK üzvlərinin ümumi yığıncağının qərarı əsasında MTK üzvlüyünə qəbul edilməlidir və onun tərəfindən pay dəyəri ödənilməlidir. Mövcud vəziyyətdə belə bir hal yoxdur. Bununla da, iddiaçının Maraqlı şəxs MTK-ya məxsus mənzilə hüququnun yaranmasının qanuni və ya müqavilə əsası yoxdur.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakim Ə.Nurməmmədovun məruzəsi ilə, hakimlər A.Abbasov və R.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
43. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, üçüncü şəxs Maraqlı şəxs MTK-nın nümayəndəsi və vəkili vəkil3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmiş, ərizəyə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti də əlavə olunmuşdur.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ##### 2025-ci il tarixli qərarı ilə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən Maraqlı şəxs MTK-nın nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilmiş, bununla da Ali Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş Maraqlı şəxs MTK-nın hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılmasını müəyyən etmişdir.
45. Göstərilən hal isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Ona görə məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamadan yalnız yuxarıda göstərilən əsasla qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
46. Məhkəmə kollegiyası mövqeyini Mülki Prosessual Məcəllənin 418-ci maddəsinə istinadla əsaslandırmışdır.
f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
47. Təkrar apellyasiya baxışı zamanı Maraqlı şəxs MTK (mənzilin yerləşdiyi binanın ona aid olduğunu iddia edən hüquqi şəxs), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Rahim oğlu (Maraqlı şəxs MTK-nın verdiyi sənədlər əsasında mənzil üzərinə mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış şəxs) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (mənzili bağışlama müqaviləsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Rahim oğlundan əldə edən şəxs) cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb olunmuşlar.
48. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər K.Əkbərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 1-də yerləşən ** nömrəli mənzilin cavabdeh “X3” MMC tərəfindən iddiaçı Iddiaçı təhvil verilməsi qət edilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının lehinə olan, Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2022-ci il tarixli ikinci qətnaməsini işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs MTK mübahisələndirmişdir. Qətnamə MTK-nın kassasiya şikayəti əsasında Ali Məhkəmənin ## #### 2025-ci il tarixli qərarı ilə ləğv edilərək, iş üçüncü apellyasiya baxışına göndərilmişdir. Ali Məhkəmənin qərarı onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs MTK-nın hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.
50. Maraqlı şəxs MTK-nın mövqeyi ondan ibarət olmuşdur ki, mənzil Maraqlı şəxs MTKya məxsus binanın tərkib hissəsidir, həmin mənzil barədə sərəncam hüququ Maraqlı şəxs MTKya məxsusdur, “X3” MMC-nin Maraqlı şəxs MTK-nı təmsil etmək və ona məxsus mənzil barədə sərəncam vermək hüququ olmadığı üçün Maraqlı şəxs MTK-nın tərəf olmadığı müqavilə onun üçün öhdəlik və vəzifələr yarada bilməz. Bundan əlavə, iddiaçının Maraqlı şəxs MTK-da əmlak payına malik olması üçün Maraqlı şəxs MTK üzvlərinin ümumi yığıncağının qərarı əsasında MTK üzvlüyünə qəbul edilməlidir və onun tərəfindən pay dəyəri ödənilməlidir. Mövcud vəziyyətdə belə bir hal yoxdur. Bununla da, iddiaçının Maraqlı şəxs MTK-ya məxsus mənzilə hüququnun yaranmasının qanuni və ya müqavilə əsası yoxdur.
51. Müəyyən olunmuşdur ki, Maraqlı şəxs MTK-nın hüquqları pozulmamışdır.
52. Birinci, mənzilin yerləşdiyi binanın tikilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bakı ŞIHB-nın sərəncamı ## ###### 1993-cü ildə verilmişdir. Sərəncamın məzmununda Maraqlı şəxs MTK-nın adı çəkilməmişdir. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” Dövlət Layihə Institutunun həmin binaya dair 2015-ci ilə aid sənədlərindən görünür ki, binanın tikintisi “X3” MMC tərəfindən həyata keçirilmişdir.
53. Ikinci, iddiaçı Iddiaçı və cavabdeh “X3” MMC ## #### 2015-ci il tarixdə müqavilə bağlayarkən Maraqlı şəxs MTK mövcud deyildi. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən görünmüşdür ki, Maraqlı şəxs MTK VÖEN-ni həmin müqavilənin bağlandığı tarixdən 1 il 5 ay sonra – ## ######## 2016-cı il tarixdə almışdır. Maraqlı şəxs MTK-nın nizamnaməsinin dövlət qeydiyyatına alınma tarixi də 2016-cı ilə aiddir. Müqavilə bağlandığı zaman mövcud olmayan hüquqi şəxsin həmin müqavilənin predmeti olan əmlak üzərində sərəncam hüququ pozula bilməz.
54. Iddiaçının tələbi cavabdeh “X3” MMC-yə qarşı yönəlmişdir. Iddia tələbinin cavabdehə münasibətdə əsaslı olduğu Ali Məhkəmənin ## ##### 2022-ci il tarixli qərarında və işə ikinci dəfə apellyasiya qaydasında baxılması nəticəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş ## ######## 2022-ci il tarixli qətnamədə müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsini cavabdeh mübahisələndirməmişdir. Qətnamə Maraqlı şəxs MTK-nın kassasiya şikayəti əsasında Ali Məhkəmənin ## #### 2025-ci il tarixli ikinci qərarı ilə ləğv edilmişdir. Lakin bundan əvvəl Ali Məhkəmənin qəbul etdiyi ## ##### 2022ci il tarixli birinci qərar qüvvədədir. Həmin qərarda ifadə olunmuş mövqelər iddianın cavabdeh “X3” MMC-yə münasibətdə əsaslı olduğunu təsdiq edir.
55. Mənzilə dair üçüncü şəxslərin adına olan hüquqmüəyyənedici sənədlər başqa mülki işdə iddiaçı tərəfindən mübahisələndirilmiş, həmin mülki iş məhkəmənin icraatındadır.
56. Beləliklə, mənzilə dair iddiaçı ilə cavabdehin arasında bağlanmış müqavilə üzrə razılaşdırılmış məbləğ iddiaçı tərəfindən cavabdehə ödənildiyindən iddiaçı mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə Mülki Məcəllənin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır.
57. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, iddia 8 il bundan əvvəl - 2017-ci ildə verilmişdir. Həmin zaman mövcud olmuş vəziyyətə görə iddiaçının mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməsi zəruri olmuşdur. Sonradan vəziyyətin dəyişməsi məhkəməyə mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsini qət etməyə mane olmur. Belə nəticəni qət etməklə məhkəmə 8 il bundan əvvəl qaldırılmış iddianın əsaslı olduğunu təsdiq etməklə, tərəflərin münasibətlərinə müəyyənlik gətirmiş olur.
58. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 425-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri:
59. Mübahisə predmeti barəsində müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTK kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli və “B.Qasımovun şikayəti üzrə” # ###### 2019-cu il tarixli Qərarlarının tələbləri pozulmuşdur.
61. Belə ki, işdəki sənədlərdən görünür ki, iddiaçı tərəf iki nəfərə etibarnamə vermiş və həmin etibarnamə cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən imzalanmışdır. Yəni istinad edən müqavilə bağlanarkən, iddiaçı tərəfin “xxxx” MMC ilə hər hansı bir müqavilə bağlamaq üçün onunla birlikdə olması, onunla müqavilə bağlaya bilmək imkanı və maliyyə arayışında qeyd edilən məbləği ödəmək imkanından məhrum olmuşdur. Cəzaçəkmə müəssisəsində olan şəxs tərəfindən hər hansı bir məbləğin ödənilməsi imkan xaricindədir. Iş üzrə cavabdeh “xxxx” MMC-nin rəhbəri tərəfindən məhkəmədə verdiyi izahatından aydın görünür ki, müqavilə bağlamaq adı ilə faktiki olaraq iddiaçıdan pul götürmək istəyi olmuşdur. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovaya ünvanlanmış ## ##### 2024-cü il tarixli məktubundan görünür ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Icra Hakimiyyəti başçısının ## ###### 1993-cü il tarixli, **** saylı Sərəncamına əsasən çoxmərtəbəli yaşayış “Təbii qaz qəbulu nəqli və təchizi üzrə istehsalat birliyi”nə Baş plana əsasən evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Mərtəbəli (zirzəmi, sahədə 3 girişli, 10 mərtəbəli (zirzəmi, mansarda) və 1 girişli, 10 mansard) yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Yaşayış binasının 3 girişinin tikintisinə 1995-ci ildə başlanılmış, lakin tikinti işləri tam başa çatdırılmadan dayandırılmışdır. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi Dövlət Əmlakının Idarə olunması və Özəlləşdirilməsi Departamentinin (qeydiyyat nömrəsi XXX, ##.##.2005) balansında olan yarımçıq tikili fiziki şəxs X4 mülkiyyətinə verilmişdir. Sonradan həmin yarımçıq tikili ## ###### 2005-ci il tarixli etibarnamə ilə fiziki şəxs X1 verilmişdir. ünvan * saylı ünvanında yerləşən bina Maraqlı şəxs MTK tərəfindən idarə olunmuş və Maraqlı şəxs MTK tərəfindən verilmiş ümumi yığıncağın protokolundan çıxarış və maliyyə arayışı əsasında payçılar öz əmlaklarını dövlət qeydiyyatından keçirməklə mülkiyyət hüququ əldə etmişlər. “X3” MMC-nin direktoru XXX tərəfindən ünvan * saylı ünvanında yerləşən binadan dələduzluq yolu ilə satılmış mənzil və ya qeyri-yaşayış sahələri barədə prokurorluq orqanlarında Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və XXX təqsirləndirilərək məsuliyyətə cəlb olunmuşdur. XXXa pul verən şəxslər isə cinayət işində zərərçəkmiş kimi tanınmışlar. Göründüyü kimi, “X3” MMC-nin direktoru XXX ünvan * saylı ünvanında yerləşən bina üzərində heç bir hüququ olmadan qanunsuz yolla yaşayış və ya qeyri-yaşayış sahələri sataraq vətəndaşlara dələduzluq etməsi tam təsdiqini tapmışdır. 2019-cu ildə prezident cənab Ilham Əliyevin göstərişindən sonra ünvan * saylı ünvanında yerləşən binanın payçılarına Maraqlı şəxs MTK tərəfindən verilən müvafiq sənədlər əsasında mülkiyyət hüququ əldə etmişlər. Sözügedən ünvanda yerləşən binada heç bir şəxs “X3” MMC-nin müqaviləsi (sənədləri) əsasında payçı kimi mənzilini dövlət qeydiyyatından keçirməmişdir. Bu isə onu sübut edir ki, “X3” MMC-nin həmin bina üzərində heç bir hüququ olmamışdır.
62. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmçinin kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işdə müəyyən edilmiş hallara əsasən iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
63. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 150, 152, 359, 337, 340, 351, 403-cü, Mülki Prosessual Məcəllənin 9, 14, 77, 82, 88, 416, 417-ci maddələrinin tələbləri pozulmuşdur.
64. Belə ki, hazırkı işdə çıxarılan qərar nəticəsində qanuni mülkiyyətçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 öz mülkiyyətindən məhrum edilir. Bu, MM-in 150-ci maddəsinə zidd olmaqla yanaşı, 152.1-ci maddənin mənasına da tam tərsdir – çünki vindikasiya qaydasında tələb yalnız mülkiyyətçiyə məxsusdur, burada isə əsl mülkiyyətçi kənarda qalıb, heç hüquqi əsası olmayan şəxsə (iddiaçıya) mənzil verilir. Bundan əlavə, Mülki Məcəllənin 337.3-cü maddəsi qanunla tələb olunan formadan və səlahiyyətdən kənar bağlanmış əqdlərin etibarsızlığını vurğulayır. “X3” MMC ilə iddiaçı arasında bağlanan müqavilə məhz belə etibarsız əqddir, çünki MMC mülkiyyətçi olmayıb. MM-in 340.2-ci maddəsi isə yalan əqdləri etibarsız sayır, hazırkı müqavilənin də pərdələnmiş borc razılaşması olduğu aydınlandı. MM-in 351.1-ci maddəsi etibarsız əqdlərin nəticələri ilə bağlıdır; o cümlədən, belə əqd əsasında heç bir tərəf hüquq əldə etmir. Apellyasiya məhkəməsi isə etibarsızlığı aşkardır olan əqdə istinadla iddiaçıya “hüquq” verməyə çalışmışdır ki, bu da 351.1-ci maddəsinin pozuntusudur. MM-in 359-cu maddəsi və 403-cü maddəsi də hazırkı mübahisəyə tətbiq olunmalı mühüm normalardır. “X3” MMC mülkiyyətində olmayan mənzili iddiaçıya vermək öhdəliyini icra edə bilməzdi – ən yaxşı halda, iddiaçı ödədiyi pulu tələb edə bilərdi, əmlakın özünü deyil. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Xaliq oğlu həmin mənzilin qanuni mülkiyyətçisi kimi öz əmlakını tələb etmək hüququna malik olduğu halda, məhkəmə qərarı bunun əksinə nəticə yaradıb – yəni əmlakı mülkiyyətçidən alıb başqasına vermək kimi absurda yol açıb.
65. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
66. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
67. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
68. Üçüncü şəxslər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
69. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməlidir.
72. Ilk olaraq qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi sonuncu məhkəmə icraatında hesab etmişdir ki, hazırkı iddianın təmin edilməsi Maraqlı şəxs MTK-nın hüquqlarını pozmur.
73. Halbuki, bu məsələyə səlahiyyəti olan Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən hüquqi qiymət verilmiş və ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Maraqlı şəxs MTK-nın Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ tanınmışdır.
74. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisənin predmeti olan yaşayış sahəsi hazırda Maraqlı şəxs MTK tərəfindən inşası tamamlanmış binada yerləşməklə, həmin MTK-nın verdiyi ## #### 2022-ci il tarixli protokoldan çıxarış və maliyyə arayışı əsasında, mənzil üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Rahim oğlunun mülkiyyət hüququ ## #### 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonuncu ## #### 2023-cü il tarixli müqavilə ilə mənzili mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bağışlamışdır.
75. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin cavabdeh “X3” MMC tərəfindən təhvil verilməsini tələb etsə də, apellyasiya instansiyası məhkəməsi həmin mənzilin hazırkı halda bu MMC-nin sahiblik və sərəncamında olmamasını nəzərə almamış, iddianı təmin etmişdir.
76. Halbuki, iddianın mahiyyətinə görə, iddiaçının tələb etdiyi yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyində və sərəncamında olmalıdır.
77. Odur ki, iddianın iddiaçı ilə müqavilə tərəfi olsa da, faktiki olaraq hazırkı tələbə cavab verə bilməyən şəxsə qarşı təmin edilməsi iddiaçının iddia olunan pozulmuş hüquqlarının bərpa etməməklə, yanaşı məhkəmə icraatını səmərəsiz edir, icrası açıq-aydın mümkün olmayan məhkəmə aktının qəbulu ilə nəticələnir. Bununla da, hüquqi müəyyənlik prinsipi pozulmuş olur.
78. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddianın 2017-ci ildə verilməsi onun hazırkı vaxt üçün əsaslı etmir.
79. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və apellyasiya şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
80. Bunda başqa, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı Iddiaçı başqa icraatda cavabdeh Maraqlı şəxs MTK-ya qarşı mübahisəli mənzilə köçürülmə tələbini, həmçinin digər icraatda cavabdehlər Maraqlı şəxs MTK, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və X2 qarşı ## #### 2022-ci il tarixdə verilmiş protokoldan çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürmüş, həmin iddialar hazırda aidiyyəti məhkəmələrin icraatındadır.
81. Odur ki, hazırkı iddia ona cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən rədd edilməli, mənzilə tərəflərdən hansının hüququnun olması, o cümlədən iddiaçının mübahisəli mənzilə köçürülməsi məsələsinə qeyd olunan iddia tələbləri üzrə məhkəmələr tərəfindən hüquqi qiymət veriləcəyi nəzərə alınmalıdır.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 417.1.4cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. Iddiaçı Iddiaçı cavabdeh “X3” MMC-yə qarşı “mənzilin qeyri-qanuni sahiblikdən alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.